Məhkəmə qərarları › İş №1(008)-138/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-138/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-138/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X20 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021 -ci il tarixdə, saat 23:45 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə saxlanc yeri kimi istifadə olunan tikilidən bir ədəd 870 manat dəyərində “Baymak” markalı 24 kv-lıq kombini, qonaq otağının plastik pəncərəsini vintaçarla açıb qonaq otağına daxil olub həmin otaqdan bir ədəd 550 manat dəyərində “Samsung” markalı 88 dioqanal televizoru, cəmi 480 manat dəyərində dörd ədəd hər biri 10 seksiyalı radiatorları, cəmi 60 manat dəyərində bir ədəd 5 seksiyalı radiatoru, ümumi dəyəri 900 manat olan video görüntü kameralarının DVR aparatını və həyətdə olan kameranın elektrik naqillərini, bir ədəd 80 manat dəyərində elektrik qəfədanını, ümumi dəyəri 300 manat olan müxtəlif növ qab-qacaqları, ümumi dəyəri 100 manat olan uşaq paltarlarını, ümumi dəyəri 150 manat olan bir ədəd masaüstü kompyuter prosessorunu və monitorunu gizli olaraq talayıb, sonuncuya ümumilikdə 3490 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 dekabr 2021-ci il tarixdə, saat 20:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə saxlanc yeri kimi istifadə olunan tikilidən ümumi dəyəri 300 manat olan üç ədəd qazan dəstini, 50 manat dəyərində bir ədəd elektrik drelini və 90 manat dəyərində bir ədəd elektrik qəfədanını gizli olaraq talayıb, sonuncuya ümumilikdə 440 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 27 dekabr 2021-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub yataq otağında paltar şkafının içərisində qadın əl çantasından 2000 manat nağd pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 yanvar 2022-ci il tarixdə, saat 00:15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən torpaq sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq, torpaq sahəsindən bir ədəd 40 manat dəyərində su sayğacını, cəmi 972 manat dəyərində 243 metr uzunluğunda elektrik naqilini, konteynerin 120 manat dəyərində bir ədəd plastik qapısını, konteynerin cəmi 300 manat dəyərində iki ədəd dəmir qapılarını, “Hovo” markalı yük avtomobilinin əyləc sistemi üçün nəzərdə tutulmuş bir ədəd 600 manat dəyərində hava balonunu, “Shantu SD23” markalı buldozer tipli traktorun cəmi 900 manat dəyərində iki ədəd katok-rolikini, tikintidə istifadə olunan cəmi 400 manat dəyərində 20 ədəd nərdivanı, cəmi 240 manat dəyərində iki ədəd plastik pəncərələri, cəmi 700 manat dəyərində 35 ədəd dəmir borunu və cəmi 400 manat dəyərində yük avtomobilinə məxsus müxtəlif növ ehtiyyat hissələrini gizli olaraq talayıb, sonuncuya ümumilikdə 4672 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 30 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə masanın üzərindən bir ədəd 50 manat dəyərində qazanı, həyətdə kombi aparatının yerləşdirildiyi saxlanc yerindən bir ədəd 150 manat dəyərində laqondanı, bir ədəd 130 manat dəyərində dreli, bir ədəd 260 manat dəyərində “Bosch” markalı taxtakəsən aləti gizli olaraq talayıb, sonuncuya ümumilikdə 590 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub uşaq otağında taxta paltar dolabından 2300 manat nağd pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 mart 2022-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs11 məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçarla açmaqla evə daxil olub, mətbəxdən bir ədəd 200 manat dəyərində soyuducunun mator hissəsini, bir ədəd 150 manat dəyərində təzyiq gücləndirici (gidraforu) ilə birlikdə su matorunu, bir ədəd 800 manat dəyərində işıq gücləndirici aparatı, sanitar qovşaqdan bir ədəd 150 manat dəyərində su qızdırıcısmı, ümumi dəyəri 700 manat olan elektrik naqillərini gizli olaraq talayıb, sonuncuya ümumilikdə 2000 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 mart 2022-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik yaşayış massivində ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, fərdi yaşayış evinin otağının asma qıfılını qırmaqla evə otağa daxil olub şkafda pul qabının içərisindən 300 manat nağd pulu, cəmi 1400 manat dəyərində hər biri 10 qram olan iki ədəd qızıl qadın üzükləri, bir ədəd 150 manat dəyərində gümüş üzüyü, bir ədəd 150 manat dəyərində gümüş sepi, bir ədəd 40 manat dəyərində kişi qol saatını gizli olaraq talayıb, sonuncuya ümumilikdə 2040 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində ünvansız bağ evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdən 650 manat dəyərində 50 metr uzunluğunda 16x5 ölçüdə elektrik naqilini və 200 manat dəyərində bir ədəd ağac kəsən aparatı gizli olaraq talayıb, sonuncuya ümumilikdə 850 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə giriş qapısının asma qıfılını daşla qırmaqla həyətə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub yataq otağında şkafdan bir ədəd 400 manat dəyərində qadın qızıl sepi, bir ədəd 600 manat dəyərində qızıl kişi üzüyü və bir ədəd 500 manat dəyərində qadın qızıl üzüyü gizli olaraq talayıb, sonuncuya ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 aprel 2022-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdən bir ədəd suz qızdırıcısını gizli olaraq talayıb, sonuncuya 200 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 03 may 2022-ci il tarixdə, saat 00:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub uşaq otağından 2500 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli olması iş materiallarında olan sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda göstərilən heç bir epizod üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ittihamda öz əksini tapmayan başqa bir ünvandan bir ədəd kombi oğurlamışdır. Sonradan həmin kombinin sahibi polis bölməsinə gələrək şikayətinin olmadığını və cinayət işinin başlanmasını istəmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşları həmin faktla bağlı cinayət işi başlamasalar da, onun tərəfindən törədilməmiş, bağlı qalmış epizodları onun üzərinə qoyaraq bütün təqdim edilmiş sənədləri imzalamasını bildirmişlər. O, buna etiraz etdikdə, polis bölməsində ona qarşı fiziki zor tətbiq edilmiş və o, döyülmüşdür. O, döyülmə nəticəsində ağrılara dözmədiyindən polis əməkdaşlarının dediklərini icra etməyə razılaşmış və təqdim edilmiş bütün sənədləri imzalamış, əməliyyatçılar tərəfindən müxtəlif ünvanlara aparılarkən heç vaxt olmadığı yerlərə əlini uzadaraq fotoşəkilləri çəkilmişdir. Ona elan edilmiş ittihamda olan epizodların çox hissəsinin Ramana qəsəbəsində, bəzi epizodların Maştağa və Balaxanı qəsəbəsində törədilməsi göstərilmişdir. Halbuki, o, ümumiyyətlə həmin ərazilərdə bir dəfə də olmamışdır. Anten dairə məlumatlarının götüləcəyi təqdirdə onun doğru söylədiyi öz təsdiqini tapacaqdır. O, hazırda məhkəmə iclasında həqiqətləri söyləyir və özünü ona elan edilmiş ittihamda göstərilən epizodlardan heç birinə görə təqsirli bilmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı müstəntiqin və müdafiəçinin onunla getmədiyini, onun əməliyyatçılar tərəfindən müxtəlif ünvanlara aparılaraq fotoşəkillərinin çəkildiyini, polis bölməsində şiddətlərə və təzyiqlərə məruz qaldığını, döyülərək xəsarətlər aldığını, bununla bağlı prokurorluğa müraciət edildiyini və prokurorluqda araşdırma aparıldığını, bütün sənədləri döyülməsi nəticəsində imzaladığını, zərərçəkmiş şəxslərə dəymiş ziyandan heç bir ödəniş etmədiyini, döyülməsi ilə bağlı materialda olan izahatın onun xətti ilı yazılmadığını, imzanın onun tərəfindən icra edilmədiyini, prokurorluqda araşdırma aparan müstəntiqə yıxılmasını deyil, döyüldüyünü dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə axşam radələrində həyat yoldaşı ilə birlikdə Gədəbəy rayonuna getmiş, lakin 2007 və 2009-cu il təvəllüdlü oğlanları yuxarıda qeyd olunan evdə qalmışlar. 08 aprel 2022-ci il tarixdə səhər radələrində böyük oğlu məktəbə getmişdir. Kiçik oğlu isə səhər radələrində evdən çıxıb arxa küçədə qonşuluqda yaşayan uşaqlarla oynamağa getmişdir. Günorta radələrində balaca oğlu məktəbə getmək üçün hazırlaşmaq məqsədilə evə gələndə görmüşdür ki, həyətə giriş qapısının qıfılı qırılıbdır. Eyni zamanda evə daxil olduqda görmüşdür ki, evin pəncərəsi açıqdır və yataq otağı dağınıq vəziyyətdədir. Bundan sonra evə oğru girməsindən şübhələnib qonşunun vasitəsilə ona məlumat vermişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, 08 aprel 2022-ci il tarixdə axşam radələrində yaşadığı evə qayıtdıqda görmüşdür ki, yaşadığı evdə yataq otağında şkafda saxladığı bir ədəd dəqiq əyyarını və qramını bilmədiyi 400 manat dəyərində qadın qızıl sep, bir ədəd dəqiq əyyarını və qramını bilmədiyi 600 manat dəyərində qızıl kişi üzüyü və bir ədəd dəqiq əyyarını və qramını bilmədiyi 500 manat dəyərində qadın qızıl üzük oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1500 manat dəyərində maddi ziyan dəymişdir. Evindən yalnız yuxarıda qeyd etdiyi ziynət əşyaları oğurlanmışdır. Başqa heç nə oğurlanmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs5 evindən oğurluq edən şəxsin kim olduğunu bilmədiyini, ifadənin yerində yoxlanması üçün təqsirləndirilən şəxsin onun evinə gətirilməsi zamanı evdə olmadığını, evdə həyat yoldaşı və uşaqlarının olduğunu, həyat yoldaşının deməsinə görə bir cavan oğlanın polis əməkdaşları tərəfindən gətirildiyini, həmin oğlanın pəncərədən evə daxil olduğunu bildirsə də, pəncərənin yerini düz göstərmədiyini, bundan əlavə qapının qıfılının da sındırılmş vəziyyətdə olmasına baxmayaraq bu barədə bir söz demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hazırda yaşadığı və oğurluq hadisəsi baş vermiş evi oğurluq hadisəsi baş verməzdən təxminən bir iki ay əvvəl almışdır. Həmin evdə tək yaşayır. İş yerində növbədə olduğu günləri evinə nəzarət etməsini qohumu Şahid2 tapşırmışdır. 09 fevral 2022-ci il tarixdə, səhər saat 08 radələrində işə getmiş, həmin günü iş yerində növbədə qalacağı üçün evə nəzarət etməyi qohumu Zamiqə demişdir. Həmin günü axşam radələrində qohumu Zamiq zəng vurub bildirmişdir ki, evə gələn zaman görmüşdür ki, evin uşaq otağı olan pəncərəsi açıqdır, evdən oğurluq olmasından şübhələnir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermişdir. 10 fevra 2022-ci il tarixdə iş yerində növbədən çıxıb yaşadığı evə gəldikdə görmüşdür ki, evinin uşaq otağı olan plastik pəncərəsinin toru kəsilərək pəncərədən evə daxil olunmuş və uşaq otağında taxta dolabın içərisində saxladığı ona məxsus 2300 manat pulu oğurlanmışdır. Başqa hər hansı bir əşya və s. oğurlanmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı evdə olmadığını, həmin vaxt o, işdə olarkən müstəntiqin ona zəng edərək həmin şəxsi evə apardığını və onun cinayəti törətdiyini etiraf etdiyini bildirdiyini, həmin vaxt evin qapısının bağlı olduğunu və müstəntiqin təqsirləndirilən şəxsin ifadəsini yerində yoxlamasının mümkün olmadığını, ilk dəfə Təqsirləndirilən şəxs hazırda məhkəmədə gördüyünü, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş karxanası yaşayış massivində nömrəsiz ünvanda fərdi yaşayış evi vardır. Həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, axşam saat təxminən 20 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb qonaq getmişdir. Gecə saat təxminən 24 radələrində evə qayıtdıqda görmüşdür ki, həyətdə pilləkanın altında olan markasını xatırlamadığı 200 manat dəyərində bir ədəd su qızdırıcısınm naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs12 onun həyətindən aparılmış su qızıdrıcısının Təqsirləndirilən şəxs tərəfindən aparılmasının mümkün olmadığını, qonşunun həyətindən olan videokameralara baxdığını və həmin su qızdırıcısını aparan şəxsin xarici görünüşünün və boyunun tam fərqli olduğunu və Təqsirləndirilən şəxs heç uyğun gəlmədiyini, müstəntiqin işə vicdansız yanaşdığını və formal sənədləşmə apardığını, 3 metr hündürlüyü olan hasardan həmin su qızdırıcısının tək insan tərəfindən aparılmasının mümkün olmadığını, iş üzrə keçirilmiş heç bir istintaq hərəkətində iştirak etmədiyini, polis bölməsində ona təqsirləndirilən şəxsi məhkəmədə görəcəyini bildirdiklərini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə, saat 09 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb işə getmiş, həmin günü saat 13 radələrində işdən evə gələn zaman həyətə giriş qapısının qıfılını açıb həyətə daxil olmuş, sonra evə yaxınlaşdıqda görmüşdür ki, otağın giriş qapısının qıfılı qırılmış vəziyyətdədir. Bundan sonra evə baxdıqda ona məlum olmuşdur ki, evindən şkafda pul qabının içərisindən 300 manat nağd pul, hər biri 10 qram olan və hər biri 700 manat dəyərində iki ədəd qızıl qadın üzüklər, bir ədəd 150 manat dəyərində gümüş üzük, bir ədəd 150 manat dəyərində gümüş sep, bir ədəd 40 manat dəyərində kişi qol saatı oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 2040 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilk dəfə olaraq hazırda məhkəmə iclasında gördüyünü, onun özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, yaşadığı ərazidə olan şəxsləri tanıdığını, Emili bir dəfə də olsun o ərazilərdə görmədiyini, oğurluğun bu şəxs törədildiyinə inanmadığını, istintaq zamanı ona Təqsirləndirilən şəxs şəklinin göstərildiyini və məhkəmədə bu şəxsi görməsini deməsinin bildirildiyini, lakin o, həqiqəti söyləyərək həmin şəxsi o ərazidə görmədiyini bildirdiyini, Təqsirləndirilən şəxs onun evinə gətirilərək ifadəsinin yerində yoxlanılmadığını, o, hadisə yerinə gətirilmiş olsa idi, bundan məlumatının olmamasının mümkün olmadığını, müstəntiq tərəfindən təqdim edilmiş sənədləri oxumadan imzaladığını, ümumiyyətlə latın qrafikalı əlifbanı oxumaqda çətinlik çəkdiyini və bu səbəbdən həmin sənədləri oxumadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Galleon MMC” ona məxsus olmuş və 2014-cü ildən həmin şirkət öz fəaliyyətini dayandırmışdır. Qeyd olunan şirkətin anbası Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində ərazisi 25 sot olan torpaq sahəsində yerləşir. Şirkət fəaliyyətini dayandırsa da, ona məxsus olan əşyalar və yük avtomobilinə aid ehtiyyat hissələri həmin torpaq sahəsində saxlanılır. Əşyalara nəzarət etmək üçün hərdən həmin yerə gedib baxış keçirmişdir. 14 yanvar 2022-ci il tarixdə, axşam radələrində anbarın qarşısında su borusu qırıldığı üçün düzəltdirmək məqsədilə həmin yerə gedib ustalarla birlikdə borunun təmiri ilə məşğul olmuş, sonra evə getmişdir. Səhəri günü yenidən həmin yerə gəlib borunun təmiri ilə məşğul olmaq istəyən zaman həyətdə əşyaların oğurlandığını aşkar etmişdir. Oğurlanmış bir ədəd markasını bilmədiyi su sayğacı 40 manat, 243 metr uzunluğunda elektrik naliqinin hər bir metrəsinin qiyməti 4 manat, konteynerin bir ədəd plastik qapısı 120 manat, konteynerin iki ədəd dəmir qapısının hər birinin qiyməti 150 manat, “Hovo” markalı yük avtomobilinin əyləc sistemi üçün bir ədəd hava balonu 600 manat, “Shantu SD23” markalı buldozer tipli traktorun 02 ədəd katokrolikinin hər birinin qiyməti 450 manat, tikintidə istifadə olunan 20 ədəd nərdivanın hər birinin qiyməti 20 manat, 02 ədəd plastik pəncərələrin hər birinin qiyməti 120 manat, dəqiq diametri və uzunluğunu bilmədiyi 35 ədəd dəmir borunun hər birinin qiyməti 20 manat və təxminən 400 manat dəyərində yük avtomobilinə məxsus müxtəlif növ ehtiyyat hissələri olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 4672 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasına verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilk dəfə hazırda məhkəmə iclasında gördüyünü, müstəntiqin onun ifadəsinin yerində yoxlanılması üçün hadisə yerinə gətirəcəyini bildirməsinə baxmayaraq gətirmədiyini, şirkətin hər zaman qapısının bağlı olduğunu və o, özü orda olmadığı halda təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasının mümkün olmadığını, oğurlanmış əmlakların bir insan tərəfindən aparılmasının mümkün olmadığını, həmin ərəfədə qonşuların da əmlaklarının oğurlandığını, oğurluğun başqa şəxs tərəfindən törədilməsi barədə ona məlumat verildiyini, həmin şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə ailəsi ilə birlikdə qardaşının oğlunun kiçik toy mərasimi ilə bağlı Tovuz rayonuna getmişdir. 04 may 2022-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən yaşadığı evə qayıdanda görmüşdür ki, evin plastik pəncərəsi açılmaqla naməlum şəxs evə daxil olub evdən uşaq otağından divanın altından pul qabının içərisindən 1000 manat, telefon qabının içərisindən isə 1500 manat olmaqla, cəmi 2500 manat nağd pulu oğurlamışdır. Başqa heç nə oğurlanmamışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs7 onun evinin Ramana qəsəbəsində yerləşdiyini, evə pəncərədən daxil olmaqla girildiyini, ekspert tərəfindən əl-barmaq izlərinin götürüldüyünü, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı evdə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 1069 nömrəli ünvanda fərdi yaşayış evi vardır. Həmin bağ evində daimi yaşayış olmasa da, həftə sonları qeyd olunan bağ evinə gedib bir gün qalıb nəzarət etmişdir. Həmin ünvanda yerləşən bağ evindən oğurluq olmazdan əvvəl sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin bağ evində olmuşdur. xx.xx.20225-ci il tarixdə saat 10:25 radələrində bağ evinə nəzarət etmək üçün getmişdir. Bu zaman bağ evinin həyətində olan 50 metr uzunluğunda 16x5 ölçüdə elektrik naqilinin kəsilərək oğurlandığını aşkar etmişdir. Bundan sonra həyətdəki dəmir anbar kimi düzəltdiyi saxlanc yerinə baxdıqda görmüşdür ki, bir ədəd markasını bilmədiyi ağac kəsən aparat oğurlanmışdır. Başqa həyətindən və evindən heç nə oğurlanmamışdır. Oğurlanmış elektrik naqilinin qiyməti 650 manat, ağac kəsən aparatın qiyməsi isə 200 manat olmaqla hadisə nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ilk dəfə olaraq hazırda məhkmə iclasında gördüyünü, oğurluğun kim tərəfindən törədildiyini bilmədiyini, ifadənin yerində yoxlanılması zamanı iştirak etmədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs hadisə yerinə gətirildiyini görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 27 yanvar 2022-ci il tarixdə, səhər saat 08 radələrində evdən çıxıb işə getmişdir. Sonra saat 10 radələrində həyat yoldaşı həyat yoldaşı evin qapısını və pəncərələrini bağlayıb işlədiyi 137 nömrəli orta məktəbə işə getmişdir. Həmin günü saat 11:40 radələrində qonşusu həyat yoldaşına zəng vurub bildirmişdir ki, evin pəncərələri açıqdır. Həyat yoldaşı isə ona evdən çıxarkən qapını və pəncərələri bağlayıb getdiyini demişdir. Bundan sonra qonşuluqlarında yaşayan Sevil evə yaxınkaşıb pəncərədən baxarkən evin dağınıq vəziyyətdə olduğunu görmüş və bu barədə ona məlumat vermişdir. Dərhal evə gəldikdə görmüşdür ki, naməlum şəxs hasardan həyətə keçib mətbəxin pəncərəsini açmaqla evə daxil olmuş və evdə yataq otağında həyat yoldaşının əl çantasından şüşə balonların içərisindən ona məxsus ümumilikdə 2000 manat pulu oğurlamışdır. Bundan başqa naməlum şəxs tərəfindən evdə hər iki otaqdakı şkaflar və çantalar da axtarılmış, sonra naməlum şəxs yataq otağının pəncərəsindən çıxıb getmişdir. Baş vermiş oğurluq hadisəsilə bağlı müraciətlər etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs hadisə yerinə ifadələrinin yoxlanılması üçün əməliyyatçılar tərəfindən gətirildiyini, müstəntiqin həmin istintaq hərəkətində iştirak etmədiyini, Emil həmin vaxt evdən oğurluq etdiyini etiraf etdiyini, lakin Təqsirləndirilən şəxs onun evindən oğurluq etdiyinə inanmadığını, Emilin Ramanada yaşamadığını, onu tanımadığını, evdən nə zaman çıxmasından məlumatının olmadığını, oğurluğun həmin ərazidə yaşayaraq onu tanıyan şəxs tərəfindən törədildiyinə inandığını, onun evindən əl-barmaq izlərinin götürüldüyünü, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı ona sual vermək istədiyini, lakin əməliyyatçıların ona sual verməyə imkan vermədiklərini, Təqsirləndirilən şəxs onun evinə gətirilməsindən öncə əməliyyatçılara pulların konkret olaraq haradan oğurlandığını dediyini, Təqsirləndirilən şəxs evə gətirilən zaman isə əməliyyatçıların Emilə pulları konkret hardan götürməsini soruşaraq Emilin də həmin yeri göstərməsindən sonra zərərçəkmiş şəxs olaraq ona sual verməyə imkan vermədən Emili hadisə yerindən apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ünvan 15 ünvanda fərdi yaşayış evi vardır. Həmin bağ evində daimi yaşayış olmasa da, bir neçə gündən bir gedib nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə atası ilə birlikdə qeyd olunan ünvandakı bağ evinə gəlmiş, həyətə daxil olduqda görmüşdür ki, evin pəncərəsi qırılmış vəziyyətdədir. Bundan sonra açarla evə giriş qapısını açıb evə daxil olduqda görmüşdür ki, mətbəxdən bir ədəd 200 manat dəyərində markasını xatırlamadığı soyuducunun mator hissəsi, bir ədəd markasını bilmədiyi 150 manat dəyərində təzyiq gücləndirici (gidraforu) ilə birlikdə su matoru, bir ədəd 800 manat dəyərində markasını bilmədiyi işıq gücləndirici, hamamdan bir ədəd 150 manat dəyərində markasını bilmədiyi su qızdırıcısı, cəmi 700 manat dəyərində bütün evin elektrik naqilləri naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ilk dəfə olaraq hazırda məhkəmə iclasında gördüyünü, onun ifadəsinin yerində yoxlanılmadığını, müstəntiqin ona zəng edərək evindən oğurluq edən şəxsin adının Emil olduğunu bildirdiyini, əslində onun evindən oğurluq edən şəxsin öz qonşusu olduğunu, üç dəfə onun evinə daxil olaraq əmlaklar oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 məhkəmə iclaslarına gəlməmiş, Zərərçəkmiş şəxs2 valideynləri isə onun hərbi xidmətdə olduğunu və bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmişlər. Bu səbəbdən də məhkəmə iclasında həmin zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozu, Elşən Məhərrəmli küçəsi dalan 5, mənzil 3 ünvanda fərdi yaşayış evi vardır. Həmin evə yalnız həftə sonları istirahət etmək üçün gedirlər. Lakin, qonşuluqda yaşayan Şahid1 evin həyətinə giriş qapısının açarını vermişdir ki, hərdən evə nəzarət etsin. xx.xx.2021-ci il tarixdə Siyasət ona zəng vurub evindən oğurluq olmasını aşkar etdiyini bildirmiş, bundan sonra dərhal həmin ünvana gəlmiş və ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin həyətinə daş hasardan keçib həyətdəki plastik qapısı bağlı olan sanitar qovşağın klidini açıb içərisindən 870 manat dəyərində “Baymak” markalı 24 kv-lıq kombini, qonaq otağının dəmir barmaqlıqlarını yerindən çıxarıb plastik pəncərəni naməlum əşya ilə açıb qonaq otağından təxminən 550 manat dəyərində “Samsung” markalı 88 dioqnal televizoru, bir seksiyası 12 manat dəyərində dörd ədəd hər biri 10 seksiyalı radiatorları, bir ədəd 5 seksiyalı radiatoru, təxminən 900 manat dəyərində video görüntü kameralarının DVR aparatını və həyətdə olan kameranın elektrik naqillərini, bir ədəd 80 manat dəyərində elektrik çaydanını, təxminən 300 manat dəyərində dəqiq sayını bilmədiyi müxtəlif növ qab-qacaqları, təxminən 100 manat dəyərində dəqiq sayını bilmədiyi uşaq paltarlarını, dəqiq markasını bilmədiyi təxminən 150 manat dəyərində bir ədəd masaüstü kompyuter prosessorunu və monitorunu oğurlamışlar. Bundan əlavə eyni zamanda küçəyə baxan kameraların istiqamətini yuxarı qaldırmışlar. Hadisə nəticəsində ona ümumilikdə təxminən 2500 manat dəyərində maddi ziyan dəymişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həmin evdə olmuş, bundan başqa Siyasət bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində sonuncu dəfə evə baş çəkmişdir. Gecə saat 23 radələrində yatanadək hər hansı bir səs küy eşitməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3.490 manat dəyərində maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən yuxarıda qeyd olunan ünvanda tək yaşayır. xx.xx.2021-ci il tarixdən saat 21:45 radələrində yaşadığı evin həyətinə daxil olan zaman həyətdə olan əl damının taxta qapısının sınmış vəziyyətdə olduğunu aşkar etmiş, əl damının içərisinə baxanda görmüşdür ki, içəridən 300 manat dəyərindən üç ədəd qazan dəsti, 50 manat dəyərində elektrik dreli və 90 manat dəyərində elektrik çayniki oğurlanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14 radələrində yaşadığı evdən çıxıb mağazaya bazarlıq etmək üçün getmişdir. Təxminən saat 17:30 radələrində yaşadığı evə qayıdanda görmüşdür ki, həyətdə masanın üzərinə qoyduğu ölçüsünü dəqiq xatırlamadığı 1 ədəd 50 manat dəyərində qazan yerində yoxdur. Bundan sonra həyətdə kombi aparatının yerləşdirildiyi yerə baxdıqda görmüşdür ki, 1 ədəd 150 manat dəyərində laqonda, 1 ədəd 130 manat dəyərində direl, 1 ədəd 260 manat dəyərində “Bosch” markalı taxtakəsən alət oğurlanmışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 590 manat maddi ziyan dəymişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 müraciəti əsasında oğurluğun baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan yerdə yerləşən X4 məxsus fərdi yaşayış evidir (cild 01, i.v.3-4). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 ünvansız fərdi yaşayış evi olması müəyyən edilmişdir (cild 01, i.v.38-43). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi olması müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut aşkar edilməmiş, hadisə yerində kriminalist-ekspert dəvət olunaraq əl-barmaq izləri götürülmüşdür (cild 01, i.v.82-88). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 16 ünvanında olan əl damı müəyyən edilmişdir (cild 01, i.v.159-161). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir (cild 01, i.v.209-213). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 18 ünvanı olması müəyyən edilmişdir (cild 02, i.v.9-10). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən baş evinin olması müəyyən edilmişdir (cild 02, i.v.48-53). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka 2, 711 nömrəli bağ evinin olması müəyyən edilmişdir (cild 02, i.v.86-89). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik yaşayış massivi ərazisində yerləşən nömrəsiz həyətyanı sahədə olan evin olması müəyyən edilmişdir (cild 02, i.v.121-123). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən torpaq sahəsi və üzərində olan bor mərtəbəli tikilinin olması müəyyən edilmişdir (cild 02, i.v.173-179). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir (cild 02, i.v.237-243). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir (cild 03, i.v.31-35). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 011-4638-1222 saylı məktubdan görünür ki, 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus həyətyanı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (cild 03, i.v.148) “İfadənin yerində yoxlanılması haqqında” 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə oğurluq hadisələrinin (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Fərhad İbadov, Telma Verdiyev, Zərərçəkmiş şəxs7lə bağlı epizolara münasibətdə) baş verdiyi ünvanlarda təqsirləndirilən şəxsin ifadələri yerində yoxlanılmışdır (cild 03, i.v.195-213). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə tutulmuşdur (cild 01, i.v.134). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli, 4(008)-436/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 03, i.v.103-111). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2000-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 29,177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilərək barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 03, i.v.126-128). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 4(008)- 692/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətə uzadılmışdır (cild 03, i.v.248-252). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 1(008)- 135/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 04, i.v.9-14). “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, zərərçəkmiş şəxslərin, şahidlərin, təqsirləndirilən şəxsin ifadələrinin, hadisə yerinə baxış protokollarının və ifadənin yerində yoxlanılmasına dair protokolun sübut növü kimi tanınması qərara alınmışdır (cild 04, i.v.19-37). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, göstərilən ərazi və ünvanlardan oğurluq etmədiyini, polis bölməsində ona fiziki zor tətbiq edildiyini, döyülməsi səbəbindən etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, həmin ifadələrin onun sözlərindən yazılmadığını, hadisə yerində olan foto şəkillərinin polis əməkdaşı tərəfindən göstərilən yerlərə əlini uzadaraq çəkildiyini, ifadənin yerində yoxlanılmasının formal həyata keçirildiyini, onun həmin ərazilərə əməliyyatçılar tərəfindən aparıldığını, bəzi ünvanlara getmədən öncə əməliyyatçıların ona hadisə yerində hansı yerləri göstərməli olduğunu və nə deməli olduğunu öyrətdiklərini, o, döyüldüyündən əməliyyatçıların dediklərinin hamısını icra etdiyini, hadisə yerlərində göstərilən yerlərə əlini uzadaraq fotoşəklinin çəkildiyini, ümumiyyətlə sonuncu dəfə cəzaçəkmə müəssisəsindən çıxdığı gündən Ramana, Balaxanı və Maştağa qəsəbələrində bir dəfə də olmadığını bildirmişdir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsi və döyülməsi ilə bağlı xüsusatın araşdırılması istiqamətində müvafiq tədbirlər görmüşdür: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından əldə edilmiş Təqsirləndirilən şəxs 5008/2022 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və o, təcridxanaya daxil olarkən xəsarət aldığını bildirmiş, onun bədəninə baxış zamanı sağ və sol saidin çapıq toxumaları, sağ və sol əlin içəri səthinin üzəri qərtməkli yaraları, sol bazunun bayır səthinin aşağı hissəsində üzəri qərtməkli yara aşkar edilmiş, sorğu zamanı həbs olunan zaman xəsarət aldığını bildirmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X7” X21 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1528 nömrəli, 14 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin ovuc səthinin əzilmiş yarası, sol bazu və sol əl nahiyyələrinin əzilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş və müayinədən 1-2 ay əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. -Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Təqsirləndirilən şəxs xəsarət alması barədə Bakı İstintaq Təcridxanasının məlumatı əsasında toplanmış 352 C-22 nömrəli materialda olan Təqsirləndirilən şəxs ifadəsində onun üzərində olan xəsarətləri yıxılması nəticəsində alması göstərilsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin ifadəyə baxaraq ifadənin onun xətti ilə yazılmadığını və imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən həbs olunarkən ona xəsarətlər yetirildiyini bildirmiş, onun bədəninə baxış keçirilən zaman onda xəsarətlər (nəzərə alınsa ki, üzü qərtməkli yara həmin yaranın qısa müddət öncə yaranmasına dəlalət edən haldır) aşkar edilmiş, bununla əlaqədar prokurorluğa müraciət edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, həmin araşdırma zamanı da Təqsirləndirilən şəxs törətmədiyi cinayətlərə görə barəsində cinayət işinin başlanıldığını bildirmiş, araşdırma gedişatında alınmış məhkəmə tibb ekspertizasının rəyi ilə də Təqsirləndirilən şəxs sağ əlin ovuc səthinin əzilmiş yarası, sol bazu və sol əl nahiyyələrinin əzilmiş səthi yaralarının olması və müayinədən 1-2 ay əvvələ uyğun gəlməsi (nəzərə alınsa ki, ekspertiza 14 iyul 2022-ci il tarixdə keçirilmiş, Təqsirləndirilən şəxs isə 26 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 30 may 2022-ci il tarixdə BİT-ə daxil olmuşdur), xəsarətləri bərk küt əşyanın təsirindən törənməsi və yüngül dərəcəli bədən xəsarətlərinin olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241- A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində 2021-ci ildə Amnistiya aktına əsasən azad edildiyi tarixdən Ramana, Balaxanı və Maştağa qəsəbələrində ümumiyyətlə olmadığını göstərmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatın, o cümlədən, hər bir epizod üzrə oğurluq hadisəsinin baş verdiyi günlərdə Təqsirləndirilən şəxs olduğu yerlə bağlı məlumat əldə etmək üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrin 03 dekabr 2021-ci il, 20 dekabr 2021-ci il, 27 dekabr 2021-ci il, 14 yanvar 2022ci il, 30 yanvar 2022-ci il, 09 fevral 2022-ci il, 07 mart 2022-ci il, 14 mart 2022-ci il, 04 aprel 2022-ci il, 08 aprel 2022-ci il, 25 aprel 2022-ci il və 03 may 2022-ci il tarixlərdə olan anten məlumatlarının məhkəməyə təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş 16 mart 2023-cü il tarixli mətubdan və ona əlavə edilmiş məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə 30 yanvar 2022-ci il, 09 fevral 2022-ci il, 07 mart 2022-ci il, 14 mart 2022-ci il, 25 aprel 2022-ci il tarixlərdə, ***-***-**-** saylı mobil nömrə 30 yanvar 2022-ci il, 14 mart 2022-ci il tarixlərdə "xxxx" şəbəkəsindən istifadə etməmiş, göstərilən digər tarixlərin heç birində təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrdən hər hansı birinin bir dəfə də olsun Ramana, Balaxanı, Maştağa qəsəbəsində və ya Bakıxanov qəsəbəsində oğurluq qeydə alınmış küçələrdən hər hansı birində olması müəyyən edilməmişdir Əksinə, verilmiş ittihamda X3 04 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində ünvansız bağ evindən oğurluq etməsi göstərilsə də, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları həmin gün, saat 23:31 və 23:33 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində olmasını göstərmiş, ittiham aktında Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən fərdi yaşayış evindən oğurluq etməsi göstərilsə də, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları həmin gün, saat 10:38 və 11:41 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospektində olmasını göstərmiş, verilmiş ittihamda Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən fərdi yaşayış evindən oğurluq etməsi göstərilsə də, onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin anten məlumatları həmin tarixdə, saat 22:53 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospektində olmasını göstərmiş, ittiham aktında Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 ünvansız fərdi yaşayış evindən oğurluq etməsi göstərilsə də, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları həmin gün, saat 00:29 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospektində olmasını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrdən heç birinin anten məlumatlarının ittiham aktında göstərilən epizodlardan hər hansının baş verdiyi tarix və saatla üst-üstə düşmədiyini, Təqsirləndirilən şəxs Ramana, Balaxanı və Maştağa qəsəbələrində olmamasına dair göstərdiyi xüsusatların əldə edilmiş anten məlumatları ilə təsdiq olunduğunu, ittiham aktında təqsirləndirilən şəxsin 04 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində ünvansız bağ evindən, 25 aprel 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən fərdi yaşayış evindən, 03 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 ünvansız fərdi yaşayış evindən oğurluq etməsinin göstərilməsinə baxmayaraq onun 04 aprel 2022-ci il tarixdə, 1 dəqiqə əvvəl və 2 dəqiqə sonra, 25 aprel 2022-ci il tarixdə hadisədən 6-7 dəqiqə əvvəl, 03 may 2022-ci il tarixdə isə 1 dəqiqə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olmasının müəyyən edildiyini, Bakıxanov qəsəbəsi ilə Ramana, Balaxanı və Maştağa qəsəbələri arasında olan məsafə nəzərə alınmaqla mobil nömrənin anten dairəsinin eyni vaxtda həm Bakıxanov, həm Maştağa, həm Ramana, həm Balaxanı qəsəbələrini əhatə etməsinin real olmadığını nəzərə alaraq əldə edilmiş anten dairə məlumatlarının da təqsirləndirilən şəxsin xeyrinə şərh olunan və ittiham aktında göstərilənləri təkzib edən sübut kimi qiymətləndirilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. İş materiallarında olan təqsirləndirilən şəxsin “etirafedici” ifadələrindən görünür ki, həmin ifadələrin hər biri sanki eyni qaydada, sadəcə oğurluğun törədildiyi yer və oğurlanmış əmlakların siyahısı dəyişdirilməklə komputer vasitəsi ilə yazılmış, təqsirləndirilən şəxsə həmin ifadələrin sonunda belə öz əlyazması ilə hər hansı qeyd yazılmasına şərait yaradılmamış, onun adından komputer vasitəsi ilə “İfadəmi oxudum, mənim sözlərimlə doğru yazılıb, başqa əlavə yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” cümləsi yazılmaqla həmin ifadələr sadəcə təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bununla yanaşı, həmin “etirafedici” ifadələrlə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, oğlurluq hadisələri 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində törədilmiş, Təqsirləndirilən şəxs başqa bir epizodla bağlı 26 may 2022-ci il tarixdə tutulduqdan sonra 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində törədilmiş cinayətlərlı bağlı dayandırılmış icraatlar cinayət işi üzrə icraatın hansı əsasla təzələnməsi göstərilmədən “cinayət işi üzrə icraat”lar təzələnərək 27 və 28 may 2022-ci il tarixlərdə, yəni Təqsirləndirilən şəxs tamamilə başqa oğurluq hadisəsi ilə tutulduğu tarixdən sonrakı ilk günlər onun özü tərəfindən sadəcə imzalanmış, şablon formada yazılmış etirafedici ifadələri əlavə edilmiş, istintaq orqanının heç bir maddi sübut, əlbarmaq izləri, kamera görüntüləri olmadan nəyin əsasında həmin oğurluq hadisələrinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlinməsi müəmmalı qalmışdır. Məlumdur ki, hər hansı açılmamış cinayət işi üzrə icraatın təzələnərək cinayət törətmiş şəxsin müəyyən edilməsi qənaətinə gəlinməsi üçün ya ibtidai istintaq orqanı təkzibedilməz sübutlar aşkar edərək cinayətin konkret bir şəxs törədilməsinə əmin olmalı, ya da həmin cinayəti törətmiş şəxs könüllü olaraq gəlib özü cinayət hadisəsini törətdiyini etiraf etməli və ya başqa cinayət işi üzrə dindirilən zaman əlavə olaraq digər cinayəti törətdiyini də bildirməlidir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir dəfə də olsun həmin ərazidə olması müəyyən edilməmiş, icraatı 23 fevral 2022-ci il tarixdə dayandırılmış və yeni heç bir hal və ya sübut aşkar edilmədən icraatı təzələnmiş ünvan 22 ünvanından oğurluq edilməsi faktı bağlı 26 may 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, yalnız həmin faktla bağlı dindirilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, verilmiş həmin ifadəsində əlavə hər hansı bir oğurluqla bağlı xüsusata toxunmamış, 27 və 28 may tarixlərdə 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllində baş vermiş digər epizodlarla bağlı yarım səhifədən ibarət ifadələr əlavə edilməklə o, 12 epizod üzrə təqsirləndirilmiş və AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılmışdır. İş materiallarına əsasən X6 onun tərəfindən törədilməsi istinad olunan istənilən cinayət əməli bu qaydada müəyyən edilmişdir: “zərərçəkmiş şəxslərin hər birinin şikayət ərizələri yazılmış, hadisə yerlərinə baxış keçirilmiş, cinayət törətmiş şəxsin müəyyən edilməməsi əsası ilə 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində törədilmiş hər bir epizod üzrə cinayət işi üzrə icraat dayandırılmış, sonradan yeni hər hansı hal müəyyən edilmədən, şəxsin gəlib könüllü etirafı olmadan, hər hansı mötəbər sübut əldə edilmədən hər bir dayandırılmış epizodla bağlı cinayət işi üzrə icraat “bir cümlə-cinayət işi üzrə icraat təzələnməlidir” yazılmaqla təzələnmiş, Təqsirləndirilən şəxs tutulmasından qısa müddət əvvəl daxil olan ərizələrlə bağlı zərərçəkmiş şəxslərin ifadələri alınmış, hadisə yerlərinə baxış keçirilmiş, 26 may-28 may tarixdə Təqsirləndirilən şəxs tərəfindən “etirafedici” məzmunda ifadələr şablon formada yazılmaqla hər biri təqsirləndirilən şəxs tərəfindən imzalanmış və bu hallar şəxsə ittiham verilməsi üçün yetərli hesab edilmişdir. Halbuki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs özünün könüllü olaraq yoxsa ona ünvanlanmış suala mı əsasən bu ifadələri verməsini müəyyən etmək mümkün olmamış, sadəcə şəxsiyyəti barədə məlumatlar və “hazırki cinayət işi üzrə aşağıdakılara göstərə bilərəm” cümləsi və komputer vasitəsi ilə yazılmış ifadədən ibarət “şahidi dindirmə protokolu”nun işə əlavə edilməsi məqbul hesab edilmişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini səmimi və inandırıcı, ibtidai istintaq zamanı AR CPM-nin tələbləri gözlənilmədən tərtib edilərək imzalanmış ifadələrini isə döyülmə və təzyiq nəticəsində imzalanmış ifadələr kimi qiymətləndirir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri olmuşdur. Halbuki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslərin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin hər biri onlara məxsus əmlakların oğurlanması ilə bağlı polis orqanlarına müracət etdiklərini təsdiq etsələr də, oğurluğun kim tərəfindən törədildiyini bilmədiklərini, Təqsirləndirilən şəxs ilk dəfə hazırda məhkəmə iclasında gördüklərini bildirmişlər. Həmçinin, məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs5 ifadənin yerində yoxlanması üçün təqsirləndirilən şəxsin onun evinə gətirilməsi zamanı evdə olmadığını, evdə həyat yoldaşı və uşaqlarının olduğunu, həyat yoldaşının deməsinə görə bir cavan oğlanın polis əməkdaşları tərəfindən gətirildiyini, həmin oğlanın pəncərədən evə daxil olduğunu bildirsə də, pəncərənin yerini düz göstərmədiyini, bundan əlavə qapının qıfılığının da sındırılmş vəziyyətdə olmasına baxmayaraq bu barədə bir söz demədiyini, digər Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı evdə olmadığını, həmin vaxt o, işdə olarkən müstəntiqin ona zəng edərək həmin şəxsi evə apardığını və onun cinayəti törətdiyini etiraf etdiyini bildirdiyini, həmin vaxt evin qapısının bağlı olduğunu və müstəntiqin təqsirləndirilən şəxsin ifadəsini yerində yoxlamasının mümkün olmadığını, ilk dəfə Təqsirləndirilən şəxs hazırda məhkəmədə gördüyünü, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə inanmadığını, Zərərçəkmiş şəxs12 onun həyətindən aparılmış su qızıdrıcısının Təqsirləndirilən şəxs tərəfindən aparılmasının mümkün olmadığını, qonşunun həyətindən olan videokameralara baxdığını və həmin su qızdırıcısını aparan şəxsin xarici görünüşünün və boyunun tam fərqli olduğunu və Təqsirləndirilən şəxs heç uyğun gəlmədiyini, müstəntiqin işə vicdansız yanaşdığını və formal sənədləşmə apardığını, 3 metr hündürlüyü olan hasardan həmin su qızdırıcısının tək insan tərəfindən aparılmasının mümkün olmadığını, iş üzrə keçirilmiş heç bir istintaq hərəkətində iştirak etmədiyini, polis bölməsində ona təqsirləndirilən şəxsi məhkəmədə görəcəyini bildirdiklərini, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilk dəfə olaraq hazırda məhkəmə iclasında gördüyünü, onun özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, yaşadığı ərazidə olan şəxsləri tanıdığını, Emili bir dəfə də olsun o ərazilərdə görmədiyini, oğurluğun bu şəxs törədildiyinə inanmadığını, istintaq zamanı ona Təqsirləndirilən şəxs şəkilinin göstərildiyini və məhkəmədə bu şəxsi görməsini deməsinin bildirildiyini, lakin o, həqiqəti söyləyərək həmin şəxsi o ərazidə görmədiyini bildirdiyini, Təqsirləndirilən şəxs onun evinə gətirilərək ifadəsinin yerində yoxlanılmadığını, o, hadisə yerinə gətirilmiş olsa idi, bundan məlumatının olmamasının mümkün olmadığını, müstəntiq tərəfindən təqdim edilmiş sənədləri oxumadan imzaladığını, ümumiyyətlə latın qrafikalı əlifbanı oxumaqda çətinlik çəkdiyini və bu səbəbdən həmin sənədləri oxumadığını, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilk dəfə hazırda məhkəmə iclasında gördüyünü, müstəntiqin onun ifadəsinin yerində yoxlanılması üçün hadisə yerinə gətirəcəyini bildirməsinə baxmayaraq gətirmədiyini, şirkətin hər zaman qapısının bağlı olduğunu və o, özü orda olmadığı halda təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasının mümkün olmadığını, oğurlanmış əmlakların bir insan tərəfindən aparılmasının mümkün olmadığını, həmin ərəfədə qonşuların da əmlaklarının oğurlandığını, oğurluğun başqa şəxs tərəfindən törədilməsi barədə ona məlumat verildiyini, həmin şəxsin Təqsirləndirilən şəxs olmadığını, Zərərçəkmiş şəxs7 onun evinin Ramana qəsəbəsində yerləşdiyini, evə pəncərədən daxil olmaqla girildiyini, ekspert tərəfindən əl-barmaq izlərinin götürüldüyünü, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı evdə olmadığını və həmin istintaq hərəkətində iştirak etmədiyini, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ilk dəfə olaraq hazırda məhkmə iclasında gördüyünü, oğurluğun kim tərəfindən törədildiyini bilmədiyini, ifadənin yerində yoxlanılması zamanı iştirak etmədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs hadisə yerinə gətirildiyini görmədiyini, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs hadisə yerinə ifadələrinin yoxlanılması üçün əməliyyatçılar tərəfindən gətirildiyini, müstəntiqin həmin istintaq hərəkətində iştirak etmədiyini, Emil həmin vaxt evdən oğurluq etdiyini etiraf etdiyini, lakin Təqsirləndirilən şəxs onun evindən oğurluq etdiyinə inanmadığını, Emil Ramanada yaşamadığını, onu tanımadığını, evdən nə zaman çıxmasından məlumatının olmadığını, oğurluğun həmin ərazidə yaşayaraq onu tanıyan şəxs tərəfindən törədildiyinə inandığını, onun evindən əl-barmaq izlərinin götürüldüyünü, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı ona sual vermək istədiyini, lakin əməliyyatçıların ona sual verməyə imkan vermədiklərini, Təqsirləndirilən şəxs onun evinə gətirilməsindən öncə əməliyyatçılara pulların konkret olaraq haradan oğurlandığını dediyini, Təqsirləndirilən şəxs evə gətirilən zaman isə əməliyyatçıların Emilə pulları konkret hardan götürməsini soruşaraq Emilin də həmin yeri göstərməsindən sonra zərərçəkmiş şəxs olaraq ona sual verməyə imkan vermədən Emili hadisə yerindən apardıqlarını, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ilk dəfə olaraq hazırda məhkəmə iclasında gördüyünü, onun ifadəsinin yerində yoxlanılmadığını, müstəntiqin ona zəng edərək evindən oğurluq edən şəxsin adının Emil olduğunu bildirdiyini, əslində onun evindən oğurluq edən şəxsin öz qonşusu olduğunu, üç dəfə onun evinə daxil olaraq əmlaklar oğurladığını bildirmişlər ki, göstərilən bu xüsusatlar ibtidai istintaq orqanı tərəfindən yalnız təqsirləndirilən şəxsin deyil, eyni zamanda zərərçəkmiş şəxslərin də hüquqlarının pozulmasına, onların iştirak etmək hüquqlarının olduğu istintaq hərəkətlərində iştiraklarına şərait yaradılmamasına, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslərin öz hüquqlarını lazimı səviyyədə bilməmələrindən istifadə etməsinə dəlalət edir. Göründüyü kimi, zərərçəkmiş şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr sadəcə onlara məxsus əmlakların oğurlanması faktını təsdiq etməklə ifadələrdə göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. Bununla yanaşı, istintaq orqanının sübut qismində istinad etdiyi “İfadələrin yerində yoxlanılması”na dair protokola münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı müstəntiqin və müdafiəçinin həmin istintaq hərəkətində iştirak etmədiyini, onun əməliyyatçılar tərəfindən hadisə yerlərinə aparılaraq fotoşəkillərinin çəkildiyini, cəmi 1-2 dəfə ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxslərdən kiminsə orada olduğunu, həmin epizodlarla bağlı əməliyyatçıların onu döyərək öncədən ona bildirdikləri yerlərdən oğurluq etdiyini dediyini və onların öyrətdikləri qaydada əlini həmin yerlərə uzadaraq fotoşəkillərinin çəkilməsinə şərait yaratdığını bildirmişdir. Göstərilən xüsusatın dəqiqləşdirilməsi üçün təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi sual ünvanlandıqda müdafiəçi özünün müdafiəçi olaraq hər hansı “ifadənin yerində yoxlanılması”na dair istintaq hərəkətində iştirak etmədiyini bildirmiş, həmin protokolda imzasının olmasını isə müstəntiq tərəfindən təqdim edilmiş sənədləri diqqətlə nəzərdə keçirmədən imzalaması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı müstəntiqin və müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməməsi və onun əməliyyatçılar tərəfindən hadisə yerinə aparılması Zərərçəkmiş şəxs10 ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, o, ifadəsində Təqsirləndirilən şəxs hadisə yerinə ifadələrinin yoxlanılması üçün əməliyyatçılar tərəfindən gətirildiyini, müstəntiqin həmin istintaq hərəkətində iştirak etmədiyini, istintaq hərəkəti zamanı əməliyyatçıların ona Təqsirləndirilən şəxs sual verməyə imkan vermədiklərini bildirmişdir. Digər zərərçəkmiş şəxslər isə ümumiyyətlə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmadığını, Zərərçəkmiş şəxs5 isə ifadənin yerində yoxlanması üçün təqsirləndirilən şəxsin onun evinə gətirilməsi zamanı evdə olmadığını, evdə həyat yoldaşı və uşaqlarının olduğunu, həyat yoldaşının deməsinə görə bir cavan oğlanın polis əməkdaşları tərəfindən gətirildiyini, həmin oğlanın pəncərədən evə daxil olduğunu bildirsə də, pəncərənin yerini düz göstərmədiyini, bundan əlavə qapının qıfılının da sındırılmş vəziyyətdə olmasına baxmayaraq bu barədə bir söz demədiyini bildirmişdir ki, bu da “İfadənin yerində yoxlanılması”na dair istintaq hərəkətinin qanunverciliyin tələblərinin kobud pozulması ilə aparılmasına, həmin protokola əlavə edilmiş fotoşəkillərin formal olaraq çəkilərək cinayət işinə əlavə edilməsinə dəlalət etməklə “İfadənin yerində yoxlanılması haqqında” 02 avqust 2022-ci il tarixli protokolun sübut kimi qəbul edilməsini istisna etməklə həmin protokolun sübutlar siyahısından xaric edilməsini zəruri edir. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokollarıdır ki, məhkəmə qeyd edir ki, həmin protokollar özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxslər tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəd olmaqla, hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bununla yanaşı, hadisə yerinə baxış keçirilməsi ilə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi olması müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut aşkar edilməmiş, hadisə yerində kriminalist-ekspert dəvət olunaraq əl-barmaq izləri götürülmüşdür. Həmçinin, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs7 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində onlara məxsus əmlakların oğurlanması ilə hadisə yerinə baxış keçirilən zaman ekspert tərəfindən hadisə yerindən əl-barmaq izlərinin götürüldüyünü bildirmişlər. Bundan savayı, cinayət işinin materiallarında olan (cild 03, i.v.122) Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, onun yaşadığı və oğurluq hadisəsinin baş verdiyi ünvandan əl-barmaq izləri götürülmüşdür. Göründüyü kimi, hadisə yerinə baxış protokollarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 evinə baxış keçirilən zaman əl-barmaq izlərinin götürülməsi barədə müvafiq qeyd aparılmamış, yalnız Zərərçəkmiş şəxs1 məxsus evə baxış zamanı hadisə yerindən əl-barmaq izlərinin götürülməsi hadisə yerinə baxış protokolundan göstərilsə də, nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6 evindən götürülmüş əlbarmaq izlərinin kimə məxsus olması müəyyən edilməmişdir. Çox maraqlı bir hal da ondan ibarətdir ki, Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus həyətyanı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış protokolunda hadisə yerindən əl-barmaq izlərinin götürülməsinə dair müvafiq qeyd aparılmasa da, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 011- 4638-1222 saylı məktubdan görünür ki, 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus həyətyanı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (cild 03, i.v.148) Göründüyü kimi, istintaq orqanı tərəfindən iş üzrə qanunla müəyyən edilmiş qaydada araşdırma aparılmadan, hadisə yerinə baxış protokollarında göstərilməsi zəruri olan məlumatlar göstərilmədən, hadisə yerlərindən götürülmüş əl-barmaq izlərinin kimə məxsus olması müəyyən edilmədən, Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus həyətyanı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilərək müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməməsi nəzərə alınmadan (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayətinə görə məhkum edilmiş və onun əl-barmaq izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında mövcuddur) sadəcə formal hazırlanmış sənədləri toplayaraq məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, istintaq orqanı sadəcə formal sənədlər tərtib etmiş, müvafiq olaraq cinayət prosesi iştirakçılarının öz hüquqlarını lazımi səviyyədə bilməməsindən istifadə edərək onlar tərəfindən imzalanmasını təmin etməklə və müvafiq sənədləri məhkəməyə göndərməklə kifayətlənmiş və həmin sənədlər əsasında şəxsə ittiham elan edilməsini məqbul hesab etmişdir. Nəzərə alınsa ki, sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslər özləri yuxarıda göstərilən hallara əsaslanaraq oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə inanmadıqlarını və iş materialları ilə cinayətin məhz onun tərəfindən sübuta yetirilmədiyini göstərmişlər, təqsirləndirilən şəxs istintaq zamanı fiziki təsir altında ifadələri oxumadan imzaladığını (hansı ki, bu fakt öz təsdiqini mötəbər sübutlarla tapmışdır), hadisə yerində polis əməkdaşlarının göstərdiyi yerlərə əlini uzadaraq fotoşəkillərinin çəkildiyini, həmin istintaq hərəkətində müstəntiqin və müdafiəçinin iştirak etmədiyini göstərmişdir, iş materiallarında isə bunlardan savayı bir dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən əl-barmaq izləri, maddi sübut, hadisə günü təqsirləndirilən şəxsin həmin ünvanda olmasını təsdiq edə biləcək bir şahid ifadəsi, zərərçəkmiş tərəfin iştirakı ilə ifadənin yerində yoxlanması protokolu, kamera görüntüləri və ya anten məlumatları), məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkənin ayrıayrılıqda tədqiq etdiyi epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs12 onlara dəymiş zərərin ödənilməsinə dair ərizələrinə münasibətdə isə məhkəmə həm zərərçəkmiş şəxslərin özlərinin onlara dəymiş ziyanın ödənilməməsinə, həm də Təqsirləndirilən şəxs özünün zərərçəkmiş şəxslərdən heç birinə hər hansı məbləğdə ödəniş edilməməsinə dair göstərdikləri xüsusatları nəzərə alaraq həmin ərizələrin formal olaraq, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini inandırıcı etmək naminə əlavə edilmiş ərizələr kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu) məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əsas qanunun 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X14 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ********* saylı cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ********* saylı cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar