Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-122/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi olaraq avtobus sürücüsü işləyən, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2, bağ sahəsi 1103-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,226 qram psixotrop maddə metamfetamin əldə edib, özündə saxlamaqla daşımış, 10 iyul 2024-cü il tarixdə saat 16:45 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklər mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Dəmiryolu Vağzalının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilmiş, həmin idarədə xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli köynəyin sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,226 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyul 2024-cü il tarixdə səhər saatlarında özü istifadə etmək üçün 10 manat verərək Sabunçu bazarı yaxınlığında üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi qaraçı milliyəti olan şəxsdən 1 çet miqdarında “patı, şüşə" almışdır. 10 iyul 2024-cü il tarixdə, saat 16:40-da Bakı şəhəri, Sabunçu rayonu, Dəmiryolu vağzalının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onun üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli köynəyin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan, patı və ya şüşə kimi tanıdığı maddəni, əynində olan boz rəngli şalvarın sol yan cibindən qara rəngli, üzərində “REDMİ" yazısı olan mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni 10 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı adlanan ərazinin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən aşkar olunmuş narkotikdən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Əməlindən peşmançılıq hissi keçirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, 12 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən “Bəli mən Şahid1 tanıyıram. Elşada narkotik vasitə satmamışam, amma Elşadın istəyi ilə özümə aldığım narkotikin bir hissəsini 10 iyul 2024-cü il tarixdə avtomobilimi təmir etdiyi üçün pulsuz Elşada vermişəm” məzmununda ifadə verməsinin səbəbi kimi saxlanılan zaman ona Elşadın saxlanıldığını dediklərini və onun da bu cür deməklə Elşada kömək edə biləcəyini düşündüyü üçün dediyini bildirmişdir. Əslində isə Elşada nə narkotik vasitə satmamış, nə də pay verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyul 2024-cü il tarixdə saat 11:10-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 13 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan, patı və ya şüşə kimi tanıdığı maddəni, sol yan cibindən qara rəngli üzərində “SAMSUNG” yazısı olan mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni adını bilmədiyi, üzdən tanıdığı şəxsdən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “RUSLAN 93” adlanan ərazinin yaxınlığında 10 manata aldığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən aşkar olunmuş narkotikdən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Məhkəmədə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, bir müddətdir ki, narkotikə olan tələbatını ödəmək üçün patı və ya şüşə kimi tanıdığı metamfetamindən istifadə edir. Nizami RPl-də mobil telefonuna polislərdən biri baxmış və orada Vasifin mobil nömrəsini görmüşdür. Ondan onun kimliyi barədə soruşmuş və o da ona avtobus sürücüsü olduğunu demişdir. Sonra ondan Vasifin narkotik vasitələrdən istifadə edib etməməsini soruşduqda o, Vasifin də narkotik vasitələrdən istifadə etdiyini eşitdiyini bildirmişdir. Həmin polis üzərindən aşkar olunmuş “patını” ondan almağını deməyini demişdir. O, da qorxaraq elə bir fikir söyləmişdir. Lakin reallıqda belə bir hal baş verməmişdir. O, üzərindən aşkar edilmiş "patını" xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “RUSLAN 93“ adlanan ərazinin yaxınlığında üzdən tanımadığı şəxsdən 10 manata almışdır. Vasifin əvvəllər də narkotik vasitədən istifadə etdiyini, son 2-3 ay ərzində Vasiflə narkotik vasitə istifadə etdiyini, kimdə narkotik olsa paylaşdıqlarını, aralarında pul söhbəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 93 saylı marşrut xəttində təxminən 2020-ci ildən dispetçer işləyir. Onun vəzifəsi 93 saylı marşrut üzrə xəttə çıxan avtobusların texniki vəziyyətinə və sürücülərin xəttə buraxılmasına nəzarət etməkdir. Aylıq sürücülərə yol vərəqi yazılır və avtobuslar qarajda saxlanılır, hər səhər sürücülər gəlib tibbi müayinədən keçib maşını götürüb xəttə çıxırlar. Yol vərəqini direktor Sərvər Əliyev, o və sürücünün özü imzalayır. Sürücülərin işə qəbul olunması isə şirkətin rəhbəri Araz Mirzəyev tərəfindən həyata keçirilir. Bütün avtobus sürücüləri səhər saatlarında xəttə çıxmamışdan əvvəl mütləq qaydada tibbi müayinədən keçirilirlər. Onların şirkətinə məxsus olan 93 saylı marşrut üzrə hərəkət edən son rəqəmi 466 olan «DAEWOO» markalı avtobusun sürücüsü Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə səhər saat 6-da avtobusu qarajdan götürüb xəttə çıxmışdır. Həmin gün saat 15 radələrində polis əməkdaşları onun istifadəsində olan mobil telefona zəng vuraraq avtobusu təhvil götürməyini bildirmişlər. O, etiraz etməyib Sabunçu dəmiryolu vağzalının qarşısında son dayanacaqda olan qeyd etdiyi avtobusu təhvil götürmüşdür. Bu zaman ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə şirkət arasında əmək müqaviləsi bağlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onlarla ədavəti olmamışdır. 10 iyul 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-nə Bakı şəhəri, Nizami rayonu ərazisində “Elşad” adlı şəxsi mütədami olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «Elşad» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ilə birlikdə 10 iyul 2024-cü il tarixdə «Elşad» adlı şəxsin olması ehtimal edilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 13 ünvanının yaxınlığına yollanmışlar. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə «Elşad» adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx xxxxxxxx 1984-cü ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yaşayan Şahid1 kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİnin inzibati binasının xidməti otaqlarının birində Şahid1 üzərinə müdafiəçi X1 iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan psixotrop maddəyə bənzər kütləni, sol yan cibindən qara rəngli üzərində “SAMSUNG” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Şahid1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə sübut əhəmiyyəti kəsb etdiyindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni 10 iyul 2024-cü il tarixdə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ruslan 93” adlı marketin yaxınlığında adım bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra tərəflərindən əməliyyat tapşırığı əsasında Şahid1 həmin maddəni satmış şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Şahid1 həmin maddəni satmış şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ilə birlikdə 10 iyul 2024- cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Sabunçu rayonu, Dəmiryolu vağzalının qarşısına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx xxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2, bağ sahəsi 1103-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi, ev 63-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formada olan psixotrop maddəyə bənzər kütləni, əynində olan boz rəngli şalvarın sol yan cibindən qara rəngli üzərində “REDMİ” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd “REDMİ” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni 10 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu bazarı adlanan ərazinin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını, Şahid1 ilə bir qarajda işlədiklərini, Şahid1 psixotrop maddə satmadığını, avtobusunu təmir etdiyinə görə Elşada bir büküm psixotrop maddə verdiyini bildirmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onlarla ədavəti olmamışdır. 10 iyul 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-nə Bakı şəhəri, Nizami rayonu ərazisində “Elşad” adlı şəxsin mütədami olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «Elşad» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 10 iyul 2024-cü il tarixdə «Elşad» adlı şəxsin olması ehtimal edilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 13 ünvanının yaxınlığına yollanmışlar. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə «Elşad» adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx xxxxxxxx 1984cü ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yaşayan Şahid1 kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan psixotrop maddəyə bənzər kütləni, sol yan cibindən qara rəngli üzərində “SAMSUNG” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Şahid1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə sübut əhəmiyyəti kəsb etdiyindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni 10 iyul 2024-cü il tarixdə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ruslan 93” adlı marketin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra tərəflərindən əməliyyat tapşırığı əsasında Şahid1 həmin maddəni satmış şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Şahid1 həmin maddəni satmış şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 10 iyul 2024- cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Sabunçu rayonu, Dəmiryolu vağzalının qarşısına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-2, bağ sahəsi 1103-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi, ev 63-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişdir. Nizəmi RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X2 iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formada olan psixotrop maddəyə bənzər kütləni, əynində olan boz rəngli şalvarın sol yan cibindən qara rəngli üzərində “REDMİ” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd “REDMİ” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni 10 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu bazarı adlanan ərazinin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını, Şahid1 ilə bir qarajda işlədiklərini, Şahid1 psixotrop maddə satmadığını, avtobusunu təmir etdiyinə görə Elşada bir büküm psixotrop maddə verdiyini bildirmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə iclasında verilmiş suallara cavab olaraq Əkbərov X3 Elşaddan sonra saxlanıldığını, Elşadın mobil telefonu vasitəsilə Vasifin yerinin aşkar edildiyini, Vasifin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); “Şəxsi axtarış və götürmə haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ TŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan narkotik vasitəyə bənzər psixotrop maddəyə bənzər kütləni, əynində olan boz rəngli şalvarın sol yan cibindən qara rəngli üzərində “REDMİ” yazısı olan mobil telefon çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hanı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 162 Saylı möhürü ilə möhürlərək imzalanmışdır. (i.v.46- 47); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/3581 nömrəli 11 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N”162” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə (imza) Təqsirləndirilən şəxs.” yazısı və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram ağ rəngli krisalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin və vət. Şahid1 üzərindən aşkar edilmiş metamfetamin (MEM-nin 10 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3572 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”nin siyahısına (Siyahı İ) daxildir. (i.v.57-59); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 78) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7130 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, kannaboidlərin və Psixostimuliyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 152-153). “Sübutların qiymətləndirilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 -ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə yenidən ittiham elan edilmiş, cinayət işinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan hissəsinə hissəvi xitam verilmiş, ********* saylı cinayət işi üzrə 10 iyul 2024-cü il tarixdə Nizami RPİ-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində Şahid1 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 2 ədəd DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qəbul edilərək cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram olan metamfetamin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə İdi sübut kimi tanınması, 0,05 qram sərf edildikdən sonra 0,176 qram metamfetaminin qalıqları məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, ********* saylı cinayət işinin materiallarından naməlum mənbəyə dair materiallar ayrılaraq Sabunçu RPi-nə göndərilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilmişdir.(i.v.190-201); İş materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur. (i.v.46-48); Maddi sübut kimi tanıma haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,226 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,176 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v.110-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.124); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1 -ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı həm məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşmanlığını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınarq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza seçilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 iyul 2024-cü il tarixdən 10 oktyabr 2024-cü il həbsdə olduğu 3 ay müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 3 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə 2 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 06 ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, eləcə də işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 0,176 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-122/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-122/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver