Məhkəmə qərarları › İş №1(008)-123/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-123/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-123/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə, 29 iyul 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4v 15, mənzil 2-də yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətinə qanunsuz daxil olaraq oradan və saxlanc yeri hesab edilən evin zirzəmisinin kilidini sındıraraq oradan bir ədədi 1 manat 20 qəpik olan 400 ədəd ümumilikdə 480 manat dəyərində dəmir xamutu, 1 metri 2 manat 50 qəpik olan 2 metr 20 sm uzunluğunda 5 ədəd F20 markalı ümumilikdə 27 manat 50 qəpik dəyərində dəmir armaturu, uzunluğu 12 metr olan 17 ədəd biri 13 manat 20 qəpik dəyərində ümumi 224 manat 40 qəpik məbləğində F12 markalı dəmir armaturu, biri 35 manat 4 metr uzunluğunda olan ümumi 4 ədəd 140 manat dəyərində dəmir şvellerləri, biri 15 manat dəyərində iki ədəd 30 manat dəyərində künclü dəmir tikinti materialını, 25 manat dəyərində direl aparatını,170 manat dəyərində taxta kəsən elektrik Bosh firmasına məxsus aparatı, 170 manat dəyərində qaynaq aparatını, biri 10 manat olan ümumi 4 ədəd 40 manat dəyərində aliminium ləyəni, 1 ədəd 40 manat dəyərində 1.8/1.6 ölçülü dəmir barmaqlığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1346 manat 90 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,808 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 12 iyul 2022-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında saxlanılaraq ünvan 5 ünvanda yerləşən Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofana bir bükümdə bükülmüş içərisində təmiz çəkisi 1,808 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətinə qanunsuz daxil olaraq oradan və saxlanc yeri hesab edilən evin zirzəmisinin kilidini sındıraraq oradan bir ədədi 1 manat 20 qəpik olan 400 ədəd ümumilikdə 480 manat dəyərində dəmir xamutu, 1 metri 2 manat 50 qəpik olan 2 metr 20 sm uzunluğunda 5 ədəd F20 markalı ümumilikdə 27 manat 50 qəpik dəyərində dəmir armaturu, uzunluğu 12 metr olan 17 ədəd biri 13 manat 20 qəpik dəyərində ümumi 224 manat 40 qəpik məbləğində F12 markalı dəmir armaturu, biri 35 manat 4 metr uzunluğunda olan ümumi 4 ədəd 140 manat dəyərində dəmir şvellerləri, biri 15 manat dəyərində iki ədəd 30 manat dəyərində künclü dəmir tikinti materialını, 25 manat dəyərində direl aparatını,170 manat dəyərində taxta kəsən elektrik Bosh firmasına məxsus aparatı, 170 manat dəyərində qaynaq aparatını, biri 10 manat olan ümumi 4 ədəd 40 manat dəyərində aliminium ləyəni, 1 ədəd 40 manat dəyərində 1.8/1.6 ölçülü dəmir barmaqlığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1346 manat 90 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi, “Mercedes-Benz E” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Zabrat-Kürdəxanı” avtomobil yolunun yaxınlığındakı fərdi avtomobil yuma məntəqəsinə gəlmiş, orada dayanmış “DAF” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin banındakı metal lövhənin üzərində olan, 1 ədədinin qiyməti 750 manat olan, 2 ədəd akkumulyatoru hərəyə bir ədədi olmaqla “Mercedes-Benz E” markalı avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmaq istəyərkən yük avtmobilinin sahibi Zərərçəkmiş şəxs2 həmin əraziyə gələrək onları aşkar etdiyindən və getmələrinə mane olduğundan avtomobildən enərək oradan uzaqlaşmış, beləliklə bilavasitə cinayətin törədilməsinə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətinə qanunsuz daxil olaraq oradan və saxlanc yeri hesab edilən evin zirzəmisinin kilidini sındıraraq oradan bir ədədi 1 manat 20 qəpik olan 400 ədəd ümumilikdə 480 manat dəyərində dəmir xamutu, 1 metri 2 manat 50 qəpik olan 2 metr 20 sm uzunluğunda 5 ədəd F20 markalı ümumilikdə 27 manat 50 qəpik dəyərində dəmir armaturu, uzunluğu 12 metr olan 17 ədəd biri 13 manat 20 qəpik dəyərində ümumi 224 manat 40 qəpik məbləğində F12 markalı dəmir armaturu, biri 35 manat 4 metr uzunluğunda olan ümumi 4 ədəd 140 manat dəyərində dəmir şvellerləri, biri 15 manat dəyərində iki ədəd 30 manat dəyərində künclü dəmir tikinti materialını, 25 manat dəyərində direl aparatını,170 manat dəyərində taxta kəsən elektrik Bosh firmasına məxsus aparatı, 170 manat dəyərində qaynaq aparatını, biri 10 manat olan ümumi 4 ədəd 40 manat dəyərində aliminium ləyəni, 1 ədəd 40 manat dəyərində 1.8/1.6 ölçülü dəmir barmaqlığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1346 manat 90 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 aprel 2022-ci il tarixdə, saat 13 radələrində özünün idarə etdiyi, “Mercedes- Benz E” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Zabrat-Kürdəxanı” avtomobil yolunun yaxınlığındakı fərdi avtomobil yuma məntəqəsinə gəlmiş, orada dayanmış, “DAF” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin banındakı metal lövhənin üzərində olan, 1 ədədinin qiyməti 750 manat olan, 2 ədəd akkumulyatoru hərəyə bir ədədi olmaqla “Mercedes-Benz E” markalı avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmaq istəyərkən yük avtomobilinin sahibi Zərərçəkmiş şəxs2 həmin əraziyə gələrək onları aşkar etdiyindən və getmələrinə mane olduğundan avtomobildən enərək oradan uzaqlaşmış, beləliklə bilavasitə cinayətin törədilməsinə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,793 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, 08 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ayxan marketin arxa hissəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə satış məqsədi olmadan üzərində saxladığı ümumi təmiz çəkisi 0,793 qram kustar üsulla hazırlanmış heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, bundan əvvəl narkotik vasitələrdən istifadəyə görə məhkum edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüş, pulları olmadığı üçün oğurluq edərək pul əldə etməyi qərara almışlar. Təqsirləndirilən şəxs1 onlara Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətindən oğurluq etməyi təklif etmiş, o və Təqsirləndirilən şəxs2 etiraz etməyərək Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. Onlar 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətinə daxil olaraq oradan və evin zirzəmisindən müxtəlif sayda dəmir xamutu, armaturlar, dəmir şvellerlər, künclüklər direl aparatını, taxta kəsən elektrik aparatı, qaynaq aparatı, ləyən və dəmir barmaqlığı oğurlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 300 manat müqabilində satmışdır. O, 12 iyul 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində bir büküm «şüşə» kimi tanıdığı, psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün üzərində daşımışdır. Həmin gün, yəni, 12 iyul 2022-ci il tarixdə, 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı, 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 12 iyul 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunan psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Lakin sonradan iş materialları ilə tanış olarkən üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisinin süni olaraq şişirdildiyini bilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, sonuncu dəfə 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüş, pulları olmadığı üçün oğurluq edərək pul əldə etməyi qərara almışlar. Təqsirləndirilən şəxs1 onlara Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətindən oğurluq etməyi təklif etmiş, o və Təqsirləndirilən şəxs3 etiraz etməyərək Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. O, 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətinə qanunsuz daxil olaraq oradan və evin zirzəmisindən müxtəlif sayda armaturlar, şvellerlər, dəmir barmaqlıqlar, direl, qaynaq aparatı, taxta kəsən və digər tikinti materialları oğurlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 300 manat müqabilində satmışlar. Bundan başqa, 26 aprel 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona birlikdə idarə etdiyi “Mercedes-Benz E” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə getməyi təklif etmiş, o, etiraz etməyərək Təqsirləndirilən şəxs1la birlikdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə getmişdir. Bir qədər sonra Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən geri qayıdarkən qəsəbədə, yol kənarında yerləşən avtoyuma məntəqəsində saxlamışlar. Təqsirləndirilən şəxs1 yaxınlıqda dayanan “DAF” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşmış, yük avtomobilinin banındakı metal lövhənin üzərində olan 2 ədəd akkumlyatoru açaraq “Mercedes-Benz E” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş, həmin vaxt, o, “Mercedes-Benz E” markalı avtobilin qabağında dayanmışdır. Onlar avtomobilə minərək oradan uzaqlaşmaq istədikləri zaman bir nəfər şəxs sonradan Zərərçəkmiş şəxs2 olduğunu öyrəndikləri şəxs onlara yaxınlaşıb qarşılarını kəsmiş, daha sonra, avtomobilin mühərrikini söndürərək açarı özündə saxlamışdır. O və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 onları buraxmasını xahiş etsələr də, Zərərçəkmiş şəxs2 onların sözlərinə əhəmiyyət verməyərək hadisə bağlı polisə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə hadisə yerindən uzaqlaşarkən polis əməkdaşlarının gəldiyini görərək qaçaraq oradan uzaqlaşmış, lakin, Təqsirləndirilən şəxs1 ayağından əməliyyat olunduğu üçün qaça bilməmiş, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüş, pulları olmadığı üçün oğurluq edərək pul əldə etməyi qərara almışlar. O, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətindən oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 etiraz etməyərək onun təklifi ilə razılaşmışdır. O, özgə əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan müddət ərzində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətinə qanunsuz daxil olaraq həyətdən və evin zirzəmisinin kilidini sındıraraq oradan müxtəlif sayda tikinti materialları və usta alətləri, o cümlədən şveller, armaturlar, metal künclük, dəmir barmaqlıq, direl, qaynaq aparatı, taxta kəsən, xamut, ləyən oğurlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 300 manat müqabilində satmışdır. O, 08 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ayxan marketin arxa hissəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabunçu RPİnin 15-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Bölmədə üzərinə baxış keçirilərkən qanunla qadağan edilmiş hər hansı bir əşya müəyyən edilməsə də, polis əməkdaşları onun hansısa sənədlər imza etməyə və özünə qarşı izahat verməyə məcbur etmişlər. Saxlanıldığı vaxt üzərindən narkotik vasitə aşkar olunmadığı üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində 3.5 sot torpaq sahəsi alaraq 46 kvadrat metr ölçüdə kürsülü iki otaqlı ev tikmiş, lakin, tikinti işləri tam şəkildə tamamlanmamışdır. 18 mart 2022 tarixdə, saat 19 radələrində qeyd olunan ünvanda, hər hansı oğurluq faktı aşkar etməmişdir. 26 mart 2022 tarixdə, saat 19 radələrində evə gəldiyi zaman zirzəminin qapısının açıq olduğunu, qıfılının sındırıldığını görməsinə baxmayaraq zirzəmiyə baxış keçirməmişdir. 28 mart 2022-ci il tarixdə, saat 12 radələrində evin zirzəmisinə baxış keçirdiyi zaman oradan bir ədədi 1 manat 20 qəpik olan 400 ədəd ümumilikdə 480 manat dəyərində dəmir xamutu, 1 metri 2 manat 50 qəpik olan 2 metr 20 sm uzunluğunda 5 ədəd F20 markalı ümumilikdə 27 manat 50 qəpik dəyərində dəmir armaturu, uzunluğu 12 metr olan 17 ədəd biri 13 manat 20 qəpik dəyərində ümumi 224 manat 40 qəpik məbləğində F12 markalı dəmir armaturu, biri 35 manat 4 metr uzunluğunda olan ümumi 4 ədəd 140 manat dəyərində dəmir şvellerləri, biri 15 manat dəyərində iki ədəd 30 manat dəyərində künclü dəmir tikinti materialını, 25 manat dəyərində direl aparatını, 170 manat dəyərində taxta kəsən elektrik Bosh firmasına məxsus aparatı, 170 manat dəyərində qaynaq aparatını, biri 10 manat olan ümumi 4 ədəd 40 manat dəyərində aliminium ləyəni, 1 ədəd 40 manat dəyərində 1.8/1.6 ölçülü dəmir barmaqlığın oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1346 manat 90 qəpik ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli kəndi yeni tikilidə yaşayır. “DAF” markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. 26 aprel 2022 tarixdə işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun sol tərəfində avtoyuma məntəqəsinə gələrək idarə etdiyi “DAF” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Həmin gün, saat 13 radələrində idarə etdiyi avtomobilə yaxınlaşdığı zaman avtomobilin üzərində olan hər birinin qiyməti 750 manat olan iki ədəd “Pover” markalı akkumulyatorların yerində olmadığını görərək ətrafa nəzər yetirmiş, “Mercedes-Benz E” markalı, **-OC-*** nömrəli avtomobilin yük yerinə baxdığı zaman ona məxsus akkumulyatorların orada olduğunu görərək avtomobilə yaxınlaşmış, avtomobildə sürücü və sərnişin olduğunu görərək onları saxlamış, dərhal hadisə ilə bağlı polisə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən həmin şəxslər polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rüstbəsi daşıyır. 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, yəni, 12 iyul 2022-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs3 saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs3 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 12 iyul 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rüstbəsi daşıyır. 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, yəni, 08 sentyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ayxan marketin arxa hissəsində Təqsirləndirilən şəxs1 saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs1 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 08 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Mercedes” markalı, **-OC-*** nömrəli avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs1 onun qaynıdır. 26 aprel 2022 tarixdə, saat 12 radələrində o, evdə olarkən qaynı Elçin ona məxsus “Mercedes” markalı, **-OC-*** nömrəli avtomobili müvəqqəti idarə etmək üçün ona verməsini xahiş etmiş, o, etiraz etməyərək idarə etməsi üçün özünə məxsus avtomobili ona vermişdir. Bir müddət sonra ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı yolunun sol tərəfində yerləşən avtoyuma məntəqəsinə qarşısında dayanmış “DAF” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində olan 02 ədəd akkumulyatorları oğurlamağa cəhd etmiş, lakin, hadisə yerində yük avtomobilinin sürücüsü tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qara və əlvan metal qəbulu məntəqəsi işlədir. 28 mart 2022 tarixdə, saat 16 radələrində əvvəllər tanımadığı iki nəfər şəxs dövlət nömrə nişanını xatırlamadığı “Merdeces Benz” markalı avtomobil ilə onun işlədiyi məntəqəyə gələrək 05 ədəd F20 markalı dəmir armatur və 225 ədəd dəmir xamut satmaq istədiklərini bildirmiş, o, həmin şəxslərdən armatur və xamutu haradan əldə etmələrini soruşduqda onlar həmin metalların özlərinə məxsus evin tikintisindən artıq qaldığını bildirmişlər. O, armatur və xamutu 53 manat müqabilində həmin şəxslərdən almışdır. 29 mart 2022 tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları onun işlədiyi məntəqəyə gələrək hadisə ilə bağlı ona məlumat vermiş, o, aldığı metalları könüllü şəkildə polis əməkdaşlarına təqdim edərək həmin metalların oğurluq olmasından məlumatının olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan 30 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-2, vərəq 24). Cinayət işi materiallarında olan 30 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 239-240). Cinayət işi materiallarında olan 01 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs3 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild- 2, vərəq 147-149). Cinayət işi materiallarında olan 01 aprel 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-2, vərəq 158). Cinayət işi materiallarında olan 12 iyul 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 10). Cinayət işi materiallarında olan 12 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X2 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə aşkar olunaraq götürülmüşdür. (c.i, cild-1, vərəq 31-32). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat müəyyən edilmişdir. (c.i, cild-1, vərəq 39). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2022-ci il tarixli, 6/3769 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş bir ədəd zərfdə 01 şəffaf sellofanda təmiz çəkisi 1,808 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1.758 qramdır. (c.i, cild-1, vərəq 40-42). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 590/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 72-75). Cinayət işi materiallarında olan 13 iyul 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.758 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (c.i, cild-1, vərəq 80). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 iyul 2022-ci il tarixli, 3958 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.i, cild-3, vərəq 75-76). Cinayət işi materiallarında olan 30 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-2, vərəq 2). Cinayət işi materiallarında olan 30 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 237-238). Cinayət işi materiallarında olan 01 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild- 2, vərəq 150-152) Cinayət işi materiallarında olan 01 aprel 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-2, vərəq 156). Cinayət işi materiallarında olan 29 aprel 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 125). Cinayət işi materiallarında olan 30 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Zabrat-Kürdəxanı” avtomobil yolunun yaxınlığındakı fərdi avtomobil yuma məntəqəsinə gəlmiş, orada dayanmış “DAF” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin banındakı metal lövhənin üzərində olan, 2 ədəd akkumlyatorun oğurlanması faktı ilə bağlı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 139-140). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 351/2022 nömrəli, 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 158-161). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 616/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Orxan Səmədov tərəfindən verilmiş vəsatət təmin edilməmiş, onun həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (c.i, cild-3, vərəq 7-14). Cinayət işi materiallarında olan 26 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-3, vərəq 15). Cinayət işi materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-3, vərəq 95). Cinayət işi materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş toz halında, tünd qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar olunaraq götürülmüşdür. (c.i, cild-3, vərəq 115-116). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. (c.i, cild-3, vərəq 129). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli, 6/4915 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd zərfdə 1 şəffaf sellofanda təmiz çəkisi 0,793 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.743 qramdır. (c.i, cild-3, vərəq 130-131). Cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (c.i, cild-3, vərəq 155). Cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild- 3, vərəq 160-162). Cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-3, vərəq 163). Cinayət işi materiallarında olan 10 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.743 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (c.i, cild-3, vərəq 164). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 10 sentyabr 2022-ci il tarixli, 5096 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.i, cild-3, vərəq 172-174). Cinayət işi materiallarında olan 30 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-2, vərəq 48). Cinayət işi materiallarında olan 30 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən yeni tikilinin həyətindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 235-236). Cinayət işi materiallarında olan 01 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild- 2, vərəq 144-146). Cinayət işi materiallarında olan 01 aprel 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-2, vərəq 157). Cinayət işi materiallarında olan 01 may 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 182). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 356/2022 nömrəli, 03 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 01 may 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i, cild-2, vərəq 208-211). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 699/2022 nömrəli, 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Orxan Qnyazovun tərəfindən verilmiş vəsatət təmin edilməmiş, onun həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (c.i, cild-3, vərəq 63-69). Cinayət işi materiallarında olan 27 avqust 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-3, vərəq 70). Cinayət işi materiallarında olan AA seriyalı, ******* nömrəli, AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində üç yetkinlik yaşına çatmayan övladı var. (c.i, cild-2, vərəq 77-78). Cinayət işi materiallarında olan AZ İV seriyalı, 240647 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladı var. (c.i, cild-2, vərəq 139). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 250/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (c.i, cild-2, vərəq 179-183). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 186/2015 nömrəli, 20 may 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (c.i, cild-2, vərəq 184-186). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-2, vərəq 213). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 9/2380 saylı ekspert rəyindən görünür ki, 2.20m ölçülü F-20 markalı dəmir armaturun bir ədədinin qiyməti 5.2 manat ümumi sayı 5 ədəd ümumi dəyəri 26 manatdır.İstifadədə olmamış 55 sm x 55 sm ölçülü dəmir xamutun bir ədədi 1 manat miqdarı 225 ədəd ümumi dəyəri 225 manatdır. (c.i, cild-2, vərəq 214). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-3, vərəq 73). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 9/4347 saylı ekspert rəyindən görünür ki, yük avtomobilinə məxsus 2 ədəd akkumulyatorun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300 manat müəyyən olunur. (c.i, cild-3, vərəq 74). Cinayət işi materiallarında olan 08 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 02 ədəd akkumulyator, 05 ədəd F20 markalı dəmir armatur və 225 ədəd dəmir xamut cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmişdir. (c.i, cild-3, vərəq 77). Cinayət işi materiallarında olan 15 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (c.i, cild-3, vərəq 252- 267). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132, 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2005-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 30 sentyabr 2006-cı il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (c.i, cild-2, vərəq 169-171). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 09 sentyabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (c.i, cild-2, vərəq 172-175). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3, sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (c.i, cild-2, vərəq 176-178). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X5 Birliyinin 008423 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 İİ qrup müharibə əlilidir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 17/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 01 iyul 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixə kimi 04 (dörd) ay 23 (iyirmi üç) gün həbsdə olması Azərbvaycan Respublikası CM-nin 69.3-cü maddəsini nəzərə alaraq həmin müddət təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 795/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 21 fevral 2023-cü il tarixdə Sabunçu RPİnin əməkdaşları tərəfindən tutularaq 22 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunan psixotrop maddənin ona ittiham elan edildiyi miqdarda olmaması və eləcə də təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitənin ümumiyyətlə ona məxsus olmamasını bildirməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, İİ qrup müharibə əlili olmasını, vurulmuş ziyanın qismən ödənilməsini, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını, vurulmuş ziyanın qismən ödənilməsini, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini və vurulmuş ziyanın qismən ödənilməsini yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək, 01 may 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə olduğu 03 (üç) ay 28 (iyirmi səkkiz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 26 (iyirmi altı) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir və onların islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığının 12 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığının 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir və onların islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 21 fevral 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək, 29 aprel 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək və 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-17/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu və həbsdə 03 (üç) ay 01 (bir) gün, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-17/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü üzrə tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından cəmi, 07 (yeddi) ay 24 (iyirmi dörd) gün çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-17/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəylərə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1.758 qram psixotrop maddə metamfetamin və 0.743 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 02 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs2, 05 ədəd F20 markalı dəmir armatur və 225 ədəd dəmir xamutun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs3, 110 (yüz on) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə olduğu 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 26 (iyirmi altı) gününə bərabər tutulmaqla, onun cəzasından 07 (yeddi) ay 26 (iyirmi altı) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.1 və 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təyin edilmiş azadlığın məhdudlaşdırması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına nisbətdə 02 (iki) günə, 01 (bir) gün hesabı ilə hesablanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təyin edilmiş azadlığın məhdudlaşdırması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına nisbətdə 02 (iki) günə, 01 (bir) gün hesabı ilə hesablanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-17/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu və həbsdə 03 (üç) ay 01 (bir) gün, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-17/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü üzrə tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından cəmi, 07 (yeddi) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1.758 qram psixotrop maddə metamfetamin və 0.743 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 02 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs2, 05 ədəd F20 markalı dəmir armatur və 225 ədəd dəmir xamutun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs3, 110 (yüz on) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar