Məhkəmə qərarları › İş №1(008)-127/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-127/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-127/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi3 iştirakı ilə xx xxx 1997-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 1980-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, M.F.Axundov küçəsi D 2, ev 08-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 iyul 2022-ci il tarixdə, gecə saat 05:24 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «Sea Breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoranın binasına arxa giriş hissəsindəki qapının açıq olmasından istifadə etməklə qanunsuz daxil olub içəridə döşəmədə uzanmış xəzinədar Şahid2 Qüdrət oğlunun yatılı olmasından istifadə edib onun yanına qoyduğu qara rəngli dəri çantanın içərisindən həmin restoranın sahibi Zərərçəkmiş şəxs mülkiyyətində olan 7.596 manat nağd pulu, 120 manat dəyərində «Newtech» markalı, TVİ-104G modelli kameranın yaddaş aparatını, 15 manat dəyərində «Power Supply» markalı S-60-12 modelli güc qaynağı və 2.000 manat dəyərində «Pioneer» markalı «DDJ-SZ» modelli DJ aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, 9.731 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 iyul 2022-ci il tarixdə, gecə saat 05:24 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea Breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoranın binasına arxa giriş hissəsindəki qapının açıq olmasından istifadə etməklə qanunsuz daxil olub içəridə döşəmədə uzanmış xəzinədar Şahid2 yatılı olmasından istifadə edib onun yanına qoyduğu qara rəngli dəri çantanın içərisindən həmin restoranın sahibi Zərərçəkmiş şəxs mülkiyyətində olan 7.596 manat nəğd pulu, 120 manat dəyərində «Newtech» markalı TVİ 104G modelli kameranın yaddaş aparatı, 15 manat dəyərində «Power Supply» markalı S-60-12 modelli güc qaynağı və 2.000 manat dəyərində «Pioneer» markalı «DDJ- SZ» modelli DJ aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda 9.731 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Eldəniz oğlu ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdən 10 iyul 2022-ci il tarixədək Sabunçu rayonu, Nardaran qəsəbəsi, «Sea Breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoranda ofsiant işləmişdir. İşlədiyi dövürdə gündəlik günəmuzdu kimi 15 manata işləmişdir. Onu işə adminstartor İlham adlı şəxs götürmüşdür. 10 iyul 2022-ci il tarixdə işdən çıxandan sonra pulunu İlham adlı şəxsdən tələb etmişdir. Həmin yerdə işləyən digər Cavid adlı şəxs ona demişdir ki, sənə 5 manat verim get işlərini gör. Ondan işlədiyi 4 gün müddətində günlük işlədiyi vaxt 10 saat olmaqla 60 manat, əlavə olaraq işlədiyi saatlara görə 30 manat və etmiş olduğu satışın faizi olaraq 100 manat olmaqla ümumilikdə 190 manatını tələb etmişdir. Cavid adlı şəxs ona 5 manat pul verdikdə həmin pulu götürməmişdir. Gün ərzində Cavid və İlham adlı administrator ona bildirmişlər ki, ofisdə hesablanma gedəcək və ondan sonra maaşı veriləcəkdir. Bundan sonra xatırlamadığı mobil nömrəni ona verərək həmin nömrə ilə əlaqə saxlamağını bildirmişlər. Həmin nömrə ilə əlaqə saxlamış, lakin nömrəyə zəng çatsada zəngə cavab verən olmamışdır. Bundan sonra həmin nömrəyə zəng etsə də artıq operator mobil nömrənin bağlı olduğunu bildirmişdir. Həmin gün saat təxminən 19:00 radələrində yenidən həmin nömrə ilə əlaqə saxladıqda bir nəfər kişi cinsindən olan şəxs ona cavab vermişdir. Həmin şəxsə ümumi vəziyyəti izah etdikdən sonra həmin şəxs rəhbərlik tərəfindən maaşının verilməsi ilə bağlı ona heç bir göstərişin verilmədiyini bildirmişdir. Yenidən restoranın rəhbərliyinə yaxınlaşıb iradını bildirmiş və nəyə görə maaşının verilmədiyini soruşmuşdur. Həmin vaxt restoranın administratoru olan İlham onunla nalayiq ifadələrlə zarafat etməyə başlamış və ona obyekti tərk etməyini bildirmişdir. Bundan sonra dənizin kənarına yeriyib gəlmişdir ki, restorana daxil olub kassada olan pulları oğurlasın. Bunun üçün restoranın yaxınlığında gecə saatlarına qədər oturub gözləməyə başlamışdır. Həmin gün saat 16:00 radələrində əmisi Eldənizlə danışmış və ona yanına gəlməsini demiş, təxminən saat 19:00 radələrində əmisi Eldəniz onun yanına gəlmişdir. Əmisi Eldənizlə birlikdə dəniz kənarında gəzərək istirahət etmişlər və «Momo» restoranın ərzisində olan yay çarpayılarında dincəlmişlər. Hava qaraldıqdan sonra gedib «Bravo» marketdən iki şüşə pivə, kolbasa və çörək alaraq əmisinin yanına gəlmişdir. Birlikdə pivə içib kolbasa çörək yemişlər. 12 iyul 2022-ci il tarixdə, saat təxminən 04:00 radələrində restoran bağlanmış və işçi Əsəd əşyaları yığıb içəri keçmişdir. Həmin gün saat 05:24 radələrində «Momo» restoranın arxa giriş qapısına yaxınlaşdıqda qapının açıq olduğunu görmüşdür. Əvvəlcə Eldəniz içəri daxil olmuş və qapıdan geri qayıdıb içəridə kamera olduğunu demişdir. Sonra özü içəri daxil olub kameranın yaddaş aparatını çıxarmaq üçün arxasında olan elektrik qaynağını çıxarmış, sonra isə sakitçə içəri daxil olub, restoranın kassiri olan Əsəd adlı şəxsin yatdığını görmüşdür. Ona yaxınlaşan zaman yatılı olmasını və onu hiss edib görmədiyinə əmin olduqdan sonra yanında olan qara rəngli pul kisəsin görmüşdür. Pul kisəsinin bir gözünü açıb orada olan 300 ABŞ dolları və 3.846 manat nəğd pulu götürüb çıxmışdır. Restorandan çıxan zaman müşahidə kameralarının yaddaş diskini, aparatını və «Pioneer DJ-SZ» markalı dicey aparatını da özü ilə götürüb restorandan çıxmışdır. Restorandan çıxan zaman qapının kənarında olan taxta parçası ilə restoranın qapısın arxadan bağlamışdır k,i əyər kassir Əsəd yuxudan oyanarsa bayıra çıxa bilməsin.Hal-hazırda törətdiyi əməldən peşmandır. Ona qarşı şikayət və tələb yoxdur. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cəlal onun qardaşı Elçinin oğludur. Cəlalın anası ilə qardaşı uzun illər bundan öncə boşanmışdır. Buna baxmayaraq Cəlalla münasibətini kəsməmiş, onunla bəzi vaxtlarda danışıb görüşmüşdür. Cəza çəkmə müəsisəsindən çıxandan sonra Cəlalın çağırışı ilə İsmayıllı rayonunda fəaliyyət gösərən adını xatırlamadığı otelin restoranında çayçı kimi işləməyə başlamışdır. Cəlal isə həmin restoranda ofisant işləmişdir. Bir ay həmin yerdə işlədikdən sonra 28 iyun 2022-ci il tarixdə Bakı şəhərinə bacısı Leylanın Masazır kəndində Qəsr İnşaatın binasında olan evinə getmişdir. Bundan bir neçə gün sonra Cəlal ona zəng etmişdir ki, onu İsmayılı rayonunda işlədiyi yerdən qovmuşlar. Bundan bir müddət sonra Cəlal ona 10 iyul 2022-ci il tarixdə zəng edib demişdir ki, iş tapmışdır gedib onunla bir yerdə işləsin. Onun sözü ilə Bakı şəhərindən 11 iyul 2022-ci il tarixdə Saatlı rayonundan gəlmişdir. Həmin gün Cəlalın ona verdiyi ünvana Sabunçu rayonu, Nardaran qəsəbəsi, «Sea Breeze» Hotel ərazisində yerləşən «Momo» restoranına dincələk. Ona demişdir ki, pulu yoxdur orada uzanmağa, Cəlal isə «narahat olma, uzan istirahətini et, bura mənim işlədiyim yerdir» demişdir. Onun sözündən sonra həmin yerdə günəş çarpayısında uzanmış, bir neçə dəqiqə sonra mürgüləmiş və yatmışdır. Axşam olduqda Cəlal gedib «Bravo» marketdən kolbasa, iki şüşə küllür pivəsi və çörək almışdır. Oturub pivə içib kolbasa çörək yemişlər. Cəlal demişdir ki, dəniz kənarında qalsınlar səhəri gün onu orada işə düzəldəcəkdir. Həmin gün gecə saat 04:00 radələrinə qədər «Momo» restoran işləmiş və sonradan müştərilər getdiyi üçün bağlansa da dəniz kənarında gəzənlər olmuşdur. 12 iyul 2022-ci il tarixdə, saat 05:00 radələrində Cəlal demişdir ki, gedək «Momo» restoranında çay içək. Cəlalla birlikdə arxa qapıya yaxınlaşdıqda içəri daxil olmuş və içəridə adam olmadığını görüb geri qayıtmışdır. Cəlal ondan sonra içəri daxil olub kamera yaddaşını və aparatını götürmüş, ona evə getməyi demişdir. Sonra Cəlal *2111 şirkətindən taksi sifariş etmiş və «Kia Ceed» markalı, «az ** FL ***» dövlət qeydiyya nişanlı avtomobil gəlmişdir. Onlar brlikdə avtomobilə əyləşib Buzovna qəsəbəsinə getmişlər. Taksidən düşən zaman Cəlal sürücünün pulunu vermişdir. Bundan sonra yolla təsadüfən gedən taksiyə əyləşmişlər, lakin həmin taksi avtomobilinin markasını və sürücüsünün anket məlumatlarını bilməmişdir. Birlikdə Maştağa qəsəbəsinə Cəlalın yaşadığı evə getmişlər, evin yaxınlığında gözləmiş, Cəlal isə evlərinə getmiş az öncə «Momo» restoranından oğurldığı Diccey aparatı ilə yaddaş aparatını aparıb evə qoymuşdur. Sonra onun yanına gəlib demişdir ki, restorandan 2.100 manat pul oğurlamışdır. Onlar birlikdə Nərimanov rayonuna getmişlər. Aralarında mübahisə yarandığı üçün ondan ayrılıb bacısının Masazır qəsəbəsində olan evinə getmişdir. Həmin gün saat 14:00 radələrində Cəlal ona zəng edib demişdir ki, aşağı düşsün onunla işi vardır. Aşağı məhləyə düşdükdə görmüşdür ki, Cəlal dayısı oğlu Ramidlə gəlib binan qarşısında onu gözləyir. Cəlaldan nə üçün gəldiyini soruşduqda İsmayıllı rayonuna getdiyini demişdir. Cəlal və Ramidlə birlikdə nömrə nişanlarını xatıramadığı, sürücüsünün anket mlumatlarını bilmədiyi taksi ilə İsmayıllı rayonuna getmişlər. İsmayılı rayonunda Cəlal ona mağazadan 13 manat dəyərində kətan şalvar almışdır. Bundan sonra Zaqatala rayonuna getmişlər. Orada bir gün gündəlik evdə qaldıq yeyib içmişlər. Oradan Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində bir gün gəzib İmişli rayonuna gəlmişlər. O İmişli rayonunda qalmış, onlar Bakı şəhərinə qayıtmışar. Cəlalla etdikləri hadisəni Cəlal polis tərəfindən tutulduqdan sonra qohumlara demişdir ki, Cəlal onu işə salmışdır. Cəlal oğurladığı puldan ona heç bir məbləğdə pul verməmişdir. Obyektdə kamera olduğunu və obyektin içərisində kamera olduğunu görmüşdür. Hadisəni törədən zaman dəniz kənarında adamlar olsa da həmin adamların onları görüb görmədiyini bilmir. Cəlalın dayısı oğlu Ramidin oğurluq hadisəsindən məlumatlı olub olmadığını bilmir, amma oğurluq hadisəsini törətdiyi gündən Ramid Cəlalın yanında olmuşdur. «Momo» restoranndan olan oğurluq hadisəsində Cəlalla ondan başqa həmin yerdə tanıdığı heç kim olmamışdır. Onun heç bir günahı və təqsiri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea breez» çimərliyində yerləşən «Momo» barda işləyidi. Həmin bar restoran kimi axşamlar işləyir və Meksikan yeməkləri verir. Həmin yeri «Seabreez» çimərliyinin rəhbərindən aylıq icarə haqqı 5.000 manat olmaqla götürüb işlədir. Obyekt saat 10:00-da son müştəriyə qədər xidmət göstərir. Obyektdə 2 barmen, bir kassir, bir qəlyan verən, 3 mətbəx işçisi 6 ofisant xidmət edir. Hər gün saat 11:00-dan işə gəlib axşam saat 12:00-a qədər bəzən isə gec olmaqla işdən çıxır. 11 iyul 2022-ci il tarixdə, yenidən saat 11:00 radələrində işə gəlmiş həmin gün müştəri daha çox olduğu üçün 12 iyul 2022-ci il tarixdə, saat 01:00 radələrində işdən getmişdir. Gedən zaman obyektin alverinin puluna dəyməmiş və kassir Əsədə sabah etdiyi alverin pulunu onun baş mühasibi Ramizə verməsini demişdir. Əsəd ona saat 04:00 radələrində hesabatı atmış və 6.996 manat məbləğində alver olduğu müəyyən olunmuşdur. Həmin puldan əlavə olaraq Əsəddə 600 manat da pul olmuşdur. 12 iyul 2022-ci il tarixdə, saat 10:00 radələrində obyektə daxil olmuş və obyektdən Əsədin çantaya qoyaraq saxladığı pulu, nevvtech markalı diviar aparatını və «Pioneer DDJ-SZ» markalı diccey aparatını götürüb aparmışdır. Baş vermiş hadisə ilə bağlı dəniz kənarında olan «Momo» bar obyektinə getmiş və ərizə ilə 42-ci PB-nə müraciət etməsindən ötrü Əsədi bölməyə göndərmişdir. Baş vermiş hadisə nəticəsində ona 7.596 manat nəğd şəkildə pul ziyanı, 250 manat «Newtech» markalı diviar aparatı və 5.500 manat dəyərində DJ Storee mağazasından aldığı Pioneer «DDJ-SZ» markalı diccey aparatının oğurlanması nəticəsində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 13.346 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nardaran qəsəbəsi «Sea Breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoranında 05 iyul 2022-ci il tarixdə bir günlük ofisant kimi Cəlal ilə birlikdə işlədikdən sonra iş ağır olduğu üçün çıxıb getmişdir. 12 iyul 2022-ci il tarixdə, saat 08:00 radələrində Cəlal ona zəng edib harda olduğunu soruşmuş, ona evdə olduğunu dedikdə Cəlal Nərimanov parkının yanına gəlməsini demişdir. Ona Nərimanov parkında nə var dedikdə Cəlal demişdir ki, gəl gedək İsmayıllı rayonuna istirahətə. Etiraz etdikdə Cəlal ona narahat olma əlimdə yaxşı pul var işləmədiyin günündə pulun verəcəm demişdir. Evdən çıxıb «Metro» parkın yanına getmiş, orda olmadığı üçün «20 Yanvar» metrostansiyasına gəlməsini demişdir. Onun dediyi kimi «20 Yanvar» metrostansiyasının yanına getmiş və zəngləşərək Cəlalla görüşmüşdür. 3-cü mkr., dairəsinə düşən yolda nömrə nişanlarını xatırlamadığı «Opel» markalı avtomobildə arxa oturacaqda Eldənizlə bir yerdə əyləşmiş, Cəlal qarşı oturacağa keçmişdir. Bir yerdə Masazır kəndinə Eldənizin bacısının evinə Qəsr İnşaatın binasına getmişlər. Eldəniz avtomobildən düşüb evə qalxmış, onlar isə Masazır kəndinə getmişlər və orda olan paltar dükanından Cəlal özü üçün ayaqqabı, şalvar, köynək birdə papaq almaqla yanaşı ona da şalvar və köynək almışdır. Sonra Eldənizi düşürdükləri binanın həyətinə qayıtmışlar. Təxminən bir saat sonra Eldəniz hardasa 7-8 yaşlarında olan bacısı oğlu ilə aşağı düşmüşdür. Həmin uşaq Cəlalla görüşüb ondan pul istədikdə Cəlal ona 100 manat pul vermişdir. Cəlal Rusif adlı tanışlarına zəng edib onları İsmayıllı rayonuna aparmasını demişdir. Rusif idarə etdiyi markasını və nömrə nişanlarını xatırlamadığı avtomobillə Masazır kəndinə gəlib onu, Eldəniz və Cəlalı götürüb Balakən rayonuna getmişlər. Yolda Cəlalın «Momo» restoranından pul oğurladığını bilmişdir. Həmin vaxt Eldəniz onu kənardan müşahidə etmiş Cəlal isə içəri daxil olaraq pulu oğurlamaqla yanaşı kamera yaddaş aparatını və «Diccey» aparatını oğurlamışdır. Həmin gün Eldəniz bir neçə dəfə Cəlala demişdir ki, sən səhər durub yola çıxmışlar və İsmayıllı rayonunda düşmüşdür. Cəlal ona 150 manat yol pulu və xərclik vermiş, özləri isə Gəncə şəhərinə getmişlər. Bundan bir neçə dəqiqə sonra ona Kamran adlı 42-ci PB-dən polis əməkdaşı zəng etmiş və «Momo» restorandan oğurluq hadisəsi olduğunu demişdir. Sonra təkrar ona zəng edib Cəlalın və anasının nömrtəsin istədikdə onların nömrəsin vermişdir. Cəlalın «Momo» restoranından etdiyi oğurluq hadisəsində yanında Eldənizdən başqa kiminsə olması barədə heç nə bilmir. Cəlal Masazır kəndində olan zaman ona 32 manata şalvar və köynək almaqla yanaşı İsmayıllı şəhərində 150 manat pul vermişdir. Cəlal ona paltar alan zaman və pul verən zaman oğurluq etdiyini bilmişdir. Ondan başqa taksi sürücüsü Rusif də bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Qüdrət oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Sea Breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoranında həm işləyir, həm də yaşayır. Qeyd eilən obyektdə 15 iyun 2022-ci il tarixdə onu Elvin müəllim işə götürmüşdür və elə həmin tarixən də restoranda kassir xəzinədar vəzifəsində işləyir. Hər gün işlədiyi restoran saat 10:00 radələrində açılır sonuncu müştəri gedəndən sonra bağlanır. Təqsirləndirilən şəxs1 07 iyul 2022-ci il tarixdən 10 iyul 2022-ci il tarixədək olan müddət ərzində onun işlədiyi restoranda ofisant işləmiş sonra isə işdən çıxarılmışdır. Onun işdən çıxarılmasına səbəb müştərilərlə düzgün davranmaması və digər ofisanta yaraşmayan kobud səhvləri olmuşdur. 11 iyul 2022-ci il tarixdə günün ikinci yarsısı Cəlal gəlib obyektdə Elvin müəllimdən pulunu istəmiş və Elvin müəllim ona demişdir ki, sabah yaxınlaş mərkəzdə mühasibatlığa sənin pulunu verəcəklər. Bundan sonra Cəlal pulunu həmin gün istəyirəm demiş və İlham adlı şəxslə yəni restoranın adminstratoru ilə mübahisə etmişdir. Ona demişdir ki, sən bu gün get sənin pulunu kartına atarıq. Bundan sonra saat 20:00 radələrində Cəlal harasa getmiş gözə görünməmişdir. Həmin günün səhərinə keçən gecə 12 iyul 2022-ci il tarixdə saat 05:00 radələrində son müştəri gedəndən sonra iş bitmiş, əl-üzünü yuyub restoranın içərisində olan döşəməni silmişdir ki, döşəyi yerə atıb yatsın. Öncə gündəlik alverin pulunu 7.596 manat pulu sayaraq qara dəri çantaya qoymuş və həmin çantanı yan tərəfinə qoyaraq yatmışdır. Səhər saat 09:00 radələrində Aycan Cariyarova adlı işçi gəlmiş və onu çağırıb demişdir ki, qaplıarı aç işçilər indi gəlir. Yuxudan oyandıqda çantanın baş tərəfində deyil kameranın qarşısında qaldığını görmüşdür. Əlini çantanın içinə salan zaman pulun olmadığını görmüşdür. Bu barədə həyətə çıxıb Aycana demiş və içəri yenidən daxil olduqda içəridə olan siyirmələrin açılıb hər yer axtarılıb «Newtech» markalı, TVİ-104G modelli və «Power Supply» markalı S-60- 12 modelli müşahidə kameralarının yaddaş aparatı və «Pioneer DDJ-SZ» markalı diccey aparatının oğurlandığını görmüşdür. Baş vermiş hadisə barədə Elvin müəllimə zəng edib məlumat vermişdir. Sonra isə hadisə yerinə gələn polis əməkdaşları ondan ərizə almışlar. Baş vermiş oğurluq hadisəsi zamanı maddi ziyan Zərərçəkmiş şəxs dəymişdir. Həmin hadisə zamanı oğurlanan pul və əşyalar onun şəxsi əmlakıdır. Restoranda qarşı tərəf jalüzlə bağlananda küləkdə səs salır və həmin səs oğurluq hadisəsi olan zaman gəldiyi üçün onu aldatmış ola bilər. Buna görə də yatan zaman ola bilər ki, Cəlal içərini axtaranda səs olub amma həmin küləyin saldığı səs ilə Cəlalın saldığı səsi ayıra bilməmişdir. Ümumiyyətlə Cəlalın gəlib oğurluq edə biləcəyinə inanmamışdır. Yatan zaman hava işıqlanmağa doğru getdiyi üçün və səhlənkarlıqdan restoranın arxa tərəfdə olan qapısını bağlamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cəlalla İsmayıllı rayonunda 2022-ci ilin may ayında «Castel Hoteldə» ofisant işləmişdir. Elə o vaxtdan həm Cəlalı həm Ramidi həm də Eldənizi tanımışdır. 2022-ci ilin iyun ayında Bakı şəhərinə gəlmiş və həmin vaxtdan sonra icarəyə «Opel Astra» markalı, «az ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürməklə 20 Yanvar Xırdalan şəhərləri arası taksi kimi 1 manata işləməyə başlamışdır. 12 iyul 2022ci il tarixdə, saat 10:00 radələrində Cəlal ona zəng edib harada olduğunu soruşduqda ona Novxanı kəndində olduğunu demişdir. Cəlal ondan Masazır kəndinə gəlməyini xahiş etmişdir. Cəlalın yerini öyrənib onun olduğu yerə getdikdə Ramid, Eldəniz və Cəlalın dayanıb onu gözlədiklərini görmüşdür. Cəlal ona demişdir ki, «sənə pul versəm İsmayıllı şəhərinə məni gəzməyə apara bilərsən». Onunla razılaşmış və getmişlər Balakən rayonuna, Eldənizin tanışının evində Zaqatala rayonunda qalmışlar. Səhəri gün ordan çıxıb İsmayıllı rayonuna getmişlər. Ramid ismayıllı rayonunda düşüb qalmış, Eldəniz və Cəlalı Gəncə şəhərinə aparmışdır. Bir az gəzdikdən sonra İmişli rayonuna getmişlər. Eldəniz İmişli rayonunda düşmüşdür. Cəlalı isə Maştağa qəsəbəsində olan yaşadıqları evə gətirmişdir. Cəlal evə düşürən kimi polis işçiləri gəlib onu saxlamışlar. Pulunu istədikdə Cəlalın anası demişdir ki, narahat olma sən kartını ver mənə sənin pulunu göndərim. Bundan bir gün sonra gedib anasından 150 manat yol pulu kimi gsötərdiyi xidmətə görə pul almışdır. Cəlal «Momo» restoranından etdiyi oğurluq hadisəsində Eldənizdən başqa onların yanında başqa kiminsə olması barədə heç nə bilmir. Cəlal 12 iyul 2022-ci il tarixdə pul verməmiş, ancaq 30 manat dizel yanacaq almış, anasından isə 150 manat xidmət pulu almışdır. Cəlalı Balakın, Zaqatala, Gəncə və İmişli şəhərlərinə aparmışdır. Cəlalla yol gedən zaman oğurluq etdiyini bilmişdir. Ondan başqa Ramiddə bilmişdir. Yol boyu Eldənizlə onun arasında nə isə etdikləri oğurluq hadisəsi ilə bağlı mübahisə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2111 taksi şirkətində qeydiyyatdan keçməklə Bilgəh qəsəbəsində icarəyə götürdüyü avtomobillə taksi kimi işləyir. «Kia Ceed» markalı, «az ** FL ***» dövlət qeydiyyat nişanlı avtomobili Eldəniz Məmmədov adlı şəxsdən gündəlik 30 manat ödəməklə icarəyə götürüb işləyir. 12 iyul 2022-ci il tarixdə saat 05:58:48-də istifadəsində olan «***-***-**-**» saylı telefon nömrəsinə +99***-***-**-** saylı telefon nömrəsindən sifariş gəlmiş və verilən sifarişə görə həmin şəxsə zəng etdikdə həmin şəxs Nardaran qəsəbəsində «Sea Breez»dən Buzovna qəsəbəsində yerləşən hərbi Zavodun yanına gedəcəyini demişdir. Sifarişin qiyməti isə şirkətdən 8 manat etmişdir. Sonradan adı ona məlum olan Cəlal adlı şəxsin verdiyi sifariş əsasında «Sea Breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoran barı tapana qədər onunla bir neçə dəfə danışmış və sifarişçi ona yeri birtəhər başa salmışdır. Dediyi yerə getdikdən sonra həmin şəxsin yanında olan eyni ilə onun kimi arıq bədən quruluşlu şəxslə bir yerdə Cəlalın əlində dijey aparatı, digər şəxsin əlində isə kamera yaddaş aparatına oxşar qara rəngli qutu olmuşdur. Avtomobilin baqajını açmış, Cəlal Dijey aparatını baqaja qoymuş və Cəlal həmin şəxslə bir yerdə arxa oturacaqda əyləşmişlər. Onlarla danışmasa da onlar öz aralarında talış ləhcəsi ilə nə isə danışmışlar. Amma onların danışığını başa düşməmişdir. Onları Buzovna qəsəbəsində Hərbi zavodun yaxınlığında düşürmüşlər. Onlar avtomobildən düşəndən sonra Cəlal ona 3-4 manat da artıq yol pulu verib demişdir ki, halal xoşun olsun götür. Ona təşəkkürünü bildirib geri qayıdan zaman Cəlal onun arxasınca qaçaraq dayanmış, «Mersedes Vito» markalı avtomobilin sürücüsünə demişdir ki, «gözlə gəlirəm məni də Koroğluya apar». Baş verənlərlə bağlı bildiyi bu qədərdir. Həmçinin onu da qeyd etmişdir ki, Cəlalın yanında olan şəxsi görsə tanıya bilər. Həmin şəxsləri ilk dəfə görmüşdür, bundan qabaq həmin şəxsləri görməmişdir. «Sea breeze» Resort Residencesin ərazisində yerləşən «Momo» restoranından çıxanda onu kimsə saxlamamış və heç kim ondan söz soruşmamışdır. Onun idarə etdiyi avtomobilə əyləşən şəxsləri görsə tanıya bilər, onlardan birinin ona görə adını bilir ki, həmin uzun boylu oğlan ona zəng edib sifariş edən zaman adını Cəlal kimi təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Eksperizası Mərkəztinin 5/904- 9/5246 saylı, 19 avqust 2022-ci il tarixli məhkəmə kompüter texniki ekspertizası, kompüter texniki obyektlərinin tədqiqi və məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş «Newetech» markalı, «TVİ-104G» modelli dörd kanallı müşahidə kameralarından video görüntüləri qeydə alan bir ədəd «DVR» tipli cihaz hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «Newetech» markalı, «TVİ-104G» modelli, «DVR» tipli dörd kanallı müşahidə kameralarından görübtüləri qeydə alan «DVR» tipli cihazın əsas «Menyu» hissəsinin müvafiq bölmələrinə baxış keçirilən zaman qurğunun yaddaşında 12 iyul 2022-ci il tarixdə saat 04:00 radələrindən 06:00 radələrinədək video fayllar müəyyən olundu (bax rəyə əlavə edilmiş DVD-R diskə). Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 2.135.00 manat. 01 ədəd «Newetech» markalı, «TVİ-104G» modelli kameranın yaddaş aparatı (DVR)- 120.00 manat; 01 ədəd «Power Supply» markalı S-60-12 modelli güc qaynağı-15.00 manat;-01 ədəd qara 2015-ci ilin avqust ayında istehsal edilmiş «Pioner»markalı, DDJ-SZ model DJ aparatı-2.000.00 manat. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 22 iyul 2022-ci il tarixdə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 01 sentyabr 2022-ci il tarixdə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)36/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qərarı ilə «8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azəərbaycan Respublikasının Milli Məcləsinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay müddətinə azaldılmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş digər təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadə məhkəmə iclasında araşdırılmış digər sübutlarla təkzib olunur. Onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddlərində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 14 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,31). Cinayət işinin materiallarında olan 16 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,53). Cinayət işinin materiallarında olan 4(008)598/2022 saylı, 16 iyul 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 14 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,73). Cinayət işinin materiallarında olan 03 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,136). Cinayət işinin materiallarında olan 05 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,151). Cinayət işinin materiallarında olan 4(008)735/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 12 oktyabr 2022-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir (səh.,177). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənilməsini, əvvəllər məhkum olunmamasını, ona qarşı şikayət və tələbin olmamasını, maddənin sanksiyasında və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı «01» (bir) il, «02» (ay), «06» (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının «02» (iki) il, «04» (dörd) ay, «12» (on iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı «14» iyul 2022-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər məhkum olunmasını, analoji cinayətə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «03» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar pul və əşyaların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 40 manat müştərək qaydada) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «03»(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 14 iyul 2022-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixə kimi həbsdə saxlandığı müddət «01» (bir) il, «02» (ay), «06» (altı) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) il, «04» (dörd) ay, «12» (on iki) gün hesablansın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 07 (yeddi) ay, 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbsdən azad edilsin və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il , «07» (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «03» sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar pul və əşyaların sahiblərinə qaytarılması nəzərə alınsın. 80 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 40 manat müştərək qaydada) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar