Məhkəmə qərarları › İş №1(008)-124/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-124/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-124/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 Əlipaşa qızının, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X2 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi, 25 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, A.Rəhimov küçəsi-17, 20/B saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının ortalarında saat 19 radələrində xx xxx 2003cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 vədlər verməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən razılaşdıqları kimi o, özü küçədə dayanıb Təqsirləndirilən şəxs2 sığortalamış, Təqsirləndirilən şəxs2 isə əmisi Şahid1 yaşadığı ünvan 1 ünvanında qohumu Zərərçəkmiş şəxs2 ayrılmış otağın qapısını evdə olan açarla açaraq yaşayış sahəsi hesab edilən göstərilən otağa qanunsuz daxil olmaqla həmin otaqdan əmisi qızı X3 məxsus 23 manat dəyərində 01 ədəd «Spon- Rest» markalı qaşıq qabını, 60 manat dəyərində 01 ədəd xrustal lodka qabını, hər biri 05 manat olmaqla 20 manat dəyərində 04 ədəd çörək qabını, 230 manat dəyərində 01 ədəd «Gepas» markalı samovar-çaydanı, hər biri 35 manat olmaqla 70 manat dəyərində 02 ədəd xrustal salfet qabını, 50 manat dəyərində 01 ədəd «Quick-Chopper» markalı əl mikserini, 40 manat dəyərində 06 ədəd «Zelhom» markalı bardağını, hər biri 06 manat olmaqla 36 manat dəyərində 06 ədəd salat qabını, hər biri 03 manat olmaqla 06 manat dəyərində 02 ədəd duz qabını, hər biri 12 manat olmaqla 72 manat dəyərində 06 ədəd şüşə bardağını, 80 manat dəyərində 01 ədəd ayaqlı noçnikini, 20 manat dəyərində 01 ədəd qrafini, hər biri 20 manat olmaqla 40 manat dəyərində 02 ədəd «Karaca» markalı mürəbbə qabını, hər biri 02 manat olmaqla 40 manat dəyərində 20 ədəd plastik salat qabını, hər biri 25 manat olmaqla 50 manat dəyərində 02 ədəd ağ qara suvenir qabını, 06 manat dəyərində 01 ədəd yapışqan maqnit-suveniri, 22 manat dəyərində 01 ədəd «Luster» markalı tort qabını, hər biri 09 manat olmaqla 18 manat dəyərində 02 ədəd «Costor» markalı tort qabını, 25 manat dəyərində 01 ədəd «Karaca» markalı bıçaq dəstini, 22 manat dəyərində 01 ədəd bıçaq yapışqan maqniti, hər biri 02 manat olmaqla 04 manat dəyərində 02 ədəd yumurta qablarını, 06 manat dəyərində 01 ədəd banka açarı, 90 manat dəyərində 01 ədəd «Karaca» markalı tort qabını, 35 manat dəyərində 01 ədəd «Karaca» markalı çərəz qabını, 160 manat dəyərində 01 ədəd «Karaca» markalı podnisi, 45 manat dəyərində 01 ədəd «Quatr-Cİock» markalı divar saatını, hər biri 09 manat olmaqla 18 manat dəyərində 02 ədəd tərəvəz qabını, 80 manat dəyərində 01 ədəd «Natural» markalı kofeüyüdücünü, 270 manat dəyərində 01 ədəd «Cosonik» markalı blendoru, hər biri 15 manat olmaqla 30 manat dəyərində 02 ədəd fincan dəstini, 170 manat dəyərində 01 ədəd «Sinbo» markalı fri aparatını, 120 manat dəyərində 01 ədəd «Delon-Ghi» markalı tosterini, 510 manat dəyərində 01 ədəd «Soinbyrs» markalı mikrodalğalı sobanı, hər biri 43 manat olmaqla 129 manat dəyərində 03 ədəd şirəli qazan dəstini, 120 manat dəyərində 01 ədəd «Polonis» markalı istilikvericini, 70 manat dəyərində 01 ədəd «Beko» markalı limonsıxan mikserini, hər biri 04 manat olmaqla 08 manat dəyərində 02 ədəd «Nehr» markalı qaşıqları, 90 manat dəyərində 01 ədəd «Korkmaz» markalı vafli aparatını, 130 manat dəyərində 01 ədəd «Clatrinic» markalı ütünü, 140 manat dəyərində 01 ədəd «Gorence» markalı meyvə qurudanı, 160 manat dəyərində 01 ədəd manqal tosterini, 300 manat dəyərində 01 ədəd «Cosonic» markalı ətçəkəni, 170 manat dəyərində 01 ədəd «Hofman» markalı tozsoranı, hər biri 06 manat olmaqla 36 manat dəyərində 06 ədəd «Lov» markalı dondurma qabını, 75 manat dəyərində 08 ədəd müxtəlif mətbəx əşyalarını, hər biri 50 manat olmaqla 300 manat dəyərində 06 ədəd «Korkmaz» markalı tavaları, 150 manat dəyərində 01 ədəd «Silver-Crest» markalı tosterini, hər biri 06 manat olmaqla 24 manat dəyərində 06 ədəd stəkanı, 18 manat dəyərində bir cüt ağ-qara cərəz qablarını, hər biri 09 manat olmaqla 36 manat dəyərində 04 ədəd müxtəlif mətbəx əşyalarını, 25 manat dəyərində 01 ədəd şamdanı, hər biri 14 manat olmaqla 28 manat dəyərində 02 ədəd balıq qabını, 12 manat dəyərində 01 ədəd böyük bıçaqı, hər biri 45 manat olmaqla 90 manat dəyərində 02 ədəd xrustal qənd qabını, 136 manat dəyərində 06 ədəd «Luminark» markalı un qabını, 680 manat dəyərində 01 ədəd «Clatronic» markalı buxar ütüsünü, 300 manat dəyərində 01 ədəd «Gosonic» markalı şirəçəkəni, 320 manat dəyərində 01 ədəd «Gosonic» markalı xəmir yoğuranı, 15 manat eləyərində 01 ədəd ət taxtasını, 06 manat dəyərində 01 ədəd kartofsoyanı, hər biri 12 manat 50 qəpik olmaqla 150 manat dəyərində 12 ədəd «Decorium» markalı fincan-nəlbəki dəstini, hər biri 06 manat olmaqla 30 manat dəyərində 05 ədəd plastmas qabları, 50 manat dəyərində 01 ədəd xrustal qabını, 15 manat dəyərində 01 ədəd qaşıq suvenirini, hər biri 06 manat olmaqla 12 manat dəyərində 02 ədəd ürək formalı qaşıqlarını, 300 manat dəyərində 01 ədəd «Kups» markalı kofe aparatını, hər biri 15 manat olmaqla 90 manat dəyərində 06 ədəd qab-qaşıq dəstini, 220 manat dəyərində 01 ədəd «Arnica» markalı əl tozsoranı və 60 manat dəyərində 01 ədəd «Bocsh» markalı mikserini gizli olaraq talayıb həmin ünvanda həyətin qarşısına yığmış, Təqsirləndirilən şəxs1 isə həmin əşyaları yaşadığı evə aparmaqla zərərçəkmiş şəxs Günel Əliyevaya ümumilikdə 6963 (altı min doqquz yüz altmış üç) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri və işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilinin dekabr ayında nişanlanmışdır. O, 2020-ci ilin yanvar ayının ortalarında nişanlısı Təqsirləndirilən şəxs2 ona hissə-hissə kreditlə cehiz əşyaları alaraq nənəsinin evinə yığdığını və həmin əşyaları onların evinə aparmaq lazım olduğunu bildirmişdir. O, Leylanın təklifi ilə razılaşaraq onun nənəsinin və əmisinin yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Həmin vaxt Leylanın cehiz əşyalarını sumka və bağlamalara yığaraq qapının qarşısına qoyduğunu görmüşdür. O, həmin vaxtı ora piyada getdiyi üçün əşyaların bir hissəsini araba ilə, qalan hissəsini isə taksi vasitəsi ilə babasına məxsus evə aparmışdır. 3-4 gün sonra həmin əşyaları Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən özünə məxsus evə apararaq zirzəmiyə yığmışdır. Bir müddət sonra Leylanın əmisi arvadı Yeganənin əşyaların oğurlanması ilə bağlı polisə şikayət etdiyini və əşyaların Leylaya məxsus olmadığını öyrənmişdir. Bundan sonra, evinə apararaq yığdığı əşyaları sahibinə geri qaytarmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilinin dekabr ayında nişanlanmışdır. Məmmədulu ilə aralarında söhbət zamanı Məmmədqulu onu ailə qurmaq məqsədi ilə onu qaçırmaq istədiyini demiş, o, Məmmədquluya əgər onunla qaçarsa atasının ona cehiz verməyəcəyini bildirmişdir. Məmmədqulu ona əmisi Şahid1 evində olan cehiz əşyalarını götürməyi təklif etmişdir. Məmmədqulunu özünə böyük hesab etdiyi üçün onun təklifi ilə razılaşmışdır. Onun əmisi Şahid1 evi ünvan 1 ünvanında yerləşmiş, evin bir otağı cehiz əşyaları ilə dolu olmuşdur. 2020-ci ilin yanvar ayının ortalarında təxminən saat 19 radələrində əmisi Əlipaşanın evinə getmiş, evdə heç kim olmadığını görüb evə girmişdir. Cehiz əşyaları olan otağın qapısı bağlı vəziyyətdə olduğundan həmin otağın açarı əmisi Əlipaşanın otağında olmuş, açarın yerini bildiyi üçün açarı götürüb cehiz əşyaları olan otağın qapısını açmışdır. Otağa daxil olaraq orada olan qutuların içərisindəki əşyaları küçəyə daşımış, həmin vaxt Məmmədqulu onu küçədə gözləmişdir. Məmmədqulu həmin əşyaların bir qismini əlində öz evlərinə aparmış, o, isə geri qayıdıb əşyaları daşımağa davam etmişdir. O, evdən əşyaların təxminən yarısını daşıyıb küçəyə yığmış, bu zaman Məmmədqulu taksi ilə oraya gələrək əşyaların qalan hissəsini avtomobilə yığaraq aparmışdır. O, açarları aparıb yerinə qoymuş, daha sonra isə yaşadığı evə getmişdir. Bir müddət sonra əmisi Əlipaşanın arvadı Yeganənin əşyaların oğurlanması ilə bağlı polisə şikayət etdiyini bilmişdir. O, Məmmədquluya həmin əşyaları kreditlə aldığını və ya özünə məxsus olmasını bildirməmiş, əşyaları oğurlamağı Məmmədqulu ona təklif etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərərin zərərçəkmiş şəxsə qaytarıldığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun əmisi qızıdır. Anası Yeganə müxtəlif vaxtlarda onun üçün müxtəlif markalı cehiz əşyaları alaraq atası Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən evin otaqlarından birinə yığımış və həmin otağın qapısı açarla bağlı olmuşdur. Onlar həmin ünvanda yaşamadıqları üçün həmin evə tez-tez getməmişlər. xx.xx.2020-ci il tarixdə anası Yeganə həmin mənzilə getdiyi zaman onlara məxsus cehiz əşyalarının oğurladığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, həmin əşyalar onun əmisi qızı Təqsirləndirilən şəxs2 və onun nişanlası Məmmədqulu Əkbərov tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 6963 (altı min doqquz yüz altmış üç) manat dəyərində ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncu özünə aid olan ziyanı ona ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirərək ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barıdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qızı Günel ona məxsus Binəqədi qəsəbəsi, 2-ci mədən, 44-cü Korpus, 39-cu mənzildə yaşayır. Məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ev faktiki olaraq iki yerə bölünərək, hər bir evin öz giriş qapısı müəyyən olunmuşdur. 2005-ci ildən sonra qızları üçün yavaş-yavaş aldığı və topladığı cehiz əmlaklarını ona ayrılmış həmin otaqda saxlamış, otağın qapısı bağlı vəziyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə qızı Günelə aldığı cehiz əşyalarını ona ayrılmış otağa qoymaq üçün Maştağa qəsəbəsində yerləşən evə getmiş, o, evin həyətinə daxil olmuş, onun otağının açarları Əlipaşanın evində olduğu üçün qapını açıb ora girmiş və öz otağının açarlarını götürüb əşyaların olduğu otağa daxil olmuşdur. Otağa daxil olan zaman cehiz əşyalarının olduğu qutuların dağınıq vəziyyətdə olmasını və içərilərində olan əşyaların oğurlandığını görmüşdür. Bu barədə polisə müraciət etmiş, aparılmış araşdırma nəticəsində əşyaların onun qaynı qızı Təqsirləndirilən şəxs2 və onun nişanlısı Məmmədqulu Əkbərov tərəfindən oğurlanması aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşı qızıdır. O, Zərərçəkmiş şəxs2 ilə rəsmi ailəli olsada, 24 ildir ki, ayrı yaşayırlar. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində olan evində məhkəmə qərarı ilə Yeganəyə yaşamaq hüququ verilmiş və bir otaq bir eyvan ayrılmışdır. Həmin otaqlarda yaşayış olmasa da, Yeganə və qızı Günelə məxsus əşyalar yığılmışdır. Həmin otağın açarları onun yaşadığı evdə saxlanılır. xx xxxxxx 2020-ci il tarixdə arvadı Yeganə əşyalardan bir qismini götürmək üçün evə gəlmiş, əşyaların çoxusunun evdə olmadığını görüb, həmin əşyaların oğurlanması bağlı polisə məlumat vermişdir. Daha sonra onlara məlum olmuşdur ki, qızı Günel üçün alınmış bütün əşyaları oğurlanmışdır. Lakin, oğurluq hadisəsi olan zaman otağın qapısı və pəncərələri sındırılmamış, zədələnməmişdir. Onda şübhə yaranmışdır ki, otağa kimsə açar seçmə yolu ilə daxil olmuşdur. Sonradan ona məlum olmuşdur ki, qızı Günelə məxsus əşyaları qardaşı qızı Təqsirləndirilən şəxs2 və onun nişanlısı Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində qızı Günelə ümumilikdə 6963 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qızıdır. 2019-cu ilinin dekabr ayında qızı Leyla ilə Məmmədqulu Əkbərov nişanlanmışdır. Yeganə onun dayısı qızı olmaqla bərabər qardaşı Şahid1 arvadıdır. Onlar birgə nigahda olsalarda 24 ildir ki, ayrı yaşayırlar. Zərərçəkmiş şəxs2 15 ildir ki, İraq Respublikasında işləyir və orada yaşayır. Lakin buna baxmayaraq övladları Azərbaycanda olduğundan ildə iki-üç dəfə Azərbaycana gəlir. O, qardaşı Şahid1 yaşlı anası Zibeydə ilə birlikdə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ata yurdları sayılan evdə yaşayır. O, həmin evə hər gün gəlməsədə, həftədə 3-4 gün gedib yaşlı anasına baş çəkmişdir. Həmin evin qarşı tərəfində Zərərçəkmiş şəxs2 özünə və qızına məxsus əşyalar yığmışdır. xx xxxxxx 2020-ci il tarixdə onu 14cü PB-nə polis əməkdaşları dəvət etmiş və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 evə yığdığı əşyalar oğurlanmışdır. O, həmin əşyaların yığıldığı otağın açarının yalnız qardaşı Şahid1 və Yeganədə olduğunu bilmişdir. Həmin vaxt o, qeyd olunan əşyaların kim tərəfindən oğurlandığını qətiyyən bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl barmaq izlərindən 02 ədədi xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 sol əlinin orta və sağ əlinin böyük barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. (cild-1, i.v. 74) İş materiallarında olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. (cild-1, i.v. 118) İş materiallarında olan xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, Sabunçu RPİ-nin müvəqqəti saxlanılma yerindən azad edilmişdir. (cild-1, i.v. 159-161) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz on dörd) manat müəyyən edilmişdir. (cild-1, i.v. 175) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1610 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd Spon Rest markalı qaşıq qabı 23 manat, 01 ədəd xrustal lodka qab 60 manat, 04 ədəd çörək qabı 20 manat, 1 ədəd Gepas markalı samovar çaydanla birlikdə 230 manat, 2 ədəd xrustal salfetka qabı 70 manat, 1 ədəd Quick Chopper markalı əl mikseri 50 manat, 06 ədəd Zelhom markalı bardaq 40 manat, 06 ədəd salat qabı 36 manat, 2 ədəd düz qabı 06 manat, 06 ədəd şüşə bardaq 72 manat, 01 ədəd ayaqlı naçnik 80 manat, 1 ədəd qrafınka 20 manat, 2 ədəd Karaca markalı mürəbbə qabı 40 manat, 20 ədəd plastik salat qabı 40 manat, 02 ədəd ağ-qara suvenir qab - 50 manat 01 ədəd yapışqan maqnit-suvenir - 06 manat, 1 ədəd Luster markalı tort qabı - 22 manat, 2ədəd Costor markalı tort qabı - 18 manat 01 ədəd Karaca markalı bıçaq dəsti - 25 manat, 1ədəd bıçaq yapışdıran maqnit - 22 manat, 2ədəd yumurta qabı - 04 manat 01 ədəd banka açan - 06 manat, 01 ədəd Karaca markalı tort qabı - 90 manat 01 ədəd Karaca markalı çərəz qabı - 35 manat 01 ədəd Karaca markalı padnos - 160 manat, 1 ədəd Quatr Clock markalı divar saatı - 45 manat, 2 ədəd tərəvəz qabı - 18 manat, 01 ədəd Natural markalı kofe üyüdücü - 80 manat, 1 ədəd Cosonik markalı blendr- 270 manat, 2 ədəd fincan dəsti - 30 manat, 01 ədəd Sinbo markalı frii aparatı - 170 manat 01 ədəd Delon Ghi markalı toster- 120 manat 01 ədəd Soinbyrs markalı mikrodalğalı soba - 510 manat, 3 ədəd şirəli qazan dəsti - 129 manat, 01 ədəd Polonis markalı istilikverici - 120 manat, 1 ədəd Beko markalı limonsıxan mikser - 70 manat, 2ədəd Nehr markalı qaşıqlar - 8 manat, 01 ədəd Korkmaz markalı vafli aparatı - 90 manat, 01 ədəd Clatrinic markalı ütü - 130 manat, 01 ədəd Gorence markalı meyvə qurudan - 140 manat, 01 ədəd manqal toster - 160 manat, 01 ədəd Cosonic markalı ətçəkən - 300 manat, 01 ədəd Hofman markalı tozsoran - 170 manat, 06 ədəd lov markalı dondurma qabı – 36 manat, 01 ədəd mətbəx əşyaları 15 manat, 06 ədəd Korkmaz markalı tavalar 300 manat, 01 ədəd Silver Crest markalı toster 150 manat, 07 ədəd müxtəlif mətbəx əşyaları 60 manat, 06 ədəd stəkanlar 25 manat, bir cüt ağ-qara çərəz qabı 18 manat, 4 ədəd müxtəlif mətbəx əşyaları - 35 manat, 1 ədəd şamdan - 25 manat, 2 ədə balıq qabı - 28 manat, 1 ədəd böyük bıçaq - 12 manat, 2 ədəd xrustal qənd qabı - 90 manat, 06 ədəd Luminark markalı un qabları - 136 manat 01 ədəd Clatronic markalı buxar ütüsü - 680 manat 01 ədəd Gosonic markalı şirəçəkən - 300 manat 01 ədəd Gosonic markalı xəmir yoğuran - 320 manat 01 ədəd ət taxtası - 15 manat 01 ədəd kartofsoyan - 6 manat, 12 ədəd Decorium markalı fincan nəlbəki ilə birlikdə dəst - 150 manat, 5 ədəd plastmas qablar - 30 manat, 01 ədəd xrustal qab - 50 manat,1 ədəd qaşıq suvenir - 15 manat, 2 ədəd ürək formalı qaşıqlar - 12 manat, 01 ədəd Kups markalı kofe aparatı - 300 manat, 6ədəd qablar qaşıq ilə birlikdə dəsti - 90 manat, 01 ədəd Amica markalı əl tozsoran - 220 manat, 01 ədəd Bocsh markalı mikser - 60 manat müəyyən olunur. (cild-1, i.v. 176-179) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat müəyyən edilmişdir. (cild-1, i.v. 193) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/740 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 2 saylı daktilotentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 saylı daktilotentin səthindəki papilyar naxış izləri, 3-7 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 saylı daktilotentin səthindəki «a» əl-barmaq izi, 2 saylı daktilotentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 daktiloxəritəyə köçürülmüş sağ əlin böyük, sol əlin orta barmaqlarından qalmışdır. (cild-1, i.v. 194-198) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsin Məhkəmə-Psixoloci Ekspertizasının 1291 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yaş, intellektual, əqli və psixi inkişafı, habelə fərdi-psixi xüsusiyyətləri (qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, özünü psixoloci müdafiə etməyə meyillilik, eqosentrizm və s.) nəzərə alınmaqla, etdiyi hərəkətin xarakterini, mahiyyətini və mənasını həmin hərəkətlər edildiyi anda və ondan sonra düzgün qavraya və dərk edə bilərdi. Həmçinin Təqsirləndirilən şəxs2 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 yaddaş proseslərində çətinlik müəyyən edilmir, o, hadisəni yadda saxlamaq və yada salıb danışmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. (cild-1, i.v. 201-203) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 01 ədəd Spon-Rest markalı qaşıq qabı, 01 ədəd xrustal lodka qab, 04 ədəd çörək qabı, 01 ədəd Gepas markalı samovar çaydanla biılikdə, 02 ədəd xrustal salfetka qabı, 01 ədəd Quick Chopper markalı əl mikseri, 06 ədəd Zollıom markalı bardaq, 06 ədəd salat qabı, 02 ədəd düz qabı, 06 ədəd şüşə bardaq, 01 ədəd ayaqlı naçnik, 01 ədəd qrafinka, 02 ədəd Karaca markalı mürəbbə qabı, 20 ədəd plastik salat qabı, 02 ədəd ağ qara suvenir qab, 01 ədəd yapışqan maqnit-suvenir, 01 ədəd Luster markalı tort qabı, 02 ədəd Costor markalı tort qabı, 01 ədəd Karaca markalı bıçaq dəsti, 01 ədəd bıçaq yapışdıran maqnit, 02 ədəd yumurta qabı, 01 ədəd banka açan, 01 ədəd Karaca markalı tort qabı, 01 ədəd Karaca markalı çərəz qabı, 01 ədəd Karaca markalı podnos, 01 ədəd Quatr Clock markalı divar saatı, 02 ədəd kartof qabı, 01 ədəd Natural markalı kofe üyüdücü, 01 ədəd Cosonik markalı blendor, 02 ədəd fincan dəsti, 01 ədəd Sinbo markalı frii aparatı, 01 ədəd Delon Ghi markalı toster, 01 ədəd Soinbyrs markalı mikrodalğalı soba, 03 ədəd şirəli qazan dəsti, 01 ədəd Polonis markalı istilikverici, 01 ədəd Beko markalı limonsixan mikser, 02 ədəd Nehr markalı qaşıq, 01 ədəd Korkmaz markalı vafli aparatı, 01 ədəd Clatrinic markalı ütü, 01 ədəd Gorence markalı meyvə qurudan, 01 ədəd manqal toster, 01 ədəd Cosonic markalı ətçəkən, 01 ədəd Hofman markalı tozsoran, 06 ədəd Lov markalı dondurma qabı, 06 ədəd Korkmaz markalı tavalar, 01 ədəd Silver Crest markalı toster, 08 ədəd müxtəlif mətbəx əşyası, 06 ədəd stəkan, bir cüt ağ-qara cərəz qabı, 04 ədəd müxtəlif əşyalar, 01 ədəd şamdan, 02 ədəd balıq qabı, 01 ədəd böyük bıçaq, 02 ədəd xrustal qənd qabı, 06 ədəd Luminark markalı un qabları, 01 ədəd Clatronic markalı buxar ütüsü, 01 ədəd Gosonic markalı şirəçəkən, 01 ədəd Gosonic markalı xəmir yoğuran, 01 ədəd ət taxtası, 01 ədəd kartof soyan, 12 ədəd Decorium markalı fincan nəlbəki ilə birlikdə dəst, 05 ədəd plastmas qab, 01 ədəd xrustal qab, 01 ədəd qaşıq suvenir, 02 ədəd ürək formalı qaşıqlar, 01 ədəd Kups markalı kofe aparatı, 06 ədəd qab-qaşıq dəsti, 01 ədəd Arnica markalı əl tozsoran və 01 ədəd Bocsh markalı mikser maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. (cild-2, i.v. 36-39) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild-2, i.v. 73-94) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild-2, i.v. 134-136) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild-2, i.v. 45) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild-2, i.v. 66) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə 170.1, 177.2.1., 177.2.3. və 177.2.4-cü maddələrinin və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddəsinin tərkibi vardır və onların əməli həmin maddə ilə tövsif olunmalıdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, məhkəmə iclaslarındakı davranışlarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarının olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil. Ona görə də Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətədə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə götürülmüş maddi sübutun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izləri cinayət işi materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 155 (yüz əlli beş) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd Spon-Rest markalı qaşıq qabı, 01 ədəd xrustal lodka qab, 04 ədəd çörək qabı, 01 ədəd Gepas markalı samovar çaydanla biılikdə, 02 ədəd xrustal salfetka qabı, 01 ədəd Quick Chopper markalı əl mikseri, 06 ədəd Zollıom markalı bardaq, 06 ədəd salat qabı, 02 ədəd düz qabı, 06 ədəd şüşə bardaq, 01 ədəd ayaqlı naçnik, 01 ədəd qrafinka, 02 ədəd Karaca markalı mürəbbə qabı, 20 ədəd plastik salat qabı, 02 ədəd ağ qara suvenir qab, 01 ədəd yapışqan maqnit-suvenir, 01 ədəd Luster markalı tort qabı, 02 ədəd Costor markalı tort qabı, 01 ədəd Karaca markalı bıçaq dəsti, 01 ədəd bıçaq yapışdıran maqnit, 02 ədəd yumurta qabı, 01 ədəd banka açan, 01 ədəd Karaca markalı tort qabı, 01 ədəd Karaca markalı çərəz qabı, 01 ədəd Karaca markalı podnos, 01 ədəd Quatr Clock markalı divar saatı, 02 ədəd kartof qabı, 01 ədəd Natural markalı kofe üyüdücü, 01 ədəd Cosonik markalı blendor, 02 ədəd fincan dəsti, 01 ədəd Sinbo markalı frii aparatı, 01 ədəd Delon Ghi markalı toster, 01 ədəd Soinbyrs markalı mikrodalğalı soba, 03 ədəd şirəli qazan dəsti, 01 ədəd Polonis markalı istilikverici, 01 ədəd Beko markalı limonsixan mikser, 02 ədəd Nehr markalı qaşıq, 01 ədəd Korkmaz markalı vafli aparatı, 01 ədəd Clatrinic markalı ütü, 01 ədəd Gorence markalı meyvə qurudan, 01 ədəd manqal toster, 01 ədəd Cosonic markalı ətçəkən, 01 ədəd Hofman markalı tozsoran, 06 ədəd Lov markalı dondurma qabı, 06 ədəd Korkmaz markalı tavalar, 01 ədəd Silver Crest markalı toster, 08 ədəd müxtəlif mətbəx əşyası, 06 ədəd stəkan, bir cüt ağ-qara cərəz qabı, 04 ədəd müxtəlif əşyalar, 01 ədəd şamdan, 02 ədəd balıq qabı, 01 ədəd böyük bıçaq, 02 ədəd xrustal qənd qabı, 06 ədəd Luminark markalı un qabları, 01 ədəd Clatronic markalı buxar ütüsü, 01 ədəd Gosonic markalı şirəçəkən, 01 ədəd Gosonic markalı xəmir yoğuran, 01 ədəd ət taxtası, 01 ədəd kartof soyan, 12 ədəd Decorium markalı fincan nəlbəki ilə birlikdə dəst, 05 ədəd plastmas qab, 01 ədəd xrustal qab, 01 ədəd qaşıq suvenir, 02 ədəd ürək formalı qaşıqlar, 01 ədəd Kups markalı kofe aparatı, 06 ədəd qab-qaşıq dəsti, 01 ədəd Arnica markalı əl tozsoran və 01 ədəd Bocsh markalı mikserin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın və Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izləri cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 155 (yüz əlli beş) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində, həbsdə olan şəxslərə isə rəsmi təqdim edildiyi gündən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar