Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-129/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Ənvərli Səbinə Şair qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi-X3 Bakı Şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Ford markalı, Furqon tipli, ** EQ *** dövlət qeydiyyat nişanlı avtomobili 25 aprel 2024-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ilə Koroğlu metrostansiyası istiqamətindən, Bakıxanov qəsəbəsi istiqamətinə 50-60 km/saat sürətlə idarə edərkən, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən Hamamın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkət hissəsində dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ yan güsgüsü ilə yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan piyada X4 vurulmasına, nəticədə Həsən Əfəndiyevə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş beyinin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol beyin yarımkürəsinin subdural hematoması (baş beyinin sol yarımkürəsi üzərində sərt qişa altına qanın yığılması), sol təpə-gicgah-alın sümüklərinin yerini dəyişən açıq qəlpəli, sol əng sümüyünün yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərlərin kontuziyası, ikitərəfli hemopnevmotoraks, sol təpə, burun və boyun nahiyələrinin, sağ diz oynağı nahiyəsinin və sağ ayağın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən 13 iyul 2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə xəstəxanasında ölməsinə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 30 ildir ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də var. 25 aprel 2024-cü il tarixdə təxminən saat 02:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Ford markalı, Furqon tipli, ** EQ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ilə Koroğlu metrostansiyası istiqamətindən, Bakıxanov qəsəbəsi istiqamətinə 50-60 km/saat sürətlə yolun soldan ikinci zolağıyla hərəkət edirmiş. Həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında arvadı Şahid oturmuşdur. Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən Hamamın qarşısına çatdıqda bir nəfər şəxsin yolun sağ tərəfindəki hərəkət zolağında hərəkətsiz və dayanmış vəziyyətdə olduğunu görmüş, həmin vaxt o, dərhal idarə etdiyi avtomobili sola istiqamətləndirmişdir ki, piyadanı vurmasın, lakin avtomobilin sağ yan güzgüsü ilə həmin piyadanı vurmuş, həmin vaxt avtomobili bir qədər irəlidə yolun sağ tərəfinə sürərək dərhal saxlamış və arvadı Şahid ilə birlikdə avtomobildən düşərək piyadaya köməklik etmək məqsədilə ona yaxınlaşmışlar, piyadanın sağ olduğunu görüb ətrafda olan tanımadıqları şəxslərin köməkliyi ilə onu yolun sağ kənarına qoymuşlar. Həmin vaxt yoldan keçən polis əməkdaşları onlara yaxınlaşmışlar və 103 xidmətinə zəng eədərək X17 stansiyasına məlumat vermişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə X17 briqadasının həkimləri gəlmişlər, X17 briqadasının həkimləri və arvadı Şahid xəsarət alan piyada sonradan adı ona məlum olan X6 X13 aparmışlar. Bir qədər sonra hadisə yerinə Sabunçu RPİ-nin əməkdaşları gəlmişlər, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, həmin baxışda o, da iştirak etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq havanın çiskinli olduğunu, özünün ümumiyyətcə yüksək sürət həddində avtomobil idarə etmədiyini, havanın qaranlıq olması səbəbindən zərərçəkmiş şəxsi görə bilmək imkanının olmadığını, təqsirləndirilən şəxsi gördüyü an əyləci basdığını, həmin gün sərxoş olmadığını, imkanı çatdığı qədər zərərçəkmiş şəxsə kömək etdiyini və həmin gün sərxoşluğunun müəyyən edilməsi məqsədi ilə müayinədən keçirtmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə göstərmişdir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, əməlindən səmimi peşmandır, o, mərhumun dəfn və digər xərclərini ödəmiş, mərhumun hüquqi varisi ilə barışıq əldə etmişdir, hüquqi varisin ona qarşı şikayəti və tələbi yoxdur. Ürək və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, himayəsində azyaşlı uşağı omasını və qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü X9 onun doğma oğludur. X16 ölən günə qədər onunla eyni ünvanda, yəni ünvan 3 evdə yaşamışdır. X16 25 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. 13 iyul 2024-cü il tarixdə Həsən müalicə aldığı Respublika Neyrocərrahiyyə xəstəxanasında ölmüş və həmin gün Sabunçu rayon MTE-nın meyitxanasında meyiti müayinə oldunduqdan sonra ona təhvil verilmişdir. Yolnəqliyyat hadisəsini törədən sürücü Təqsirləndirilən şəxs ailə üzləri X16in yas mərasimində iştirak etdiyindən, eləcə də yas xərclərini ödədiyindən onun sürücü Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid öz yaxın qohumu - əri Təqsirləndirilən şəxs qarşı ifadə verməmək hüququndan istifadə etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsində bildirilmişdir ki, 25 aprel 2024-cü il tarixdə təxminən saat 02:30 radələrində əri Təqsirləndirilən şəxs özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Ford markalı, Furqon tipli, ** EQ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ilə Koroğlu metrostansiyası istiqamətindən, Bakıxanov qəsəbəsi istiqamətinə yolun soldan ikinci zolağıyla hərəkət edirmiş. Həmin vaxt o, da avtomobilin qabaq sağ oturacağında oturmuşdur. Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən Hamamın qarşısına çatdıqda bir nəfər şəxsin yolun sağ tərəfindəki hərəkət zolağında hərəkətsiz və dayanmış vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt o, qışqıraraq “ay allah evimiz yıxıldı” demiş, Niyaməddin dərhal idarə etdiyi avtomobili sola istiqamətləndirmişdir ki, piyadanı vurmasın, lakin avtomobilin sağ yan güzgüsü ilə həmin piyadanı vurmuş, Niyaməddin avtomobili bir qədər irəlidə yolun sağ tərəfinə sürərək dərhal saxlamış və avtomobildən düşərək piyadaya köməklik etmək məqsədilə ona yaxınlaşmışlar, piyadanın sağ olduğunu görüb ətrafda olan tanımadıqları şəxslərin köməkliyi ilə onu yolun sağ kənarına qoymuşlar. Həmin vaxt yoldan keçən polis əməkdaşları onlara yaxınlaşmışlar və 103 xidmətinə zəng edərək X17 stansiyasına məlumat vermişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə X17 briqadasının həkimləri gəlmişlər və xəsarət alan piyada sonradan adı ona məlum olan X6 X17 briqadasının həkimləri ilə birlikdə X13 aparmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, X4 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə təqsirləndirilən şəxsin tibbi müayinədən keçib-keçməməsinin dəqiqləşdirilməsi üçün AR SN Respublika Narkoloji Mərkəzinə Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 19/51 3555 nömrəli, 18 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlu xx.xx.2024-cü il tarixdə və ondan sonrakı dövrdə sərxoşluq hallarının bütün növlətinin təyini məqsədi ilə tibbi müayinədən keçməmişdir. -Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş sxemdən görünür ki, təqsirləndirilən şəxs “Ford-Transit” markalı 77EQ-985 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir.(İ.V11) -Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 30 avqust 2024-cü il tarixli 3-13-xx/xx-139727/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2017-ci il tarixdə (14 oktyabr 2027-ci il tarixədək etibarlı olan) AD 081302 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 69) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 03 may 2024-cü il tarixli 990 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X5 baş beyinin ağır dərəcəli əzilməsi, alın, təpə gicgah və sol əng sümüklərinin yerdəyişən qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir.. (i.v. 25-27) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 146 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyinin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və qişalarına qansızma. Sol beyin yarımkürəsinin subdural hematoması (baş beyinin sol yarımkürəsi üzərində sərt qişa altına qanın yığılması). Sol təpə-gicgah-alın sümüklərinin yerini dəyişən açıq qəlpəli, sol əng sümüyünün yerini dəyişən qapalı qəlpəli sınıqları. Ağciyərlərin kontuziyası. İkitərəfli nemopnevmotoraks. Sol - təpə, burun və boyun nahiyələrinin, sağ diz oynağı nahiyəsinin və sağ ayağın əzilmiş-cırılmış yaraları. Xəsarətlər həyati olub, H.R.X10 Mərkəzinə daxil olmasından xx.xx.2024-cü il tarixdə, saat 03:00) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol - nəqliyyat hadisəsi zamanı minik avtomaşının vurması nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb kəllə tağı və əsası (sol təpə-gicgah-alın) sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi və travmatik ödemi olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 08:55-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X2 uzun müddət xəstəxanada stasionar şəraitdə müalicə aldığından meyitdən etil spirtinin təyini üçün məhkəmə-kimyəvi müayinəyə qan nümunəsi götürülməmişdir. Mərhumun adına X12 tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur.(i.v. 49-50) - İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 8/3001 №-li rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş materiallara əsasən Ford markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v 76-79) - Sübutların qiymətləndirilməsi haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğluna Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, hadisə yerinin videogörüntüsünü əks olunmuş DVD disk, zərərçəkmiş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin ifadələri, məhkəmə-tibbi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi tanınmışdır. (i.v. 121-126) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Rəhim oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - X4 hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi 06 mart 2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı bir şikayəti, iddiası, tələbi yoxdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat - sorğu kartoçkasında heç bir məlumat yoxdur.(i.v. 68) - 20 dekabr 2024-cü il tarixli-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 94-95; 117-120) - Məhkəməyə təqdim edilmiş xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlu ürək və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. - Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlunun xx.xx.2010cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və səhhətindəki nasazlıqları onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1 -ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21 -ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: X9 şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1- ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 manat pul məbləği Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında iştirak zamanı sərf etdiyi 20 iş saatına görə, hər iş saatına 6 manat hesablanmaqla 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 7 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN ********** köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-129/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-129/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver