Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-133/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində '‘başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə özgənin əmlakının zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə səhər saatlarında heç bir əsaslı səbəb olmadan Bakı şəhəri Sabunçu rayonu «Koroğlu» metrosunun yaxınlığında yerləşən körpünün üzərində quraşdırılmış dəmir borularının üzərinə dırmaşıb öz hərəkətləri ilə suni tıxac yaratmaqla nəqliyyat vasitələrinin hərəkətinini daha intensiv olduğu vaxtda maqistral yolda hərəkətin dayanmasına səbəb olduğuna görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib saat 13.30 radələrində şöbəsinin inzibati otağında aparılmış araşdırma zamanı polis əməkdaşlarına əsassız narazılıqlarını bildirərək heç bir əsaslı səbəb olmadan qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət etməklə zor tətbiq edib, polis şöbəsinin əməkdaşlarının iş rejimini pozmaqla, şöbədə olan əməkdaşların və mülki vətəndaşların narahatçılıqlarına səbəb olmuş ucadan nalayiq ifadələri işlətməklə, silah qismində istifadə etdiyi şöbədə saxlanılan yanğısöndürən balonunu götürüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansında olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin pəncərəsinin şüşəsini sındırmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmlakını qəsdən məhv edib 40 manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Şəmkir rayonu Qədimçala kəndində qeydiyyatdadır, özü isə Bakı şəhəri Nərimanov rayonu A.Molla küçəsi ev 98-də kirayədə yaşayır. Şəmkir rayonun Qədimçalada torpaq sahəsi var, babası rəhmətə gedəndən sonra qohumları torpaq sahəsini zəbt edib onu paysız saxladılar, buna görədə o, onlardan aidiyyəti yerlərə şikayət etmiş və məhkəmə mübahisələri olmuşdur. Lakin onun işi müsbət həll olunmamışdır və şikayətlərinə aidiyyəti əməkdaşlar səthi baxdıqlarına görə fikirləşmişdir ki, Koroğlu metrosunun yaxınlığında olan körpünün üstündə quraşdırılmış dəmir borularının üzərinə dırmaşsın, bununla da müxtəlif şəxslərin diqqətini cəlb etsin. Buna görə 07 noyabr 2024cü il tarixdə səhər saat 09 radələrində o, Koroğlu metrosunun yaxınlığına olan körpüyə getmişdir. Orada körpünün alt hissəsində quraşdırılmış dəmir borularına dırmaşmağa başladı. Həmin borulara dırmaşmamışdan əvvəl o əmin oldu ki, onu görən yoxdur və buna görədə dəmir borunun yuxarı hissəsinə dırmaşıb dayanmışdır. Onun bu hərəkətini görən maqistral yolu ilə hərəkət edən avtomobillərin sürücüləri avtomobillərini saxlayıb ona baxmağa başlamışlar və bundan sonra oraya polis əməkdaşları və fövqəlada hallar nazirliyinin əməkdaşları gəlmişlər. Maqistral yol bağlanmış və tıxac yaranmışdır. Polis əməkdaşları ondan tələb etmişlər ki, o aşağı düşsün, lakin o, onlara deyirdi ki, onun Şəmkirdə olan işinə baxılmasa o aşağı düşməyəcək. Bir neçə saatdan sonra onu aşağı düşməyə razılaşdırmışlar və onu orada olan polis əməkdaşları əvvəl Bakı şəhər baş polis idarəsinə aparmışlar. Orada onu bu məsələ ilə bağlı sorğu sual edəndən sonra saat 13:30 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman xidməti otaqların birində araşdırmalar aparılmağa başlanmış, o da həmin vaxtı əsəbləşmiş və otaqdan çıxıb şöbənin inzibati binasını tərk etmək istəmişdir. Həmin vaxtı orada olan tanımadığı polis əməkdaşları ondan tələb emişlər ki, o xidməti otağa keçsin, lakin o əsəbi olduğuna görə bunu etməmiş, polis əməkdaşları isə ondan məsələsinin həll olunması üçün səs küy salmasını, yanğın söndürən balonu götürərək Şöbənin şüşəsinin sındırılmasını bildirmişlər. O, da məcbur olub polis əməkdaşlarının sözünə inanaraq məsələnin həll edilməsi üçün yanğınsöndürəni götürüb dəhlizdə olan pəncərənin şüşəsini sındırmışdır. Həmin vaxt dəhlizdə polis işçiləri və digər şəxslər də olmuşdur. Ona verilən suallara cavabında bildirmişdir ki, bəli şüşəni sındırmış, lakin ona bunu etməsini polis əməkdaşları demişlər. Əgər işin alınmasını istəyirsə, polis əməkdaşları onun səs küy salmasını və yanğınsöndürəni götürüb şüşələri sındıraraq yerə çırpmasını demişlər. O da yanğınsöndürəni götürüb sındırdıqdan sonra yavaş yerə qoymuş, lakin polis əməkdaşları ona inadırıcı olsun deyənə yanğınsöndürəni yerə çırpmasını bildirdikdə, o da götürüb yenidən yerə çırpmışdır. Şüşəni yerə çırpdıqdan sonra onu videoya çəkmişlər. Polis əməkdaşlarının sözlərinə inanaraq bunu etdiyinə görə də peşmandır, ona ev dustaqlığı verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Son söz olaraq əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə saat 09 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsində DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, bir nəfər kişi «Koroğlu» metrosunun yaxınlığında yerləşən asma körpünün üzərinə çıxıb özünü atmaq istəyir. Məlumatın araşdırılması ilə əlaqədar Sabunçu RPİ-nin PPX-nin polis nəfərləri və Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı İsmayıl İsmayılov tərəfindən həmin şəxsin Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirildi. Polis şöbəsində müəyyən olmuşdur ki, həmin şəxs xx.xx.1992–ci ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Həmin günü yəni 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində o polis idarəsinin inzibati binasında olduğu zamanı xəbər aldı ki, 12-ci polis şöbəsinində Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan olmadan ictimai qaydanı kobut sürətdə pozmağa əməkdaşların ünvanına söyüş söyməyə başladı, öz qanunsuz hərəkətləri ilə barəsində təhqiqatçı tərəfindən aparılan araşdırmanı dayandırıb, polis şöbəsinin iş rejimini pozaraq polis, əməkdaşların, məhkəmə və icra hakimiyyətin əməkdaşlarının ünvanına nəlayıq sözlər işlədib polis şöbəsinin dəhlisinzə olan bir ədəd yangınsöndürən balonu götürüb, silah qismində istifadə etdiyi həmin balonu ilə polis şöbəsinin pəncərəsinin süşəsini sındırmışdır. Baş vermiş hadisə zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində İdarəyə 40 manat dəyərində maddi ziyan dəymişdir. Yetirilmiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid1 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə saat 09 radələrində o Sabunçu RPİ-nin 12-ci polis şöbəsində xidmətdə olduğu zamanı polis şöbəsinə DİN-nin 102 xidmətində məlumat daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, bir nəfər kişi «Koroğlu» metrosunun yaxınlığında yerləşən asma körpünün üzərinə çıxıb özünü atmaq istəyir. Məlumatın araşdırılması ona həvalə olunduğuna görə o dərhal hadisə yerinə çıxmışdır. Hadisə yerində gələn Sabunçu RPİ-nin PPX-nin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə həmin körpünün üstünə çıxan sonradan polis şöbəsində adı məlum olan Təqsirləndirilən şəxs körpüdən düşürdüb 12-ci polis şöbəsinə araşdırmanın aparılması üçün dəvət etmişlər. 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti otağında olan zamanı, tərəfindən araşdırma aparılarkən izahatı alınmağa başlanmışdır. Təqsirləndirilən şəxs körpünün üstünə dırmaşdığı səbəbi soruruşulanda Tamerlan Şəmkir rayonunda ona məxsus olan babasından miras qalmış torpaq sahəsində kənar şəxslərin yaşadığlarını bildirib, bu məsələnin Şəmkir rayon məhkəməsinin və Şəmkir rayon icra hakimiyyətinin işçiləri əməkdaşları tərəfindən araşdırılmadığını bildirəndə heç bir səbəb olmadan əsəbi halda xidməti otağını tərk edib hamının ünvanına söyüş söyməyə başlamışdır, həmin polis əməkdaşlarının həmdə Şəmkir rayonun məhkəmə və icra hakimiyyətinin əməkdaşlarının ünvanına nəlayıq söyüşlər söyməyə başlamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında xidməti otağımı tərk edib şöbənin dəhlizində aqressiv halda səsküy salıb nəlayıq ifadələri işlətdiyinə görə polis şöbəsində olan iş rejimini pozmuşdur və onun qanunsuz hərəkətləri şöbədə olan digər mülkü vətəndaşların narazılıqlarına səbəb olmuşdur. O, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışanda Tamerlan onun xahişlərinə məhəl qoymadan və aqressiv halda öz xuliqanlıq hərəkətlərini davam etdirib şöbənin dəhlizində olan yangınsöndürən balonunu götürüb pəncərənin şüşəsini sındırmışdır. O, Tamerlanın bu qanunsuz hərəkətlərini görüb dərhal Tamerlanı mobil telefon aparatıma videoçəkiliş etməyə başlamışdır. Videoçəkilişdə Təqsirləndirilən şəxs bildirmişdir ki, etdiyi cinayət əməlindən peşman deyil. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərindən tərəfindən raport tərtib edilmişdir və iş üzrə araşdırmanın aparılması polis şöbəsinin təhqiqatçısı Rauf Allahverdiyevə həvalə olundu. Təqsirləndirilən şəxs həmin vaxtı heç kimə bədən xəsarətlərini yetirməmişdir, Tamerlan 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsində qanunsuz hərəkətlərini törədən zamanı, yəni polis bölməsinin inzibati binasında dəhlizdə ucadan nəlayıq sözləri işlətməklə iş rejimi pozaraq, dəhlizdə olan yanğınsöndürən balonu götürüb şöbənin pəncərəsinin şüşəsini sındırmışdır, bununlada polis idarəsinə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid2 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə saat 09 radələrində o Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri Şahid3 ilə birlikdə inzibati ərazidə «6850» saylı avtopatrulda xidmət apardığları zamanı efir vasitəsi ilə bir nəfər şəxsin «Koroğlu» metrosunun yaxınlığında yerləşən asma körpünün üzərinə çıxıb özünü atmaq istəməsi bildirilmişdir. Həmin məlumatı əldə edəndən sonra o, polis nəfəri Möhsüm Cəfərovla birlikdə həmin əraziyə getmişlər. Həmin vaxtı hadisə yerinə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin təhqiqatçısı polis kapitanı Şahid1 gəlmişdir. Asma körpününü qarşısına gələndə onlar görmüşlər ki, körpüyə bir nəfər 30 yaşlı şəxs dırmaşmışdır. Hadisə yerinə onlardan əlavədə FHN-nin əməkdaşları gəlmişlər. Həmin şəxsi təxminən 3-4 saatdan sonra saat 13 radələrində körpüdən düşürdəndən sonra təhqiqatçı Şahid1 ilə birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyənləşdiriləndən sonra məlum olmuşdur ki, o xx xxxxxx 1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci polis şöbəsində olan zamanı özünü aqressiv apardığına görə onlar onu sakitləşdirməyə çalışmışlar. 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində Təqsirləndirilən şəxs təhqiqatçı Şahid1 xidməti otağına dəvət olunmuşdur, onlar isə digər işləri ilə bağlı olaraq polis bölməsinin inzibati binasında dəhlizdə olduğları zamanı Təqsirləndirilən şəxs qəflətən təhqiqatçının xidməti otağından çıxıb hamının ünvanına söyüş söyməyə başlamışdır, həm polis əməkdaşlarının, həmdə Şəmkir rayonun məhkəmə və icra hakimiyyətinin əməkdaşlarının ünvanına nəlayıq söyüşlər söyməyə başlamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında təhqiqatçının xidməti otağını tərk edib şöbənin dəhlizində aqressiv halda səsküy salıb nəlayıq ifadələri işlətdiyinə görə polis şöbəsində olan iş rejimini pozmuşdur və Tamerlanın qanunsuz hərəkətləri şöbədə olan digər mülkü vətəndaşların narazılıqlarına səbəb olmuşdur. Təhqiqatçı Şahid1 həmin vaxtı Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışanda Tamerlan Şahid1ı və onların xahişlərinə məhəl qoymadan və aqressiv halda öz xuliqanlıq hərəkətlərini davam etdirib şöbənin dəhlizində olan yangınsöndürən balonu götürüb pəncərənin şüşəsini sındırmışdır. Təqsirləndirilən şəxs yangınsöndürən balonu ilə polis şöbəsində pəncərənin şüşəsini sındırandan sonra təqhiqatçı Şahid1 Tamerlanı mobil telefon aparatı ilə videoya çəkməyə başlamışdır. Videoçəkilişdə Təqsirləndirilən şəxs bildirmişdir ki, etdiyi cinayət əməlindən peşman deyil. Təqsirləndirilən şəxs həmin vaxtı heç kimə bədən xəsarətlərini yetirməmişdir, Tamerlan 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsində qanunsuz hərəkətlərini törədən zamanı, yəni polis bölməsinin inzibati binasında dəhlizdə ucadan nəlayıq sözləri işlətməklə iş rejimi pozaraq, dəhlizdə olan yanğınsöndürən balonu götürüb şöbənin pəncərəsinin şüşəsini sındırmışdır, bununla da polis idarəsinə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid3 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə saat 09 radələrində o Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə inzibati ərazidə «6850» saylı avtopatrulda xidmət apardığları zamanı efir vasitəsi ilə bir nəfər şəxsin «Koroğlu» metrosunun yaxınlığında yerləşən asma körpünün üzərinə çıxıb özünü atmaq istəməsi bildirilmişdir. Həmin məlumatı əldə edəndən sonra o polis nəfəri Şahid2la birlikdə həmin əraziyə getmişlər. Həmin vaxtı hadisə yerinə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin təhqiqatçısı polis kapitanı Şahid1 gəlmişdir. Asma körpününü qarşısına gələndə onlar görmüşlər ki, körpüyə bir nəfər 30 yaşlı şəxs dırmaşmışdır. Hadisə yerinə onlardan əlavə də FHN-nin əməkdaşları gəlmişlər. Həmin şəxsi təxminən 3-4 saatdan sonra saat 13 radələrində körpüdən düşürdəndən sonra təhqiqatçı Şahid1 ilə birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyənləşdiriləndən sonra məlum olmuşdur ki, o xx xxxxxx 1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci polis şöbəsində olan zamanı özünü aqressiv apardığına görə onlar onu sakitləşdirməyə çalışmışlar. 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində Təqsirləndirilən şəxs təhqiqatçı Şahid1 xidməti otağına dəvət olunmuşdur, onlar isə digər işləri ilə bağlı olaraq polis bölməsinin inzibati binasında dəhlizdə olduqları zamanı Təqsirləndirilən şəxs qəflətən təhqiqatçının xidməti otağından çıxıb hamının ünvanına söyüş söyməyə başlamışdır, həm polis əməkdaşlarının, həmdə Şəmkir rayonun məhkəmə və icra hakimiyyətinin əməkdaşlarının ünvanına nəlayıq söyüşlər söyməyə başlamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında təhqiqatçının xidməti otağını tərk edib şöbənin dəhlizində aqressiv halda səsküy salıb nəlayıq ifadələri işlətdiyinə görə polis şöbəsində olan iş rejimini pozmuşdur və Tamerlanın qanunsuz hərəkətləri şöbədə olan digər mülkü vətəndaşların narazılıqlarına səbəb olmuşdur. Təhqiqatçı Şahid1 həmin vaxtı Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışanda Tamerlan Şahid1 və onların xahişlərinə məhəl qoymadan və aqressiv halda öz xuliqanlıq hərəkətlərini davam etdirib şöbənin dəhlizində olan yangınsöndürən balonu götürüb pəncərənin şüşəsini sındırmışdır. Təqsirləndirilən şəxs yangınsöndürən balonu ilə polis şöbəsində pəncərənin şüşəsini sındırandan sonra təqhiqatçı Şahid1 Tamerlanı mobil telefon aparatı ilə videoya çəkməyə başlamışdır. Videoçəkilişdə Təqsirləndirilən şəxs bildirmişdir ki, etdiyi cinayət əməlindən peşman deyil. Təqsirləndirilən şəxs həmin vaxtı heç kimə bədən xəsarətlərini yetirməmişdir, Tamerlan 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsində qanunsuz hərəkətlərini törədən zamanı, yəni polis bölməsinin inzibati binasında dəhlizdə ucadan nəlayıq sözləri işlətməklə iş rejimi pozaraq, dəhlizdə olan yanğınsöndürən balonu götürüb şöbənin pəncərəsinin şüşəsini sındırmışdır, bununlada polis idarəsinə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid4 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə saat 13.30 radələrində o müraciəti əsasında Sabunçu RPİ-nin 12-ci polis şöəbsinə getmişdir. Həmin vaxtı bölmənin dəhlizində polis əməkdaşları və digər vətəndaşlarda olmuşlar. Dəhlizdə durduğu zamanı o, görmüşdür ki xidməti otaqların birindən açıq mavi rəngli gödəkçədə bir nəfər şəxs sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs aqressiv halda çıxıb ucadan danışmağa başlayıb. Dəhlizdə olan polis əməkdaşları Tamerlanı sakitləşdirməyə çalışmışdır, lakin Təqsirləndirilən şəxs əsəbi halda olduğundan polis əməkdaşların xahişlərinə məhəl qoymamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs qışqıraraq “torpağımı zəbt ediblər, mənə qarşı haqsızlıq edib” deyərək dəhlizdə olan yanğınsöndürən balonu götürüb polis şöbəsinin pəncərəsinin şüşəsini sındırmışdır. Tamerlan şüşəni qırdıqdan sonra səsə digər otaqlardan polis əməkdaşları və mülkü vətəndaşlar çıxmışlar. Həmin vaxtı polis əməkdaşları onun ətrafına yığılaraq onu sakitləşdirməyə çalışmışlar. Təqsirləndirilən şəxs həmin vaxtı heç kimə bədən xəsarətlərini yetirməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir(İ cild, i.v.1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu Rayonu 12-ci PŞ-nin inzibati ərazisi olan dəhlizdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edildi. Hadisə yerindən bir ədəd yanğınsöndürən balon götürüldü və protokola əlavə olundu(İ cild, i.v.6-8). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-dan tutulmuşdur(i.v.32). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 41-42). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-686/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.57-62). Götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 xx.xx.2024cü il tarixdə saat 13:30 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-də Təqsirləndirilən şəxs hərəkətlərinin videogörüntüləri göstərən bir ədəd DVD disk götürüldü(i.v. 67-68). Video yazıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan «VİD-20241114-WA0015» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 58 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də Təqsirləndirilən şəxs Şəmkir rayonunda torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edildiyini, Şəmkir rayonun məhkəmə əməkdaşlarının onun bu işinə laqeyd yanaşmalarını bu səbəbdən yangınsöndürən balonu ilə polis şöbəsinin pəncərəsini sındırdığını və etdiyi əməlindən peşman olmadığını bildirir(i.v 69). Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 07 noyabr 2024-cü il tarixdə ilkin təhqiqat araşdırması nəticəsində hadisə yerinə keçirilmiş baxış zamanı hadisə yerindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Rauf Allahverdiyev tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs törətdiyi cinayətdə silah qismində istifadə etdiyi bir ədəd yangınsöndürən balonu iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir(i.v.70-71). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 10 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v.87-88). Sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər edilməklə ona həmin maddə ilə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmiş, elan olunmuş ittihamda Azərbaycan Respublikası DİN-nə vurulmuş maddi ziyanın məbləği 40 manat göstərilmişdir(i.v 99-104). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 108-109). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-133/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(005)-156/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü təyin edilmiş 10 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 7(005)-156/2025 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(005)-156/2025 saylı qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində özünü təqsirli bilməməsinə dair hissədə ifadəsində qeyd etdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs özün təqsirli bilməsə də ifadəsində göstərmişdir ki, şüşəni sındırmış, lakin ona bunu etməsini polis əməkdaşları demişlər. Əgər işin alınmasını istəyirsə, polis əməkdaşları onun səs küy salmasını və yanğınsöndürəni götürüb şüşələri sındıraraq yerə çırpmasını demişlər. O da yanğınsöndürəni götürüb sındırdıqdan sonra yavaş yerə qoymuş, lakin polis əməkdaşları ona inadırıcı olsun deyə yanğınsöndürəni yerə çırpmasını bildirdikdə, o da götürüb yenidən yerə çırpmışdır. Şüşəni yerə çırpdıqdan sonra onu videoya çəkmişlər. Polis əməkdaşlarının sözlərinə inanaraq bunu etdiyinə görə də peşmandır, ona ev dustaqlığı verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahatında(i.v 9-10), şübhəli şəxs kimi ifadəsində, təqsirləndirilən şəxs kimi ifadəsində, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs kimi ifadəsində özünü təqsirli bilərək qeyd etmişdir ki, orada onu bu məsələ ilə bağlı sorğu sual edəndən sonra saat 13.30 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman xidməti otaqların birində araşdırmalar aparılmağa başlanmış, o da həmin vaxtı əsəbləşib və otaqdan çıxıb şöbənin inzibati binasının tərk etmək istəmişdir. Həmin vaxtı orada olan tanımadığı polis əməkdaşları ondan tələb etmişlər ki, o xidməti otağa keçsin, lakin o əsəbi olduğuna görə onları söymüş və bu məsələ ilə bağlı olan araşdırmanı onlardan dayandırmağı tələb etmişdir. Yaranmış səs küyə görə polis şöbəsində olan digər polis əməkdaşları və mülkü vətəndaşlar dəhlizə çıxıb onun qışqırmağına tamaşa etmişlər, o da həmin vaxtı polis əməkdaşlarına etirazını bildirmək üçün dəhlizində olan yanğınsöndürəni götürüb dəhlizdə olan pəncərənin şüşəsini sındırmışdır. Bundan sonra polis əməkdaşları onu sakitləşdirib xidməti otağların birinə salmışlar. Bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilərkən onun Şəmkirdə olan torpağını qanunsuz satmışlar, o müxtəlif yerlərə bununla bağlı şikayətlər etmişdir, bir neçə dəfə buna etiraz olaraq körpüyə çıxmış, səs-küy yaratmışdır, axırıncı dəfə 07 noyabr 2024-cü il tarixində Koroğluda yerləşən körpüyə çıxmış, ictimai qaydanı pozmuş, yolda tıxac yaranmışdır, onu FHN-nin əməkdaşları aşağı endirmiş, polis bölməsinə gətirmişlər, bölmədə olarkən onu aldadaraq şüşəni sındırıb səs-küy salmağını demişlər, o da həqiqətən polis bölməsinin şüşəsini sındırmışdır, lakin əməlindən peşman olduğunu bildirərək məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən də aşkar edilir ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunda torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edildiyini, Şəmkir rayonun məhkəmə əməkdaşlarının onun bu işinə laqeyd yanaşmalarını bu səbəbdən yangınsöndürən balonu ilə polis şöbəsinin pəncərəsini sındırdığını və etdiyi əməlindən peşman olmadığını bildirmişdir. Hadisələrin davam etmə ardıcıllığı yəni, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə səhər saatlarında heç bir əsaslı səbəb olmadan Bakı şəhəri Sabunçu rayonu «Koroğlu» metrosunun yaxınlığında yerləşən korpünün üzərində quraşdırılmış dəmir borularının üzərinə dırmaşıb öz hərəkətləri ilə suni tıxac yaratmaqla maqistral yolu bağlatdırması, FHN-nin əməkdaşlarının onu aşağı endirməsi, Sabunçu RPİ-nin 12-ci PŞnin inzibati binasına gətirilməsi, məhz Şöbədə polis əməkdaşlarının ona şər ataraq ya narkotik vasitəni boynuna alması, yaxud şöbənin şüşəsini yanğısöndürən balonla sındırmasını tələb etdikdən sonra, polis əməkdaşlarının sözlərinə inanaraq şöbədə saxlanılan yanğısöndürən balonunu götürüb Sabunçu RPİ-nin 12-ci PŞ-nin pəncərəsinin şüşəsini sındırması, polis əməkdaşlarının onu yükləyərək qanunsuz cinayət işini qaldırması inandırıcı hesab edilmir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin Qərarın 10-cu bəndinə əsasən xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Əlavə olaraq həmin qərarda hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Beləliklə baş vermiş hadisə nəticəsində, yəni Təqsirləndirilən şəxs 07 noyabr 2024cü il tarixdə səhər saatlarında heç bir əsaslı səbəb olmadan Bakı şəhəri Sabunçu rayonu «Koroğlu» metrosunun yaxınlığında yerləşən korpünün üzərində quraşdırılmış dəmir borularının üzərinə dırmaşıb öz hərəkətləri ilə suni tıxac yaratmaqla maqistral yolunu bağlatdırıb, bu səbəbə görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib saat 13.30 radələrində şöbəsinin inzibati otağında aparılmış araşdırma zamanı polis əməkdaşlarına əsassız narazılıqlarını bildirərək heç bir əsaslı səbəb olmadan qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət etməklə zor tətbiq edib, polis şöbəsinin əməkdaşlarının iş rejimini pozmaqla, şöbədə olan əməkdaşların və mülkü vətəndaşların narahatçılıqlarına səbəb olmuş ucadan nalayiq ifadələri işlətməklə, silah qismində istifadə etdiyi şöbədə saxlanılan yanğısöndürən balonunu götürüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansında olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin pəncərəsinin şüşəsini sındırmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmlakını qəsdən məhv edib 40 manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətlər, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər olmaqla uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına, polis şöbəsinin əməkdaşlarının iş rejiminin pozulmasına səbəb olmuşdur. Bununla da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarların ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər baş vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 33-cü bəndinə əsasən hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Prosessual Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddəin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), maddi sübut mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nə təhvil verilmiş yanğınsöndürən balonu hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 38 saata (32s*6m=192m, 6s*11m=66m) görə 258 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-133/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-133/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver