Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-125/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2021-ci il tarixdə, saat 04:25 radələrində idarə etdiyi «Tofaş Şahin» markalı, «az ** MU ***» dövlət qeydiyyat nişanlı avtomobillə qrupun üzvləri Şahid2 və Şahid3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 1-ci dalan, 5107 saylı bağ evinin qarşısına gətirmiş, Şahid2 və Şahid3 hasardan aşıb həyətə qanunsuz olaraq daxil olub həyətdə Şahid1 məxsus birgə mülkiyyətdə olan bir mərtəbəli bağ evinin eyvanının taxta pəncərəsini sındırıb eyvana daxil olub evin pəncərisinin qarşısında olan dəmir barmaqlığı metal alətlə əyib pəncərənin arasına metal alət salıb sıxıb açaraq bağ evinə qanunsuz daxil olub oradan 130 manat dəyərində bir ədəd «Router TD-W9861N» markalı moderni, 50 manat dəyərində bir ədəd «Panasonic» markalı naqilsiz telefonu, 450 manat dəyərində bir ədəd kondisioneri, 60 manat dəyərində bir ədəd elektrik nizamlayıcısını, 40 manat dəyərində bir ədəd elektrik nizamlayıcısını, 40 manat bir ədəd «Nike» markalı idman çantasını, 40 manat dəyərində bir ədəd ağ rəngli cüdo kimanosunu, 40 manat dəyərində bir ədəd göy rəngli cüdo kimanosunu, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində 2 ədəd süfrəni, 80 manat dəyərində bir ədəd elektriklə işləyən samovarı, 120 manat dəyərində bir ədəd samovarı, 40 manat dəyərində bir ədəd bıçaq dəstini, 30 manat dəyərində bir ədəd çay termosunu, 30 manat dəyərində bir ədəd gün eynəyini, hər biri 75 manat olan ümumilikdə 150 manat dəyərində 2 ədəd elektrik qızdırıcısını, 150 manat dəyərində qaşlarla bəzədilmiş bir ədəd gecə lampasını, 100 manat dəyərində bir ədəd su nasosu və üzərində 30 metr elektirik naqilini, 55 manat dəyərində bir ədəd laqondanı, 60 manat dəyərində bir ədəd böyük direli, 40 manat dəyərində bir ədəd kiçik direli, 50 manat dəyərində bir ədəd elektriklə işləyən mişarı, 2 manat dəyərində bir ədəd baltanı, 60 manat dəyərində bir ədəd dəri bel qayışını, 200 manat dəyərində «Orient» markalı bir ədəd saatı, 150 manat dəyərində «Paliot» markalı bir ədəd saatı, 5 manat dəyərində «Majak» markalı bir ədəd saatı, 2 manat dəyərində bir ədəd eynəyi, 5 manat dəyərində «Gemei» markalı bir ədəd üzqırxan aparatı, 150 manat dəyərində markası bilinməyən bir ədəd saatı, 100 manat dəyərində bir ədəd gümüş üzük və bir ədəd gümüş boyunbağı, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində iki ədəd gümüş üzüyü, 50 manat dəyərində bir ədəd gümüş suvenir qabı, 50 manat dəyərində bir ədəd gümüş suvenir balaca vedrəni, 40 manat dəyərində «Köhnə Bakı» adlı bir ədəd kitabı, 45 manat dəyərində «Köhnə Şuşa» adlı bir ədəd kitabı, 60 manat dəyərində «Azərbaycan» adlı bir ədəd kitabı, 20 manat dəyərində bir ədəd vintaçan komplektini, hər biri 50 qəpik olan ümumilikdə 20 manat dəyərində 40 ədəd bruloku, hər biri 1 manat olan ümumilikdə 50 manat dəyərində 50 ədəd dırnaq tutanı, hər biri 10 manat olan ümumilikdə 20 manat dəyərində «Motorolla» markalı iki ədəd mobil telefonu, 10 manat dəyərində «Eriksson» markalı bir ədəd mobil telefonu, 10 manat dəyərində «Samsung» markalı bir ədəd mobil telefonu, 10 manat dəyərində «Sony Eriksson» markalı bir ədəd mobil telefonu, 3 manat dəyərində «Sanyo» markalı bir ədəd kiçik ölçülü maqnitofonu, 10 manat dəyərində «Philips» markalı bir ədəd maqnitofonu, 100 manat dəyərində «Netaş» markalı bir ədəd ev telefon aparatını, 150 manat dəyərində bir ədəd ev telefon aparatını, 250 manat dəyərində (6 ədəd) bir dəst gümüşdən stəkan və nəlbəkini, 60 manat dəyərində (6 ədəd) bir dəst metaldan stəkan və nəlbəkini, 100 manat dəyərində bir ədəd qazla işləyən su qızdırıcısınə, 80 manat dəyərində bir ədəd qatar oyuncağını, 150 manat dəyərində bir cüt simsiz rabitə oyuncağını, 150 manat dəyərində bir ədəd yeni il bayramında istifadə olunan plastik küknar ağacını və üzərini bəzədilməsi üçün oyuncaqları, 30 manat dəyərində yeni il bayramında plastik küknar ağacını bəzədilməsi üçün istifadə olunan elektriklə işləyən işıqları, 35 manat dəyərində bir ədəd qapının üzərinə asmaq üçün zınqırovu, 20 manat dəyərində bir ədəd çörək bıçağını, hər biri 1 manat olan ümumilikdə 10 manat dəyərində 10 ədəd elektrik lampasını, bir metri 1 manat olan ümumilikdə 50 manat dəyərində bağ evində divarların üzərinə çəkilmiş 50 metr elektrik naqilini, 20 manat dəyərində 6 ədəd «Armudu» stəkan dəstini, 30 manat dəyərində «GPT» markalı bir ədəd kalkulyatoru, 50 manat dəyərində 4 ədəd çimərlik paltarını, 5 manat dəyərində bir ədəd oxlovu, hər biri 15 manat olan ümumilikdə 60 manat dəyərində 4 ədəd dəmir qutuda hind çayını, 10 manat dəyərində bir ədəd gilas tumu çıxaran aləti, hər biri 2 manat olan ümumilikdə 8 manat dəyərində 4 ədəd banka açan aləti, hər biri 8 manat olan ümumilikdə 16 manat dəyərində 2 ədəd qoz sındıran aləti, 20 manat dəyərində bir ədəd elektriklər işləyən piltəni, hər biri 50 qəpik olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd musiqi valını, hər biri 50 qəpik olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd audio kaseti, 50 manat dəyərində bir qutu rəngli rəssamlıq boyalarını, 100 manat dəyərində iki qutu rəssamlıq fırçalarını, həmin tarixdə saat 04:45 radələrində həmin ünvanın həyətində olan Zərərçəkmiş şəxs məxsus birgə mülkiyyətdə olan 5107A saylı bir mərtəbəli bağ evinin eyvanının plastik pəncərəsini sındırıb eyvana daxil olub evin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı metal alətlə əyib pəncərənin arasına metal alət salıb sıxıb açaraq bağ evinə qanunsuz daxil olub 50 manat dəyərində bir ədəd elektrik işləyən kiçik ölçülü tozsoranı, 80 manat dəyərində bir ədəd diplomat çantada olan bıçaq dəstini, 60 manat dəyərində bir ədəd balaca formada elektriklə işləyən ütünü, 70 manat dəyərində bir ədəd fanarı, 120 manat dəyərində bir ədəd rəngli printeri, 60 manat dəyərində bir ədəd qadın qol saatını, 50 manat dəyərində bir ədəd mis dolça və bir ədəd mis atlığını, 80 manat dəyərində bir ədəd qızılı rəngli, üzəri ağ qaşlarla bəzədilmiş çayniki, 10 manat dəyərində bir ədəd bıçağı, 70 manat dəyərində bir ədəd süfrəni, 80 manat dəyərində bir ədəd süfrəni, hər biri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd süfrəni, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd farfordan hazırlanmış heyvan fiqurunu, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd farfordan hazırlanmış qız fiqurunu, 250 manat dəyərində iki ədəd kreslonun üzərinə çəkilən xalçaları, 80 manat dəyərində bir ədəd tülkü xəzini, 80 manat dəyərində bir dəst kofe servizini, 50 manat dəyərində bir dəst parfümü, hər biri 2 manat olan ümumilikdə 8 manat dəyərində 4 ədəd «Rida» markalı dezodrant, 30 manat dəyərində bir ədəd metaldan olan həvəng-dəstini, hər biri 25 manat olan ümumilikdə 250 manat dəyərində 10 ədəd uşaq alt geyimlərini, hər biri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd kostyumu, 150 manat dəyərində bir ədəd kostyumu, 15 manat dəyərində bir ədəd yay yorğanını, hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində üç ədəd yay köynəyini, hər biri 6 manat olan ümumilikdə 60 manat dəyərində 10 ədəd corabı, 30 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş ağ cinsi, 20 manat dəyərində bir ədəd uşaq üçün geyilmiş sarı köynəyi, 40 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş gödəkcəni, 50 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş cins şalvar və gödəkcəni, 50 manat dəyərində bir ədəd su filtirini, 80 manat dəyərində sovet dövrünə aid 1, 3, 5, 10, 25, 50 və 100 rub olan pul əskinazlarını, 25 manat dəyərində bir ədəd balaca formada qırmızı rəngli radionu, 25 manat dəyərində «Samsung» markalı bir ədəd kalkulyatoru, 25 manat dəyərində «GPT» markalı bir ədəd stolüstü saatı, 30 manat dəyərində «GPT» markalı bir ədəd stolüstü saatı, 20 manat dəyərində bir ədəd balaca zəngli saatı, 30 manat dəyərində «Smena» markalı bir ədəd fotoaparatı, 20 manat dəyərində «Reday Redakşin» markalı bir ədəd fotoaparatı, 40 manat dəyərində bir ədəd əlcəyi, 50 manat dəyərində bir ədəd dəri əlcəyi, 120 manat dəyərində bir ədəd təzə vəziyyətdə paltonu gizli olaraq taladıqdan sonra həmin əmlakları qrupun üzvü F.Q. Abbasovun idarə etdiyi «Tofaş Şahin» markalı, «az ** MU ***» dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs 7.554 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 və Şahid3 təxminən 2021-ci ilin aprel ayının sonlarından taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri kimi tanımışdır. 2018-ci ildən etibarən dolanışıq məqsədi ilə icarəyə götürdüyü «Tofaş-Şahin» markalı, «az ** MU ***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2021-ci ilin fevral ayında idarə etdiyi avtomobillə Bakı şəhəri, Zabrat qəsəbəsindən üzü Pirşağı qəsəbəsinə getmiş, həmin vaxt anası Savad sağ qarşı oturacaqda əyləşmişdir. Bakı şəhəri, Zabrat qəsəbəsi, istixana konbinatına dönən yolda «Araz» marketin qarşısı ilə avtomobillə gedən zaman yolda marketin işçisi ilə bir yaşlı kişi durmuşdu. Marketin işçisi əl etdiyinə görə idarə etdiyi avtomobili onların yanında saxlamış, sonra marketin işçisi avtomobilə yaxınlaşmış və Pirşağı qəsəbəsinə gedirsə yaşlı kişini də aparmağını xahiş etmişdi. Bundan sonra həmin yaşlı kişi avtomobilin arxa otracağında əyləşmiş və idarə etdiyi avtomobillə Pirşağı qəsəbəsinə gəlmiş, yolda olan zaman yaşlı kişi 2-3 manat verəcəyini bildirmiş və onu Nardaran qəsəbəsində yerləşən «Sea Breeze» mehmanxanasının yaxınlığına aparmasını xahiş etmişdi. O da razılıq verərək həmin yaşlı kişini dediyi yerə aparmış, yaşlı kişini dediyi ünvana aparıb düşürdükdə adının Şahid1 olmasını bildirmişdi. Taksi lazım olsa zəng vuracağını deyərək istifadəsində olan «***-***-**-**» nömrəsini götürmüş, təxminən bir həftə sonra Şahid1 mobil telefonuna zəng vuraraq, bağ evinə internet çəkdirmək istədiyini bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O da ona razılıq verərək yaşadığı Bakı şəhəri, Nardaran qəsəbəsi, Bağlar sahəsində olan bağ evinə getmiş, sonra Şahid1 Bakı şəhəri, Bakıxanov qəsəbəsində olan «Telefon Qovşağı»na aparmışdı. Həmin vaxt yolda Şahid1 Bakı şəhəri, Yasamal rayonunda yaşayan oğlu ilə mübahisə etməsini və evdən çıxaraq bağ evində qalmasını bildirmişdi. Sonra Şahid1 kömək etmiş və həmin günü sənədləşdirmə işi aparılmışdı. Daha sonra Şahid1 yaşadığı bağ evinə gətirmiş və ondan zəhmət haqqı olaraq 20 manat pul almışdır. Eləcə də o, göstərmişdir ki, Şahid1 bağdakı həyətinə girən zaman giriş darvazasından sol tərəfdə bir mərtəbəli bağ evinin, darvaza ilə üzbəüz isə digər bir mərtəbəli bağ evinin olmasını görmüşdü. Həyətdə giriş qapıdan sol tərəfdə olan bağ evində Şahid1 yaşamış, giriş qapı ilə üzbəüzdə isə heç kim yaşamdığı üçün toz-torpaq olmuş, sonra öz işinin dalınca getmiş, həmin günü axşam tərəfi Şahid1 zəng vuraraq ərzaq məhsulu alıb gətirmək lazım olduğunu bildirmiş, ona razılıq verərək dediyi ərzaq məhsullarının hamısını alıb idarə etdiyi avtomobillə bağ evinə getmişdi. Həmin vaxt Şahid1 ərzaq məhsullarının və gediş pulunu vermiş, bu zaman Şahid1 qaz turbasından sızıntı olmasını və turbanı rəngləmək lazım olduğunu dedikdə ona «səhər gəlib köməklik edərəm» demiş, səhəri günü dostu Turalla birlikdə boya alıb Şahid1 bağ evinə getmiş və qaz turbasını rəngləmişdi. Bu zaman Şahid1 onlara 20 manat pul vermiş, həmin puldan 10 manatını Tural, 10 manatını özü götürmüşdü. Öundan sonra Şahid1 hər gün ona zəng vuraraq ərzaq məhsulu istəmiş, onun dediklərini alıb aparmış və pulunu almışdı. Həmin ərəfədə Şahid1 ona 100 manat pul verərək bağ evində olan giriş qapısı ilə üzbə-üz digər evinin içərisini təmizlətdirməsini və döşəməyə rəng çəkmək üçün boya almasını xahiş etmişdi. Ona razılıq verərək bağ evinin təmizlənməsi barədə anası Savad və bacısı Zeynəbə demiş, onlar razılıq verdikdən sonra idarə etdiyi avtomobillə Şahid1 bağ evinə aparmışdı. Anası və bacısı bağ həyətinin giriş qapısı ilə üzbəüz bağ evinin içərisini təmizləmiş, zəhmət haqqı kimi Şahid1 anasıgilə 50 manat pul vermiş, həmin vaxt Şahid1 anası Savada bir ədəd işlənmiş vəziyyətdə moydadır da vermişdi. Sonra 85 manata 10 lirtlik qırmızı boya almış və qardaşı Faiq və qonşusu Ruslanla birlikdə həmin bağ evinə gedib döşəməni rəngləmişdi. 15 manatı Şahid1 qaytarmış, zəhmət haqqı kimi Şahid1 ona 20 manat pul vermiş, həmin pulun 10 manatını qardaşına, 10 manatını isə Ruslana vermişdi. bundan sonra idarə etdiyi avtomobillə Şahid1, qardaşı Faiqi və qonşusu Ruslanı götürüb getmiş, yolda Ruslan düşmüş, özü isə qardaşı ilə birlikdə Şahid1 Bakı şəhəri, Yasamal rayonuna aparmışdı. Orada Şahid1 bağ evinin açarlarının surətini çıxartmış və birini arvadına vermiş, həmin vaxtı Şahid1 yaşadığı evin həyətində saxladığı «BMW-325» markalı avtomobli göstərmiş və 3.000 manata satmasını bildirmişdi. Ona «nağd pulum yoxdur, kreditə versən götürərəm» demişdi. Ancaq Şahid1 razılaşmamış, bundan sonra, Bakı şəhəri, Yasamal rayonunda olan kafelərin birində ayaq üstü dönər yemiş, Şahid1 bağ evinə aparmışdı. Həmin ərəfədə Şahid1 ona köhnə vəziyyətdə olan bir ədəd televizor və köhnə vəziyyətdə olan bir ədəd elektrik piltəsi vermiş, sonra Şahid1 ona «lazım olsa, sənə zəng vuracam» demiş və ondan ayrılmışdı. Hər dəfə Ramana qəsəbəsindən Nardaran qəsəbəsinə gedib-gəldikdə Şahid1 ona 10 manat verdiyinə görə həmin məbləğ ona sərf etmədiyi üçün bir daha Şahid1 çağırışına getməmiş və ona gələ bilmədiyini demişdir. Həmçinin o, göstərmişdir ki, 2021-ci ilin aprel ayının axırları idarə etdiyi «Tofaş Şahin» markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Dəmiryolu stansiyasının yaxınlığında durub müştəri gözləyən zaman əvvəllər tanımadığı sonradan adının Elşən olduğunu bildiyi şəxs yaxınlaşaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə aparmasını bildirmişdi. Həmin vaxt Elşən adlı şəxs tək olmuş və idarə etdiyi avtomobilin sağ qarşı oturacağına əyləşmişdi. Onu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində «Yem dükanı» deyilən yerin yaxınlığında olan evin qarşısına aparmış, Elşən ona «gözlə, gedim evə, gəlirəm» demişdi. Bu səbəbdən avtomobilində oturaraq onu gözləmiş, az sonra Elşən adlı şəxs tanımadığı, sonradan adının Fərrux olduğunu bildiyi oğlanla gəlmiş və avtomobilə əyləşmiş, həmin vaxt sağ qarşı oturacaqda oturmuş Elşən ona arxa oturacaqda əyləşmiş Fərruxu təqdim etmiş və dostu olduğunu bildirmişdi. Sonra Elşən avtomobili Bakı şəhəri, Zabrat qəsəbəsi istiqamətində sürməsini demişdi. Həmin vaxtı Elşən ona tez-tez taksi lazım olduğunu bildirmiş və lazım olsa ona zəng vura biləcəyini soruşmuş, ona «problem yoxdur» deyərək istifadəsində olan «***-***-**-**» nömrəsini vermiş, sonra Elşənin dediyi kimi edərək idarə etdiyi avtomobili Bakı şəhəri, Zabrat qəsəbəsi istiqamətində sürmüş, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Şəhər şosesindən Ramana qəsəbəsinə dönən yola çatan zaman Elşən avtomobli saxlamasını demişdi. İdarə etdiyi avtomobili saxladıqda Elşən ona 7 manat pul vermiş və hər ikisi avtomobildən düşüb getmiş, təxminən 2-3 gün keçmiş Elşən səhər saat 06:00 radələrində ona zəng vuraraq onları evdən götürüb Bakı şəhəri, Sabunçu qəsəbəsinə aparmasını bildirmişdi. Yaşadığı evlə Elşənin yaşadığı evin arasında təxminən bir km məsafə olsa da onu əvvəllər görməmiş və tanımamış, qısa zamanda idarə etdiyi avtomobillə Elşənin yaşadığı evin qarşısına getmişdi. Elşən və Fərrux avtomobilə əyləşmiş və Elşən onları Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı»na aparmasını bildirmişdi. Elşənin sözü ilə idarə etdiyi avtomobili Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilə yerə sürmüş, Elşən ona 4 manat vermiş və hər ikisi avtomobildən düşüb getmiş, təxminən 3-4 gün keçmiş səhər saat 08:00 radələrində Fərrux ona Elşənin telefonu ilə zəng vurub «gəl bizi Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasının yanından götür» demişdi. Sonra idarə etdiyi avtomobillə deyilən yerə gedib onları götürmüş və Elşənin deməsi ilə onları Ramana qəsəbəsinə aparmışdı. Onlar avtomobildən düşdükdə Elşən ondan nə üçün kefi olmadığını soruşduqda ona avtomobilin kreditinin vaxtı olmasını, lakin ödəməyə pulu olmadığını demişdi. Cavabında Elşən «indi imkan yoxdur, olsa kömək edərəm» deyə bildirmiş, 06 may 2021-ci il tarixdə Elşən ona «bilirəm avtomobilin kreditinin vaxtıdır» deyib 200 manat vermiş, Elşəndən borc olaraq 200 manatı almış və 07 may 2021-ci ildə Elşən zəng vuraraq onları Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhic bağlarına aparmasını bildirmiş, sonra axşam tərəfi onları Sabunçu qəsəbəsində Dəmiryolu stansiyasının yaxınlığından götürərək, Nardaran qəsəbəsində yolun qırağında olan «Bravo» marketin yanına getmişdi. Sonra Elşən avtomobili orada olan məhəlləyə sürməsini bildirmiş, Elşənə bura niyə gəlmisiniz deyə soruşduqda ona «burada olan evə girib oğurluq etmişik» demiş, ondan «olmaya mənim tanışımın evinə giribsiniz» deyə soruşmuş, Elşən ondan tanışını evi hansıdır deyə soruşduqda Şahid1 bağ evini ona göstərmiş, bu zaman Elşən gülərək «həmin evə girməmişik» deyə bildirmiş, bundan sonra Elşən və Fərruxu düşürüb getmiş, səhəri günü saat 09:00 radələrində Elşən ona zəng vuraraq harada olduğunu soruşduqda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində çıxaraq üzü Bakıxanov qəsəbəsinə getdiyini və hazırda Kürdəxanı qəsəbəsində olmasını bildirmişdi. Sonra Elşən ona Kürdəxanı qəsəbəsində yerləşən «Kürdəxanı» marketin qarşısında saxlamasını demiş, idarə etdiyi avtomobili «Kürdəxanı» marketin qarşısında saxlamış və təxminən 10 dəqiqə sonra Elşən və Fərrux gümüşü rəngli, «Opel Zafira» marklı avtomobillə gəlib maşından düşmüşdü. Onlar həmin vaxt avtomobildən iki ədəd böyük çantanı və bir ədəd balaca samovarı düşürtmüş, həmin çantaları və samovarı onun avtomobilinin arxa baqaj hissəsinə yığmış, bundan sonra Elşən və Fərruxu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsidə olan evlərinə aparıb düşürtmüş, onlardan avtomobildə olan əşyalarını nə olduğunu və harada aldıqlarını soruşmamış, həmin günü günorta saatlarında Elşən ona zəng vuraraq Fərruxla birlikdə Pirşağı qəsəbəsində olan poliklinikanın yanında olmasını bildirmiş və onları gəlib götürməsini xahiş etmişdi. Sonra onları götürərək Bakı şəhəri, Nizami rayonu, metronun «Neftçilər» stansiyasının yaxınlığında düşürtmüş, həmin vaxt avtomobilin arxa oturacağına baxarkən orada portmanı olmasını görmüş və içinə baxan zaman orada 250 manat olmasını aşkar etmişdir. Həmin günü axşam Elşən zəng vuraraq avtomobildə portmanı qalmasını bildirmiş və ona «saxla gəlib götürəcəm» demiş, səhəri günü Elşən zəng vuraraq harada olduğunu soruşmuş və portmanını götürmək istədiyini bildirmiş, ona «pul lazım idi, xərclədim, sənin pulunu 10-15 günə qaytaracam» demiş, bundan sonra onlarla əlaqə saxlamamış, Elşən və ya Fərrux mobil telefonuna zəng vurduqda «Fəridin tutulmasını, danışanın qardaşı olmasını» bildirmiş və bir də bu nömrəyə zəng vurmamasını xahiş etmişdir. Daha sonra o, göstərmişdir ki, Elşən və Fərruxun hansı evlərdən oğurluq etdiklərini bilməmiş, onlar bu barədə ona heç bir söz deməmiş, nə də ki, həmin oğurluqda onlarla iştirak etməmiş, sadəcə Elşəni və Fərruxu müştəri kimi aparıbgətirmiş, Elşənin verdiyi 200 manat pulu isə borc almışdır. Onun heç bir günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Qabillə təxminən 2021-ci ilin fevral ayında tanış olmuş, həmin vaxt Qabil Nardaran qəsəbəsində yerləşən bağ evində müvəqqəti olaraq yaşamışdır. Fəridlə də həmin ərəfədə təsadüfən tanış olmuş, Fərid taksi sürücüsü kimi bir sıra işləri görməkdə Qabilə köməklik etmişdir. Fərid mütəmadi olaraq bağ evinə gəlib-getmiş, yəni daimi olaraq bağ evinə gedib-gəldiyi üçün də Fərid həmin evə yaxından bələd olmuşdur. Həmçinin Fərid onun həyat yoldaşının etibarını qazandığı üçün bir neçə dəfə Fəridin ailə üzvləri də onlara məxsus bağ evinə gəlibgetmişlər. Daimi yaşadıqları ünvan 2 ünvanda təmir işləri aparıldığından mənzildəki əşyaların çoxunu da Nardaran qəsəbəsində yerləşən hər iki bağ evinə yığmışdır. Hər iki bağ evinə Fərid və ailə üzvləri bir sıra işlərə görə girib-çıxmış, hər iki evə yaxından bələd olmuşlar. Əvvəllərdə onlara məxsus bağ evindən oğurluq olmuşdur. Bütün bunları da söhbət zamanı həyat yoldaşı Qabil Fəridə danışmışdır. Yoldaşı Qabil bağ evində qaldığı müddətdə pandemiya dövründə onlayn keçirilən dərslərə qoşulmaq üçün bağ evinə internet şəbəkəsi qoşdurmaq üçün sənədlər lazım olduğuna görə taksi sürücüsü kimi tanıdığı Fərid və onun qardaşı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən evlərinə gəlmişdi. Həmin vaxt o içərisində sənədlər olan diplomatı həyat yoldaşı Qabilə vermişdi. Onlara məxsus bağ evindən oğurluq olan zaman həmin diplomat da bağ evində tam olaraq yararsız hala salınmış vəziyyətdə tapılmışdır. Həmin vaxt Qabil xatırlatmışdır ki, həmin diplomatın dağıdılaraq yararsız hala salınmasına səbəb o olmuşdur. Qabil sənədləri götürüb Fərid və onun qardaşı ilə birlikdə Nardaran qəsəbəsinə qayıdan zaman Fəridin qardaşı həmin diplomatın nə yaxşı olduğunu Qabilə demiş, Qabil isə zarafatyana həmin diplomatın içərisində dollarlar olduğunu demişdir. Halbuki həmin diplomatın içərisində sənədlər olmuş, lakin Qabilin bu sözündən Fərid məlumatlı olmuş və yəqin etmişdir ki, həqiqətən də həmin diplomatın içərisində dollarlar var. Ona görə də həmin diplomat oğurluq zamanı tam yararsız hala salınmış, onun içərisində pul tapa bilmədikləri üçün isə həmin diplomat evin içərisindən tapılmışdır. Bütün bunlar baş verdikdən sonra onlar polis əməkdaşlarına baş vermiş oğurluq hadisəsi barədə məlumat verdikdə istintaq zamanı Fəridin ailə üzvləri və qohumları onların yaşadığı ünvan 2 ünvanına gələrək baş vermiş oğurluqla bağlı gəlib yalvar-yaxar etmişlər ki, Fəridi tutdurmasınlar. Lakin o həmin vaxt onlara qapını açmamış, çünki Fəridin bağ evindən oğurluq hadisəsi ilə birbaşa əlaqəsi olmağına tam əmin olmuşdur. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, dalan 1-də 5107 və 5107 A saylı bağ sahəsində iki ədəd bir mərtəbəli bağ evi tikdirmiş, həmin bağ evlərindən biri, yəni 5107 saylı bağ evi giriş qapısına yaxın olmuş və orada həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdı. 5107 A saylı ikinci bağ evi isə həyətin sağ tərəfində yerləşmiş, həmin bağ evində yaşayış olmamış, ancaq həmin bağ evinə əşyalarını yığmış, bağ evinə qış aylarında həftədə bir dəfə gedib dəymiş, yaz aylarında isə tez-tez gedib-gəlmişdir. 2021-ci ilin fevral ayında bağa gedərkən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində «Mini» marketə girmiş və lazım olan ərzaq məhsullarını almış, sonra marketin işçisi ona kömək edərək yola çıxartmış və yoldan keçən «Tofaş» markalı avtomobilə əl edib saxlatmışdı. Həmin avtomobildə arxa oturacaqda əyləşmiş, yolda olan zaman sürücüyə «taksi lazım olsa, məni apara bilərsən» deyə soruşmuş, sürücü razılaşaraq öz mobil telefonunu yazıb ona vermiş, hətta adının Fərid olmasını bildirmişdi. Yolda sürücüyə «əgər sənə 2-3 manat artıq versəm, məni Nardaran qəsəbəsində olan «Sea Breeze» mehmanxanasının yaxınlığına apar bilərsən» deyə soruşmuş və bu dəfə də sürücü razılıq vermişdi. Sonra onu «Sea Breeze» mehmanxanasının yaxınlığına aparmış və sürücünün pulunu verib yola salmışdı. 15 fevral 2021-ci ildə Bakı Dövlət Universitretində «online» dərslər başladığı üçün Ləhicdə olan bağ evinə internet və telefon çəkdirmək istəmişdi. Bu məqsədlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Telefon qovşağı»na getmək üçün Fəridə zəng vurub çağırtdırmışdı. Sonra Fərid idarə etdiyi avtomobillə gəlib onu Bakıxanov qəsəbəsinə aparmış, həmin vaxt telefon çəkmək üçün gələcək ustaların nömrəsini Fəridə vermiş və ustaları gətirməsini xahiş etmişdi. Həmin vaxt bağ evinə internet çəkilməsi üçün bağın sənədləri lazım olduğundan Fəridlə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonuna getmiş, oradan bağ evinin sənədlərini və ikinci evin açarlarını götürmüş, həmin açarların surətini çıxarmış, bir nüsxəsini arvadına vermiş, bir nüsxəsi isə özündə qalmışdı. Həmin vaxt yaşadığı evin qarşısında saxladığı özünə məxsu 1990-ci il istehsallı «BMW-325» markalı avtomobilini Fəridə göstərmişdi. Bu zaman Fərid həmin avtomobili ona verməsini xahiş etmiş və pulunu hissə-hissə verəcəyini bildirmiş, ancaq Fəridin təklifi ilə razılaşmamışdı. Sonra Fərid onu Ləhicdə olan bağ evinə aparımış və çıxıb evinə getmişdir. 01 may 2021-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə bağ evinə getmiş və bağ evində hər şeyin qaydasında olmasını görmüşdü. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs bağda olan güllərə qulluq edirdi. 12 may 2021-ci il tarixdə oğlu Ayaz arvadı Zərərçəkmiş şəxs zəng vuraraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan bağ evlərindən oğurluq olması barədə polisdən ona zəng gəlməsini bildirmiş və əlaqə üçün mobil telefon nömrəsi vermişdi. Bundan sonra arvadı Zərərçəkmiş şəxs verilən telefon nömrəsi ilə danışmış və həqiqətən bağ evlərindən oğurluq olması bildirilmişdi. Sonra arvadı Zərərçəkmiş şəxs ilə birlikə bağ evinə getmiş və bağda olan hər iki evin pəncərəsinin qarşısında olan metal barmaqlıqların və şüşələrin sındırılmasını, evdən oğurluq olmasını görmüşdü. Həmin vaxt 5107 saylı bağ evinin qapısı açıq, 5107 A saylı bağ evinin qapısı isə bağlı olmuş, sonra arvadı Zərərçəkmiş şəxs ilə birlikdə hər iki bağ evinə baxmış və dəhşətə gəlmi, çünki hər iki bağ evində olan əşyalar alt-üstü edilmiş və müəyyən əşyalar oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində onlara cəmi 7.554 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin aprel ayında X1rşısında taksi sürücüsü kimi tanımışdır. Belə ki, Fərid həmin vaxt taksi fəaliyyəti ilə məşğul olduğu üçün X1rşısından onun idarə etdiyi «Tofaş Şahin» markalı, «az ** MU ***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Ramana qəsəbəsində yaşadığı ünvana getmişdir. Fəridlə yolboyu söhbət etmiş, həmçinin həmin vaxt Fəridlə biri-birilərinə mobil nömrələrini də vermişlər ki, taksi kimi harasa getmək lazım olanda Fəridin avtomobili ilə getsin. Fərid də Elşəni avtomobillə aparıb yaşadığı ünvana düşürtmüş, bundan sonra arabir taksi lazım olanda Fəridlə əlaqə saxlayıb Fəriddən Elşəni gedəcəyi yerə aparmasını xahiş etmiş, Fərid də etiraz etməyib Elşəni dediyi yerlərə aparmışdır. Elşən də Fəridə taksi xidmətinə görə razılaşdıqları pulu vermişdir. Belə ki, bu minvalla mütəmadi olaraq bir neçə dəfə Fəriddən taksi kimi istifadə etmişdir. Şahid3 ilə dostluq münasibətində olmuş, Fərruxla da münasibətləri həmişə yaxşı olmuşdur. Fərrux Elşənlə birlikdə Ramana qəsəbəsində yaşamışdır. Belə ki, Fərrux və Elşən narkotik istifadəçisi olduğuma görə mütəmadi olaraq psixotrop maddə metamfetamin istifadə etmişlər. Həmin vaxt işsiz olduqlarına görə metamfetaminə olan tələbatı ödəmək məqsədi ilə Fərruxla birlikdə oğurluq etmək qərarına gəlmişlər. Belə ki, Elşən və Fərrux oğurluq etmək niyyətlərini Fəridə də dedikləri üçün Fərid bu barədə məlumatlı olmuş, bundan başqa onu da qeyd etmişdir ki, Fəridlə belə razılaşmışdır ki, oğurluq etdikdən sonra həmin əmlakı Fəridin avtomobilinə yığıb oradan aparacaqlar. Fərid də buna razılıq vermiş, hansı evdən oğurluq etmək planını quranda Fərid əvvəllər Ləhiş bağları ərazisində yerləşən bağ evində işlədiyini, həmin evə bələd olduğunu, oradan oğurluq edə biləcəklərini demişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Elşən və Fərrux Fəridin idarə etdiyi avtomobillə Ləhiş bağları ərazisinə gəlmişdir. Orada Fərid əvvəllər işlədiyi sonradan adının Gülsüm olduğunu bildiyi qadına məxsus fərdi yaşayış evini onlara göstərmişdir. Elşən və Fərrux da həmin evə baxıb yaşayış olmadığını görmüş, belə ki, həmin evə gecə saatlarında gəlib rahat şəkildə girə biləcəklərini düşünmüşlər. Razılaşmaya əsasən Elşən və Fərrux birlikdə Fəridin göstərdiyi Gülsüm adlı qadına məxsus evə girib qiymətli əşyaları oğurlamalı, sonradan oğurladıqları əşyaları Fəridin avtomobilinə yükləyib oradan uzaqlaşmalı imişlər. Bu razılaşmaya əsasən Fərid 06 may 2021-ci il tarixdə, təxminən 03:00 radələrində Elşən və Fərruxu yaşadıqları Ramana qəsəbəsindən idarə etdiyi «Tofaş Şahin» markalı, «az ** MU ***» dövlət qeydiyyat nişanlı avtomobillə götürmüş, Elşən, Fərrux və Fərid birlikdə Fəridin oğurluq etmək üçün göstərdiyi Ləhiş bağlarına yerləşən ünvana getmişlər. Yol kənarında Fərid avtomobili saxlamışdır. Razılaşmaya əsasən Elşən və Fərrux avtomobildən enib Fəridin göstərdiyi evə oğurluq etmək niyyəti ilə getmiş, Fərid isə avtomobildə oturub onları gözləmişdir. Təxminən saat 04:00 radələrində bir qədər müşahidə apardıqdan sonra evdə heç kimin olmadığına əmin olub evə girmək qərarına gəlmiş və Fərruxla birlikdə hasardan aşma yolu ilə keçib evin həyətyanı sahəsinə daxil olmuşlar. Bundan sonra orada ayrı-ayrılıqda olan iki ədəd birmərtəbəli fərdi yaşayış evlərinin dəmir barmaqlarını gərmə yolu ilə əyib pəncərədən evlərə daxil olmuş, hər iki fərdi yaşayış evində pulla tez satılan əmlakları axtarmağa başlamışlar. Oradan pul əvəzində satıla biləcək əşyaları oğurlayıb 3 ədəd çantaya yığdıqdan sonra Elşən istifadəsində olan mobil nömrə ilə Fəridlə əlaqə saxlayıb avtomobili həmin evin qarşısına sürməyini demişdir ki, oğurladıqları əşyalarını Fəridin avtomobilinin baqacına yığsınlar. Lakin Fərid həmin əraziyə bələd olduğu üçün avtomobilinin orada olan təhlükəsizlik kameralarına düşəcəyindən ehtiyat edib bundan imtina etmiş, Elşən və Fərrux oğurladıqları əşyaları götürüb birlikdə Fəridin gözlədiyi yol kənarına çıxmışlar. Orada Elşən və Fərrux oğurladıqları əşyaları Fəridin köməkliyi ilə onun idarə etdiyi «Tofaş Şahin» markalı avtomobilin baqacına qoymuşlar. Oradan birlikdə Fərid onları Ramana qəsəbəsində yaşadıqları ünvana gətirmiş və belə razılaşmışlar ki, oğurluq əşyaların satışından əldə etdikləri qazancı üçünün arasında bərabər olaraq bölsünlər. Elşən və Fərrux həmin əmlakları yaşadıqları evə düşürtmüş, növbəti gün Fərid onları yaşadıqları ünvandan götürmüş və birlikdə əmlakları satmağa getmişlər. Hazırda dəqiq xatırlamadığı bir neçə yerə oğurladıqları əşyaları satmış, təxminən 600 manat pul əldə etmişlər. Razılaşdıqları kimi həmin pulu üç nəfər arasında bölmüş, Fəridə də həmin vaxt 200 manat pul vermiş, həmin pul oğurluq nəticəsində əldə etdikləri pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin aprel ayında taksi sürücüsü kimi tanımışdır. Sabunçu qəsəbəsi ərazisində o və dostu Elşənlə birlikdə Fəridlə tanış olmuşlar. Fərid də taksi sürücüsü kimi onlara xidmət göstərmiş, onlar da həmin xidmət haqqını Fəridə ödəmişlər. Fərrux narkotik vasitə istifadəçisi olduğuna görə narkotikə olan tələbatını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Elşənlə birlikdə narkotikə olan tələbatını ödəmək üçün oğurluq edib oğurladıqları əmlakı sataraq əldə etdikləri pulla narkotik almaq fikrinə düşmüşlər. Əvvəllər Ləhiş bağları ərazisində Elşənlə birlikdə fəhlə işlədikləri üçün həmin ərazidə olan bağ evlərinin çoxunun boş olduğundan məlumatlı olmuş, ona görə də oğurluq niyyətlərini həyata keçirmək üçün həmin evlərdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Fərrux və Elşən birlikdə həmin ünvana yollanmaq üçün yaşadıqları Ramana qəsəbəsindən, Ləhiş bağlarına getmək üçün Elşən istifadəsində olan mobil nömrə ilə Fəridin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb yaşadıqları ünvandan onları götürməsini xahiş etmişdir. 06 may 2021-ci il tarixdə, saat 03:00 radələrində Fərid Ramana qəsəbəsindən Fərrux və Elşəni idarə etdiyi avtomobili ilə götürüb Ləhiş bağlarına gətirmişdir. Bundan sonra oğurluq etdikləri evdən bir qədər aralıda Fərrux və Elşən Fəridin idarə etdiyi avtomobildən düşüb piyada bir qədər dolaşdıqdan sonra orada olan fərdi yaşayış evi diqqətini çəkmiş, həmçinin həmin evə daxil olmaq digər evlərə daxil olmaqdan daha asan göründüyü üçün Fərrux və Elşən həmin evə hasardan aşıb daxil olmuşlar. Həyətyanı sahəyə daxil olduqdan sonra orada ayrı-ayrılıqda iki ədəd birmərtəbəli fərdi yaşayış evinin olduğunu görmüşdür. Bundan sonra Elşənlə birlikdə həmin evə daxil olub pul müqabilində sata biləcəkləri əşyaları oğurlamışlar. Həmçinin həmin evlərdən birindən qapıların açarını tapdıqları üçün oğurladıqları əmlakı da qapıdan Elşənlə birlikdə çıxarmışlar. Fərid avtomobili ilə onları Ləhiş bağlarına düşürdükdən sonra Fərrux və Elşən ona demişlər ki, «işimizi qurtarandan sonra səninlə əlaqə saxlayarıq gəlib bizi buradan götürərsən». Fərid də razılaşmış və bundan sonra hər iki fərdi yaşayış evindən oğurluq etdikdən sonra Elşən Fəridlə əlaqə saxlayıb onları götürməsini xahiş etmişdir. Fərid də həmin vaxt Ləhiş bağları ərazisində olduğu üçün gəlməyə razılaşmış, təxminən 10 dəqiqə sonra Fərid onları düşürtdüyü yerdən götürmüşdür. Fərrux və Elşən oğurladıqları əmlakı səhv etmirsə, 3 ədəd çantaya yığıb evdən çıxmış, Fərid avtomobilin baqacını açmışdır ki, həmin əmlakı ora qoysunlar. Fərid həmin vaxt əşyaların nə olduğunu soruşsa da, Fərrux və Elşən həmin əşyaların işlədikləri evdə ev yiyəsinə məxsus olduğunu, köhnə əşyalar olduğu üçün onlara verdiyini demişlər. Bundan sonra Fərrux və Elşəni birlikdə Fərid avtomobili ilə Ramana qəsəbəsinə yaşadıqları ünvana gətirib düşürmüş, növbəti gün səhər saatlarında oğurladıqları əşyaları Fərrux və Elşən satıb təxminən 500-600 manat pul əldə etmişlər. Həmin pulun da bir hissəsini narkotikə olan tələbatlarına sərf etmiş, həmçinin Elşən həmin puldan 200 manat da Fəridin özünə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi səhv etmirsə, 2021-ci ilin may ayında baş vermişdir. Həmin oğurluq hadisəsini törətmiş şəxslərin müəyyən olunması istiqamətində bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq cinayətini törədən şəxslərin Ramana qəsəbəsi sakinləri Şahid2 və Şahid3 olması müəyyən edilmişdi. Həmin şəxsləri müəyyən etdikdən sonra Elşən və Fərrux barəsində qanuni tədbir görülməsi üçün istintaq orqanına təqdim etmişlər. Həmin şəxslər özləri Ramana qəsəbəsində yaşasalar da, Nardaran qəsəbəsindən oğurluq etmələrinə səbəb şübhə doğurmuş, Kamran da həmin vaxt Elşən və Fərruxdan nəyə görə Ramana qəsəbəsində yaşadıqları halda Nardaran qəsəbəsindən oğurluq etmələrini, eləcə də həmin oğurluq etdikləri evi onlara kimin göstərməsini soruşmuşdur. Həmin vaxt Elşən və Fərruxla aralarında olan danışıq zamanı onlar etiraf etmişlər ki, həmin yerə onları «Tofaş» markalı avtomobilin sürücüsü Fərid adlı şəxs gətirmiş, həmçinin Elşən və Fərrux bildirmişlər ki, oğurluq nəticəsində əldə etdikləri puldan səhv etmirsə, 200 manat da Fəridə vermişlər. Bundan sonra davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində taksi sürücüsü Təqsirləndirilən şəxs müəyyən etmiş, həmin şəxsin cinayətə aidiyyəti olubolmamasını, eləcə də müsbət halda barəsində də qanuni tədbir görülməsi üçün istintaqa təqdim etmişlər. Lakin həmin şəxs cinayətə aidiyyəti olmadığını bildirmiş, amma Kamran xatırlamışdır ki, həmin şəxsin oğurluq hadisəsi yerinə Elşən və Fərruxu öz avtomobili ilə gətirmişdir. Həmçinin qeyri-rəsmi olaraq Elşən və Fərrux onu da demişlər ki, Fərid adlı şəxs həmin evdən oğurluq etmələrini bildirmiş. Bundan sonra Elşən və Fərrux oradan oğurluq etmişlər. Bundan başqa qeyri-rəsmi danışıq zamanı Fərid müstəntiqin xidməti otağında guya Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 onun anası ilə cinsi əlaqədə olduğuna görə bu səbəbdən Elşən və Fərruxa qərəzli olaraq həmin evdən oğurluq etmələrini demişdir. Bütün bunları Elşən və Fərrux özü də təsdiq edə bilərlər. Eləcə də Fəridin avtomobili ilə Elşən və Fərruxu həmin ünvana gətirməsi küçədə yerləşən vətəndaşa məxsus təhlükəsizlik kameralarında olan videogörüntülərdən də müəyyən olunmuş, lakin hazırda həmin videogörüntünü Kamran hadisədən xeyli müddət keçdiyi üçün istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi səhv etmirsə, 2021-ci ilin may ayında baş vermişdir. Həmin ərəfədə bölmə əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Şahid2 və Şahid3 saxlanılmışdır. Həmin şəxslər polis bölməsinə gətirildikdən sonra başqa hər hansı cinayət törədibtörətməməsini aydınlaşdırdıqda Elşən və Fərrux səmimi olaraq etiraf etmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən bağ evlərindən də oğurluq etmişlər. Bundan sonra polis bölməsinin əməkdaşları müəyyən etmişlər ki, həmin bağ evlərindən biri də Zərərçəkmiş şəxs məxsus olan bağ evidir. Həmçinin Elnur bildirmişdir ki, həmin şəxslər özləri Ramana qəsəbəsində yaşasalar da, Nardaran qəsəbəsindən oğurluq etmələrinə səbəb şübhə doğurmuşdur. Həmin vaxt Elşən və Fərruxdan nəyə görə Ramana qəsəbəsində yaşadıqları halda Nardaran qəsəbəsindən oğurluq etmələrini, eləcə də həmin oğurluq etdikləri evin nəzarətsiz olmasından, yəni həmin bağ evində yaşayış olmamasından necə məlumatlı olduqlarını soruşmuşlar. Elşən və Fərruxla aralarında olan danışıq zamanı onlar səmimi olaraq etiraf etmişlər ki, həmin yerə onları tanışları «Tofaş» markalı avtomobilin sürücüsü Fərid adlı şəxs gətirmişdir. Fərid əvvəllər həmin evdə yaşayan Qabilin tapşırığı ilə mütəmadi olaraq oraya girib-çıxmış, evdəki əşyaları da şəxsən görmüşdür. Eləcə də həmin evin bağ evi olaraq istifadə olunduğunu, ev sahiblərinin daimi Bakı şəhərində yerləşən mənzildə yaşadığını da bilmişdir. Fərid idarə etdiyi avtomobillə Elşən və Fərruxu həmin evin yaxınlığına aparmış, orada avtomobildə gözləmişdir. Fərrux və Elşən evə daxil olub oğurluq etdikdən sonra əşyaları gətirib Fəridin avtomobilinə yığmış, birlikdə oradan uzaqlaşmışlar. Həmçinin Elşən və Fərrux bildirmişlər ki, oğurluq nəticəsində əldə etdikləri puldan səhv etmirsə, 200 manat da Elşən Fəridə vermişdir. Bundan sonra polis bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində taksi sürücüsü Təqsirləndirilən şəxs da müəyyən etmiş, həmin şəxsin cinayətə aidiyyəti olub-olmamasını, eləcə də müsbət halda barəsində də qanuni tədbir görülməsi üçün istintaqa təqdim etmişlər. Lakin həmin şəxs guya ev sahibləri tərəfindən ona şər- böhtan atıldığını, onun cinayətə aidiyyəti olmadığını bildirmiş, bütün bunları Elşən və Fərrux özü də həmin vaxt səmimi olaraq etiraf etmişlər. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan iş üçün əhəmiyyətli sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə məhkəmə iclasında araşdırılmış digər sübutlar, dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, məhkəmə iclasında araşdırılmış digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 12 may 2022-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,139). Cinayət işinin materiallarında olan 14 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,186). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin olunmaması barədə 14 may 2022-cü il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorunun qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 01, səh., 210). Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun alternativ cəza ilə islah olunmasının qeyrimümkünlüyünü, dəymiş ziyanın ödənilməməsini, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasın və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. X3 cəza çəkmə müddətinin başlanğıcı «30» aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduqları müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs edilməli və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar bir ədəd balta, bir ədəd “Majak” markalı saat, bir ədəd “SANYO” markalı maqnitofon, bir ədəd “PHİLİPS” markalı maqnitofon, bir ədəd eynək, bir ədəd gün eynəyi, bir ədəd “Gemei" markalı elektriklə işləyən üzqırxan, bir ədəd şam qabı, dörd ədəd “RİDA” markalı deodrant, bir cüt “Goldwin GWE-720” markalı səs gücləndirici, bir cüt markalı “1202-2” modelli sınmış vəziyyətdə mobil telefon aparatı , bir ədəd oyun üçün DVD disk, bir ədəd əleyqaz, bir ədəd “xinjid” markalı elektron qurğu, bir ədəd adaptor, bir ədəd ’’ZARA MAN” markalı rəngli toxunma gödəkcə, bir ədəd “ADİDAS” markalı qara rəngli idman gödəkcəsi, iki ədəd “NİKE” markalı idman şalvarı, bir ədəd “ZARA WOMAN” markalı göy rəngli gödəkcə, bir ədəd “HOLLİSTER" markalı qara rəngli qoluqısa köynək, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qara rəngli cins şalvar, bir ədəd “GENERATİONS DİERFA” markalı boz rəngli idman şalvarı, bir ədəd nərd taxta, içərisində 15 ədəd qara, 15 ədəd ağ rəngli daşlar və bir cüt zər, bir ədəd göy rəngli idman çantası, bir ədəd “Sonic” markalı oyuncaq, bir ədəd suvenir, bir ədəd “Mustang” markalı qolu qısa köynək, bir ədəd qara rəngli rezin, bir ədəd bəzəkli maska, bir ədəd qara rəngli kəmər, bir ədəd “JBL” markalı dinamik qutusu və bir ədəd nərd taxtanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Zərərçəkmiş şəxs mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iddianın təmin edilməsi, 7.554 manat maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 7.554 manat maddi ziyan və 95 manat 94 qəpik dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X3 cəza çəkmə müddətinin başlanğıcı «30» aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar bir ədəd balta, bir ədəd “Majak” markalı saat, bir ədəd “SANYO” markalı maqnitofon, bir ədəd “PHİLİPS” markalı maqnitofon, bir ədəd eynək, bir ədəd gün eynəyi, bir ədəd “Gemei" markalı elektriklə işləyən üzqırxan, bir ədəd şam qabı, dörd ədəd “RİDA” markalı deodrant, bir cüt “Goldwin GWE-720” markalı səs gücləndirici, bir cüt markalı “1202-2” modelli sınmış vəziyyətdə mobil telefon aparatı , bir ədəd oyun üçün DVD disk, bir ədəd əleyqaz, bir ədəd “xinjid” markalı elektron qurğu, bir ədəd adaptor, bir ədəd ’’ZARA MAN” markalı rəngli toxunma gödəkcə, bir ədəd “ADİDAS” markalı qara rəngli idman gödəkcəsi, iki ədəd “NİKE” markalı idman şalvarı, bir ədəd “ZARA WOMAN” markalı göy rəngli gödəkcə, bir ədəd “HOLLİSTER" markalı qara rəngli qoluqısa köynək, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qara rəngli cins şalvar, bir ədəd “GENERATİONS DİERFA” markalı boz rəngli idman şalvarı, bir ədəd nərd taxta, içərisində 15 ədəd qara, 15 ədəd ağ rəngli daşlar və bir cüt zər, bir ədəd göy rəngli idman çantası, bir ədəd “Sonic” markalı oyuncaq, bir ədəd suvenir, bir ədəd “Mustang” markalı qolu qısa köynək, bir ədəd qara rəngli rezin, bir ədəd bəzəkli maska, bir ədəd qara rəngli kəmər, bir ədəd “JBL” markalı dinamik qutusu və bir ədəd nərd taxtanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 7.554 manat maddi ziyan və 95 manat 94 qəpik dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-125/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-125/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver