Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-13/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər- Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Balakən rayonu, Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Balakən rayonu, Meşəşambul ərazi dairəsi, Meşəşambul kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tofiq Bəhramov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxx 1997-ci ildə Astara rayonu, Qapıçıməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu, Suparibağ ərazi dairəsi, Qapıçıməhəllə kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 6929 nömrəli yaşayış sahəsi olan bağ evinə, həmin evin yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 70 manat olan 280 manat dəyərində 04 ədəd su kranı, 80 manat olan bir ədəd şirə və ətçəkən dəstini, 450 manat olan 300 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə, cəmi 810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, oradan ayrı-ayrılıqda dəyərləri 160 manat olan bir ədəd “SkyWorth” markalı televizoru, 50 manat olan TV tuneri, 40 manat olan bir ədəd radionu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə, cəmi 250 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağlan 16-cı dalanda yerləşən Zərərçəkmiş şəxs3 qeyri yaşayış sahəsi olan binada yerləşən alqı-satqı ofisinə, həmin ofisin plastik pəncərəsini vintaçanla sıxıb acaraq saxlanc yerinə qanunsuz daxil olmaqla, oradan ayrı-ayrılıqda dəyərləri 220 manat olan bir ədəd “HP” markalı nootbuku, 300 manat olan bir ədəd “İphone” 5S markalı mobil telefonu, 20 manat olan bir ədəd turist bıçağını, 10 manat olan bir ədəd təsbehi, 400 manat olan bir ədəd “LG” markalı televizoru və 50 manat olan “MultıStar” markalı müşahidə kamerasının bir ədəd blokunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümümilikdə, cəmi 1.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 16.08 2021-cı il tarixdə, saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları ərazisində 25-ci dalanda yerləşən, Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin birinci mərtəbəsində yerləşən zal otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olmaqla, oradan ayrıayrılıqda dəyərləri 180 manat olan nərdtaxtanı, 50 manat olan “Geepas” markalı kondisioneri, 10 manat olan hava vuran cihazı, 300 manat olan (hər birinin dəyəri 150 manat) iki ədəd ətri və 20 manat olan bir ədəd çaxırı gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümümilikdə, cəmi 560 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 18.08 2021-ci il tarixdə, saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları ərazisində 18-ci dalanda yerləşən, Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi olan 3455 nömrəli iki mərtəbəli bağ evinə, həmin evin birinci mərtəbəsində yerləşən zal otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olmaqla, oradan ayrı-ayrılıqda dəyərləri 120 manat olan bir ədəd "HP Compaq” markalı nootbuku, 40 manat olan bır ədəd “Sony" markalı videomüşahidə kamerasını, 10 manat olan bir ədəd “Sharp” markalı səs gücləndiricini, 40 manat olan bir ədəd TV tuneri, 50 manat olan Ailə TV box aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə, cəmi 260 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları ərazisində 25-ci dalanda yerləşən, Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi olan 2044 nömrəli bağ evinə, həmin evin yataq otağının vintaçanla sıxıb açdığı plastik pəncərəsindən qanunsuz daxil olmaqla, oradan ayrı-ayrılıqda dəyərləri 1.000 manat olan bir ədəd dəri kişi gödəkcəsini, 500 manat olan bir ədəd dəri papağı, 600 manat olan (hər birinin qiyməti 300 manat) iki dəst kişi kostyumunu, 240 manat olan (hər birinin qiyməti 170 manat) iki cüt kişi ayaqqabısını, 1.000 manat olan qadın parfümeriya dəstini, 100 manat olan bir ədəd “Euromax" markalı TV tuneri, 20 manat olan suvenir bıçağı, 300 manat olan 3 dəst kişi köynəyini, bundan sonra həmin evin həyətində yerləşən, mətbəx binasının vintaçanla sıxıb açdığı plastik qapısından qanunsuz daxil olmaqla, oradan dəyərləri 800 manat olan "Madonna” servis qab-qaşıq dəstini, 130 manat olan bir ədəd direli, 170 manat olan su dispenserini, 100 manat olan laqondanı və 30 manat olan bir ədəd çaydanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümümilikdə, cəmi 4.990 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları ərazisində yerləşən, Zərərçəkmiş şəxs7 məxsus saxlanc yeri olan 2051 nömrəli bağ sahəsində yerləşən hamam otağının plastik qapısını vintaçanla sıxıb açaraq qanunsuz olaraq içəri daxil olmaqla, oradan hər birinin uzunluğu 50 metr olan üç top və uzunluğu 20 metr olan bir top, cəmi 170 metr uzunluğunda 4 top elektrik naqilləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümümilikdə, cəmi 260 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı olmamış, bu səbəbdən oğurluq edərək pul əldə etməyi qərara almış, bununla bağlı, Təqsirləndirilən şəxs2 danışmış, maddi imkanı yaxşı olmadığı üçün Təqsirləndirilən şəxs2 onunla birlikdə oğurluq etmək istədiyini bildirmişdir. Bu məqsədlə, onlar xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları ərazisinə gedərək yaşayış olmayan ev axtarmağa başlamış, sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildikləri bağ evinin işığının yanmadığını görərək ətrafa nəzər yetirib evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra evin hasarından aşaraq həyətə enmiş, pəncərənin dəmir barmaqlığını əlləri ilə silkələyib çıxarmışlar. Daha sonra vintaçanla pəncərəni sıxıb açaraq mənzilə daxil olub oradan 3 ədəd top şəklində elektrik naqili, 1 ədəd ət və şirəçəkən dəsti, 4 ədəd su kranı götürərək küçəyə çıxarmışlar. Bundan sonra, küçədən tanımadıqları taksi saxladaraq kirayə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən nömrəsiz evə gəlmiş, su kranı və elektrik naqilləri Zabrat qəsəbəsində xatırlamadığı ünvanda yerləşən metal qəbulu məntəqəsinə tanımadıqları şəxsə satmışlar. Ət və şirəçəkən dəsti isə kirayədə yaşadıqları evdə qalmış, xx.xx.2021-ci ildə kirayədə yaşadıqları evə baxış keçirilərkən ət və şirəçəkən dəsti polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 25-ci dalanda yerləşən, sonradan Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildikləri bağ evinin işığının yanmadığını görərək ətrafa nəzər yetirib evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra hasarın üzərindən aşmaqla həyətə enmiş, pəncərənin dəmir barmaqlığını əlləri ilə silkələyib çıxarmış, daha sonra vintaçanla pəncərəni sıxıb açaraq mənzilə daxil olub orada divardan asılan 1 ədəd “SkyWord" markalı televizoru, 1 ədəd TV tuneri, 1 ədəd köhnə radionu götürərək küçəyə çıxmışlar. TV tuner və radio köhnə olduğu üçün yolda tullamış, televizoru isə yoldan keçən taksi saxladaraq taksi ilə kirayədə yaşadıqları evə aparmışlar. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayədə yaşadıqları evə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 evindən oğurladıqları “SkyWord” markalı televizor polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o,xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlarına gedərək yaşayış olmayan bağ evlərini müəyyənləşdirdikləri zaman Ləhic bağları 16-cı dalanda yolun kənarındakı alqı-satqı ofisinin boş olduğunu görmüşlər. O, alqı-satqı ofisinin pəncərəsini vintaçanla sıxıb açaraq içəri daxil olmuş, Təqsirləndirilən şəxs2 isə içəri daxil olmamış, pəncərənin yanında dayanmışdır. Ofisin içərisindən 1 ədəd “HP” markalı notebooku, 1 ədəd “LG” markalı televizoru, 1 ədəd videomüşahıdə kamerasının blokunu, 1 ədəd “iphone 5S” markalı mobil telefonu, 1 ədəd təsbehi və 1 ədəd bıçağı götürərək Təqsirləndirilən şəxs2 vermiş, oradan uzaqlaşarkən telefon əlindən düşərək yararsız vəziyyətə düşdüyündən xatırlamadığı ünvanda həmin telefonu zibilliyə tullamış, qalan əşyaları isə Təqsirləndirilən şəxs2 ilə birlikdə tanımadığı taksiyə yükləyərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayədə yaşadıqları nömrəsiz evə aparmışlar. Oğurladıqları “LG” markalı televizoru “Azadlıq” stansiyasının yaxınlığında tanımadığı televizor ustasına xatırlamadığı qiymətə satmışdır. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayədə yaşadıqları evə baxış keçirilərkən ofisdən oğurladıqları 1 ədəd nootbuk və 1 ədəd videomüşahidə kamerasının bloku polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 25-ci dalan ərazisinə gedərək sonradan Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildikləri bağ evinin işığının yanmadığını görərək ətrafa nəzər yetirib evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra hasarın üzərindən aşmaqla həyətə enmiş, pəncərənin dəmir barmaqlığını əlləri ilə silkələyib çıxarmış, daha sonra vintaçanla pəncərəni sıxıb açaraq mənzilə daxil olub mənzildən 1 ədəd nərtaxta, 1 şüşə çaxır, 2 ədəd yarımçıq ətir, 1 ədəd “Geepas" markalı kondisioner, 1 ədəd hava vuran cihazı götürərək küçəyə çıxmış, yoldan keçən taksi saxladaraq oğurladıqları əşyaları kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz evə aparmışlar. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayə yaşadıqları evə baxış keçirilmiş, Kabi Lalayevın evindən oğurladıqları 1 ədəd “Geepas” markalı kondisioner, 1 ədəd nərtaxta və 1 ədəd hava vuran polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 18-ci dalan ərazisinə gedərək sonradan Zərərçəkmiş şəxs6 məxsus olduğunu bildikləri bağ evinin işığının yanmadığını görərək ətrafa nəzər yetirib evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra hasarın üzərindən aşmaqla həyətə enmiş, pəncərənin dəmir barmaqlığını əlləri ilə silkələyib çıxarmış, daha sonra vintaçanla pəncərəni sıxıb açaraq evə daxil olub evdən “HP” markalı nootbuk, Ailə TV box aparatı, “Sony” markalı videokamera, səsgücləndirici, TV tuner aparatını götürüb küçəyə çıxmış, Ailə TV box aparatı və TV tuner aparatı yararsız olduğuna görə xatırlamadığı ünvanda tullamış, yoldan keçən taksi saxladaraq oğurladıqları əşyaları kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz evə aparmışlar. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayədə yaşadıqları evə baxış keçirilərkən Zərərçəkmiş şəxs6 evindən oğurladıqları "HP” markalı nootbuk, "Sony” markalı videokamera və “Sharp” markalı səsgücləndirici kalonka polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 25-ci dalan ərazisinə gedərək sonradan Zərərçəkmiş şəxs5 məxsus olduğunu bildikləri bağ evinin işığının yanmadığını görərək ətrafa nəzər yetirib evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra hasarın üzərindən aşmaqla həyətə enmiş, vintaçanla pəncərəni sıxıb açaraq 1 ədəd suvenir bıçaq, 1 ədəd “Evroma” markalı TV tuner götürüb həyətə düşmüş, evin həyətində yerləşən mətbəxin plastik qapısını vintaçanla sıxıb aşmaqla daxil olduqları yerdən 1 ədəd drel və 1 ədəd su dispenserinı götürüb həyətdən çıxmış və əşyalarla birgə yaxınlıqdakı digər evə girmişlər. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 23-cü dalan ərazisinə gedərək sonradan Zərərçəkmiş şəxs7 məxsus olduğunu bildikləri bağ evinin işığının yanmadığını görərək ətrafa nəzər yetirib evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra bağ evinin dəmir çərçivəsindən həyətə girmiş, həyətdə olan hamamın plastik qapısını vintaçanla sıxıb açaraq daxil olduqları hamamın içindən 3 top, topun hər birində 50 metr olmaqla cəmi 150 metr və əlavə olaraq təxminən 20 metr, cəmi 170 metr uzunluğunda olan elektrik naqilləri oğurlayıb, digər evdən, yəni Zərərçəkmiş şəxs5 evindən oğurladıqları əşyalarla birgə həmin naqilləri götürüb həyətdən çıxmışlar. Əşyalar ağır olduğundan xatırlamadığı ünvanda Zərərçəkmiş şəxs5 evindən oğurladıqları dreli və su dispenserini tullamış, yoldan taksi dayandıraraq qalan əşyaları kirayə yaşadıqları evə aparmışlar. Səhər açıldıqdan sonra elektrik naqillərini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində xatırlamadığı ünvanda yerləşən metal qəbulu yerinə, tanımadığı şəxsə, xatırlamadığı qiymətə satmışlar. xx.xx.2021-ci il tarixdə kirayədə yaşadığı evə baxış keçirilərkən Zərərçəkmiş şəxs5 oğurladıqları suvenir bıçaq və “Evroma” markalı TV tuner polis əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə Zərərçəkmiş şəxs5 evindən kişi dublyonkası, norka papaq, kişi kostyumu, kişi ayaqqabısı, kişi köynəyi, qadın parfumeriya dəsti, laqonda, çaynik və “Madonna” servisi oğurlamamışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Təqsirləndirilən şəxs1 ilə aralarında olan söhbət zamanı maddi vəziyyətləri yaxşı olmadığı üçün birlikdə oğurluqn etmək qərarına gəlmişlər. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları ərazisində sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildikləri bağ evindən 3 ədəd top şəklində elektrik naqili, 1 ədəd ət və şirəçəkən dəsti, 4 ədəd su kranı götürərək yoldan keçən tanımadıqları taksi vasitəsilə kirayə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən nömrəsiz evə gəlmiş, su kranı və elektrik naqilləri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində xatırlamadığı ünvanda yerləşən metal qəbulu məntəqəsinə tanımadıqları şəxsə satmışlar. Ət və şirəçəkən dəsti isə kirayədə yaşadıqları evdə qalmış, xx.xx.2021-ci ildə kirayədə yaşadıqları evə baxış keçirilərkən ət və şirəçəkən dəsti polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 25-ci dalanda yerləşən, sonradan Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildikləri bağ evinin hasarından həyətə enərək mənzilə daxil olub orada divardan asılan 1 ədəd “SkyWord" markalı televizoru, 1 ədəd TV tuneri, 1 ədəd köhnə radionu götürərək küçəyə çıxmışlar. TV tuner və radio köhnə olduğu üçün yolda atmış, televizoru isə yoldan keçən taksi saxladaraq taksi ilə kirayədə yaşadıqları evə aparmışlar. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayədə yaşadıqları evə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 evindən oğurladıqları “SkyWord” markalı televizor polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqaxx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları 16-cı dalanda yolun kənarındakı alqı-satqı ofisinin pəncərəsini vintaçanla sıxıb açaraq sonuncu içəri daxil olmuş, o isə, içəri daxil olmamış, pəncərənin yanında dayanmışdır. Təqsirləndirilən şəxs1 ofisin içərisindən 1 ədəd “HP” markalı notebooku, 1 ədəd “LG” markalı televizoru, 1 ədəd videomüşahıdə kamerasının blokunu, 1 ədəd “iphone 5S” markalı mobil telefonu, 1 ədəd təsbehi və 1 ədəd bıçağı götürərək ona vermiş, oradan uzaqlaşarkən telefon yerə düşərək yararsız vəziyyətə düşdüyündən xatırlamadığı ünvanda həmin telefonu zibilliyə tullamış, qalan əşyaları isə Təqsirləndirilən şəxs1 ilə birlikdə tanımadığı taksiyə yükləyərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayədə yaşadıqları nömrəsiz evə aparmışlar. Oğurladıqları “LG” markalı televizoru “Azadlıq” stansiyasının yaxınlığında tanımadığı televizor ustasına xatırlamadığı qiymətə satmış, xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayədə yaşadıqları evə baxış keçirilərkən ofisdən oğurladıqları 1 ədəd nootbuk və 1 ədəd videomüşahidə kamerasının bloku polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 25-ci dalan ərazisində sonradan Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildikləri bağ evindən 1 ədəd nərdtaxta, 1 şüşə çaxır, 2 ədəd yarımçıq ətir, 1 ədəd “Geepas" markalı kondisioner, 1 ədəd hava vuran cihazı götürərək küçəyə çıxmış, yoldan keçən taksi saxladaraq oğurladıqları əşyaları kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz evə aparmışlar. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayə yaşadıqları evə baxış keçirilmiş, Kabi Lalayevın evindən oğurladıqları 1 ədəd “Geepas” markalı kondisioner, 1 ədəd nərtaxta və 1 ədəd hava vuran polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 18-ci dalan ərazisinə gedərək sonradan Zərərçəkmiş şəxs6 məxsus olduğunu bildikləri bağ evinə daxil olub evdən “HP” markalı nootbuk, Ailə TV box aparatı, “Sony” markalı videokamera, səsgücləndirici kalonka, TV tuner aparatını götürüb küçəyə çıxmış, Ailə TV box aparatı və TV tuner aparatı yararsız olduğuna görə xatırlamadığı ünvanda tullamış, yoldan keçən taksi saxladaraq oğurladıqları əşyaları kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz evə aparmışlar. xx.xx.2021-ci il tarixdə iştirakları ilə kirayədə yaşadıqları evə baxış keçirilərkən Zərərçəkmiş şəxs6 evindən oğurladıqları "HP” markalı nootbuk, "Sony” markalı videokamera və “Sharp” markalı səsgücləndirici kalonka polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 25-ci dalan ərazisində yerləşən sonradan Zərərçəkmiş şəxs5 məxsus olduğunu bildikləri bağ evinə daxil olaraq 1 ədəd suvenir bıçaq, 1 ədəd “Evroma” markalı TV tuner götürüb həyətə düşmüş, evin həyətində yerləşən mətbəxin plastik qapısını vintaçanla sıxıb aşmaqla daxil olduqları yerdən 1 ədəd drel və 1 ədəd su dispenserinı götürüb həyətdən çıxmışlar. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində oğurluq etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, 23-cü dalan ərazisinə gedərək sonradan Zərərçəkmiş şəxs7 məxsus olduğunu bildikləri bağ evinə daxil olub hamamın içindən 3 top, topun hər birində 50 metr olmaqla cəmi 150 metr və əlavə olaraq təxminən 20 metr, cəmi 170 metr uzunluğunda olan elektrik naqilləri oğurlamışlar. Əşyalar ağır olduğundan xatırlamadığı ünvanda Zərərçəkmiş şəxs5 evindən oğurladıqları dreli və su dispenserini tullamış, yoldan taksi dayandıraraq qalan əşyaları kirayə yaşadıqları evə aparmışlar. Səhər açıldıqdan sonra elektrik naqillərini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində xatırlamadığı ünvanda yerləşən metal qəbulu yerinə, tanımadığı şəxsə, xatırlamadığı qiymətə satmışlar. xx.xx.2021-ci il tarixdə kirayədə yaşadığı evə baxış keçirilərkən Zərərçəkmiş şəxs5 oğurladıqları suvenir bıçaq və “Evroma” markalı TV tuner polis əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə Zərərçəkmiş şəxs5 evindən kişi dublyonkası, norka papaq, kişi kostyumu, kişi ayaqqabısı, kişi köynəyi, qadın parfumeriya dəsti, laqonda, çaynik və “Madonna” servisi oğurlamamışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ərazisində yerləşən bir mərtəbəli, üç otaqdan və sanitar qovşaqdan ibarət 6929 saylı bağ evi var. Həmin evdə daimi yaşayış olmamış, yalnız, yaya aylarında ailəsi bilrikdə qeyd olunan bağ evində yaşamışdır. 11 avqust 2021-ci il tarixdə, saat 17:00 radələrində ailə üzvlərilə birlikdə Füzüli rayonuna getmiş, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində bağ evinə qayıtdığı zaman evin dəmir darvazasını açaraq həyətə daxil olmuş, evin yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını, pəncərənin açıq vəziyyətdə, evdə olan əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, evdən oğurluq edildiyini düşündüyüçü evə baxış keçirmiş, baxış zamanı evin mətbəxindən hər birinin qiyməti 70 manat olan, 280 manat dəyərində dörd ədəd su kranının, dəyəri 300 manat olan bir ədəd şirə və ət çəkən komplekt maşının, ümumi dəyəri 450 manat olan 4 diametrli, 300 metr uzunluğunda kabelin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 1.030 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 25-ci dalanda yerləşən bir mərtəbəli, üç otaqdan ibarət nömrəsiz bağ evi var. Həmin evdə daimi yaşayış olmamış, yalnız, yaya aylarında ailəsi bilrikdə qeyd olunan bağ evində yaşamışdır. O, xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı Nizami rayonu ərazisində yerləşən mənzilinə getmiş, xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində sözü gedən bağ evinə gəlmiş, evin yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını, pəncərənin açıldığını, evində olan əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, evdən oğurluq edildiyini düşündüyüçü evə baxış keçirmiş, baxış zamanı evin yataq otağında olan qiyməti 450 manat olan bir ədəd ‘‘SkyWorth’’ markalı, 32 diaqonallıq televizorun, qiyməti 50 manat olan bir ədəd TV tunerin, qiyməti 40 manat olan Çin istehsallı radionun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtdai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda yerləşən ev alqı-satqı ofisi vardır, həmin ofis onun özünə məxsusdur. 14.07 2021 -ci il tarixdə saat 09:30 radələrində işlətdiyi ofisə gələrkən ofisin plastik pəncərəsinin açıq olduğunu görmüş, ofisin giriş qapısını açıb içəri daxil olduqda ofisdə stolun üzərində dəyəri 600 manat olan bir ədəd “HP” markalı nootbukun, dəyəri 300 manat olan üzərində GSM nömrəsi olmayan “iphone 5S” markalı mobil telefonun, dəyəri 10 manat olan bir ədəd təsbehin, dəyəri 20 manat olan bir ədəd turist bıçağının, divarda quraşdırılmış dəyəri 400 manat olan “LG” markalı televizorun və dəyəri 150 manat olan videomüşahidə kamerasının blokunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə Sabunçu RPİ-nin 42-ci PB-yə yazılı ərizə və izahat vermiş, sonralar ona vurulmuş maddi ziyan tamamilə ödənildiyi üçün oğurluq cinayətini törədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş Təqsirləndirilən şəxs1 tanınmaya təqdim olunan 3 ədəd nootbukun sırasından “HP” markalı, boz rəngli, 16 diaqonallı nootbukun özünə məxsus olmasını, görünüşünə və üzərində olan “HP” yazısına görə tanımışdır. Bundan başqa ona təqdim olunan 3 ədəd videomüşahidə kamersaının TV tunerı (bloku) sırasından, "MultiStar” markalı, qara rəngli TV tunerin (bloku), özünə məxsus olduğunu həmin tunerin qarşısında olan qırmızı rəngli xəttinə və sol ön tərəfində olan qırmızı rəngli ulduz işarəsinə görə tanımışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 1.480 manat məbləğində maddi ziyan dəymiş, dəymiş maddi ziyan Rəsulun anası tərəfindən ona ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtdai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 25-ci dalanda yerləşən iki mərtəbəli, dörd otaqdan və sanitar qovşaqdan ibarət nömrəsiz bağ evi vardır, həmin bağ evində daima yaşamasa da, yay aylarında ailə üzvlərilə birlikdə orada yaşayır. Sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə saat 18:00 radələrində ailə üzvlərilə birlikdə sözü gedən bağ evindən yaşadığı ünvan 2 ünvanına getmiş, xx.xx.2021-ci il tarixdə, saat 13:30 radələrində sözü gedən bağ evinə gəlmiş və evin dəmir darvazasını açıb həyətinə daxil olduqda, evin zal otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını və pəncərənin açıq, evdə olan əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirdikdə, evin yataq otağından dəyəri 500 manat olan bir ədəd nərdin, dəyəri 120 manat olan “Geepas” markalı kondisionerin, dəyəri 60 manat olan HT-202 modelli hava vuranın, hər birinin dəyəri 150 manat olan, 300 manat dəyərində markasını bilmədiyi 2 ədəd ətrin, dəyəri 20 manat olan 1 litrlik bir ədəd çaxırın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 960 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin taxtadan olan iri həcimli, bir tərəfində ulduz, digər tərəfində isə tac işləmələri, içərisində 15 ədəd təbii taxta rəngli, 15 ədəd isə qara rəngli daşları olan, kustar üsulla hazırlanmış nərtaxta 3 ədəd nərtaxtanm sırasından ona tanınmaya təqdim olunmuş, öz nərtaxtasını üzərindəki naxışlarından tanımışdır. Bundan başqa 3 ədəd kondisionerin sırasından “Geepas" markalı, boz rəngli xırda həcimli, 2.000W-luq kondisioner ona tanınmaya təqdim olunmuş, özünə məxsus həmin kondisioneri həcminə və boz rəngli görünüşünə görə tanımışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 3 ədəd hava vuran cihazların içərisində özünə məxsus olan HT-202 modelli hava vuran cihazı tanınmaya təqdim olunmuş, oğurlanmış özünə məxsus HT-202 modelli hava vuran cihazını rənginə və modelinə görə dərhal tanımışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtdai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 18-ci dalanda yerləşən iki mərtəbədən ibarət 3455 saylı bağ evi vardır. Həmin bağ evində yay aylarında ailə üzvlərilə birlikdə yaşayır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində sözü gedən bağ eindən ailə üzvlərilə birlikdə yaşadığı Yasamal rayonu ərazisindəki evinə getmiş, xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində sözü gedən bağ evinə gəlmiş və evin dəmir darvazasını açıb həyətinə daxil olduqda, evin birinci mərtəbəsində yerləşən zal otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını və pəncərənin açıq vəziyyətdə, evdə olan əşyaların isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evin yataq otağından dəyəri 1.200 manat olan bir ədəd “HP Compaq” markalı nootbukun, dəyəri 200 manat olan bir ədəd “Sony” markalı videomüşahidə kameranın, dəyəri 50 manat olan bir ədəd səsgücləndirici kalonkanın, dəyəri 40 manat olan bir ədəd markasını bilmədiyi TV tunerın və dəyəri 50 manat olan Ailə TV box aparatının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona 3 ədəd nootbukun sırasında özünə məxsus qapağının üzərində Q işarəsi olan işlənmiş, “HP Compaq" markalı nootbuk tanınmaya təqdim olunmuş, nootbukunu açaraq içərisində olan şəxsi yazılarından tanımışdır Bundan başqa ona tanınmaya təqdim olunan 3 ədəd səs gücləndiricilərin sırasından özünə məxsus “Sharp” markalı səs gücləndiricini görüb qara rənginə və görünüşünə görə tanımışdır. Bundan sonra ona təqdim olunan videokameraların sırasından özünə məxsus “Sony” markalı, Çin Xalq Respublikası istehsalı olan videokameranı göy rənginə və xırda həcimli olmasına görə tanımışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtdai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ərazisində yerləşən bir mərtəbəli, iki otaqdan ibarət 2044 saylı bağ evi var, həmin evdə daimi yaşamasa da, arada bir ailə üzvlərilə birlikdə orada yaşayırlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində sözü gedən bağ evindən ailə üzvlərilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən evinə getmiş, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində sözü gedən bağ evinə qayıdarkən evin yataq otağının plastik pəncərəsinin sındırılmaqla açıq vəziyyətdə olduğunu görmüşdür. Evin giriş qapısını açıb içəri daxil olduqda evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, evin yataq otağındakı şkafdan dəyəri 1.000 manat olan bir ədəd kişi dublyonkasının, dəyəri 500 manat olan bir ədəd kişi norka papağının, hər birinin qiyməti 300 manat olan 600 manat dəyərində iki dəst kişi kostyumunun, hər birinin dəyəri 100 manat, cəmi 300 manat olan 3 ədəd kişi köynəyinin, hər birinin qiyməti 170 manat olan, 240 manat dəyərində iki cüt kişi ayaqqabısının, markasını bilmədiyi ümumi dəyəri 1.000 manat olan komplekt dəstdən ibarət qadın parfumeriyasının, dəyəri 35 manat olan bir ədəd “Evroma” markalı TV tunerinin, dəyəri 500 manat olan bir ədəd metaldan suvener bıçağının (xəncər) naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra evin həyətində yerləşən mətbəxin plastik qapısının sındırıldığını görüb mətbəxə daxil olmuş, oradan dəyəri 130 manat olan, bir ədəd markasını bilmədiyi direlin, 100 manat dəyərində laqonda aparatının, 30 manat dəyərində çaynikinin, 800 manat olan “Madonna” qab- qacaq servis dəstinin, dəyəri 170 manat olan bir ədəd su dispenserinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 5.405 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 3 ədəd eyni görünüşdə olan bıçaqların sırasından suvenir bıçaq tanınmaya təqdim olunmuş, bıçağı görən kimi əjdaha təsvirindən tanımışdır. Zərərçəkmiş şəxs5 3 ədəd eyni görünüşlü TV tunerin sırasından “Euroma" markalı TV tuner tanınmaya təqdim olunmuş, TV tunerini görən kimi markasına və görünüşünə görə tanımışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtdai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ərazisində yerləşən tikintisi başa çatmamış iki mərtəbəli, dörd otaqdan və sanitar qovşaqdan ibarət 2051 saylı bağ evi vardır. Həmin bağ evini yeni inşa etdirdiyindən orada yaşayış yoxdur. xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində təmir işləri başa çatmayan bağ evinə gəlmiş, evin həyətyanı sahəsində yerləşən hamam otağının plastik qapısının sındırıldığını, yəni atvyorka ilə sıxılaraq açıldığını aşkar etmişdir. Hamam otağına daxil olduqda orada saxladığı ümumi dəyəri 260 manat olan 2x1 diametrli, hər biri 50 metr olan 3 top və 1 topu 20 metr olmaqla cəmi 4 top, ümumi uzunluğu 170 metr elektrik naqilinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Sabunçu RPİ-nin 42-ci PB-yə gedərək bağ evində baş vermiş oğurluq hadisəsi barədə ərizə və izahat vermiş, oğurluq hadisəsi nəticəsində ümumlıkdə ona 260 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqəsində olan 24 avqust 2021-ci il şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 24 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 101-ci vərəqəsində olan 24 avqust 2021-ci il şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 24 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 164-166-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-639/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 167-169-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-640/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 80-83-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-928/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 84-87-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-929/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 99-102-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-996/2021 saylı, 11 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 109-cu vərəqəsində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 113-cü vərəqəsində olan Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 123-cü vərəqəsində olan Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş 30 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 125-ci vərəqəsində olan Zərərçəkmiş şəxs7 notarial qaydada təsdiq edilmiş 08 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 131-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 132-133-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 9/386 nömrəli ekspert rəyindən görünür ki, şirə və ətçəkən dəsti 80 manat, "SkyWorth" markalı televizor 160 manat, “HP” markalı nootbuk 220 manat, videmüşahimdə kamerasının bloku 50 manat, nərdtaxta 180, kondisioner 50 manat, havavuran cihazı 10 manat, “HP Compaq” markalı nootbuk 120 manat, video müşahidə kamerası 40 manat, səsgücləndirici 10 manat, nərdtaxta 180 manat, kondisioner – 50 manat, TV tuner 100 manat dəyərlərində olmuşdur. Cinayət işinin 2-ci cildinin 134-cü vərəqəsində olan 19 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qəraradan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “HP” markalı notebook, “MultıStar” markalı müşahidə kamerasının bir ədəd bloku, Zərərçəkmiş şəxs2 məxsus “SkyWorth” markalı televizor, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şirə və ətçəkən dəsti, Zərərçəkmiş şəxs6 məxsus "HP Compaq” markalı notebook, bir ədəd “Sony" markalı videomüşahidə kamerası, bir ədəd “Sharp” markalı səs gücləndirici, Zərərçəkmiş şəxs4 məxsus nərtdaxta, “Geepas” markalı kondisioner, hava vuran cihaz, Zərərçəkmiş şəxs5 məxsus “Euromax" markalı TV tuner, suvenir bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 2-ci cildinin 139-cu vərəqəsində olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cildinin 141-ci vərəqəsində olan “X1” İctimai Birliyinin 07344 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinin 2-ci cildinin 143-cü vərəqəsində olan 05 noyabr 2021-ci il tarixli Balakən RİHB-nın Meşəşambul kən İƏD üzrə nümayəndəsi M.Cirinqov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin 3-cü cildinin 49-61-ci vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həbsetmənin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanılmaqla 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AZərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 144-145-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 146-147-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan 24 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 24 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqşularının “Ağdamın azad olunması” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından görünür ki, Təqsirləndirilən şəxs2 “Ağdamın azad olunması” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 05 noyabr 2020-ci il; 10 noyabr 2020-ci il tarixlərdə Ağdam rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “...İş üzrə Zərərçəkmiş şəxs5 evindən kişi dublyonkası, norka papaq, kişi kostyumu, kişi ayaqqabısı, kişi köynəyi, qadın parfumeriya dəsti, laqonda, çaynik və “Madonna” servisi oğurlamadıqlarını....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxs ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödənilməsini, əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 24 avqust 2021-ci il tarixdən 24 yanvar 2022-ci tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu, oğlunun həbsdə olduğu 05 (beş) ay azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ayına bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməli, habelə həmin hökm üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün təyn olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 24 avqust 2021-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 həbsdə olduğu 05 (beş) ay azadlıqdan məhrumetmə cəzasının 05 (beş) ayına bərabər tutulmaqla, onun cəzasından 05 (beş) ay çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs3 məxsus “HP” markalı notebook, “MultıStar” markalı müşahidə kamerasının bir ədəd bloku, Zərərçəkmiş şəxs2 məxsus “SkyWorth” markalı televizor, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şirə və ətçəkən dəsti, Zərərçəkmiş şəxs6 məxsus "HP Compaq” markalı notebook, bir ədəd “Sony" markalı videomüşahidə kamerası, bir ədəd “Sharp” markalı səs gücləndirici, Zərərçəkmiş şəxs4 məxsus nərdtaxta, “Geepas” markalı kondisioner, hava vuran cihaz, Zərərçəkmiş şəxs5 məxsus “Euromax" markalı TV tuner, suvenir bıçağın saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay müddəti azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ayına bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə həbsdə olduğu və tutulduğu 05 (beş) ay və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmü üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, azadlıqdan məhrumetmə cəzasının cəmi 05 (beş) ay 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 05 (beş) ay 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın və onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2022 saylı, 01 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs3 məxsus “HP” markalı notebook, “MultıStar” markalı müşahidə kamerasının bir ədəd bloku, Zərərçəkmiş şəxs2 məxsus “SkyWorth” markalı televizor, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şirə və ətçəkən dəsti, Zərərçəkmiş şəxs6 məxsus "HP Compaq” markalı notebook, bir ədəd “Sony" markalı videomüşahidə kamerası, bir ədəd “Sharp” markalı səs gücləndirici, Zərərçəkmiş şəxs4 məxsus nərtdaxta, “Geepas” markalı kondisioner, hava vuran cihaz, Zərərçəkmiş şəxs5 məxsus “Euromax" markalı TV tuner, suvenir bıçağın saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-13/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-13/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver