Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-123/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən,məhkum olunmuş, məhkumluğu ödənilməmiş, götürülməmiş, Bakı şəhəri Suraxanı rayonu Y.Günəşli qəsəbəsi AB massivi ev 16 mənzil 28-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,444 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 07 noyabr 2024-cü il tarixdə saat 19 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu ünvan 3 qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,444 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur. Narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuşdur. 05 noyabr 2024-cü il tarixdə səhər saatlarında psixotrop maddə metamfetamini əldə etmək məqsədi ilə o Suraxanı rayonun ərazisində gəzişirdi və orada tanımadığı şəxsdən 15 manata psixotrop maddə metamfetamini əldə etmişdir. Əldə etdiyi psixotrop maddə metamfetamin bir bükümdə olmuşdur, psixotrop maddəni o öz istifadəsi üçün alıb şalvarının sağ yan cibinə qoymuşdur. Narkotik vasitələrin və psixotrop maddənin arada bir qəbul etdiyinə görə həmin günü aldığı psixotrop maddə metamfetamini istifadə etməmişdir. 07 noyabr 2024-cü il tarixdə o Sabunçu rayonu Bakıxanov qəsəbəsində gəzərkən psixotrop maddə metamfetamin onun şalvarının sağ yan cibində olmuşdur. Saat 19 radələrində Ə.Yunusov küçəsində olduğu zamanı ona mülkü geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin şəxslər onu saxlayıb Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra bölmənin xidməti otağında üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin götürülmüşdür. Həmin maddəni o öz istifadəsi üçün Suraxanı rayonun ərazisində tanımadığı şəxsdən 15 manata almışdır. Polis bölməsinə gətirilən zamanı və polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona təzyiq olunmayıb, heç bir bədən xəsarətlərini almamışdır, onu polis bölməsində döyən olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Verilən suallara cavabında isə telefon nömrələrində olan yazışmaların öz aralarında narkotik və psixotrop maddələri istifadə etmələri üçün yazıldığını qeyd etmiş, başqa şəxslərə narkotik və psixotrop maddələr hədiyyə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 07 noyabr 2024cü il tarixdə saat 19 radələrində o Sabunçu RPİ-nin 13-cü polis bölməsinin sahə inspektoru polis kapitanı Şahid2la birlikdə inzibati ərazidə xidmət aparan zamanı Sabunçu rayonu ünvan 3 ünvanın qarşısında bir nəfər özünü şübhəli aparan şəxsi görmüşdür. Həmin şəxs zahiri görünüşlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşamışdır. Həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib şəxsiyyət vəsiqələsini istəyəndə həmin şəxs bildirmişdir ki, üzərində sənəd yoxdur və buna görədə onlardan iti addımlarla uzaqlaşmağa başlamışdır. Həmin şəxsin hərəkətləri şübhə doğrutduğuna görə onlar onu saxlayıb Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs əvvəllər narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuşdur. Onlar Kamrana nəzarət etmişlər ki, o üzərində əgər varsa, qeyri qanuni əşyanı tullaya bilməsin. Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Kamran ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 sellofan bükümü aşkar olunmuş, həmin bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş 01 bükümdə olan maddə psixotrop maddə metamfetamindir həmin psixotrop maddə metamfetamini o öz şəxsi istifadəsi üçün 05 noyabr 2024-cü il tarixdə Suraxanı rayonun ərazisində tanımadığı şəxsdən 15 manata alıb öz üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə bənzər olan maddələr qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Verilən suallara cavabında Təqsirləndirilən şəxs özünü şühbəli apardığı üçün yaxınlaşdığını, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onlardan uzaqlaşmaq istəyərkən 13-cü PŞ-nə dəvət etdiyini, psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyini bunu əməliyyatçı olduğu üçün bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin sahə inspektoru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan və bir ədəd ev açarını çıxarıb masanını üzərinə qoydu. Bundan sonra şalvarın sağ yar cibindən bir ədəd qara sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formada olan maddəni çıxarıb təqdim etdi. Sorğu zaman Təqsirləndirilən şəxs həmin maddənin "metantetamin" kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd alışqan və ev açarı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından özünə qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi(i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 08 noyabr 2024-cü il tarixli, 6/5183 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən ..."sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,444 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizanının tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi 0,394 qram olmuşdur(i.v.29-33). “Video yazıya baxış keçirilməsi haqqında” 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan «20241107_195445» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 05 dəqiqə 16 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 13-ci PŞ-nin baş təhqiqatçı polis mayoru X2 RPİ- nin 13-ci PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Kamran Şərifimin üzərinə Sabunçu RPİ-nin 13-cü PŞ-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetaminin olduğunu bildirib, həmin maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir(i.v.44-45). “Maddi sübut kimi tanıma haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,444 qram çəkidə psixitrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq hissə 0,394 qram psixitrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmə barədə protokola əlavə edilmiş 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmışdır(i.v.86- 87). "xxxx" MMC-dən daxil olmuş məlumat və CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** nömrənin sms detallaşması haqqında protokol və sənədlərdən görünür ki, **********30 nömrəsindən **********43 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Guneslidesen? Daş gedib gotrərdik”; **********17 nömrəsindən **********30 nömrəsinə 03.08.204-cü il tarixdə “Sənə atdıgım pul q*hb* pulu döyül haa kera yadda saxla”; **********17 nömrəsindən **********30 nömrəsinə xx.xx.2024-cü il tarixdə “yekə oglansan ala özündə olmuyanda yeri göyü dagıdısan məndə sənin kimi də gəl çıxda”; **********41 nömrəsindən **********30 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Kamran bu nedi eliyirsen ölurem axrdan pulum yox qapiya gelmiyim”; **********41 nömrəsindən **********30 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Kamran senen bunu gözdemezdi ölurdum axrdan manat manat duzeldim atım sene gözde zen vuracax men bedbaxda niye atırsan var yoxnu s**””; **********96 nömrəsindən **********30 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Yetim senol 5 yene verecem Mustafa atdi kartima”, “Brat sen Allah menem elaqe saxla senol ureyim partdiyir 5yene verecem birsey ver mene”; **********21 nömrəsindən **********30 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Mali tapmisdin sen? Nye oyun oynadin”, “Kamran qalmisam burda. Mene xeber ele. Bayagdan torpagi qaziram”(i.v.88-93). "xxxx" MMC-dən daxil olmuş məlumat və CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrənin sms detallaşmasına baxış keçirilməsi haqqında protokol və sənədlərdən görünür ki, **********66 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Sebrli ol 10 deyqe tapmivvam kanal”; **********15 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Atda görüm hazir neyi var ele bineye atir onuda goturerem”, “Dunen Eliş ona atdirdi menimcun mecbur heresinneen bidene qret elem” **********83 nömrəsindən **********66 nömrəsinə xx.xx.2024-cü il tarixdə “4098- 5844-6246-0864”; **********43 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Kamran cvb verde qaqa mene uşaqlar atıb pulu meni gözdüyürler”; **********83 nömrəsindən **********37 nömrəsinə xx.xx.2024-cü il tarixdə “4098-5844-6246-0864”; **********66 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Tez danivv menen”, Eger gec olacaq da men anarnan danivvim yoxdu hecneyim”, uje kutardi,”,**********83 nömrəsindən **********78 nömrəsinə xx.xx.2024-cü il tarixdə “4098- 5844-6246-0864”; **********95 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Kebi vur karta yolun basinda qoydum deyecem yerin gotr get ordan pramoy”, **********17 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Ay əxi saat 2 oldu e uje yeke oglansan e senol gəl çıx dana incidis” xx.xx.2024-cü il tarixdə “ sənöl e yetim söz danışdıx axı 4saatdı gəlləm deysən yekə oglansan e snöl”, “Anamcanı nervidən tişim agrıyır dana uje gəlmiyəssən da sən kera?”, **********35 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Hazır ol”, Atdim, Atmisam, Keno pacqasi”, ViZiv at bilim” **********17 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Neynirsən yetim sabah günüz mənə 10nux lazımdı qalıbsa gəlim səhər”, **********66 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Bu p*xa cavab verde nece eliyey zabrata getmey lazimdi Secat 2 davv 5 gul atib onu goturmeye vaxdin var gedey geley””, “Bu ne demeydi ey cagirirsan sora cavab vermirsen men p*x yeyerem se”, **********33 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Brar mehemet deyirgki kamrana de atsin pulu”, Seni gözdüyürüy”, **********37 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Kamran taksideyem qaqa.servis terefe gedirem kola.alinar.10lug 15liy alinsa bidene vizv atarsansa mene ora gelende goruvvey”, cavab olaraq “Kamran taksideyem qa”; **********83 nömrəsindən **********96 nömrəsinə xx.xx.2024-cü il tarixdə “4098-5844-6246-0864”; **********70 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Elaqe saxlamag olsa bas qatmaga nese varsa deyim”, **********26 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Qaqaş sen Allah dasin varsa mene verde biraz sen canin saba pul ataram”, xx.xx.2024-cü il tarixdə “Kamran daş varınsa veziyet pisdi her terefli gelim qaqaşımsan mene”, **********60 nömrəsindən **********83 nömrəsinə xx.xx.2024-cü il tarixdə “Rafiqdi.S**um o malinda icine ki senin uzuvu acdi.Cayilliq hara getdi bes.Nedi nefsiniz kisilikden irelidedi?Bele yasamaqdansa gedin asin oldurun ozunuzu”, “4098 5844 6263 0946 Leo 25azn at ora basqa sohbet olmasin.Yeni yigmayim men seni” (i.v. 131-150). Məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 7638 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.101-102). “Sübutların qiymətləndirilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.98-99). İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, onun barəsində AR CM-nin 234.4.1, 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi faktı öz təsdiqini tapmadığından həmin hissə üzrə barəsində cinayət təqibinə xitam verilmiş, xeyli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində material ayrıca icraata ayrılmışdır(i.v. 151-155). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.60-61). “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.62-64). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, ACDİÜ AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib barəsində 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v.94-96). Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 21-1/3-1405-2 saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-95/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını tamamilə çəkib qurtarmışdır. Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:30-da tutulmuşdur(i.v. 100). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(008)- 722/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən saat 09:30-dan hesablanmışdır(i.v. 119-124). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.103-104). AO ******* saylı Hərbi Biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində vətən müharibəsində iştirak etməsi( 59.2) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən metamfetaminin təmiz çəkisi 0,15 qram-2 qramadək xeyli miqadar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olduğunu etiraf etmiş, lakin həmin maddənin satış və ya satış məqsədi ilə əldə etmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS mətnləri səsləndirilərək təqsirləndirilən şəxsdən həmin nömrənin ona məxsus olub-olmaması, yazan şəxslərin onun tanışlarının olub-olmamasına dair sual ünvanlandıqda o, ********** və ********** mobil nömrələrin ona məxsus olduğunu, ona yazan və özünün yazdığı şəxslərin tanışları olduqlarını, həmin SMS-ləri istifadəçi kimi yazdığını bildirsə də, SMS-lərin mətnlərindən açıq-aydın ayrı-ayrı şəxslərin xırda məbləğlərin kartına atılmasının, kart hesabının başqa nömrələrə göndərilməsinin səbəbi soruşulduqda isə Təqsirləndirilən şəxs yalnız şəxsi istifadələri üçün yazışmaların aparılmasını bildirmişdir. Bundan əlavə ona verilmiş suallara cavabında Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə narkotik və psixotrop maddələrin hədiyyə və pul qarşılığı olmadan verilməsini bildirmişdir. Bu onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələndiyindən onların satılması kimi qiymətləndirilməlidir. Eyni mövqe Ali Məhkəmənin Plenum 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə məyyən edilmişdir. Bununla yanaşı, yuxarıda sadalanan SMS yazışmaları tədqiq edilməklə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni də (narkotik vasitənin çəkisi də nəzərə alınmaqla) satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut–03 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdən 09 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,394 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD, 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-123/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-123/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver