Məhkəmə qərarları › İş №1(008)-119/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-119/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-119/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs və mülki iddiaçı Nümayəndə3 iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, Xocalı rayonu, Aeroport küçəsi 12-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi ev 09, mənzil 09-da yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxxxx 1996-cı il tarixdə Sabran rayonu, Ağalıq kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 may 2021-ci il tarixdə, saat 17:40 radələrində müştəri kimi daxil olduğu ünvan 1 ünvanda yerləşən ABV adı altında fəaliyyət göstərən kompyuter avadanlıqlarının satışının aparıldığı mağazadan vitrinin üzərində olan X8 məxsus 531 manat dəyərində X16 Note 9 pro markalı mobil telefonu götürməkə gizli olaraq talayıb zərərçəkmiş şəxs Samir Sarkarova 531 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2021-ci il tarixdə, saat təxminən 15:00 radələrində müştəri kimi daxil olduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvanda yerləşən Pumba kids mağazasının kassasının yanına qoyulmuş Zərərçəkmiş şəxs5 məxsus üzərində 10 manat dəyərində mobil nömrə olan 2010 manat dəyərində «İphone 11» markalı obil telefon aparatını götürməkə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 2.020 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 may 2021-ci il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanda yerləşən Pharma Plus» adı altında fəaliyyət göstərən aptekə müştəri qismində daxil olaraq vitrinin üzərindən Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində Samsung S6 markalı mobil telefonu götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 500 manat dəyərində zərər vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 21 may 2021-ci il tarixdə, saat 18:00 radələrində müştəri kimi daxil olduğu Bakı şəhəri, Səbail rayonu Fəvvarələr meydanında yerləşən By telecom telefon mağazasından Zərərçəkmiş şəxs4 məxsus 1.500 manat dəyərində İphone 11 Pro markalı mobil telefon aparatını götürməklə gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1.500 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 oktyabr 2021-ci il tarixdə, saat 05:00 radələrində ünvan 4 ünvanın qarşısında parklanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs7 yol vərəqəsi əsasında idarə etdiyi **-DF-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı avtomobilin arxa sağ qapısının şüşəsini aşağı endirməklə qapını açaraq avtomobilin salonundan içərisində 289 manat pul olan 6 manat dəyərində dəri əvəzləyici materialdan hazırlanmış göy rəngli markasız pul kisəsini, 1 ədədinin qiyməti 7 manat olmaqla ümumilikdə 63 manat dəyərində 9 ədəd Ore markalı şampunu, 1 ədədin qiyməti 7 manat olmaqla ümumilikdə 56 manat dəyərində 8 ədəd Klee markalı yuyucu təmizləmə vasitəsini, avtomobilin arxa yük yerindən 1 ədədinin qiyməti 12 manat olmaqla ümumilikdə 144 manat dəyərində 12 ədəd 1 litrlik Divo markalı zeytun yağını, 1 ədədin qiyməti 5 manat 80 qəpik olmaqla 58 manat dəyərində 10 ədəd Klee markalı yuyucu təmizləmə vasitəsini və 1 ədədin qiyməti dəyəri 6 manat olmaqla 60 manat dəyərində 10 ədəd Klee markalı yuyucu təmizləmə vasitəsini götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 676 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 oktyabr 2021-ci il tarixdə, saat 14:40 radələrində müştəri kimi daxil olduğu Sumqayıt şəhəri, Sülh küçəsi 14/18 binanın alıtında yerləşən «Kontakt Home» mağazadan piştaxtanın üzərində olan 3.500 manat dəyərində (01) bir ədəd HUAWEİ MATEBOOK X PRO (53010VUK) modelli B6QBB20B21800226 seriyalı nootbooku götürməklə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs ABC-Telcom MMC-nə 3.500 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 noyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində müştəri kimi daxil olduğu ünvan 5 ünvanda yerləşən Ultratek MMC-yə məxsus Texnomart mağazasına müştəri kimi daxil olaraq satış üçün nümunə olaraq vitrində qoyulmuş 1 ədəd 1.000 manat dəyərində olan Samsung markalı, SM-N950F/DS Note8 64GB modelli, **********6085/2 İMEİ kodlu mobil telefonu götürməklə gizli talayıb zərərçəkmiş hüquqi şəxs Ultratek MMC-yə 1.000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 6 ünvanın qarşısında Zərərçəkmiş şəxs6 etibarnamə əsasında idarə etdiyi Toyota prius markalı avtomobilin arxa şüşəsini sındıraraq avtomobilin salonundan bir ədəd 30 manat dəyərində olan Samsunq 5212 markalı, bir ədəd 50 manat dəyərində olan Samsunq 9002 markalı, bir ədəd 150 manat dəyərində olan Xiomi Not 5 markalı mobil telefonları və saxlanc yerində olan 1.000 manat nağd pulu götürməklə gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs6 1.200 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində ABC Telecom MMC-yə məxsus ünvan 7 ünvanda yerləşən Kontakt Home mağazasına gələrək, mağazada işləyən satıcıların digər müştərilərlə məşğul olmasından istifadə edib mağazada olan vitrinin üzərindən ABC Telecom MMC-yə məxsus 01 ədəd 3.900 manat dəyərində Huavei Matebook X Pro markalı kompüteri götürmklə gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs ABC Telecom MMC-yə 3.900 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 dekabr 2021-ci il tarixdə, 03:00 radələrində özgənin Bakı şəhəri, Sabunçu rayonu, Atəşgah dairəsində yerləşən Zərərçəkmiş şəxs10 məxsus icarə əsasında işlətdiyi köşkün pəncərəsinin kilidini sındırmaqla içəri qanunsuz daxil olub oradan hər birində 30 ədəd olan 4 bağlama ümumilikdə 60 manat dəyərində olan Dirol saqqızları, hər birində 25 ədəd olmaqla ümumilikdə 40 manat dəyərində 3 qutu alışqanlar, 14 ədəd hər birinin dəyəri 5 manat olan ümumilikdə 70 manat dəyərində kişi ətirləri, 70 manat məbləğində müxtəlif əskinazlardan ibarət pullar, hər birində 10 ədəd olmaqla 3 bağlama ümumilikdə 120 manat dəyərində Sobraniye kompakt siqaretləri, hər birində 10 ədəd olmaqla 4 bağlama ümumilikdə 160 manat dəyərində nazik Sobraniye siqaretləri, hər birində 10 ədəd olmaqla 2 bağlama 80 manat dəyərində qalın Sobraniye siqretləri, hər birində 10 ədəd olmaqla 3 bağlama ümumilikdə 84 manat dəyərində Rothmans markalı siqretləri, hər birində 10 ədəd olmaqla 4 bağlama 152 manat dəyərində nazik Kent siqaretləri, hər birində 10 ədəd olmaqla 2 bağlama kompakt 56 manat dəyərində «Kent» siqaretləri, hər birində 10 ədəd olmaqla 2 bağlama 78 manat dəyərində qalın «Kent» markalı siqaretləri götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs10 900 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vızirov küçəsi döngə 2 ev 3A-də yerləşən Zərərçəkmiş şəxs11 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub oradan avtomobil ehtiyyat hissələrini, 1 ədəd aliminum qazan, 8 ədəd tava, 2 ədəd ətçəkən maşın, 1 ədəd soba, 1 ədəd lom, 2 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd mişar, 3 ədəd tərəzi, 3 ədəd tas, 1 ədəd qaşıq çəngəl dəsti, 1 ədəd çömçə, 1 ədəd şirəçəkən maşın, 1 ədəd aşsüzən, 4 ədəd iri qab, 8 ədəd iri ölçülü və 8 orta ölçlü olmaqla cəmi 16 ədəd kabab şişini götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs11 2.000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində müştəri kimi daxil oldğu ünvan 8 ünvanda fəaliyyət göstərən D&P parfum mağazasından Zərərçəkmiş şəxs13 qızma məxsus 2.900 manat dəyərində İPhone 13 Pro Max markalı mobil telefonu götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs13 2.900 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə, saat 03:00 radələrində ünvan 9 ünvanda yerləşən 21 saylı mənzilin dəhlizinə qanunsuz daxil olub orada qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus 3.000 manat dəyərində Skuteri götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 3.000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2021-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evinin plastik pəncərəsindən içəri qanunsuz daxil olub oradan 1 ədəd çomadana yığılmış ümumi dəyəri 800 manat olan müxtəlif qadın paltarlarını və evin həyətində olan 1.200 manat dəyərində Termo markalı kombi aparatını götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 2.000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakın gizli olaraq talama məqsədi ilə 19 yanvar 2022-ci il tarixdə, saat 05:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi, Şuşa şəhərciyi 2-ci Sahədə yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin plastik dəmir barmaqlıqları sındırıb evin pəncərəsindən içəri qanunsuz daxil olaraq, evdən 01 ədəd 1.200 manat dəyərində Arçelik markalı televizoru və 01 ədəd 300 manat dəyərində tozsoranı götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 1.500 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2022-ci il tarixdə, 20:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saat 04:00 radələrində ünvan 10 ünvanda yerləşən Al market mağazasının plastikdən olan giriş qapısını ling vasitəsi ilə açaraq içəri qanansuz daxil olub mağazada quraşdırılmış E-manat ödəmə terminalının 150 manat dəyərində 1 ədəd KASSET CASHBOX 1200 U markalı kasetini və içində olan 4568 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Modenis MMC-yə 4.718 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək ilə 29 yanvar 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin plastik pəncərəsindən içəri qanunsuz daxil olub evin yataq otağından 1.200 manat dəyərində qızıl nişan üzüyü, 300 manat dəyərində olan 01 ədəd gümüş qolbaq, termoda olan ümumi dəyəri 200 manat olan 3 ədəd gümüş qolbaqlar, 300 manat dəyərində qadın qızıl qolbağını götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs9 2.000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 fevral 2022-ci il tarixdə, 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 11 ünvanında yerləşən Al market mağazasının plastikdən olan giriş qapısını ling vasitəsi ilə açaraq içəri qanunsuz daxil olub mağazada quraşdırılmış E-manat ödəmə terminalının 150 manat dəyərində 1 ədəd KASSET CASHBOX 1200 U markalı kasetini və içində olan 5.422 manat məbləğində pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxs Modenis MMC-yə 5.572 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 fevral 2022-ci il tarixdə, saat 05:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 5-də yerləşən Al Market mağazasının qapısını açmaqla içəri qanunsuz daxil olub mağazada quraşdırılmış Onlayn Ödəmə MMC-yə məxsus ödəmə terminalının pul kasetini sındırıb oradan 677 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Onlayn Ödəmə MMC-yə 677 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saat 04:00 radələrində ünvan 12 ünvanda yerləşən Al market mağazasının plastikdən olan giriş qapısını ling vasitəsi ilə açaraq içəri qanansuz daxil olub mağazada quraşdırılmış «E-manat» ödəmə terminalının 150 manat dəyərində 1 ədəd KASSET CASHBOX 1200 U markalı kasetini və içində olan 4.568 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Modenis MMC-yə 4.718 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 fevral 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 11 ünvanında yerləşən Al market mağazasının plastikdən olan giriş qapısını ling vasitəsi ilə açaraq içəri qanunsuz daxil olub mağazada quraşdırılmış «Emanat» ödəmə terminalının 150 manat dəyərində 1 ədəd KASSET CASHBOX 1200 U markalı kasetini və içində olan 5.422 manat məbləğində pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxs Modenis MMC-yə 5572 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o 11 fevral 2022-ci il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 5-də yerləşən X4 müdiri olduğu Al Market mağazasının qapısını açmaqla içəri qanunsuz olaraq daxil olub mağazada quraşdırılmış Onlayn Ödəmə MMC-yə məxsus ödəmə terminalının kasetini sındırıb oradan 677 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Onlayn Ödəmə MMC-yə 677 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq edib pul ələ keçirməklə qərarına gələrək 03 may 2021-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə piyada gedərkən oğurluq etmək məqsədi ilə həmin küçədə yerləşən ABV kompyuter avadanlıqlarını satışı mağazasına müştəri qismində girmiş, mağazadakı masanın üzərində olan qara rəngli mobil telefonu görüb, ətrafı müşahidə edərək heç kimin ona nəzər salmadığını görüb, həmin mobil telefon masanın üzərindən gizlincə götürərək cibinə qoyub mağazadan çıxmış, sonra oğurladığı həmin XİAOMİ REDMİ MOTE markalı mobil telefonu tanımadığı şəxsə xatırlamadığı qiymətə sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. 06 may 2021-ci il tarixdə, saat təxminən 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində, Neftçilər metrostansiyasının yanından bazara tərəf gedən yolun kənarında yarım zirzəmi formasında olan «Pumba Kids» uşaq geyimləri mağazasına gəlmiş, orda kassa aparatını yanında qızılı rəngli İphone 11 markalı mobil telefon olduğunu görüb ətrafa müşahidə edərək özünə nəzər yetirilmədiyini görmüş və bundan istifadə edərək həmin telefon aparatını götürüb şalvarının cibinə qoyaraq mağazadan çıxıb yaşadığı evə gəlmişdir və oğurladığı mobil telefonu «Lalafo.az» saytına satışa qoyaraq tanımadığı şəxsə 230 manata satıb əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. 12 may 2021-ci il tarixdə gündüz vaxtlarında Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində piyada gedən zaman oğurluq etmək məqsədi ilə həmin küçədə yeləşən Pharma Plus aptekə girib oradakı satıcı xanımla söhbət edərkən onun mobil telefon olduğunu görmüş və satıcıdan dərman istəmişdir. Satıcı ondan ayrılıb rəflərdən dərman axtarmağa gedərkən o, əlini salaraq şüşənin arxasında, satıcıya məxsus olan həmin mobil telefon aparatını götürüb mağazadan çıxmışdır. Sonra oğurladığı telefon aparatını tanımadığı şəxsə xatırlmadığı qiymətə sataraq əldə etdiyi pulu öz üçün xərcləmişdir. Bundan başqa 21 may 2021-ci il tarixdə, saat təxminən 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, «Torqovi» adlanan ərazidə oarkən oradakı telefon satışı mağazalarını birindən oğurluq etmək məqsədi ilə gəzərkən «BY telekom» adlı mağazaya müştəri qismində girərək satıcıların digər müştərilərlə məşğul olmasındn istifadə edib gizli şəkildə vitrində olan qızılı rəngli «İphone 11» markalı mobil telefon aparatını götürüb cibinə qoyduqdan sonra mağazadan çıxmşdır. Sonra həmin telefon tanımadığı şəxsə 250 manata sataraq əldə etdiyi pulu özü üçün xərcləmişdir. Bundan başqa 26 oktyabr 2021-ci il tarixdə, saat təxminən 05:00 radələrində Bakı şəhəri, Nərimanov rayonun ərazisində H.Əliyev prospekti ilə piyada gedərkən yolun kənarında dayanmış Opel Astra markalı avtomobilin sol qapısının pəncərəsinin bir qədər açıq olduğunu görüb avtomobilə yaxınlaşaraq açıq pəncərədən salona baxdıqda orada şampun və digər yuyucu vasitələrin olduğunu aşkar etmiş və onları oğurlamaq qərarına gələrək əlini pəncərənin açıq hissəsindən salıb qapını açmış əvvəlcə avtomobilin içini axtarmağa başlamış, bu zaman sürücüsü oturcağının altından qara rəngli pul kəsisi tapıb onu götürmüş və içində nə qədər pul olduğunu saymadan cibinə qoyaraq digər saxlanc yerlərinə baxsa da, dəyərli əşya və ya başqa pul tapa bilməmişdir. Sonra avtomobilin yük yerini baxıb orada yuyucu tozlar, zeytun yağları olduğunu görüb, həmin vasitələrdən, yağlardan, şampunlardan bir neçəsini özünün üzərində olan iri həcmli torbaya yığıb onları da götürərək oradan getmişdir. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı, sürücüsünü tanımadığı bir maşın saxladıb onunla Sabunçu qəsəbəsindəki Rus bazarına gəlmiş, oğurladağı şampunların, yuyucu vasitələrin və yağların hamısını tanımadığı şəxsə 120 manata satmışdır. Oğurladığı pul kisəsinin içində isə 289 manat pul olduğunu aşkar etmiş, əldə etldiyi pulların hamısını öz ehtiyaclarına xərcləmişdir. 31 oktyabr 2021-ci il tarixdə, saat təxminən 14:00 radələrində Sumqayıt şəhərində, Sülh küçəsində yerləşən Kontakt Home mağazasına müştəri kimi girmiş, bu zaman satıcıların başı digər müştərilərə mal satmaq qarışdığı və ətrafı müşahidə edib kenar şəxlərin ona nəzər salmadıqlarından istifadə edərək piştaxtanın üzərində olan notbuklardan HUAWEİ markalı olan bir ədədini götürüb gödəkçəsinin yaxasının altında gizlədərək mağazadan çıxmışdır. Oradan Bakı şəhəri 20 yanvar metrostansiyasını yanına gələrək orada oğurladığı həmin kompyuteri tanımadığı şəxsə satıb əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. 03 noyabr 2021-ci il tarixdə, saat 17-18 radələrində oğurluq etmək məqsədi ilə Bak şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 83 ünvanında yerləşən Texnamart mağazasına girmiş, piştaxtanın üzərinə qoyalan mobil telefon aparatlarına baxaraq guya seçim etdiyini göstərmiş, həmin ərəfədə satıcının başının qarışdığını və ətrafdakıların ona nəzər yetirmədiyini görüb bundan istifadə edərək növbəti dəfə əlinə aldığı Samsunq markalı 1 ədəd mobil telefon aparatını cibinə qoyaraq mağazadan çıxmışdır. Sonra həmin telefon aparatını tanımadığı şəxsə xatırlamadığı qiymətə sataraq əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. 16 noyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 13 ünvanda yerləlşən evin qarşısından keçərkən orada dayanmış sahibsiz Toyota-Prius modelli, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili görüb, ətraf göz gəzdirərək heç kim olmadığını görəndən sonra yerdən götürdüyü daşla avtomobilin arxa şüşəsini sındırmış və oradan avtomobilə daxil olaraq salonda olan 2 ədəd Samsung markalı 1 ədəd Xiomi Not 5 markalı təzə mobil telefon aparatlarını, kiçik saxlanc yerində olan 1.000 mnat pulu götürüb hadisə yerindən uzaqlaşmış, səhər açılandan sonra 20 yanvar metrostaniyasının yanına gələrək oğurladığı mobil telefon aparatlarını cəmi 80 manata tanımadığı şəxsə satmış və oğurluq nəticəsində əldə etdiyi cəmi 1.080 manat pulu öz ehtiyaclarına xərcləmişdir. 20 noyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən «Kontakt Home» mağazasına gəlib müştəri qismində içəri girərək piştaxtalarda olan notbuk modelli kompyuterlərə baxaraq guya seçim etdiyini göstərmiş, həmin ərəfədə satıcıların başı digər müştərilərə qarışmasından istifadə edərək əvvəlcə ətrafdakıların ona nəzər yetirməməsini müşahidə etdikdən sonra piştaxtanın üzərində guya baxmaq üçün növbəti götürdüyü «Huavei» markalı notbuku gödəkçəsinin yaxasının altında gizlədərək mağazadan çıxmışdır. Oradan müvəqqəti yaşadağı, M.Əcəmi metrotansiyasının yanındakı mənzilə gəlib orada oğurladığı kompyuteri «Tap.az» saytında satış elanına yerləşdirib ertəsi, 21 noyabr 2021-ci il tarixdə tanımadığı şəxsə 600 manata sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 11 dekabr 2021-ci il tarixdə, saat 03:00 radələrində Sabunçu rayonu, «Komsomol» dairəsinin yaxınlığından keçərkən yolun kənarında köşk görüb oradan oğurluq etmək qərarına gələrək köşkün pəncərəsinin kilidini yerdən tapdığı dəmir parçası ilə sındırıb açaraq içəri daxil olmuş və rəflərdə olan müxtəlif markalı siqaretləri, müxtəlif ətirləri, alışqanları və qəpikləri götürüb oradan uzaqlaşmışdır. Sonra oğurladığı siqaretləri, ətirləri və alışqanları Sabunçu qəsəbəsi, Rus bazarı adlanan yerə gətirərək onların hamısını orda tanımadığı şəxslərə sataraq əldə etdiyi xatırlamadığı məbləğdə olan pulu özünün ehtiyaclarına xərcləmişdir. 17 dekabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Sabunçu qəsəbəsində olarkən pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gələrək oradakı döngələrdən birində onradan adını bildiyi Zərərçəkmiş şəxs11 oğuna məxsus fərdi yaşayış evlərindən birində heç kimin olmamasını dəqiqləşdirdikdən sonra həmin evin həyətinə daxil olub həyətdəki qapısı açıq olan saxlanc yerinə daxil olaraq oradan metal qab-qacaq əşyalarını, qaşıq dəstini, kabab şişlərini, məişət əşyalarıaşsüzəni, ətçəkən maşını, usta alətləri-balta, çəkic, ling və sairləri götürüb yol kənarına daşmış, oradan da yoldan keçən təsadüfi taksi avtomobili onları Sabunçu qəsəbəsi, «Rus bazarı» adlanan yerdə tanımadığı şəxslərə satmış, əldə etdiyi xatırlamadığı məbləğdə pulları öz ehtiyaclarına xərcləmişdir. 21 dekabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayounu, F.Xoyski küçəsində olarkən oradakı mağazalardan birindən oğurluq etmək qəranına gələrək bu məqsədlə oradakı «E&D» mağazasına müştəri qismində daxil olmuş, satıcıya bir neçə ətirlər göstərərək onları alacağını bildirib bir qutuya yığdırmış, sonra guya sivgilisi ilə danışıb geri qayıdacağını deyərək ətirləri götürmədən mağazadan çıxmış, 1-2 dəqiqədən sonra mağazaya qayıtdıqda satıcının başının başqa müştərilərə qarışıq olduğundan və özünə nəzər yetirilmədiyndən istifadə edərək mağazada, masanın üzərində olan «lphone13 Pro MAX» markalı telefonu götürüb mağazadan çıxmışdır. Sonra telefonu söndürüb üzərindəki nömrəni çıxarıb atmış, ertəsi gün həmin telefon aparatını tanımadığı şəxsə 800 manata sataraq əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. 13 yanvar 2022-ci il tarixdə saat təxminən 03:00 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsinə gəlmiş, oradakı çəhrayı rəngli binanın giriş qapsının açıq olduğunu görüb oradan içəri daxil olaraq pilləkənlərlə 6-cı mərtəbəyə çıxmış, həmin mərtəbədəki mənzilin qəhvəyi rəngli dəmir qapısı ilə üz-üzə olan sağlanc yerindən qara rəngli skuteri götürüb pilləkənlərlə aşağı düşərək binadan çıxmış, oğurladığı skuteri səhər saatlarında Nəsimi rayonu, «28 may» adlanan ərazisinə gətirib orada tanımadığı şəxsə 300 manata sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 18 yanvar 2022-ci il tarixdə, saat təxminən 22:00 radələrində Yeni Ramana qəsəbəsi Şuşa şəhərciyində olarkən gecə saat 06:00 radələrində sonradan adını bildiyi Qalib Zeynalova məxsus fərdi evin işıqları yanmadığını görüb evdə heç kimin olmadığını başa düşmüş və darvaza qapısının açıq olmasını görüb həyətə daxil olmuş, sonra evin plastik pəncərəsini əli ilə aralayıb açaraq içəri girmiş, alışqanın işığında otaqları axtarmağa başlamışdır. Bu zaman yataq otağından qırmızı çamodanın içində olan paltarlarla birlikdə götürüb evdən çıxdıqda soyuducunun üstündən götürdüyü açarla həyətdə yerləşən yarımtikilinin qapısını açıb içəri girmiş və oradakı kombi aparatını yerindən çıxarıb götürərək küçəyə çıxartmışdır. Sonra Ramanı yoluna çıxmış və təsadüfi taksi avtomobili saxladıb həmin kombini və paltarlar olan çamodanı Sabunçu qəsəbəsi Rus bazarı adlanan yerə gətirib səyyar olaraq tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 19 yanvar 2022-ci il tarixdə, saat 05:00 radələrində yenə Yeni Ramanı qəsəbəsində olarkən 2-ci sahə adlanan yerdən keçərək oğurluq etmək üçün ev axtararkən bağ evlərinin birində yaşayış olmadığını müəyyən etdikdən sonra dəmir darvaza qapısının yanındakı hasarı aşaraq həyətə daxil olmuşdur. Sonra evin pəncərəsinin dəmir barmaqlıqlarını həyətdən tapdığı dəmir parçası ilə dartıb söküb plastik pəncərəni əlilə itələyib açaraq evə daxil olmuşdur. Evdə pul və qızıl-zinət əşəyalarını axtarıb tapa bilməmiş, sonra isə divardakı televizoru, otaqdakı tozsoranı götürüb evi tərk edərək yol kənarına çıxmışdır. Oradan təsadüfi taksi avtomobili saxladıb televizoru və tozsoranı Sabunçu qəsəbəsi Rus bazarı adlanan yerə gətirmiş və orada televizoru 200 manat və tozsoranı 60 manata təsadüfi tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 20 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində M.Əcəmi metro stansiyası yaxınlığında Təqsirləndirilən şəxs2 görüşmüş və birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən «Al» market mağazasının yaxınlığına gəlmişlər. O, mağazaya daxil olaraq orada siqnalizasiyanın olub olmamasına baxmış, sonra isə Tahibə axşam həmin mağazadan oğurluq etməyi təklif etmişdir. 20 yanvar 2022ci il tarixdə, saat 03-04 radələrində özünə məxsus bir ədəd tərəfinin biri açar, digəri ling olan aləti götürüb Tahiblə birlikdə həmin mağazanın yanına gəlmiş, o, mağazanın plastiktən olan qapısına dəmir ling vasitəsi ilə təzyiq göstərərək açmış ikisi birlikdə içəri daxil olmuşlar, mağazanın daxilində olan E-manat ödəmə terminalını yerə yıxmışlar, Tahib terminalı tutmuş, o isə ling ilə terminalın qabaq tərəfində olan qapısını açarıq içində olan pul sandıqçasını götürərək marketdən çıxmışlar. M.Əcəmi metrostansiyası yaxınlığında ağaclıqların arasında pul sandıqçasını açıb, içərisindən təxminən 4.000 manatdan yuxarı pulu götürərək, sandıqçanı çıl-çırpının arasına tullamışlar. O, həmin oğurluqdan Təqsirləndirilən şəxs2 1.500 manat arası pul vermişdir. Onlar yenə də oradan ayrılıb hərəsi öz işinə getmişlər. Bundan başqa 29 yanvar 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olarkən pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və orada 1 mərtəbəli yaşayış olmayan ev görüb həmin evin arxasındakı pəncərənin dəmir barmaqlıqlarını dartıb sındıraraq plastik pəncərəni açmış və oradan içəri daxil olmuşdur. Evin yataq otağını axtararkən oradakı qara rəngli qutunun içində olan qızıl- zinət əşyalarını tapıb götürdükdən sonra evi tərk etmiş, həmin qızıl-zinət əşyalarını 700 manata Sabunçu qəsəbəsi Rus bazarında tanımadığı şəxsə dərmana ehtiyacı olmasını bildirərək satmış və əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. 02 fevral 2022-ci il tarixdə, saat 19:00 radələrində o, tanışı Təqsirləndirilən şəxs2la əlaqə yaradaraq, gecə işlərinin olacağını, mağazadan oğurluq edəcəyini bildirmişdir. 03 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində o, Tahiblə sövdələşib Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrostansiyası yaxınlığında olan «Sonti» marketin arxasında görüşüb saat 03-04 radələrində ünvan 11 ünvanında yerləşən «Al» market mağazasının yaxınlıına gəlmişlər. 20 yanvar 2022-ci il tarixdə saat törətdikləri oğurluq zamanı istifadə sonra metrostansiyanın yaxınlığındakı şamlıqda gizlətdikləri dəmir lingələri oradan götürüb özləri ilə gətirmişlər. O, Al marketin zəncirlə bağlanmış, şüşədən olan giriş qapısının zəncirini dəmir ling vasitəsi qıraraq qapını açmış və birlikdə içəri daxil olmuşlar. Mağazanın daxilində olan E-manat ödəmə terminalını birlikdə yerə yıxıb, Təqsirləndirilən şəxs2 terminalı tutmuş, o isə linglə terminalın qabaq tərəfindən qapısını açıb içərisində olan pul sandıqçasını götürərək marketdən çıxmışlar.M.Əcəmi metrostansiyası yaxınlığında ağaclıqların arasında pul sandıqçasını açıb içərisindən təxminən 5.000 manata yaxın pulu götürərək, sandıçanı, çıl çırpının arasına tullamışlar. O, oğurladıqları puldan 1.800 manatı Tahibə verib sonra ayrılmışlar. O, 11 fevral 2022-ci il tarixdə, saat 05:00 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə Sabunçu qəsəbəsində, döngələrdən birindən keçəndə əvvəlcədən gördüyü «Almarket» mağazasının yanından keçəndə həmin mağazadan oğurluq etmək barədə öz aralarında razılığa gəlmiş, bu razılığa əsasən o, mağazanın plastik qapısını itələyərək açıb içəri girmiş, Tahib isə mağazanın qarşısında dayanmışdır ki, kənar şəxs gəldikdə ona xəbər versin. Beləliklə o, mağazaya girdikdən sonra içəridə yerələşdirilmiş Saqa markalı onlayn ödəmə terminalına yaxınlaşıb özü ilə götürdüyü mismar çıxaran dəmir linglə terminalın pul yüklənən kassasını 3-4 dəqiqə ərzində sındırıb açmış və oradakı müxtəlif əskinazlara aid manatla pulları götürüb marketdən bayıra çıxmışdır. Tahibdən oğurladığı pulu gizlədərək yalandan demişdir ki, kassada pul olmamışdır. Sonra taksi ilə Koroğlu metrosuna, oradan isə başqa taksi ilə 20 Yanvar metro stansiyasına getmişlər. Orada Tahiblə sağollaşıb ayrılmış və həmin vaxt Tahibə oğurladığı puldan verməmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Mülki iddianın isə təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə Eldarla M.Əcəmi metrostansiyası yaxınlığında növbəti dəfə görüşərkən sonuncu ona demişdir ki, 1-2 günə zəng edəcəyini, görüşərək işi olacağını bildirmişdir. 19 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində onlar M.Əcəmi metro stansiyası yaxınlığında görüşüb birlikdə ünvan 15 ünvanda yerləşən «Al market» mağazasının yaxınlığına gəlmişlər. Həmin vaxt Al market mağazası açıq olmuşdur. Təqsirləndirilən şəxs1 mağazaya daxil olaraq orada siqnalizasiyanın olub- olmamasına baxmış sonra isə onun yanına gələrək axşam həmin mağazadan oğurluq etməyi planlaşdırdığını bildirmişdir. 20 yanvar 2022-ci il tarixdə, saat 03-04 radələrində onlar Eldara məxsus bir ədəd tərəfi açar, digər tərəfi ling olan aləti M.Əcəmi metrostansiyası yaxınlığında olan şamlıqların arasında gizlətdiyi yerdən götürərək, Nəsimi rayonu, A. Mustafayev küçəsində yerləşən Al market mağazasının yaxınlığına gəlmişlər, ətrafda kimsəni olmadığını müəyyən edərək Eldar marketin plastiktən olan qapısına dəmir ling vasitəsi ilə təzyiq göstərərək qapını açmış və onlar birlikdə içəri daxil olmuşlar. Sonra marketin içində olan E-manat ödəmə terminalını yerə yıxmış, o, terminalı tutmuş, Eldar isə əlindəki linglə terminalın qabaq tərəfində olan qapısını açıb içərisində olan pul sandıqçasını götürərək marketdən çıxmışlar. M.Əcəmi metrostansiyası yaxınlığında ağaclıqların arasında pul sandıqçasını açıb içərisindən təxminən 4.000 manatdan yuxarı pulu götürərək, sandıçanı çıl-çırpının arasına tulladıqdan sonra Eldar həmin puldan 600-700 manat arası məbləğdə ona verib ayrılmışlar. 02 fevral 2022-ci il tarixdə, saat 19:00 radələrində Eldar yenidən onunla əlaqə yaradaraq, gecə işləri olacağını mağazadan oğurluq edəcəklərini planlaşdırdığını bildirmiş və 03 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində onlar M.Əcəmi metrostansiyası yaxınlığında olan Sonti marketin arxasında görüşüb 20 yanvar 2022-ci il tarixdə AL marketdən oğurluq edərkən istifadə etdikləri Eldara məxsus bir ədəd bir tərəfi açar, digər tərəfi ling olan aləti M.Əcəmi metrostansiyası yaxınlığında olan şamlıqların arasında gizlətdikləri yerdən götürərək, saat 03-04 radələrində birlikdə ünvan 11 ünvanında yerləşən Al market mağazasının yaxınlığına gəlmişlər. Eldar Al marketin zəncirlə bağlanmış, şüşədən olan girş qapısının zəncirini dəmir ling vasitəsi qıraraq qapını açmış, ikisi də birlikdə içəri daxil olduqdan sonra mağazanın daxilində olan E-manat ödəmə terminalını birlikdə yerə yıxmışlar. O, terminalı tutmuş, Eldar linglə terminalın qabaq tərəfində olan qapısını açıb içərisində olan pul sandıqçasını götürərək marketdən çıxmışlar. Sonra onlar M.Əcəmi metrostansiyası yaxınlığında ağaclıqların arasında pul sandıqçasını açıb içərisindən təxminən 5.000 manata yaxın pulu götürüb sandıçanı çıl çırpının arasına tullamışlar. Eldar həmin oğurluqdan ona 400 manat pul vermişdir. 10 fevral 2022-ci il tarixdə, saat 19:00 radələrində isə Eldar onunla əlaqə yaradaraq, gecə mağazadan oğurluq edəcəklərini söyləmiş və 11 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində onlar 20 yanvar 2022-ci il tarixdə və 03 fevral 2021-ci il tarixdə Al marketdən oğurluq edərkən istifadə etdikləri Eldara məxsus bir ədəd bir tərəfi açar, digər tərəfi ling olan aləti götürüb birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığına taksi ilə gedərək saat 03-04 arası radələrində orada Al marketin qarşısına çatmışlar. X15 marketin plastikdən olan qapısına əlində olan ling vasitəsi ilə təzyiq göstərərək qapını açmış, içəri daxil olmuş, o isə bayıra qalmışdır ki, gələn olarsa Eldara xəbər versin. Təxminən 5-10 dəqiqdən sonra Eldar mağazadakı terminalın içində pul olmadığını deyərək birlikdə oradan uzaqlaşmışlar. Sonra onlar əvvəlcə taksi ilə Koroğlu metrosunun yanına oradan isə başqa taksi ilə 20 yanvar metrostansiyasının yanına gələrək orada ayrılmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında özü üçün Kontakt Home mağazalar şəbəkəsindən kreditlə 3.000 manata «Skuter» almış və skuteri yaşadağı binasının 6-cı mərtəbəsində blokda saxlamışdır. 2022-ci ilin yanvar ayının 13-də səhər satlarında həmin skuterinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 3.000 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəində göstərmişdir ki, 25 oktyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı Opel markalı, Astra modelli avtomobillə yaşadığı ünvan 16 ünvanda yerləşən evin qarşısında park edib qapı və pəncərələri bağlayaraq evinə getmişdir. 26 oktyabr 2021-ci il tarixdə saat 07:30 evdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sol qapısının açıq olduğunu görmüşdür. O, avtomobilə yaxınlaşıb baxarkən müyyən etmişdir ki, sürücü oturcağının altına qoyduğu içində 289 manat pul olan pul kisəsi, avtomobilin salonuna qoyduğu hər biri 7 manat dəyərində olan 8 ədəd Klee markalı yuyucu vasitə, yük yerinə yığmış olduğu hər biri 12 manat dəfərində 12 ədəd 1 litrlik Divo markalı zeytun yağı, hər biri 5.80 manat dəyərində olan 10 ədəd Klee markalı, hər biri 6 manat qiymətində olan 10 ədəd Klee markalı yuyucu təmizləmə vasitələri oğurlanmışdır. Sonra dərhal bu barədə ərizə ilə Nərimanov RPİ-in 17ci PB-nə gələrək ərizə verib ona vurulmuş maddi ziyanın 474 manat olduğunu bildirsə də, sonradan avtomobilə baxış keçirib əvvəlcədən oraya yığdığı əşyalarının sayını təftiş edərkən məlum olmuşdur ki, atomobilin arxa yük yerindən həmçinin yuyucu tozlar da, oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 676 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində arvadı Rənah qızı Lamiyə Pənah qızı ilə birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evindən çıxıb atasının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Məktəbli küçəsində yerləşən evinə qonaq gəlmiş və saat 20:45 radələrində özünün evinə qayıdarkən görmüşdür ki, evin həyətə açılan pəncərəsinin dəmir barmaqlıqdan olan qoruyucu çərçivəsi sındırıraq plastik pəncərə açılmışdır. O, evə daxil olarkən görmüşdür ki, evdəki əşyalar dağıdılmış, yataq otağındakı dolabda qara rəngli mücrü qutunun içində olan 1.200.00 manat dəyərində nişan üzüyü, 300 manat eləyərində olan gümüş qolbaq, termoda olan ümumi dəyəri 200 manat olan özünə aid 3 ədəd gümüş qolbaqlar və arvadına aid 300 manat dəyərində qızıl qolbaq oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində arvadı Rənah qızı Lamiyə Pənah qızı ilə birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evindən çıxıb atasının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məktəbli küçəsində yerləşən evinə qonaq gəlmiş və saat 20:45 radələrində özünün evinə qayıdarkən görmüşdür ki, evin həyətə açılan pəncərəsinin dəmir barmaqlıqdan olan qoruyucu çərçivəsi sındırıraq plastik pəncərə açılmışdır. O, evə daxil olarkən görmüşdür ki, evdəki əşyalar dağıdılmış, yataq otağındakı dolabda qara rəngli mücrü qutunun içində olan 1.200.00 manat dəyərində nişan üzüyü, 300 manat eləyərində olan gümüş qolbaq, termoda olan ümumi dəyəri 200 manat olan özünə aid 3 ədəd gümüş qolbaqlar və arvadına aid 300 manat dəyərində qızıl qolbaq oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, E-manat şirkətində təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışır. 03 fevral 2022-ci il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi 48 ünvanında yerləşən Al marketindən E-manat şirkətinin müştəri xidmətinə, həmin ünvanda yerləşdirilmiş Emanat terminalı sındırılaraq xəzinəsində olan pulun oğurlanması barədə daxil olmuş məlumat ona yönləndirilmişdir. O, həmin marketlə əlaqə saxlayaraq, Nəsimi rayonu, Cavadxan küçəsi 48 ünvanında yerləşən Al market-dən oğurluq olmasını yəqin etdikdən sonra oraya gəlmiş inkassasiya şöbəsi ilə birlikdə yoxlama apararaq aparatın xəzinəsindən 5.422 manat pulun oğurlanması müəyyən edilmişdir. Həmçinin, sındırılmış terminalın sındırılması nəticəsində şirkətə 1.283 manat olmaqla Modenis MMC-yə 6.705 manat maddi ziyan dəymişdir. Bundan başqa 03 fevral 2022-ci il tarixdə Nəsimi rayonu, A.Mustafayev küçəsi 21 ünvanda yerləşən Al marketindən E-manat şirkətinin müştəri xidmətinə, həmin ünvanda yerləşdirilmiş E-manat terminalı sındırılaraq xəzinəsində olan pulun oğurlanması barədə daxil olmuş məlumat ona yönləndirilmişdir. O, həmin marketlə əlaqə saxlayaraq, Nəsimi rayonu, A.Mustafayev küçəsi 21 ünvanında yerləşən Al market»in oğurlanmasını yəqin etdikdən sonra oraya gəlmiş inkassasiya şöbəsi ilə birlikdə yoxlama apararaq aparatın xəzinəsindən 4.568 manat pulun oğurlanması müəyyən edilmişdir. Həmçinin sındırılmış terminalın sındırılması nəticəsində şirkətə 1.283 manat olmaqla Modenis MMC-yə şirkətinə ümumilikdə 5.851 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindilmiş Nümayəndə3 göstərmişdir ki, ABC Telecom MMC-də hüquqşünas vəzifəsində işləyir. 31 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olan «Kontak Home» mağazaya müştəri kimi daxil olan naməlum şəxs orada olan piştaxtanın üzərindən 3.899 manat dəyərində bir ədəd «HUAWEİ MATEBOOK X PRO (53010VUK)» modelli B6QBB20B21800226 seriyalı nootbooku gizli olaraq oğurlamışdır. Həmin kompyuter ABC- Teleckom MMC-nə məxsusdur və bu nootbukun oğurlanması nəticəsində ABC Telekom MMC-yə 3.899 manat dəyrində maddi ziyan vurulmuşdur. Bundan başqa 20 noyabr 2021-ci il tarixdə ABC Telecom MMC-yə məxsus ünvan 7 ünvanda yerləşən Kontakt Home mağazasında meneceri vəzifəsində işləyən Əhməd adlı işçi mağazanın müdir müavini Nazim Məmmədova vitrində olan Huavei Matebook X Pro markalı noutbukun yerində olmadığını bildirmişdir. X11 bununla bağlı kimdənsə şübhələndiyini soruşduqda o, bir az bundan əvvəl mağazaya daxil olmuş qara rəngli gödəkçə geyinmiş və başında qara rəngli papaq olan şəxsdən şübhələndiyini bildirmişdir. Bundan sonra Nazim Məmmədov onunla dərhal nəzarət-müşahidə kameralarına baxıb nootebooku oğurlayan şəxsi müəyyənləşdirməyə çalışarkən 1 nəfər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və başında qara rəngli papaq olan, arıq bədən quruluşlu bir nəfər şəxsin mağazaya müştəri qismində daxil olaraq əvvəlcə satıcı ilə söhbət edib notebookla maraqlandığını, daha sonra satıcının digər müştəri ilə maraqlandığı zaman fürsətdən istifadə edib vitrində olan Huavei Matebook X Pro markalı noutbuku gizlincə gödəkçəsinin altına salaraq mağazanı tərk etdiyini aşkar etmişlər. Qeyd olunan nootbukun dəyəri 3900 manatdır və oğurlanması nəticəsində «ABC Telecom MMC-yə 3900 manat dəyərində maddi ziyan dəymişdir, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/84895 saylı xx.xx.2021-ci il tarixli rəyində isə həmin Huaweı Matebook X PRO (53010VUK) modelli B6QBB20B21800226 seriyalı nootbookun 2021-ci ilin oktyabr ayına olan bazar qiyməti nəzəri qaydada 3500 manat müəyyən edilməsi ilə razı deyil və oğurlanan nootbooka satışa çıxarılan digərləri kimi müəyyən akssesuarlar və ən son proqramlar yüklənilir, təhlükəsizliyi təmin olunur, həmçinin zəmanət verilir. Bu üstünlüklərə görə belə nootbookların dəyər mağazada 3.900 manat dəyərində qiymətləndirilir. Məhkəmədən mülki iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 may 2021-ci il tarixdə satıcı işlədiyi ünvan 17 ünvanda yerləşən «Pharma plus» aptekdə olarkən özünə məxsus «Samsunq S6» markalı mobil telefon aparatını kassa aparatının yanına qoymuş, sonra isə mobil telefonu aparatının tanımadığı şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin telefon aparatının dəyəri 500 manat təşkil edir və oğurlanması nəticəsində ona həmin miqdarda maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 21 may 2021-ci il tarixdə, 18:00 radələrində özünün işlətdiyi, ünvan 18 ünvanda yerləşən telefon aparatları və aksessuarları satışı mağazasında işləyən satıcı ona zəng edərək satış üçün vitrinə qoyduqları «İphone 11» markalı mobil telefon aparatını yerində olmadığını xəbər verdikdən sonra o, mağazaya gəlmiş, həqiqətən telefon aparatının yerində olmadığını görmüş, sonra müşahidə kameralarına baxarkən müəyyən etmişdir ki, bir qədər əvvəl mağazaya gələn bir nəfər naməlum şəxs həmin telefon aparatını gizlin şəkildə vitrindən götürüb cibinə qoyaraq mağazadan çıxmışdır. O oğurlanmış həmin telefon aparatını müştəridən 1.500 manata bir qədər baha qiymətə satmaq məqsədi ilə almış, həmin telefon ona məxsus olmuş və oğurlanması nəticəsində ona 1.500 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə, saat 15:00 radələrində satıcı işlədiyi, Bakı şəhəri Qara Qarayev prospekti 25/19 ünvanda yerləşən Pumba kids uşaq geyim mağzasında müştəriyə paltar seçimində kömək edən zaman özünə məxsus kreldit müqaviləsi əsasında 2.020 manata aldığı İphone 11 markalı mobil telefonunu kassa aparatının yanına qoymuş, işini bitirib kassa aparatını yanına gələrkən həmin telefonun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Sonra mağazanın müşahidə kameralarına baxan zaman bir nəfər arıq bədən quruluşlu və 25 yaşlarında olan işi cinsli şəxsin onun mobil telefon paratını götürüb mağazadan çıxdığını müəyyən etmişdir. Telefonunun oğurlanması nəticəsində ona 2.020 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 16 noyabr 2021-ci il tarixdə, saat 01:11 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili kirayə yaşadığı ünvan 20 ünvanın qarşısında saxlamış, səhər saat 07:25 radələrində avtomobilə yaxınlaşan zaman avtomobilin arxa aıln şüşəsinin sındırılaraq avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) 1.000 manat nağdı pulunun, 30 manat dəyərində olan Samsunq 5212 markalı, 50 manat dəyərində olan Samsunq 9002 markalı və 150 manat dəyərində olan Xiaomi Not 5 markalı mobil telefon aparatlarının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahədə 2 sotun içində 4 otaqlı ev tikdirmişdir, mənzildə daimi yaşayış yoxdur, müəyyən vaxtlarda o mənzilə baş çəkmək üçün gəlib-gedir. 19 yanvar 2022-ci il tarixdə mənzilə qalmağa gəlmiş, lakin açarı olmadığından qayıdıb getmişdir. 20 yanvar 2022-ci il tarixdə qonşuluqda yaşayan Anar Mahmudov səhər saatlarında onun evinin çöl darvazasının açıq olduğu barədə məlumat vermişdir. O da çöl darvazanı sonuncu dəfə bağladığını bilirmiş. O, dərhal şəxsi avtomobili ilə yaşadığı Binəqədi rayonundan yaşamadığı ona məxsus olan Ramana qəsəbəsinə gəlmişdir. Gəldiyi zaman darvazanın açıq olduğunu görmüşdür. Dəmir barmaqlıqların qırıldığını, pəncərənin açıq olduğunu, evdə bütün əşyaların dağıdıldığını, 01 ədəd 1.200 manat dəyərində Arçelik markalı televizorun, 01 ədəd 300 manat dəyərində tozsoranın yerində olmadığını, oğurlandığını aşkar edib dərhal polisə məlumat vermişdir. Hadisə nəticəsində 1.500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 15 dekabr 2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə yaşadıqları ünvan 21 ünvanındakı fərdi evdən çıxıb Əhmədli qəsəbəsində yaşayan oğlunun evinə qonaq getmişlər, özlərinin evində heç kim qalmamışdır. 18 dekabr 2021-ci il tarixdə, saat 20:00 radələrində evinə gələrkən görmüşdür ki, həyətdəki saxlanc yerinin qapısı açıqdır və oradan əvvəllər istifadə etdiyi «Niva», «Opel», «Qaz31» və «Daevo» markalı avtomobillərə aid müxtəlif ehtiyyat hissələri, 1 ədəd aliminium qazan, 8 ədəd tava, 2 ədəd ətçəkən maşın, 1 ədəd soba, 1 ədəd lom, 2 ədəd balta, 1 ədəd çəkic, 1 ədəd mişar, 3 ədəd təzə tərəzi, 3 ədəd tas, 1 ədəd qalıq-çəngəl dəsti, 1 ədəd çömçə, 1 ədəd şirəçəkən maşın, 1 ədəd iri həcmli aşsüzən, 4 ədəd iri qablar, 8 ədəd böyük kabab şişi, 8 ədəd orta ölçülü kabab şişləri oğurlanmışdır. Bu əşyaların ümumi dəyəri 2.000 manat təşkil edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmşdir ki, hal-hazırda işi il əlaqədar olaraq bütün ilə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşadığından özünə məxsus olan əvvəllər yaşadığı Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evində heç kim yaşamır. 18 yanvar 2022-ci il tarixdə naməlum şəxs(lər) həmin evinə daxil olaraq mənzildə olan bir ədəd çomadana yığılmış halda, onun həyat yoldaşı üçün aldığı ümumi dəyəri 700 manat dəyərində olan paltarlar və həyətdəki yardımçı tikilidə olan 1.200 manat dəyərində «Termo» markalı, kombi istilik sisteminin qızdırıcısı oğurlanmış, nəticədə ona 1.900 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründ zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 qızı ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə, saat təxminən 18:30 radələrində bir nəfər tanımadığı şəxs onun satıcı işlədiyi ünvan 22 ünvanında yerləşən «D&P» parfium mağazasına gələrək ona 120 manat dəyərində müxtəlif ətirləri alacağını deyərək onları qutuya yığdırmağı sifariş etmiş, o bu işləri görən müddət ərzində həmin şəxs telefonla sevgilisi ilə danışmaq üçün bir neçə dəfə mağazadan çıxıb geri qayıtmışdır. Bu ərəfədə o, özünün «iphone 13 Pro» markalı mobil telefon aparatını mağazadakı masanın üstünə qoymuşdur. Sonra mağazadakı digər müştərilərlə danışmağa başlamışdır. Təxminən 19:30 radələrində masanın üstündən telefonu götürmək istədikdə telefonunu orada görməmim və həmin vaxt telefonunun 120 manat dəyərində ətirlər sifariş edən şəxs tərəfindən oğurlamasını başa düşmüşdür. Oğurlanmış İphone 13 Pro Max markalı mobil telefonun dəyəri 2.900 manatdır və ona həmin məbləğdə ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsində döngə 5 ünvanda yerləşən «Al market» mağazasında quraşdırılmış, özünün inkossator işlədiyi "xxxx" MMC-yə məxsus 40807 saylı «Saqa» markalı ödəmə terminalının qəbuldicisinin qabaq hissəsi naməlum şəxs və şəxslər tərəfindən açılaraq pul böldməsinin qapısı sındırılıb açılmaqla müdaxilə nəticəsində bölmənin içində olan 677 manat pul oğurlanmışdır. Oğurluq zamanı SAQA markalı ödəmə terminalının pul bölməsinin qəbuledicisinin qabaq hissəsi və pul bölməsinin qapısının sındırılması və pul kasetinin çıxarılması nəticəsində 870 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə4 göstərmişdir ki, 14 dekabr 2021-ci il tarixdə Ultratek MMC-in Texnomart mağazalar şəbəkəsinin ünvan 24 ünvanda yerləşən mağazasının müdiri Cəbiyev iskəndər Kamil oğlu həmin mağazada aylıq təftiş aparan zaman satışda olmuş 1 ədəd, 1000 manat dəyərində «Samsung» markalı SM-N950FDS Note8 modelli **********085/2 İMEİ kodlu mobil telefon aparatının yerində olmadığı və satılmadığını görüb mağazanın təhlükəsizlik kameralarına baxış keçirən zaman müəyyən etmişdir ki, 03 noyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində mağazaya müştəri qismində gələn bir nəfər şəxs mağazanın işçilərindən gizlin olaraq vitrində olan həmin telefonu götürüb cibinə qoyaraq mağazadan çıxmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə, saat təxminən 03-04 arası radələrində taksi fəaliyytəi ilə məşbul olduğu, etibarnamə əsasında idarə etdiyi «Fiat» markalı «Albea» modelli ** TQ *** dövlət qeydiyyat nişanlı avtomobillə adətən müştəri gözlədiyi, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində, «Almarket»in yaxınlığındakı yol ayrıcında dayanıb müştəri gözləyərkən təxminən 25-30 yaşlarında olan iki nəfər cavan oğlanlar ona yaxınlaşıb özlərini «Koroğlu» metrostansiyasının yanına aparmağı sifariş etmişlər. Gediş haqqını 3 manata razılaşaraq yola düşəndən sonra həmin şəxslər oradan «Əcəmi» metrostansiyasını yanına aparmağı istəmişlər. O, bu oğlanların gecə vaxtı bu qədər uzağa getmək istəmələrindən onların Sabunçu qəsəbəsinə başqa yerdən gəlmiş olduqlarını və gecə vaxtı yola çıxmaları onların narahat adam olmasına şübhələr yaratdığına görə bu təkliflə razılaşmamış və onları Koroğlu meterostansiyasının yanında düşürüb ayrılaraq evinə getmişdir. Gecə vaxtı olduğundan həmin oğlanların üzlərini dəqiq görə bilmədiyi üçün əlamətlərini xatırlamır, həmin şəxsləri ilk dəfə görmüş, şəxsiyyətləri barədə heç bir məlumatı olmasa da onların biri-birinə müraciətlərindən eşitmişdir ki, birinin adı Tahib və ya Tahir, digərinin adı isə Eldardır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Al-market mağazalar şəbəkəsinin Cavadxan küçəsi 48 ünvanda yerləşən 3498 saylı filialına gələrkən mağazanın qapısının zəncirli qıfılının qırıq vəziyətdə olmasını görüb mağazada oğurluq olmasından şübhələnərək içəri boylandıqda mağazada yerləşdirilmiş E-manat ödəmə terminalının yerdə olduğunu və arxa hissəsində qapağanın açılmış olduğunu görmüş və bundan sonra DİN-in 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 Əbilfəz qızı ibtidai istintaq dövründə Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4948 saylı, 04 avqust 2021-ci il tarixli rəyindən görünür ki, 1 ədəd İphone Pro markalı 2019-cu il istehsallı 64GB yaddaşlı mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan ort bazar qiyməti nəzəri qaydda təxminən 1.200.00 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/7063 saylı, 01 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, mobil telefonların satışı üçün komlektləşdirilməsinə dail edilən aksessuarların olmaması nəzərə alınaraq onların istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mayiyul aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 1.190.00, 1 ədəd GSM nömrənin 2021-ci ilin may-iyul aylarına olan orta bazar qiyməti 4.00 manat müəyyən olunur. O cümlədən:-1 ədəd 64GB yaddaş tutumlu İphone pro markalı mobil telefon-1.100.00 manat, -1 ədəd CSM nömrə- 4.00 manat,-1 ədəd Samsunq A20S markalı mobil telefon-90.00 manat. Həmin mobil telefonlar tədqiqata təqdim edilmədiyinə görə istehsal yerini müəyyən etmək mümkün deyildir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/8454 saylı, 21 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, bir ədəd «X14» modelli B6Q6QBB20B21800226 seriyalı Nootbookun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3.500 manat müəyyən olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/2113 saylı, 15 aprel 2022-ci il tarixli rəyindən görünür ki, satışı üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınaraq onların orta istehsal müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may, iyul aylarına olan «Xiaomi Redmi Mİ Note 9 Pro» Xiaomi markalı mobil telefon aparatını orta bazar qiyməti 340 manat, Samsung S6 markalı mobil telefonun orta bazar qiyməti 140 manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/22372 saylı, 06 aprel 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatın təqdim edilən 02 ədəd istifadə olunmuş, içərisi boş olan «Emanat» ödəmə terminalına məxsus «KASSET CASHBOX» 1200 U ehtiyyat hissəsinin zədələnməmişdən əvvəl normal vəziyyətdə 2022-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiymətinin ümumi dəyəri təxminən 300.00 (2X150m) manat müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 dekabr 2019-cu il cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 5 (beş) ay, 19 (on doqquz)gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və 22 may 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 1772.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 1772.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 1772.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X6 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun əməli onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək, 03 epizod üzrə Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə onun 03 may 2021-ci il tarixdə, saat 17:40 radələrində müştəri kimi daxil olduğu ünvan 1 ünvanda yerləşən ABV adı altında fəaliyyət göstərən kompyuter avadanlıqlarının satışının aparıldığı mağazadan vitrinin üzərində olan X8 məxsus 531 manat dəyərində X16 Note 9 pro markalı mobil telefonu götürməkə gizli olaraq talayıb zərərçəkmiş şəxs Samir Sarkarova 531 manat dəyərində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa onun təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 may 2021-ci il tarixdə, saat təxminən 15:00 radələrində müştəri kimi daxil olduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/19 ünvanda yerləşən Pumba kids mağazasının kassasının yanına qoyulmuş Zərərçəkmiş şəxs5 məxsus üzərində 10 manat dəyərində mobil nömrə olan 2.010 manat dəyərində «İphone 11» markalı obil telefon aparatını götürməkə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 2.020 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etməsi, bundan başqa təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 may 2021-ci il tarixdə saat 18:00 radələrində müştəri kimi daxil olduğu Bakı şəhəri, Səbail rayonu «Fəvvarələr» meydanında yerləşən “By telecom” telefon mağazasından Zərərçəkmiş şəxs4 məxsus 1.500 manat dəyərində “İphone 11 Pro markalı mobil telefon aparatını götürməklə gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1.500 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etməsi epizodları üzrə cinayət təqibi üzrə cinayət törədildiyi gündən 02 (iki) il keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən «02» (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu epizodlar üzrə müdafiə tərəfinin razılığı ilə cinayət törədildiyi gündən 02 (iki) il keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməlidir. Bundan başqa Dövlət ittihamçısı şifahi vəsatətlə Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 may 2021-ci il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanda yerləşən «Pharma Plus» adı altında fəaliyyət göstərən aptekə müştəri qismində daxil olaraq vitrinin üzərindən Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində Samsung S6 markalı mobil telefonu götürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 500 manat dəyərində zərər vurmaqla təkrar oğurluq etməsi faktı üzrə əməldə cinayət tərkibi olmadanğından cinayət təqibindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu epizod üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)98/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 14 fevral 2022-ci il tarixdən hesablanmaqla «03» ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 03, səh., 183). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)99/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 14 fevral 2022-ci il tarixdən hesablanmaqla «03» ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 03, səh., 186). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)588/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət təmin olunmamış və o məhkəmə iclas zalından həbsdən azad dilmişdir (cild 07, səh., 63). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)589/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət təmin olunmamış və o məhkəmə iclas zalından həbsdən azad dilmişdir (cild 07, səh., 58). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)455/2022 saylı, 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla «03» ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)454/2022 saylı, 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun barəsində 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla «03» ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 07, səh., 108). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)45/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 iyul 2021-ci il tarixdən, 15 iyul 2021-ci il tarixə kimi tutulduğu cəmi «02» (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residinin olmasını, dəymiş ziyanların ödənməməsini, analoji cinayətə görə məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Əlimərdan oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənməməsini, əvvəllər analoji cinayətə görə məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 Əlimərdan oğlu Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə, Cinayət Məcələlsinin 56.1.3cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «02» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 165 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğlundan (hər birindən 82 manat 05 qəpik) tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar 02 ədəd «Kasset Caşhbox» 1.200 U markalı kasetlər sahibinə qaytarılmalı, 05 ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 70 saata görə hər birinə ayrı-ayrılıqda 420 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Mülki iddiaçı ABC Telekom MMC-i mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törədilmiş əməl nəticəsində ona dəymiş 7.400 manat məbləğində pulun və 94 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iddiaçı ABC Telekom MMC-i mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs1 mülki iddiaçı ABC Telekom MMC-in xeyrinə 7.400 manat məbləğində maddi ziyan və 94 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «03» (iki) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin 1(005)45/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş «06» (altı) ay müddətinə azadlıqdan məhrmu etmə cəzası qismən toplanılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzadan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə cəza çəkmə müddətinə hesablanmış 13 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixə kimi tutulduğu «02» (iki) gün, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)98/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı ilə «04» (dörd) ay, «29» (iyirmi doqquz) gün həbsdə saxlama müddəti, «05» (beş) ay, «01» (bir) gün hesablansın və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «03» (üç) il, «06» (altı) ay, «29» (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «02» sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Əmirəddin oğluna Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)98/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı ilə «04» (dörd) ay, «29» (iyirmi doqquz) gün həbsdə saxlama müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun üzərində «03» (üç) il, «01» (bir) ay, «01» (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02» sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə 165 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğlundan (hər birindən 82 manat 05 qəpik) tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar 02 ədəd «Kasset Caşhbox» 1.200 U markalı kasetlər sahibinə qaytarılmalı, 05 ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 70 saata görə hər birinə ayrı-ayrılıqda 420 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Mülki iddiaçı ABC Telekom MMC-i mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs1 mülki iddiaçı ABC Telekom MMC-in xeyrinə 7.400 manat məbləğində maddi ziyan və 94 manat ödənilmiş dövlət rüsumu tutulsun. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar