Məhkəmə qərarları › İş №1(008)-136/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-136/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-136/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müdafiəçi2 küçəsi ev 24 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-X3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müdafiəçi2 küçəsi ev 18 ünvanda yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyun 2023-cü il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanın qarşısına gələrək əvvəlcədən razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq mənzil sakinləri və digər şəxslər gələcəyi halda məlumat verilməsi üçün həmin evin giriş hissəsinin yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs1 sığortalamış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3-un həyətyanı sahəsinə dəmir darvazanın açıq qapısından qanunsuz daxil olaraq, həmin həyətdə saxlanılan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 200 manat dəyərində 29 ölçülü «Animer» markalı velosipedi və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 160 manat dəyərində 28 ölçülü «Stels Pilot» markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o təkrarən özgənin əmlakını talama məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyun 2023-cü il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən istixananın həyətyanı sahəsinə mişar daşı ilə hörülmüş hasardan qanunsuz daxil olaraq, orada olan su çənin alt hissəsinə quraşdırılmış bir ədəd «Marsu» markalı «MS130C» modelli su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyun 2023-cü il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanın qarşısına gələrək əvvəlcədən razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq mənzil sakinləri və digər şəxslər gələcəyi halda məlumat verilməsi üçün qrup üzvü Təqsirləndirilən şəxs2 həmin evin giriş hissəsinin yaxınlığında dayanıb onu sığortalamış, o, isə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3-un həyətyanı sahəsinə dəmir darvazanın açıq qapısından qanunsuz daxil olaraq, həmin həyətdə saxlanılan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 200 manat dəyərində 29 ölçülü «Animer» markalı velosipedi və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 160 manat dəyərində 28 ölçülü «Stels Pilot» markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o təkrarən özgənin əmlakını talama məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs2Məmmədov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyun 2023-cü il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən istixananın həyətyanı sahəsinə mişar daşı ilə hörülmüş hasardan qanunsuz daxil olaraq, orada olan su çənin alt hissəsinə quraşdırılmış bir ədəd «Marsu» markalı «MS130C» modelli su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onunla qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. 14 iyun 2023-cü il tarixdə, gecə saatlarında o, qonşusu Məmmədrza ilə birlikdə olan zaman həmin şəxs ona bildirmişdir ki, qonşuluqda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində iki ədəd velosiped vardır və həmin velosipedləri oğurlayıb pul əldə edə bilərlər. O Məmmədrza ilə həmin gün saat 04:00 radələrində Məmmədrzanın dediyi fərdi yaşayış evinin qarşısına getmişlər. Həmin ev qonşuluqda yaşayan, həmçinin onun uzaq qohumu olan Səxavətin evi imiş. Bundan sonra Məmmədrza həmin fərdi yaşayış evinin dəmir darvazasına yaxınlaşmış və darvazanın qapısını açaraq həyətyanı sahəyə daxil olmuşdur. O isə bir qədər kənarda dayanmışdır ki, kimsə gəlsə Məmmədrzaya məlumat versin. Bir neçə dəqiqə sonra Məmmədrza oradan bir ədəd velosiped çıxararaq ona vermiş və yenidən həyətyanı sahəyə daxil olaraq digər velosipedi də oğurlayıb oradan çıxmışdır. Daha sonra onlar həmin velosipedləri idarə edib oradan uzaqlaşmışlar. Belə ki, onlar səhər saatlarında həmin veliosipedləri sataraq əldə etdikləri pulu aralarında böləcəkmişlər. Lakin səhər saatlarında Məmmədrza ona bildirmişdir ki, onlar oğurluq edən zaman kameraya düşmüş və ev sahibi onları tanımışdır. Bu səbəbdən onlar həmin həyətyanı sahədən oğurladıqları velosipedləri Maştağa qəsəbə qəbristanlığının yaxınlığına qoymuş və Məmmədrza bu barədə Səxavətə məlumat vermişdir. Bundan sonra onlar kənarda dayanaraq Səxavətin gəlib velosipedləri götürməsini gözləmişlər. Bir qədər sonra Səxavət həmin yerə gələrək velosipedləri götürmüşdür. Bundan sonra o, 18 iyun 2023-cü il tarixdə gecə saatlarında qonşusu Məmmədrza ilə birlikdə olan zaman dəmir yığmağa başlamışlar. Onlar birlikdə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində olan zaman Məmmədrza orada yerləşən istixanalardan birini görmüş və mişar daşı ilə hörülmüş hasardan həmin istixananın həyətyanı sahəsinə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Məmmədrza ona səslənərək həmin həyətyanı sahədə su nasosu olduğunu və onu oğurlamağı bildirmişdir. O, həmin şəxslə razılaşmış və mişar daşı ilə hörülmüş hasardan həmin istixananın həyətyanı sahəsinə daxil olmuşdur. Onlar birlikdə həmin su nasosunu orada yerləşən su çəninin alt hissəsindən sökmüş və birlikdə həmin həyətyanı sahəni tərk edərək oradan uzaqlaşmışdırlar. Həmin gün günorta saat 15:00 radələrində Sabunçu bazarına gedərək orada yerləşən su nasoslarının təmiri mağazasında işləyən Adil adlı şəxsə 100 manata satmışlar. Əldə etdiklari pulu Məmmədrza ilə aralarında bərabər qaydada, yəni hərəyə 50 manat olmaqla bölmüşlər. O da əldə etdiyi pulun 35 manatına Sabunçu qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün el arasında «kakos» deyilən narkotik vasitə heroin alaraq istifadə etmiş, 15 manatını isə öz ehtiyaclarına sərf etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşamış və münasibətləri normal olmuşdur. 14 iyun 2023-cü il tarixdə gecə saatlarında o, qonşusu Müşfiq ilə birlikdə olan zaman o, həmin şəxsə bildirmişdir ki, qonşuluqda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində iki ədəd velosiped vardır və həmin velosipedləri oğurlayıb pul əldə edə bilərlər. O, Müşfiq ilə yaxınlaşmış və həmin gün saat 04:00 radələrində onun dediyi fərdi yaşayış evinin qarşısına getmişlər. Həmin ev qonşuluqda yaşayan, həmçinin Müşfiqin uzaq qohumu olan Səxavətin evi idi. Bundan sonra o, həmin fərdi yaşayış evinin dəmir darvazasına yaxınlaşmış və darvazanın qapısını açaraq həyətyanı sahəyə daxil olmuşdur. Müşfiq isə bir qədər kənarda dayanmışdır ki, kimsə gəlsə ona məlumat versin. Bir neçə dəqiqə sonra o, oradan bir ədəd velosiped çıxararaq Müşfiqə vermiş və yenidən həyətyanı sahəyə daxil olaraq digər velosipedi də oğurlayıb oradan çıxmışdır. Daha sonra onlar həmin velosipedləri idarə edib oradan uzaqlaşmışlar. Belə ki, onlar səhər saatlarında həmin veliosipedləri sataraq əldə etdikləri pulu aralarında böləcəkdilər. Lakin səhər saatlarında Səxavət ona zəng edərək velosipedləri onların oğurladıqlarını bildiklərini və kameraya düşdüklərini demişdir. O, bu barədə zəng edib Müşfiqə bildirmişdir. Bu səbəbdən onlar həmin həyətyanı sahədən oğurladıqları velosipedləri Maştağa qəsəbə qəbristanlığınm yaxınlığına qoymuşdur. Bu barədə Səxavətə məlumat vermişdir. Bundan sonra onlar kənarda dayanaraq Səxavətin gəlib velosipedləri götürməsini gözləmişlər. Bir qədər sonra Səxavət həmin yerə gələrək velosipedləri götürmüşdür. Bundan sonra o, 18 iyun 2023-cü il tarixdə, gecə saat 04:00 radələrində qonşusu Müşfiq ilə birlikdə olan zaman dəmir yığmağa başlamışlar. Onlar birlikdə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində olan zaman o, orada yerləşən istixanalardan birini görmüş və mişar daşı ilə hörülmüş hasardan həmin istixananın həyətyanı sahəsinə daxil olmuşdur. O, həyətyanı sahəyə baxdıqdan sonra Müşfiqə səslənərək həmin həyətyanı sahədə su nasosu olduğunu və onu oğurlamaq lazım olduğunu bildirmişdir. Müşfiq onunla razılaşmış və mişar daşı ilə hörülmüş hasardan həmin istixananın həyətyanı sahəsinə daxil olmuşdur. Onlar birlikdə həmin su nasosunu orada yerləşən su çəninin alt hissəsindən sökmüş və birlikdə həmin həyətyanı sahəni tərk edərək oradan uzaqlaşmışdırlar. Həmin gün günorta saat 15:00 radələrində Sabunçu bazarına gedərək orada yerləşən su nasoslarının təmiri mağazasında işləyən Adil adlı şəxsə 100 manata satmışdırlar. Əldə etdikləri pulu Müşfiq ilə aralarında bərabər qaydada, yəni hərəyə 50 manat olmaqla bölmüşlər. O da əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Onlar Şahid su nasosunu satan zaman həmin əşyanın cinayət yolu ilə əldə olunduğu barədə ona heç nə deməmişlər. Onlar demişdirlər ki, həmin su nasosu onlara məxsus olmuş və ehtiyacları olduğu üçün satırmışlar. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hər axşam işdən evə gələndə həyətdə olan ona məxsus olan velosipedlə dəniz kənarına gedib idmanla məşğul olmuşdur. 14 iyun 2023-cü il tarixdə, saat 07:00 radələrində yuxudan oyanan zaman həyətdə olan ona məxsus iki ədəd velosipedin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, bu barədə zəng edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat vermiş və sonradan Sabunçu RPİ-iıı 14-cü Polis Şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Onun evindən olan oğurluqla bağlı qonşularda olan kamera görüntülərinə baxan zaman həmin oğurluq edən şəxsləri qonşular tanımış və həmin şəxslərin kənd sakinləri olan Müşfiq və Məmmədrza olduğunu bildirmişdirlər. Bundan sonra o həmin şəxslərin mobil telefonlarını tapıb həmin şəxslərdən velosipedləri geri tələb etmişdir. Həmin şəxslər velosipedləri gətirib Maştağa qəsəbə qəbirstanlığına qoyub bu barədə ona məlumat vermişlər. O da gedib velosipedləri həmin yerdən götürmüşdür. Velosipedlərdən 29 ölçülü «Animer» markalı velosiped ona məxsus olsa da 28 ölçülü «Stels Pilot» markalı velosiped kiçik qardaşı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, hər axşam işdən evə gələndə həyətdə olan ona məxsus velosipedlə dəniz kənarına gedib idmanla məşğul olur. 14 iyun 2023-cü il tarixdə, saat 09:00 radələrində qardaşı Zərərçəkmiş şəxs2 ona zəng edərək bildirmişdir ki, ona və qardaşına məxsus iki ədəd velosiped naməlum şəxslər tərəfindən oğurlanmışdır. Qardaşı Səxavət bu barədə zəng edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermiş və sonradan Sabunçu RPİ-in 14-cü Polis Şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Onların evindən olan oğurluqla bağlı qonşularda olan kamera görüntülərinə baxan zaman həmin oğurluq edən şəxsləri qonşular tanımış və həmin şəxslərin kənd sakinləri olan Müşfiq və Məmmədrza olduğunu bildirmişlər. Bundan sonra qardaşı Səxavət həmin şəxslərin mobil telefonlarını tapıb həmin şəxslərdən velosipedləri geri tələb etmişdir. Həmin şəxslər velosipedləri gətirib Maştağa qəsəbə qəbirsanlığına qoyub bu barədə qardaşı Səxavətə məlumat vermişdirlər. Qardaşı Səxavət də gedib velosipedləri həmin yerdən götürmüşdür. Həmin velosipedlərdən 28 ölçülü «Stels Pilot» markalı velosiped ona məxsus olsa da 29 ölçülü «Animer» markalı velosiped böyük qardaşı Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istiataq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olmuş və həmin ünvanda ailəsilə birlikdə yaşamışdır. O, 17 iyun 2023-cü il tarixdə parnikin həyətində olmuş və heç bir hadisə ilə rastlaşmamışdır. 18 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində o, parnikə getmiş və həyətdə olan su çəninin alt hissəsində yerləşən parniklərin suvarması üçün istifadə olunan ona məxsus 3 fazalı «Marsu» markalı, «MSİ30 C» modelli su nasosunun oğurlandığını aşkar etmişdir. Bu barədə zəng edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» Xidmətinə məlumat vermiş və sonradan Sabunçu RPİ-in 14-cü Polis Şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 5-6 il Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, dəmir yolu vağzalının yanında «Rus bazarı» deyilən yerdə ikinci əl əşyaların, əsasən də su matorunun alqısı-satqısı və təmiri ilə məşğul olmuş, əsasən təmir etmişdir. 17 iyun 2023-cü il tarixdə, günorta vaxtlarında Məhəmməd kimi tanıdığı, adını istintaqdan öyrəndiyi Məmmədrza adlı şəxs ona su matoru satmağı təklif etmişdir. O da həmin şəxsi tanıdığı üçün, həm də, həmin malın problemi olub-olmadığını və ya oğurluq olubolmamasını soruşduqdan sonra həmin su matorunu almağı qərara almışdır. Bundan bir müddət sonra Məmmədrza yanında tanımadığı bir nəfər şəxslə birlikdə su matorunu onun işlədiyi yerə köməkli gətirmişdilər. O, həmin su matorunu 100 manat məbləğində pula həmin şəslərdən almağa razılaşmışdır. Həmin şəxslər həmin su matorunu onun iş yerinə qoyub 100 manat məbləğində pullarını alıb getmişlər. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4738 saylı, 06 iyul 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarıının əmtəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən iki adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 360.00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5001 saylı, 06 iyul 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarıının əmtəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 il bundan əvvəl alınmış «Marsu» markalı, «MS130C» modelli su nasosunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 650.0 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan 21 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən ki, X6 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 19 iyun 2008-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib «03» (üç)il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 29 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə qalan cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 29 iyun 2017-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib «04» (dörd) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24 may 2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)385/2023 saylı, 25 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 22 oktyabr 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «01» (bir) il, «07» (yeddi) ay, «28» (iyirmi səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 cəzasının «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)365/2024 saylı, 25 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmış və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)365/2024 saylı, 25 iyul 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış, qəti cəza çəkmə müddətinə hesablanmış, Təqsirləndirilən şəxs1 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «02» (iki) gün müddət təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmış və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «02» (iki) il, «02» (iki) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi 29 iyun 2017-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib «04» (dörd) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Təqsirləndirilən şəxs1 yaranmış məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan bir ədəd «DVD» diskdə olan kamera görüntülərinə baxış keçirilən zaman müəyyən oldu ki, Təqsirləndirilən şəxs2 18 iyun 2023-cü il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 2 nəfər naməlum şəxsin əl arabası ilə nəsə apardıqlarının görüntüləri aşkar edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. X3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuşoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. X3 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi X3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. X3 və Təqsirləndirilən şəxs1 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə X3 və Təqsirləndirilən şəxs1n cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X3 törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə halına və əməli törətmiş şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayətin ictimai təhküləlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret olaraq cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərfli və obyekti araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi kompleks halda qiymətləndirilməlidir. Cinayət işinin materiallarında olan 13 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, X6 13 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur ( səh.,68). Cinayət işinin materiallarında olan 15 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X6 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 114). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu Rayon Prokuroru tərəfindən qəbul edilmiş 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır ( səh.,136). Cinayət işinin materiallarında olan 23 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 214). Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur. Məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, oğurlanmış maddi sübutların geri qaytarılmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, X3 şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti təqsirləndirilən şəxs X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 «13» iyul 2023-cü il tarixdən, «15» iyul 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, törədilmiş əməldə təqsirinin olmasını, alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 «ciddi rejimli» cəza çəkmə müəsinsəsində cəza çəkməsi və cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü tarixli hökmü ilə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «18» iyul 2023-cü il tarixdən hesablanmalıdır. X3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilməli, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, X3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. 100 manat ekspertiza xərci X2 və Təqsirləndirilən şəxs1 (hər birindən ayrı-ayrılıqda 50 manat) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd 29 ölçülü «Animer» markalı velisopedin, bir ədəd 28 ölçülü «Stels Pilot» markalı velisopedin, bir ədəd «Marsu» markalı su nasosunun zərərəçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X3 13 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs X3 üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti təqsirləndirilən şəxs X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası təqsirləndirilən şəxs X3 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs X3 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə nəzərə alınmış, qəti cəza çəkmə müddətinə hesablanmış, Təqsirləndirilən şəxs1 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «02» (iki) gün müddət təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «02»(iki) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəksin (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş). Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «18» iyul 2023-cü il tarixdən hesablansın. 100 manat ekspertiza xərci X2 və Təqsirləndirilən şəxs1 (hər birindən ayrı-ayrılıqda 50 manat) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd 29 ölçülü «Animer» markalı velisopedin, bir ədəd 28 ölçülü «Stels Pilot» markalı velisopedin, bir ədəd «Marsu» markalı su nasosunun zərərəçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın, bir ədəd DVD disk cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). X3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilsin, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)81/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar