Məhkəmə qərarları › İş №1(008)-126/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-126/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-126/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs35, X1, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, nömrəsiz evdə kirayədə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, o cümlədən dövlət əhəmiyyətli rabitə xəttlərinə münasibətdə talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda nömrəsiz ünvanda yerləşən 1,5 ha əraziyə qanunsuz daxil olaraq, oradan 180 manat dəyərində 150 metr uzunluğunda 2,5-lik elektrik naqilini, 108 manat dəyərində 18 ədəd şam ağacını, 77 manat dəyərində 11 ədəd nar ağacını, 66 manat dəyərində 11 ədəd əncir ağacını və 360 manat dəyərində 30 ədəd badam ağacını gizli yolla talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 791 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs29 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsindən evə qanunsuz daxil olmaqla, evdə olan bir ədəd 520 manat dəyərində “LG” markalı televizoru gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 520 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 mart 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs15 məxsus ünvan 3 ünvanda yerləşən evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla, pəncərədən evə qanunsuz daxil olub, evdən 02 ədəd 300 manat dəyərində samovarı, 200 manat dəyərində soyuducunun mühərrikini, 80 manat dəyərində 200 litrlik su qızdırıcısmın spiralını, 300 manat dəyərində 06 ədəd stulları, 150 manat dəyərində «Ariston» markalı su qızdırıcısını, 195 manat dəyərində 03 ədəd sanuzel ləvazimatlarını və 200 manat dəyərində «İndesit» markalı qaz sobasının ləvazimatlarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs15 cəmi 1425 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs6 icarəyə götürüb işlətdiyi ünvan 4 ünvanında yerləşən “Tunar” marketin giriş qapısını özündə olan vint açanla açıb mağazaya qanunsuz daxil olaraq oradan bir qutunun dəyəri 4 manat olan cəmi 400 manat dəyərində 100 qutu “Sobranıe” markalı, bir qutunun dəyəri 3 manat 10 qəpik olan cəmi 155 manat dəyərində 50 qutu “Winston” markalı, bir qutunun dəyəri 3 manat 20 qəpik olan cəmi 320 manat dəyərində 100 qutu “Kent 4” markalı, bir qutunun dəyəri 1 manat 20 qəpik olan cəmi 60 manat dəyərində 50 qutu “Maqna” markalı və bir qutunun dəyəri 1 manat 30 qəpik olan cəmi 65 manat dəyərində 50 qutu “Prima” markalı siqaretləri, o cümlədən “Azercell” mobil operatoruna aid hər birinin dəyəri 1 manat olan cəmi 12 manat dəyərində 12 ədəd, “Azerfon” mobil operatoruna aid hər birinin dəyəri 1 manat olan cəmi 12 manat dəyərində 12 ədəd və “Bakcell” mobil operatoruna aid hər birinin dəyəri 1 manat olan cəmi 12 manat dəyərində 12 ədəd danışıq kartları gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1036 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 aprel 2022-ci il tarixədə saat 01 radələrində Zərərçəkmiş şəxs30 Afanasyeviçə məxsus ünvan 5 ünvana pəncərədən daxil olmaqla evdə olan bir ədəd 145 manat dəyərində transvarmatoru, bir ədəd 100 manat dəyərində çuğun qab-qabacağı, 450 manat dəyərində yorğan dəstini, 10 ədəd hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 100 manat dəyərində əl-üz dəsmalını, bir ədəd 150 manat dəyərində su qızdırıcısını, bir ədəd 200 manat dəyərində 2 litrlik "Captain Morgan" markalı arağın, bir ədəd 100 manat dəyərində 1 litrlik "Captain Morgan" markalı arağı, bir ədəd 45 manat dəyərində 1 litrlik "Baylise" markalı likör içkisini, bir ədəd 20 manat dəyərində otaq qapısının tutacağını, bir ədəd 50 manat dəyərində "HP" markalı stolüstü kompüterin monitorunu, bir ədəd 30 manat dəyərində hamamdakı asılqanı gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs30 Afanasyeviçə 1390 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs22 məxsus ünvan 6 ünvanında yerləşən 9 mərətəbəli bina evinin 2-ci mərtəbəsinin ümumi istifadəli dəhlizindəki məişət əşyalarının saxlandığı saxlanc yeri hesab edilən otağın qapısının asma qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində laqondanı, 50 manat dəyərində dreli, bir cütün dəyəri 50 manat olmaqla ümumi dəyəri 150 manat oan 3 cüt uşaq ayaqqabısını və 300 manat dəyərində açar dəstini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs22 ümumilikdə 700 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 may 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs28 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYM, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan qarajın dəmir qapısının qıfılını sındırmaqla saxlanc yeri hesab edilən qaraja qanunsuz daxil olaraq, oradan 100 manat dəyərində 130 metr uzunluğunda elektrik naqilini, 150 manat dəyərində qaynaq aparatım və 150 manat dəyərində laqondanı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs28 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 may 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, evin qarşısında olan pilləkənin altında və evin zirzəmisində olan hər birinin dəyəri 250 manat olmaqla cəmi 500 manat dəyərində 2 ədəd samovarı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs26 500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 may 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 174V-də yerləşən evinin qaraj qapısının asma qıfılını sındırıb qaraja qanunsuz daxil olaraq oradan 120 manat dəyərində Rusiyada istehsal edilmiş “Malyutka” markalı su nasosunu, 70 manat dəyərində Rusiyada istehsal edilmiş “Malyutka” markalı su nasosunu, 200 manat dəyərində kömürlü və 100 manat dəyərində elektrikli samovarı, hər birinin qiyməti 150 manat olmaqla ümumi dəyəri 300 manat olan çay dəstini, 120 manat dəyərində Türkiyə istehsalı olan 50 metr uzunluğunda elektrik naqilini, 140 manat dəyərində bir cüt kişi ayaqqabısını və 100 manat dəyərində sanitar avadanlığını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs21 ümumilikdə 1150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyun 2022-ci il tarixdə saat 03 radələrində X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində yerləşən yarımtikili fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, evdə olan Zərərçəkmiş şəxs12 məxsus ümumi dəyəri 500 manat olan 3 ədəd laqondanı və ümumi dəyəri 500 manat olan 2 ədəd dreli gizli olaraq talayaraq Zərərçəkmiş şəxs12 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyun 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 9 ünvanın qarşısında küçədə saxladığı “Mercedes E Class” markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alətlər panelində olan 120 manat dəyərində monitoru və avtomobilin salonunda qoyulmuş bir ədəd pul kisəsinin içərisində olan 700 manat pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs10 320 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 iyul 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs34 məxsus ünvan 10 ünvanına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq evdən 01 ədəd 700 manat dəyərində “ACER” markalı noutbuk, 2 ədəd 400 manat dəyərində qızıl üzük, 01 ədəd 145 manat dəyərində tozsoran, 255 manat dəyərində bir cüt gümüş sırğa və sepi gizli yolla talayıb, Zərərçəkmiş şəxs34 cəmi 1500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs33 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlığının sındırılması yolu ilə pəncərəni açıb içəri qanunsuz daxil olmaqla, mənzildən sonuncuya məxsus ümumilikdə 500 manat dəyərində 4 ədəd müxtəlif markalı qadın ətirlərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs33 450 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağa bağlar massivi, Sülh küçəsində yerləşən nömrəsiz evin plastik pəncərəsini özündə olan vint açanla açıb yaşayış sahəsi olan həmin evə qanunsuz daxil olaraq evin divarlarında çəkilən ümumi dəyəri 100 manat dəyərində olan 80 metr uzunluğunda elektrik naqilini, ümumi dəyəri 243 manat olan 29 ədəd su paylayıcısım gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 343 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyul 2022-ci il tarixdə saat 02:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yola paralel hissədən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə rabitə dirəyi arasında olan məsafədən ümumi dəyəri 697 manat 20 qəpik təşkil edən 120 metr uzunluqda TPP 100x2 tipli dövlət əhəmiyyətli rabitə kabelini özü ilə gətirdiyi istintaqa məlum olmayan kəsici alətlə kəsməklə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-yə 697 manat 20 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 iyul 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs25 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində nömrəsiz ünvanda yerləşən bağ evinin həyətinə qanunsuz daxil olaraq həyətdə saxlanc yeri kimi tikilmiş anbardan cəmi 600 manat dəyərində 1 ədəd su ilə işləyən sərinkeşi, hər birinin dəyəri 700 manat olmaqla ümumi dəyəri 1400 manat olan 2 ədəd “Faber” markalı aspiratoru, 250 manat dəyərində avtomobil soyuducusunu, 120 manat dəyərində “Polaris” markalı elektrik çaydanı, 75 manat dəyərində 50 metr uzunluğunda avtomatlı elektrik naqilini, hər birinin dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 2 ədəd baltanı, 5 manat dəyərində mişarı, hər birinin dəyəri 4 olan cəmin 20 manat dəyərində 4 ədəd vint açanı və 20 manat dəyərində dreli gizli olaraq talayaraq Zərərçəkmiş şəxs25 ümumilikdə 2500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyul 2022-ci il tarixdə saat 06 radələrində X1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən evin pəncərəsindən evə daxil olub evdən 400 manat pulu və həmin dövrün məzənnəsi ilə 129 manat 26 qəpik təşkil edən 4600 Rus rublunu gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 529 manat 26 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsindən qanunsuz daxil olaraq, evdən 80 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs24 780 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 iyul 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivdə yerləşən evin qonaq otağının plastik pəncərəsini özündə olan vint açanla açıb yaşayış sahəsi olan həmin evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 191 manat olan 170 metr uzunluğunda elektrik naqilini, 68 manat dəyərində 40 metr uzunluğunda elektrik uzadıcismı və ümumi dəyəri 192 manat olan elektrik avadanlıqları dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 451 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyul 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları massivi 42-ci dalanda yerləşən evin plastik pəncərəsini özündə olan vint açanla açıb yaşayış sahəsi olan həmin evə qanunsuz daxil olaraq evdən 300 manat olan elektrik şitini və 100 manat dəyərində 80 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayarıb Zərərçəkmiş şəxs17 ümumilikdə 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs31 məxsus, ünvan 14 ünvanına evin pəncərəsindən qanunsuz daxil olaraq evdən sonuncuya məxsus 01 ədəd 1500 manat dəyərində “LG” markalı televizoru gizli yolla talayıb, Zərərçəkmiş şəxs31 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyul 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs18 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, B.Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evinin plastikdən olan pəncərəsini özündə olan vint açanla açıb yaşayış sahəsi olan həmin evə qanunsuz daxil olaraq evdən 800 manat pul vəsaitini və 180 manat dəyərində 1 ədəd üzərində 8 rəqəmi yazılmış 750 əyyarlı 2 qram çəkidə qızıl qolbağını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs18 ümumilikdə 980 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyul 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs27 məxsus ünvan 15 ünvanda yerləşən yarım tikili fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evdən 600 manat dəyərində hamam üçün aksesuarları, 200 manat dəyərində 150 metr uzunluqda elektrik naqilini və 200 manat dəyərində 1 ədəd əl-üz yuyan dolabı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs27 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 16 ünvanında yerləşən mənzilin girişinin dəhlizindəki plastik dolabın qapısının kilidinin sındırmaqla şkafda olan 1 ədəd 200 manat dəyərində usta açarları dəstini, 1 ədəd 100 manat dəyərində böyük laqondanı, 1 ədəd 100 manat dəyərində usta ütü alətini, 1 ədəd 200 manat dəyərində “Bosh” markalı perforatoru və ümumi dəyəri 170 manat olan elektrik qidalanma aparatını gizli olara talayaraq Zərərçəkmiş şəxs11 770 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs32 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, YYM, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 2000 manat pulu, ümumi dəyəri 500 manat olan 1 ədəd qızıl qadın üzüyünü, 2 ədəd qızıl boyunbağı klonunu, 1 cüt qızıl sırğanı və 1 ədəd qızıl qadın üzüyünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs32 ümumilikdə 2500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 avqust 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs20 usta işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağ massivində yerləşən həyətyanı sahədə yerləşən saxlanc yeri hesab edilən yarımtikiliyə qanunsuz daxil olaraq oradan 80 manat dəyərində “Bosh” markal perferatoru, 40 manat dəyərində “Bosh” markalı dreli, 40 manat dəyərində “İntereksol” markalı dreli və 240 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs20 ümumilikdə 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2022-ci il tarixdə saat 17 radələrində ünvan 18 ünvanın həyətində park edilmiş Zərərçəkmiş şəxs13 qızma məxsus “Hyundai Elantra” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan elektrik şamı ilə sındırıb avtomobilin salonundan içərisində 800 manat pul vəsaiti olan 50 manat dəyərində çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 qızma ümumilikdə 850 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 avqust 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs7 icarəyə götürüb işlətdiyi ünvan 19 ünvanında yerləşən avtoyuma məntəqəsinin yan tərəfində yerləşən saxlanc yeri hesab edilən gözləmə otağının giriş qapısını fiziki güc tətbiq etməklə açaraq, gözləmə otağında olan kassadan sonuncuya məxsus 1000 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs7 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 avqust 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 20 ünvanda yerləşən bağ evinin pəncərəsindən evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində olan yataq otağından 1000 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs9 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 avqust 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs35 məxsus ünvan 21 ünvanında yerləşən bağ evinin hasarından daxil olmaqla bağ sahəsindən 8 litrlik dəyəri 800 manat olan qədimi samovarı gizli yolla talayıb, Zərərçəkmiş şəxs35 ümumilikdə 800 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 avqust 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 22 ünvanında yerləşən avtomobillərin təmiri sexinin palstikdən olan pəncərəsindən sexə qanunsuz daxil olaraq oradan 700 manat dəyərində 01 ədəd bolt açarını və 250 manat dəyərində 02 ədəd “Toyota Prius” markalı avtomobilə məxsus arxa “Stop” işığını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 950 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 23 ünvanında yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq evin qonaq otağından 100 manat dəyərində bir ədəd dreli, 150 manat dəyərində bir ədəd laqondanı, 200 manat dəyərində bir ədəd perferatoru, 200 manat dəyərində bir ədəd elektrik mişarını və 100 manat dəyərində küncləri çıxarmaq üçün istifadə olunan lazer aparatını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 750 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 09 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 24 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyət tərəfdən evin divarına bərkidilmiş 01 ədəd 150 manat dəyərində su qızdırıcı aparatını açaraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 qızma 150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs19 məxsus ünvan 25 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə darvazadan keçib qanunsuz daxil olaraq evin həyətindən ümumi dəyəri 2000 manat olan 6-7 metr uzunğunda 6 ədəd dəmir borunu, 4-5 metr uzunluğunda 5 ədəd dəmir dayağı, 5 metr uzunluğunda 7 ədəd dəmir künclüyü, 10 metr uzunluğunda 5 ədəd armaturu, 2,15 metr uzunluğu, 1 metr eni olan 1 ədəd dəmir qapı çərçivəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs19 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində, nömrəsiz ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin plastikdən olan pəncərəsini Özündə olan vint açanla açıb pəncərədən evə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus ümumi dəyəri 300 manat olan 4 bağlamada olan və 200 metr uzunluğunda elektrik naqillərini, o cümlədən 100 manat dəyərində dəmir sobanı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonunun ərazisində maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. 01 mart 2022-ci il tarixdə saat 02 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda nömrəsiz ünvanda yerləşən ağaclar olan torpaq sahəsinə hasardan daxil olmuş və oradan bəziləri kök üstdə olan və bəzilərinin kökləri sellofana bükülmüş vəziyyətdə olan ağacları hasardan keçirib küçə tərəfdən hasarın kənarına yığmışdır. Sonra isə oradan elektrik naqilini özündə olan kəsənlə kəsib kisələrə yığmışdır. Yola çıxıb nömrəsini və markasını bilmədyi “Ford” markalı yük avtomobilini saxladıb həmin ağacları və iki ədəd kisəini avtomobilə yükləmiş və sürücüyə Sabunçu qəsəbəsinə getməli olduğunu demişdir. Sabunçu qəsəbəsində “Rus” bazarının yanında ağacları və kisəni boşaltmışdır. Bir neçə gün ərzində ağacları bazarın ətrafında satmışdır. Elektrik naqilini isə metal alan şəxsə 20 manata satmışdır. Ağacdan satılan pullardan 250 manat qazanmışdır. Bütün pulları xərcləmişdir. Ağacları və naqili ondan alan şəxslərin onların oğurluq olmasından xəbəri olmamışdır. 24 mart 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, nömrəsiz ünvanda yerləşən evin hasarından həyətə düşmüş, sonra plastik pəncərəni vinataçanla açıb yataq otağına keçmişdir. Evdən divara bərkidilmiş “LG” markalı televizoru özündə olan böyük kisəyə qoymuş və evdən çıxmışdır. Hasardan küçəyə düşmüş və taksi sifariş verib Sabunçu qəsəbəsinə getmişdir. Rus bazarında televizoru tanımadığı bir nəfərə satmışdır. Televizoru alan oğlan televizorun oğulruq olmasını bilməmişdir. 25 mart 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Qəmbərov küçəsində yerləşən evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla pəncərədən evə daxil olub evdən 02 ədəd samovarı, soyuducunun mühərrikini, su qızdırıcısının spiralını, 06 ədəd stulu, «Ariston» markalı su qızdırıcısını, 03 ədəd sanuzel ləvazimatlarını, «İndesit» markalı qaz sobasının ləvazimatlarını oğurlayıb qapıdan küçəyə çıxartmışdır. Daha sonra maşın tutub əşyaları Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarına aparmışdır. Bir gün sonra isə tanımadığı şəxslərə 300 manata satmışdır. 28 mart 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində yerləşən “Tunar” marketin giriş qapısının qıfılını özündə olan vint açanla açıb mağazaya daxil olaraq oradan müxtəlif markalı siqaretlər və telefon danışıq kartlarını özündə olan torbaya yığmış və mağazadan çıxmışdır. Markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə həmin malları Sabunçu rayonu, Sabunçu qəsəbəsinə aparmış və səhər tezdən “Bit” bazarında bütün siqaretləri və danışıq konturlarını bir nəfər cavan oğlana 200 manata satmışdır. Həmin oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 18 aprel 2022-ci il tarixdə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində köhnə 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin plastik pəncərəsini vint açanla açıb mənzilə daxil olmuşdur. Mənzildən transvormatoru, dəmir qab-qabacağı, yorğan dəstini, əl-üz dəsmalını, su qızdırıcısını, 2 litrlik "Captain Morgan" markalı arağı, bir ədəd "Captain Morgan" markalı arağı, bir ədəd "Baylise" markalı likör içkisini, bir ədəd otaq qapısının tutacağını, "HP" markalı stolüstü kompüterin monitorunu, hamamdakı asılqanı kisələrə yığıb pəncərədən çıxardaraq binadan kənara daşımışdır ki, heç kim görməsin. Daha sonra taksi ilə əvvəl yaşadığı evə gətirmişdir. Səhər tezdən isə Sabunçu qəsəbəsinə aparıb malları tanımadığı şəxslərə satmışdır. 28 aprel 2022-ci il tarixdə saat 19 radələrində ünvan 27 ünvanında yerləşən 9 mərtəbəli bina evinin 2-ci mərtəbəsinə pilləkənlə qalxmışdır. 2-ci mərtəbənin dəhlizində məişət əşyalarının saxlandığı otağın asma qıfılını özündə olan qaz açarı ilə sındırmışdır. Otaqdan laqondanı, dreli, 3 cüt uşaq ayaqqabısını və açar dəstini özündə olan kisələrə yığıb tez binanın həyətinə düşmüşdür. Markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə həmin malları Sabunçu rayonu, Sabunçu qəsəbəsinə aparmış və bir gün sonra “Bit” bazarında bütün malları bir nəfər cavan oğlana 100 manata satmışdır. Həmin oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 17 may 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində nömrəsiz ünvanda yerləşən evin həyətində olan qarajın dəmir qapısının qıfılını qaz açarı ilə sındırıb qaraja girmişdir. Qarajdan elektrik naqilini, qaynaq aparatını və laqondanı gizli götürüb özündə olan kisələrə yığmış və sonra hasardan küçəyə çıxmışdır. Malları nömrəsni və markasını unutduğu taksi ilə Bilgəh qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Səhər açıldıqdan sonra malları Ramizə 100 manata satmışdır. Ramiz malların oğurluq olduğunu bilməmişdir. 18 may 2022-ci il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində nömrəsiz ünvanda yerləşən evin həyətinə hasardan daxil olaraq evin qarşısında olan pilləkənin altından və evin zirzəmisində olan 2 ədəd samovarı götürüb torbaya qoymuş və hasardan keçərək küçəyə düşmüşdür. Maşınla Sabunçu qəsəbəsinə getmiş və səhər tezdən “Rus” bazarında samovarları tanımadığı oğlana 100 manata satmışdır. Oğlanın samovarların oğurluq olmasından xəbəri olmamışdır. 30 may 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evin həyətinə hasardan keçmiş və evin alt hissəsində olan qaraj qapısının asma qıfılını özündə olan qaz açarı ilə sındırıb qaraja daxil olmuşdur. Qarajdan iki ədəd su nasosunu, iki ədəd samovarı, çay servisini, elektrik naqilini, bir cüt kişi ayaqqabısını və santexnik avadanlıqlarını torbalara yığıb qarajdan çıxmış, sonra isə hasardan küçəyə keçmişdir. Oğurladığı əşyaları Sabunçu qəsəbəsinə nömrəsini və markasını bilmədiyi maşınla aparmışdır. Səhər açıldıqdan sonra malları tanımadığı şəxslərə ümumilikdə 150 manata satmışdır. Həmin malları alan şəxslərin malların oğurluq olmasından xəbərləri olmamış və özünə məxsus olduğunu dediyi üçün onlar ona inanıb malları ondan almışlar. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 07 iyun 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsində yerləşən yarımtikili fərdi yaşayış evin həyətinə hasardan keçmiş, sonra plastik pəncərəni zərbə ilə açıb evə daxil olmuş və evdən 3 ədəd laqonda, 2 ədəd dreli oğurlayıb kisələrə qoyub evdən çıxmışdır. Taksi sifariş verib Sabunçu qəsəbəsinə getmiş, rus bazarında bazar açılanda tanımadığı bir nəfərə 200 manata satmışdır. Malları alan oğlanın onların oğulruq olmasını bilməmişdir. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 25 iyun 2022-ci il tarixdə saat 04 radələrində ünvan 9 ünvanın qarşısından küçən zaman “Mercedes E Class” markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz dayandığını görmüşdür. Avtomobilin qapısının açıq olduğunu görüb qapını açmış, salondan monitoru və avtomobilin salonunda qoyulmuş bir ədəd pul kisəsinin içərisindən 700 manat pulu götürüb oradan uzaqlaşmışdır. Monitoru sata bilmədiyi üçün zibilliyə atmışdır. Ancaq 700 manat pulu özü üçün xərcləmişdir. 01 iyul 2022-ci il tarixdə saat 17 radələrində ünvan 10 ünvanına pəncərədən keçərək evdən “ACER” markalı noutbuk, 2 ədəd qızıl üzük, tozsoran, gümüş sırğa və sepi oğrulamışdır. 02 iyul 2022-ci ildə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayon Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən binanın 1-ci mərtəsindəki mənzilin pəncərəsinin dəmir barmaqlığını sındırıb sonra pəncərəni açıb içəri girmişdir. Mənzildən 4 ədəd qadın ətirlərini oğurlayıb mənzildən çıxmışdır. Ətirləri sata bilmədiyi üçün zibilliyə atmışdır. 05 iyul 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivi Sülh küçəsində olan zaman nömrəsiz yeni tikilmiş evdə yaşayış olmadığını görüb hasardan evin həyətinə daxil olmuşdur. Həmin ev iki mərtəbəli idi. Evin birinci mərtəbəsində olan plastik pəncərəni özündə olan vint açanla açıb evə daxil olmuşdur. Evin divarlarına çəkilmiş təxminən 80 metr uzunluğunda elektrik naqilini kəsərək hissələrə bölmüş, kəsilmiş naqilləri özü ilə gətirdiyi torbalara yığmışdır. Sonra evdən 29 ədəd su paylayıcısını götürüb torbaya yığmışdır. Oğurluq etdikdən sonra evin hasarından torbaları küçəyə atmış və özü də hasardan çıxıb küçəyə düşmüşdür. Markası və nömrəsini bilmədiyi avtomobili saxladıb torbaları həmin avtomobillə Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən metal-alqı satqı məntəsinə gəlmiş və avtomobildən torbaları boşaltmışdır. Avtomobilin sürücüsünün oğurluğu onun etməyindən və torbalarda oğurluq malların olmasından xəbəri olmamışdır. Gecə vaxtı olduğundan məntəqə işləməmiş və səhərə kimi oralarda gəzişib məntəqinin açılmasını gözləmişdir. Məntəqəni işlədən oğlan gəldikdən sonra elektrik naqillərini və su paylayıcılarını məntəqədə işləyən Yusif adlı oğlana 100 manata satmışdır. Yusif adlı məntəqədə işləyən oğlanın malların oğurluq olmasından xəbəri olmamış və onu inandırmaq üçün şəxsiyyət vəsiqəsinin surətini Yusifə vermişdir. Daha sonra mənətəqdən çıxıb getmiş, 100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 07 iyul 2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yola paralel hissədə dirəkdən telefon kabellərini kəsici alətlə kəsib hissələrə bölərək kisələrə yığmışdır. Daha sonra markasını və nömrəsini xatırlamadığı avtomobillə Bilgəh qəsəbəsində metal qəbulu məntəqəsinə aparmış və məntəqə açılana kimi gözləmişdir. Avtomobilin sürücüsü isə çıxıb getmişdir. Səhər saatlarında məntəqə açılmış və məntəqəni işlədən Ramiz adlı şəxsə kabelləri satıb 50 manat pul almışdır. Ramizin kabellərin oğurluq olmasından xəbəri olmamışdır. 12 iyul 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində nömrəsiz ünvanda yerləşən bağ evinin həyətinə hasardan keçib su ilə işləyən sərinkeşi, 2 ədəd “Faber” markalı aspiratoru, elektrik çaydanı, avtomobil soyuducusunu, elektrik naqili və digər müxtəlif məişət əşyalarını özü ilə gətirdiyi kisələrə yığmış və taksi sifariş verib taksi ilə malları Sabunçu bazarına gətirmişdir. Həmin malları gündüz saatlarında “Rus” bazarı kimi tanınan bazarda müxtəlif şəxslərə satıb 600 manat pul əldə etmişdir. Malların oğurluq olmasından heç kimin xəbəri olmamışdır. Satışdan gələn pulları xərcləmişdir. 14 iyul 2022-ci ildə səhər saat 06:00-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən hasardan evin həyətinə keçmişdir. Yataq otağının pəncərəsini özündə olan vint açanla açıb evə daxil olmuşdur. Evin yataq otağındakı qabın içindən 400 manat pulu və 4600 Rus rublunu götürüb evdən çıxmışdır. Oğurladığı pulu xərcləmişdir. 17 iyul 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində nömrəsiz ünvanda yerləşən bir mərtəbəli həyət evində heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşıb həyətə düşmüşdür. Evin plastik pəncərəsini özündə olan vint açanla açıb evə daxil olmuşdur. Yataq otağından 80 manat pul və qızıl-zinət əşyalarını oğurlayıb evdən çıxmışdır. Həmin günü günorta saatlarında “Moskva” univermağında tanımadığı şəxsə 200 manata satmışdır. Qızılları alan oğlanın onların oğurluq olmasından xəbəri olmamışdır. 18 iyul 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivində olan zaman nömrəsiz yeni tikilmiş evdə yaşayış olmadığını görüb hasardan evin həyətinə daxil olmuşdur. Həmin ev iki mərtəbəli idi. Evin birinci mərtəbəsində olan plastik pəncərəni özündə olan vint açanla açıb evə daxil olmuşdur. Evdən elektrik naqilini kəsərək hissələrə bölmüş, kəsilmiş naqilləri özü ilə gətirdiyi torbalara yığmışdır. Sonra evdən elektrik uzadıcısını və elektrik avadanlıqları dəstini götürüb torbaya yığmışdır. Oğurluq etdikdən sonra evin hasarından torbaları küçəyə atmış və özü də hasardan çıxıb küçəyə düşmüşdür. Markası və nömrəsini bilmədiyi avtomobili saxladıb torbaları həmin avtomobillə Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən metal-alqı satqı məntəqəsinə gəlmiş və avtomobildən torbaları boşaltmışdır. Avtomobilin sürücüsünün oğurluq etməyindən və torbalarda oğurluq malların olmasından xəbəri olmamışdır. Gecə vaxtı olduğundan məntəqə işləməmişdir və səhərə kimi oralarda gəzişib məntəqənin açılmasını gözləmişdir. Məntəqəni işlədən oğlan gəldikdən sonra elektrik naqilini, elektrik uzadıcısını və elektrik avadanlıqları dəstini məntəqədə işləyən Yusif adlı oğlana 50 manata satmışdır. Yusif adlı məntəqədə işləyən oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır və onu inandırmaq üçün şəxsiyyət vəsiqəsinin surətini Yusifə vermişdir. Şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə öz xətti ilə qeyd etmişdir ki, “Mənə məxsus olan elektrik naqillərini, elektrik uzadıcısını və elektrik avadanlıqları dəstini satdım” və həmin vərəqəyə imza etmişdir. Daha sonra mənətəqdən çıxıb getmiş, 50 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 19 iyul 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında olan zaman nömrəsiz yeni tikilmiş evdə yaşayış olmadığını görüb hasardan evin həyətinə daxil olmuşdur. Həmin ev iki mərtəbəli idi. Evin birinci mərtəbəsində olan plastik pəncərəni özündə olan vint açanla açıb evə daxil olmuşdur. Evdən elektrik şitini və bir neçə metr uzunlunğunda elektrik naqilini kəsərək hissələrə bölmüş, kəsilmiş naqilləri və elektrik şitini özü ilə gətirdiyi torbalara yığmışdır. Oğurluq etdikdən sonra evin hasarından torbaları küçəyə atmış və özü də hasardan çıxıb küçəyə düşmüşdür. Markası və nömrəsini bilmədiyi avtomobili saxladıb torbaları həmin avtomobillə Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən metal alqı-satqı məntəqəsinə gəlmiş və avtomobildən torbaları boşaltmışdır. Avtomobilin sürücüsünün oğurluq etməyindən və torbalarda oğurluq malların olmasından xəbəri olmamışdır. Gecə vaxtı olduğundan məntəqə işləməmiş və səhərə kimi oralarda gəzişib məntəqənin açılmasını gözləmişdir. Məntəqəni işlədən oğlan gəldikdən sonra elektrik naqilini və elektrik şitini məntəqədə işləyən Yusif adlı oğlana 90 manata satmışdır. Yusif adlı məntəqədə işləyən oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır və onu inandırmaq üçün şəxsiyyət vəsiqəsinin surətini Yusifə vermişdir. Şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə öz xətti ilə qeyd etmişdir ki, “Mənə məxsus olan elektrik naqillərini və elektrik şitini satdım” və həmin vərəqəyə imza etmişdir. Daha sonra mənətəqdən çıxıb getmiş, 90 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 19 iyul 2022ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində gəzərkən evdə heç kimin olmadığına əmin olub hasardan həyətə düşmüşdür. Evin plastik pəncərəsini əli ilə vurub açıb evə daxil olmuşdur. Evdən “LG” markalı televizoru divardan söküb aparmışdır. Həmin televizoru Sabunçu qəsəbəsində “Rus” bazarı deyilən yerdə tanımadğı şəxsə 200 manata satmışdır. 26 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, B.Səfəroğlu küçəsində yerləşən fərdi yaşayış evində heç kimin olmadığını dəqiqləşdirdikdən sonra evin hasarından həyətə keçmişdir. Həmin ev bir mərtəbəli idi. Evin plastikdən olan pəncərəsini özündə olan vint açanla açıb evə daxil olmuşdur. Yataq otağında olan şkafın siyirtməsindən 800 manat pulu və üzərində 8 rəqəmi yazılmış qolbağını götürüb evdən çıxmış, hasardan küçəyə düşmüşdür. Evə daxil olan zaman və evdən çıxarkən onu heç kim görməmişdir. Həmin qızıl qolbağını Sabunçu qəsəbəsində bazarda tanımadığı bir nəfər cavan oğlana 50 manata satmışdır. Qolbağı ondan alan oğlanın qolbağın oğurluq olmasından xəbəri olmamışdır və oğlana özünə məxsus olduğunu demişdir. 850 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir.27 iyul 2022-ci il tarixdə saat 05 radələrində ünvan 29 ünvanda yerləşən yarım tikili evin həyətinə hasardan keçib evdən hamam aksesuarlarını, elektrik naqilini və əl-üz yuyan dolabı oğurlayıb hasardan küçəyə çıxmışdır. Elektrik naqilini kəsib torbalara yığmışdır. Maşınla Sabunçu qəsəbəsinə getmiş və səhər tezdən “Rus” bazarında malları tanımadığı oğlana 200 manata satmışdır. Oğlanın ondan almış olduğu malların oğurluq olmasından xəbəri olmamışdır. 29 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində iki mərtəbəli evdə heç kəsin olmadığını dəqiqləşdirib hasardan evin həyətinə daxil olmuşdur. Sonra həyətdə olan taxta nərdivanı götürüb hasara yaxın olan evin ikinci mərtəbəsinə nərdivanla qalxmış, plastikdən olan pəncərəni vint açanla açıb evə keçmişdir. Evi axtarmış və yataq otağından paltar dolabında olan mücrünün içərisindən 2000 manat pulu və 1 ədəd qadın qızıl üzüyünü, 2 ədəd qızıl boyunbağını, klonu, 1 cüt qızıl sırğanı və 1 ədəd qadın qızıl üzüyünü götürüb evdən çıxmışdır. Qızıl əşyaları həmin günü “Moskva” univermağının yaxınlığında bir nəfər cavan oğlana 200 manata satmışdır. Həmin oğlanın qızılların oğurluq olmasından xəbəri olmamışdır. 2000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. 01 avqust 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağ massivində yerləşən həyətyanı sahədə yerləşən yarımtikiliyə daxil olaraq oradan “Bosh” markal pereferatoru, “Bosh” markalı dreli, “İntereksol” markalı dreli və elektrik naqilini oğurlayıb özündə olan kisələrə yığıb hasardan keçərək həyətdən çıxmışdır. Markasını və nömrəsini xatırlamadığı maşınla Zabrat qəsəbəsi, Xavət Vəliyev küçəsində yerləşən metal qəbulu məntəqəsinə gəldimişdir. Həmin həyətə hasardan daxil olmuşdur və yeni tikili olduğundan otağın qapısı yox idi. Həmin elektrik naqilini Zabrat qəsəbəsi, Xavət Vəliyev küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Yusif adlı oğlana səhər tezdən məntəqə açıldıqdan sonra şəxsiyyət vəsiqəsi ilə satmış və naqilin özünə məxsus olduğunu şəxsiyyət vəsiqəsinin surətində yazıb imzası ilə təsdiq etmişdir. Yusifin naqilin oğurluq olmasından xəbəri olmamışdır. Naqilə görə Yusif ona 10 manat vermişdir. “Bosh” markal pereferatoru, “Bosh” markalı dreli, “İntereksol” markalı dreli isə həmin günü Sabunçu qəsəbəsində tanımadığı oğlana 100 manata satdmışdır. Malları ondan alan oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır. 09 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində dayanmış “Hyundai Elantra” markalı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan elektrik şamı ilə sındırıb avtomobilin salonundan içərisində 800 manat pul vəsaiti, Zərərçəkmiş şəxs13 adlı qadına məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan çantanı oğurlamışdır. Yaxınlıqda olan binaların həyətində çantadan 800 manatı götürsə də şəxsiyyət vəsiqəsini və digər sənədləri çantada saxlayıb kənara qoymuşduir ki, birdən kimsə tapıb sənədləri sahibinə qaytarar. Onun sənədləri oğurlamaq niyyəti olmayıb. 13 avqust 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən avtoyuma məntəqəsinin yan tərəfində yerləşən otağın giriş qapısını əli ilə güc edib açaraq içəri keçmişdir. Otaqda olan kassadan 1000 manat pulu götürüb oradan çıxmışdır. Oğurladığı 1000 manat pulu xərcləmişdir. 18 avqust 2022-ci il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən bağ evinin plastik pəncərəsini vint açanla açıb pəncərədən evə girib evi axtarmağa başlamışdır. Evin ikinci mərtəbəsində olan yataq otağından 1000 manat tapıb evdən çıxdmışdır. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 21 avqust 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsində yerləşən binanın arxa tərəfindəki bağ evinin hasarından içəri keçmişdir. Bağdan samovarı götürüb oradan çıxmışdır. Oğurladığı samovarı həmin günü Sabunçu qəsəbəsində “Rus” bazarı deyilən bazarda 250 manata satmışdır. 27 avqust 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən avtomobillərin təmiri sexinin palstikdən olan pəncərəsini özündə olan vint açanla açıb sexə keçmiş, sexdən 01 ədəd bolt açarı və 02 ədəd “Toyota Prius” markalı avtomobilə məxsus arxa “Stop” işıqları özündə olan kisəyə yığmış və sonra sexin pəncərəsindən çıxmışdır. Bir qədər Bakıxanov qəsəbəsində parkda oturub gecələmiş və səhər açıldıqdan sonra Babək prospektində yerləşən maşın bazarına getmiş və 01 ədəd bolt açarı və 02 ədəd “Toyota Prius” markalı avtomobilə məxsus arxa “Stop” işıqları tanımadığı cavan oğlana 200 manat satmışdır. Oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində iki mərtəbəli evdə yaşayış olmadığını dəqiqləşdirib hasardan evin həyətinə daxil olmuşdur. Sonra plastikdən olan pəncərəsini vint açanla açıb evə keçmişdir. Evdən dreli, laqondanı, perferatoru, elektrik mişarını və lazer aparatını özündə olan torbalara yığıb hasardan küçəyə keçirmiş, markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə həmin malları Sabunçu rayonu, Sabunçu qəsəbəsinə aparmış və səhər saatlarında “Bit” bazarında bütün malları bir nəfər cavan oğlana 200 manata satmışdır. Həmin oğlanın malların oğurluq olmasından xəbəri olmamışdır. 09 noyabr 2022-cü il tarixdə saat 02 radələrində ünvan 24 ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığını görüb evin hasarından həyətə keçmiş və evin həyət tərəfə baxan hissəsində olan divardan su qızdırıcısını özündə olan kəlbətinlə açıb hasardan küçəyə çıxartmışdır. Markası və nömrəsini bilmədiyi avtomobili saxladıb su qızdırıcısını Sabunçu qəsəbəsinə gətirmişdir. Səhər tezdən su qızdırıcısını Sabunçu qəsəbəsində hamının “Bit” bazarı kimi tanıdığı bazarda tanımadığı 25-30 yaşında olan cavan oğlana 50 manata satmışdır. Həmin oğlanın su qızdırıcısının oğurluq olmasından xəbəri olmamışdır. 50 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 29 noyabr 2022-ci ildə günorta saatlarında oğurluq etmək üçün ünvan 25 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə darvazadan baxan zaman həmin evdə yaşayış olmadığını, evin həyətində hasara yaxın bir yerdə qırmızı rəngli su çənin yanında yerdə 6 ədəd dəmir borunun, 5 ədəd dəmir dayağın, 7 ədəd dəmir künclüyün, 5 ədəd armaturun, dəmir qapı çərçivəsinin olduğunu görüb həmin malları oğurlamaq qərarına gəlmişdir, lakin gündüz vaxtı olduğundan düşünmüşdür ki, oğurluğu gecə saatlarında edər. Həmin günü Sabunçu qəsəbəsinə gəlmiş və çayxanalardan birində bir nəfər oğlan söhbət edən zaman eşitmişdir ki, ona boru, armatur, künclük və dayaq lazımdır. Həmin oğlan çayxanadan çıxdıqdan sonra ona yaxınlaşmış və ona onda dəmir borunun, dəmir dayağın, dəmir künclüyün, armaturun, dəmir qapı çərçivəsinin olduğunu və lazım olmadığı üçün satmaq istədiyini demişdir. Oğlan ona mallara baxdıqdan sonra ondan alacağını demişdir. Həmin günü oğlanla ünvan 25 ünvanda yerləşən həmin evə gəlmiş və oğlan mallara baxıb alacağını, gecə yük maşını gətizdirib aparacağını ona demişdir. Oğlanla 30 noyabr 2022-ci ildə saat 12 radələrində həmin ünvanda görüşmüşdür. Oğlan nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobillə gəlmişdir. Oğlanla birlikdə köməkləşib 6 ədəd dəmir borunu, 5 ədəd dəmir dayağı, 7 ədəd dəmir künclüyü, 5 ədəd armaturu, dəmir qapı çərçivəsini darvazadan çıxarıb yük maşınına yükləmişlər. Darvazanı onun özü əvvəl gəldiyi üçün həyətə hasardan düşüb açmışdır. Oğlanın həmin malların oğurluq olmasından xəbəri olmamışdır və özünə məxsus olduğunu dediyi üçün oğlan ona inanıb malları ondan 500 manat ödəyib almışdır. 08 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində, nömrəsiz ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin plastikdən olan pəncərəsini vint açanla açıb evə keçmiş, evdən 4 bağlamada və başqa elektrik naqillərini kəsənlə kəsib kisələrə yığmışdır. Daha sonra dəmir sobanı evdən çıxartmışdır. Bütün malları hasardan küçəyə keçirmiş, markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə həmin malları Sabunçu rayonu, Bilgəh qəsbəsi, 28 Aprel küçəsində yerləşən metal qəbulu məntəqəsinə gətirmişdir. Gecə olduğundan hələ məntəqə açılmamışdır. Avtomobildən yükləri boşaldıb məntəqədə işləyən Ramizi gözləmişdir. Səhər saatlarında məntəqə açılmış və o, şəxsiyyət vəsiqəsi ilə həmin malları Ramizə 100 manata satmışdır. Ramizin malların oğurluq olmasından xəbəri olmamışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Abşeron rayonuna aid bağ torpaq sahəsində ev tikdirməyə başlamışdır. Həmin evdə təmir işləri aparıldığından evə gedib gəlmişdir. 13 iyul 2022-ci il tarixdə bağ evində olan zaman oğurluq edilməmişdir. 20 iyul 2022-ci il tarixdə saat 17-də evdə təmir işlərinə nəzarət etmək üçün həmin evə getmişdir. Evə baxan zaman evin qonaq otağının plastikdən olan pəncərəsinin açıq olduğunu görmüş və evə baxdıqda naməlum şəxs tərəfindən evdən 170 metr uzunluğunda ümumi dəyəri 191 manat təşkil edən elektrik naqillərinin, 40 metr uzunluğunda ümumi dəyəri 68 manat təşkil edən elektrik uzadıcısının, ümumi dəyəri 192 manat təşkil edən elektrik avadanlıqları dəstinin oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 451 manat dəyərində maddi ziyan ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlan, 42-ci dalanda yerləşən bağ evi ona məxsusdur və həmin evdə təmir işləri aparıldığından evə gedib gəlmişdir. 19 iyul 2022-ci il tarixdə saat 12 radələrində bağ evində aparılan təmir işlərinə nəzarət etmək üçün həmin evə getmişdir. Evə baxan zaman naməlum şəxs tərəfindən evdən 300 manat təşkil edən elektrik şitinin və 100 manat dəyərində 80 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİnin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 30 ünvanında yerləşən evini 2022-ci ilin may ayından kirayə vermiş, onun özü isə qonşuluqda yaşayan xalasının evində müvəqqəti yaşamışdır. Ona məxsus olan evə onun özü daimi nəzarət etmişdir. Onun evində yaşayan kirayəçilər 30 oktyabr 2022-ci ildə evdən çıxan zaman onlardan evini əşayaları ilə birlikdə təhvil almışdır. 05 noyabr 2022-ci il tarixdə evinə gələn zaman su qızdırıcısı yerində olmuşdur. 09 noyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində evin həyətinə daxil olanda evin divarına bərkidilmiş su qızdırıcısının naməlum şəxs tərəfindən evdən oğurlandığını aşkar etmişdir. Həmin su qızdırıcısının qiyməti 150 manat olmuşdur. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 150 manat dəyərində maddi ziyan ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, 26 iyul 2022-ci il tarixdə şəxsi işləri ilə bağlı evdə olmasa da onun həyat yoldaşı və azyaşlı qızı evdə olmuşdur. Həmin günü saat 11:30-da həyat yoldaşı Fərqiyə ona zəng edərək azyaşlı qızı Zeynəbi poliklinikaya gedəcəklərini dedikdə etiraz etməyərək getmələrini demişdir. Təxminən saat 13:43-də həyat yoldaşı ona zəng edərək evdən oğurluq olması xəbərini verdikdə o, həyat yoldaşına evə girməməsini deyib özü dərhal evə gəlmişdir. Yolda olan zaman polisə bu barədə məlumat vermişdir. Evə gəldikdən sonra evin plastik pəncərəsinin açıq olduğunu və evə daxil olduqda evin dağınıq olduğunu görmüşdür. Həmin şəxs yataq otağındakı dolabın siyirtməsindən 800 manat nağd pulu və 180 manat dəyərində 01 ədəd 750 əyyarlı üzərində 8 yazısı olan 2 qramlıq qızıl boyunbağını oğurlamışdır. Oğurluq nəticəsində ona 980 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, usta fəaliyyəti ilə məşğuldur. Sabunçu rayonu, Ləhic bağlarında işlədiyindən özünə məxsus təmir alətlərini bağda saxlamışdır. Hər gün saat 07:30-da işləmək üçün bağa gəlmiş və işini bitirdikdən sonra saat 19 radələrində çıxıb evə getmişdir. 01 avqust 2022-ci il tarixdə usta kimi işlədiyi Sabunçu rayonu, Ləhic bağlan, nömrəsiz evə gəlmiş və həyətə girəndən sonra həyətdə yeni tikilinin içərisində saxladığı 80 manat dəyərində “Bosh” markal perferatorun, 40 manat dəyərində “Bosh” markalı drelin, 40 manat dəyərində “İntereksol” markalı drelin və 240 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 400 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 31 ünvanında ona məxsus 05 avtomobil təmiri sexi vardır. 27 avqust 2022-ci il tarixdə saat 10:30 radələrində sexə gəlmiş və 3-cü sexin pəncərəsinin açıq olduğunu görmüşdür. Sexə baxan zaman 3-cü sexdə 700 manat dəyərində 01 ədəd bolt açarın və 02 ədəd 250 manat dəyərində “Toyota Prius” markalı avtomobilə məxsus arxa “Stop” işığın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 950 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərdi ki, 2015-ci ildən Abşeron rayonu İcra Hakimiyyətinin tabelyində olan Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivində ev alıb tikdirmiş və 2016-cı ildən həmin evdə həyat yoldaşı X5 ilə birlikdə yaşayır. 29 iyul 2022-ci ildə saat 11 radələrində Mahnurla birlikdə evdən çıxıb qonşuluqda yaşamış mərhum Qəşəmin yas mərasiminə getmişdir. Evin pəncərələri və qapıları bağlı olmuşdur. Həmin günü saat 13:40 radələrində evə qayıdan zaman evin həyətinin qapısının və evin qonaq otağının plastikdən olan pəncərəsinin açıq olduğunu görmüşdür. Evin həyətində olan nərdivanın pəncərəyə tərəf qoyulduğunu görmüşdür. Evə daxil olan zaman evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görüb evi yoxlamağa başlamış, evə baxan zaman yataq otağında paltar dolabında olan mücrünün içərisindən 2000 manat pulun və ümumi dəyəri 500 manat olan 585 əyarlı 1 ədəd qadın qızıl üzüyünün, 2 ədəd qızıl boyunbağının klonun, 1 cüt qızıl sırğanın və 1 ədəd qadın qızıl üzüyünün oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ünvan 32 ünvanda yerləşən “Tunar” marketi icrarə əsasında işlədir. Hər gün saat 07-də marketi açır, axşam saat 02-də isə marketi bağlayıb evə gedir. 28 mart 2022-ci ildə saat 02 radələrində marketin qapısını bağlayıb evə getmiş, 28 mart 2022-ci ildə səhər saatlarında marketə gəlmiş və plastik qapının açıq olduğunu görmüşdür. Marketə baxan zaman 1000 m dəyərində siqaretlərin və 36 manat dəyərində danışıq konturlarının oğurlandığını aşkar etmişdir. Belə ki, marketdən bir qutunun dəyəri 4 manat olan cəmi 400 manat dəyərində 100 qutu “Sobranie” markalı, bir qutunun dəyəri 3 manat 10 qəpik olan cəmi 155 manat dəyərində 50 qutu “Winston” markalı, bir qutunun dəyəri 3 manat 20 qəpik olan cəmi 320 manat dəyərində 100 qutu “Kent 4” markalı, bir qutunun dəyəri 1 manat 20 qəpik olan cəmi 60 manat dəyərində 50 qutu “Maqna” markalı və bir qutunun dəyəri 1 manat 30 qəpik olan cəmi 65 manat dəyərində 50 qutu “Prima” markalı siqaretləri, o cümlədən “Azercell” mobil operatoruna aid hər birinin dəyəri 1 manat olan cəmi 12 manat dəyərində 12 ədəd, “Azerfon” mobil operatoruna aid hər birinin dəyəri 1 manat olan cəmi 12 manat dəyərində 12 ədəd və “Bakcell” mobil operatoruna aid hər birinin dəyəri 1 manat olan cəmi 12 manat dəyərində 12 ədəd danışıq kartları oğurlanmışdır. Oğurluq nəticəsində ona 1036 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, təxminən dörd ilə yaxındır ki, ünvan 33 ünvanında yerləşən “Carona” avtoyuma məntəqəsini işlədir. 12 avqust 2022-ci il də saat 23-də məntəqəni bağlayıb evə getmiş və 13 avqust 2022-ci ildə saat 08:30-da məntəqəyə gələndə avtoyuma məntəqəsinin gözləmə otağının plastik qapısının sıxılaraq açıldığını görmüşdür. Otağa baxan zaman 1000 manat pulun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 ifadəsində göstərdi ki, ünvan 34 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Onun özü 2-ci qrup əlildir. Yaşadığı binanın arxasında istirahət etmək üçün bağ düzəltdirmiş və dəmir qapı qoydurmuşdur. Mütəmadi olaraq həmin bağ evində ailəsi ilə birlikdə vaxt keçirir. 20 avqust 2022-ci ildə saat təxminən 17:00-dan 20:00-dək olan müddət ərzində bağda samovar dəmləyib çay içmişlər. Daha sonra samovarı bağın bir kənarına qoyub ailə üzvləri ilə evə getmişlər. 21 avqust 2022-ci il tarixdə saat təxminən 06:00 radələrində yuxudan durub bağda təmizlik işləri aparmaq istəyərkən ona məxsus olan 8 litrlik dəyəri 800 manat olan qədimi samovarın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə zamanı ona 800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2013-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsində ailəsi ilə birlikdə yaşayır. Evi bir mərtəbəli həyət evi olmaqla 3 otaqdan ibarətdir. Hər gün səhər saat 05 radələrində evdən çıxıb işə gedir və 18:00-da işdən çıxıb evə qayıdır. 14 iyul 2022-ci ildə səhər saat 05:00-da yaşadığı evdən çıxıb işə getmiş və həmin günü həmişə olduğu kimi 18:00-da evinə qayıtmışdır. Evin giriş qapısını açıb evə girəndə evin dağınıq olduğunu və yataq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Yataq otağında pulları saxladığı dəmir qaba baxanda qabın içindən 400 manat pulun və həmin dövrün məzənnəsi ilə 129 manat 26 qəpik təşkil edən 4600 Rus rublunun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 529 manat 26 qəpik manat maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərdi ki, evi bir mərtəbəli həyət evi olmaqla 3 otaqdan ibarətdir. 16 iyul 2022-ci ildə axşam saat 20 radələrində valideynləri ilə birlikdə Maştağa qəsəbəsində yaşayan qohumunun evinə getmişdir. 17 iyul 2022-ci ildə saat 00:05 radələrində evə gəlmiş və evin yataq otağının plastikdən olan pəncərəsinin açıq olduğunu görmüşdür. Yataq otağında 80 manat pulun və 700 manat dəyərində qızıl zinyət əşyalarının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 780 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərdi ki, təxminən 5 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsin, Albalılıq yaşayş massivində 12,8 sot olan torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin hər tərəfi 2 metr 20 sm hündürlüyündə olan daş hasardan və bir ədəd 3x4 ölçüdə dəmir qapıdan ibarətdir. Həmin həyətdə saxlanc yeri olan anbar tikdirmişdir. Həmin saxlanc yerinin plastik qapısı və pəncərəsi vardır. Saxlanc yerinə yaşadığı evdə lazım olmayan əşyaları və təmir alətlərini yığmışdır ki, gələcəkdə ev tikdirdikdə istifadə edə bilsin. Eyni zamanda həyətdə müxtəlif növ ağaclar əkdirmişdir. Onun atası hərdən bir bağı evində olan ağacla su vermək üçün gedib gəlmişdir. Sonuncu dəfə atası 10 iyul 2022-ci ildə bağ evində olmuşdur. Onun özü isə həmin vaxt ölkə xaricində olmuşdur. 14 iyul 2022ci ildə yaşadığı evə gəldikdə atası bağlı evində oğurluq olduğunu ona demişdir. Bundan sonra özü bağa getmiş və anbar kimi istifadə olunan saxlanc yerindən 600 manat dəyərində 1 ədəd su ilə işləyən sərinkeşin, hər birinin dəyəri 700 manat olmaqla ümumi dəyəri 1400 manat olan 2 ədəd “Faber” markalı aspiratorun, 250 manat dəyərində avtomobil soyuducusunun, 120 manat dəyərində “Polaris” markalı elektrik çaydanının, 75 manat dəyərində 50 metr uzunluğunda avtomatlı elektrik naqilinin, hər birinin dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 2 ədəd baltanın, 5 manat dəyərində mişarın, hər birinin dəyəri 4 olan cəmin 20 manat dəyərində 4 ədəd vint açanın və 20 manat dəyərində drelin oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 2500 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, ünvan 35 ünvanında bağ evi vardır. Bağ evində əsasən yay aylarında qalırlar. Buna baxmayaraq ara-sıra bağ evinə gedib nəzarət edir. 18 avqust 2022-ci il tarixdə saat 13 radələrində bağ evinə gedib nəzarət edərkən 2-ci mərtəbədə yerləşən yataq otağından 1000 manat pulunun yerində olmadığını görmüş və evdən oğurluq olduğunu başa düşmüşdür. Evdə otaqlardan birinin qapısının kilidi nasaz vəziyyətə salınmış, pəncərə isə açıq vəziyyətdə olmuşdur. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməyib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərdi ki, 2014-cü ildən yaşadığı ünvanın yaxınlığında oğlu üçün ev tikirdirmişdir. 25 iyul 2022-ci ildə evin təmiri üçün əşyalar alıb həyətə yığmışdır. 27 iyul 2022-ci ildə saat 12 radələrində həmin ev üçün bəzi əşyalar almaqdan ötrü Dərnəgül qəsəbəsinə getmişdir. Həmin gün saat 17 radələrində tikdirdiyi həmin evə gəlmiş və evin həyət qapısının arxadan bağlı olduğunu görmüşdür. Hasardan həyətə daxil olub həyətin qapısını açmışdır. Həyətdən 600 manat dəyərində hamam üçün aksesuarların, 200 manat dəyərində 150 metr uzunluqda elektrik naqilinin və 200 manat dəyərində 1 ədəd əl-üz yuyan dolabın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərdi ki, ünvan 36 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mənzili 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. 08 iyul 2022-ci ildə günorta saatlarında Qurban bayramı münasibətilə yaşadığı mənzildən çıxıb ailə üzvləri ilə Şamaxı rayonuna getmişlər. 14 iyul 2022-ci ildə axşam saatlarında evə gəlmişlər. Mənzilin qapısını açıb evə daxil olanda qonaq və yataq otaqlarının dağınıq olduğunu, yataq otağının plastikdən olan pəncərəsinin dəmir barmaqlığının əyildiyini və pəncərinin açıq olduğunu görmüşdür. Mənzildən 04 ədəd müxtəlif markalı qadın ətirlərinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir, məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. 01 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvandan çıxıb anasının yaşadığı evə getmişdir. Həmin günü saat 21 radələrində yaşadığı evə gəlmiş, qapını açmaq istədikdə qapı açılmamışdır. Daha sonra mənzilin pəncərəsindən içəri daxil olmuş və evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Evdən 01 ədəd 700 manat dəyərində “ACER” markalı noutbuk, 2 ədəd 400 manat dəyərində qızıl üzük, 01 ədəd 145 manat dəyərində tozsoran, 255 manat dəyərində bir cüt gümüş sırğa və sep oğurlanmışdır. Oğurluq nəticəsində ona 2300 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda nömrəsiz ünvanda baş vermiş oğurluq əməli nəticəsində Zərərçəkmiş şəxs8 791 manat maddi ziyan və 2000 manat mənəvi ziyan dəymişdir, bununla bağlı mülki iddia verilmişdir, vermiş olduğu mülki iddianın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi işləyir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi 2 ədəd -TPP 100x2 tipli, cəmi 120 metr uzunluğunda asma rabitə kabelləri kəsici MMC tərəfindən verilmiş etibarnamə əsasında MMC-nin nümayəndəsi qismində müvəkkil edilmişdir. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən yola paralel hissədən 07 iyul 2022-ci il tarixdə saat 10:15 radələrindən naməlum şəxs (şəxslər) tərəfindən Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən alətlə kəsilərək oğurlanmışdır. Bununla da dövlət təsərrüfatına 697 manat 20 qəpik maddi ziyan dəymişdir.Həmin xətlərin bərpası üçün xərc çəkmişlər, ümumilikdə onlara dəymiş ziyan olaraq 1111.08 manat pulun tutularaq “Bakı Telefon Rabitəsi “ MMC-nin hesabına ödənilməsi barədə qərra qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Pirşağa bağlar massivi, Sahil küçəsində yerləşən bağ evi ona məxsusdur və həmin evdə təmir işləri aparıldığından evə gedib gəlmişdir. 03 iyul 2022-ci il tarixdə saat 16:45 radələrində bağ evində olan zaman oğurluq edilməmişdir. 11 iyul 2022-ci il tarixdə saat 10 radələrində bağ evində aparılan təmir işlərinə nəzarət etmək üçün həmin evə getmişdir. Evə baxan zaman evin plastikdən olan pəncərəsinin açıq olduğunu görmüş və naməlum şəxs tərəfindən evdən 80 metr uzunluğunda ümumi dəyəri 100 manat təşkil edən elektrik naqillərinin, 29 ədəd ümumi dəyəri 243 manat təşkil edən su paylayıcılarının oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİnin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 343 manat dəyərində maddi ziyan ziyan dəymişdir(cild 1, i.v.35-36); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, atasından ona vərəsə kimi keçən Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yerləşən nömrəsi bağ evi vardır. Həmin bağ evində yaşamasalar da mütəmadi olara bağ evinə istirahət etməyə gedib gəlirlər. Bir ay bundan əvvəl bağ evində olan zaman oğurluq olmamışdır. Təxminən 6-7 ay bundan qabaq giriş darvaza qapısı və su çəni üçün dayaq düzəltdirmək məqsədilə 2000 manata aldığı dəmirləri həyətində olan su çəninin arxasına yığıb orada saxlamışdır. 12 dekabr 2022-ci il tarixdə saat 08 radələrində bağ evinə gələn zaman həyətin darvazasının açıq olduğunu görüb içəri daxil olmuşdur. Bağ evinin həyətindən ümumi dəyəri 2000 manat olan 6-7 metr uzunğunda 6 ədəd dəmir boru, 4-5 metr uzunluğunda 5 ədəd dəmir dayaq, 5 metr uzunluğunda 7 ədəd dəmir künclük, 10 metr uzunluğunda 5 ədəd armatur, 2,15 metr uzunluğü, 1 metr eni olan 1 ədəd dəmir qapı çərçivəsi oğurlanmışdır. Oğurluq nəticəsində ona 2000 manat dəyərində maddi ziyan ziyan dəymişdir(cild 2, i.v.173-174); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 30 may 2022-ci il tarixdə saat 06:20 radələrində ünvan 37 ünvana gəlmişdir. Evin 1-ci mərtəbəsində yerləşən dəmir qapının asma qıfılının sındırıldığını görmüşdür. Qaraja baxan zaman oradan bir ədədinin qiyməti 120 manat və digərinin qiyməti 70 manat olan Rusiyada istehsal edilmiş 2 ədəd “Malyutka” markalı su nasosunun, 200 manat dəyərində kömürlü və 100 manat dəyərində elektrikli samovarın, hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 300 manat olan çay dəstinin, 50 metr uzunluğunda olan 120 manat dəyərində Türkiyə istehsalı olan elektrik naqilinin, bir cüt 140 manat dəyərində kişi ayaqqabısının və 100 manat dəyərində sanitar avadanlığın oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 1150 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİnin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir(cild 3, i.v.78-79); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 3 ilə yaxındır Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük sovxozu yaşayış sahəsində özünə fərdi həyət evi tikdirmişdir. Təmir işləri başa çatmadığından həmin evə yaşayış yoxdur. 08 dekabr 2022-ci il tarixdə saat 19:30 radələrində həmin evə gəlmişdir. Evin pəncərəsinin açıq olduğu görüb evə daxil olmuş, evə baxan zaman evdən ümumi dəyəri 300 manat olan 4 bağlamada olan və 200 metr uzunluğunda elektrik naqillərinin, o cümlədən 100 manat dəyərində dəmir sobanın oğurlandığının müəyyən etmişdir. Oğurluq nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 3, i.v.214-215); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 3 aya yaxındır ünvan 38 ünvanında yerləşən özünə məxsus fərdi həyət evini təmir etdirmişdir. 26 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində həmin evin qapısını bağlayıb digər bir evinə getmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində təmir olunan evə gəlmiş və evin otaqlarından birinin pəncərəsinin açıq olduğunu görüb evə daxil olmuşdur. Qonaq otağından 100 manat dəyərində bir ədəd drelin, 150 manat dəyərində bir ədəd laqondanm, 200 manat dəyərində bir ədəd perferatorun, 200 manat dəyərində bir ədəd elektrik mişarının və 100 manat dəyərində küncləri çıxarmaq üçün istifadə olunan lazer aparatının oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 4, i.v.44-45); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 5-6 ay olardı ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 29, mənzil 4- də kirayə yaşamışdır. 28 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb avtomobilini təmir etdirməyə getmişdir. Həmin günü saat 20 radələrində evə gəldikdə yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən məişət əşyalarının saxlandığı saxlanc yerinin qapısının qıfılının sındırıldığını görmüşdür. Saxlanc yerindən 200 manat dəyərində laqondanın, 50 manat dəyərində drelin, bir cütün dəyəri 50 manat olmaqla ümumi dəyəri 150 manat oan 3 cüt uşaq ayaqqabısının və 300 manat dəyərində açar dəstinin oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 4, i.v.106-107); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayır. 24 iyun 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvana gəlmiş və etibarnamə ilə idarə etdiyi “Mercedes E Class” markalı, ** NP *** dövlət qediyyat nişanlı avtomobilini küçədə saxlamışdır. 25 iyun 2022-ci il tarixdə saat 09 radələrində evdən çıxıb avtomobilinin yanma getmişdir ki, mühərriki işə salsın. Bu zaman avtomobilin içərisində şitdə olan 7 ay bundan qabaq 120 manata “Elit” TM-nin qarşısında olan mağazadan aldığı monitorun və pul kisəsində olan 700 manat pulun, etibarnamənin, qeydiyyat şəhadətnaməsinin və “Kapital Banka” aid bank kartının oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona 820 manat maddi ziyan dəymişdir(cild 7, i.v.165-167); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində nömrəsiz evdə yaşayır. Həmin evin zirzəmisində hər birinin dəyəri 250 manat olan 500 manat dəyərində samovarı vardır. 18 may 2022-ci il tarixdə saat 17 radələrində evə qayıdan zaman samovarların yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş oğurluq barədə DİN -nin 102 xidmətinə zəng edib məlumat vermişdir(cild 7, i.v.235-237); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 17 may 2022-ci ildə saat 07:30 radələrində avtomobilini qarajdan çıxartmaq istədikdə qarajın qapısının qıfılının sındırıldığını görmüşdür. Qarajdan 100 manat dəyərində 130 metr uzunluğunda elektrik naqilinin, 150 manat dəyərində qaynaq aparatının və 150 manat dəyərində laqondanın oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir(cild 8, i.v.80-91); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu yaşayış massivində torpaq sahəsi alıb ev tikdirmişdir. Hər gün səhər saatlarında işə gedib gecə vaxtı evə qayıtmış, bəzən isə işdə qaldığı üçün evə gəlməmişdir. 04 aprel 2022-ci ildə evə gəlmiş, evin qapısını açıb evə daxil olmuşdur. Evin yataq otağının plsatikdən olan pəncərəsinin açıq olduğunu görmüşdür. Qonaq otağında divara bərkidilmiş vəziyyətdə olan bir ədəd 520 manat dəyərində “LG” markalı televizorun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 520 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 8, i.v.165-166); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzil hündür mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzilin giriş qapısının yanında plastikdən və qapısının üzərində asma qıfılı olan saxlanc yeri kimi istifadə edilən şkaf vardır. Həmin şkafda özünə məxsus təmir alətlərini saxlayır. Sonuncu dəfə 28 iyul 2022-ci ildə gecə saatlarında yaşadığı evə gələn zaman şkafın qapısının bağlı olduğunu görmüşdür. 29 iyul 2022-ci ildə saat 12 radələrində evdən çıxan zaman şkafın qapısının sındırıldığını görmüşdür. Şkafda olan 1 ədəd 200 manat dəyərində usta açarları dəsti, 1 ədəd 100 manat dəyərində böyük laqonda, 1 ədəd 100 manat dəyərində usta ütü aləti, 1 ədəd 200 manat dəyərində “Bosh” markalı perforatoru və ümumi dəyəri 170 manat olan elektrik qidalanma aparatı oğurlanmışdır. Oğurluq nəticəsində ona 770 manat maddi ziyan dəymişdir(cild 8, i.v.232-234); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə qeyd etmiş olduğu ünvanda yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində, gölün yaxınlığında X6 məxsus evin tikinti-təmir işlərini görmüşdür. Hər gün səhər saat 08:00-da həmin evə gəlmiş, axşam saat 20:00-da evinə qayıtmışdır. 07 iyun 2022-ci ildə saat 08:30-da evə gələndə ümumi dəyəri 500 manat olan 3 ədəd laqondanın və ümumi dəyəri 500 manat olan 2 ədəd drelin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 13- cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 9, i.v.62-63); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 09 avqust 2022-ci ildə saat 16 radələrində "xxxx" MMC-dən “Hyundai Elantra” markalı ** TL *** dölət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb idarə etmişdir. Həmin avtomobili idarə edib ünvan 18 ünvanın həyətində park etmiş, saat 17:50 radələrində azyaşlı uşağını binanın həyətində gəzdirərkən “Hyundai Elantra” markalı ** TL *** dölət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Avtomobilin salonundan içərisində 800 manat pul, ona məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan 50 manat dəyərində çantasının oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 850 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİNnin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 9, i.v.189-190); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 Afanasyeviç ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov küçəsi ev 7, mənzil 2 onun mərhum qayınanasına məxsus olub. Qayınanası vəfat etdikdən sonra ev onun və ailə üzvlərinin istfadəsindədir. 2022-ci ilin fevral ayında mənzildə hər şey qaydasında idi və hər hansı bir oğurluq hadisəsi baş verməmişdir. 20 aprel 2024-cü il tarixdə mənzilə gələndə mənzilin dağınıq olduğunu görmüşdür. Mənzildən isə ona məxsus olan bir ədəd 145 manat dəyərində transvarmatorun, bir ədəd 100 manat dəyərində çuğun qabqabacağın, 450 manat dəyərində yorğan dəstinin, 10 ədəd hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 100 manat dəyərində əl-üz dəsmalının, bir ədəd 150 manat dəyərində su qızdırıcısının, bir ədəd 200 manat dəyərində 2 litrlik "Captain Morgan" markalı arağın, bir ədəd 100 manat dəyərində 1 litrlik "Captain Morgan" markalı arağın, bir ədəd 45 manat dəyərində 1 litrlik "Baylise" markalı likör içkisinin, bir ədəd 20 manat dəyərində otaq qapısının tutacağının, bir ədəd 50 manat dəyərində "HP" markalı stolüstü kompüterin monitorunun, bir ədəd 30 manat dəyərində hamamdakı asılqanın oğurlandığını müəyyən etmişdir. Daha sonra evin otağının plastikdən olan pəncərəsinn açıq olduğunu görmüşdür. Oğurluq nəticəsində ona 1390 manat maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, o cümlədən Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir(cild 9, i.v.257-258); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən nömrəsiz fərdi yeni tikili onun özünə məxsusdur. Həmin ev yeni təmir olunduğu üçün evdə daimi yaşayış olmasa da bəzən onun özü gecələr gəlib həmin evdə qalır. Həmin ev L.Məmmədbəyli küçəsi ev 49/3 ünvandakı evinin yaxınlığında yerləşir. Sonuncu dəfə 19 iyul 2022-ci ildə saat 20 radələrində evə olan zaman hər şeyin qaydasında olduğunu görmüşdür. Həmin gün saat 23 radələrində həmin evə qayıtdıqda evin arxa tərəfdən pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evin giriş qapısını açıb evə daxil olmuş və evdə divara bərkidilmiş 1500 manat dəyərində “Plazma” televizorun yerində olmadığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir(cild 10, i.v.66-68); Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakıxanov qəsəbəsi T.Qəmbrov küçəsi ev 10-da onun öz adına evi vardır. Həmin mənzildə yaşayış yoxdur. Yay aylarında evdə qalırlar. 10 gün əvvəl, yəni 17 mart 202-ci il tarixdə yaşadığı evə gələrək nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. 26 mart 2022-ci il tarixdə saat 18:00 radələrində evə daxil olan zaman naməlum şəxs və ya şəxslər tərəfindən mənzilin dəmir barmaqlığının sındırılaraq evə daxil olduqlarını aşkar etmişdir. Evdən 02 ədəd 300 manat dəyərində samovar, 200 manat dəyərində soyuducunun mühərriki, 80 manat dəyərində 200 litrlik su qızdırıcısının spiralı, 300 manat dəyərində 06 ədəd stul, 150 manat dəyərində «Ariston» markalı su qızdırıcısı, 195 manat dəyərində 03 ədəd sanuzel ləvazimatları və 200 manat dəyərində «İndesit» markalı qaz sobasının ləvazimatları oğurlanmışdır. Oğurluq nəticəsində ona 1425 manat maddi ziyan dəymişdir(cild 10, i.v.190-192); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 40 ünvanda yerləşən metal qəbulu məntəqəsində işləyir. 08 dekabr 2022-ci il tarixdə səhər saatlarında işə gəlmişdir. Həmin günü səhər saatlarında sonradan şəxsiyyəti haqqında onda məlumat olan və əvəllər də bir neçə dəfə aralarında alış-veriş olan Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Söhbət zamanı Fuad onda satdıq elektrik naqilinin olduğunu bildirib kisələrdə olan 4 bağlamada və ayrı bir kisdə olan elektrik naqilərinin ona məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını ona demişdir. Fuaddan elektrik naqillərini 100 manata almışdır. Həmin malların oğurluq olmasından onun xəbəri olmamışdır və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də ona verdiyindən o, malların oğurluq olmadığına inanmışdır. Fuad şəxsiyyət vəsiqəsinin surətini də imzalamışdır və həmin şəxsiyyət vəsiqəsinin surətini təqdim edə bilər. Fuaddan almış olduğu elektrik naqillərini tanımadığı şəxsə satmışdır və həmin şəxs haqqında onda heç bir məlumat yoxdur. 07 iyul 2022-ci il tarixdə səhər saatlarında işə gəlmişdir. Həmin günü səhər saatlarında sonradan şəxsiyyəti haqqında onda məlumat olan və əvvəllər də bir neçə dəfə aralarında alış-veriş olan Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Söhbət zamanı Fuad onda satdıq telefon naqillərinin olduğunu demişdir. Fuad kisələrdə olan telefon naqilərinin ona məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. Fuaddan naqilləri 50 manata almışdlır.Naqillər üzlüklərindən ayrılmışdır və təmizlənmiş vəziyyətdə idi. Həmin malların oğurluq olmasından onun xəbəri olmamışdır və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də ona verdiyindən o, malların oğurluq olmadığına inanmışdır. Fuad şəxsiyyət vəsiqəsinin surətini də imzalamış və həmin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Fuaddan almış olduğum naqilləri tanımadığı şəxsə satmış və həmin şəxs haqqında ona heç bir məlumat yoxdur. 17 may 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir.Söhbət zamanı Fuad onda laqonda və qaynaq aparatının olduğunu və satdığını, ona məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. Fuaddan laqondanı və qaynaq aparatını 100 manata almışdır. Həmin malların oğurluq olmasından onun xəbəri olmamış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də ona verdiyindən malların oğurluq olmadığına inanmışdır. Fuad şəxsiyyət vəsiqəsinin surətini də imzalamış və həmin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Fuaddan almış olduğu laqondanı və qaynaq aparatını tanımadığı şəxsə satmışdır və həmin şəxs haqqında onda heç bir məlumat yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanl verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 41 ünvanda yerləşən metal qəbulu məntəqəsində işləyir. 05 iyul 2022-ci il tarixdə səhər saatlarından məntəqəyə gəlmiş və həmişə olduğu kimi işinə başlamışdır. Həmin günü səhər saatlarında sonradan şəxsiyyət vəsiqəsinə görə şəxsiyyəti barədə onda məlumat olan və əvvəllər də bir neçə dəfə aralarında alış-veriş olan Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Söhbət zamanı Fuad onda satdıq elektrik naqilinin və 29 ədəd su paylayıcısının, həmin malların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını ona demişdir. Fuaddan elektrik naqillərini və 29 ədəd su paylayıcısım 70 manata almışdır. Həmin malların oğurluq olmasından onun xəbəri olmamış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də ona verdiyindən o, malların oğurluq olmadığına inanmışdır. Fuad şəxsiyyət vəsiqəsinin surətini də imzalamışdır. Həmin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Fuaddan almış olduğu elektrik naqillərini və 29 ədəd su paylayıcısım tanımadığı şəxsə satmış və həmin şəxs haqqında onda heç bir məlumat yoxdur. Bundan başqa 18 iyul 2022-ci il tarixdə səhər saatlarında məntəqəyə gəlmiş və həmişə olduğu kimi işinə başlamışdır. Həmin günü səhər saatlarında sonradan şəxsiyyət vəsiqəsinə görə şəxsiyyəti barədə onda məlumat olan və əvəllər də bir neçə dəfə aralarında alış-veriş olan Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Söhbət zamanı Fuad onda satdıq elektrik naqillərinin, elektrik uzadıcısmın və elektrik avadanlıqları dəstinin olduğunu, həmin malların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini ona demişdir. Fuaddan elektrik elektrik naqillərini, elektrik uzadıcısını və elektrik avadanlıqları dəstini 50 manata almışdır. Həmin malların oğurluq olmasından onun xəbəri olmamış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də ona verdiyindən o, malların oğurluq olmadığına inanmışdır. Fuad şəxsiyyət vəsiqəsinin surətini də imzalamışdır. O, həmin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Fuaddan almış olduğu elektrik naqillərini, elektrik uzadıcısını və elektrik avadanlıqları dəstini məntəqəyə gələn tanımadığı şəxslərə satmış və həmin şəxslər haqqında onda heç bir məlumat yoxdur. Bundan başqa 19 iyul 2022-ci il tarixdə səhər saatlarında məntəqəyə gəlmiş və həmişə olduğu kimi işinə başlamışdır. Həmin günü səhər saatlarında sonradan şəxsiyyət vəsiqəsinə görə şəxsiyyəti barədə onda məlumat olan və əvvəllər də bir neçə dəfə aralarında alış-veriş olan Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Söhbət zamanı Fuad onda satdıq elektrik naqillərinin və elektrik şitinin olduğunu, həmin malların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini ona demişdir. Fuaddan elektrik elektrik naqillərini və elektrik şitini 90 manata almışdır. Həmin malların oğurluq olmasından onun xəbəri olmamış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də ona verdiyindən o, malların oğurluq olmadığına inanmışdır. Fuad şəxsiyyət vəsiqəsinin surətini də imzalamışdır. O, həmin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Fuaddan almış olduğu elektrik naqillərini və elektrik şitini məntəqəyə gələn tanımadığı şəxsə satmış və həmin şəxs haqqında onda heç bir məlumat yoxdur. Bundan başqa 01 avqust 2022-ci il tarixdə səhər saatlarında məntəqəyə gəlmiş və həmişə olduğu kimi işinə başlamışdır. Həmin günü səhər saatlarında sonradan şəxsiyyət vəsiqəsinə görə şəxsiyyəti barədə ona məlumat olan və əvəllər də bir neçə dəfə aralarında alış-veriş olan Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Söhbət zamanı Fuad onda satdıq elektrik naqillərinin olduğunu, həmin naqilin ona məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini ona demişdir. Fuaddan elektrik naqillərini 10 manata almışdır. Fuaddan almış olduğu elektrik naqilini məntəqəyə gələn tanımadığı şəxsə satmışdır və həmin şəxs haqqında onda heç bir məlumat yoxdur(cild 1, i.v.37-38, 102-103, 166-167,cild 3, i.v.45-46, 243-244, cild 6, i.v.213-214, cild 8, i.v.100-101); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilmə və götürülmə haqqında protokollardan görünür ki, cinayət hadisələrinin baş verdiyi yerlərə baxış keçirilmiş, hadisə yerlərinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.05-07, 68-71, 131-136, 194-196, cild 2, i.v. 03-07, 68-70, 155-158, 229-230, cild 3, i.v. 60-62, 117-118, 187-189, cild 4, i.v.11-14, cild 4, i.v.87- 89, 154-160, 199-201, cild 5, i.v.10-13, 73-74, 111-114, 214-217, cild 6, i.v.31-34,134-138, 194-196 ); Götürmə və baxış aparılması haqqında 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüş və 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə baxış zamanı şəxsiyyət vəsqisinin kserosurəti olan vərəqədə “Mənə məxsus elektrik naqillərini və 29 ədəd su paylacısmı satdım” məzmunda yazının, xx.xx.2022-ci il tarixin və imzanın olduğu müəyyən edilmişdir(cild 1, i.v.28-29); Götürmə və baxış aparılması haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüş və 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə baxış zamanı şəxsiyyət vəsiqəsinin kserosurəti olan vərəqədə “Mənə məxsus olan elektrik naqillərini və elektrik şitini satdım” məzmunda yazının, xx.xx.2022-ci il tarixin və imzanın olduğu müəyyən edilmişdir(cild 1, i.v.156-158); Götürmə və baxış aparılması haqqında 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüş və 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə baxış zamanı şəxsiyyət vəsqisinin kserosurəti olan vərəqədə “Mənə məxsus elektrik naqillərini və 29 ədəd su paylacısmı satdım” məzmunda yazının, xx.xx.2022-ci il tarixin və imzanın olduğu müəyyən edilmişdir(cild 3, i.v.247-248); 29 oktyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən o, şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(cild 5, i.v.139-140); 31 oktyabr 2022-ci il tarixl vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təbdirinin seçilməsi vəsatətin müdafiə edilməsinə imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(cild 5, i.v. 184-189); 31 oktyabr 2022-ci il tarixli qətimkan tədbrinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yer getməmək haqqında iltizam qətimkan təbdiri seçilmişdir(cild 5, 191-193); 26 dekabr 2022-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, Şahid1 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüş və 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə baxış zamanı şəxsiyyət vəsqisinin kserosurəti olan vərəqədə “elektrik naqilini satdım” məzmunda yazının və imzanın olduğu müəyyən edilmişdir(cild 6, i.v.216-218); 26 dekabr 2022-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, Şahid1 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini götürülmüş və 01 vərəqədən ibarət olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə baxış zamanı şəxsiyyət vəsqisinin kserosurəti olan vərəqədə “laqondanı və qaynaq aparatını satdım” məzmunda yazının və imzanın olduğu müəyyən edilmişdir(cild 8, i.v.103-105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “A” bəndinin, 194-cü maddəsinin 1-ci hissəsinin və 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 1.5-ci maddəsinə əsasən azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir., Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(cild 11, i.v.91- 114); İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerlərində ifadəsi yerində yoxlanılarkən hadisə ilə bağlı xüsusatları ətraflı təsvir etmiş, bununla bağlı protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 11, i.v.147-183); Sübutların qiymətləndirilməsi haqqında 29 noyabr 2024-cü il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs 5 Saylı cəzaçəkmə müəssisəsində saxlanması nəzərə alınmış, Şahid2 və Şahid1 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir(cild 11, i.v.185-233); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx"MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1080,08 manat və ödənilmiş 31 manat dövlət rüsumu cəmi 1111,08 manat tutularaq mülki iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Təqdim edilmiş Bərpa Smeta sənədindən görünür ki, oğurlanmış kabellərin bərpasına ümumilkdə 1080,07 manat xərc çəkilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən dövlət rüsumu ilə bağlı 31 manat ödənilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 791 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 2791 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs8 ödənilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs13 münasibtə ümumilikdə 850 manat ziyan vurmaqla oğurluq etməsi üzrə olan 09 avqust 2022-ci il tarixli epizod üzrə və Zərərçəkmiş şəxs3 münasibtə ümumilikdə 950 manat ziyan vurmaqla oğurluq etməsi üzrə olan 27 avqust 2022-ci il tarixli epizod üzrə əməlləri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan 09 avqust 2022-ci il tarixli və 27 avqust 2022-ci il tarixli cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin 09 avqust və 27 avqust 2022-ci il tarixdə baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan əlavə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs olunan 09 avqust 2022-ci il tarixli və 27 avqust 2022-ci il tarixli oğurluq əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı şikayətinin olmamasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmü üzrə olan məhkumluqları ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin sayını, şəxsiyyətini, hazırda azadlıqdan məhrumetmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs islah təsiri yetərli ola bilməz və həmin cəza ilə cəzanın məqsədinə nail olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(009)- 163/2023 saylı hökmü ilə ona təyin edilmiş 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin ediməli(CM-66.5), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübutlar- Şahid2 və Şahid1 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Mülki iddialara münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi Nümayəndə1 vermiş olduğu mülki iddia tam olaraq, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia ərizəsi isə qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx"MMC Təqsirləndirilən şəxs 1080,08 manat və ödənilmiş 31 manat dövlət rüsumu cəmi 1111,08 manat tutularaq mülki iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Təqdim edilmiş Bərpa Smeta sənədindən görünür ki, oğurlanmış kabellərin bərpasına ümumilkdə 1080,07 manat xərc çəkilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən dövlət rüsumu ilə bağlı 31 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Bakı Telefon Rabitəsi” MMCnə vurduğu zərər təqdim edilmiş sənədlərlə, həmçinin iş üzrə sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Odur ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 1111,08(min yüz on bir manat sıfır səkkiz qəpik) manat məbləğində maddi ziyan tutularaq Bakı Telefon Rabitəsi” MMC-nin xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 791 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 2791 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs8 ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 vurduğu zərərin məbləği 791 manat təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, həmçinin iş üzrə sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Lakin mülki iddia ərizəsində mənəvi zərərin əvəzi kimi 2000 manat ziyanın vurulması əsaslandırılmamış, bu halı təsdiq edən hər hansı hal məhkəmə istintaqında müəyyən edilməmişdir. Odur ki, mülki iddia təmin qismən təmin edilməli, Təqsirləndirilən şəxs 791(yeddi yüz doxsan bir) manat məbləğində maddi ziyan tutularaq Bakı Telefon Rabitəsi” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16 Rəfayıl oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs4 Zülfəli oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs35, X3, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, X4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs30 Afanasyeviç, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs15 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(009)-163/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi Nümayəndə1 vermiş olduğu mülki iddia təmin edilsin. 1111,08(min yüz on bir manat sıfır səkkiz qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nə ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2 vermş olduğu mülki iddia qismən təmin edilsin. 791(yeddi yüz doxsan bir) manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16 Rəfayıl oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs4 Zülfəli oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs35, X3, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, X4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs30 Afanasyeviç, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs15 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Maddi sübutlar-Şahid2 və Şahid1 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar