Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-129/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, 1-ci Vağzal küçəsi, ev 15də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 6 ədəd polietilen və 1 ədəd kağızdan hazırlanmış bükümlərdə hər birində ayrı-ayrılıqda 0,259 qram, 0,181 qram, 0,282 qram, 0,253 qram, 0,265 qram, 0,178 qram, və 0,074 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdardə cəmi 1,492 qram əldə edib xx.xx.2020-ci ilədək üstündə saxlamaqla daşımış, lakin barəsində aparılan araşdırma ilə bağlı Sabunçu RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci ildə onun saxlanılması ilə əlaqədar tədbir keçirərkən polis əməkdaşlarından yayınmaq istəsə də, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsindəki nömrəsiz evinin qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 6 ədəd polietilen və 1 ədəd gümüşü rəngli kağız parçasından olan bükümlərdə hər birində ayrı-ayrılıqda 0,259 qram, 0,181 qram, 0,282 qram, 0,253 qram, 0,265 qram, 0,178 qram, və 0,074 qram olmaqla cəmi 1,492 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir-neçə ildir narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsindəki nömrəsiz evin qarşısından ona məlum olmayan səbəbdən etibarnamə ilə idarə etdiyi «KİA RİO» markalı, **-UG- *** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən götürülərək, Suraxanı rayonunda yerləşən cərimə meydançasına aparılmışdır. İki gün sonra yəni xx.xx.2020-ci il tarixdə gecə saatlarında avtomobilin saxlanıldığı cərmə meydançasına getmiş, bir neçə dəfə qapını döysə də, heç kəsin olmadığını görüb avtomobilinə minib oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il saat 03 radələrində idarə etdiyi «KİA RİO» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ilə dəmiryol stansiyası istiqamətində hərəkət edərkən «Akkord» binalarının qarşısında polis əməkdaşları süni tıxac yaradıb yolu kəsmiş, qarşı yola çıxaraq oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə yaşadığı evdə olarkən qapının döyüldüyünü eşitmiş, pəncərədən baxdığı zaman gələnlərin polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşlarından qaçmaq məqsədi ilə pəncərədən tullanaraq küçəyə çıxmış, lakin küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nə gətirilmişdir. Polis İdarəsində təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, video çəkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 6 ədəd polietilen və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Komendant saatının tətbiqi ilə əlaqədar olara evdən tez-tez çıxa bilmədiyi üçün şəxsi istifadəsi üçün bir-neçə büküm narkotik vasitə almışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxxxxxx 2020-ci il tarixdə təhqiqat orqanından polis əməkdaşlarına tabe olmayıb qaçmağa nail olmuş «KİA RİO» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək təhqiqata gətirilməsi barədə tapşırıq daxil olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs şəxsiyyəti və olacağı yerlər barədə məlumat toplanılarkən onun narkotik vasitələrin istifadəçisi olması, özündə narkotik vasitə saxlaması barədə məlumat əldə edilmişdir. Təqsirləndirilən şəxs təhqiqat orqanına gətirilməsi üçün o, CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və kiçik əməliyyat müvəkkilli Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Z.Zeynalov küçəsindəki evinə getmişlər. Qapını döyüb Sabunçu RPİ-nin əməkdaşları olduğunu bildirərək Təqsirləndirilən şəxs evdə olub-olmamasını soruşmuşlar. Həmin vaxt bir nəfər şəxs pəncərədən tullanaraq qaçmaq istəmiş, lakin onlar tərəfindən saxlanılaraq Sabunçu RPİ-nə gətirilmişdir. Polis İdarəsində raportla Təqsirləndirilən şəxs saxlanılması barədə məruzə edilmiş və rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması üçün baş təhqiqatçının otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını izah edilərək videoçəkilişlə şəxsi axtarış aparılması barədə məlumat verilmişdir. Bundan sonra, ona üstündə saxlanılan dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış və ya cinayət yolu ilə əldə olunmuş əmlakı təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs ciblərində olan bir qutu siqareti, 1 ədəd mobil telefonu və 6 ədəd polietilen kəsikdən, 1 ədəd kağızdan olan kiçik bağlamaları təqdim etmişdir. Bağlamalar açılanda içərilərində narkotik vasitəyə oxşar, qəhvəyi rəngli, toz halında maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 7 kiçik bağlama zərfə qablaşdırılmış, zərf möhürlənmişdir. Narkotik vasitənin aşkar olunmasına dair şəxsi axtarış protokolu tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili X3 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1, Şahid2, Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 6 ədəd polietilen və 1 ədəd gümüşü rəngli siqaret kağızında bükülü aşkar edilmişdir. Cinayət işinin 36 vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2036 nömrəli ekspert rəyindən görünür ki, 6 polietilen və 1 kağız bağlamalarda olan maddənin ayrı-ayrılıqda çəkiləri 0,259 qram, 0,181 qram, 0,282 qram, 0,253 qram 0,265 qram, 0,178 qram, 0,074 qram olmaqla cəmi 1,492 qram maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,422 qramdır. Cinayət işinin 70-71-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-584/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,422 qram olan heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntüsünü əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 2890 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-130-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 392/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəzasından çıxılmaqla onu üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 132-ci vərəqəsində olan Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-392/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 22 (iyirmi iki) gününü çəkmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan AZ İV 256929 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 80-82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 01 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-392/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1,422 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işini materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-392/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 02 (iki) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1,422 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD-R disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-129/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-129/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver