Məhkəmə qərarları › İş №1(008)-138/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-138/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-138/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, avtoyuma məntəqəsində avtomobil yuyucu işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus və sonuncu tərəfindən kimyəvi təmizlik üçün onun yuyucu kimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 383 ünvanda yerləşən “Avto Yuma” məntəqəsinə verilmiş 2016-cı il buraxılışlı “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyatlı qeydiyyat nişanlı avtomobilini sahibi Zərərçəkmiş şəxs xəbəri və razılığı olmadan, qanunsuz olaraq ələ keçirib qaçıraraq idarə edib oradan uzaqlaşmaqla, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ş.Kamilov küçəsinədək sürüb talama məqsədi olmadan qanunsuz olaraq özgənin avtomobilini ələ keçirmiş və yolda olarkən idarəetməni itirib Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ş.Kamilov küçəsində yol-nəqliyyat hadisəsi törədərək, yol kənarında saxlanılmış və "xxxx" MMC-yə məxsus, 2018-ci il buraxılışlı “Wolkswagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, Şahid4 məxsus “Toyota Prius” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı, Şahid2 məxsus “Toyota Prius” markalı 77-CX- 613 dövlət qeydiyyat nişanlı avtomobillərlə, həmçinin Şahid3 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə quraşdırılmış darvazanı zədələyib, “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə 10.045 (on minqırx beş) manat dəyərində ziyan vurmaqla, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmuşdur Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində yuyucu işləmişdir. 09 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində işlədiyi avtoyuma məntəqəsində “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyat nişanlı avtomobili kimyəvi təmizlik etmiş, bu zaman su içmək istədiyi üçün ətrafdakı mağazalar bağlı olduğundan, təmizlədiyi avtomaşına minərək, su almaq üçün Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzi istiqamətinə getmişdir. O, həmin vaxtı avtomobili təxminən 100-120 km/saat sürətlə idarə etmiş, bu zaman qəflətən idarəetməni itirmiş və yol ilə hərəkətdə olan “Toyota Prius” markalı, **-DT-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə çırpılmışdır, sonra yol qırağında dayanmış digər “Toyota Prius” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə sürtüb yanından keçmiş, oradan sonra yolda parklanmış “Wolkswagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq, tanımadığı yolun kənarında yerləşən həyət evinin dəmir darvazasına çırpılıb dayanmışdır. “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyatlı nömrə nişanlı avtomobilin sahibi tərəfindən ona həmin avtomobili sürmək hüququ verilməmiş, sadəcə olaraq, o, su almaq üçün həmin avtomobili sahibindən icazəsiz və razılığı olmadan sürüb aparmışdır. Onun “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyat nişanlı avtomobili sürməkdə məqsədi həmin avtomobili talamaq yox, avtomobillə gedib mağazadan su aldıqdan sonra iş yerinə qayıtmaq olmuşdur. O, "Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobili 100-120 km/saat sürətlə idarə etmişdir. Hadisə vaxtı o, nə özünə, nə də ətrafdakı şəxslərdən heç kimə heç bir bədən xəsarəti yetirməmişdir. Onun sürcülük vəsiqəsi və sürücülük hüququ yoxdur, idarə etdiyi ‘‘Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, o, sadəcə olaraq avtomobilin kimyəvi təmizlənməsini etməli olmuşdur. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 05 iyun 2024-cü il tarixdə saat 11 radələrində ünvan 4 ünvanda yerləşən avtoyuma yerinə avtomobilini kimyəvi təmizləmə üçün vermişdir, avtomobilini 06 iyun 2024-cü il tarixdə təhvil alacaqdı və avtomobili avtoyuma yerində təmizləyən Kənanda olmuşdur. O, 09 iyun 2024-cü il tarixdə saat 01 radələrində evdə olan zaman avtoyumanın işçisi olan Kənan ona zəng edərək, avtomobilini vurduğunu demişdir. O, harada olmasını soruşmuş və Kənan ona, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Krivetka Pub” adlı restoranın qarşısında olduğunu demişdir. O, dərhal hadisə yerinə gedib görmüşdür ki, Kənan onun icazəsi olmadan, avtomobilini sürərək qəzalar törətmiş, yəni onun avtomobili ilə iki ədəd “Toyota Prius” markalı, bir ədəd “Wolkswagen Polo” markalı avtomobili vuraraq yararsız hala salmışdır. Sonda isə ünvan 5 ünvanın həyətində giriş darvazasına çırpılması nəticəsində darvazanı yararsız hala salmışdır. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Bu barədə hadisə yerində olan şəxslərdən kimsə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları getmiş, mütəxəssisin ona verdiyi arayışdan məlum olmuşdur ki, ona ümumilikdə 10.045 (on min qırx beş) manat ziyan dəymişdir. O, avtomobilini avtoyuma məntəqəsinə verən zaman Kənana sürməyə icazə verməmiş, ancaq kimyəvi təmizləmə edib təhvil almalı idi. Həmin şəxs onun icazəsi olmadan, avtomobilini çox sürətli şəkildə sürərək, qəzalar törədərək yararsız hala salmışdır. O, müstəqil ekspert tərəfindən verilmiş qiymətləndirmə əsasında ziyanı 10.045 (on min qırx beş) manat qeyd etmişdir. Ancaq rəsmi olaraq ekspert rəyində hal-hazırki gündə orta bazar qiyməti 9065,0 manat olduğu qeyd olunmuşdur. O, həmin ekspert rəyi ilə razı deyil, ona vurulmuş ziyanın 10.045 (on min qırx beş) manat hesablanmasını xahiş etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 09 iyun 2024-cü il tarixdə saat 01 radələrində idarə etdiyi "Toyota Prius” markalı **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Krivetka Pub” restoranının qarşısında saxlayıb tanışı ilə söhbət edərkən, qəfildən bir nəfər tanımadığı oğlan idarə etdiyi “Chevrolet Malibu” markalı **-MQ- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürətlə gəlib başqa bir “Toyota Prius” markalı avtomobilə çırpıldıqdan sonra onun idarə etdiyi və yolun kənarında sazlanılmış vəziyyətdə olan “Toyota Prius” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürtərək, hərəkətinə davam etməyə başlamışdır, sonradan qabaqda yolun kənarında saxlanılmış “Wolkswagen Polo” markalı avtomobilə bərkdən çırpılıb orada olan həyət evinin dəmir darvazasına çırpılaraq dayanmışdır. Həmin darvaza və “Wolkswagen Polo” markalı avtomobil də yararsız vəziyyətə düşmüşdür. Qonşular bu barədə DİN-in 102 xidmətinə məlumat vermişlər və az sonra polis əməkdaşları hadisə yerinə getmişlər. Hadisə nəticəsində ona təxminən 800 manat maddi ziyan vurulmuş, həmin avtomobilin sığortası tərəfindən ziyanın qarşılanmasını xahiş etmişdir. O “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxsi tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 09 iyun 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman güclü partlayış səsi eşidib məhləyə çıxmış, bu zaman həyətinin dəmir darvazasının açıq olduğunu, yaxınlaşdıqda, qapının əzilərək yararsız hala düşməsini görmüşdür. O, küçəyə çıxdıqda, tanımadığı şəxslərin dayanmasını və bir nəfər tanımadığı oğlanın idarə etdiyi “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib dəmir darvazaya çırpılıb dayandığını görmüşdür. Bu barədə qonşular DİN-in 102 xidmətinə məlumat vermişlər və sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. O, həmin dəmir darvazanı 2016-cı ildə 3.000 (üç min) manata qoydurmuşdur. O, “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxsi tanımamış, sonradan öyrənmişdir ki, həmin şəxs idarəetməni itirərək, gedib onun dəmir darvazasına çırpılaraq dayanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Toyota Prius” markalı **-DT-*** dövlət nömrə nişanlı avtomobilini əvvəlki sahibi olmuş X4 14 avqust 2023-cü il tarixdə avtomobilin tam dəyərini pulla ödəyərək almış və həmin tarixdən etibarən sözügedən avtomobili idarə etmək üçün Faiq Şirinov tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir, yəni avtomobilin faktiki sahibi özü olmuşdur. O, 09 iyun 2024-cü il tarixdə saat 01:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı ** DT *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Krivetka” adlı pub-restoranın yaxınlığında hərəkətdə olarkən, qəfildən yan tərəfində hərəkətdə olan “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək, avtomobilinə çırpılmışdır. Sonra yolun kənarında dayanmış vəziyyətdə olan başqa bir qara rəngli “Toyota Prius” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürtərək, hərəkətinə davam etmiş, sonra da özündən qabaqda yolun kənarında saxlanılmış vəziyyətdə olan “Wolksvagen Polo” markalı avtomobilə bərkdən çırpılmış, sonda isə oradakı həyət evinin dəmir darvazasına çırpılaraq dayanmışdır. Həm onun avtomobili, həm də darvaza və “Wolksvagen Polo” markalı avtomobil yararsız vəziyyətə düşmüşdür. Bu barədə ətrafda olan şəxslər Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişlər, az sonra polis əməkdaşları hadisə yerinə getmişlər. Hadisə vaxtı ona məxsus “Toyota Prius” markalı **-DT-*** dövlət nömrə nişanlı avtomobilin arxa sol qanadı, arxa sol qapısı, arxa sol qapısının yuxarı (dam) hissəsi, arxa sol təkəri, arxa çanaq (xodovoy) və arxa sol buferi zədələnərək, yarasız vəziyyətə düşmüş və ona ümumilikdə 1.400 (bir min dörd yüz) manat məbləğdə maddi ziyan dəymişdir. O, “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası tərəfindən ona vurulmuş maddi ziyan qarşılanmasını xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin nümayəndəsidir, həmin Şirkətdə işləyir, Şirkət əsas fəaliyyəti üzrə nəqliyyat vasitələrinin satışı, təmiri və sair xidmətlərlə məşğul olur. “Wolksvagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur və 10 iyun 2024-cü il tarixdən etibarən sözügedən avtomobilə dair sənədləşdirmə işləri ona həvalə edilmişdir. 09 iyun 2024-cü il tarixdə saat 01:00 radələrində “Wolksvagen Polo” markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Krivetka” adlı pub-restoranın yaxınlığında saxlanılmış vəziyyətdə olarkən, qəfildən yolda hərəkətdə olmuş “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək, əvvəlcə yolda hərəkətdə olan “Toyota Prius” markalı avtomobilinə çırpılmış, sonra yolun kənarında dayanmış vəziyyətdə olan başqa bir “Toyota Prius” markalı avtomobili sürtüb hərəkətinə davam etmişdir, sonra da özündən qabaqda yolun kənarında saxlanılmış vəziyyətdə olmuş, onun nümayəndəsi olduğu "xxxx" MMC-yə məxsus olan “Wolksvagen Polo” markalı avtomobilə bərkdən çırpılmış, sonda isə orada həyət evinin dəmir darvazasına çırpılaraq dayanmışdır. Həm “Toyota Prius” markalı avtomobillər, həm Şirkətə məxsus “Wolksvagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, həm də darvaza zədələnərək yararsız vəziyyətə düşmüşdür. Ətrafda olmuş şəxslər bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişlər və az sonra polis əməkdaşları hadisə yerinə gedib müayinə aparmışlar. Hadisə nəticəsində Şirkətə məxsus “Wolksvagen Polo” markalı **-PS-*** dövlət nömrə nişanlı avtomobilin ön bamperi, ön hər iki faraları, ön paneli, ön sağ və sol qanadları, antifrizeri, kondisioneri, radiatorları, arxa sol bamperi, arxa sağ və sol faraları, ön və arxa faraların xizəkləri, amartizatoru, diskləri, alt çanağı və digər əhəmiyyətli ehtiyat hissələri zədələnmişdir, bu zaman Şirkətin avtomobilə dair yeni ehtiyat hissələri almasına 5.089 manat, usta-təmir işlərinə 2.180 manat məbləğdə olmaqla, ümumilikdə 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğdə maddi ziyan dəymişdir. Həmin “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası tərəfindən Şirkətə vurulmuş maddi ziyanın qarşılanmasını xahiş etmişlər, hadisəni törətmiş şəxsdən Şirkətin heç bir şikayəti və ya tələbi olmamışdır. O, “Chevrolet Malibu” markalı 77-MQ- 258 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi tanımamış, sadəcə sonradan öyrənmişdir ki, həmin şəxs idarəetməni itirərək, yolda özündən öndə yol kənarında saxlanılmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus “Wolksvagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə bərkdən çırpılıb avtomobil yararsız vəziyyətə salmışdır. O, müstəqil ekspert tərəfindən verilmiş qiymətləndirmə əsasında ziyanı 7.269 (yeddi min iki yüz altmış doqquz) manat qeyd etmişdir. Ancaq rəsmi olaraq hal-hazırki gündə orta bazar qiyməti 7119,0 manat olduğu üçün ekspert rəyinə etirazı yoxdur və həmin rəylə razılaşmışdır (i.v.52-54); Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 əlavə ifadəsində göstərmişdir ki, təyin olunmuş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 9/7366 saylı ekspert rəyində göstərilmişdir ki, 2018-ci il buraxılışlı, ag rəngli “Wolkswagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 16500,00 (16300+16400+16800) : 3 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Müstəqil ekspert X1” tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 733 nömrəli 2018-ci il buraxılışlı ağ rəngli, “Wolkswagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7119,0 müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti - 5089,00 manat; təmirbərpa işlərinin qiyməti - 2030,00 manat qeyd olunmuşdur. O isə ziyanın 7.269 (yeddi min iki yüz altmış doqquz) manat olmasını qeyd etməsini onun müstəqil ekspert tərəfindən verilmiş qiymətləndirmə əsasında müəyyənləşdirmişdir. Ancaq rəsmi olaraq ekspert rəyində hal-hazırki gündə orta bazar qiyməti 7119,0 manat olduğu qeyd olunmuşdur. O, həmin ekspert rəyinə etirazı yoxdur və həmin rəylə razılaşmışdır (i.v.91-92); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 iyun 2024-cü il tarixli 1/5084 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır (i.v.12); Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti tərəfindən tərtib edilən arayışdan görünür ki, “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar, zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunması və usta xərclərinə ümumilikdə 10.045 (on min qırx beş) manat məbləğdə maddi ziyan dəymişdir (i.v.33-35); Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti tərəfindən tərtib edilən arayışdan görünür ki, “Wolswagen Polo” markalı **-PS-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar, zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunması və usta xərclərinə ümumilikdə 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğdə maddi ziyan dəymişdir (i.v.59-61); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılmış və 05 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.1-ci maddəsinin tələblərinə əsasən, həmin cinayət işi üzrə icraata xitam verilmişdir (i.v.69-70); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 avqust 2024-cü il tarixli 9/6277 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Müstəqil ekspert X2 tərəfindən tərtib edilmiş arayışda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2016-cı il buraxılışlı ağ rəngli rəngli, ‘‘Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9065,0 müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti - 6975,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2090,00 manat (i.v.71-74); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 9/7366 nömrəli rəyindən görünür ki, ekspertiza rəyini haqqında qərarda qeyd edilən eni 3 metr 60 santimetr, hündürlüyü 30 metr olan dəmir darvazanın 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 750,00 manat müəyyən edilir. 2018-ci il buraxılışlı, ag rəngli “Wolkswagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 16500,00 (16300+16400+16800): 3 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Müstəqil ekspert X2” tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 733 nömrəli 2018-ci il buraxılışlı ağ rəngli, “Wolkswagen Polo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7119,0 müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti - 5089,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2030,00 manat (i.v.77- 81); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.99-100); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.110-111); Toplanmış sübutların qiymətləndirilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus «Chevrolet Malibu» markalı **-MQ- *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, iş üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilməsi nəzərə alınmışdır (i.v.118-128); Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü 1 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, 09 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus və sonuncu tərəfindən kimyəvi təmizlik üçün onun yuyucu kimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 383 ünvanda yerləşən “Avto Yuma” məntəqəsinə verilmiş 2016-cı il buraxılışlı “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyatlı qeydiyyat nişanlı avtomobilini sahibi Zərərçəkmiş şəxs xəbəri və razılığı olmadan, qanunsuz olaraq ələ keçirib qaçıraraq idarə edib oradan uzaqlaşmaqla, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ş.Kamilov küçəsinədək sürüb talama məqsədi olmadan qanunsuz olaraq özgənin avtomobilini ələ keçirmiş və yolda olarkən idarəetməni itirib Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ş.Kamilov küçəsində yol-nəqliyyat hadisəsi törədərək, yol kənarında saxlanılmış və "xxxx" MMC-yə məxsus, 2018-ci il buraxılışlı “Wolkswagen Polo” markalı **- PS-*** dövlət qeydiyyat nişanlı, Şahid4 məxsus “Toyota Prius” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı, Şahid2 məxsus “Toyota Prius” markalı 77-CX- 613 dövlət qeydiyyat nişanlı avtomobillərlə, həmçinin Şahid3 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə quraşdırılmış darvazanı zədələyib, “Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə 10.045 (on minqırx beş) manat dəyərində ziyan vurmaqla, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmuşdur. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 avqust 2024-cü il tarixli 9/6277 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Müstəqil ekspert X2 tərəfindən tərtib edilmiş arayışda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2016-cı il buraxılışlı ağ rəngli rəngli, ‘‘Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9065,0 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti - 6975,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2090,00 manat . Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ümumilikdə 10.045 (on minqırx beş) manat ziyan vurduğunu qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini və arayışı daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2024-cü il tarixli 9/6277 nömrəli ekspert rəyində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2016-cı il buraxılışlı ağ rəngli rəngli, ‘‘Chevrolet Malibu” markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9065,0 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 9065,0 manat olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 9065,0 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - «Chevrolet Malibu» markalı **-MQ-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı (CPM-132), 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. iş üzrə maddi sübut - «Chevrolet Malibu» markalı **-MQ-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar