Məhkəmə qərarları › İş №1(008)-126/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-126/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-126/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bağlar massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 02:30 radələrində, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 3 ünvanına gələrək hasardan aşıb həyətə daxil olmuş, özü ilə gətirdiyi qaz açarı ilə evin pəncərəsinin önündə olan dəmir barmaqlığı sındırıb pəncərəni açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olmuş, evin mətbəxindən 950 manat dəyərində “Dəmir döküm” markalı bir ədəd kombi istilik aparatını, qonaq otağından 40 manat dəyərində bir ədəd Wifi aparatını, evin hər bir otağından bir ədədinin qiyməti 120 manat olan 960 manat dəyərində on ədəd seksiyalı səkkiz ədəd radiatoru, evin hamam otağından 150 manat dəyərində bir ədəd su qızdırıcısını və 60 manat dəyərində bir ədəd paltar qurudan aparatı yerindən açıb apararaq gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2160 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,270 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 13 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar müssivində, saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş və bölmənin inzibati binasındakı xidməti otaqların birində həmin tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə 0,270 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2011-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. O, narkotik vasitələrdən bir neçə ildir ki, istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bak şəhəri ərazisində tanımadığı şəxslərdən alır. 12 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində bir büküm narkotik vasitə heroin alaraq üzərində daşımışdır. 13 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar müssivində olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Sabunçu RPl-nin 42-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı, həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 12 avqust 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində gedərək üzdən tanıdığı, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, ittiham aktında onun özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 02:30 radələrində, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 3 ünvanına gələrək hasardan aşıb həyətə daxil olmuş, özü ilə gətirdiyi qaz açarı ilə evin pəncərəsinin önündə olan dəmir barmaqlığı sındırıb pəncərəni açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olmuş, evin mətbəxindən 950 manat dəyərində “Dəmir döküm” markalı bir ədəd kombi istilik aparatını, qonaq otağından 40 manat dəyərində bir ədəd Wifi aparatını, evin hər bir otağından bir ədədinin qiyməti 120 manat olan 960 manat dəyərində on ədəd seksiyalı səkkiz ədəd radiatoru, evin hamam otağından 150 manat dəyərində bir ədəd su qızdırıcısını və 60 manat dəyərində bir ədəd paltar qurudan aparatı yerindən açıb apararaq gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2160 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etdiyi göstərilsə də, qeyd olunan əməl onun tərəfindən törədilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə ona elan olunmuş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 16-cı dalanda ona məxsus həyət evi var. Ona məxsus evdə daimi yaşayış olmamış, mütəmadi olaraq qeyd olunan ünvana gedərək nəzarət etmişdir. O, sonuncu dəfə 2022-ci ilin dekabr ayında özünə məxsus evdə olmuş, lakin, hər hansı oğurluq halı müəyyən etməmişdir. O, 18 fevral 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda yerləşən həyət evinə getdi yi zaman evin pəncərələrindən birinin dəmir barmaqlığının sındırılaraq yerindən çıxarıldığını, evin plastik pəncərəsinnin açıq vəziyyətdə olduğunu görmüşdür. O, açarla evin giriş qapısının kilidini açıb evə daxil olmuş, evin otaqlarına baxış keçirmişdir. O, otaqlara quraşdırılmış 08 ədəd radiatorun, evin mətbəxində olan “Dəmir döküm” markalı 01 ədəd kombi istilik aparatının, evin hamamında olan 01 ədəd su qızıdırıcısının, 01 ədəd paltar qurudan aparatın və qonaq otağından 01 ədəd “Wifi” aparatınının oğurlandığını müəyyən etmişdir. O, evindən oğurluq edildiyini anladığı üçün DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermiş, bir müddət sonra Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən ona məxsus ünvana baxış keçirilmiş, ərizəsi alınmışdır. Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən onun evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, ona məxsus əşyalardan iki ədəd radiator aşkar edilsə də, lakin, ona məxsus digər əşyalar aşkar edilməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2160 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 42-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sabunçu RPİ-nin 42-ci PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də, əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 42-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. 13 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində radələrində Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi ərazisində zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci PB-yə getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzrəinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis bölməsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı, həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 12 avqust 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində gedərək üzdən tanıdığı, anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 57-ci vərəqəsində olan 07 sentyabr 2023-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd radiator götürülmüşdür. Cinayət işinin 58-ci vərəqəsində olan 07 sentyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan 13 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqəsində olan 13 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 113-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/4349 nömrəli, 14 avqust 2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N241” dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdilər:..iki imza, Tərtib etdi: İsa Süleymanov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,270 qram olan qəvhəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.220 qramdır. Cinayət işinin 126-127-ci vərəqəsində olan 14 avqust 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.220 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 130-131-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 14 avqust 2023-cü il tarixli, 5182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 150-152-ci vərəqəsində olan 15 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 154-155-ci vərəqəsində olan 15 avqust 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 207-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 208-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7260 nömrəli, 25 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 02 ədəd kombi istilik sistemi qurğusuna aid 10 seksiyalı radiatorlar orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti və ümumi dəyəri nəzəri qaydada təxminən 160,00 (02 ədəd x 80,0 manat) manat müəyyən olunur. Cinayət işinin 215-226-cı vərəqəsində olan 07 noyabr il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntüləini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 159-161-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 26 avqust 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2011-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs “...İttiham aktında oğurluq etdiyi qeyd olunsa da, qeyd olunan oğurluq hadisəsi onun tərəfindən törədilməmişdir...” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.220 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına,, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut olan Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.220 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 02 ədəd radiator Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar