Məhkəmə qərarları › İş №1(008)-135/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-135/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-135/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Xüsusi ittihamçı X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Fikrət Kərim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 facebok sosial şəbəkəsində barəmdə şər və böhtan xarakterli sözlər yazmış, həmçinin nalayiq sözlər istifadə etməklə şərəf və ləyaqətimi alçaltmışdır. Belə ki, sözügedən sosial şəbəkədə Məhəmmədəli Qəribli adlı müstəqil jurnalist şəxsi səhifəsində, və “Azinform.az” xəbər saytının facebook səhifəsində Məmmədov Fikrətin Azərbaycan xalqını, mədəniyyətini, Azərbaycan dilini, Azərbaycanın tarixi şəxsiyyətlərini, dövlət məmurlarını, Azərbaycan dilli vətəndaşları, Azərbaycan tarixini davamlı şəkildə təhqir etməsi və Məhəmmədəli qəriblinin paylaşdığı xəbəri barədə öz səhifəsində yazı yazaraq Azərbaycan jurnalistlərini “prostituka” (fahişə) adlandığı üçün, dövlət məmurlarının prezidentə və dövlətə sadiqlyini “it sadiqliyi” kimi sözlər istifadə etdiyi üçün Fikrət Məmmədovla bağlı tənqidi məqalə yazmışdır. Qeyd olunan yazıda Fikrət Məmmədovun facebook səhifəsindən ekran görüntülərini yazının şərh bölməsinə yerləşdirmişdir. Qeyd olunan yazını gördüyümdə, və şərh bölməsində digər istifadəçilərin F. Məmmədova qarşı çoxsaylı etiraz və tənqidi şərhlərini gördükdə, mən də, öz növbəmdə barəsində söhbət gedən şəxsi tanıdığımı və məhkəmə qərarını icra etmədiyi üçün Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğunu qeyd etmişəm. Bundan sonra şərh bölməsində profil adı Ulviyya Alovlu heç bir şəxsi tanışlığım olmayan şəxs mənim facebook profilimi qeyd edərək (tag) sual ünvanlayaraq bu şəxsin niyə axtarışda olduğunu sualını vermiş və cavab olaraq qısa şəkildə məhkəmə qətnaməsinin icra etmədiyi, icra məmurlarının çağırışlarına gəlmədiyini və gizləndiyini və Polis tərəfindən bu səbəbdən axtarışda olmasını qeyd etmişəm (şərhin ekran görüntüsünün skanı əlavə edilir). Bundan sonra profil adı Ulviyya Alovlu olan şəxs Fikrət Məmmədovu şərhlərdə işarələyərək öz aralarında polemikaya girərək bir-birilərinə şərhlər yazarkən X11 Məmmədova DİN rəsmi veb səhifəsinin açıq məlumat bazasından ekran görüntüsünü əlavə edərək onun (Fikrət Məmmədovun) polisdə axtarışda olmasını qeyd edir və polis bölməsinə getməyi məsləhət görür. Bu şərhdən sonra Məmmədov Fikrət qeyd olunan məlumatların fantaziya olduğunu yazır (Ulviyya Alovlu о вкусах не спорят. Тем более с ментовскими подстилками. Фантазии насчет розыска нигде больше не рассказывайте. Я трижды выезжал из страны в этом месяце. Твк что со своим другом Анаром можете бумажку засунуть в свою куда хотите. И, да остерегайтесь его. У него в мозгах ничего кроме члена нет.) , özünün son iki il ərzində ölkədən 3 dəfə çıxış giriş etdiyini və onu heç kimin saxlamadığını, axtarış barədə kağızı dostun Anarla (yəni məni nəzərdə tutur) “istdəyiniz yerinizə soxa bilərsiz”, qeyd edir. Daha sonra Ulviyya Alovluya məsləhət olaraq yeni dostunuz Anardan (yəni məni nəzərdə tutur) ehtiyatlı olmağı məsləhət görür, səbəb olaraq Anarın (yəni məni nəzərdə tutur) “beynində cinsiyyət orqanından başqa bir şey yoxdur” kımı təhqir edici cümlələr işlədir. Ardınca növbəti şərhini yenidən mənə yönəldərək (X8 Alovlu и да кстати, это он (ваш новый друг по разуму) прилюдно оскорблял первую леди и ее дочь грязными словами и издевался над произношением президента "Xəbs edəcəyik". Русскоязычного кстати президента. Который разобрал то дерьмо, которое ваши тюркофилы из азсектора за год у власти учинили.) barəmdə böhtan xarakterli guya mən açıq şəkildə cəmiyyət içində “prezident və ailəsini açıq şəkildə təhqir etməyimi” qeyd edir. Əlavə olaraq yeni Şərhdə yalan olduğunu bilə-bilə guya (X8 Alovlu просто у вас с "национальным менталитетом", необразованных и низких людишек, не хватает порядочности нормально расстаться, вы базарные. Я ему оставил компанию, и несколько проектов, сам начал с нуля не сказав ни'слова. Потом он подал в суд, я промолчал, он как шлюха ходит по городу говорит гадости, я молчу. Он от этого злится, но мне нравится. Тупое ничтожество, до которого я снизошел, чтобы сделать его партнером Как баран холил целый лень по осЬису ибо его языковые знания (английские и русские) напрочь отсутствовали, потому ему оставалось целый день заниматься интригами и сплетнями. Думал поумнел, оказывается нет. Пообщайтесь с ним, он вам расскажет как он мечтает трахнуть Какую-то малолетку шушла пппра^ Мне рассказывал.! Fikrət Məmmədov tərəfindən şirkət açıldığını məm özünə şərik götürdüyünü, sonra şirkəti mənə saxlayaraq getdiyini və sonra mən onu məhkəməyə verdiyimi qeyd edir. Ardınca barəmdə şəhərdə fahişə kimi gəzəıək onun barəsində danışdığımı”, “bütün günü ofisdə qoyun kimi” gəzirdi kımı təhqirlər yazır və ən sonda iyrənc fikir və ifadələr işlədərək Ulviyya Alovlu adlı istifadəçiyə “onunla danış (yəni məni nəzərdə tutur) sənə necə hansısa azyaşlı bir qızın böyüdükdən sonra onunla cinsi əlaqədə olmağı arzuladığını danışacaq” və qeyd edir ki, mənə danışıb (yəni Fikrətə). Şikayətə əlavə etdiyim Facebook sosial şəbəkəsindən olan skan edilmiş ekran görüntülərindən və ekranın skan edilmiş video yazı görüntülərindən göründüyü kimi yuxarıda qeyd edilən əməllər xx.xx.2024-cü il tarixində X5 tərəfindən törədilmiş əməl, Facebook sosial şəbəkəsində açıq profil olan jurnalist Məhəmmədəli Qəriblinin 7500-dən çox izləyicisi olan facebook profilinin yazısında aparıldığı tam sübuta yetirilir. X5 mənim barəmdə böhtan xarakterli məlumatlar və təhqiredici və alçaldıcı şərhlər sosial şəbəkədə vasitələrində yazaraq məni nüfuzdan salmağa çalışmışdır. по разуму! прилюдно оскорблял первую леди и ее дочь грязными словами и изленился нал произношением президента "Xəbs edəcəyik". Русскоязычного кстати президента. Который разобрал то дерьмо, которое паши тюркофилы из азеектора за год у власти учинили) guya mən açıq şəkildə cəmiyyət içində “prezident və ailəsini açıq şəkildə təhqir etməyimi” qeyd edir. CM-nin 148 maddəsinin tələbləri baxımından X5 “Facebook” internet sosial şəbəkəsində mənim şərf və ləyaqətimi nalayiq şəkildə qəsdən alçaldaraq (Ulvivya Alovlu о вкусах не спорят. Тем более с ментовскими подстилками. Фантазии насчет розыска нигде больше не рассказывайте. Я трижды выезжал из страны в этом месяце. Твк что со своим другом Анаром можете бумажку засунуть в свою куда хотите. И да остерегайтесь его. У него в мозгах ничего кроме члена нет.) özünün son iki il ərzində ölkədən 3 dəfə çıxış giriş etdiyini və onu heç kimin saxlamadığını, axtarış barədə kağızı dostun Anarla (yəni məni nəzərdə tutur) “istdəyiniz yerinizə soxa bilərsiz”, qeyd edir. Daha sonra Ulviyya Alovluya məsləhət olaraq yeni dostunuz Anardan (yəni məni nəzərdə tutur) ehtiyatlı olmağı məsləhət görür, səbəb olaraq Anarm (yəni məni nəzərdə tutur) “beynində cinsiyyət orqanından başqa bir şey yoxdur” kimi təhqir edici cümlələr işlədir. Digər şərhində bir daha (X9 Alovlu просто у вас с "национальным менталитетом", необразованных и низких людишек, не хватает порядочности нормально расстаться, вы базарные. Я ему оставил компанию, и несколько проектов, сим начал с нуля, не сказав ни слова. Потом он подал в суд, я промолчал, он как шлюха ходит по городу говорит гадости, я молчу. Он от этого злится, но мне нравится. Тупое ничтожестно. до которого я снизошел, чтобы сделать сто партнером. Как баран ходил целый день по офису ибо его языковые знания (английские и русские) напрочь отсутствовали, потому ему оставалось целый лень заниматься интригами и сплетнями. Думал поумнел. оказывается нет. Пообщайтесь с ним, он вам расскажет как он мечтает трахнуть какую-то малолетку котла та подрастет. Мне рассказывал.) Fikrət Məmmədov tərəfindən şirkət açıldığını məni özünə şərik götürdüyünü, sonra şirkəti mənə saxlayaraq getdiyini və sonra mən onu məhkəməyə verdiyimi qeyd edir. Ardınca barəmdə şəhərdə “fahişə kimi gəzərək onun barəsində danışdığımı”, “bütün günü ofisdə qoyun kimi” gəzirdi kimi təhqirlər yazır və ən sonda iyrənc fikir və ifadələr işlədərək Ulviyya Alovlu adlı istifadəçiyə “onunla danış (yəni məni nəzərdə tutur) sənə necə hansısa azyaşlı bir qızın böyüdükdən sonra onunla cinsi əlaqədə olmağı arzuladığını danışacaq” və qeyd edir ki, mənə danışıb (yəni Fikrətə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il il tarixli, 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri müəyyən’şəxslər dairəsinə bildirmə başa düşülür. Həmin plenum qərarında həmçinin oda göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.'Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 5ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarın 12-ci bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməldə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.Şikayət ərizəmə əlavə etdiyim sübutlardan göründüyü kimi FACEBOOK”, sosial şəbəkəsinin Azərbaycan respublikasında qeydiyyatda olmadığından, xüsusi ittiham qaydasında şikayət həmin məlumatları yaymış şəxsin sonuncu yaşayış yeri üzrə verilməli olduğundan, məlumatı yaymış şəxs X5 ünvan 1 ünvanında qeydiyyatda olduğundan şikayətə aiddiyyatı üzrə Sabunçu rayon məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında X2 barəsində verdiyi şikayətin geri qaytarılmasını xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçisi Femida Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə barışdığından və şikayətdən imtina etdiyindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət vermiş şəxs X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar