Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-137/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 mart 2024-cü il tarixdə saat 21:40 radələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, B.Bağırov küçəsində yerləşən tikilməkdə olan idman meydançasının ərazisinə, oradan isə saxlanc yeri hesab edilən qazanxanaya qanunsuz daxil olub divara bərkidilmiş Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus 6450 manat dəyərində 100 kilovatlıq Almaniya istehsalı olan yoğuşmalı qazan (kombi aparatı), həmin aparata məxsus “Grundfos” markalı 01 ədəd 25/70 mm-lik 275 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 25/80 mm-lik 495 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 32/80 mm-lik 595 manat dəyərində pompa, 02 ədəd hər biri ayrılıqda 10 manat olan “Amerikanka” markalı 25 mm-lik 20 manat dəyərində pompa üçün detal, 01 ədəd “Amerikanka” markalı 32 mm-lik 20 manat dəyərində pompa üçün detal, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, 02 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 36 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 10 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/32-yə ümumi dəyəri 14 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/25-ə ümumi dəyəri 14 manat olan baçonka, 12 ədəd hər biri ayrılıqda 12 manat olan 25 mm-lik ümumi dəyəri 144 manat olan vintel, 06 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 108 manat olan vintel, 01 ədəd 35 manat dəyərində 50 mm-lik filter, 10 ədəd hər biri ayrılıqda 8 manat olan 25 mm-lik ümumi dəyəri 80 manat olan amerikanka, 10 ədəd hər biri ayrılıqda 12 manat olan 32 mm-lik ümumi dəyəri 120 manat olan amerikanka, 04 ədəd hər bin ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 20 manat olan vintel, 03 ədəd hər bin ayrılıqda 7 manat olan ümumi dəyəri 21 manat olan düz keçid, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klopan, 01 ədəd 32 mm-lik 16 manat olan klopan, 08 ədəd hər biri ayrılıqda 1,20 manat olan 112 mm-lik ümumi dəyəri 9,60 manat olan baçonka, 01 ədəd 25 mm-lik dəyəri 2,50 manat olan baçonka, 08 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32 mm-lik ümumi dəyəri 28 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 8 manat olan 50x32-yə ümumi dəyəri 16 manat olan baçonka, 06 ədəd hər biri ayrılıqda 6 manat olan 25 mm-lik ümumi dəyəri 36 manat olan dirsək, 02 ədəd hər biri ayrılıqda 2,50 manat olan 25x112-lik ümumi dəyəri 5 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32x25-lik ümumi dəyən 7 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 32x25-lik ümumi dəyəri 6 manat olan keçid, 02 ədəd hər biri ayrılıqda 5 manat olan ¾-ə 50-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 02 ədəd hər biri ayrılıqda 5 manat olan ½-ə 80-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 12 ədəd hər biri ayrılıqda 7 manat olan 25 diametrli ümumi dəyəri 84 manat olan amerikanka bron, 04 ədəd hər biri ayrılıqda 4,50 manat olan 25 diametrli ümumi dəyərı 18 manat olan bron amerikanka, 04 ədəd hər biri ayrılıqda 3 manat olan 15 diametrli ümumi dəyəri 12 manat olan bron amerikanka, 03 ədəd hər biri ayrılıqda 5 manat olan 25-lik ümumi dəyəri 15 manat olan traynik bron, 02 ədəd hər biri ayrılıqda 2 manat olan 25-dən 15-ə ümumi dəyəri 4 manat olan çöl keçid, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 25-dən 15-ə ümumi dəvərı 6 manat olan iç keçid, 10 ədəd hər biri ayrılıqda 2 manat olan 25-lik ümumi dəyəri 20 manat olan baçonka bron, 04 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-nin 25-ə ümumi dəyəri 14 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan iç rezba, 06 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-lik ümumi dəyəri 21 manat olan baçonka, dəyəri 60 manat olan 100 metr uzunluqda mis elektrik kabeli, dəyəri 160 manat olan 100 metr uzunluqda 3x1,5-ə mis elektrik kabeli, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 12 manat olan 32-lik ümumi dəyəri 48 manat olan bron amerikanka, 01 ədəd dəyəri 20 manat olan yapışdırıcını oğurlamaqla zərərçəkmış hüquqi şəxsə ümumilikdə 9,157 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, 2024-cü ilin may ayının 15-də saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimərdan Əlimanov küçəsi, döngə 1,14 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, özü tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq, tutulma təhlükəsi ehtimal olan anda onlara hər hansı bir siqnal (məlumat) verilməsi üçün həyətdə dayanıb ətrafı nəzarətdə saxlayaraq tanışlarını sığortalamış Təqsirləndirilən şəxs1 digər tanışı Təqsirləndirilən şəxs3la fərdi yaşayış evinə plastik pəncərəni əllə itələyib açmaq yolu ilə qanunsuz daxil olub, ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klonu, 720 manat nağd pulu, dəyəri 80 manat olan “Makita” firmasına aid bir ədəd perferatoru, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqondanı, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmış şəxsə ümumilikdə 2.810 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədilə ilə, 2024-cü il fevral ayının axırlarında saat 20 radələrındə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, Mirəli Mirəliyev küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olmuş, evin içərisindən bir ədəd 40 manat dəyərində qol saatını, bir ədəd 8 manat dəyərində qol saatını, evin həyətində yerləşən saxlanc yeri hesab edilən əl damından bir ədəd 70 manat dəyərində dəmir kəsən aparatı, bir ədəd 5 litrlik Rusiya istehsalı olan latun materialdan 180 manat dəyərində samovarı, bir ədəd 5 litrlik 20 manat dəyərində aliminium qazanı, bir ədəd 10 litrlik 30 manat dəyərində aliminium qazanı və 100 metr uzunluğunda 60 manat dəyərində 4-lük elektrik kabelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 408 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 mart 2024-cü il tarixdə saat 21:40 radələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, B.Bağırov küçəsində yerləşən tikilməkdə olan idman meydançasının ərazisinə, oradan isə saxlanc yeri hesab edilən qazanxanaya qanunsuz daxil olub divara bərkidilmiş Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Şirkətinə məxsus 6450 manat dəyərində 100 kilovatlıq Almaniya istehsalı olan yoğuşmalı qazan (kombi aparatı), həmin aparata məxsus “Grundfos” markalı 01 ədəd 25/70 mm-lik 275 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 25/80 mm-lik 495 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 32/80 mm-lik 595 manat dəyərində pompa, 02 ədəd hər biri ayrılıqda 10 manat olan “Amerikanka” markalı 25 mm-lik 20 manat dəyərində pompa üçün detal, 01 ədəd “Amerikanka” markalı 32 mm-lik 20 manat dəyərində pompa üçün detal, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, 02 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 36 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 10 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/32-yə ümumi dəyəri 14 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/25-ə ümumi dəyəri 14 manat olan baçonka, 12 ədəd hər biri ayrılıqda 12 manat olan 25 mm-lik ümumi dəyəri 144 manat olan vintel, 06 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 108 manat olan vintel, 01 ədəd 35 manat dəyərində 50 mm-lik filter, 10 ədəd hər biri ayrılıqda 8 manat olan 25 mm-lik ümumi dəyəri 80 manat olan amerikanka, 10 ədəd hər biri ayrılıqda 12 manat olan 32 mm-lik ümumi dəyəri 120 manat olan amerikanka, 04 ədəd hər bin ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 20 manat olan vintel, 03 ədəd hər bin ayrılıqda 7 manat olan ümumi dəyəri 21 manat olan düz keçid, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klopan, 01 ədəd 32 mm-lik 16 manat olan klopan, 08 ədəd hər biri ayrılıqda 1,20 manat olan 112 mm-lik ümumi dəyəri 9,60 manat olan baçonka, 01 ədəd 25 mm-lik dəyəri 2,50 manat olan baçonka, 08 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32 mm-lik ümumi dəyəri 28 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 8 manat olan 50x32-yə ümumi dəyəri 16 manat olan baçonka, 06 ədəd hər biri ayrılıqda 6 manat olan 25 mm-lik ümumi dəyəri 36 manat olan dirsək, 02 ədəd hər biri ayrılıqda 2,50 manat olan 25x112-lik ümumi dəyəri 5 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32x25-lik ümumi dəyən 7 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 32x25-lik ümumi dəyəri 6 manat olan keçid, 02 ədəd hər biri ayrılıqda 5 manat olan ¾-ə 50-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 02 ədəd hər biri ayrılıqda 5 manat olan ½-ə 80-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 12 ədəd hər biri ayrılıqda 7 manat olan 25 diametrli ümumi dəyəri 84 manat olan amerikanka bron, 04 ədəd hər biri ayrılıqda 4,50 manat olan 25 diametrli ümumi dəyərı 18 manat olan bron amerikanka, 04 ədəd hər biri ayrılıqda 3 manat olan 15 diametrli ümumi dəyəri 12 manat olan bron amerikanka, 03 ədəd hər biri ayrılıqda 5 manat olan 25-lik ümumi dəyəri 15 manat olan traynik bron, 02 ədəd hər biri ayrılıqda 2 manat olan 25-dən 15-ə ümumi dəyəri 4 manat olan çöl keçid, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 25-dən 15-ə ümumi dəvərı 6 manat olan iç keçid, 10 ədəd hər biri ayrılıqda 2 manat olan 25-lik ümumi dəyəri 20 manat olan baçonka bron, 04 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-nin 25-ə ümumi dəyəri 14 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan iç rezba, 06 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-lik ümumi dəyəri 21 manat olan baçonka, dəyəri 60 manat olan 100 metr uzunluqda mis elektrik kabeli, dəyəri 160 manat olan 100 metr uzunluqda 3x1,5-ə mis elektrik kabeli, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 12 manat olan 32-lik ümumi dəyəri 48 manat olan bron amerikanka, 01 ədəd dəyəri 20 manat olan yapışdırıcını oğurlamaqla zərərçəkmış hüquqi şəxsə ümumilikdə 9,157 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimərdan Əlimanov küçəsi, döngə 1,14 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, özü tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq, tutulma təhlükəsi ehtimal olan anda onlara hər hansı bir siqnal (məlumat) verilməsi üçün həyətdə dayanıb ətrafı nəzarətdə saxlayaraq tanışlarını sığortalamış Təqsirləndirilən şəxs1 digər tanışı Təqsirləndirilən şəxs3la fərdi yaşayış evinə plastik pəncərəni əllə itələyib açmaq yolu ilə qanunsuz daxil olub, ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klonu, 720 manat nağd pulu, dəyəri 80 manat olan “Makita” firmasına aid bir ədəd perferatoru, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqondanı, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmış şəxsə ümumilikdə 2.810 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cari ilin may ayının 15-də saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimərdan Əlimanov küçəsi, döngə 1,14 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, özü tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evə qanunsuz daxil olub rahat oğurluq cinayətinin törətməsi üçün şərait yaradaraq, tutulma təhlükəsi ehtimal olan anda onlara hər hansı bir siqnal (məlumat) verilməsi üçün həyətdə dayanıb ətrafı nəzarətdə saxlayaraq tanışlarını sığortalamış Təqsirləndirilən şəxs1 digər tanışı Təqsirləndirilən şəxs3la fərdi yaşayış evinə plastik pəncərəni əllə itələyib açmaq yolu ilə qanunsuz daxil olub, ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klonu, 720 manat nağd pulu, dəyəri 80 manat olan “Makita” firmasına aid bir ədəd perferatoru, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqondanı, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmış şəxsə ümumilikdə 2.810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 mart 2024-cü il tarixdə qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə analarına bayramla bağlı Maştağada yerləşən gül dükanlarının birindən bir ədəd qızılgül hədiyyəsi almışdırlar. Həmin tarixdə saat 21 radələrində “OBA” adlı marketə gedib bir ədəd 7 manat dəyərində 1 litrlik “Zolotoy kaltso” arağı, iki ədəd sosiska, iki ədəd pomidor alıb küçədə oturub arağı içmiş, daha sonra sərxoş halda evlərindən 250 metr məsafədə yeni tikilən idman meydançasının həyətinə daxil olmuşlar. Həmin meydançada hasar yox idi, ancaq dəmir barmaqlıqlar var idi. Onlar həyətə rahat daxil olub orada yerləşən qazanxananın dəmir qapısına yaxınlaşdıqda qapı bağlı olduğundan İlqar həyətdə olan taxta nərdivanı gətirib divara söykəmişdir. Daha sonra İlqar qapının pəncərə hissəsi taxta ilə bağlı olduğundan ayağı ilə dikti təpiklə vurub sındırıb içəri daxil olmuş, içəridən qapını açdıqdan sonra o da içəriyə daxil olmuşdur. İçəri girdikdə heç kimin olmadığına əmin olub ilk öncə qazanxananın içərisində bir kənarda yığılmış kiçik əşyaları yığıb stadiondan kənara toplamış, daha sonra qazanxanaya yenidən qayıdıb orada divara bərkidilmiş işlək halda olan yekə bir kombi aparatı görmüşdülər. Daha sonra aparatı sökərək İlqar ilə birlikdə köməkləşib ağır olduğundan fasilələrlə dayanıb sürüyərək onun yaşadığı evin həyətinə aparıb orada gizlətmişdirlər. Ertəsi gün İlqar kombidən başqa digər oğurladıqları xırda avadanlıqları satmaq üçün götürüb Zabrat qəsəbəsində yerləşən metal qəbulu yerinə aparmışdırlar. O, şəxsiyyət vəsiqəsini itirdiyi üçün qərara gəlmişdirlər ki, həmin əşyaları İlqarın şəxsiyyət vəsiqəsini təqdim etməklə 108 manata satmışlar. Əşyaları satsalar da, kombi aparatı ağır olduğundan onun yaşadığı evin həyətində saxlamışlar. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq polis şöbəsinə dəvət etmişdirlər və həmin zaman o, oğurluq etdiyini etiraf etmişdir. O, oğurluq edən zaman yanında tanışı İlqar olubdur. Həmin yerin sahibini də tanımır. Onlar bu əməli əvvəlcədən planlaşdırmamış, sərxoş halda törtəmişdirlər. Oğurluğu etməyə heç bir əsas olmamış, sərxoş halda etmişdir. Kombi aparatı ağır olduğundan ikisi sərxoş, halsız olduqları üçün çətinliklə qaldırmış, lakin fasilə verərək onu sürüyüb yaşadığı evin həyətinə aparmış, anasının görməməsi üçün gözdən kənar yerdə gizlətmişdirlər. Onlar həmin aparatı evə gətirərkən nə yolda, nə də evdə heç kim görməmişdir. Həmin aparat da ağır olduğu üçün və satsaydılar alan şəxsin əşyanın oğurluq məhsul olduğunu anlayıb polisə məlumat verə bilmə ehtimalına görə aparıb geri qaytarmaq qərarına gəlmişdirlər. Bundan başqa xx.xx.2024-cü il tarixdə tanışları Camal və İlqarla birlikdə İlqargilin həyətində axşam yeməyi yeyib spirtli içki qəbul etmiş və həmin gün saat 01 radələrində oğurluq etmək qərarına gəlmişlər. Küçəyə çıxıb Əlimardanov küçəsi istiqamətində gedərkən bir evin daş hasarından boylanmış, evin işıqlarının yanmadığını görüb həmin həyətə girmişlər. O, həyətdə kimsə gələcəyi halda digər yoldaşlarına xəbər verə bilsin deyə gözləmişdir. İlqar ilə Camal evin yan tərəfinə keçərək plastik pəncərəni əlləri ilə itələyib içəri daxil olmuş, təxmini 3 dəqiqə sonra isə əllərində perefarator və uzadıcı ilə həyətə çıxıb evdə adam olduğunu bildirmişdirlər. Bundan sonra onlar hasarı aşaraq küçəyə qaçıb oğurladığı əşyaları İlqarın yaşadığı evə aparmışlar. Növbəti gün uzadıcını 3 manata yoldan keçən “Qazel” markalı avtomobilin sürücüsünə satmış, həmin pula da siqaret alaraq birlikdə çəkmişdirlər. Perfaratoru isə müştəri tapa bilmədikləri üçün sata bilmləmişdirlər. Bir neçə gün sonra zənglə polis şöbəsinə dəvət olunarkən əməli etiraf etmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2024-cü il fevral ayının axırlarında dərman almağa pulu olmadığından qapı qonşusu olan Fidan adlı qadının evinə girmək qərarına gəlmişdir. Həmin evdə heç kimin yaşamadığını bildiyindən havanın qaralmağını gözləmişdir. Saat 20 radələrində daş hasardan evin həyətinə daxil olmuş, evin plastik pəncərəsi ev sahibi tərəfindən aralı qoyulduğundan əli ilə pəncərəni itələyib açmışdır. Evin içərisinə daxil olub yataq otağından 02 ədəd kişi saatı, daha sonra evin içərisində gördüyü bir topa açar götürmüşdür. Həmin açarları götürüb həyətə çıxaraq düşünmüşdür ki, həmin açarlar saxlanc yerini açar. O, açarları bir bir yoxlayıb saxlanc yerini açmışdır. Oradan iki ədəd aliminium qazanı, bir ədəd dəmir kəsən aparatı, bir ədəd samovarı, 100 metr uzunluğunda elektrik kabelini və müxtəlif məişət əşyalarını götürüb oranı tərk etmişdir. Ertəsi gün oğurladığı əşyaları Maştağa qəsəbəsində Kirov dairəsində yerləşən metal qəbulu yerinə 50 manata satmışdır. Bundan başqa 08 mart 2024-cü il tarixdə qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə analarına bayramla bağlı Maştağada yerləşən gül dükanlarının birindən bir ədəd qızılgül hədiyyəsi almışdırlar. Həmin tarixdə saat 21 radələrində evin yaxınlığında yerləşən “OBA” marketə gedib bir ədəd 1 litrlik “Zolotoy kaltso” arağı, iki ədəd sosiska, iki ədəd pomidor alıb evlərinin qabağında küçədə oturub arağı içmişlər. Daha sonra sərxoş halda evlərindən 250 metr aralıqda tikilməkdə olan idman meydançasının həyətinə daxil olmuşlar. Həmin meydançanın hasarı olmadığından ora sadəcə olaraq dəmir barmaqlıq qoyulmuşdur. Onlar həyətə rahat daxil olub orada yerləşən qazanxananın dəmir qapısına yaxınlaşmışlar. Qapı bağlı idi. O, həyətdə olan taxta nərdivanı gətirib divara söykəmişdir. Qapının yuxarı hissəsində pəncərə üçün nəzərdə tutulan yerə taxta dikt vurulmuşdur. Buna görə o, ayağı ilə dikti təpiklə vurub sındırıb içəri daxil olmuş, içəridən qapını açdıqdan sonra Qəzənfər də içəriyə girmişdir. Qapıdan içəri girdikdə orada heç kimin olmadığını görüb içəriyə nəzər yetirməyə başlamışlar. Onlar ilk öncə qazanxananın içərisində bir kənarda yığılmış kiçik əşyaları yığıb stadiondan kənara toplamış, daha sonra qazanxanaya qayıdıb orada divara bərkidilmiş işlək halda olan yekə bir kombi aparatı görmüşdülər. O, kombi aparatını sökərək kənara qoymuş və Qəzənfər ilə birlikdə köməkləşərək onu həmin ərazidən çıxarmışlar. Kombi aparatı ağır olduğundan onu fasilələrlə dayanıb sürüyərək Qəzənfərin yaşadığı evin həyətinə aparıb orada gizlətmişdirlər. Ertəsi gün o, kombidən başqa digər oğurladıqları xırda avadanlıqları satmaq üçün götürüb Zabrat qəsəbəsində yerləşən metal qəbulu yerinə aparmış və həmin əşyaların özünə məxsus olmasını deyib şəxsiyyət vəsiqəsini təqdim etməklə 108 manata satmışdır. Kombi aparatı ağır olduğundan onu Qəzənfərin yaşadığı evin həyətində saxlamışlar. Kombi aparatı yekə olduğundan qərara gəlmişlər ki, həmin aparatı satmayıb geri qaytarsınlar. Çünki həmin aparatı satsaydılar belə alan şəxs onların oğurluq etdiyini anlayıb polisə məlumat verəcəkdi. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq polis şöbəsinə dəvət etmişlər və həmin zaman o, oğurluq etdiyini etiraf etmişdir. O oğurluq edən zaman yanında tanışı Qəzənfər olmuşdur. Onlar oğurluq əməlini əvvəlcədən planlaşdırmamış, oğurluğu sərxoş halda törtəmişlər. Bundan başqa o, Qəzənfərlə birlikdə xx.xx.2024-cü il tarixdə İlqargilin həyətində spirtli içki süfrəsi ilə yeyib-içməyə getmişdir. Bir neçə saat sonra gecə 01 radələrində qərara gəlmişdirlər ki, oğurluq hadisəsi törətsinlər. Buna görə küçəyə çıxaraq gəzməyə başlamış, Əlimardanov adlanan küçəyə doğru yerimişlər. Gözlərinə bir ev sataşmış, yaxınlaşaraq işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdirlər. Qəzənfər həyətdə gözləmək məqsədilə qalmış, o və Camal isə evin yan tərəfinə keçərək orada olan plastik pencərəni güc verərək açmış, içəri daxil olmuşlar. Daha sonra mətbəxə keçərkən digər otaqdan səs eşitdikləri zaman kiminsə xorultu səslərini eşitmişlər. O, geri qayıdıb evdən çıxmaq istəyərkən daxil olduqları otaqdan perforator görüb götürmüşdür. Daha sonra birlikdə həyətə düşüb daş hasardan tullanaraq küçəyə çıxmışdırlar. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ölkə Prezidenti cənab X6, Cəbrayılın, Xocavəndin azad olunmasına görə, eləcə də “Vətən müharibəsi iştirakçısı” medaları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs2və Təqsirləndirilən şəxs1la bir məhlədə qalırlar, uşaqlıqdan bəri bir-birilərini tanıyırlar. O, Qəzənfərlə birlikdə xx.xx.2024cü il tarixdə İlqargilin həyətində yeyib-içməyə getmiş, bu zaman da spirtli içki qəbul etmişdir. Bir neçə saat sonra gecə 01 radələrində qərara gəlmişdirlər ki, oğurluq hadisəsi törətsinlər. Buna görə küçəyə çıxaraq gəzməyə başlamış, Əlimərdanov adlanan küçəyə doğru yerimişlər. Gözlərinə bir ev sataşmış, yaxınlaşaraq işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Qəzənfər həyətdə gözləmək məqsədilə qalmış, o və İlqar isə evin yan tərəfinə keçərək orada olan plastik pəncərəni güc verərək açmış, içəri daxil olmuşlar. Daha sonra mətbəxə keçərkən digər otaqdan səs eşitmişlər. O, geri qayıdıb evdən çıxmaq istəyərkən İlqar daxil olduqları otaqdan perforator görüb götürmüşdür. Daha sonra birlikdə həyətə düşüb daş hasardan tullanaraq küçəyə çıxmışlar. Qəzənfərlə o evlərinə qayıtmış, İlqar da əşyaları öz yaşadığı evə aparmışdır. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X7 Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, 2020-ci ildən həmin şirkətin direktoru kimi fəaliyyət göstərir. 2023-cü ilin aprel ayından Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində 50 sot torpaq sahəsində yerləşən İdman və Gənclər Nazirliyinin nəznində olan keçmiş idman meydançasının ərazisində mini futbol meydançası və inzibati binanın tikintisi onun şirkətinə həvalə edilmişdir. Həmin ərazidə işlərə başlanandan qısa zaman sonra müəyyən səbəblərdən işlərin aparılması dayandırılsa da, daha sonra işlər yenidən başlanmışdır. 09 mart 2024-cü il tarixdə saat 10:30 radələrində o, işlərin aparıldığı yerə gedən zaman ərazidə heç kimin olmadığını, qazanxananın qapısının açıq olduğunu görmüş, qazanxanaya daxıl olan zaman isə naməlum şəxslərin qazanxananın içərisində olan “Buderus” markalı kombi qurğusunu və qazanxanaya məxsus digər avadanlıqları oğurladığını aşkar etmişdir. O, ərazidə mövcud olan müşahidə kameralarına baxdıqdan sonra hadisə barədə DİN-nin “102” XZM-ə məlumat vermişdir. O, saxlanc yerindən Zərərçəkmiş şəxs1 QSC-yə məxsus 6450 manat dəyərində 100 kilovatlıq Almaniya istehsalı olan yoğuşmalı qazan (kombi aparatı), həmin aparata məxsus “Grundfos” markalı 01 ədəd 25/70 mm-lik 275 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 25/80 mm-lik 495 manat dəyərində pompa, “Grundfos” markalı 01 ədəd 32/80 mm-lik 595 manat dəyərində pompa, 02 ədəd hər biri ayrılıqda 10 manat olan “Amerikanka” markalı 25 mmlik 20 manat dəyərində pompa üçün detal, 01 ədəd “Amerikanka” markalı 32 mm-lik 20 manat dəyərində pompa üçün detal, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klapan, 02 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 36 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 10 manat olan vintel, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/32-yə ümumi dəyəri 14 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 7 manat olan 40/25-ə ümumi dəyəri 14 manat olan baçonka, 12 ədəd hər biri ayrılıqda 12 manat olan 25 mm-lik ümumi dəyəri 144 manat olan vintel, 06 ədəd hər biri ayrılıqda 18 manat olan 32 mm-lik ümumi dəyəri 108 manat olan vintel, 01 ədəd 35 manat dəyərində 50 mm-lik filter, 10 ədəd hər biri ayrılıqda 8 manat olan 25 mm-lik ümumi dəyəri 80 manat olan amerikanka, 10 ədəd hər biri ayrılıqda 12 manat olan 32 mm-lik ümumi dəyəri 120 manat olan amerikanka, 04 ədəd hər bin ayrılıqda 5 manat olan 112 mm-lik ümumi dəyəri 20 manat olan vintel, 03 ədəd hər bin ayrılıqda 7 manat olan ümumi dəyəri 21 manat olan düz keçid, 02 ədəd hər biri ayrılıqda 10 manat olan 25 mm-lik ümumi dəyəri 20 manat olan klopan, 01 ədəd 32 mm-lik 16 manat olan klopan, 08 ədəd hər biri ayrılıqda 1,20 manat olan 112 mm-lik ümumi dəyəri 9,60 manat olan baçonka, 01 ədəd 25 mm-lik dəyəri 2,50 manat olan baçonka, 08 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32 mm-lik ümumi dəyəri 28 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 8 manat olan 50x32-yə ümumi dəyəri 16 manat olan baçonka, 06 ədəd hər biri ayrılıqda 6 manat olan 25 mm-lik ümumi dəyəri 36 manat olan dirsək, 02 ədəd hər biri ayrılıqda 2,50 manat olan 25x112-lik ümumi dəyəri 5 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32x25-lik ümumi dəyən 7 manat olan baçonka, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 32x25-lik ümumi dəyəri 6 manat olan keçid, 02 ədəd hər biri ayrılıqda 5 manat olan ¾-ə 50-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 02 ədəd hər biri ayrılıqda 5 manat olan ½-ə 80-lik ümumi dəyəri 10 manat olan paylayıcı, 12 ədəd hər biri ayrılıqda 7 manat olan 25 diametrli ümumi dəyəri 84 manat olan amerikanka bron, 04 ədəd hər biri ayrılıqda 4,50 manat olan 25 diametrli ümumi dəyərı 18 manat olan bron amerikanka, 04 ədəd hər biri ayrılıqda 3 manat olan 15 diametrli ümumi dəyəri 12 manat olan bron amerikanka, 03 ədəd hər biri ayrılıqda 5 manat olan 25-lik ümumi dəyəri 15 manat olan traynik bron, 02 ədəd hər biri ayrılıqda 2 manat olan 25-dən 15-ə ümumi dəyəri 4 manat olan çöl keçid, 02 ədəd hər biri ayrılıqda 3 manat olan 25-dən 15-ə ümumi dəvərı 6 manat olan iç keçid, 10 ədəd hər biri ayrılıqda 2 manat olan 25-lik ümumi dəyəri 20 manat olan baçonka bron, 04 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32nin 25-ə ümumi dəyəri 14 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan iç rezba, 06 ədəd hər biri ayrılıqda 3,50 manat olan 32-lik ümumi dəyəri 21 manat olan baçonka, dəyəri 60 manat olan 100 metr uzunluqda mis elektrik kabeli, dəyəri 160 manat olan 100 metr uzunluqda 3x1,5-ə mis elektrik kabeli, 04 ədəd hər biri ayrılıqda 4 manat olan 32-nin 25-ə ümumi dəyəri 16 manat olan çöl rezba, 04 ədəd hər biri ayrılıqda 12 manat olan 32-lik ümumi dəyəri 48 manat olan bron amerikanka, 01 ədəd dəyəri 20 manat olan yapışdırıcının oğurlanması nəticəsində şirkətə ümumilikdə 9,157 manat maddi ziyan dəymişdir. Lakin sonradan 6450 manat dəyərində olan kombi aparatı onlara geri qaytarılmışdır. Sonda zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən yerdə qalmış zərərin ödənilmədiyini və buna görə təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 06:30-da səhər durub işə getmək istəyərkən evin yataq otağının plastik pəncərəsinin açıq olduğunu, təmir işləri gedən otaqda usta alətlərinin olmadığını, mətbəxdə yerdə qum-ayaq izlərinin olduğunu görmüşdür. Bir qədər evə baxdıqdan sonra həyat yoldaşına məxsus əl çantasının içində olan portmanatın içərisindən 720 manat pul, bir cüt sırğa, üzük və klonun həmçinin təmir üçün götürdüyü bir ədəd perferator, bir ədəd direl və bir ədəd laqondanm oğurlandığını aşkar etmiş və dərhal bu barədə polisə məlumat vermişdir. Oğurlanan qızılları hadisədən 1 il əvvəl Moskva univermağından 1480 manata almışdır. Hadisə nəticəsində evdən ümumi dəyəri 1480 manat olan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd klon, 720 manat nağd pul, dəyəri 80 manat olan “Makita” firmasına aid bir ədəd perferator, dəyəri 330 manat olan “Makita” firmasına aid bir ədəd laqonda, eyni firmaya məxsus dəyəri 210 manat olan bir ədəd laqonda oğurlanmaqla ona ümumilikdə 2810 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşasa da, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsində 8 sot torpaq sahəsində 40 kvm. sahəsi olan bir mərtəbəli, iki otaqdan ibarət olan fərdi yaşayış evi var. Həmin evdə anası və atası daimi yaşasalar da, 2024-cü ilin 20 yanvar tarixində atasının rəhmətə getməsindən sonra anası onunla birlikdə yaşamağa başlamış, bu səbəbdəb evdə müvəqqəti olaraq yaşayış mövcud olmamış və qardaşı ilə birlikdə mütəmadı olaraq yaşadığı evə baş çəkmişdir. O, 03 mart 2024-cü il tarixdə təxminən saat 10 radələrındə qardaşı Şahid1 ilə birlikdə sözü gedən fərdi yaşayış evinə gələrək dəmir darvazanı açıb evin həyətinə daxil olduqda evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, həmin vaxt hiss etmişdir ki, evdə olmadıqları müddət ərzində evə oğru girib. Bundan sonra evin içərisinə daxil olduqda evin zalında yerləşən masanın üzərinə qoyduğu rəhmətlik atasına məxsus, modelini, adını xatırlamadığı biri 40 AZN, digəri isə 8 AZN olan sadə qol saatının, evin həyətində yerləşən saxlanc yerindən, bir ədəd 10 il bundan əvvəl alınmış 70 manat dəyərində markasını bilmədiyi dəmir kəsən aparat (laqonda), bir ədəd 5 litrlik Rusiya istehsalı olan latun materialdan 180 manat dəyərində samovar, bir ədəd 5 litrlik 20 manat dəyərində aliminium qazan, bir ədəd 10 litrlik 30 manat dəyərində aliminium qazan və 100 metr uzunluğunda 60 manat dəyərində 4dük elektrik kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin “102" XZM-ə zəng edərək evində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, bır neçə dəqiqədən sonra 14-cü PŞnin əməkdaşları evinə gələrək baxış keçirmişlər və o, oğurluq hadisəsi ilə bağlı yazılı ərizə və izahat vermişdir. Bildirmişdir ki, naməlum şəxslər əvvəlcə evin daş hasarından həyətinə qanunsuz daxil olaraq evin zalının plastik pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq oğurluq etmişlər. Ona oğurluq zamanı evin plastik pəncərəsinə müdaxilə edilməsi nəticəsində heç bir zərər vurulmadığını, lakin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 408 AZN maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, nömrəsiz fərdi ev ünvanda yaşayır və yaşadığı evin yaxınlığında icarə əsasında götürdüyü 25 m2 sahəsi olan yerdə metal qəbulu ilə məşğul olur. Dəqiq xatırlamır, təxminən 2024-cü il fevral ayının axırlarında günorta saatlarında metal qəbulu yerində olan zaman əvvəllər tanımadığı bir nəfər şəxs özü ilə gətirdiyi sellofan torbanın içərisində olan metalları ona göstərmiş, o, parçalanmış və əzilmiş haldakı çermet metalından olan dəmirləri çəkdikdə onların çəkisi 20 kiloqram olduğundan həmin şəxsə 50 manat təklif etmiş, onun da razılaşmasından sonra həmin şəxsin təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs1 yazılmış şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonuna çəkərək telefonun yaddaşında saxlamış və həmin metalları ondan 50 manata almışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 7-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. Cinayət işinin İ cildinin 21-ci vərəqində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin İ cildinin 22-ci vərəqində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin İ cildinin 25-ci vərəqində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin İ cildinin 26-cı vərəqində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin İ cildinin 40-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 65-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 89-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 147-149-cu vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 150-152-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs3 dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 153-155-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 156-157-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 172-175-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massividir. Cinayət işinin İ cildinin 184-187-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən stadiondur. Cinayət işinin İ cildinin 193-195-ci vərəqələrində olan “Baxış keçirmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, H.Heybətov küçəsində yerləşən fərdi yaşayış evidir. Cinayət işinin İ cildinin 217-ci vərəqində olan 12 mart 2024-cü il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 239-cu vərəqində olan 12 mart 2024-cü il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 63-64-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilərək Sabunçu RPİ-nin MSY-dən buraxılması və onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 65-67-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə haqqında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilərək Sabunçu RPİ-nin MSY-dən buraxılması və onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 68-70-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 73-75-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 868 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 müəyyən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyını dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Cinayət işinin İİ cildinin 103-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2857 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş fotoşəkilə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd Almaniya istehsalı olan “Buderus” markalı, kw-lıq yoğuşmalı qazanın (kombi aparatı) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 4000.00 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olumamışdır. Cinayət işinin İİ cildinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olumamışdır. Cinayət işinin İİ cildinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4999 saylı rəyindən görünür ki, ekspertiza 01 ədəd makita markalı perforatorun istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar (cızıqlar, rəng qopuqları və sair) nəzərə alınmaqla 2024cü ilin may ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 154-cü vərəqində olan X4 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, oğurluq zamanı ona 9157,1 manat ziyan dəymişdir. İstintaq dövründə oğurlanmış kombi ona qaytarılmaqla maddi ziyanın 6450 manatının ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin İİ cildinin 166-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olumamışdır. Cinayət işinin İİ cildinin 220-ci vərəqində olan X4 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, ********* nömrəli cinayət işi ilə bağlı ona məxsus oğurlanmış bir ədəd 100 kilovatlıq Almaniya istehsalı olan yoğuşmalı qazanı (kombi aparatı) bu gün xx.xx.2024-cü il tarixdə müstəntiq Rahib Cəfərovdan təhvil almışdır. Cinayət işinin İİ cildinin 221-ci vərəqində olan Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq imzalanmış İltizamdan görünür ki, o, bu iltizamı verir ondan ötrü ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab ediləcək və ona məxsus perferatoru təhvil almışdır. Cinayət işinin İİİ cildinin 100-115-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd Almaniya istehsalı olan “Buderus” markalı kv-lıq yoğuşmalı qazanın və 01 ədəd “Makita” firmasına aid perferatorun cinayət işi üzrə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs və müdafiəçisi tanış olduqdan sonra məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün ərizələr nəzərə alınaraq zərərçəkmiş şəxslərə təhvil verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X3 əməli isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3nın barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, dəymiş ziyanın böyük qisminin ödənməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, dəymiş ziyanın böyük qisminin ödənməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, dəymiş ziyanın böyük qisminin ödənməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, həmçinin 44 günlük X2 iştirakçısı olmasını və 4 Medalla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, X3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 01 ədəd Almaniya istehsalı olan “Buderus” markalı kv-lıq yoğuşmalı qazanın və 01 ədəd “Makita” firmasına aid perferatorun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (08 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (08 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd Almaniya istehsalı olan “Buderus” markalı kv-lıq yoğuşmalı qazanın və 01 ədəd “Makita” firmasına aid perferatorun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(008)-137/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-137/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver