Məhkəmə qərarları › İş №1(008)-14/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-14/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-14/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi5, Müdafiəçi8, Müdafiəçi7, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxxxx 1998-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1997-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada mebel ustası işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1999-cu il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni məhəllə, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1999-cu il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1997-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Rahat” Marketlər şəbəkəsinin Azadlıq filialında satıcı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 2000-ci il tarixində Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3, dostları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ilə 02 may 2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində idarə etdiyi “Kia Ceed” markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətə başlayarkən yol verməli olduğu halda arxadan eyni istiqamətdə hərəkət olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən yola çıxaraq qəza şəraiti yaratması səbəbindən sürücü Zərərçəkmiş şəxs1 səs siqnalından istifadə etməklə bildirdiyi haqlı iradını qəbul etmək əvəzinə, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxası ilə sürüb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində uzaq vuran işıqlardan istifadə etməklə saxlama işarəsi vermiş, saxlamadıqda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki “Mega Palaca” Şadlıq Sarayı ilə üzbəüz Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qarşısında saxlayıb hərəkət istiqamətini məhdudlaşdırmış, Zərərçəkmiş şəxs1 isə mübahisə olmasın deyə avtomobili idarə edərək ərazidən uzaqlaşmasına daha da hiddətlənib təqibi davam etdirərək Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə Ramiz Qəmbərov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında məcburi qaydada dayanmasından istifadə edib Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6la birlikdə avtomobildən düşərək bir qrup şəxs halında özlərinin üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmalarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyəti ilə qrup üzvləri Təqsirləndirilən şəxs2 “BMW” markalı avtomobilin arxa sol qapısına, arxa sol qapının tutacağına, Təqsirləndirilən şəxs1 isə arxa sağ qanadına və farasına təpiklə vurub zədələmiş, cinayətkar hərəkətlərini inadla davam etdirərək Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6la birlikdə “BMW” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağındakı Zərərçəkmiş şəxs3 düşürdərək Təqsirləndirilən şəxs6 ənsə nahiyyəsindən yumruqla, Təqsirləndirilən şəxs5 yumruqla sol gözündən, Təqsirləndirilən şəxs1 təpiklə sol bazu və sol dirsək nahiyyəsindən, o, isə təpiklə sol dizindən və sağ baldırından, daha sonra Təqsirləndirilən şəxs6 dostlarına köməyə gələn sürücü Zərərçəkmiş şəxs1 yumruqla sağ gözündən, Təqsirləndirilən şəxs5 yumruqla ənsə nahiyyəsindən, Təqsirləndirilən şəxs4 yumruqla burun nahiyyəsindən, o, isə təpiklə sol əlindən, həmin vaxt qrupun digər üzvü Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs2 alın və sol gicgah nahiyyəsindən, Təqsirləndirilən şəxs1 isə yumruqla sol göz nahiyyəsindən vurmaqla, Zərərçəkmiş şəxs1 ənsə, sağ göz yuvasıaltı və burun nahiyələrinin, sol əlin İV barmağının qançırları kimi, sağlamlığa ziyan vurmadığı üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs3 sol göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması, ənsə, burun, sol bazu, sol dirsək, hər iki diz oynağı və sağ baldır nahiyələrinin qançır və sıyrıqları kimi, yüngül dərəcəli və Zərərçəkmiş şəxs2 sol göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması, alın və sol gicgah nahiyələrinin qançırları kimi, yüngül dərəcəli xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs6 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. 02 may 2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qarşısında görüşmüş, bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs5 iş yerinə düşürtmək üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığına getməyi qərarlaşdırmışlar. Bu məqsədlə, o, özünə məxsus “Kia Ceed” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında, Fərhad ön sərnişin oturacağındada, Kənan, Zaur, Elşən və Əjdər isə arxa oturacaqda əyləşmişdir. O, avtomobili idarə edərək yola çıxmış, bu zaman yanında “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil yanlarında dayanmış, avtomobilin sürücüsü onunla kobud şəkildə danışaraq güzgüdən istifadə etməməsini ona irad bildirmiş, daha sonra söyüş söyərək avtomobilini onların qarşısı ilə sürüb, anidən əyləci basmaqla qəza vəziyyəti yaratmışdır. Onlar Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olmuş, Vüqarın onu təhqir etməsinin səbəbini soruşmaq məqsədi ilə o, uzaq vuran işıqlardan istifadə etməklə avtomobili saxlaması üçün Vüqara işarə etmiş, lakin, Vüqar avtomobili saxlamamışdır. O, yolun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki “Mega Palaca” Şadlıq Sarayı ilə üzbəüz hissəsində “BMW” markalı avtomobilin qarşısını kəsmiş, avtomobildən enərək Vüqarın idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Həmin vaxt, Kənan aqressiv olduğu üçün “BMW” markalı avtomobilə təpik vurmuş, Vüqar avtomobili Kənan və Fərhadın üzərinə sürərək oradan uzaqlaşmışdır. Həmin yolun sonunda yerləşən işıqforda qırmızı işıq yandığı üçün “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil dayanmış, onun idarə etdiyi avtomobil ilə “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil arasında başqa bir avtomobil olmuşdur. “BMW” markalı avtomobildən 3 nəfər əvvəllər tanımadığı şəxs enmiş, o, Vüqarın söyüş söyməməsinin və qəza vəziyyəti yaratmasının səbəbini öyrənmək məqsədi ilə ona yaxınlaşmışdır. Vüqarla aralarında mübahisə yaranmış, mübahisə zamanı Vüqar onu vuraraq burnunu sındırmışdır. O, aldığı xəsarətin təsirindən şok vəziyyətinə düşmüş, bu səbəbdən də, ətrafda nə baş verdiyinin şahidi olmamışdır. Baş vermiş mübahisə təxminən 40 saniyə davam etmiş, Təqsirləndirilən şəxs5 mübahisə zamanı heç kimə xəsarət yetirməmiş, onları ayrımağa çalışmışdır. Onlar mübahisədən sonra avtomobilə əyləşərək Neftçilər metrostansiyası istiqamətində hərəkət etmişlər. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalamadığı üçün həmin ifadəsində ittihamda qeyd olunanlar təsdiq edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 02 may 2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qarşısında görüşmüş, bir müddət söhbət etdikdən sonra onu iş yerinə düşürtmək üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığına getməyi qərarlaşdırmışlar. Bu məqsədlə, onlar Təqsirləndirilən şəxs6 məxsus “Kia Ceed” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs6 avtomobili idarə edərək yola çıxmış, bu zaman yanında “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil yanlarında dayanmış, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs6 ilə kobud şəkildə danışaraq güzgüdən istifadə etməməsini ona irad bildirmiş, daha söyüş söyərək avtomobilini onların qarşısı ilə sürüb, anidən əyləci basmaqla qəza vəziyyəti yaratmışdır. Onlar Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olmuş, Əbülfəz digər avtomobilin sürücüsünün onu hansı səbəbə görə təhqir etdiyinin səbəbini soruşmaq məqsədi ilə uzaq vuran işıqlardan istifadə etməklə avtomobili saxlaması üçün Vüqara işarə etmiş, lakin, Vüqar avtomobili saxlamamışdır. Əbülfəz yolun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki “Mega Palaca” Şadlıq Sarayı ilə üzbəüz hissəsində “BMW” markalı avtomobilin qarşısını kəsmiş, Vüqarın idarə etdiyi avtomobili Kənangilin üzərinə sürərək oradan uzaqlaşmışdır. Həmin yolun sonunda yerləşən işıqforda qırmızı işıq yandığı üçün “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil dayanmışdır. Bu zaman Əbülfəz idarə etdiyi avtomobili saxlamış və o, Əbülfəz, Fərhad, Zaur, Kənan, Elşən avtomobildən enmiş, “BMW” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobildən üç nəfər, sonradan adlarının Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqlarını bildikləri şəxslər aşağı düşmüşdür. Onlar avtomobildən düşdükdən sonra aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı həmin şəxslər dostlarına, dostları da onlara xəsarətlər yetirmişlər. Lakin o, heç kimə xəsarət yetirməmiş, onların arasına girərək dava edənləri sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs1 oradan uzaqlaşdığı zaman onlara söhbət etmək üçün arxalarınca gəlmələrini bildirmiş, lakin, mübahisənin davam etməməsi üçün onlar başqa yöndə hərəkət etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 02 may 2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qarşısında görüşmüş, bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs5 iş yerinə düşürtmək üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığına getməyi qərarlaşdırmışlar. Bu məqsədlə, onlar Təqsirləndirilən şəxs6 məxsus “Kia Ceed” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs6 avtomobili idarə edərək yola çıxmış, bu zaman yanında “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil yanlarında dayanmış, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs6 ilə kobud şəkildə danışaraq güzgüdən istifadə etməməsini ona irad bildirmiş, daha söyüş söyərək avtomobilini onların qarşısı ilə sürüb, anidən əyləci basmaqla qəza vəziyyəti yaratmışdır. Onlar Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olmuş, Əbülfəz digər avtomobilin sürücüsünün onu hansı səbəbə görə təhqir etdiyinin səbəbini soruşmaq məqsədi ilə uzaq vuran işıqlardan istifadə etməklə avtomobili saxlaması üçün Vüqara işarə etmiş, lakin, Vüqar avtomobili saxlamamışdır. Əbülfəz yolun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki “Mega Palaca” Şadlıq Sarayı ilə üzbəüz hissəsində “BMW” markalı avtomobilin qarşısını kəsmiş, onlar avtomobildən enərək Vüqarın idarə etdiyi avtomobilə yaxınlaşmışlar, həmin vaxt, Vüqar avtomobili onun üzərinə sürüdüyü üçün kənara çəkilərək avtomobilə təpik zərbəsi vurmuşdur. Həmin yolun sonunda yerləşən işıqforda qırmızı işıq yandığı üçün “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil dayanmış, o, sağ ön oturacaqdan enərək Fərhadlə birlikdə söhbət etmək məqsədi ilə Əliyə yaxınlaşmış, çünki, Əli avtomobilin içərisində olduğu zaman yüksək səs tonu ilə danışaraq Əbülfəzə irad bildirmişdir. Əli avtomobildən endikdən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı o, Əlini vurmuşdur. Baş vermiş mübahisə təxminən 1 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs5 avtomobildən ensə də, heç kimə xəsarət yetirməmiş, dalaşanları ayırmağa çalışmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni məhəllə, fərdi yaşayış evində yaşayır. 02 may 2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qarşısında görüşmüş, bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs5 iş yerinə düşürtmək üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığına getməyi qərarlaşdırmışlar. Bu məqsədlə, onlar Təqsirləndirilən şəxs6 məxsus “Kia Ceed” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs6 avtomobili idarə edərək yola çıxmış, bu zaman yanında “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil yanlarında dayanmış, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs6 ilə kobud şəkildə danışaraq güzgüdən istifadə etməməsini ona irad bildirmiş, daha söyüş söyərək avtomobilini onların qarşısı ilə sürüb, anidən əyləci basmaqla qəza vəziyyəti yaratmışdır. Onlar Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olmuş, Əbülfəz digər avtomobilin sürücüsünün onu hansı səbəbə görə təhqir etdiyinin səbəbini soruşmaq məqsədi ilə uzaq vuran işıqlardan istifadə etməklə avtomobili saxlaması üçün Vüqara işarə etmiş, lakin, Vüqar avtomobili saxlamamışdır. Əbülfəz yolun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki “Mega Palaca” Şadlıq Sarayı ilə üzbəüz hissəsində “BMW” markalı avtomobilin qarşısını kəsmiş, onlar avtomobildən enərək Vüqarın idarə etdiyi avtomobilə yaxınlaşmışlar, həmin vaxt, Vüqar avtomobili onun üzərinə sürüdüyü üçün kənara çəkilərək avtomobilə təpik zərbəsi vurmuşdur. Həmin yolun sonunda yerləşən işıqforda qırmızı işıq yandığı üçün “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil dayanmış, o, sağ ön oturacaqdan enərək Kənanla birlikdə söhbət etmək məqsədi ilə Əliyə yaxınlaşmış, çünki, Əli avtomobilin içərisində olduğu zaman yüksək səs tonu ilə danışaraq Əbülfəzə irad bildirmişdir. Əli onun yaxınlaşdığını görərək avtomobildən enmiş, onu vurmaq istədiyi üçün o, özünü qorumaq məqsədi ilə Əlini vurmuşdur. Zərərçəkmiş şəxs1 oradan uzaqlaşdığı zaman onlara söhbət etmək üçün arxalarınca gəlmələrini bildirmiş, lakin, mübahisənin davam etməməsi üçün onlar başqa yöndə hərəkət etmişlər. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs3 tanışlarından Əlinin nörməsini öyrənmiş, onunla əlaqə saxlamışdır. Baş vermiş təxminən 40 saniyə davam etmiş, Təqsirləndirilən şəxs5 avtomobildən ensə də, heç kimə xəsarət yetirməmiş, dalaşanları ayırmağa çalışmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. 02 may 2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qarşısında görüşmüş, bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs5 iş yerinə düşürtmək üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığına getməyi qərarlaşdırmışlar. Bu məqsədlə, onlar Təqsirləndirilən şəxs6 məxsus “Kia Ceed” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs6 avtomobili idarə edərək yola çıxmış, bu zaman yanında “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil yanlarında dayanmış, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs6 ilə kobud şəkildə danışaraq güzgüdən istifadə etməməsini ona irad bildirmiş, daha söyüş söyərək avtomobilini onların qarşısı ilə sürüb, anidən əyləci basmaqla qəza vəziyyəti yaratmışdır. Onlar Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olmuş, Əbülfəz digər avtomobilin sürücüsünün onu hansı səbəbə görə təhqir etdiyinin səbəbini soruşmaq məqsədi ilə uzaq vuran işıqlardan istifadə etməklə avtomobili saxlaması üçün Vüqara işarə etmiş, lakin, Vüqar avtomobili saxlamamışdır. Əbülfəz yolun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki “Mega Palaca” Şadlıq Sarayı ilə üzbəüz hissəsində “BMW” markalı avtomobilin qarşısını kəsmiş, onlar avtomobildən enərək Vüqarın idarə etdiyi avtomobilə yaxınlaşmışlar, həmin vaxt, Vüqar avtomobili onun üzərinə sürüdüyü üçün kənara çəkilərək avtomobilə təpik zərbəsi vurmuşdur. Həmin yolun sonunda yerləşən işıqforda qırmızı işıq yandığı üçün “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobil dayanmış, onlar söhbət etmək məqsədi ilə avtomobildən enmişlər. Avtomobildən endikdən sonra aralarında mübahisə yarandığı üçün qarşılıqlı birbirilərinə xəsarət yetirmiş, lakin, Təqsirləndirilən şəxs5 mübahisəyə qarışmamış, dava edənləri sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs1 oradan uzaqlaşdığı zaman onlara söhbət etmək üçün arxalarınca gəlmələrini bildirmiş, lakin, mübahisənin davam etməməsi üçün onlar başqa yöndə hərəkət etmişlər. Təxminən, bir saat sonra o, tanışlarından Əlinin nörməsini öyrənmiş, onunla əlaqə saxlamış, hər hansı köməkliyə ehtiyac olub-olmadığını soruşmuş, Əli heç nəyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 02 may 2021-ci il tarixində, saat 19 radələrində dostları Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, "xxxx" MMC-yə məxsus mağazanın qarşısında görüşərək biraz həmin yerdə dayanıb söhbət etmişlər. Sonradan Əjdəri iş yerinə düşürtmək məqsədi ilə Əbülfəzin idarə etdiyi “Kia Geed” markalı avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobil parkinq vəziyyətində olmuşdur. Əbülfəz avtomobili geriyə hərəkət etdirmək istəyərkən “BMW” markalı avtomobilin sürücüsü siqnal vermiş və kobud şəkildə onlara irad bildirmişdir ki, avtomobili arxaya verən zaman nə səbəbə güzgüdən istifadə etmirlər və onları təhqir etməyə başlamışdır. Həmin avtomobilin sürücüsü bir neçə dəfə onların olduğu avtomobilin qarşısına anidən keçərək qəfil tormozlama edərək sürücünü çaşdırıb qəza şəraiti yaradırdı. Buna görə onlar zərərçəkmiş şəxslərin həm söyüş söyməsi, həm də qəza şəraiti yaratması ilə əlaqədar məsələni aydınlaşdırmaq məqsədi ilə həmin avtomobilin arxasınca sürmüşlər. İcra Hakimiyyətinin yanında işiqforun qırmızı işiğında məcburi dayanarkən onlar maşından düşüb həmin maşındakı şəxslərə yaxınlaşmışlar. Məsələni aydınlaşdırmağa çalışan zaman aralarında dava düşmüş, nəticə də onun özü də döyülmüşdür. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs1 vurmuş, Zərərçəkmiş şəxs1 da öz növbəsində onu vurmuşdur. Hadisə zamanı Əjdər heç kimi vurmamış, onları ayırmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla ünvan 9 ünvanında yaşayır. 02 may 2021-ci il tarixdə, saat 21 radələrində tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Əliyə məxsus olan “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi isiqamətindən Bakı şəhəri, Nizami rayonu istiqamətində hərəkətdə olmuş, Əliyə məxsus avtomobili Vüqar idarə etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən “Bakcell" MMC-yə məxsus dükanın qarşısından keçdikləri zaman anidən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan “Kia” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsinə çıxaraq qəza vəziyyəti yaratmışdır. Zərərçəkmiş şəxs1 siqnal verərək ötmə əməliyyatı həyata keçirmiş, yoluna davam etmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasından sağa dönərək hərəkətdə olduqları zaman “Kia Ceed” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü uzaq işıqlardan istifadə edərək dayanamaları üçün onlara işarə vermiş, Zərərçəkmiş şəxs1 digər avtomobilin sürücüsünə əhəmiyyət verməyərək yoluna davam etmişdir. Həmin küçədə yerləşən “Mega Palace” şadlıq sarayının qarşısında digər avtomobilin sürücüsü qarşılarına keçərək avtomoili saxlamış, lakin, Zərərçəkmiş şəxs1 digər avtomobildə bir neçə nəfərin olduğunu görərək mübahisə etməmək məqsədi ilə avtomobilini saxlamamış, yoluna davam etmişdir. Bir qədər irəlilədikdən sonra işıqforun qırmızı işığı yandığı üçün Zərərçəkmiş şəxs1 məcbur qalaraq avtomobili dayandırmış, “Kia” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobildən altı nəfər şəxs aşağı düşərək onların avtomobilini təpikləmiş, daha sonra avtomobilin ön oturacağının qapısını açaraq Əlini aşağı düşürtmüş, ilk olaraq Təqsirləndirilən şəxs5 Əlini vurmuşdur. O, avtomobildən enməyə çalışmış, lakin, digər avtomobildən enən şəxslər ona mane olmuşdur. O, avtomobildən endikdən sonra, həmin şəxslər ona zərbə endirmiş, o, ilk zərbədən başını əyərək yayınsa da, digər zərbələrdən yayına bilməmişdir. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmiş, ətrafa xeyli sayda insan toplaşdığı üçün onlar avtomobilə minərək oradan uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşayır. 02 may 2021-ci il tarixdə, saat 21 radələrində tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə ona məxsus olan “BMW” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən isiqamətindən Bakı şəhəri, Nizami rayonu istiqamətində hərəkətdə olmuş, ona məxsus avtomobili Vüqar idarə etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən “Bakcell" MMCyə məxsus dükanın qarşısından keçdikləri zaman anidən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan “Kia” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsinə çıxaraq qəza vəziyyəti yaratmışdır. Zərərçəkmiş şəxs1 siqnal verərək ötmə əməliyyatı həyata keçirmiş, yoluna davam etmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasından sağa dönərək hərəkətdə olduqları zaman “Kia Ceed” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü uzaq işıqlardan istifadə edərək dayanamaları üçün onlara işarə vermiş, Zərərçəkmiş şəxs1 digər avtomobilin sürücüsünə əhəmiyyət verməyərək yoluna davam etmişdir. Həmin küçədə yerləşən “Mega Palace” şadlıq sarayının qarşısında digər avtomobilin sürücüsü qarşılarına keçərək avtomoili onların önünü kəsmiş, digər avtomobildən enən şəxslər ona məxsus avtomobili təpikləyərək qapını açmağa çalışmış, lakin, Zərərçəkmiş şəxs1 mübahisə etməmək məqsədi ilə oradan uzaqlaşmışdır. Bir qədər irəlilədikdən sonra işıqforun qırmızı işığı yandığı üçün Zərərçəkmiş şəxs1 məcbur qalaraq avtomobili dayandırmış, “Kia” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobildən altı nəfər şəxs aşağı düşərək onların avtomobilini təpikləmiş, həmin şəxslər onun avtomobilini zədələdiyi üçün o, avtomobildən enərək həmin şəxslərdən avtomobilini təpikləmələrinin səbəbini soruşmuş, ilk olaraq Təqsirləndirilən şəxs5 onu vurmuş, daha sonra Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona müxtəlif xəsarətlər yetirmişdir. “Kia” markalı avtomobildən enən digər iki şəxs Vüqar və Nihadın avtomobildən enməməsi üçün onların avtomobildə əyləşdiyi hissədən ayaqları ilə avtomobilin qapısını sıxmışdır. Lakin mübahisənin sonrakı vaxtlarında Zərərçəkmiş şəxs1 olduğu yönə baxdığı zaman Vüqarın xəsarətlər aldığını, səkinin üzərində uzandığını görmüşdür. Daha sonra, o, Sabunçu RPİnin 13-cü PB-yə getmiş, orada olduğu zaman Təqsirləndirilən şəxs3 ona zəng edərək onunla şəxslərdən biri olduğunu, hanısa köməkliyin lazım olub-olmamasını soruşmuş, o, heç nəyə ehtiyyac olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 may 2021-ci il tarixində, saat 21 radələrində dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Əliyə məxsus olan “BMW” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən üzü yaşadıqları Bakı şəhəri, Nizami rayonuna doğru hərəkət etmişlər. Həmin vaxt dostu Zərərçəkmiş şəxs3 məxsus olan “BMW” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobili o, idarə etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində, “Dvareç” adlanan yerlə üzbəüz "xxxx" MMC-yə məxsus dükanın qarşısından keçdikləri zaman qəfildən yoluna sağ hissəsində dayanmış vəziyyətdə olan “Kia” markalı, ** OY *** dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsinə keçmiş və qəza vəziyyəti yaratmışdır. O, siqnal vermiş və keçərək yoluna davam etmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin binasından sağa dönərək getdikləri zaman həmin avtomobil ona uzaq işıqları ilə işarə verərək saxlamasını tələb etmişdir. O, həmin avtomobilin sürücüsünə əhəmiyyət verməyərək yoluna davam etmişdir. Həmin küçədə yerləşən “Mega Palace” şadlıq sarayının qarşısında “Kia” markalı, ** OY *** dövlət nömrə nişanlı avtomobil qarşısına verərək saxlamışdır. O, həmin avtomobildə bir neçə şəxsin olduğunu görüb saxlamayaraq yoluna davam etmişdir. Yolun sonunda olan işıqforda qırmızı işıq yandığı üçün məcbur olub avtomobili saxlamışdır. Bu zaman “Kia” markalı, ** OY *** dövlət nömrə nişanlı avtomobildən altı nəfər şəxs aşağı düşmüş və onların olduqları avtomobili təpiklə vurmağa başlamışlar. Onlar ilk əvvəl avtomobildən düşməmişlər, lakin sonradan onlar avtomobilin ön oturacağının qapısını açaraq Əlini aşağı düşürtmüşlər. Bundan sonra o və digər dostu Nihadda avtomobildən düşmüşlər. Bu zaman həmin şəxslər üzərlərinə hücum edərək onları döyərək xəsarət yetirmişlər. Daha sonra onlar kənardan insanların toplaşdığını görüb avtomobilə əyləşərək oradan çıxıb getmişlər. Bununla bağlı onlar Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişlər. Məlumat verdikdən sonra onlara zəng gəlmiş və Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Bölmədə ərizə və izahat vermişlər, eyni zamanda məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmişlər. Sonradan isə avtomobildə olan şəxslərin Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 olduğunu öyrənmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs5 dostu Əlini vurmuş, daha sonra Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Əliyə müxtəlif xəsarətlər yetirmişdir. Həmin vaxt o, Əliyə köməklik etmək istəyərkən həmin şəxslər onu da vurmuşlar. Hadisə vaxtl Təqsirləndirilən şəxs6 onun sağ gözündən, Təqsirləndirilən şəxs5 ənsə nahiyəsindən, Təqsirləndirilən şəxs4 burun nahiyəsindən, Təqsirləndirilən şəxs3 isə təpiklə sol əlindən xəsarət yetirmişdir. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqəsində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs6 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqəsində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Mürvət oğlu 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqəsində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqəsində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 189-191-ci vərəqəsində olan 09 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 207-209-cu vərəqəsində olan 09 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs6 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 225-227-ci vərəqəsində olan 09 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Mürvət oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 243-245-ci vərəqəsində olan 09 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 261-263-cü vərəqəsində olan 09 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 2-3-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 05 may 2021ci il tarixli, 558 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafıalmacıq- yanaq nahiyəsinin dərialtı hematoması, ənsə, burun, sol bazu, sol dirsək, hər iki diz oynağı və sağ baldır nahiyələrinin qançır və sıyrıqları müəyyən edildi. Xəsarətlər bərkküt əşya (əşyalar) təsirindən törənmişdir. Müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, ənsə, burun, sol bazu, sol dirsək, hər iki diz oynağı və sağ baldır nahiyələrinin qançır və sıyrıqları isə sağlamığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 2-ci cildinin 4-5-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 05 may 2021ci il tarixli, 559 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ənsə, sağ göz yuvasıaltı və burun nahiyələrinin, sol əlin İV barmağının qançırları müəyyən edildir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 2-ci cildinin 6-7-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 05 may 2021ci il tarixli, 560 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 soi göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması, alın və sol gicgah nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan soi göz yuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Alın və sol gicgah nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 2-ci cildinin 82-84-cü vərəqəsində olan 15 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 94-95-ci vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 96-97-ci vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs6 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 98-99-cu vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 100-101-ci vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs1 Mürvət oğlunun istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 102-103-cü vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs5 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 104-105-ci vərəqəsində olan 21 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 178-190-cı vərəqəsində olan 11 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi zərər aktı maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 3-cü cildinin 103-106-cı vərəqəsində olan SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, “Füzulinin və Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 3-cü cildinin 207-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 19 may 2022ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 3-cü cildinin 208-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 19 may 2022ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 3-cü cildinin 210-cu vərəqəsində olan Zərərçəkmiş şəxs3 19 may 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 2-ci cildinin 12-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 13-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 16-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələri, habelə ifadələrin yerində yoxlanılması protokiolları, məhkəmə baxışı zamanı verdikləri qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onların bir qrup şəxs tərəfindən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 özünü təqsirli bilməməsi, digər təqsirləndirlən şəxslərin özlərini qismən təqsirli hesab etməsi barədə bildirdikləri cinayət işinin materialları ilə təkzib olunmaqla rədd edilir və məhkəmə tərəfindən özünümüdafiə xarakteri daşıyan hal kimi qiymətləndirləir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla təqsirləndirlən şəxslərin hər birinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışaraq vurulmuş ziyanı ödəmələrini, ayrıca olaraq Təqsirləndirilən şəxs4 “Vətən” müharibəsində iştirak etməsini, Təqsirləndirilən şəxs5 idmançı olmaqla Azərbaycan Respublikası beynəlxalq yarışlarda təmsil etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onların əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması, və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş islah işlərinin cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 azadlığının 07 iyun 2021-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək, Təqsirləndirilən şəxs4 15 sentyabr 2021-ci il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs5 tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, islah işləri cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs6 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutulduğu 01 (bir) gün müddət islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 tutulduğu 02 (iki) gün müddət islah işləri cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar