Məhkəmə qərarları › İş №1(008)-12/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-12/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-12/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-cü il tarixdə Saatlı rayonu, Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.5-ci maddələri ilə ona görə məhkəməyə verilmişdir ki, o, 06 aprel 2022-ci il tarixdə, saat 15 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə olan zaman Zərərçəkmiş şəxs kişi cinsli şəxslərlə səmimi münasibətini qısqanması səbəbindən baş vermiş münaqişə nəticəsində, qısqanclıq zəmnində sonuncunun sifət nahiyəsindən qəsdən 01 (bir) dəfə güclü yumruq zərbəsi ilə vurub dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid burun sümüyünün burun vasitəsilə tənəffüsünün pozulması ilə müşayiət olunan və cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı, sol gözyuvasıaltı nahiyənin qançırı və üst dodağın selikli qişa səthinin əzilmiş yarası xəsarətləri yetirib Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib iradəsini qırdıqdan sonra yenə fiziki zor tətbiq etməklə hədələyib qorxutmaq, həmin evin qapısını arxadan üzərinə bağlamaq kimi qanunsuz hərəkətlər edib sonuncunu 06 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək həmin evdə iradəsinə zidd saxlayıb sərbəst hərəkət etmə azadlığından qanunsuz olaraq məhrum edib aldığı xəsarətlər nəticəsində ağır iztirablar verməklə, yəni, Zərərçəkmiş şəxs uzun müddət aldığı xəsarətlər səbəbindən ağrıverici vəziyyətdə həmin evdə saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Qara Nuru kəndində ailəsi ilə birlikdə yaşayır. 2021-cı ilin yay aylarında Zərərçəkmiş şəxs ilə tanış olmuş, aralarında sevgi münasibəti yarandığı üçün qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışlar. O, tanış olduqları zaman Zərərçəkmiş şəxs evli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs onunla çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşdığı üçün aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs əvvəllər də, onunla aralarında olan münasibəti bitirdiyi üçün onun barəsində polisə ərizə yazmış, lakin, sonradan barışdıqları üçün ərzisəni geri götürmüşdür. O, ilk əvvəl Zərərçəkmiş şəxs ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayə yaşamış, daha sonra, onlar ünvan 1 ünvanında yerləşən evdə yaşamağa başlamışlar. 06 aprel 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında yerləşən evdə olduqları zaman Zərərçəkmiş şəxs onunla olan şəkillərini sosial şəbəkədə paylaşdığı üçün aralarında mübahisə yaranmış, o, mübahisə zamanı əsəblərini cilovlaya bilmədiyi üçün əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə sillə vurmuş, daha sonra evdən çıxaraq getmişdir. O, axşam saatlarında yaşadıqları evə geri qayıtmış, həmin vaxt, Zərərçəkmiş şəxs evdə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə barışmış, aralarında normal münasibət yaranmış, hətta birlikdə Sabirabad, Ucar, Bərdə və Tərtər rayonlarına getmişlər. O, bir müddət sonra Saatlı rayonu, Qara Nuru kəndinə geri qayıtmış, Zərərçəkmiş şəxs ilə əlaqəsini kəsmişdir. O, rayondan geri qayıtdıqdan sonra ünvan 1 ünvanında yerləşən evə getmiş, qapı bağlı olduğu üçün ev sahibinə müraciət etmiş, ev sahibi ona rayonda olduğu zaman Zərərçəkmiş şəxs özünə məxsus əşyaları toplayaraq evin açarını təhvil verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, qanunsuz azadlıqdan məhrum etdiyini bildirsə də, həmin müddət ərzində qohumları ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, qanunsuz azadlıqdan məhrum etməmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Sabunçu rayon şöbəsinin ekspert rəyində göstərilən xəsarətləri harada və hansı şəkildə alması barədə məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, müxtəlif kafelərdə ofisiant işləyib dolanır. 2021-ci ilin yay aylarından o, Təqsirləndirilən şəxs tanımışdır. Elvinlə tanış olanda Qaraçuxur qəsəbəsində kirayədə yaşamışdır. Elvinlə tanış olanda o, anasından ayrı yaşamışdır. X6 qəsəbəsində R.Axundov küçəsi ev 2A-da ünvanda yaşayır. Elvinlə o, tanış olanda onlar qeyri-rəsmi ərarvad münasibətində yaşamağa başlamış və Elvin ona söz vermişdir ki, onunla rəsmi nigah bağlayacaq lakin bunu etməmişdir. Elvinlə yaşadığı dövr ərzində aralarında bir neçə dəfə qısqancılıq zəminində mübahisələr baş vermişdir. Sonuncu dəfə onlar ünvan 1 ünvanında yerləşən birotaqlı evdə kirayədə yaşamışlar. 06 aprel 2022-ci il tarixdə saat 15 radələrində Elvin kirayədə yaşadıqları evə gəlib yenə qısqanclıq zəmnində onunla mübahisə etmiş, ona pozğun qadın olduğunu deyib ailə üzvlərinin ünvanına və rəhmətə gedən atasının ünvanına da nalayıq söyüşlər söymüşdür. Həmin vaxt evdə onlardan başqa heç kim olmamışdır. Elvin onu söyəndə o, Elvinin əsəbi halını görüb evdən çıxıb anasıgilə getmək istəyəndə Elvin onu evin içərisində qapının yanında yaxasından tutub yumruqla sifətindən vurmuşdur. Həmin güclü zərbədən gözləri qaralmış və o, huşunu itirib yerə yıxılmışdır. Bir neçə saatdan sonra o, öz yerində ayılmışdır. O, ayılanda Elvin evdə olmamış və evdən çıxmaq istəyəndə görmüşdür ki, qapı çöl tərəfdən açarla bağlanmlışdır. Onun açarını isə Elvin özü ilə aparmışdır ki, o, küçəyə çıxa bilməsin. O, saat 19 radələrində ayılanda hava qaralmış, həmin vaxt burnundan qan gəlmiş və sifəti də şişmişdir. O, üzündəki ağrılar səbəbindən əzab çəkmiş və qapı bağlı olduğu üçün həkim müayinəsinə gedə bilməmişdir. Evin pəncərələri olmamış, sadəcə nəfəsliklər olmuş və nəfəsliklər ev sahibinin evinin həyətinə doğru açılmışdır. Həmin həyətdə cəmi 2 ev vardır, 1 evdə onlar kirayə götürdükləri evin qadın sahibi, digər evdə isə o və Elvin yaşamışlar. Onların yaşadıqları evin nəfəslikləri ev yiyəsinin həyətinə doğru açılsa da, evin giriş qapısı küçəyə doğru açılır, lakin evin küçə tərəfdə olan divarında hər hansı bir pəncərə və ya nəfəslik yoxdur. Ev yiyəsi olan adını bilmədiyi qadın çox vaxt evdə olmamış və o, nəfəslikdən bir neçə dəfə kömək üçün səslənsə də, heç kim cavab verməmişdir. Elvin həmin günü saat 20 radələrində sərxoş halda evə gəlmiş, o, Elvinə anasıgilə getmək istədiyini bildirsə də, Elvin ona icazə verməyərək evdən çıxmayacağını bildirmişdir. Elvin onu evdə iradəsinə zidd olaraq saxlamış və hər dəfə evə gəlib gedəndə giriş qapsını açarla bağlamışdır ki, o, evdən çıxa bilməsin. Həmin vaxt üzərində telefonu da olmadığına görə o, Elvinin bu qanunsuz hərkətlərindən anasına və polis orqanına məlumat verə bilməmişdir. Elvin özü demək olar bütün gününü evdə keçirmişdir. Evdə zəruri ərzaq məhsulları belə olmamışdır. Elvinin vurduğu zərbədən onun üzü, gözü şişmiş, yemək yeyə bilməmişdir. 15 aprel 2022-ci il tarixdə o, Elvini aldadaraq güya barışdığını deyib xahiş etmişdir ki, onu gözəllik salonuna getməyinə icazə versin. Elvin buna aldanıb qapını açıb ona çölə çıxmağına icazə verəndə o, dərhal Zabrat qəsəbəsində yaşayan anasının yanına gedib baş vermiş hadisə barədə məlumat vermiş və anasının evindən DİN-nin 102 xidmətinə zəng vurub Elvinin onu döydüyünü və evdə 10 gün qanunsuz saxladığı barədə məlumat vermişdir. Sonra isə anasının evində qalmış və Elvinlə kirayədə yaşadığı evə qayıtmamışdır. Elvin onun əllərini, ayaqlarını bağlamamış, hərəkətlərini məhdudlaşdırmamış, evdən çıxanda ancaq giriş qapısını açarla bağlamışdır ki, o, evdən çölə çıxa bilməsin. Evin içərisində rahat hərəkət etmişdir. Təqsirləndirilən şəxs onu evdə saxladığı müddətdə onun oradan çıxıb getmək imkanı olmamışdır. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs qanunsuz olarq evdə zorla saxlanıldığı müddət barədə sual verilərkən, o 2-3 gün evdə qanunsuz saxlanılmasını, lakin bədəni ağrıdığı üçün həmin müddəti o, 10 gün kimi hiss etməsini, eləcə də Təqsirləndirilən şəxslə Sabirabad, Ucar, Bərdə və Tərtər rayonlarına səyahət etməsini, lakin səyahət etdiyi tarixləri dəqqi xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. O, özünə məxsus evin həyətində bir otaqlı ev tikərək aylıq 150 manat olmaqla kirayə vermişdir. Evin 3 ədəd nəfəslik tipli pəncərəsi olmuş, nəfəsliklərdən 2 ədədi onun evinin həyətyanı sahəsinə evin giriş qapısı isə küçəyə açılmışdır. Təqsirləndirilən şəxs makler vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs təxminən 7-8 gün onun məxsus evin həyətində olan bir otaqlı tikilidə kirayə yaşamışdır. Təqsirləndirilən şəxs kirayə yaşadığı müddət ərzində ödəniş etmədiyi üçün, Təqsirləndirilən şəxs yaşadığı evə gedərək Təqsirləndirilən şəxs kirayə haqqını tələb etmiş, Təqsirləndirilən şəxs 2-3 gün ərzində kirayə haqqını ödəyəcəyini bildirmiş, lakin, sonradan həmin evdən çıxmışdır. Zərərçəkmiş şəxs görməmiş, evin kirayə haqqını istəməyə getdiyi zaman Zərərçəkmiş şəxs evdə səsini eşitmiş, onların ünsiyyətinin mehriban şəkildə olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs ona məxsus evdə yaşadığı müddət ərzində o, səs-küy və ya hansısa qadının kömək istədiyini eşitməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamnanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs ofisiant işləyərək ondan ayrı yaşamışdır. Təqsirləndirilən şəxs şəxsən görməsə də, onun Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmasından məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ilə ayrı yaşamalarına baxmayaraq gündəlik telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq maraqlanmışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin mart-aprel aylarında tanımadığı nömrələrdən ona zəng edərək Təqsirləndirilən şəxs onu qısqandığını, bu səbəbdən, ona mobil telefon işlətməyə icazə vermədiyini bildirmiş, Zərərçəkmiş şəxs öz istifadəsində olan ***-***-**-** olan mobil nömrəni müvəqqəti istifadə üçün ona vermişdir. 2022-ci ilin aprel ayında təxminən 7-8 gün Zərərçəkmiş şəxs əlaqə saxlaya bilməmiş, bununla bağlı narahat olmuşdur. Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının ortalarında onun yaşadığı evə gələrək Təqsirləndirilən şəxs onu döyərək 10 gün yaşadıqları evdə məcbur saxladığını bildirmiş, onun mobil telefonunu götürərək Təqsirləndirilən şəxs onu döyməsi, 10 gün müddətində məcbur yaşadıqları evdə saxlaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bir müddət sonra yaşadıqları ünvana Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları gəlmiş, Zərərçəkmiş şəxs izahatının alınması üçün polis bölməsinə dəvət olunmuşdur. Cinayət işinin 15-17-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Sabunçu rayon şöbəsinin 28 aprel 2022-ci il tarixli, 723 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün burun vasitəsilə tənəffüsünün pozulması ilə müşayiət olunan və cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı, sol gözyuvasıaltı nahiyənin qançırı və üst dodağın selikli qişa səthinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 40-41-ci vərəqəsində olan 20 dekabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 76-78-ci vərəqəsində olan 22 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-133-cü vərəqəsində olan Saatlı Rayon Məhkəməsinin 1(055)- 66/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan Saatlı RİHB-nin Qara Nuru kən İƏD-si üzrə nümayəndəliyinin 02 mart 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 24-26-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 3-13-3/2-13948/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 2023-cü il tarixdə müraciəti daxil olmamış, onun əvvəlki illərdə etdiyi müraciətlərin araşdırılması arxiv bazasında baş vermiş avtomatlaşdırılmış texniki yenilənmə səbəbindən mümkün deyildir. Cinayət işi materiallarında olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin 49-C/2-21053 nömrəli, 02 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Elvin” adlı şəxs tərəfindən döyülməsi ilə bağlı ərizəsi 20 aprel 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə daxil olmuşdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin xx/xx/2022 00:00:00 - xx/xx/2022 00:00:00 vaxt aralığına dair **********92 mobil nömrəsinin sms mətnlərinin məzmunundan görünür ki, xx/xx/2022 00:00:00 - xx/xx/2022 00:00:00-dək **********92 mobil nömrəsi ilə **********08 mobil nömrəsi arasında “Salam mənəm xalan telefonu aç sözüm var”, “Səkinədi aç”, “Ayqız mənəm Səkinə aç gəlir sizkarti goturecem lazimdi”, “Qanow poxu ac kart acil lazimdi”, “Qendaf basva das salacam ac teli kart lazmdı”, Qendaf papanjn goru senin sumuylerivi qrmasam menen cındır yoxdu ac soxan” məzmunlu sms yazışmalar olmuşdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin xx/xx/2022 00:00:00 - xx/xx/2022 00:00:00 vaxt aralığına dair X1 dair məlumatından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan **********92 mobil nömrəsinin xx/xx/2022-ci il tarixdə anten dairəsi “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1 B”, “Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov 4”, xx/xx/2022-ci il tarixdə “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1 B”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi 4”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C”, “Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov 4”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 1”, xx/xx/2022-ci il tarixdə “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1 B”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C”, “Bakı şəhəri, Sabunçu rayonu, R.Qəmbərov küçəsi 6”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 16”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 (Sabunçu rayon Polis İdarəsi inzibati bina)”, “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 11/1 “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi 36C”, “Q.Qarayev- İN/Q.Qarayev st.”, “Q. Qarayev-İN/Q.Qarayev st.”, “Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Atatürk parkı”, “Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 13A”, xx/xx/2022-ci il tarixdə “Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 13A”, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış Massivi”, "Qaradağ rayonu, Lökbatan dairəsi Karvansaray”, "Bakı şəhəri, İpək Yolu şossesi 3", "Hacıqabul rayonu, Atbulaq kəndi", “Bakı-Salyan şossesi, 15- ci km”, "Hacıqabul rayonu, Pirsaat qəsəbəsi", "Bakı-Salyan şossesi, Sahil qəsəbəsi", "Hacıqabul rayonu, Muğan qəsəbəsi", “Sabirabad rayonu, Osmanlı kəndi”, “Ucar rayonu, Qaradağlı kəndi”, "Kürdəmir -Hacıqabul yolu,Padar kəndi", “Bərdə rayonu, Yeni Daşkənd kəndi”, “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Ağdaş rayonu, Əmirarx kəndi" xx/xx/2022-ci il tarixdə “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Bərdə şəhəri, Koroğlu küçəsi, Bərdə TV", "Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi”, xx/xx/2022-ci il tarixdə “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Tərtər rayonu, Şıxəli Qurbanov küçəsi”, “Tərtər rayonu, Sarov kəndi”, xx/xx/2022-ci il tarixdə “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Tərtər rayonu, Şıxəli Qurbanov küçəsi”, "Bərdə rayonu, Muğanlı kəndi", "Ağdaş ray., Ləki kəndi", “Kürdəmir rayonu, Qarabucaq Bələdiyyəsi", "Hacıqabul rayonu, Qarasu kəndi", "Bakı şəhər, Qaradağ rayonu, Salyan şossesi 47-ci km 1", "Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 38", "Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A", “Bakı şəhəri, Zabrat qəsəbəsi”, "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı", xx/xx/2022-ci il tarixdə "Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən şöbesi", "Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı", xx/xx/2022-ci il tarixdə"Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən şöbesi", "Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı" ünvanları olmuşdur. Məhkəmə tərəfindən proses iştirakçılarının iştirakı ilə ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı evin bir mərtəbəli bir otaqlı olduğu, evin üç ədəd nəfəslik tipli pəncərəsinin, həmin pəncərələrdən iki ədədinin evin sahibi Şahid2 evinin həyətyanı sahəsinə açıldığı və kifayət qədər böyük və kömək üçün yardım çağrıla biləcək ölçüdə olması müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 15 radələrində qeyrirəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qısqanclıq zəmnində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsindən qəsdən 01 (bir) dəfə güclü yumruq zərbəsi ilə vurub burun sümüyünün burun vasitəsilə tənəffüsünün pozulması ilə müşayiət olunan və cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı, sol gözyuvasıaltı nahiyənin qançırı və üst dodağın selikli qişa səthinin əzilmiş yarası xəsarətlərini yetirdikdən sonra çıxıb getməklə zərərçəkmiş şəxsin əzab çəkməsinə səbəb olan ağır iztirablar verib ümumilikdə dərəcəsinə görə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə əli ilə vurması barədə məhkəmə iclasında verdiyi ifadə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ekspertiza rəyində göstərilən xəsarətlərin zərərçəkmiş şəxsə onun tərəfindən yetirilməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan yuxarıda qeyd olunan sübutlarla tam təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 145.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı isə aşağıdakıları qeyd edir: CM-in 145-ci maddəsində nəzərdə tutulan cinayətin əsas obyektini hər kəsin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan azadlıq hüququ təşkil edir. Əlavə obyekt qismində şəxsin həyat və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti obyektiv cəhətdən insanı sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, Azərbaycan Respublikasının ərazisindən kənara getmək azadlığından qanunsuz olaraq məhrum etmədə ifadə olunur. Şəxsin azadlıq hüququnun məhdudlaşdırılması qanuna müvafiq surətdə tutulma, həbsəalma və digər cinayət-prosessual məcburiyyət tədbirləri və ya azadlıqdan məhrum etmə kimi qiymətləndirilir. Qanunsuz azadlıqdan məhrum etmənin üsulları müxtəlif ola bilər: fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, aldatma, etibardan suiistifadə etmə və s. Fiziki zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin iradəsini qırmaq üçün həm onun özünə, həm də yaxın qohumlarına tətbiq oluna bilər. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti üzrə zərərçəkmiş şəxs bir halda olduğu evdə, mənzildə, bağ evində, nəqliyyat vasitəsində və s. öz arzusuna zidd olaraq saxlanılır, digər halda isə məcburi qaydada arzu etmədiyi yerə salınır. Yəni, adam oğurluğu cinayətindən fərqli olaraq qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin zorla bir yerdən götürülərək başqa yerə aparılıb saxlanılması ilə əlaqədar olmur. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsin CM-in 145-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün o, digər şəxsi olduğu yerdə öz arzusuna zidd olaraq saxlamalı və ya həmin şəxsi məcburi qaydada arzu etmədiyi yerə salmalıdır. Yəni, zərərçəkmiş şəxsin zorla bir yerdən götürülərək başqa yerə aparılıb saxlanılması adam qanunsuz azadlıqdan məhrum etmə ilə əlaqədar olmur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddələrində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddələri cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddələrində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddələri hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); Həmin Məcəllənin 350-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 346.1.1-346.1.4-cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib yetirilmədiyi. Məhkəmə hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddələrinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddələrinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar “Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs iradəsinə zidd saxlayıb sərbəst hərəkət etmə azadlığından qanunsuz olaraq məhrum edib, onun həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsi” əməlində təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış məhkəmə istintaqı zamanı əldə edilmiş yeni və mötəbər sübutlar da həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmüçıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2-ci və 42.2.4-cü maddələrində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. İlk olaraq məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrələr olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatlar "xxxx" MMC-yə sorğu verilmiş, ***-***-**-** saylı mobil nömrənin sorğu olunan müddət ərzində aktiv olmadığı, ***-***-**-** saylı mobil nömrənin xx/xx/2022-ci il tarixdə anten dairəsi “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1 B”, “Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov 4”, xx/xx/2022-ci il tarixdə “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1 B”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Proletar küçəsi 4”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C”, “Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov 4”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 1”, xx/xx/2022-ci il tarixdə “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1 B”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C”, “Bakı şəhəri, Sabunçu rayonu, R.Qəmbərov küçəsi 6”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 16”, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 (Sabunçu rayon Polis İdarəsi inzibati bina)”, “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 11/1 “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi 36C”, “Q.Qarayev-İN/Q.Qarayev st.”, “Q. Qarayev-İN/Q.Qarayev st.”, “Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Atatürk parkı”, “Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 13A”, xx/xx/2022-ci il tarixdə “Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 13A”, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış Massivi”, "Qaradağ rayonu, Lökbatan dairəsi Karvansaray”, "Bakı şəhəri, İpək Yolu şossesi 3", "Hacıqabul rayonu, Atbulaq kəndi", “Bakı-Salyan şossesi, 15ci km”, "Hacıqabul rayonu, Pirsaat qəsəbəsi", "Bakı-Salyan şossesi, Sahil qəsəbəsi", "Hacıqabul rayonu, Muğan qəsəbəsi", “Sabirabad rayonu, Osmanlı kəndi”, “Ucar rayonu, Qaradağlı kəndi”, "Kürdəmir -Hacıqabul yolu,Padar kəndi", “Bərdə rayonu, Yeni Daşkənd kəndi”, “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Ağdaş rayonu, Əmirarx kəndi" xx/xx/2022-ci il tarixdə “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Bərdə şəhəri, Koroğlu küçəsi, Bərdə TV", "Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi”, xx/xx/2022-ci il tarixdə “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Tərtər rayonu, Şıxəli Qurbanov küçəsi”, “Tərtər rayonu, Sarov kəndi”, xx/xx/2022-ci il tarixdə “Tərtər rayonu, Heydər Əliyev prospekti, ev 4”, "Tərtər rayonu, Şıxəli Qurbanov küçəsi”, "Bərdə rayonu, Muğanlı kəndi", "Ağdaş ray., Ləki kəndi", “Kürdəmir rayonu, Qarabucaq Bələdiyyəsi", "Hacıqabul rayonu, Qarasu kəndi", "Bakı şəhər, Qaradağ rayonu, Salyan şossesi 47-ci km 1", "Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 38", "Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A", “Bakı şəhəri, Zabrat qəsəbəsi”, "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı", xx/xx/2022-ci il tarixdə "Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən şöbesi", "Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı", xx/xx/2022-ci il tarixdə"Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən şöbesi", "Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu", "Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı" ünvanları olduğu müəyyən edilmişdir. Yəni Zərərçəkmiş şəxs adına olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsindən məlum olur ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarix saat 17:43-dən xx.xx.2022-ci il tarix saat 13:26-dək hadisəni baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən evdə olmuş və bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində müxtəlif ünvanlarda olduqdan sonra yalnız həmin gün saat 17:49-da yenidən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən evə qayıtmış və xx.xx.2022-ci il saat 10:05-dək həmin ünvanda olmuş və zərərçəkmiş şəxsin mobil telefon nömrəsinin anten dairəsi bir daha hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsini göstərməmişdir. Əksinə həmin mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 10:06-dan Bakı şəhərində müxtəlif ünvanları, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Tərtər rayonunu və bundan sonra da yenə Bakı şəhərində müxtəlif ünvanları göstərmişdir. Elə zərərçəkmiş şəxsin özü də məhkəmə iclasında verdiyi sonrakı ifadəsində Təqsirləndirilən şəxs onu cəmi 2-3 gün kirayə yaşadığı mənzildə məcburi saxlamasını bildirməklə ittihamda qeyd olunan 06 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək qanunsuz azadlıqdan məhrum edilməsini təkzib etmişdir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə zərərçəkmiş şəxsi məcburi şəkildə evdə saxlamadığını, onunla müxtəlif rayonlara getməsini bildirmişdir ki, bu hal anten dairəsi məlumatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə zərərçəkmiş şəxsin ona məxsus telefon nömrəsini istifadə etməsi üçün anasına verməsi barədə ifadəsi ilə əlaqədar qeyd edir ki, hadisənin baş verdiyi 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs adına olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi sonuncunun anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsini deyil, onun təqsirləndirilən şəxslə birlikdə kirayə yaşadıqları və hadisənin baş verdiyi evin yerləşdiyi və tamamilə başqa qəsəbə olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsini göstərmişdir ki, bu xüsusatın özü də hadisənin baş vermə vaxtı və sonrasında yəni, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərdə həmin telefon nömrəsinin məhz Zərərçəkmiş şəxs olmasını təsdiq edir. Belə olduğu təqdirdə isə mobil nömrənin anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ittihama əsasən qanunusuz olaraq azablığından məhrum olunduğu ünvan 1 ünvanında yerləşən evi edib müəyyən vaxtdan sonra geri qayıtmış, xx.xx.2022-ci il tarix saat 10:05-də isə həmin evi birdəfəlik tərk edərək bir daha ora qayıtmamışdır. Bundan əlavə, "xxxx" MMC-dən əldə edilmiş ********* mobil nömrəsinin xx/xx/2022 00:00:00 - xx/xx/2022 00:00:00 vaxt aralığına dair sms mətnlərinin məzmunundan görünür ki, xx/xx/2022 00:00:00 - xx/xx/2022 00:00:00-dək **********92 mobil nömrəsi ilə **********08 mobil nömrəsi arasında “Salam mənəm xalan telefonu aç sözüm var”, **********28 mobil nömrəsi arasında “Səkinədi aç”, “Ayqız mənəm Səkinə aç gəlir sizkarti goturecem lazimdi”, “Qanow poxu ac kart acil lazimdi”, “Qendaf basva das salacam ac teli kart lazmdı”, Qendaf papanjn goru senin sumuylerivi qrmasam menen cındır yoxdu ac soxan” məzmunlu sms yazışmalar olmuşdur. Elektron məhkəmə portalından çıxarışdan müəyyən olunmuşdur ki, **********28 mobil nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Həmin nömrədən xx.xx.2022-ci il tarixdə “Səkinədi aç” məzmunlu sms göndərilmişdir. Bu fakt isə hətta Təqsirləndirilən şəxs məxsus telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadə etmək imkanının olmasını təsdiq edir. Belə olan təqdirdə 10 günə yaxın müddət ərzində azadlıqdan məhrum edilmiş zərərçəkmiş şəxsin həmin müddətdə hadisə barədə telefon vasitəsilə hüquq-mühafizə orqanlarına və ya yaxın qohumlarına məlumat verməməsi təqsirləndirlən şəxs tərərfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əsaslı şübhə altına alır. Eləcə də, ünvan 1 ünvanında yerləşən evin üç ədəd nəfəslik tipli pəncərəsinin, həmin pəncərələrdən iki ədədinin evin sahibi Şahid2 evinin həyətyanı sahəsinə açıldığı və kömək üçün yardım çağırıla, hətta işlək vəziyyətdə olması ilə əlaqədar zərərçəkmiş şəxsin ordan çıxa biləcək ölçülərdə olmasına baxmayaraq, kifayət qədər uzun müddət ərzində (on gün) ev sahibi Şahid2 Zərərçəkmiş şəxs yardım çağırışlarını eşitməməsi, həm də zərərçəkmiş şəxsin həmin nəfəslikdə qaçmağa cəhd etməməsi sonuncunun qeyd olunan ünvanda məcburi şəkildə saxlanılaraq azadlığından məhrum edilmə faktını bir daha inkar edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq qeyd edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 145.2.5-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bu maddə ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 127.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə, Təqsirləndirilən şəxs azadlığının 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu olduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza məsrəfləri və mülki yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Saatlı rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar