Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-13/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın 04 ay 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 114 ünnvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda AR ƏN PX-nin Bakı İstintaq Təcrixanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,511 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 01:20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,511 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda ümumi təmiz çəkisi 0,856 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmiş, PŞ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda 0,134qram, 0,612qram və 0,110 qram ümumi təmiz çəkisi 0,856 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə polislər onu yolda saxlamışlar. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Onu döyərək avtomobilə otuzdurub 14-cü PŞ-nə gətirmişlər. Ona təzyiq göstərdikləri üçün, o da məcbur olub narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. İkinci dəfə isə, yəni xx.xx.2024-cü il tarixdə polislər onu evdən aparmışlar. O, evə gəldikdə evdə Samir adlı polis əməkdaşı və Yaqub adlı tanışını görmüşdür və evdən narkotik vasitə aşkar olunmuşdur. Onun evində narkotik vasitə olmamışdır. O gələnə qədər Yaqub evdə olmuşdur. Belə çıxır ki, narkotik vasitəni Yaqub əldə etmişdir. PŞ-də onu döyüb təzyiq göstərmişlər, o da məcbur olub narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, hər iki epizod üzrə saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Döyülməsi ilə bağlı hüquq mühafizə orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Məhkəmədən qardaşı rəhmətə getdiyindən ailənin bütün yükünün onun üzərində olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətdirki narkotik vasitə olan kakos (heroin) və pati (metafetamin) ineksiya yolu ilə qəbul edir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkumluğu olmuşdur. Sonuncu dəfə 2021-ci ildə Sabunçu rayon məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2023-cü ildə azadlıqa buraxılmışdır. O, azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməyə davam edirmiş. Bu səbəbdən 18 oktyabr 2023-cü il tarixdə saat təxminən 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində 01 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini alaraq üzərində saxlamışdır ki, yaşadığı evə gəldikdən sonra istifadə edər. Narkotik vasitəni əldə etdikdən sonra yaşadığı ev istiqamətində gəlirmiş. 18 oktyabr 2023-cü il tarixdə saat 01:20-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər mənə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində narkotik vasitə olduğundan, həmçinin heç bir sənədim olmadığından və ifşa olunmağından qorxaraq sonunculardan yayınmağa çalışmışdır. Bu vaxt polis əməkdaşları ondan şübhələndikləri üçün onu saxlayaraq Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altına olmuş, bu səbəbdən üzərində narkotik vasitəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Həmçinin əldə etdiyi narkotik vasitəni istifadə edə bilməmişdir. Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində narkotik vasitə olduğundan istəmirmiş ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və bu barədə rəsmi ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümdə içərisində “kakos” kimi tanıdığım narkotik vasitəni Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını və yaşadığı ünvanı bilmədiyi şəxdən şəxsi istifadəm üçün 10 manat pul müqabilində alaraq üzərimdə saxlamışdır. Bundan sonra polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddə ekspertiza mərkəzinə göndəriləcəkdir. Bu barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra istintaq orqanı tərəfindən barəsində başqa iltizam qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. xx.xx.2024-cü il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata psixotrop maddə olan metanfetamin almışdır. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Maştağa qəsəbəsində, M.Mirəliyev küçəsində tanışı olan X2 ilə olan zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Onunla bir neçə sorğu sual aparan zaman narkotik vasitə üzərində olduğundan özünü daha da şübhəli apardığından polis əməkdaşları şübhəli şəxs qismində onu və Yaqub Dadaşovu 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də video çəkiliş vasitəsi ilə üzərindən narkotik vasitə aşkar olunmuşdur. Sonra polis əməkdaşları həmin narkotik vasitəni onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdırmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 18 oktyabr 2023-cü il tarixdə iş yoldaşı ilə birlikdə xidməti əraziyə aid olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində xidmətdə olarkən bir nəfər şəxsin onları görüb özünü şübhəli apararaq ərazidən uzaqlaşmaq istəməyini görüb sonuncunu saxlayaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin narkotik vasitə heroin olmasını, şəxsi istifadəsi üçün Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 10 manata almasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 12 yanvar 2024-cü il tarixdə iş yoldaşı ilə birlikdə xidməti əraziyə aid olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində xidmətdə olarkən iki nəfər şəxsin onları görüb özlərini şübhəli apararaq ərazidən uzaqlaşmaq istəmələri görüb sonuncuları saxlayaraq həmin şəxslərin üzərlərində saxlanılması və daşınması qanunla qadğan edilmiş əşyaların daşıması onlarda şübhə yaratdığından həmin şəxsləri Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs və X3masını bilmişlər. PŞ-də xidməti otaqların birində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin psixotrop maddə metamfetamin olmasını, şəxsi istifadəsi üçün Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 15 manata almasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 14-ci PŞ-nin həyətində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 03 siqaret kağızına bükülmüş halda narkotikə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər maddəni özünün istifadəsi üçün Balaxanı qəsəbəsi ərazisində 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus narkotikə bənzər maddəni 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və snədlər aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100’' dairəvi möhür əksi və “... Saxlanılan: Təqsirləndirilən şəxs..” və.s adlar, soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,612 qram, 0,110 qram olmaqla ümumi təmiz çəkiləri 0,816 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şirxan Allahverdiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə (saat 13:50) başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir. - Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:20-də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 14-ci PŞ-nin xidməti otaqlarından birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə olan heroinə bənzər maddəni xx.xx.2023-cü il tarixdə Balaxanı qəsəbəsi ərazisində adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən ümumilikdə 10 manata almiş və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaretin kağız bükümündə olan heroinə bənzər maddə 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və snədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/5582 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100’' dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş....” və.s adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,511 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. - başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 275 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioıdlərin və psıxostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş çəkisi 0,511 qram narkotik vasitə heroin, 0,856 qram kustar üsulla hazırlanmış psıxotrop maddə metamfetamin, xx.xx.2023-cü il tarixli”şəxsi axtarış və götürməni” özündə əks etdirən 1 ədəd CD disk və xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və tədqiqatdan sonra narkotik vasitə heroinin qalıq qalmış 0,461 qram və psixotrop maddə metamfetaminin qalıq qalmış 0,696 qram hissələri saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan olunmuşdur. Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasının 29 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİnin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, hər iki epizod üzrə psixotrop maddənin və narkotik vasitənin üzərində olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, konkret olaraq bədəninin hansı nahiyələrindən hansı formada döyüldüyünü bildirməmiş və bu barədə təfsilatlı ifadə verməmişdir. Bundan başqa şəxs azadlıqda olmasına baxmayaraq döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına, xəsarətlərlə bağlı isə tibb müəssisəsinə müraciət etməmiş və məhkəmə iclasında bunun səbəblərini də izah edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Tahirov X1 Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 93-3 M.1H ilə təqsirli bilinərək 01 il islah işləri 15% lə cəzasına məhkum edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2004-cü il tarixdə Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 7 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə CİM-nin 70, 108 maddələrinə əsasən qalan cəza 1 il 5 ay 17 gündür. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 150.3.3, 180.2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi hazırkı cinayəti törədərkən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-19/2022 saylı hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi, cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-19/2022 saylı hökmü ilə təyin olunmuş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 04 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı dövründə o, xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. (xx.xx.2023-xx.xx.2023-cü il 1 sutkadan çox həbsdə saxlanılmış). Həmçinin, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. (xx.xx.2024-xx.xx.2024-cü il 2 sutkadan çox həbsdə saxlanılmış) Bununla da, o, ibtidai istintaq dövründə 05 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 5 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və əvvəlki hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi CM-nin 67-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə cəza təyin olunmalı, ibtidai istintaq zamanı cinayət törətməkdə şübhəli şəxs qismində saxlanıldığı 5 gün müddət həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla təyin olunmuş cəzadan çıxılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,461 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,696 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 220 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)- 19/2022 saylı hökmü ilə təyin olunmuş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 04 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza- 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 5 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,461 qram narkotik vasitə-heroin və 0,696 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 220 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-13/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-13/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver