Məhkəmə qərarları › İş №1(008)-129/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-129/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-129/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamnı mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.242 qram olan psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, həmin psixotrop maddə metamfetaminin təmiz çəkisi 0.027 qram hissəsini 11 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «Oba» marketin qarşısında tanışı Şahid3 5 manata sataraq qalan hissəni isə üzərində saxlayaraq daşımış və 11 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-in NMB-in əməkdaşları tərəfindən Şahid3 ilə birlikdə piyada hərəkət edən zamanı Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «Oba» marketin qarşısında saxlanılaraq hər ikisi ünvan 1 ünvanda yerləşən SabunçuRPİ-in 13-cü Polis Bölməsinə gətirilmiş və bölmənin inzibati binasında Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən ağ sellofana bükülmüş bir bükümdə içərisində ona satdığı təmiz çəkisi 0.027 qram olan psixotrop maddə metamfetamin, onun üzərinə isə şəxsi axtarış keçirilən zaman əynində olan açıq mavi rəngli köynəyinin sol döş cibindən siqaretin gümüşü kağızına bir bükümdə bükülmüş içərisində təmiz çəkisi 0.215 qram olan kustar usulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olur və buna görədə o dəfələrlə məhkum olunmuşdur. Ruslan o bir neçə aydır ki, tanıyır, Ruslan onunla qonşu məhəllədə yaşayır. 11 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində o Ruslanla Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində «Oba» marketin yaxınlığında təsadüfən görüşmüşdür. Ruslanla görüşüb söhbət edən zamanı onlara iki nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb onlardan şəxsiyyəti təsdiq edən sənədlərini istəmişlər. Şəxsiyyət vəsiqələri üstlərində olmadığına görə onları 13-cü Polis Bölməsinə apardılar. Polis Bölməsində ayrı ayrı otaqlara onları saldılar və onun üstünə axtarış keçirildi. Axtarış zamanı köynəyinin döş cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş maddə sonradan ona məlum olduğu kimi metamfetamin aşkar olundu. Onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli deyildir. Narkotik vasitələrin istifadəçisidir. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində o iş yoldaşı Sabunçu RPİ-in NMB-in əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin vaxtı Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi «Oba» marketin yaxınlığında iki nəfər özlərini şübhəli aparan şəxsləri görmüşdür. Həmin şəxslər narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olduğu şəxslərə oxşayırdılar. Onlardan biri arıq bədən quruluşlu təxminən 30 yaşlı şəxs olmuşdur. Digəri isə təxminən 50 yaşlı olmuşdur. Onlara yaxınlaşıb özlərini təqdim edərkən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etməyə xahiş etdilər. Həmin şəxslərin üzərində heç bir sənəd olmadığına görə onları 13-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsinə həmin şəxsləri aparında onlar diqqətlə baxırdılar ki, əgər şəxslərin üzərində hər hansı bir qanuni əşya varsa, həmin əşyanı tullaya bilməsinlər. Polis bölməsində məlum oldu ki, saxlanılan təxminən 30 yaşlı şəxs Bakıxanov qəsəbəsində yaşayan Şahid3dir. Digər 50 yaşlı şəxs isə Bakıxanov qəsəbəsi sakini əvvəllər narkotik vasitələrin istifadəsi ilə və satışı ilə məhkum olmuş Təqsirləndirilən şəxsdir. Bundan sonra 13-cü Polis Bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxslər qismində tutuldu və hüquqlarını müdafiə edilməsindən ötrü hər ikisi dövlət tərəfindən vəkillə təmin olundular. Şübhəli şəxs Şahid3 huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi. Bölmənin xidməti otağında Şahid3 üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı Şahid3 əynində olan qara rəngli şalvarının sağ yan cibindən qara rəngli «Nokia» markalı mobil telefon aparatı, həmin şalvarın sol yan cibindən isə selofana bükülmüş bir bükümdə kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar olan maddə aşkar olundu. Şahid3 bildirdi ki, ondan aşkar olunub götürülmüş maddə el arasında deyilən «Patı» psixotrop maddə metafetamindir, həmin psixotrop maddəni onunla birlikdə tutulan Təqsirləndirilən şəxs öz istifadəsi üçün 5 manata almışdır. Şahid3 götürülmüş maddə qablaşdırılaraq götürüldü. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi. Bölmənin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı əynində olan açıq mavi rəngli köynəyinin sol döş cibindən siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunub götürülmüş maddə el arasında deyilən «Patı» psixotrop maddə metafetamindir, həmin psixotrop maddəni o 2-3 gün bundan qabağ yaşadığı ünvanın yaxınlığında yerdən tapmışdır. Özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olduğuna görə tapdığı psixotrop maddə metamfetamini öz istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Bundan əlavədə Ü.M. Quliyevin şalvarının sağ yan cibindən 01 ədəd «Hoffman» markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. Polis Bölməsində olan zamanı Ülvi onlara demişdir ki, Ruslanın üzərindən aşkar olunaraq götürülmüş psixtrop maddə metamfetamini o Ruslana pay kimi vermişdir, 5 manata satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o psixotrop maddə metamfetamini istifadə etməyə başladı. Metamfetamini o 3-4 ay ərzində qonşu məhəllədə yaşayan Ülvi adlı şəxsdən alırdı. Ülvidən o metamfetamini 5 manata alırdı və özü istifadə edirdi. Ülvidən aldığı metamfetamini o heçkimə vermirdi. Ülvi ilə o hər dəfə Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində görüşüb ondan metamfetamini alırdı. Ülvi ilə o Ülvinin «***-***-**-**» işlətdiyi nömrə ilə çox vaxtı danışmışdır, Ülvinin 7-8 nömrəsi olmuşdur, həmin nömrələrlə o Ülviylə əlaqə saxlayırdı, həmin nömrələri o xatırlamır. O isə ***-***-**-** saylı nömrəni işlədirdi. Həmin nömrəni o 7-8 aydır ki, işlədir. Növbəti dəfə psixotrop maddə metamfetamini əldə etmək üçün o 11 iyun 2022-ci il tarixdə, saat 16:00 radələrində istifadəsində olan «***-***-**-**» saylı nömrəsi ilə Ülvinin istifadəsində olan «***-***-**-**» saylı nömrəsinə zəng vurdu və Ülvidən xahiş etdi ki, ona el arasında deyilən «patını» təşkil etsin. Ülvi ona dedi ki, həmin günü, yəni 11 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində onunla Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində yerləşən «Oba» marketin qabağında görüşü ona bir çet «patı»nı verəcək. Ülvi ilə aralarında olan danışıq təxminən 30-40 saniyə davam etdi. 11 iyun 2022-ci il tarixdə, saat 21:30 radələrində o Ülvi ilə Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində «Oba» marketin qarşısında görüşdü. Həmin vaxtı o Ülviyə 5 manat verdi ki, Ülvi ona psixotrop maddə metamfetamini satsın, Ülvidə ondan 5 manatı alıb ona siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə psixotrop maddə metamfetamini verdi. Psixotrop maddəni o Ülvidən götürüb əynində olan qara rəngli şalvarımın sol yan cibinə qoydu. Bundan sonra onlar ayrılmaq istəyəndə həmin an onlara bir neçə nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onları 13-cü Polis Bölməsinə apardılar. Polis bölməsində onlar hər ikisi şübhəli şəxslər qismində tutuldular, onlara huquq və vəzifələri izah olundu, hüquqlarınızı müdaviə olunması üçün dövlət tərəfindən vəkillərlədə təmin olundular. Bundan sonra onları ayrı ayrılıqda xidməti otaqlara salıb üzərlərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başladılar. Şəxsi axtarış keçirilməmişdən əvvəl o xahiş etdi ki, vəkili axtarışda iştirak etməsin, çünki üzərində psixotrop maddə metamfetamin saxlanılırdı. Vəkili bölmənin xidməti otağını tərk edəndən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi və həmin vaxtı əynində olan qara rəngli şalvarının sol yan cibindən bir bükümdə siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırıb götürüldü. Həmçinin şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən «***-***-**-**» saylı nömrə ilə işlətdiyi bir ədəd «Nokia» markalı mobil telefon aparatı götürüldü. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 6/3313 saylı, 11 iyun 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.215 qram ağ rəngli kristalik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi-0.215 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.165 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 6/3314 saylı, 12 iyun 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Şahid3 yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.027 qram ağ rəngli kristalik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi-0.027 qram, tədqiqata sərf edildi-0.010 qram, qalıq-0.017 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 6/3675 saylı, 21 iyul 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs ...» yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.165 qram psixotrop maddə metamfetaminlə və tədqiqata təqdim edilmiş üzərində «vət.Şahid3 ....» yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.017 qram psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. 1 №li zərfdəki metamfetaminin ümumi təmiz çəkisi-0.165 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.115 qramdır. 2 №li zərfdəki metamfetaminin ümumi təmiz çəkisi-0.017 qram, tədqiqata sərf edildi-0.010 qram, qalıq-0.007 qramdır. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X3 338 saylı, 25 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yararan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Sabunçu RPİ-nin PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Rafiq Şərifov 13-cü PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 13-cü PB-in xidməti otağında şəxsi axtarış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan açıq mavi rəngli köynəyinin sol döş cibindən siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar olan maddə aşkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd «Hoffman» markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunub götürülmüş maddə el arasında deyilən «Patı» psixotrop maddə metafetamindir, həmin psixotrop maddəni o 2-3 gün bundan qabağ yaşadığı ünvanın yaxınlığında yerdən tapmışdır. Özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olduğuna görə tapdığı psixotrop maddə metamfetamini öz istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)309/2022 saylı, 04 may 2022-ci il tarixli hökmündən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)932/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)309/2022 saylı, 04 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)932/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)309/2022 saylı, 04 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 11 ay, 26 gün azadlığın məhdudlaşıdırlması cəzasının çəkilməmiş qalan 02 il, 06 ay, 10 gün hissəsi dəyişdirilərək, 01 il, 03 ay, 05 gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. Cəza çəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin qismən etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü qismən etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuüşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərara görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göründüyü kimi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza yoxdur. Azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsi nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan 11 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs həmin tarixdən, saat 21:30 radələrindən tutulmuş hesab edilmişdir (səh.,37). Cinayət işinin materiallarında olan 13 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 84). Cinayət işinin materiallarında olan 13 iyun 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması haqqında Bakı şəhəri Sabunçu rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (səh.,97) Cinayət işinin materiallarında olan 13 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 99). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)932/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)309/2022 saylı, 04 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş «02» il, «11» ay, «26» gün azadlığın məhdudlaşıdırlması cəzasının çəkilməmiş qalan «02» il, «06» ay, «10» gün hissəsi dəyişdirilərək, «01» il, «03» ay, «05» gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. Cəza çəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza çəkməsini, maddənin sanksiyasında alternativ cəza olmamasını, onun digər cəza növləri ilə islah olunmasının qeyri-mümkün olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs «11» iyun 2022-ci il tarixdən «13» iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Lakin hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alinmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)932/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut hesab edilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.115 qram, 0.007 qram narkotik vasitə metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 162 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)932/2022 saylı, 20 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş «07» (yeddi) ay, «03» (üç) gün hissəsi ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut hesab edilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.115 qram, 0.007 qram narkotik vasitə metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 162 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)932/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar