Məhkəmə qərarları › İş №1(008)-133/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-133/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-133/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla həyətyanı sahədə tikilmiş fərdi yaşayış evinin pəncərəsini açıb mənzilə qanunsuz daxil olmaqla mətbəxdən bir ədəd 90 manat dəyərində «Sonifer2 markalı ət çəkən maşını, beş ədəd qazandan ibarət 150 manat dəyərində qazan dəstini, yataq otağından bir ədəd 72 dioqanal ölçülü 500 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 55 manat dərəyində «Eurolux» markalı ütünü, bir ədəd 200 manat dəyərində «Lada sport» markalı velosipedi, bir metri 10 manat olan 5 metr uzunluqda, 50 manat dəyərində elektrik naqilini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.045 (bir min qırx beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyəti ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçərək qanunsuz olaraq daxil olub həyətyanı sahədə tikilmiş fərdi yaşayış evinin zirzəmisinin qapısını sındırmaqla yaşayış sahəsi hesab olunan evə daxil olaraq oradan 200 manat dəyərində xalça, 50 manat dəyərində xalça (daroşka), hər biri 40 manat olan 3 ədəd 120 manat dəyərində yataq dəsti, hər biri 25 manat olan 4 dəst 100 manat dəyərində çexol-mərəfə, 6 dənəlik 70 manat dəyərində dəsmal dəsti, hər biri 30 manat olan 90 manat dəyərində 3 ədəd qazan, hər biri 20 manat olan, 60 manat dəyərində süfrə, 10 manat dəyərində 1 ədəd çaynik, 1 ədəd 20 manat dəyərində çömçə-qaşıq dəsti, hər biri 25 manat olan 2 ədəd 50 manat dəyərində tava, 30 manat dəyərində 1 ədəd qəfədan, 150 manat dəyərində 1 ədəd samovar, hər biri 20 manat olmaqla 120 manat dəyərində 6 ədəd qaşıq-çəngəl dəsti, hər biri 4 manat olan, 8 manat dəyərində 2 ədəd plastmas ləyən, 30 manat dəyərində 1 ədəd qaz balonu, 120 manat dəyərində elektriklə işləyən 1 ədəd istiklik sobası, 100 manat dəyərində 1 ədəd nərdtaxta, 25 manat dəyərində at görünüşlü suvenir, 85 manat dəyərində su nasosu, 4.158 manat dəyərində 189 seksiyalı radiatoru, 2.200 manat dəyərində “İmerqas” markalı 32-lik istilik kombisini və 45 manat dəyərində cərəyan tənzimləyicisini, 120 manat dəyərində 12 ədəd «Sport» yazlı çanta, 100 manat dəyərində 10 ədəd sadə çanta, 90 manat dəyərində 6 ədəd qızlar üçün şəkilli çanta, 136 manat dəyərində 17 ədəd «Maşa Ben10» yazıvə rəsimli çanta, 70 manat dəyərində 7 ədəd «506» yazısı olan çanta, 17 manat dəyərində 1 ədəd sarı rəngli çanta, 20 manat dəyərində 1 ədəd qızlar üçün «GB» yazılı çanta, 150 manat dəyərində 10 ədəd qızlar üçün qarışıq formal və rəsimli çanta, 15 manat dəyərində 1 ədəd qırmızı ayı oyuncağı, 26 manat dəyərində 2 ədəd notebook formalı qara rəngli qovluq, 5 manat dəyərində 1 ədəd qara qulplu qovluq, 50 manat dəyərində 20 ədəd qarışıq rəngli qulplu qovluq, 12 manat dəyərində 6 ədəd rəngli qovluq, 17 manat dəyərində 1 ədəd böyük idman çantası, 15 manat dəyərində 1 ədəd orta ölçülü idman çantası, 48 manat dəyərində 4 ədəd orta ölçülü idman çantası, 45 manat dəyərində 5 ədəd kiçik ölçülü idman çantası, 25 manat dəyərində 5 ədəd plastik qulplu qovluq, 12 manat dəyərində 3 ədəd plastik qovluq, 224,8 manat dəyərində 72 ədəd müxtəlif ölçülərdə hesabçəkən, 36 manat dəyərində 72 ədəd yaxa kartı, 51,2 manat dəyərində 32 ədəd pərgar, 12,6 manat dəyərində 18 ədəd gullu qələm, 125 manat dəyərində 25 ədəd «maped» markalı qələm, 10 manat dəyərində 1 ədəd «Asis» markalı qelem qabl dəsti, 25 manat dəyərində 5 ədəd rənjli qelem qabı, 18 manat dəyərində 6 ədəd torlu qelem qabı, 12 manat dəyərində 3 ədəd plastik qelem qabi, 4,5 manat dəyərində 9 ədəd 23 qramlıq yapışqan, 3,6 manat dəyərində 12 ədəd 10 qramlıq yapışqan, 0,8 manat dəyərində 2 ədəd 15 qramlıq yapışqan, 27 manat dəyərində 27 ədəd 36 qramlıq yapışqan, 13 manat dəyərində 13 ədəd sulu yapışqan, 15 manat dəyərində 3 ədəd kiçik qlobus, 32 manat dəyərində 4 ədəd orta ölçülü qlobus, 60 manat dəyərində 4 ədəd böyük ölçülü qlobus, 4,8 manat dəyərində 2 ədəd «pleybo» markalı plastirin, 9,6 manat dəyərində 3 ədəd «pleydo» markalı böyük plastirin, 26 manat dəyərində 13 ədəd «verdel» markalı plastirin, 45,5 manat dəyərində 13 ədəd çomadan formalı qabda plastirin, 12,6 manat dəyərində 9 ədəd «6d» markalı plasdirin, 3,6 manat dəyərində 2 ədəd 8d formalı plastirin, 24 manat dəyərində 6 ədəd herf-reqem maketləri, 60 manat dəyərində 40 ədəd qayçı formalı tutqaç, 11 manat dəyərində 11 ədəd sadə tutqac, 40,8 manat dəyərində 34 ədəd qulplu tutqac, 20 manat dəyərində 10 ədəd böyük tutqac, 12 manat dəyərində 6 ədəd balaca fırça, 20 manat dəyərində 5 ədəd böyük fırça, 14 manat dəyərində 7 ədəd boya qabi, 13,5 manat dəyərində 9 ədəd balaca boya qabi, 13 manat dəyərində 5 ədədböyük lövhe, 10 manat dəyərində 5 ədəd balaca lovhe, 35 manat dəyərində 5 ədəd şüşəli balaca termos, 24 manat dəyərində 3 ədəd şüşəli böyük termos, 56 manat dəyərində 4 ədəd məməli böyük termos, 10 manat dəyərində 1 ədəd «spaydermen» rəsmli termos, 18 manat dəyərində 3 ədəd su qabı , 95 manat dəyərində 10 ədəd «oxsford» yazılı su qabı, 30 manat dəyərində 3 ədəd sadə suqabı, 35 manat dəyərində 5 ədəd «A4» markalı kağız, 40 manat dəyərində 8 ədəd «jada» tozu, 28 manat dəyərində 4 ədəd premium rəng, 42 manat dəyərində 12 ədəd spirallı rəng, 15 manat dəyərində 3 ədəd arxiv qovluğu, 20 manat dəyərində 4 ədəd qarışıq rəngli albom, 24 manat dəyərində 6 ədəd albom, 8 manat dəyərində 4 ədəd balaca albom, 33 manat dəyərində 3 ədəd böyük şahmat taxtası, 27 manat dəyərində 3 ədəd balaca şahmat taxtası, 7 manat dəyərində 1 ədəd kiçik şahmat taxtası, 14 manat dəyərində 4 ədəd kauçuk materialdan şaşki daşı, 15 manat dəyərində 5 ədəd taxta materialdan şaşki daşı, 10 manat dəyərində 5 ədəd sadə damino daşları, 16 manat dəyərində 4 ədəd taxta materialdan damino daşları, 49,5 manat dəyərində 99 ədəd zər cütü, 10 manat dəyərində 2 ədəd qalın sekeretor, 12 manat dəyərində 3 ədəd sadə sekerotor, 78 manat dəyərində 78 ədəd sənəd qabı, 138,6 manat dəyərində 198 ədəd sexsiyyet vəsiqəsi üzlüyü, 42 manat dəyərində 14 ədəd «A4» markalı çərçivə, 98 manat dəyərində 98 ədəd hərbi bilet üzlüyü, 125 manat dəyərində 25 ədəd əmək kitabçası, 33,6 manat dəyərində 84 ədəd qiymət kağızı 19,5 manat dəyərində 13 ədəd stolüstü qələm, 120 manat dəyərində 6 ədəd böyüu bayraq, 21,7 manat dəyərində 31 ədəd fosforlu marker, 78 manat dəyərində 52 ədəd balaca bayraq, 19 manat dəyərində 38 ədəd top formalı qələmyonan, 10,8 manat dəyərində 36 ədəd sadə qələmyonan, 15 manat dəyərində 25 ədəd cəmi formalı qələmyonan, 7,2 manat dəyərində 24 ədəd balaca tutqac, 8 manat dəyərində 20 ədəd orta ölçülü tutqac, 6 manat dəyərində 12 ədəd böyük tutqac, 27 manat dəyərində 9 ədəd böyük təqvim, 18 manat dəyərində 9 ədəd kiçik təqvim, 60,9 manat dəyərində 87 ədəd SD markalı marker, 64,8 manat dəyərində 81 ədəd ağardıcı, 20 manat dəyərində 20 ədəd «cello 2000» markalı ağardıcı cello, 21,6 manat dəyərində 24 ədəd ağardıcı «cello 709» markalı ağardıcı, 737,6 manat dəyərində 1473 ədəd «İnk», «Piano», «Gb», «CL» «Trimate cl» «Pensan», «Aihao» «V1162» «Balpen» «Korvina» markalı qələmlər, 50,4 manat dəyərində 28 ədəd 30 sm-lik elastik xatkeş dəsti, 0, 6 manat dəyərində 03 ədəd transporter, 4,8 manat dəyərində 04 ədəd 20 sm-lik elastik xətkeş dəsti, 48,6 manat 162 ədəd taxta xətkeş, 44,1 manat dəyərində 63 ədəd dəmir xətkeş, 56,9 manat dəyərində 21 bağlama fail, 9 manat dəyərində 6 ədəd vurma cədvəli, 22 manat dəyərində 22 ədəd hüsnüxət nümunəsi, 54 manat dəyərində 18 ədəd A3 formatlı hüsnüxət nümunəsi, 52 manat dəyərində 52 ədəd 12 vərəqli rəsm dəftəri, 168 manat dəyərində 84 ədəd 24 vərəqli resm dəftəri, 105 manat dəyərində 35 ədəd 40 vərəqli resm dəftəri, 66 manat dəyərində 66 ədəd şəkilli resm dəfətəri, 36 manat dəyərində 36 ədəd rengli kagiz, 21 manat dəyərində 14 ədəd böyük silgi, 11 manat dəyərində 11 ədəd balaca silgi, 10 manat dəyərində 10 ədəd 25 qrmlıq rezin silgi, 16 manat dəyərində 8 ədəd 50 qramlıq rezin silgi, 30 manat dəyərində 10 ədəd 10 qramlıq rezin silgi, 64 manat dəyərində 16 ədəd penal, 19,6 manat dəyərində 7 ədəd penal «770 775», 15 manat dəyərində 5 ədəd penal «k 15», 164 manat dəyərində 82 ədəd sadə penal, 15,8 manat dəyərində 79 ədəd quru salfet, 16,5 manat dəyərində 11 ədəd nem salfet, 91 manat dəyərində 26 ədəd iyne sap, 18 manat dəyərində 9 ədəd ikiterefli böyük yapışqanlı lent, 15 manat dəyərində 10 ədəd iki terefli balaca yapışqanlı lent, 41,6 manat dəyərində 26 ədəd «yalonq» markalı qələmyonan, 30,5 manat dəyərində 61 ədəd «4b» markalı pozan, 16,8 manat eləyərində 24 ədəd YL 90036 markalı pozan, 12,8 manat dəyərində 32 ədəd qara rəngli pozan 28,8 manat dəyərində 24 ədəd YL90019 markalı pozan, 42 manat dəyərində 21 ədəd meyvə ətirldi flamaster, 30,4 manat dəyərində 19 ədəd sadə flamaster, 35,2 manat dəyərində 11 ədəd flamaster ikiterefli flamaster. 31,5 manat dəyərində 9 ədəd karandaş, 21 manat dəyərində 7 ədəd 24 rəngli karakdaş, 28,9 manat dəyərində 17 ədəd «mepai» markalı böyük karandaş, 13 manat dəyərində 13 ədəd mepai markalı balacakarandaş, 38 manat dəyərində 19 ədəd «brillians pensils» markalı karandaş, 29,5 manat dəyərində 59 ədəd «288» markalı karandaş, 16,8 manat dəyərində 56 ədəd «duomıer» markalı sadə karandaş, 5,8 manat dəyərində 29 ədəd sadə «volunteer» markalı karandaş, 2 manat dəyərində 20 ədəd sadə «maped» markalı karandaş, 37,5 manat dəyərində 25 ədəd «faber caster» markalı sadə qələm, 17 manat dəyərində 34 ədəd miber iclik, 45 manat dəyərində 15 ədəd boya, 85 manat dəyərində 425 ədəd zərf, 15 manat dəyərində 5 ədəd müəllimin gündəlik dərs planı, 22 manat dəyərində 11 ədəd icmal, 16 manat dəyərində 4 ədəd sinif rəhbərinin gündəliyi, 50 manat dəyərində 10 ədəd ders dinləmə jurnalı, 58,5 manat dəyərində 13 ədəd proqram dəftəri6 manat dəyərində 10 ədəd paper clips, 4 manat dəyərində 10 ədəd stapler, 11,4 manat dəyərində 19 ədəd staples 24/6, 20 manat dəyərində 4 ədəd stepler, 10 manat dəyərində 10 ədəd çernil, 16,5 manat dəyərində 11 ədəd pecat qabı balaca, 24 manat dəyərində 12 ədəd böyük pecat qabı, 17 manat dəyərində 7 ədəd qeyd kağızı qutusu, 64,6 manat dəyərində 47 ədə sadə, 12 manat dəyərində 4 ədəd «endland» markalı, 16 manat dəyərində 4 ədəd düyməli sadə bloknot, 18 manat dəyərində 3 ədəd nootbuk formalı düyməli bloknot, 20 manat dəyərində 4 ədəd rəngli bloknot,6 manat dəyərində 20 ədəd düyməli bloknot, 1,8 manat dəyərində 3 ədəd «dayue» markalı duymə, 12 manat dəyərində 12 ədəd «stationery» markalı düymə, 10 manat dəyərində 5 ədəd kalkuliyator, 22 manat dəyərində 11 ədəd «Əmr» kitabı, 12,5 manat dəyərində 5 ədəd əmək haqqinin hesablanması kitabı, 6 manat dəyərində 3 ədəd işçilərin işə davamiyyət kitabı, 4,4 manat dəyərində 22 ədəd tercümeyi hal blankı, 12,5 manat dəyərində 25 ədəd kadrların ucot vərəqi, 46,5 manat dəyərində 93 ədəd əmək müqaviləsi, 15 manat dəyərində 30 ədəd əmək haqqının hesablanma cədvəli, 34 manat dəyərində 17 ədəd 12ş vərəqli spirallı bloknot, 9,6 manat dəyərində 6 ədəd 72 vərəqli spirallı dəftər, 20,8 manat dəyərində 16 ədəd 48 vərəqli spirallı dəftər, 294 manat dəyərində 42 ədəd 200 vereqli göy rəngli kitabça, 98 manat dəyərində 28 ədəd 100 vərəqli balaca goy rəngli kitabça, 55,2 manat dəyərində 46 ədəd spirallı 5A markalı kağız, 36 manat dəyərində 6 ədəd reyester dəftəri, 94 manat dəyərində 94 ədəd 95 vərəqli dəftər, 145 manat dəyərində 145 ədəd 100 vərəqli dəftər, 92,4 manat dəyərində 154 ədəd 600 vərəqli dəftər, 162,4 manat dəyərində 406 ədəd 40 vərəqli dəftər, 148,2 manat dəyərində 247 ədəd 48 vərəqli dəftər, 233,6 manat dəyərində 584 ədəd 24 vərəqli dəftər, 300,3 manat dəyərində 1001 ədəd 12 vərəqli dəftər, 101,2 manat dəyərində 506 ədəd 12 vereqli rus dilində sadə dəftər, 165,75 manat dəyərində 1105 ədəd 12 vərəqli sadə dəftər, 420 dəyərində 70 ədəd DİM testləri, 6 manat dəyərində 1 ədəd fizika fənni testi, 30 manat dəyərində 3 ədəd TQDK vəsaiti, 5 manat dəyərində 1 ədəd sürücülük kursu vəsaiti, 20 manat dəyərində 10 ədəd yaddaş kitabçası, 3 manat dəyərində 3 ədəd fizika düsturları, 6,5 manat dəyərində 1 ədəd tarix fənni üzrə test bankı, 16,5 manat dəyərində 3 ədəd Vİİ sinifi fizika fənnindən iş dəftəri, 8 manat dəyərində 1 ədəd riyaziyyat test bankı, 6,5 manat dəyərində 1 ədəd riyaziyyat test bankı, 22,5 manat dəyərində 3 ədəd fizika guven test bankı, 40 manat dəyərində 5 ədəd fizika fənni üzrə vəsait, 39 manat dəyərində 6 ədəd ümumi tarix fənni üzrə vəsait, 12 manat dəyərində 3 ədəd ümumi tarix fənni üzrə test bankı, 10,2 manat dəyərində 6 ədəd hecalı nagillar kitabı, 4,5 manat dəyərində 3 ədəd yeddi nağıl kitabı, 4,8 manat dəyərində 3 ədəd nağıllar kitabı, 4,8 manat dəyərində 3 ədəd «maşa və ayı» nağıllar kitabı, 5,1 manat dəyərində 3 ədəd Azərbaycan nağılları kitabı, 6 manat dəyərində 4 ədəd sevimli nağıllar kitabı, 18,7 manat dəyərində 11 ədəd «altı nağıl» kitabı, 14 manat dəyərində 2 ədəd «kaspi» ingilis dili üzrə test bankı, 8 manat dəyərində 1 ədəd ingilis dili üzrə test bankı, 15 manat dəyərində 1 ədəd dərs vəsaiti, 21 manat dəyərində 3 ədəd ingilis dili üzrə test bankı, 6,5 manat dəyərində 1 ədəd ingilis dili fənni üzrə vəsait, 24 manat dəyərində 4 ədəd ingilis dili fənni üzrə test bankı, 15 manat dəyərində 2 ədəd azərbaycan tarixi fənni üzrə test bankı, 14 manat dəyərində 2 ədəd tarix fənni üzrə vəsait, 14 manat dəyərində 2 ədəd Azərbaycan tarixindən dərs vəsaiti, 16,5 manat dəyərində 3 ədəd Azəbaycan tarixi fənni üzrə test bankı, 5 manat dəyərində 1 ədəd kimya fənni üzrə test bankı, 7 manat dəyərində 1 ədəd kimya fənni üzrə test bankı, 126 manat dəyərində 21 ədəd toplu, 24 manat dəyərində 3 ədəd biologiya fənni üzrə toplu, 18 manat dəyərində 3 ədəd riyaziyyat dərsliyi, 10 manat dəyərində 2 ədəd riyaziyyat dərsliyi, 8 manat dəyərində 1 ədəd biologiya fənni üzrə vəsait, 18 manat dəyərində 3 ədəd azərbaycan dili üzrə metodiki vəsait, 12 manat dəyərində 2 ədəd riyaziyyat fənni üzrə medodik vəsait, 32 manat dəyərində 84 ədəd dinamika, 16,5 manat dəyərində 3 ədəd həndəsə fənni üzrə vəsait, 24 manat dəyərində 4 ədəd həndəsə fənni üzrə test bankı, 12 manat dəyərində 2 ədəd cəbr fənni üzrə test bankı, 2 manat dəyərində 1 ədəd inşa yazı nümunəsi, 58,5 manat dəyərində 9 ədəd riyaziyyat fənni üzrə çalışmalar, 15 manat dəyərində 3 ədəd riyaziyyat fənni üzrə buraxılış, 12 manat dəyərində 3 ədəd azərbaycan dili qaydaları kitabı, 54 manat dəyərində 125 ədəd əlifba, 31,5 manat dəyərində 7 ədəd Sinifdən xaric oxu kitabı, 33 manat dəyərində 3 ədəd Təhsil və idarəedici kitab, 27 manat dəyərində 6 ədəd «oxuyaq» vəsaiti, 12 manat dəyərində 2 ədəd azərbaycan dili dərsliyi, 11 manat dəyərində 2 ədəd «həyat bilgisindən sumativ» qiymətlendirmə, 6 manat dəyərində 1 ədəd morfil, 13 manat dəyərində 2 ədəd şahmat dərsliyi, 2 manat dəyərində 1 ədəd şahmat dərsliyi, 15 manat dəyərində 3 ədəd polis haqqında qanun, 26 manat dəyərində 4 ədəd «bütün fenler 2» kitabı, 34 manat dəyərində 5 ədəd «butun fenler 3» kitabı, 24 manat dəyərində 6 ədəd «Aygün Mecidova» test sualları, 11 manat dəyərində 2 ədəd azərbaycan dili qiymətləndirmə kitabçası, 13,5 manat dəyərində 3 ədəd azərbaycan dili qiymətləndirmə kitabçası, 45,5 manat dəyərində 7 ədəd riyaziyyat fənni üzrə «yarpaq» testi, 77 manat dəyərində 14 ədəd iş dəftəri, 5 manat dəyərində 1ədəd riyaziyyət fənni üzrə iş dəftəri, 28 manat dəyərində 8 ədəd azərbaycanı dili fənni üzrə is dəftəri, 10 manat dəyərində 2 ədəd azərbayan dili fənni üzrə iş dəftər, 66 manat dəyərində 12 ədəd azərbaycan dili fənni üzrə iş dəftəri , 35 manat dəyərində 7 ədəd mesele misallar kitabı, birinin qiyməti 6,5 manat olan 13 manat dəyərində 2 ədəd qiymətləndirmə testlər kitabı, 30 manat dəyərində 4 ədəd qiymətləndirmə tapşıriqlari, 57 manat dəyərində 19 ədəd birinci yarımil+ 2 ci yarımil proqamı, 12 manat dəyərində 2 ədəd uşaq test kitabları, 63 manat dəyərində 14 ədəd informatika fənni üzrə is dəftəri , 31,8 manat dəyərində 6 ədəd ingilis dili fənni üzrə is dəftəri, 30 manat dəyərində 5 ədəd ingilis dili fənni üzrə iş dəftəri, 24 manat dəyərində 8 ədəd hüsnixətt nümunəsi, 4,8 manat dəyərində 2 ədəd hüsnixət nümunəsi, 36 manat dəyərində 18 ədəd kitab birinin qiyməti 4 manat olan 60 manat dəyərində 15 ədəd orfoqrafiya lüğəti, 13,5 manat dəyərində 3 ədəd izahli lüğət, 1,5 manat dəyərində 1 ədəd luget deftəri, 40 manat dəyərində 8 ədəd omonimlər lüğəti, 12 manat dəyərində 2 ədəd sinonimlər lüğəti, 12 manat dəyərində 4 ədəd azərbacyan- ingiliscə danışıq kitabı, 5 manat dəyərində 1 ədəd ingiliscə lüğət, 18 manat dəyərində 3 ədəd ingiliscə lüğət, 45 manat dəyərində 5 ədəd rusca lüğət, 22,5 manat dəyərində 15 ədəd qaimə, 4,9 manat dəyərində 7 ədəd sadə qaimə, 40,35 manat dəyərində 807 ədəd fayl, 22,1 manat dəyərində 221 ədəd fayl, 45 manat dəyərində 18 ədəd atlas, 98 manat dəyərində 49 ədəd konturlu xəritə, 32,5 manat dəyərində 5 ədəd ədəbiyyat fənni üzrə vəsait, 11,4 manat dəyərində 2 ədəd ədəbiyyat nəzəriyyəsi, 12 manat dəyərində 2 ədəd azərbaycan dili fənni üzrə vəsait, 24 manat dəyərində 6 ədəd azərbaycan dili fənni üzrə vəsait, 19,5 manat dəyərində 3 ədəd azərbaycan dili fənni üzrə güvən test bankı, 8 manat dəyərində 1 ədəd coğrafiya fənni üzrə vəsait, 7,5 manat dəyərində 1 ədəd coğrafiya fənni üzrə test, 14 manat dəyərində 2 ədəd rus dili fənni üzrə vəsait, 42 manat dəyərində 6 ədəd ədəbiyyat nəzəriyyəsi, 14 manat dəyərində 2 ədəd müntəxəbat kitabı, 13 manat dəyərində 2 ədəd muntexebat, 5 manat dəyərində 1 ədəd edebiyyat fənni üzrə vəsait, 6,5 manat dəyərində 1 ədəd ədəbiyyat fənni üzrə test, dəyərində 6 ədəd ədəbiyyat fənni üzrə test bankı, birinin qiyməti 0,5 manat olan 85 manat eləyərində 170 ədəd bayraqlı kitab üzlüyü,manat dəyərində 310 ədəd balaca bayraqlı kitab üzlüyü, 36,8 manat dəyərində 92 ədəd sadə kitab üzlüyü, 35,1 manat dəyərində 117 ədəd sadə kitab üzlüyü, 62,5 manat dəyərində 125 ədəd jurnal üzlüyü, 98,5 manat dəyərində 197 ədəd gündəlik üzlüyü, 7,2 manat dəyərində 18 ədəd ipli qovluq, 9,5 manat dəyərində 19 ədəd sancaqli qovluq, 34 manat dəyərində 17 ədəd fizika fənni üzrə jurnal, 9 manat dəyərində 1 ədəd not dəftəri, 54 manat dəyərində 27 ədəd musiqi gundeliyi, 47,1 manat dəyərində 471 ədəd disq paket, 30 manat dəyərində 150 ədəd «wz» dəftəri, 45,5 manat dəyərində 7 ədəd ingilis dili fənni üzrə derslik, 30 manat dəyərində 5 ədəd ingilis dili fənni üzrə dərslik, 6 manat dəyərində 1 ədəd ingilis dili fənni üzrə dərsilik. 66 manat dəyərində 11 ədəd edebiyyat fənni üzrə derslik, 54 manat dəyərində 9 ədəd rus dili fənni üzrə derslik, 96 manat dəyərində 6 ədəd derslik, 60 manat dəyərində 10 ədəd metodik vəsait, 76 manat dəyərində 38 ədəd sinifin pasportu, Gerb himn vurma cedvəli, 30 manat dəyərində 5 ədəd azerbaycanin fiziki xəritəsi, 28 manat dəyərində 4 ədəd dünya xəritəsi, 35 manat dəyərində 5 ədəd qərb yarımküresinin xəritəsi, 10,8 manat dəyərində 3 ədəd siyasi xəritə, 28 manat dəyərində 4 ədəd Şərq yarımkürəsinin xəritəsi, 18 manat dəyərində 6 ədəd Azərbaycan Respublikasının siyasi inzibati xəritəsi, 12 manat dəyərində 5 ədəd azərbaycan xəritəsi, 20 manat dəyərində 4 ədəd dünyanin siysi xəritəsi, 25 manat dəyərində 5 ədəd dünyanın fiziki xəritəsi, 145 manat dəyərində 145 ədəd qırmızı-qara rəngli üzlük, 23 manat dəyərində 46 ədəd üzlük, 16,5 manat dəyərində 11 ədəd disk, 40 manat dəyərində 80 ədəd disk, 46,4 manat dəyərində 58 ədəd dırnaq tutan, 55 manat dəyərində 55 ədəd dırnaqtutan, 22 manat dəyərində 55 ədəd dırnaqtutan, 27 manat dəyərində 6 ədəd fanar, 60 manat dəyərində 4 ədəd fanar boyuk, 24,5 manat dəyərində 7 ədəd fanar, 7,2 manat dəyərində 18 ədəd batareya, 92 manat dəyərində 92 ədəd izolent, 45,6 manat dəyərində 38 ədəd qara rəngli izolent, 34,6 manat dəyərində 173 ədəd yapışqanlı lent, 6,3 manat dəyərində 9 ədəd yapışqanlı lent, 2,5 manat dəyərində 1 ədəd yaşıqanlı, 31,2 manat dəyərində 104 ədəd zerli yapışqanlı lent, 20 manat dəyərində 20 ədəd şam parti, 42 manat dəyərində 21 ədəd müsiqili şam, 33 manat dəyərində 225 ədəd ad günü şamı, 16,8 manat dəyərində 12 ədəd hava təmizləyn, 9,6 manat dəyərində 6 ədəd hava təmizləyən, 7 manat dəyərində 2 ədəd pena, 4 manat dəyərində 4 ədəd «colget» diş məcunu, 3 manat dəyərində 5 ədəd diş fırçası, 12,8 manat dəyərində 4 ədəd reksona, 28 manat dəyərində 7 ədəd pervol yuyucu tozu, 7 manat dəyərində 7 ədəd camsil, 24 manat dəyərində 8 ədəd «bərəkət» diş copü, 4 manat dəyərində 4 ədəd qulaq çöpü, 0,9 manat dəyərində 0,3 ədəd diş çöpü, 21 manat dəyərində 7 ədəd pervol təmizləyicisi, 50 manat dəyərində 5 ədəd «elidor» şampunu, 20 manat dəyərində 4 ədəd «clear» şampunu, 18 manat dəyərində 3 ədəd «syoss» şampunu, 36 manat dəyərində 12 ədəd «hacişakir» şampunu, 11,7 manat dəyərində 9 ədəd «aroma» qab şampunu, 20,8 manat dəyərində 8 ədəd «panten» sabunu, 11,2 manat dəyərində 7 ədəd «aroma» əl sabunu, 5 manat dəyərində 2 ədəd «damla» sabunu, 20,4 manat dəyərində 51 ədəd 72% sabunu, 43,2 manat dəyərində 24 ədəd «aref» sabunu, 4 manat dəyərində 2 ədəd «haci sakir» sabunu, 19,2 manat dəyərində 16 ədəd «ilina glore» sabunu, 17 manat dəyərində 17 ədəd alev sabunu, 11 manat dəyərində 11 ədəd «delta» sabunu, 10,8 manat dəyərində 54 ədəd silgi, 45,6 manat dəyərində 38 ədəd “maksi” markalı silgi, 39 manat dəyərində 39 ədəd “vivati” markalı silgi, 27 manat dəyərində 90 ədəd milcek dermani, 18 manat dəyərində 306 ədəd «suoer» yapışqanı, 14,9 manat dəyərində 149 ədəd «super» yapışqan, 3 manat dəyərində 3 ədəd «acord» massa silgisi, 70 manat dəyərində 28 ədəd sadə masa silgisi, 52,8 manat dəyərində 11 ədəd «selpak» silgisi, 20 manat dəyərində 5 ədəd tualet salfet, 22, 5 manat dəyərində dəyərində 9 ədəd «Priti» masa salfeti, 8 manat dəyərində 8 ədəd panpres, 19 manat dəyərində 19 ədəd «ramiz» sabunu, 36 manat dəyərində 18 ədəd persil yuyucu vasitəsi, 10,8 manat dəyərində 2 ədəd «Are» yuyucu vasitəsi, 3 manat dəyərində 1 ədəd «feya» qap sampunu, 752 manat dəyərində 91 ədəd çətirlər, 50 manat dəyərində 25 ədəd lövhə, 12 manat dəyərində 1 ədəd tapanca, 54 manat dəyərində 108 ədəd mayper qovluq, 7,2 manat dəyərində 18 ədəd yapışqan, 5,4 manat dəyərində 9 ədəd salfet, gizli olaraq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 23406.3 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,461 qram və 0,386 qram, ümumi təmiz çəkisi 0,847 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyinə daşımış 10 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində həmin yerdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirlmiş və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının arxa cibindən iki bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,461 qram və 0,386 qram, ümumi təmiz çəkisi 0,847 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin 28 oktyabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs istintaqın düzgün aparılmadığını, iş materiallarında olan bəzi sənədlərin onun tərəfindən imzalanmadığını, bir sıra sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirmiş, məhkəmə tərəfindən göstərilən xüsusatın araşdırılması məqsədi ilə 1(008)- 825/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 02 cilddə olan cinayət işinin materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə göndərilmişdir. Məhkəməyə daxil olmuş 15 mart 2023-cü il tarixli, 4/222 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin (cild 1) 80-82ci vərəqələrində olan protokolda, 86-89-cu, 125-127-ci, 130-140-cı vərəqələrində olan protokollarda, 141-143-cü vərəqələrdə olan bildirişdə, 144-146-cı, 147-ci vərəqələrdə olan protokollarda, 204-205-ci vərəqələrdə olan qərarda, 209-211 və 252-254-cü vərəqələrdə olan bildirişlərdə (cild 1), 11-16-cı vərəqələrdə olan qərarda, 17-20-ci vərəqələrdə olan bildirişdə, 23-33-cü vərəqələrdə olan protokollarda, 48-51-ci vərəqədə olan qərarda, 74-75ci vərəqələrdə olan protokolda, 76-79-cu vərəqələrdə olan qərarda, 94-95-ci vərəqələrdə olan protokolda, 141-ci vərəqədə olan protokolda və 192-ci vərəqədə olan bildirişin arxa hissəsində Təqsirləndirilən şəxs adından olna və “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş, cinayət işinin 181-ci vərəqəsində (cild 1) olan 10 dekabr 2021-ci il tarixli protokolda “Şübhəli şəxs” qrafasındakı imzanın, 230-cu vərəqədə (cild 1) olan 11 dekabr 2021-ci il tarixli protokolda və 145-146-cı vərəqələrdə olan (cild 2) 20 sentyabr 2022-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiq olunan imzaları Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər küliiyatını seçib ayırmaq mümkün olsun. Göründüyü kimi iş materiallarında olan “Şübhəli şəxsin ekspertiza təyin olunmasına daor qərarıa tanış edilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli, “Təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında” 11 dekabr 2021-ci il tarixli və “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 20 sentyabr 2022-ci il tarixli protokollarda Təqsirləndirilən şəxs adının qarşısında olan imzaların onun tərəfindən icra olunub-olunmaması ekspert tərəfindən müəyyən edilə bilməmiş və həmin imzaların onun tərəfindən icrası şübhə altına alınmışdır. Göstərilən bu hal cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin tanış edilməsi zəruri olan sənədlərlə, o cümlədən, ən önəmli hüquqlarından biri olan cinayət işinin materialları ilə tanış edilməsinin şübhə doğurmasına (təqsirləndirilən şəxs həmin imzaların ona məxsus olmadığını və cinayət işinin materialları ilə tanış olmadığını bildirmişdir), ekspert tərəfindən verilmiş rəylə də həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsinin şübhə altına alınmasına və bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən komputer vasitəsi ilə qeydə alınmış ifadələrində onun Zərərçəkmiş şəxs2 evindən oğurladığı əmlaklar göstərilməmiş, sadəcə ümumi olaraq “əmlaklar” sözündən istifadə edilmiş, müstəntiq tərəfindən həmin əmlakların nədən ibarət olması, konkret olaraq hansı əmlakların götürülməsinin aydınlaşdırılması istiqamətində təqsirləndirilən şəxsə hər hansı sual ünvanlanmamış və göstərilən xüsusat araşdırılmamış qalmışdır. Həmçinin, hazırlıq iclasında zərərçəkmiş şəxs vəsatətlə məhkəməyə müraciət edərək ibtidai istintaqın düzgün aparılmadığını, imzaların saxtalaşdırıldığını qeyd edib cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin müəyyən etdiyi hallarla razı olduqlarını bildirərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etməmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 90.7.19-cu maddəsinə əsasən şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq hüququ var. 91.5.20-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq hüquqi var. 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ var. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və zərərçəkmiş şəxsin vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar