Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-121/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Kürdəmir rayonu, Garıs- Əyribənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Garıs-Əyribənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə saat 11.50 radələrində texniki cəhətdən saz olan yol vərəqəsi əsasında idarə etdiyi Bakı şəhəri İcra Hakimiyyətinin nəznində olan "xxxx" MMC-yə məxsus olan məişət tullantılarının yığılmasında nəzərdə tutulmuş «İveco S-VVay» markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 27 ünvanda yerləşən 3 saylı Poçt filialın 104 saylı poçt şöbəsinin inzibati binasının qarşısında yaranmış tıxacda dayanmış avtomobili ilə hərəkətə başlayan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1 -ci hissəsinin, sürücünün hərəkətə başlama zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır kimi, tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək həmin qaydarı pozaraq idarə etdiyi avtomobili ilə Babək küçəsində 3 saylı Poçt filialın 104 saylı poçt şöbəsinin inzibati binasının qarşısından yolu sağdan sola keçən piyada X4 avtomobilin qabaq sol hissəsi ilə ehtiyyatsızlıqdan vurması nəticəsində zərərçəkmiş şəxs X5 ikitərəfli l- Xİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, hər iki ağciyərin hematoması, sol aşıqbaldır oynağının yerini dəyişən qapalı sınığı, başın, sifətin, gövdənin yuxarı və aşağı ətrafların dərialtı hematoması, əzilmiş yarası, qançır və sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətləri yetirmiş, Məxmər Rüstəmovanın almış olduğu çoxsaylı sınıq xəsarətləri ilə əlaqədar baş vermiş travmatik şok 16 oktyabr 2024-cü il tarixdə saat 14.00 radələrində müalicə aldığı X10 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, o Bakı şəhəri İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssəsində sürücü vəzifəsində işləyir. Ona təkim olunmuş "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. Həmin avtomobillə o onunla birlikdə fəhlə işləyən Şahid ilə birlikdə bizə təkim olunmuş müəssələrdən məişət tullantılarını yığışdırılar. Həmin məişət tullantılarını avtomobilinə yükləyib Balaxanı bərk məişət tullantıların yandırılması zavoduna təhvil verir. Avtomobili o idarə edir, müəssələrdən məişət tullantılarını isə avtomobilimidə onunla birlikdə fəhlə işləyən Şahid yükləyir. 16 oktyabr 2024-cü il tarixdə saat 11.50 radələrində o idarə etdiyi "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 2 üzü şəhərin mərkəzi istiqamətində hərəkət edirdi. Həmin vaxtı onunla birlikdə işləyən fəhlə Telman Qədirov idarə etdiyi avtomobilin qabağ oturacağında əyləşmişdir. «Ayxan» marketin qarşısına çatanda tıxac yarandığı üçün o avtomobili saxlamış, həmin vaxtı avtomobillər hərəkət etməyə başlayanda o da avtomobilini hərəkətə salmış və avtomobilini yerindən tərpədəndə təxminən saatda 5-10 kilometr sürətlə avtomobilimin qabağ hissəsi ilə yolu sağdan sola keçən piyada sonradan adını bildiyi kimi X4 vurmuş, nəticədə Məxmər yerə yıxılmış o da bu ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin qabağ təkəri ilə yerdə uzanan Məxmirənin üstündən keçmişdir. Bundan sonra o avtomobilini saxlayıb təcili tibbi yardım stansiyasına müraciət etmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn TTYS-nın briqadası baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətlərini alan piyada Məxmər Rüstəmovanı xəstəxanaya aparmışlar. Məxmər yolu keçməyə başlayanda onu görməmiş, çünki avtomobili tıxacda dayanmışdır. Məxmər avtomobilinin qarşısından asta addımlarla yolu keçməyə başlayanda o Məxməri görməmiş və buna görədə avtomobilini idarə etməyə başlayıb yerindən tərpətmiş, sürəti saatda təxminən 5-10 kilometr olmuş, buna görədə avtomobilinin qabağ hissəsi ilə Məxmər toxunmuş, Məxmər yerə yıxılmış və o ehtiyatsızlıqdan avtomobilinin qabağ sol təkəri ilə yerdə uzanan Məxmərin üstündən keçmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, ona dəymiş ziyanı tam olaraq ödəmiş, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, X6 onun arvadıdır. Onlar birlikdə Sabunçu rayonu Zabrat qəsəbəsi Bəşir Səfəroğlu küçəsində nömrəsiz evdə yaşamışlar. Arvadı Məxmər evdar qadın olub, heç bir yerdə işləməyib. 16 oktyabr 2024-cü il tarixdə saat 06 radələrində evdən çıxıb işinə getmiş, həmin günü Məxmər evdə tək qalmış və onu yola salıb ev işləri ilə məşğul olmağa başlamışdır. Saat 12 radələrində Məxmərin nömrəsindən ona bir nəfər tanımadığı qız zəng vurub bildirmişdir ki, arvadı Məxmərini Zabrat qəsəbəsində Ayxan marketin yaxınlığında məişət tullantılarını daşıyan avtomobil vurmuşdur, hazırda Məxməri 3 saylı şəhər klinik xəstəxanasına aparıblar. O dərhal işdən çıxıb xəstəxanaya getmiş və orada ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə saat 11.50 radələrində idarə etdiyi məişət tullantılarının daşınmasını həyata keçirən avtomobillə Zabrat qəsəbəsi Babək küçəsində hərəkətdə olan zamanı yolu piyada qismində keçən arvadı X4 vurmuşdur. Xəstəxanada olduğu zaman saat 14 radələrində arvadı Məxmər Rüstəmova aldığı bədən xəsarətlərinin nəticəsində ölmüşdür. Ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o Bakı şəhəri İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssəsində fəhlə işləyir. Ona təkim olunmuş ərazidə müəssəyə məxsus olan "xxxx" markalı avtomobilə müəssələrdən məişət tullantılarını yükləyir. Həmin avtomobili idarənin sürücüsü idarə edir. Həmin məişət tullantılarını avtomobilinə yükləyib Balaxanı bərk məişət tullantıların yandırılması zavoduna təhvil verirlər. 16 oktyabr 2024-cü il tarixdə saat 11.50 radələrində o müəssənin sürücüsü Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 2 üzü şəhərin mərkəzi istiqamətində hərəkət edirdilər. O avtomobilin qabağ oturacağında əyləşmişdi. «Ayxan» marketin qarşısına çatanda tıxac yarandığı üçün Səxavət avtomobili saxlamış, o həmin vaxtı yola baxmamış, fikri qarışmışdır. Səxavət tıxacda dayanıb avtomobili yerindən tərpədəndə küçədən yoldan kimsə «tərpətmə saxla» sözlərini qışqırmışdır. Səxavət dərhal avtomobili saxlamış və avtomobildən düşəndə onlar görmüşlər ki, Səxavət idarə etdiyi "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobilin qabağ sol təkəri ilə yolu keçən piyada qadının üstündən keçmişdir. Səxavət bu hadisəni görən kimi dərhal təcili tibbi yardım stansiyasına zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn TTYS-nın briqadası baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətlərini alan piyada Məxmər Rüstəmovanı xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən piyada Məxmər Rüstəmova aldığı bədən xəsarətlərinin nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxs piyadanı hansı şəraitdə vurduğunu görməmiş, Səxavət tıxacda dayanmışr və o isə həmin vaxtı yola baxmamış, fikirli olmuş, Səxavət avtomobili yerindən tərpədən kimi təxminən saatda 5-10 kilometr sürətlə avtomobili idarə edərkən küçədən kimsə «tərpətmə saxla» sözlərini qışqırmış, Səxavətdə avtomobili saxlayıb avtomobildən düşəndən sonra onlar gördülər ki Səxavət avtomobilin qabağ sol təkəri ilə piyadanın üstündən keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli protokoldan, sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi küçəsində hadisə yerinə baxış keçirilmiş, sxem çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 03-09); 1/9511 saylı 16 oktyabr 2024-cü il tarixli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən 16 oktyabr 2024-cü il tarixdə saat 15.25 -də keçmiş, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən və hadisəni törədən zamanı ayıq vəziyyətdə olmuşdur (i.v.17); Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli prokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobilin üzərində heç bir zədə izləri aşkar olunmayıb(i.v 09-11). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X13 Sabunçu rayon şöbəsinin 232 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: ikitərəfli l-İX qabırğaların yerini dəyişən qapalı sınıqları. Hər iki ağciyərin hematoması. Sol aşıq -baldır oynağının yerini dəyişən qapalı sınığı. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafın dərialtı hematoması, əzilmiş yarası, qançır və sıyrıqları. Xəsarətlər həyatı olub, mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2024-cü il saat 12.25) az əvvəl bərk küt əşya (əşyalar)təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermsiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu çoxsaylı sınıq xəsarətləri ilə əlaqədar baş vermiş travmatik şok olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 14.00-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v.82-87); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYP-nin Qeydiyyatimtahan İdarəsinin kompyuter bazasının məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AE 970255 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(i.v.78); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 3-16-16/2-8/3307 nömrəli 20 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, «İveco S-VVay» markalı 77-JP 921 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.93-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin TŞ9- 256 saylı kameranın vasitəsilə çəkilmiş, DVD diskdəki yazılara baxış keçirilərkən, 16 oktyabr 2024-cü il tarixdə saat 11.50 radələrində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 27 ünvanda yerləşən 3 saylı Poçt filialının 104 saylı poçt şöbəsinin yaxınlığında ünvan 2 şəhərin mərkəzi istiqamətində asta orta sürətlə hərəkət edən məişət tullantıların yığılmasında istifadə edilən "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobil Babək küçəsi 27 ünvanda yerləşən 3 saylı Poçt filialının 104 saylı poçt şöbəsinin inzibati binasının qarşısında yolu asta addımlarla (sağdan sola istiqamətinə) keçən piyada X4 ön sol hissəsi ilə vurub yerə yıxaraq qabağ sol təkəri ilə üzərindən keçmişdir. Həmin görüntünün baş vermə saatı diskdəki yazının 07 dəqiqə 25 saniyədən başlayır(i.v.79-81); İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir(i.v.71-73); Toplanmış sübutlara qiymət verilməsi haqqında 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərədə tutulan yeni məzmunda ittiham elan olunmuş, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır(i.v 98-101). İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur(i.v. 34). Vəsatətin müdafiə edilməsindən imtina olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i. v. 66-67). Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.68-69); Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AE 970255 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 15); xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı **-JP-*** dövlət nömrə nişanlı avtomobil Kommunal xidmətlər müəssisəsi MMC-nin mülkiyyətindədir, yol vərəqi əsasında 01-xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir(i.v.21-22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.77); Zərərçəkmiş şəxsin hüquqi varisi X7 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, hadisə ilə əlaqədar olaraq onun sürücü Təqsirləndirilən şəxs bağışlayır, barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur(i.v 88). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), maddi sübut 01 ədəd DVD disk iş materiallarında salanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il il tarixdən 18 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Maddi sübut 01 ədəd DVD disk iş materiallarında salanılsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-121/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-121/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver