Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-134/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, X12 küçəsi, ev 22, mənzil 11 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,323 qram narkotik vasitə heroin əldə edib daşıyaraq yaşadığı evdə özünə məxsus qara rəngli gödəkcənin sol yan cibində gizlədib saxlamış, Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə rayon məhkəməsinin hakimi Mahirə Kərimovanın 09 mart 2023-cü il tarixli, 4(001)-215/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib barəsində “həbs” qətimkan tədbiri seçilib saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra anası Şahid1 ilə telefon vasitəsi ilə əlaqə saxladıqda həmin gödəkcəni onun üçün gətirməsini təşkil etmiş, Şahid1 həmin gödəkcəni sovqatın içinə qoyub ona gətirməsinə nail olaraq 12 mart 2023-cü il tarixdə saat 14 radələrində cinayət hadisəsi barədə məlumatı olmayan Şahid1 tərəfindən Bakı istintaq Təcridxanasına təqdim olunmuş sovqata İstintaq Təcridxanasının əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda baxış keçirildikdə Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,323 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlayıb daşımaq və satışı ilə məşğul olmaqda şübhəli bilinərək tutulub saxlanılmış, faktla bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Binəqədi rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilib saxlanılması üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Anası Şahid1 ilə telefon vasitəsi ilə əlaqə saxlayarkən ondan xahiş etmişdir ki, sovqat gətirdikdə evdə olan ona məxsus qara rəngli gödəkcəni də gətirsin. Anası da 12 mart 2023-cü il tarixdə sovqat gətirdikdə həmin gödəkcəni də gətirib İstintaq Təcridxanasının əməkdaşlarına təqdim etmiş və sonradan eşitdiyinə görə özünü narahat hiss etdiyi üçün çıxıb getmişdir, İstintaq Təcridxanasının əməkdaşları tərəfindən həmin sovqata onun və hal şahidlərinin iştirakları baxış keçirilmiş, gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olmuş narkotik vasitə heroin aşkar edilib müvafiq qaydada qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxtı yadına düşmüşdür ki, tutulmamışdan təxminən 3-4 ay əvvəl həmin narkotik vasitə heroini öz istifadəsi üçün 20 manata Nəsimi rayonu ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən almış və ara-sıra geyindiyi yaşadığı evdə olmuş, anası tərəfindən ona gətirilmiş qara rəngli gödəkcənin sol yan cibində qalmışdır. Həmin narkotik vasitə ona məxsus olub bunu da etiraf etmişdir. Protokolun doğruluğu onun, hal şahidləri tərəfindən imzalarla təsdiq edilmişdir. Anasına gödəkcənin cibində narkotik vasitə heroin olması barədə məlumat verməmiş, anası və ya ailə üzvləri heroinin gödəkcənin cibində olması barədə məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Orxan 07 mart 2023-cü il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlayıb daşımaq və satışı ilə məşğul olmaqda şübhəli bilinərək tutulub saxlanılmış, faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4 1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Orxanla telefon vasitəsi ilə əlaqə saxladıqda Orxan ondan xahiş etmişdir ki, qara rəngli gödəkcəsini gətirsin. 12 mart 2023-cü il tarixdə saat 14 radələrində İstintaq Təcridxanasında saxlanılan oğlu Orxana siqaret, alt paltarları və qara rəngli gödəkcədən ibarət sovqat aparmışdır. X2 nəzarətçilərə təqdim edib, Təqsirləndirilən şəxs anası olduğunu deyib həmin sovqatı Orxana çatdırmağı xahiş edib, Orxan üçün əlavə geyim əşyaları alıb gətirməkdən ötrü oranı tərk etmişdir. Lakin sonra səhhəti ilə bağlı təkrar İstintaq Təcridxanasına qayıda bilməmişdir. Orxanla telefon vasitəsi ilə əlaqə saxladıqda eşidib bilmişdir ki, onun üçün apardığı sovqatda olmuş qara rəngli gödəkcənin cibindən narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Orxan ona bildirmişdir ki, həmin narkotik vasitə ona məxsus olub, tutulmamışdan əvvəl adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb həmin gödəkcənin cibində saxlamış, lakin tutulduğu üçün istifadə edə bilməmişdir. Orxan üçün apardığı qara rəngli gödəkcənin cibində narkotik vasitə olmasından məlumatı olmamışdır. Orxanın kimdən və ya kimlərdən narkotik vasitələr alması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 12 mart 2023cü il tarixdə saat 14 radələrində Bakı İstintaq Təcridxanasının karantin otağının 11-ci kamerasında saxlanılan Təqsirləndirilən şəxs yanına anası Şahid1 tərəfindən sovqat gətirilmişdir. Şahid1 gətirdiyi sovqatı X3 Buraxılış məntəqəsində xidmət aparan nəzarətçiyə verərək digər sovqatları gətirmək məqsədi ilə çıxıb getmiş və geri qayıtmamışdır. Buna görə həmin tarixdə saat 15 radələrində müəssisə rəhbərliyinin göstərişi ilə xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə sovqata onun, İstintaq Təcridxanasının əməkdaşları Şahid4 və Şahid3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı sovqatın içərisində olmuş qara rəngli gödəkcənin sol yan cibində gizlədilmiş vəziyyətdə 01 ədəd şəffaf sellofan büküm aşkar edilib götürümüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs etiraf edərək gödəkcənin və gödəkcənin cibindən aşkar edilmiş bükümün ona məxsus olduğunu, bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, onu tutulmamışdan 3-4 ay əvvəl özü istifadə etmək məqsədi ilə adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb gödəkcənin cibində gizlədib saxladığını, sonradan unudub həmin maddəni istifadə etmədiyini, İstintaq Təcridxanasında olduğu dövrdə heroin qəbul etmək istəyi yarandığı üçün anası ilə telefon vasitəsi ilə əlaqə saxladıqda həmin gödəkcənin onun üçün gətirməsini xahiş etdiyini, anası da bu barədə məlumatı olmadan gödəkcənin onun üçün gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, anasının və ya digər ailə üzvlərinin gödəkcənin cibində heroin olması barədə məlumatları olmamışdır. Bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu onun, hal şahidləri və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid3 digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid4 və şahidlər X7 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid4, X5 və Şahid6 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-ci vərəqində olan 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin böyük inspektoru Şahid4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Binəqədi RPİ-nin İŞ tərəfindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Binəqədi RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yanına sovqat gətirimiş anası, xx.xx.1959-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Mingeçevir şəhəri, X12 küçəsi, ev-24, mənzil-11 ünvanda qeydiyyatda olan vətəndaş Şahid1, gətirdiyi sovqatı Bakı X3 Buraxılış məntəqəsində xidmət aparan nəzarətçiyə verərək, digər sovqatları gətirmək üçün getmiş, geri gəlmədiyinə görə, həmin tarixdə saat 15:00 radələrində müəssisə rəhbərliyinin göstərişi ilə xüsusi ayrılmış otaqda həbs olunmuş şəxs Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan qara rəngli gödəkçənin sol yan cibində gizlədilmiş vəziyyətdə, 01 (bir) ədəd şəffaf sellofan paketin içərisində olan qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, 12 mart 2023-cü il tarixdə təxminən saat 15:00 radələrində anası Şahid1 tərəfindən gətirilən sovqata onun və hal şahidlərinin iştirakı ilə xüsusi ayrılmış otaqda baxış keçirilən zaman içərisində, ona məxsus qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan paketin içərisində olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, narkotik maddələrin aludəçisi olduğuna görə, aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofan paketin içərisində olan qəhvəyi rəngli maddəni həbs olunmamışdan əvvəl onun tərəfindən qara rəngli gödəkçənin sol yan cibinə yerləşdirdiyini bildirmişdir. Daha sonra bildirdi ki, o, anası vətəndaş Şahid1 ilə telefon əlaqəsi saxlayarkən ondan xahiş etmişdir ki, cibində narkotik maddə olan gödəkçəni evdən götürüb ona gətirsin. Götürülmüş bir ədəd şəffaf sellofan paketə bükülmüş içərisində qəhvəyi rəngli maddənin təmiz çəkisini müəyyən etmək məqsədilə kriminalistik tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və həbs olunmuş Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyub müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi. Protokol tərtib olundu, ucadan oxundu, hal şahidləri, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs və proses iştirakçıları tərəfindən imzalandı. Bütün proses zamanı şikayət və təkliflər daxil olmadı. Cinayət işinin 21-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1732/2023 saylı Xüsusi Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində, qabaqcadan əldə olunmuş əməliyyat məlumatına əsasən Bakı İstintaq Təcridxanasının karantin otağının 11ci kamerasında saxlanılan şəxs Təqsirləndirilən şəxs yanına sovqat gətirimiş anası, xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Mingeçevir şəhəri, X12 küçəsi, ev-24, mənzil 11-də yaşayan vətəndaş Şahid1 gətirdiyi sovqata xüsusi ayrılmış otaqda baxış keçirilən zaman sovqatın içərisində olan qara rəngli gödəkçənin sol yan cibindən gizlədilmiş vəziyyətdə 01 (bir) ədəd şəffaf sellofan paketin içərisində olan qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Götürülmüş 01 ədəd şəffaf sellofan bükülünün içərisində olan qəhvəyi rəngli maddənin, tərkibini və çəkisini müəyyən etmək məqsədilə kriminalistik tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu RPİ-yə göndəriləcəkdir. Cinayət işinin 26-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli, 6/1532 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi olan, “...Şahid1 gətirdiyi sovqata xüsusi ayrılmış otaqda baxış keçirilən zaman sovqatın içərisində qara rəngli gödəkcəsinin sol yan cibindən aşkar olunaraq götürülmüş tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 45-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 6/2205 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yanına sovqat gətirmiş anası Şahid1 gətirdiyi sovqata baxış...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 7995 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 142-154-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-553/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin ümumi ittihamdan xaric edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 07 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 175-182-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Təqsirləndirilən şəxs gətirdiyi sovqatın içərisində olmuş qara rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,323 qram narkotik vasitə heroinin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, ekspert tədqiqatından sonra qalıq - 0,223 qram heroinin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol yan cibindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,323 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-553/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə onun üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 553/2024 nömrəli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 553/2024 nömrəli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-553/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-553/2024 nömrəli hökmü ilə müəyyən edilmiş 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-553/2024 nömrəli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,223 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-134/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-134/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver