Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-119/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs4 nümayəndəsi (həyat yoldaşı) X1, Müdafiəçi –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – XXX Zərifə Ələkbər qızının iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş XXX Zərifə Ələkbər qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən XXX Zərifə Ələkbər qızına verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb və elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, XXX Zərifə Ələkbər qızı tamah niyyəti ilə 15 iyul 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 fəaliyyət göstərdiyi “Mədinə” gözəllik salonuna müştəri qismində daxil olaraq salonda masada olan özgənin əmlakını Zərərçəkmiş şəxs4 məxsus 50 manat dəyərində bir ədəd qadm əl çantasını, həmin çantanın içərisində olan 800 manat pulu və 1500 manat dəyərində çəkisi 13.5 qram İtaliya istehsalı olan bir ədəd qızıl qolbağı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edib özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 fəaliyyət göstərdiyi “Nuranel” adlı qadm gözəllik salonuna müştəri kimi gələrək, divanda əyləşib növbəsini gözləyərkən Zərərçəkmiş şəxs1 diqqətinin işə yönəldiyindən istifadə edib divanın üzərində olan özgənin əmlakını Zərərçəkmiş şəxs1 məxsus əl çantasından 80 manat dəyərində bir ədəd pul qabını, həmin pul qabının içərisində olan Zərərçəkmiş şəxs1 məxsus balansında 285 manat pul olan “Kapital” Bank tərəfindən verilmiş “Bir bank” adlı bank kartını gizli olaraq özü ilə götürüb salonu tərk edərək getmiş və həmin tarixdə ayrı-ayrı saatlarda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazalarda müxtəlif məhsullar alıb həmin bank kartının balansından hissə-hissə onlayın qaydada ödəniş etməklə cəmi 285 manat pulu, ümumilikdə isə 365 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 365 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti 19 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs2 fəaliyyət göstərdiyi “Xarı Bülbül” qadm gözəllik salonuna müştəri kimi gəlmiş, Zərərçəkmiş şəxs2 müştəri qismində olan Zərərçəkmiş şəxs3 qızının saç düzümü ilə məşğul olmasından istifadə edib salonda masanın üzərində olan özgənin əmlakını Zərərçəkmiş şəxs2 məxsus üzərində 10 manat dəyərində 055- ***-**-** saylı GSM nömrə olan, 750 manat dəyərində bir ədəd “Honor 10” markalı mobil telefonu həmçinin, salonda masanın üzərində olan özgənin əmlakını Zərərçəkmiş şəxs3 məxsus 17 manat dəyərində bir ədəd əl çantasını, həmin çantada olan 40 manat pulu, 200 manat dəyərində olan üzərində “925” əyar damğası həkk olunmuş metalı 925 əyarlı gümüşə uyğun olan, ümumi çəkisi 10,45 qram, qaşları qiymətli qaşlara aid olmayan bir ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəstini, 10 manat dəyərində olan metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 3,36 qram bir ədəd sarı rəngli metaldan, üzərində 2 ədəd halqa formalı kulonu olan boyunbağını, 200 manat dəyərində çəkisi 2 qram, əyarı 585 olan bir ədəd qızıl qolbağını, 300 manat dəyərində çəkisi 3 qram, əyarı 585 olan bir ədəd qızıl üzüyü və 270 manat dəyərində çəkisi 2 qram, əyarı 585 olan bir ədəd qızıl boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 760 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə ümumilikdə 1037 manat, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumilikdə 1797 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bununla da XXX Zərifə Ələkbər qızı AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs XXX Zərifə Ələkbər qızı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ittihamda göstərilən cinayətləri törətmişdir. Dəqiq tarixlər yadında deyil. Övladı xəstə olduğundan həmin əməllərə yol vermişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində doğulmuş və Abşeron rayonu, At yalı qəsəbəsində fərdi evdə yaşamışdır. Onun həyat yoldaşı ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Mədinə” adlı gözəllik salonunu işlətmişdir. Həyat yoldaşının deməsinə görə ona məlumdur ki, 15 iyul 2022-ci il tarixdə saat 17 radələrində bir qadın müştəri qismində salona daxil olmuş, bir qədər sonra çıxıb getdikdən sonra həyat yoldaşı çantasının yerində olmadığını görmüşdür. Salonu axtarmış, lakin tapa bilməmişdir. O, həmin qadının ona məxsus çantanı oğurladığını başa düşmüşdür. Ona məxsus çantanın içərisində 1500 manat dəyərində 13,5 qramlıq İtalyan istehsalı olan qızıl qolbağ və 800 manat pul olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qızı məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Ləhic bağ massivi nömrəsiz fərdi evdə yaşamışdır. Latın qrafikası ilə sərbəst yaza və oxuya bilmişdir. ünvan 3 ünvanında yerləşən “Nuranel” qadın gözəllik salonunu icarə əsasında işlətmişdir. 07 noyabr 2022-ci il tarixdə saat 13 radələrində hər gün olduğu kimi həmin gözəllik salonunda işdə olmuşdur. O, müştəri qismində salona gəlmiş tanımadığı bir qadının saçını düzəltmişdir. Həmin vaxt salona 30-35 yaşlarında tanımadığı bir qadın gəlmiş və ona saçını rənglətmək istədiyini demişdir. O, qadma növbə gözləməsini, işini bitirdikdən sonra saçını rəngləyəcəyini demişdir. Qadın gözləyəcəyini demişdir. Həmin qadın salonun içərisində bir az gəzmiş və sonra içəridə olan divanda əyləşmişdir. O, özünə məxsus əl çantasını divanın üstünə qoymuşdur. Çantanın içərisində olan pul qabında isə onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və dörd ədəd “kapital bank” kartı olmuşdur. Bir neçə dəqiqə sonra qadın ondan saçını hansı qiymətə rəngləyəcəyini soruşmuşdur. O, qadına saçını 50 manata rəngləyəcəyini demişdir. Bundan sonra qadın ona üzərində pulun az olduğunu deyib, ərinə zəng edib pul gətizdirəcəyini demiş və salondan çıxaraq getmişdir. Lakin həmin qadın bir daha salona qayıtmamışdır. O, qadınm pul tapa bilmədiyi üçün salona qayıtmadığını yəqin etmişdir. Həmin gün saat 18 radələrində onun iş vaxtı bitmiş, salonu bağlayıb əl çantasını da götürüb yaşadığı evə getmişdir. Evdə əl çantasına baxmış, içərisində özünə məxsus sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin, “Kapital Bank” tərəfindən verilmiş dörd ədəd bank kartının olduğu bir ədəd pul qabmm çantada olmadığını görmüşdür. O, ilk öncə pul qabını salona gəlmiş qadınm götürdüyünü, oğurladığını görmədiyi üçün əşyalarını həmin qadınm oğurladığını bilməmişdir. O, pul qabını itirdiyini yəqin etmişdir. Ona məxsus bank kartların birində 285 manat pul olmuş, digər üç ədəd kartda isə pul olmamışdır. Həmin kartlar onun atası X2 istifadə etdiyi mobil telefonunda “Bir bank” tətbiqində olmuşdur. Kartla alış-veriş edilən vaxt atası Emilə məxsus mobil telefona sms bildirişi gəlmişdir. Bu səbəbdən o, atası Emilə zəng edərək pul qabmı, kartlarını və vəsiqələrini itirdiyini demiş, kartdan pul çıxarılıb-çıxarılmaması barədə telefonuna sms gəlib-gəlmədiyini soruşmuşdur. Atası Emil ona mobil telefonuna sms bildirişi gəldiyini, həmin gün günorta saatlarından sonra ona məxsus bank kartından Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Real” marketdən və “İrşad” telekomda kartdan pul çıxarılması barədə sms bildirişi gəldiyini, sms-lərdə Real marketdə kartından 50 manat, 4 manat, 7 manat, 34 manat və 50 manat olmaqla cəmi 145 manat məbləğində, “İrşad” telekomda isə 70 manat və 70 manat olmaqla cəmi 140 manat məbləğində alış veriş edildiyini demişdir. Bununla da, ona məxsus bank kartından cəmi 285 manat pulun oğurlandığı ona məlum olmuşdur. Bundan sonra o, pul qabının itmədiyini, salona gəlib saçını rənglətdirəcəyini deyərək divanda oturmuş qadınm həmin vaxt divanın üstündə olan çantadakı pul qabmı oğurladığını bilmişdir. Həmin gün o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gedərək oğurluq hadisəsi barədə ərizə yazmışdır. Polis əməkdaşı onun izahatını almışdır. Sonra polis əməkdaşları ona məxsus gözəllik salonuna baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonu, Kərimbəyli kəndində doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşamışdır. Latın qrafikası ilə sərbəst yaza və oxuya bilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Xarı Bülbül” adlı qadın gözəllik salonunu icarə əsasında işlətmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 12 radələrində həmişə olduğu kimi salonda işdə olduğu zaman müştəri qismində salona gələn Zərərçəkmiş şəxs3 qızının saçını kəsib düzəltmişdir. Həmin vaxt salona 30-35 yaşlarında tanımadığı bir qadın gələrək saçını düzəltdirmək istədiyini bildirmişdir. O, həmin qadına təxminən 30 dəqiqə əlində işinin olduğunu demiş, qadın isə onu gözləyəcəyini bildirmişdir. Həmin qadm ona mağazaya gedib təxminən 15 dəqiqə sonra geri qaydacağım demiş və salondan çıxmışdır. Zərərçəkmiş şəxs3 gördüyü işin müqabilində ona pul ödəmək istədikdə, çantasının salonda olmadığmı görmüşdür. Bundan sonra o, masanın üzərinə qoyduğu içərisində ***-***-**-** saylı GSM nömrə olan, 750 manat dəyərində “**********03366, **********03374” imei kodlu bir ədəd “Honor 10” markalı mobil telefonunun da olmadığını aşkar etmişdir. Onlara müştəri qismində salona gələn 30-35 yaşlarında olan qadının ona məxsus mobil telefonu və Zərərçəkmiş şəxs3 əl çantasını oğurlayıb özü ilə apardığı məlum olmuşdur. Çünki həmin saatlarda Zərərçəkmiş şəxs3 başqa salonda müştəri olmamış, nə də həmin qadından başqa salona heç bir qadın gəlməmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs3 DİN-in 102-xidmətinə zəng vuraraq salondan əşyalarının oğurlanması barədə məlumat vermişlər. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları salona gəlmiş, hadisə yerinə baxış keçirmiş, o, oğurluq hadisəsi ilə bağlı ərizə və izahat yazmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi evdə yaşamışdır. Latın qrafikası ilə sərbəst yaza və oxuya bilmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Xarı Bülbül” adlı qadın gözəllik salonuna getmişdir. Salonu işlətmiş Zərərçəkmiş şəxs2 onun saçını kəsib düzəldən vaxt salona 30- 35 yaşlarında tanımadığı bir qadın müştəri gəlmişdir. Həmin qadın Bikəyə saçını düzəltdirmək istədiyini bildirmişdir. Bikə onun saçını düzəltdiyindən qadına təxminən 30 dəqiqə işinin olduğunu demişdir. Qadın gözləyəcəyini bildirmiş və stulda oturub gözləmişdir. Həmin qadm mağazaya gedib təxminən 15 dəqiqə sonra geri qayıdacağını demiş və salondan çıxmışdır. Bikə onunla işini yekunlaşdırmış, o, gördüyü işin müqabilində Bikəyə pul ödəmək istədikdə, salonda stulun üzərinə qoyduğu içərisində özünə məxsus qiyməti 200 manat olan bir ədəd 2 qramlıq, 585 əyarlı qolbağın, qiyməti 300 manat olan bir ədəd 3 qramlıq, 585 əyarlı üzüyün, qiyməti 270 manat olan bir ədəd 2 qramlıq, 585 əyarlı boyunbağın, qiymədi 200 manat olan komplekt dəstdən ibarət gümüş boyunbağı, sırğa və üzüyün, qiyməti 10 manat olan bir ədəd gümüş sarımtıl rəngli boyunbağının, 40 manat nəğd pulun, özünə məxsus sürücülük vəsiqəsinin, istifadəsində olmuş “Kapital Bank”a məxsus kartın və evin açarlarının olduğu 17 manat dəyərində əl çantasının olmadığını aşkar etmişdir. Bundan sonra Bikə masanın üzərində olan mobil telefonunun oğurlandığını aşkar etmişdir. Həmin vaxt onlara müştəri qismində salona gəlmiş 30-35 yaşlarında olan qadınm Bikəyə məxsus mobil telefonu və içərisində əşyalarının olduğu 17 manat dəyərində əl çantasını gizli oğurlayaraq özü ilə apardığı məlum olmuşdur. Çünki həmin saatlarda salonda ondan və Bikədən başqa heç kim olmamışdır. Onlar DİN-in 102 xidmətinə zəng vuraraq salondan əmlaklarının oğurlanması barədə məlumat vermişlər. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları salona gəlmiş, hadisə yerinə baxış keçirmişlər. O, oğurluq hadisəsi ilə bağlı ərizə və izahat yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində yerləşən “Nuranel” gözəllik salonudur (cild 01; i.v. 8-10). “Diskə baxış keçirilməsi haqqında” 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində yerləşən “Nuranel” gözəllik salonundan naməlum qadının 07 noyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən “Real” marketdə alışveriş etməsi müşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır (i.v.11-12). “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Xarı Bülbül” gözəllik salonudur (cild 01; i.v. 76-79). “Baxış və götürmə haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsində XXX Zərifə Ələkbər qızının oğurladığı əşyalara baxış keçirilmiş, o, bir ədəd “Honor 10” markalı mobil telefonu, bir cüt gümüşü rəngli sırğanı və boyunbağını, bir ədəd qızılı rəngli boyunbağını və Zərərçəkmiş şəxs3 qızına məxsus sürücülük vəsiqəsini təqdim etmişdir (cild 01; i.v.84-85). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 6/7037-9/9065 saylı rəyindən görünür ki, təqdim edilmiş - 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəsti - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 10,45 qramdır, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı rəngli metaldan, üzərində 2 ədəd halqa formalı kulonu olan boyunbağı - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,36 qramdır. Aparılmış tədqiqat nəticəsində təqdim edilmiş məmulatların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 182,0 manat müəyyən edilir. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəsti - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 10,45 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 52,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində 2 ədəd halqa formalı kulonu olan boyunbağı - metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,36 qramdır - 10,0 manat. 1 ədəd “Honor 10” markalı mobil telefon (komplektləşdirilməsinə daxil olan aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla) - 120,00 manat (i.v.120-123). “Hadisə yerinə baxış keçirilməsi barədə” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən “Mədinə” gözəllik salonudur (cild 01; i.v.181-182). “Videogörüntülərə baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, müşahidə kamerlarında olan görüntülərlə 15 iyul 2022-ci il tarixdə oğurluğu törədən qadın “Mədinə” gözəllik salonuna girmiş, bir müddət sonra oradan çıxaraq uzaqlaşmışdır (cild 01; i.v.186). “Pulları təqdim etmə haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 qızına dəymiş zərərdən 550 manat ödəniş edilmişdir (cild 02; i.v.57). “Sübutların qiymətləndirilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, XXX Zərifə Ələkbər qızına AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, XXX Zərifə Ələkbər qızının Zərərçəkmiş şəxs1 məxsus kartla alış-veriş etməsinə dair videogörüntünü özündə əsk etdirən 01 ədəd disk və onun “Mədinə” gözəllik salonundan oğurluq etməsinə dair epizodla bağlı görünteləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs3 qızına məxsus üzərində 925 əyar damğası həkk olunmuş, ümumi təmiz çəkisi 10,45 qram olan bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan klonlu boyunbağı, sırğa cütü, üzük dəstli və metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 3, 36 qram bir ədəd sarı rəngli metaldan, üzərində 02 ədəd halqa formalı klonu olan boyunbağı maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs3 qızına verilmiş, Zərərçəkmiş şəxs2 məxsus “Honor 10” markalı 01 ədəd mobil telefon maddi sübut kimi tanınaraq qanuni sahibi Zərərçəkmiş şəxs2 verilmişdir (cild 02; i.v.58-73). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Zərifə Ələkbər qızı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, videodiskdə qeydə alınmış görüntülər, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, videodiskdə qeydə alınmış görüntülər, istintaq və məhkəmə hərəkətlərinin protokollarının digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Zərifə Ələkbər qızının törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 6/7037-9/9065 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, ümumi çəkisi 10,45 qram olan, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəstinin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 52,0 manat, 1 ədəd “Honor 10” markalı mobil telefon (komplektləşdirilməsinə daxil olan aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla) 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti isə 120 manat məbləğində müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda 1 ədəd üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, ümumi çəkisi 10,45 qram olan, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəstinin dəyəri 200 manat, 1 ədəd “Honor 10” markalı mobil telefonun dəyəri isə 760 manat məbləğində göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutların cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış 1 ədəd üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, ümumi çəkisi 10,45 qram olan, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəstinin və 01 ədəd “Honor 10” markalı mobil telefon dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxslərin öz əmlaklarına verdikləri dəyəri (həmin əmlakların alındığı zaman olan dəyərini) müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görmədən zərərçəkmiş şəxslərin göstərdikləri məbləğlərlə əmlakları qiymətləndirərək həmin məbləğlər əsasında da təqsirləndirilən şəxsə sonuncu epizod üzrə (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dair epizodlar) 1797 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə 2022-ci ilin noyabr ayına 1 ədəd üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, ümumi çəkisi 10,45 qram olan, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı sırğa cütü-üzük dəstinin dəyərinin 52 manat, 01 ədəd “Honor 10” markalı mobil telefonun (komplektləşdirilməsinə daxil olan aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla) dəyərinin 120 manat məbləğində müəyyən edilməsini, istintaq orqanı tərəfindən həmin məbləğin isə ümumi hər iki əmlaka görə 960 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və sözügedən əmlakların ittihamda verilmiş dəyərinin 788 manat məbləğində azaldılaraq həmin epizod üzrə ümumi ittiham verilmiş məbləğin 1009 manat məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən XXX Zərifə Ələkbər qızına AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: AZE 18213202 VƏ AZE 18213200 şəxsiyyət vəsiqələrinin surəltərindən görünür ki, XXX Zərifə Ələkbər qızının 16 sentyabr 2009-cu il təvəllüdlü (X5) və 08 iyun 2012-ci il təvəllüdlü (X6) uşaqları var (cild 01; 42-43). “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, XXX Zərifə Ələkbər qızı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.159-160). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, XXX Zərifə Ələkbər qızı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, 20 iyun 2008-ci il tarixdə cəriməni tam ödəmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 07 fevral 2018-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilmiş və qeydiyyatdan çıxarılmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 yanvar 2021-ci il tarixdə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmış, 27 noyabr 2022-ci il tarixdə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 05 yanvar 2023-cü il tarixdə iş məhkəməyə göndərilmişdir (cild 01; i.v.167-169). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, XXX Zərifə Ələkbər qızı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.231-232). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 1(007)-157/2024 saylı hökmündən görünür ki, XXX Zərifə Ələkbər qızı AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 1(007)-187/2023 sayklı hökmü ilə təyin edilmiş azadlığın cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 09 noyabr 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək, 19 mart 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 01 ay 28 gün müddət ona təyin edilmiş cəzaya bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 02 il 02 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 1(008)-119/2024 saylı qərarından görünür ki, XXX Zərifə Ələkbər qızı barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 3-16-17/40/2-7165/2024 saylı məktubdan görünür ki. XXX Zərifə Ələkbər qızı 27 iyul 2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 29 iyul 2024-cü il tarixdə BİT-ə təhvil verilmişdir. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 21-1/3-24331-18 saylı məktubdan görünür ki, XXX Zərifə Ələkbər qızının AR CM-nin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 1(007)-157/2024 saylı hökmü Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır. Zərərçəkmiş şəxs3 qızı tərəfindən verilmiş və 26 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, onun . XXX Zərifə Ələkbər qızına qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 nümayəndəsi (həyat yoldaşı) X4 tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 dəymiş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs XXX Zərifə Ələkbər qızının törətdiyi əməli etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs3 qızı və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qızına münasibətdə) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. XXX Zərifə Ələkbər qızının cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə XXX Zərifə Ələkbər qızının əvvəllər törətdiyi cinayətə görə məhkumluğunun ödənilmədiyi dövrdə yenidən cinayət əməlini törətməsini, əvvəllər dəfələrlə oğurluq cinayətinə görə məhkum olunmasına, məhkəmələr tərəfindən ona qarşı humanist addım atılmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaların təyin edilməsinə və cəmiyyətdən təcrid olunmamasına baxmayaraq onun islah olunmayaraq yenidən eyni cinayət əməllərini davam etdirməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs XXX Zərifə Ələkbər qızı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun əvvəllər törətdiyi cinayətə görə məhkumluğunun ödənilmədiyi dövrdə yenidən cinayət əməlini törətməsi, əvvəllər dəfələrlə oğurluq cinayətinə görə məhkum olunmasına, məhkəmələr tərəfindən ona qarşı humanist addım atılmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaların təyin edilməsinə və cəmiyyətdən təcrid olunmamasına baxmayaraq onun islah olmayaraq yenidən eyni xarakterli cinayətlər törətməsi və bununla da onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən ona Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024cü il tarixli, 1(007)-157/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut-02 ədəd disk iş materiallarında saxlanılmalı, üzərində 925 əyar damğası həkk olunmuş, ümumi təmiz çəkisi 10,45 qram olan bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan klonlu boyunbağı, sırğa cütü, üzük dəstli və metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 3, 36 qram bir ədəd sarı rəngli metaldan, üzərində 02 ədəd halqa formalı klonu olan boyunbağı qanuni sahibi Zərərçəkmiş şəxs3 qızında, “Honor 10” markalı 01 ədəd mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, XXX Zərifə Ələkbər qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: XXX Zərifə Ələkbər qızı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası XXX Zərifə Ələkbər qızına Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 1(007)-157/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 02 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 01 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla XXX Zərifə Ələkbər qızına qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. XXX Zərifə Ələkbər qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın. XXX Zərifə Ələkbər qızı barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- üzərində 925 əyar damğası həkk olunmuş, ümumi təmiz çəkisi 10,45 qram olan bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan klonlu boyunbağı, sırğa cütü, üzük dəstli və metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 3, 36 qram bir ədəd sarı rəngli metaldan, üzərində 02 ədəd halqa formalı klonu olan boyunbağı qanuni sahibi Zərərçəkmiş şəxs3 qızında, “Honor 10” markalı 01 ədəd mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-119/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-119/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver