Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-14/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Ermənistan Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 29,178.2.1, 29, 178.2.4, 32.4, 312.1-ci maddələrinə əsasən 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, işləməyən, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 65/69-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan su istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, “BP” şirkətində tanışlarının olduğunu bildirib, Zərərçəkmiş şəxs inandırmaqla etibarından sui-istifadə edərək oğlu Şahid1 “BP” şirkətində işə düzəldəcəyini yalan vəd verərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aygün Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs 8000 manat pulunu ələ keçirib ona xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə qardaşı İbrahimin vasitəsi ilə o, Bahar adlı xanımla tanış olmuşdur. Belə ki, onda olan məlumata görə Bahar qardaşı İbrahimlə birlikdə eyni yerdə işləmişlər. 2018-ci ilin oktyabr ayında onun istifadə etdiyi mobil nömrəyə Bahar zəng edərək qardaşı İbrahimdən onun nömrəsini aldığını və oğlunu işə düzəltmək istədiyini bildirmişdir. O, ona kömək edəcəyini bildirmişdir. O, Bahar adlı xanıma telefonda oğlunu “BP” şirkətinə düzəldəcəyini bildirib bunun müqabilində 12000 manat pul lazım olduğunu bildirmişdir. Təxminən bir neçə gün sonra o, Bahar adlı xanımla Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin qarşısında görüşmüşlər. Həmin zaman Bahar adlı qadın ona 7850 manat pulu verərək oğlunu işə düzəltdikdən sonra qalan 4000 manatı da verəcəyini bildirmişdir. O, onunla razılaşaraq pulu ondan götürmüşdür. O, ilkin olaraq əvvəllər tanıdığı Əli adlı şəxsə bu barədə məlumat vermişdir. Əli adlı tanışı ona “BP” şirkətində tanışı olduğunu və 5000 manata həmin şəxsi işə düzəldəcəyini bildirmişdir. O, fikirləşmişdir ki, 7850 manatdan 5000 manatı ona versin 3000 manat isə özünə qalar. Bundan sonra əvvəllər tanıdğı Əli adlı şəxs telefonla kimləsə danışmış və 2 gün sonra işə düzələcək şəxsin “BP” şirkətinin baş ofisində olmasını bildirmişdir. Həmin gün o, Bahara zəng edərək oğlu ilə birlikdə “BP” şirkətində olmasını bildirmişdir. Əlinin dediyi şəxs onu qəbul eləmişdir. Bundan sonra təxminən 1-2 gün sonra Əli ona zəng edərək həmin şəxsin işinin alınmayacağını, belə ki şirkətdən ona razılıq verilmədiyini bildirmişdir. Həmin zaman Baharın 7850 manat pulu onda qalmışdır. O, fikirləşmişdir ki, onu başqa bir işə düzəldər və orada onda özünə xeyir götürər. Bu zaman o, Bahara işin düzəlməyəcəyini bildirmiş, lakin ona narahat olmamağı oğlunu başqa bundan da yaxşı işə düzəldəcəyini bildirmişdir. Bahar ondan ilkin olaraq pulu geri istəsədə sonradan razılaşmışdır. Lakin bir müddət keçdikdən sonra Bahar onunla əlaqə saxlayaraq işin necə olduğunu soruşmuşdur. Lakin o, həmin zaman pulları xərclədiyindən ona pulu qaytara bilməmişdir. Bir müddət sonra onu Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə həbs etmişlər. Ona verilən puldan heç kimə pul verməmiş, bu işdə ona heç kim köməklik göstərməmişdir.Əlavə olaraq bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs borcun əvəzində torpaq vermişdir. Lakin o torpağıda götürmüş, pulu da tələb etmişdir. Hazırda ziyandan 2000 manat ödəmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İbrahim adlı şəxsi təxminən 2 il olar ki, tanıyır, İbrahim əvvəllər onun həyat yoldaşı ilə birlikdə işləmiş, ailəvi münasibətləri olmuşdur. Tez-tez telefonla əlaqə saxlayırmış, 2018-ci ilin oktyabr ayında İbrahim yenə də onlara zəng etmişdir. Həyat yoldaşı evdə olmadığı üçün İbrahimlə o, danışmışdır. Söhbət əsnasında İbrahim ondan oğlu Əlinin işləyib işləmədiyini soruşmuş, o, İbrahimə Əlinin işləmədiyini bildirmişdir. İbrahim bildirmişdir ki, bir nəfər tanışı var və Əlinin işə düzəlməsinə köməklik edə bilər. Sonra İbrahim ona Asif adlı şəxsin telefon nömrəsini vermişdir. O, həmin Asif adlı şəxsə zəng edərək onunla danışmışdır. Asiflə söhbət etdikdən sonra Asif bildirmişdir ki, Əlini BP şirkətinə işə düzəldə bilər və buna görə də 12000 manat pul verməli olduğunu bildirmişdir. O, Asifin dediyi ilə razılaşmışdır. Asif bildirmişdir ki, Əli bir həftəyə işə çıxacaq və buna görə də o, 2018-ci ilin oktyabr ayında Azərtürk bankdan 5000 manat pul götürmüşdür. Həmin gün 3000 manat da həmin pulun üzərinə qoyub İbrahim və Əli ilə birlikdə Bakıxanov qəsəbəsinə Aygün Mall ticarət mərkəzinin qarşısında Asiflə görüşüb Əlini işə düzəltməsi üçün Asifə vermişdir. Asif kiməsə zəng edərək danışmış, taksiyə minib 28 may metrosunun yaxınlığında yerləşən BP şirkətinin ofisinin qarşısına getmiş və şirkətdən çıxan bir nəfər şəxslə Asif danışdıqdan sonra evə qayıtmışdır. Asif bildirmişdir ki, özü onlara zəng edib əlaqə saxlayacaq. Həmin vaxtdan sonra Asifi bir neçə dəfə görmüşdür, hər dəfə Asif işin düzələcəyini bildirirmiş, həmin vaxtdan təxminən 1 ay sonra Asifin Əlini işə düzəltmədiyini görüb pulunu geri istəmişdir. Sonra Asif bildirmişdir ki, BP şirkətinə düzəltmək olmur, Əlini başqa yerə işə düzəldəcək. Bir dəfə də Asif bildirmişdir ki, pulu İbrahimə verib və pul İbrahimdədir. 2018ci ilin dekabr ayında Asifin mobil nömrəsinə zəng edəndə telefona həyat yoldaşı cavab verərək bildirmişdir ki, Asif tutulub. Sonradan ona məlum olmuşdur ki, Asif İbrahimin qardaşıdır. Asif və digər şəxslər başqa-başqa vətəndaşlara qarşı dələduzluq etdiyinə görə tutulmuşdur və həbsdə olmuşdur. O da Asifdən şikayət etmək istəmiş, lakin İbrahim xahiş etmişdir ki, şikayət etməsin, torpağı olduğunu, satıb onun pulunu verəcəyini bildirmişdir. Asif ona pulun İbrahimdə olduğunu bildirdiyinə və qardaşı olduqlarını gizlətdiklərinə görə başa düşmüşdür ki, İbrahimlə Asif əlbir olub onu aldatmışlar. Buna görə də şikayət etmək qərarına gəlmişdir. Həmin zaman Şahid2 tərəfindən ona dəymiş ziyanın tam ödədildiyini qeyd etmişdir. Çünki, həmin zaman Şahid2 Xəzər rayonu, Qala qəsəbəsində ona 2.5 torpaq sahəsi vermişdir. Ona görə o, İbrahimdən şikayətçi olmamışdır. O, həmin zaman torpaq sahəsini satmaq istəmişdir. Lakin həmin torpaq sahəsini heç kim almadığından o, fikirləşmişdir ki, sonra satar. 2019-cu ilin qış aylarında o, Şahid2 tərəfindən ona verilmiş torpaq sahəsinə hasar çəkmək üçün 2000 manat pul xərcləmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə arada bir gedib baş çəkmişdir. 2022-ci ilin yaz aylarında o, yenidən torpaq sahəsinə getdikdə görmüşdür ki, ona məxsus olan torpaq sahəsində hasarlar dağıldılmış vəziyyətdə olmuş və orada tikinti işləri aparılmışdır. Bununla əlaqədar o, İbrahimə zəng eləmişdir. İbrahim ona həmin hasarı özü sökdüyünü bildirmişdir. Bundan sonra o, polisə şikayət vermişdir. 8000 manat pulu oğlu Əli və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs vermiş, 8000 manat pulu oğlu Əlinin “BP” şirkətinə işə düzəldəcəyi adı ilə verdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyandan 2000 manat ödənilmiş, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ali təhsilini başa vurduqdan sonra özünə bir müddət iş tapa bilməmiş. 2018-ci ilin oktyabr ayında anası ona bildirmişdir ki, atasının əvvəlki iş yoldaşı İbrahimlə danışmış, İbrahim ona bildirmişdir ki, onun bir nəfər Asif adlı tanışı vardır. Asif onu işə düzəldə biləcək. İbrahim anasına Asifin telefon nömrəsini vermişdir. Anası Asiflə danışdıqdan sonra Asif bildirmişdir ki, onu 13000 manata “BP” şirkətinə işə düzəldə bilər. Buna görə də 2018-ci ilin oktyabr ayının əvvəlində səhər saatlarında İbrahim, o və anası taksi ilə Bakıxanov qəsəbəsinə Aygün Mall ticarət mərkəzinin qarşısına gəlmişlər. Onlar gəldikdən biraz sonra Asif də gəlmişdir. X1 və onun yanında 8000 manat pulu Asifə vermiş, razılaşmaya əsasən 5000 manatda sonra verməli olmuşlar. Asif zəng edib kiminləsə danışmışdır. Həmin şəxslə danışıb onun telefon nömrəsini həmin şəxsə vermişdir. Təxminən 5 dəqiqə sonra həmin şəxs ona zəng edərək bildirmişdir ki, BP şirkətinin baş ofisinə gəlsin, o, anası və İbrahim taksi ilə BP şirkətinin baş ofisinin qarşısına getmişlər. Orada bir nəfər şəxs onu qarşılayıb ofisin içərisinə aparmış və orada ona bir neçə sənəd lazım olduğunu və gətirməyini bildirmişdir. O, həmin şəxsin dediyi sənədləri toplayıb “BP” şirkətinin ofisinə bir neçə dəfə getsə də həmin şəxslə görüşə bilməmişdir. Sonuncu dəfə o, həmin şəxsi görüb sənədləri ona vermişdir. Həmin vaxtdan sonra Asif müxtəlif bəhanələr gətirərək onu işə düzəltməmiş, bildirmişdir ki, BP şirkətinə işə düzəlməyi alınmır, onu başqa yerə işə düzəldəcəyini bildirmişdir. Sonradan eşitmişdir ki, Asifi tutublar, onlara məlum omuşdur ki, Asif İbrahimin qardaşıdır. Asif onları aldadaraq pullarını mənimsəyərək onu işə düzəltmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs neçə il olar ki, tanımışdır. Əvvəllər Baharın həyat yoldaşı Hikmətlə birlikdə işləmişdir. Onların həmişə normal münasibətləri olmuşdur. 2018-ci ilin oktyabr ayında Baharla Qaraçuxur qəsəbəsində yerləşən parkda rastlaşmışlar. Söhbət əsnasında Bahar bildirmişdir ki, oğlu Əli işsizdir onu işə düzəltsin. O, Bahara bildirmişdir ki, o, işə düzəldə bilmir, lakin bir nəfər şəxsin olduğunu, ondan soruşub Əlini işə düzəldə biləcəyini bildirmişdir. O, həmin vaxt qardaşı Asifə zəng etmiş, lakin nömrəyə zəng çatmamışdır. Qeyd etmişdir ki, qardaşının əsil adı Aslandır. Sadəcə hamı onu Asif kimi tanımışdır. Bahar ona bildirmişdir ki, Asifin nömrəsini ona versin. O, Asifin nömrəsini Bahara verib çıxıb getmişdir. Baharla görüşdüyü günün səhəri günü Bahar ona zəng edərək bildirmişdir ki, Asiflə danışdığını, Asif ona pul müqabilində oğlu Əlini işə düzəldəcəyini bildirmiş və onunla birlikdə Asifə pul verməyə getməyini bildirmişdir. O, Bahara bildirmişdir ki, iş düzələndən sonra pulu versin. Bahar demişdir ki, Asiflə danışıb aparıb pulu vermək lazımdır. Buna görədə o, Bahar və oğlu Əli taksiyə əyləşib Bakıxanov qəsəbəsinə yerləşən “Aygün Mall” ticarət mərkəzinin qarşısına gəlmişlər. Onlar həmin yerə gəldikdən bir neçə dəqiqə sonra Asif də həmin yerə gəlmişdir. “Aygün Mall” ticarət mərkəzinin qarşısında Bahar 8000 manat pulu Asifə verdikdən sonra onlar birlikdə çıxıb getmişlər. Həmin gündən təxminən 2 gün sonra Bahar yenidə ona zəng edərək bildirmişdir ki, onunla BP şirkətinə getsin. O, Əli və Bahar taksiyə oturub 28 may metrosunun yanında yerləşən BP şirkətinin ofisinin qarşısına gəlmişlər. Orada olanda Əli kiminləsə telefonda danışmışdır. Ona bildirmişdilər ki, kimsə gəlib onu ofisə aparacaqdır. Onlar bir müddət gözləmiş, heç kim gəlmədiyi üçün Baharla o, çıxıb getmişdir. Əli isə BP şirkətinin ofisinin qarşısında qalmışdır. Sonradan eşitmişdir ki, Əli orada kiminləsə görüşüb, lakin həmin şəxsin kim olduğu barədə onun heç bir məlumatı yoxdur. Sonradan bir neçə dəfə Baharla görüşüb, danışıq zamanı ona məlum olmuşdur ki, Əli işə düzəlməyib. O, Bahara bildirmişdir ki, əgər işi düzəlmirsə pulunu alıb qaytarsın, lakin Bahar ona bildirmişdir ki, onların işinə qarışmasın. Sonradan Asif bir neçə şəxslə birlikdə həbs olunmuşdur. Asif tutulandan sonra Bahar bildirmişdir ki, Asif onun qardaşıdır. Ondan tələb etmişdir ki, Asif onun pulunu verməyib və Əlini işə düzəltməyib buna görədə pulu qaytarsın. O, Bahara bildirmişdir ki, Asif həbsxanadadır torpaq sahəsi var satıb onun pulunu qaytaracaq. Qeyd etmişdir ki, həmin torpaq sahəsinin 20.000 manat qiyməti vardır. Lakin Bahar bununla razılaşmamış və torpağı onun adına keçirməyini bildirmişdir. O. Baharın adına etibarnamə vermişdir. Bahara bildirmişdir ki, torpağı satsın, qardaşı Asifin ondan aldığı 8000 manat pulu götürsün, yerdə qalan 12000 manatı isə ona qaytarsın. Lakin Bahar, onunla razılaşmamışdır. Bahar həmin torpaqda tikinti aparmaq istəmişdir. Ona görədə o, Baharla razılaşmamış və verdiyi torpağı ondan geri götürmüşdür. Bundan başqa o, qardaşı barədə Zərərçəkmiş şəxs nə üçün məlumat vermədiyi sualına cavab olaraq o, qardaşına inanmışdır ki, o doğurdanda Əlini işə düzəldə bilər. Buna tam əmin olmuşdur. Fikirləşmişdir ki, qardaşı iş görüb pul qazansın həmdə Əli işə düzəlsin. Zərərçəkmiş şəxs utanmışdır ki, desin Aslan onun qardaşıdır. Həmdə onların işinə qarışmaq istəməmişdir. Zərərçəkmiş şəxs Aslanın qardaşı olduğunu bilsəydi yəqin ki, ondan xahiş edəcəkdi ki qardaşı ilə danışıb işin qiymətini aşağı endirsin. O isə onların işinə qarışmamaq üçün Aslanın qardaşı olduğu barədə bildirməmişdir. Başqa səbəbi olmamışdır, Şahid2 ona verilmiş suallara cavab olaraq Bahar adlı xanımın Təqsirləndirilən şəxs 8000 manat pulu onun və və Əlinin yanında verdiyini, Aslanın ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətləri keçirilməsi məqsədilə barəsində axtarış elan edilməsi və saxlanıldığı andan Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır (i.v.53); axtarışda olan şəxsin tutulmasına dair 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat təxminən 16:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir (i.v.56); 01 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs 8000 manat pulu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aygün Mall” ticarət mərkəzinin yaxınında Təqsirləndirilən şəxs verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildrimişdir. Üzləşdirmə zamanı Aslan Abaasov 8000 manat pulu Zərərçəkmiş şəxs aldığını etiraf etmişdir (i.v.82-85); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 103-105); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.106-107); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, 8000 manat pulu Zərərçəkmiş şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aygün Mall” ticarət mərkəzinin yanında aldığını əyani olaraq göstərmişdir (i.v.110-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 29,178.2.1, 29,178.2.4, 32.4, 312.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.117-118); Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında 16 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o tutulanadək iş üzrə icraat dayandırılmışdır (i.v.126-127); Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə könüllü olaraq Sabunçu RPİ-nin İŞ-nə gəlmişdir (i.v.130); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 09 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.134-135); 09 fevral 2023-cü il tarixli protokoldan və qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən vət. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş 8000 (səkkiz min) manat maddi ziyanın ödənilməsi üçün 2000 (iki min) manat təqdim etmiş, Zərərçəkmiş şəxs həmin pil məbləğini təhvil almışdır (i.v.139); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin 18 dekabr 2023cü il tarixli məktubundan və 18 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində saxlanılaraq Sabunçu Rayon Məhkəməsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini(CM-59.1.14), əməlindən peşman olmasını(CM-59.2)cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5), 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 18 dekabr 2023-cü il tarixdə tutulduğu 01(bir) gün müddət və Bakı Hərbi məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 02(iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş qəti cəza müddətinə hesablanmalı(CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM- 56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Hərbi məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 18 dekabr 2023-cü il tarixdə tutulduğu 01(bir) gün müddət və Bakı Hərbi məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 02(iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04(dörd) ay 27(iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-14/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-14/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver