Məhkəmə qərarları › İş №1(008)-122/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-122/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-122/2020 03.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbayjan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sarıcalı ərazi dairəsi, Əmirvarlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daşkarxanası yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» metrostasiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan, «Fəxri» adlı, «Şuşalı» ləqəbli şəxsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,222 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2019-cu il saat 01:25 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən «Rothmans» markalı siqaretin qutusunun içərisində siqaretin ağ-qara rəngli kağızına bükülmüş vəziyyətdə 0,222 qram çəkidə narkotik vasitə «heroin» və siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 0,092 qram çəkidə psixotrop maddə «metamfetamın» aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir-neçə ildir narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edib tək qəbul edir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında Aynur adlı tanışı onun telefonuna zəng vuraraq onunla vacib işi olduğunu bildirmiş, o, yaşadığı evin yaxınlığında Aynurla görüşmış və söhbət əsnasında sonuncu ağrılarının olduğunu bildirərək onun üçün narkotik vasitə tapmağını xahiş etmişdir. O, Aynurun təklifi ilə razılaşmış və Nəcəf adlı tanışının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq narkotik vasitə almaq istədiyini bildirmiş, Nəcəf ona «Şuşalı» ləqəbli bir şəxsin ***-***-**-** mobil nömrəsini verərək sonuncu ilə əlaqə saxlamağı bildirmişdir. O, həmin nömrəyə zəng vurub «Şuşalı» ləqəbli şəxslə danışaraq Nəcəfin tanışı olduğunu və narkotik vasitə almaq istədiyini demişdir. «Şuşalı» ləqəbli şəxs onu Q.Qarayev metrosunun yaxılığındakı kafeyə dəvət etmiş və o, Aynurla birlikdə həmin kafeyə getmişdir. Yolda Aynur ona narkotik vasitələrinin alnıması üçün 25 manat pul vermişdir. O, kafedə həmin «Şuşalı» ləqəbli şəxslə görüşmüş və Aynurun verdiyi 25 manatı həmin şəxsə verib iki büküm narkotik maddə almışdır. Həmin bükümlərin birində narkotik maddə «heroin», digərində isə “metafetamin” adlanan narkotik maddə olmuşdur. Həmin bükümləri o, “Rotmans” markalı siqaret qutusuna qoymuş və həmin siqaret qutusunu da cibinə qoyaraq Aynurla birlikdə sonuncunun yaşadığı “Ləhiş” bağlarındakı nömrəsiz evin yanına gəlmişlər ki, aldığı narkotik vasitəni birlikdə istifadə etsinlər. Aynurgilin evinin yaxınlığında mülki geyimli şəxslər onlara yaxınlaşmış və polis işçiləri olduqlarını bildirmişlər. Daha sonra, polis işçiləri onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getmələrini təklif etmiş, o, polis işçiləri ilə birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə gəlmiş, polis bölməsinə gələndən sonra polis işçiləri ona təklif etmişlər ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa özü könüllü təqdim etsin, əks halda onun üstünə baxış keçiriləcək. O, əvvəl əynində olan gödəkçənin iç sol cibindən aldığı narkotik vasitələri istehlak etmək üçün əvvəlcədən aldığı iki əbəd şpris və iki ədəd ampula çıxarıb təqdim etmişdir. Bundan sonra o, «Şuşalı» ləqəbli şəxsdən aldığı iki bükümlərdə olan metamfetamini və heroini qoyduğu siqaret qutusunu əynindəki gödəkçənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuş, siqaret qutusunu və içərisindəki iki bükümü açıb təqdim edərək bildirmişdir ki, həmin bükümlərin birində metamfetamin, digərisində isə heroindir, həmin narkotik vasitələri saxlanılmamışdan qabaq «Qara Qarayev» metrostansiyasının yaxınlığında “Şuşalı” ləqəbli şəxsdən 25 manata özü istifadə etmək üçün yanındakı qızla birlikdə almışdır. Bütün bu proseslər polis işçiləri tərəfindən telefonla video çəkilişlə qeydə alınmışdır. Bundan sonra, polis işçiləri onun üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini qablaşdırılıb möhürləmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində “Bəhruz” adlı şəxsin narkotik vasitələri qanunsuz əldə edərək Ləhiş bağları yaşayış massivində qəbul etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, bölmənin baş əməliyyat müvəkkili Şahid3 və sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixə keçən gecə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivinə gələrək özlərinə əməliyyat şəraitinə uyğun olaraq mövqey seçmiş və bir neçə dəqiqə sonra məlumatda göstərilən əlamətlərə uyğun şəxsin yanında bir nəfər qadın cinsli şəxslə birlikdə gəldiyini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, qadın cinsli şəxs isə adının Aynur Əsgərova olduğunu bildirmişdir. Onlar həmin şəxslərə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiklərinə görə saxlanıldıqlarını bildirərək onları Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Adları qeyd olunan şəxslər onlara etiraz etməyərək onlarla birlikdə bölməyə getmiş, bölmədə Təqsirləndirilən şəxs videoçəkilişlə sonuncunun üzərinə şəxsi axtarış aparılacağı izah edilərək etirazının olub-olmamamısı öyrənilmiş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan gödəkçənin sol iç cibindən iki ədəd şəffaf sellofan torba çıxararaq masanın üzərinə qoymuş, həmin torbaların birində iki ədəd şpris, digərində isə iki ədəd ampula olmuşdur. Təqsirləndirilən şəxs həmin predmetərin narkotik qəbul etmək üçün olduğunu demiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd alışqan və göy rəngli «Rothmans» markalı siqaret qutusunu çıxararaq, siqaret qutusunu açaraq içərisindəki 3 ədəd siqareti və 2 ədəd bükümü masa üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdən birini açmış və orada boz rəngli tozvari şəkilində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə «kokos» olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əlində saxladığı ikinci, gümüşü rəngli bükümü açmış içərisindən ağ rəngli kristall şəkildə maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə müvəkkili, polis leytenantı Şahid2 Şahid1ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir-neçə ay əvvəl Yunisin yoldaşı Aysel vasitəsi ilə tanış olmuşdur. Tanış olduqdan sonra bir-neçə dəfə Təqsirləndirilən şəxs ondan borc pul alaraq qaytarmışdır. xx xxxxxx 2019-cu il saat 18:00 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək ondan 60 manat borca pul istəmişdir. O, Bəhruza 60 manat tapa bilməyəcəyini, ancaq 30 manat taparaq sonuncuya verəcəyini bildirmişdir. Həmin gün, saat 21:40 radələrində Bəhruza zəng etmiş və 30 manat pul düzəltdiyini bildirmişdir. Bəhruz problemin olmadığını bildirərək pulu ona çatdırmasını xahiş etmişdir. O, bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Al” marketin yanına gələrək Bəhruzla görüşümüş və 30 manat pulu Bəhruza vermişdir. Bəhruz onun yanında tanımadığı mobil telefon vasitəsi ilə danışmış və daha sonra ondan onunla birlikdə «Q.Qarayev» metrostansiyasının yaxınlığına getməsini xahiş etmişdir. Bəhruzun narkotik vasitə almaq üçün ora getməsi təklifi ilə razılaşmış və onunla birlikdə «Q.Qarayev» metrostansiyasının yaxınlığında yerləşən kafeyə getmişdir. Kafenin qarşısında Bəhruz avtomobildən düşmüş və kafeyə girmiş, bir-neçə dəqiqə sonra geri qayıtmış və daha sonra onlara getməyi qərara almışlar. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən evinə çatmamışdan bir qədər əvvəl polis əməkdaşları onları saxlamış, onlar avtomobildən düşmüş, polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını, narkotik vasitələri qanunsuz əldə etmə və üzərlərində saxlamada şübhəli olduqları üçün saxlanıldıqlarını bildirərək polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə bölməyə getmiş və bölmədə həm onun, həm də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı onun üzərində hər hansı bir qanunla qadağan olunmamış əşya aşkar olunmasa da, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra, polis bölməsində onların izahatları alınmış, Təqsirləndirilən şəxs tutulmuş, o isə sərbəst buraxılmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Şahid3, Tamerlan Baxşalıyev və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən «Rothmans» markalı siqaretin qutusunun içərisində siqaretin ağ-qara rəngli kağızına bükülmüş toz şəkilində heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 41-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29361 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №241» möhür əksi və «Vət.Təqsirləndirilən şəxs Məhazir oğlunun üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd büküm...» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,222 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0,092 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 84-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.172 qram heroin və 0.042 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan maddi sübut kimi tanıma və saxlama barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2019-cu il tarixli, 3052 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs Məhazir oğlunda müayinə zamanı tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixotrop maddə oıan amfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-105-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 123-cü vərəqəsində olan AZ İİİ 794869 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni heroini əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0.172 qram heroin və 0.042 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.172 qram heroin və 0.042 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar