Məhkəmə qərarları › İş №1(008)-127/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-127/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-127/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Südeyib oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Əli qızının iştirakı ilə 26 aprel 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Bakı şəh., Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Aslanov küç., döngə 03, ev 11-də qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı CÇM-də cəza çəkən-Təqsirləndirilən şəxs Tahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində keçmiş qayınanası Zərərçəkmiş şəxs məxsus Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evin həyətinə hasardan aşmaqla daxil olaraq yataq otağının plastik pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz daxil olaraq yataq otağında yorğanın altından olan çantanın içindən 4.600 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qızılgül ilə qeyri rəsmi olaraq ailə kimi bir yerdə yaşamışlar. Lakin tutulandan sonra ayrılmış və həbsdən çıxdaqdan sonra da ara-sıra evlərinə getsə də ayrı yaşayırlar. 2019-cu ilin iyul ayında həbsdən çıxıb məntəqə tipli cəzaçəkmə müəsissəsində cəza çəkməyə davam etmiş və azadlıqda gəzirdi. Azadlıqda olan müddətdə bir neçə dəfə uşağı görmək üçün Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evə gedib gəlirdi. Lakin ora yaşamayıb, qonaq olaraq getmişdir. Qayınanasının yataq otağının qapısını bağlı saxlamasından, onun pul yığdığından şübhələnmişdir. Evdə heç kim olmayanda qayınanasının evinə oğurluğa girməyi qərara almışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində qayınanasına məxsus Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evə oğurluq etmək məqsədi ilə hasarı aşmaqla həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evdə heç kimin olmadığını düşünüb, eviıı yataq otağının plastik pəncərəsini əli ilə möhkəm itələmiş və pəncərə açılmışdır. Həmin pəncərədən yataq otağına daxil olub pul və ya qiymətli əşya axtarmağa başlamışdır. Yorğanın altında çanta olduğunu görüb həmin çantanı axtarmağa başlamışdır. Çantanın içində təxminən 3.600 manat civarında pul olduğunu görmüşdür. Həmin pullar əsasən 5, 10 və 20 manatlıq, bir neçəsi isə 100 manatlıq əskinaslar idi. Pullar iri əskinaslar olmadığı üçün dəqiq saya bilməmişdir. Sonra pulu götürüb dərhal sakitcə pəncərədən düşiib həyət darvazasını içəridən açıb küçəyə çıxıb yaşadığı evə getmişdir. Heç kimə demədən həmin pulların üzərindən bir qədər xərcləyib qalanını sellofan torbaya qoyub yaşadığı evin həyətində olan yaşayış olmayan tövlə kimi işlədilən tikilidə olan siyirtmənin ən aşağı gözünün altında gizlətmişdir. Həmin gün anası ona zəng vuraraq keçmiş qayınanasının ona zəng vurub evindən oğurluq etməsi barədə məlumat verdiyini və pulu qaytarmasını tələb etdiyini demişdir. O isə anasına yalandan danışaraq heç bir oğurluq etmədiyini və Firuzənin ona şər atdığını demişdir. Səhəri gün anası yenidən zəng vurub evə polis əməkdaşlarının gəldiyini və onun oğurluq etməsi barədə kamera görüntüsünün olmasını bildirmişlər. O başqa çıxış yolunun qalmadığını görüb anasına pulu oğurladığını etiraf etmiş və pulu həyətdəki tikilidə olan siyirtmənin alt gözünün altında sellofan torbada gizlətdiyini demişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən həbs olunanadək qızı Qızılgül ilə Məmmədtağı qeyri rəsmi olaraq ailə həyatı qurub bir yerdə, ayrıca kirayəşin olaraq ev tutub yaşamışlar. Sonradan 2018-ci ilin yanvar ayında qızı Qızılgül Məmmədtağı oğurluq edib həbs olunduğu üçün tək yaşamamaq üçün gəlib onun evində yaşamağa başlamışdır. 2019-cu ilin iyul ayında Məmmədtağı həbsdən çıxıb məntəqə tipli cəzaçəkmə müəsissəsində cəza çəkməyə başlamış və azadlıqda gəzirdi. Azadlıqda olan müddətdə bir neçə dəfə uşağını görmək üçün onun evinə evə gəlib getmişdir. Məmmədtağının doğru-dürüst iıısan olmadığını bildiyi üçün evinə gəlib getməsini istəməsə də uşağı olduğuna görə etiraz etməmişdir. Evini təmir etmək üçün uzun illər ərzində pul toplamışdır. Həmin pullari min bir əziyyətlə işləyib yığdığı üçün əsasən 5, 10, 20 və 100 manatlıq əskinaslardan ibarət idi. Belə ki, özü istixanalarda fəhləlik edib qazanır. Bu minvalla 4.000 manat pul ayrı olaraq evində yataq otağında yorğanın altında qara rəııgli çantanın içində gizlətmişdir. Həmin çantanın digər cibində isə 600 manat pulu var idi. xx xxxxxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində evdə olmayanda oğlu İsmayıl evdə tək olarkən yuxuya getmiş və Məmmədtağı oğlunun yatmağından istifadə edərək evin plastik pəncərəsinə hansısa alət salaraq aralayıb açaraq yataq otağına girib gizlətdiyi 4.600 manat pulu oradan oğurlamışdır. Axşam evə gələndə oğlu ona yataq otağının pəncərəsinin, küçə qapısının açıq olduğunu demişdir. Dərhal oğlu ilə birlikdə pulu gizlədiyi yataq otağına girmişdir. Yorğanın arasına baxanda çantanın içində pulların olmadığını aşkar etmişdir. Fəryad edərək qışqırmış və Məmmədtağının oğurluq etməsini anlamışdır. Dərhal polisə məlumat vermiş və polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Sonra qonşuda olan ərzaq mağazasında olan kameranın görüntüsüııə baxarkən Məmmədtağının hasardan atılaraq həyətə daxil olduğunu görmüşdür. Həmin günün səhərisi polis əməkdaşları Məmmədtağının evinə getmişlər. Məmmədtağının anası Sərvinaz pulu evdən götürərək polis əməklaşlarma təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Məmmədtağı bir neçə il əvvəl oğurluq etdiyinə görə məhkum olunmuşdur. İl yarım həbsdə qaldıqdan sonra xx xxxx 2019-cu il tarixdə Şabran rayonunda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Həmin vaxtdan sonra məntəqə tipli müəssisədə də cəza çəkirdi. Həmçinin hərdən evə buraxılırdı. Bir-iki gün evdə qalıb yenidən Şabrana cəzaçəkmə müəssisəsinə qayıdırdı. İki il əvvəl oğlu Məmmədtağı Qızılgül ilə ailə həyatı qurmuşdur. Rəsmi nikahları olmasa da bir oğul övladları vardır. Evləndikdən sonra həbs olunduğu üçün Qızılgül həmin vaxtdan anası Firuzəgildə Zabrat qəsəbəsi YYM-də qalır. xx xxxxxxx 2019-cu il tarixdə, axşam saat 20:00 radələrində gəlni Qızılgül onunla əlaqə saxlayaraq oğlu Məmmədtağı anası Firuzənin evindən pul oğurladığını bildirmişdir. Oğlu Məmmədtağıya zəng vurmuş və bu barədə soruşanda o heç bir oğurluq etmədiyini demişdir. Səhəri gün yəni xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında yenidən Məmmədtağı ilə telefon əlaqəsi saxlamış və israrla soruşanda, o etiraf edərək Firuzənin evindən 3.600 manat pul oğurladığını, oğurladığı pulları yaşadıqları evin həyətində olan tövlədə olan siyirtmənin alt gözünün altında gizlətdiyini bildirmişdir. O dərhal pulu həmin yerdən götürüb polis əməkdaşlarına təhvil vermişdir. Oğlu həmin pulun üzərindən 160 manat xərclədiyini söyləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Qızılgülün həyat yoldaşıdır. Zərərçəkmiş şəxs isə onun anasıdır. 2017-ci ildən həbs olunanadək Qızılgül ilə Məmmədtağı qeyri rəsmi olaraq ailə həyatı qurub, ayrıca kirayəşin olaraq ev tutub yaşamışlar. Sonradan 2018-ci ilin yanvar ayında bacısı Qızılgül, Məmmədtağı oğurluq edib həbs olunduğu üçün tək yaşamamaqdan ötrü gəlib onlarla birgə yaşamışdır. Həmin vaxtdan indiyədək Qızılgül onlarla birlikdə yaşayır. 2019-cu ilin iyul ayında Məmmədtağı həbsdən çıxıb Məntəqə tipli cəzaçəkmə müəsissəsində cəza çəkmiş və azadlıqda gəzirdi. Azadlıqda olan müddətdə bir neçə dəfə uşağını görmək üçün onların evinə gəlib gedirdi. Məmmədtağnın doğru dürüst insan olmadığını bildiyi üçün anası Firuzə onun evlərinə gəlib getməsini istəməsə də uşağı olduğuna görə etiraz etmirdi. Evlərini təmir etmək üçün uzun illər ərzində pul toplamışdılar. Həmin pullari min bir əziyyətlə anası Firuzə işləyib yığmış, əsasən 5, 10, 20 və 100 manatlıq əskinaslardan ibarət idi. Anası istixanalarda fəhləlik edib qazanır. 4.000 manat pulu ayrı olaraq evdə yataq otağında yorğanın altında qara rəngli çantanın içində, həmin çantanın digər cibində isə 600 manat pul gizlətmişdilər. xx xxxxxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində evdə tək idi. Həmin vaxt yatmış vəziyyətdə idi və oyanıb həyətə düşəndə yataq otağına gedən plastik pəncərə açıq olduğunu görmüşdür. Pəncərənin anası tərəfindən açıq qoyulduğunu düşünmüşdür. Sonra isə küçə qapısının açıq olduğunu müəyyən etmişdir. Küçə qapısı bağlı olduğu üçün şübhələnmişdir. Lakin evə kiminsə girməsini dərk etməmişdir. Bir neçə saat sonra anası evə gələndə həyətin və yataq otağının qapısının açıq olduğunu deyəndə anam haray salaraq evə oğru girdiyini qışqırmışdır. Dərhal anası ilə birlikdə pulu gizlətdikləri yataq otağına girmişlər. Yorğanın arasına baxanda çantanın içində pulların olmadığını aşkar etmişlər. Anası fəryad edərək qışqırmış və Məmmədtağının oğurluq etməsini anlamışlar. Dərhal polisə məlumat vermişlər. Polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Qonşuda olan ərzaq mağazasında olan kameranın görüntüsünə baxdıqda Məmmədtağı hasardan atılaraq həyətə daxil olduğunu görmüşlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 1(003) 128/2018 saylı xx xxxxx 2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 7(031)29/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı məntəqə Tipli Cəza Çəkmə Müəssisəsinin təqdimatı təmin olunmuş, 22 aprel 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, N.Aslanov küç., döngə 03, ev 11-də yaşamış 3 saylı Məntəqə tipli X3 cəza çəkən Təqsirləndirilən şəxs çəkilməmiş 01 il, 02 ay, 21 gün cəzanı çəkməsi üçün «ümümi» rejimli cəza çəkmə müəssisəsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Tahir oğlunun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. T.Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasındatoplanmışvətədqiq edilmiş sübutların məcmusu, dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamiləsübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs İsmayılov Məmmədtağı Tahir oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs İsmayılov Məmmədtağı Tahir oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir (səh., 67). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, İsmayılov Məmmədtağı Tahir oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, İsmayılov Məmmədtağı Tahir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 06 ay, 25 gün təşkil edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «11» iyun 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 3.540 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasənvəAzərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Tahir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Tahir oğluna Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il azadlıqdan məhrum etmə cəzasının cəzanın çəkilməmiş qalan 06 ay, 25 gün hissəsi, hazırki hökmlə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs Tahir oğlunun üzərində 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «11» iyun 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 3.540 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar