Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-132/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, digər cinayət iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,922 qram narkotik vasitə heroini əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində ünvanı dəqiq məlum olmayan kirayə yaşadığı evinə daşıyaraq gələcəkdə istifadə etmək üçün üzərində "Pikola” yazısı olan konfetin içərisinə yerləşdirərək evdə olan soyuducuda gizlədib saxlamış, Bakı şəhəri, Səbail rayonu polis idarəsinin istintaq şöbəsində barəsində istintaqı aparılan cinayət işi üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 24 iyul 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarı əsasında saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına 04 noyabr 2022-ci il tarixdə saat 14:08-də həmin içərisində narkotik vasitə olan “Pikola” konfetin ona gətirməsini xahiş etməsi əsasında qeyri-rəsmi yaşadığı arvadı cinayətdən xəbəri olmayan Şahid6 ona gətirdiyi sovqata Təcridxananın əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı şəffaf sellofanda olan “Pikola” sözləri yazılmış konfetin içərisində təmiz çəkisi 0,922 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən Şahid6 ilə qeyri-rəsmi ərarvad kimi münasibətləri olmuş və onlar Səbail rayonu ərazisində kirayədə yaşamışlar. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 23 iyul 2022-ci il tarixdə o, Səbail rayon Polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş və 24 iyul 2022-ci il tarixli Səbail Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına göndərilmişdir. O, mütəmadi olaraq telefon icazəsi olan vaxtlarda Tamara ilə telefonla danışmışdır. O, həbs edilməmişdən əvvəl tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığı narkotik vasitə heroini üzərində “Pikola” sözləri yazılan şüşə konfetin içərisində saxlamışdır ki, nə vaxtsa istifadə etsin. Lakin tutulması səbəbindən həmin narkotik vasitə heroindən istifadə edə bilməmişdir. 03 noyabr 2022-ci il tarixdə o, Bakı İstintaq Təcridxanasından Tamaranın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və danışıq əsnasında o, Tamaraya ona yemek və meyvə gətirməsini demişdir. Həmçinin o, Tamaradan onunla əvvəlki kirayədə yaşadıqları evdə soyuducuda saxladığı üzərində "Pikolo” sözləri yazılan konfetin qalıb-qalmadığını soruşdur. Tamara ona kirayədə olan evdən çıxandan sonra bəzi əşyaları və dediyi konfeti də özü ilə götürdüyünü bildirmişdir. O, bu zaman Tamaraya bildirmişdir ki, onun yanına sovqat gətirəndə həmin konfeti də onun üçün gətirsin. 04 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Tamara onun yanına Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına gələn zaman onun üçün gətirdiyi sovqata Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilən zaman şəxsi istifadəsi üçün alaraq saxladığı üzərində “Pikola” sözləri yazılan konfetin içərisində ona məxsus narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tamaranın həmin “Pikola” yazısı olan konfetin içərisində narkotik vasitə olmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı İstintaq Təcridxanasının nəzarətçisi, ədliyyə giziri vəzifəsində xidmət aparır. 04 noyabr 2022-ci il tarixdə saat 14:08-də Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 21-ci kamerasında saxlanılan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına sovqat gətirmiş tanışı Şahid6 gətirdiyi sovqata onun, Bakı İstintaq Təcridxanasının nəzarətçiləri Şahid1, ədliyyə giziri Şahid3, hal şahidləri Bakı İstintaq Təcridxanasının təsərrüfat briqadasında saxlanılan məhkum Şahid4 və digər məhkum Şahid5 iştirakı ilə baxış keçirilən zaman sovqatın içərisində olan üzərində “Pikola” sözləri yazılmış konfetin içərisində kustar üsulla yerləşdirilmiş bir ədəd şəffaf sellofan paketə bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Şahid6 bildirmişdir ki, təcridxanada saxlanılan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, yaxınlıq əlaqəsi olmuş və həftədə bir neçə gün onun yaşadığı evdə qalmışdır. Bir neçə gün əvvəl Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayarkən ondan yaşadığı evdə soyuducunun içərisində təxminən bir kiloqram olan üzərində pikola sözləri yazılmış konfetləri ona gətirməsini xahiş etmişdir. 04 noyabr 2022-ci il tarixdə təxminən saat 14:08 radələrində tanışı həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına sovqat verərkən hal şahidlərinin iştirakı ilə əməkdaşlar tərəfindən Şahid6 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisində olan üzərində “Pikola sözləri yazılmış konfetin içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd şəffaf sellofan paketə bükülmüş içərisində qəhvəyi rəngli maddə aşkar olunduğundan Şahid6 bildirilmişdir. Həmçinin Şahid6 sovqatda olan üzərində “Pikola” sözləri yazılmış konfetin içərisindən aşkar olunmuş bir ədəd şəffaf sellofan paketə bükülmüş içərisində qəhvəyi rəngli maddədən xəbəri olmadığını qeyd etmişdir. Götürülmüş bir ədəd şəffaf sellofan paketdə bükülmüş içərisində qəhvəyi rəngli maddə qablaşdırılaraq, möhürlənib və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, Şahid6 və proses iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, 2013-cü il tarixdən Təqsirləndirilən şəxs tanıyır. Zaur ilə qeyri rəsmi ər-arvad kimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etməsini bilmiş, lakin sonuncu onun yanında narkotik maddələrdən istifadə etməmişdir. 23 iyul 2022-ci ıl tarixdə Təqsirləndirilən şəxs tutularaq Bakı İstintaq Təcridxanasına göndərilmişdir. O, Təqsirləndirilən şəxs ilə kirayədə yaşadığı evdən bəzi əşyaları da özü ilə hazırda kirayədə yaşadığı evə gətirmişdir. Həmin əşyaların içərisində üzərində “Pikolo” yazısı olan kofetləri də öz kirayədə yaşadığı evə aparıb soyuducuda saxlamışdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından tez-tez ona zəng etmiş və onlar danışmışlar. 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmiş və danışıq əsnasında Zaur ona onun üçün yemek və meyvə gətirməsini demiş, həmçinin ondan kirayədə yaşadıqları evdə soyuducuda özü üçün aldığı üzərində “pikolo” sözləri yazılan konfetin qalıb-qalmadığını soruşmuşdur. O, da Zaura kirayədə olan evdən çıxandan sonra bəzi əşyaları və dediyi konfeti də özü ilə götürdüyünü bildirmişdir. Zaur ona sovqat gətirən zaman həmin konfeti də gətirməsini bildirmişdir. 04 noyabr 2022-ci il tarixdə o, Zaur üçün çay, qənd, siqaret, kolbasa, çörək, şirniyyat, üzərində “pikolo” yazısı olan şüşə konfeti, meyvələrdən nar, alma, feyxoa, limon, su, şirə, alt paltarı və yataq dəsti hazırlamışdır. Daha sonra o, Zaurun tanışı taksi sürən İlkinə zəng edərək ondan xahiş etmişdir ki onu Bakı İstintaq Təcridxanasına aparsın. İlkin həmin günü saat 13 radələrində onu Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına aparmışdır. O, İlkinə tez çıxacağını bildirmiş və onu gözləməsıni xahiş etmişdir. O, Bakı İstintaq Təcridxanasına daxil olan zaman Zaur üçün gətirdiyi sovqata onun iştirakı ilə təcridxananın əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin sovqata baxış keçirilən zaman Zaurun ona dediyi üzərində “pikolo” yazısı olan şüşə konfetlərinin arasında "pikolo” sözləri yazılan konfet kağızının içərisində qəhvəyi rəngli tanımadığı maddə aşkar edilmişdir. Ondan həmin maddənin nə olmasını soruşanda o, həmin maddənin nə olduğunu bilmədiyini və İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs üçün onun dediyi həmin konfeti gətirdiyini bildirmişdir. Daha sonra hal şahidlərinin iştirakı ilə həmin maddə zərfə qoyularaq tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi ona bildirilmişdir. O, Bakı İstintaq Təcridxanasında cəza çəkən qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs üçün apardığı sovqatın içərisində olan üzərində “pikolo” yazısı olan şüşə konfetin içərisində narkotik vasitə olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 04 noyabr 2022-ci il tarixdə saat 14:08 radələrində, Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 21-ci kamerasında saxlanılan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına sovqat gətirmiş tanışı Şahid6 gətirdiyi sovqata hal şahidi qismində iştirak etmişdir. Bakı İstintaq Təcridxanasının nəzarətçiləri ədliyyə giziri Şahid3, ədliyyə baş giziri Şahid1 və ədliyyə giziri Şahid2, onun və hal şahidi Bakı İstintaq Təcridxanasının təsərrüfat briqadasında saxlanılan məhkum Şahid5 iştirakları ilə baxış keçirilən zaman sovqatın içərisində olan üzərində “Pikola” sözləri yazılmış konfetin içərisində kustar üsulla yerləşdirilmiş bir ədəd şəffaf sellofan paketə bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Şahid6 bildirmişdir ki, təcridxanada saxlanılan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, yaxınlıq əlaqəsi olmuş və həftədə bir neçə gün onun yaşadığı evdə qalmışdır. Daha sonra Şahid6 bildirmişdir ki, bir neçə gün əvvəl Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayarkən ondan yaşadığı evdə soyuducunun içərisində təxminən bir kiloqram olan üzərində pikola sözləri yazılmış konfetləri ona gətirməsini xahiş etmişdir. Həmçinin Şahid6 sovqatın içərisində olan üzərində “Pikola” sözləri yazılmış konfetin içərisindən aşkar olunmuş bir ədəd şəffaf sellofan paketə bükülmüş içərisində qəhvəyi rəngli maddədən xəbəri olmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Şahid6 9 ay olar ki, tanımışdır. Belə ki, Tamara onun çoxdan tanıdığı Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında həbs edilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. 04 noyabr 2022-ci il tarixdə Şahid6 yaşadığı ünvana gələrək ondan xahiş etmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs üçün sovqat aparır və onu Bakı İstintaq Təcridxanasına aparsın. O, öz avtomobili ilə Şahid6 Bakı İstintaq Təcridxanasına aparmışdır. Tamara özü ilə gətirdiyi sovqatı içəri apararaq ona gözləməyini demişdir. O, Şahid6 3 saata yaxın gözləmişdir. Lakin Tamaranın gəlmədiyini görərək öz şəxsi işlərində olduğu üçün oradan çıxıb getmişdir. Ertəsi gün Şahid6 onun mobil nömrəsinə Whatsapp vasitəsi ilə zəng edərək demişdir ki, Bakı İstintaq Təcridxanasına Təqsirləndirilən şəxs üçün apardığı sovqatın içərisində olan konfetlərin arasında narkotik vasitə heroin aşkarlandığı üçün onu orada saxlamışlar. O, Şahid6 Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs üçün apardığı sovqatın içərisində narkotik olduğunu bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 4-cü vərəqəsində olan 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 04 noyabr 2022-ci il tarixdə saat 14:08-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 21-ci kamerasında saxlanılan, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Səbail RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına sovqat gətirmiş tanışı xx.xx.1970-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid6 gətirdiyi sovqata Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilən zaman sovqatın içərisində olan üzərində “Pikolo" sözləri yazılmış konfetin içərisinə yerləşdirilmiş bir ədəd şəffaf sellofan paketə bükülmüş qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 5-ci vərəqəsində olan 23 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 7-ci vərəqəsində olan 24 iyul 2022-ci il tarixli, 4(009)-271/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 25-27-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 6/6413 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi olan, Şahid6 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan üzərində “Pikolo” sözləri yazılmış konfetin içərisində kustar üsulla yerləşdirilmiş ....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Pikolo” sözləri yazılmış konfet kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,922 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.872 qramdır. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli 6/7033 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM- nin “Tədqiqat Obyekti № 63”-li ştamp əksi olan paketdəki, üzərində: "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi, “Şahid6 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisində olan üzərində “Pikola” sözləri yazılmış konfetin içərisində....” sözləri və imzalar qeyd edilmiş zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,872 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.822 qramdır. Cinayət işinin 84-cü vərəqəsində olan 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 24 iyul 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işinin 100-101-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 16 noyabr 2023-cü il tarixli, 7476 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-111-ci vərəqəsində olan 28 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış zamanı aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.822 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 50-51-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.822 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.822 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-132/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-132/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver