Məhkəmə qərarları › İş №1(008)-130/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-130/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-130/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,288 qram olan iki bükümdə psixotrop maddə olan metamfetamini xx xxxxxx 2019-cu ildə istintaqa məlum olmayan mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən 20 manata əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2019-cu il saat 16:10 radələrində o, Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilərək orada üzərində baxış keçirilmiş, onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən iki bükümdə təmiz çəkisi 0,147 və 0,141 qram siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitələri adətən tanımadığı şəxslərdən alır. xx.xx.2019-cu il saat 16:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində “Əfqan” adlı tanışı ilə küçədə dayandığı zaman PPXB-nün əməkdaşlarının onlara yaxınlaşdığını görərək dostu “Əfqan” həmin yerdən qaçıb uzaqlaşmış, o isə qaçmamış, polis əməkdaşları ona yaxınlaşaraq onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyi təkif etmişlər. O etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmiş, inzibati binanın xidməti otaqlarının birində üzərinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif edilmiş. Bundan sonra, o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən "Rothmans" siqaret qutusunun içərisində narkotik maddə olan, iki ədəd gümüşü siqaret kağızında olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulduqda o, səmimi olaraq həminbükümlərin içərisində narkotik maddə metamfetamin olduğunu və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində adını “Rəsul” kimi bildiyi, şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün bir bükümünü 10 manata aldığını bildirmişdir. Daha sonra, ondan götürülmüş büküm qablaşdırılaraq möhürlənmiş, onun üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, baxış iştirakçıları tərəfindən imzalanmış, o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə o, iş yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində xidmət apararkən təxminən saat 16:10 radələrində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb, onlara yaxınlaşmış, həmin zaman onlardan biri onları görən kimi oradan qaçmışdır. Bundan sonra, orada qalan digər şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərərək polis əməkdaş olduqlarını bildirib ona özünü təqdim etməsini demişlər. Həmin zaman o, adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Daha sonra həmin şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişdir. Xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisindəki gümüşü rəngli siqaret kağızına bükülmüş iki ədəd bükümdə ağ rəngli, spesifik iyə malik, şüşə şəkilli maddəni və gödəkcənin sol yan cibindən isə telefon adaptorunu çıxararaq masanın üzərinə qoymuş, həmin maddənin narkotik vasitə olan metamfetamin olmasını və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində adını “Rəsul” kimi bildiyi, şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün iki ədəd bükümdə hər biri 10 manat olmaqla cəmi 20 manat verərək aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmənin aparılması barədə protokoldan görünür ki, Şahid3, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisindəki gümüşü rəngli siqaret kağızına bükülmüş iki ədəd bükümdə ağ rəngli, spesifik iyə malik, şüşə şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 31-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30894 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,147 qram; 0,141 qram, ümumi təmiz çəkisi 0,288 qram ağ rəngli kristal formada olan maddələr xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olan metamfetamindir. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,188 qramdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 59 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, yəni, narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-99-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,188 qram metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CMnin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0,188 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,188 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar