Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-136/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbayjan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixində Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Bərdə şəhəri, Şirvanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4049, ev 4, mənzil 8-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,086 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən komendant postunda Bakı şəhər BPİ-nin DYPİ-nin və Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, sonra Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdən sonra MSY-nin əməkdaşları tərəfindən üzərinə tam baxış keçirilərkən sağ ayağının corabından 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,412 qram, 0,226 qram və 0,448 qram, ümumi təmiz çəkisi isə 1,086 qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir-neçə aydır narkotik vasitə marixuanadan istifadə edir. Narkotik vasitəni müxtəlif şəxslərdən alır. xx xxxxxxxx 2020-ci il saat 20:00 radələrində işdə olduğu zaman əvvəllər tanıdığı Elmir idarə etdiyi “Saipa” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobillə yanına gəlmiş, avtomobilində nasazlıq olduğunu bildirərək təmir etməyini xahiş etmişdir. O, müvafiq təmir işləri görmüş, saat 22:10 radələrində təmiri başa çatdırmışdır. Ölkə ərazisində komendant saatı başladığı üçün yaşadığı evə getməyə nəqliyyat vasitəsi tapa bilməmiş və bu səbəbdən də, Elmirdən onu yaşadığı evə aparmasını xahiş etmişdir. Elmir etiraz etməmiş, o, iş paltarını dəyişərək sexi bağlamış və Elmirin “Saipa” markalı, ** PL *** dövlət nömrə nişanlı avtomobilinin ön oturacağına əyləşmişdir. Elmir avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə idarə etmiş və komendant saatı ilə bağlı yaradılmış stasionar postda polis əməkdaşları onları saxlamışdır. Avtomobili saxladıqdan sonra polis əməkdaşları Elmirə yaxınlaşmış və özlərini təqdim etmiş, daha sonra polis əməkdaşları onlara şəxsiyyət vəsiqələrini təqdim etmələrini bildirmişlər. O və Elmir polis əməkdaşlarına üzərlərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişlər. Daha sonra, polis əməkdaşları onlardan komendant saatında sərbəst hərəkət üçün icazələrinin olub-olmamasını soruşmuş, Elmir onlara dağınıq cavablar verdiyi üçün polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmışdır. Orada əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatını təqdim etmişdir. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, polis əməkdaşları həm onu, həm də, X5 narkoloji müayinədən keçirmək üçün Maştağa qəsəbəsində yerləşən narkoloji mərkəzə aparmışlar. Orada həkim müayinəsindən keçərək sidik analizi vermişlər. Analiz verdikdən və müvafiq akt tərtib edildikdən sonra polis əməkdaşları onları Sabunçu RPİ-nin MSY-nə gətirmişdir. Yolda olduqları zaman, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” dükanının qarşısından keçdiyi vaxt X7 corabından 3 büküm çıxardaraq ona vermiş, o, həmin bükümlərdə nə olduğunu soruşduğu zaman Elmir onların psixotrop maddə metamfetamin olduğunu deyərək onları gizlətməsini xahiş etmişdir. O, həmin bükümləri polis avtomobilində olan polis əməkdaşlarının görməməsi üçün sağ ayağında olan corabın içərisinə qoymuşdur. Daha sonra, Elmir onun üzərindən heç bir əşya, maddə və ya predmet aşkar edilmədiyi üçün ona buraxılacağını deyərək çıxdığı zaman onları tullamasını xahiş etmişdir. O, Elmirə heç bir söz deməmiş və kömək etmək üçün onunla razılaşmışdır. Bundan sonra, o, digər otağa keçirilmiş və orada videogörüntü ilə axtarış keçirilmişdir. Axtarış zamanı MSY-nin əməkdaşları ona üzərində olan əşyaları təqdim etməsini bildirmiş, o, polis əməkdaşlarının corabında olan psixotrop maddə metamfetamini aşkar edəcəklərini başa düşdüyü üçün 3 büküm psixotrop maddəni özü təqdim etmişdir. Bundan sonra, həmin psixotrop maddə qablaşdırılmış, buna dair protokol tərtib edilmiş və ona Sabunçu RPİ-nin İŞ-nə təqdim ediləcəyi izah edilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin MSY-nin növbətçisi vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə Sabunçu RPİnin MSY-nin polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman, saat 11:20-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, X3 xx.xx.2020-ci il tarixli tutma haqqında protokoluna əsasən Təqsirləndirilən şəxs saxlanılması üçün Sabunçu RPİ-nin MSYnə təhvil verilmişdir. O, Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdən sonra ona barəsində tam axtarışın həyata keçiriləcəyini, tam axtarışın videoçəkilişlə həyata keçiriləcəyini izah edərək bununla bağlı etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, qanunla saxlanılması qadağan edilən əşya, maddə, metal olduğu halda könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ ayağında olan corabın arasından 3 ədəd şəffaf selofan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin nə olduğu soruşulduğu zaman maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Sabunçu RPİ-nin MSY-nə gətirilərkən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” dükanının qarşısından keçdikləri zaman onunla birlikdə saxlanılan Elmir adlı şəxsin corabından çıxararaq saxlaması üçün ona verdiyini bildirmişdir. Cinayət işinin 121-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir. Cinayət işinin 122-123-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2038 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №48 möhür əksi, “...Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,412 qram; 0,226 qram; 0,448 qram; ümumi təmiz çəkisi 1,086 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.026 qramdır. Cinayət işinin 167-169-cu vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 586/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 205-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,026 qram olan metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-də şəxsi axtarışın keçirilməsi, eyni zamanda Sabunçu RPİ-nin MSY-də keçirilmiş tam axtarışı video görüntülərini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 226-227-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 2902 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini özündə saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 80-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqla daşıması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 05 (beş) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,026 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon sahibə qaytarılmalı, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 05 (beş) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bərdə rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,026 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon sahibə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-136/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-136/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver