Məhkəmə qərarları › İş №1(008)-141/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-141/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-141/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixində, saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun üzərində yerləşən “AS” avtomobil servis mərkəzinin yanındakı marketin qapısının qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olaraq 720 manat nağd pulu, 530 manat dəyərində müxtəlif markalı siqaretləri və mobil telefon aksesuarlarını gizli yolla talayıb Zərərçəkmiş şəxs5 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin dekabr ayının ortalarında, günorta saatlarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun balansında olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Abşeron rayon X6 torpaq sahəsinin kənarı ilə çəkilmiş dəmir dirəkləri və dəmir torları gizli yolla talayıb zərərçəkmiş şəxs Azərbaycan Respublikası Kənd Təsərrüaftı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutuna 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs27 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, Pir Hüseyn küçəsində yerləşən fərdi evinin zirzəmisinin qapısının qıfılını sınıdırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 01 ədəd ümumi dəyəri 160 manat olan “Qazel” markalı avtomobilin motorunun başlığını, 01 ədəd ümumi dəyəri 1450 manat olan “Nissan Xtral” markalı avtomobilin motorunun başlığını, 02 ədəd ümumi dəyəri 260 manat olan “Nissan Xtrail” markalı avtomobilin çaşkalarını, ümumi dəyəri 800 manat olan, “Nissan Xtrail” markalı avtomobilin 04 ədəd şatununu və 04 ədəd porşenini, 01 ədəd ümumi dəyəri 150 manat olan “Nissan Xtrail” markalı avtomobilin motorunun karterini, 0,80 sm-lik, ümumi dəyəri 12 manat olan borunun, 2 metr uzunluğunda 0,6 sm-lik, ümumi dəyəri 18 manat olan şvelleri, 15 metr uzunluğunda 0,5 sm-lik, ümumi dəyəri 90 manat olan dəmir borunu, 01 ədəd ümumi dəyəri 35 manat olan plastik vannanı, 01 ədəd ümumi dəyəri 20 manat olan alüminium vannanı, ümumi dəyəri 30 manat olan 01 ədəd alüminium qazan və qabqacaq dəstlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs27 3025 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən anbarın qapısının qıfılını sındırıb saxlanc yerinə qanunsuz daxil olub, oradan ümumi dəyəri 1200 manat olan 02 ədəd qaynaq aparatını, 02 ədəd laqondanı və 01 ədəd dəmir kəsən aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs8 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində X16 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evinin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, oradan ümumi dəyəri 1500 manat olan yataq, alüminium və saxsı qab dəstlərini gizli yolla talayıb zərərçəkmiş şəxs X16 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs26 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 2 ünvanında yerləşən fərdi evə qapının qıfılını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub bir ədəd 2000 manat dəyərində “Ariston” aparatını, ümumi dəyəri 500 manat olan 30 ədəd radiator hissəsini, ümumi dəyəri 280 manat olan bir ədəd aspiratoru, ümumi dəyəri 320 manat olan bir ədəd qaz sobasını, ümumi dəyəri 370 manat olan əl yuyan qazanın krantını, ümumi dəyəri 270 manat olan bir ədəd su qızdırıcısını gizli yolla talayıb Zərərçəkmiş şəxs26 3740 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs7 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə qanunsuz daxil olub, oradan 01 ədəd, 82 düyümlü, ümumi dəyəri 450 manat olan “Samsung” markalı televizoru, qonaq otağından 01 ədəd, 107 düyümlü, ümumi dəyəri 850 manat olan “Shivaki” markalı televizoru, mətbəxdəki dolabdan 650 manat nağd pulu, digər yataq otağından isə ümumi dəyəri 200 manat olan döşək üzü komplektini gizli yolla talayıb Zərərçəkmiş şəxs7 2150 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs16 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən nömrəsiz fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 8000 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs16 xeyli miqdarda, 8000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs28 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən yaşayış massivi, Neftçilər küçəsi ev 21-in qarşısında saxladığı “Mercedes” markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsini sındırmaqla içərisində 4200 manat olan 20 manat dəyərində pul kisəsini və ümumi dəyəri 300 manat olan 93 qutu “Kent” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs28 4520 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs12 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən bağ evinin həyətyanı sahəsinə qanunsuz daxil olub, oradan 450 manat dəyərində 01 ədəd su çənini və 250 manat dəyərində 11 ədəd döşəmə taxtasını gizli yolla talayıb Zərərçəkmiş şəxs12 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs19 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən fərdi evin həyətində olan yardımçı tikilinin qapısının qıfılını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan ümumi dəyəri 550 manat olan bir ədəd “HidroTherm” markalı kombi aparatını, ümumi dəyəri 270 manat olan bir ədəd su qızdırıcısını və ümumi dəyəri 200 manat olan bir ədəd mikrodalğalı sobanı gizli yolla talayıb Zərərçəkmiş şəxs19 1020 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində X13 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Badamlıq yaşayış massivində yerləşən fərdi evə pəncərədən qanunsuz daxil olub fərdi evdə usta işləyən Zərərçəkmiş şəxs29 məxsus, bir ədəd, markası bilinməyən 70 manat dəyərində laqondanı, bir ədəd, markası bilinməyən 120 manat dəyərində böyük perefaratoru, iki ədəd markası bilinməyən 100 manat dəyərində drelləri, bir ədəd markası bilinməyən 40 manat dəyərində santexnik ütüsünü və 150 metr uzunluğunda, 170 manat dəyərində elektrik naqillərini gizli yolla talayıb Zərərçəkmiş şəxs29 650 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs14 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən, saxlanc yeri hesab edilən tikilməkdə olan fərdi evə daxil olaraq ümumi dəyəri 650 manat olan 1300 metr uzunluğunda elektrik naqillərini gizli yolla talayıb Zərərçəkmiş şəxs14 650 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs17 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 30-cu dalan, 1341 saylı bağ evinin açıq sahədə yerləşən həyətindən 03 metr uzunluğunda 02 ton çəkidə dəmir şvelləri, eyni zamanda 02 ədəd dəmir çarpayını gizli yolla talayıb Zərərçəkmiş şəxs17 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs13 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Rəsulzadə küçəsində yerləşən fərdi evin həyətinə daxil olaraq, qazanxananın qapısını sıxıb açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1900 manat olan kombi aparatının mühərriklərini və elektrik tənzimləyiciləri gizli yolla talayıb Zərərçəkmiş şəxs13 1900 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında yerləşən 1353 nömrəli bağ evinin həyətyanı sahəsinə daxil olaraq oradan ümumi dəyəri 1200 manat olan 25 ədəd taxta şalbanları gizli yolla talayıb Zərərçəkmiş şəxs1 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs18 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən nömrəsiz bağ evinin dəmir barmaqlığını sındırıb, pəncərəsini sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1200 manat olan bir ədəd “LG” markalı televizoru, ümumi dəyəri 250 manat olan bir ədəd samovarı, ümumi dəyəri 200 manat olan bir ədəd su nasosunu, ümumi dəyəri 60 manat olan bir ədəd ev telefonunu, ümumi dəyəri 70 manat olan bir ədəd dreli, ümumi dəyəri 120 manat olan yataq dəstini və ümumi dəyəri 100 manat olan qab-qacaq dəstini gizli yolla talayıb Zərərçəkmiş şəxs18 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs10 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz bağ evinin dəmir barmaqlığını sındırıb, pəncərəsini sıxıb açaraq içəri qanunsuz daxil olaraq oradan ümumi dəyəri 80 manat olan iki ədəd su mühərrikini, ümumi dəyəri 20 manat olan bir ədəd “Loşad” markalı ot biçən cihazı, ümumi dəyəri 2 manat olan soyuducunun içərisində olan buz kamerasını, ümumi dəyəri 5 manat olan “Gree” markalı kondisionerin içərisində olan ehtiyat hissələri, ümumi dəyəri 10 manat olan elektrik sobanı və 01 ədəd, ümumi dəyəri 30 manat olan “Akai” markalı televizoru gizli olaraq talamaq istədiyi zaman qonşuluqda yaşayan şəxsin görməsi səbəbindən ifşa olunmamaq üçün hadisə yerindən getmək məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətə yönəlmiş əməli başa çatdıra bilməyərək təkrar oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində X10 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, N.Nərimanov küçəsi ev 44D-nin pəncərəsini sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1000 manat nəğd pulu gizli yolla talayıb zərərçəkmiş şəxs X10 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs21 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi evin pəncərəsini sıxıb açaraq içəri qanunsuz daxil olaraq oradan ümumi dəyəri 280 manat olan “Ogge” və ümumi dəyəri 190 manat olan, markası bilinməyən ayaqqabıları gizli yolla talayıb Zərərçəkmiş şəxs21 470 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixində, saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan və Bakı səhəri pəncərəsinin dəmir barmaqlığını sındırıb, pəncərənin sıxıb açılaraq içəriyə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 1500 manat olan 01 ədəd kondisioneri, 01 ədəd soyucudunun mis borularını, 01 ədəd elektrik tənzimləyicini, 01 ədəd kombi aparatının iç sistemlərini, 01 ədəd masa üstü qaz sobasını, fərdi evin həyətindən isə bir ədəd su nasosunu və bir ədəd evin elektrik xəttini gizli yolla talayıb Zərərçəkmiş şəxs2 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs9 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən tikilməkdə olan fərdi evə daxil olaraq ümumi dəyəri 333 manat olan təmir-tikinti, eyni zamanda ev əşyalarını gizli yolla talayıb Zərərçəkmiş şəxs9 333 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs22 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, yeni yaşayış massivində yaşadığı fərdi evin qarşısında saxladığı “Mercedes Benz” markalı, ** VE *** dövlət nömrə nişanlı avtomobilin ümumi dəyəri 700 manat olan 02 ədəd akumlyatorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs23 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivində yerləşən fərdi evin pəncərəsinin şüşəsini çıxarmaqla yaşayış sahəsinə qanunsuz daxil olub oradan ümumi dəyəri 150 manat olan su nasosunu, manqalı və 12 ədəd şişi gizli yolla talayıb Zərərçəkmiş şəxs23 150 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi evin pəncərəsini sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, oradan ümumi dəyəri 800 manat olan 01 ədəd “Regal” markalı televizoru gizli yolla talayıb Zərərçəkmiş şəxs4 800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs25 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evin pəncərəsini açıb içəri qanunsuz daxil olub oradan ümumi dəyəri 200 manat olan ət çəkən maşını, hamam aksessuarlarını və elektik naqillərini gizli yolla talayıb Zərərçəkmiş şəxs25 200 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs20 Yusif oğluna məxsus olan və ünvan 3 ünvanın yaxınlığında yerləşən hinin qapısının qıfılını sındırıb açaraq içəri qanunsuz daxil olub, oradan ümumi dəyəri 250 manat olan 45 ədəd göyərçin quşlarını, ümumi dəyəri 100 manat olan 02 ədəd laqondanı və ümumi dəyəri 150 manat olan 01 ədəd perefaratoru gizli yolla talayıb Zərərçəkmiş şəxs20 Yusif oğluna 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İzzət Bağırov küçəsində yerləşən fərdi evin pəncərəsini sıxıb açaraq içəri qanunsuz daxil olub, oradan ümumi dəyəri 400 manat olan 01 ədəd qızıl üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs3 400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs15 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evinə hasardan aşaraq qanunsuz daxil olub, fərdi evin həyətyanı sahəsindən bir ədəd, ümumi dəyəri 103 manat olan su mühərrikini, bir ədəd, ümumi dəyəri 98 manat olan su mühərrikini, bir ədəd, ümumi dəyəri 450 manat olan su sayğacını gizli yolla talayıb Zərərçəkmiş şəxs15 651 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixində, saat 23 radələrində Zərərçəkmiş şəxs24 məxsus olan və Bakı şəhəri, Pirşağı qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 64/65 saylı bağ sahəsində tikilməkdə olan fərdi evə qanunsuz daxil olaraq evin divarında çəkilmiş 2050 metr uzunluğunda elektrik naqillərini gizli yolla talayıb Zərərçəkmiş şəxs24 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 345 qram olan narkotik vasitə marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən 18 aprel 2022-ci il tarixdə, saat 09:14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb bölməyə gətirilmiş və bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əlində olan ağ rəngli sellofanda ümumi təmiz çəkisi - 345 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Çəzaçəkmə müəssisəsindən azad edildikdən sonra özünə iş axtarsa da, tapa bilməmiş, bu səbəbdən oğurluq edərək qazanc əldə etmə qərarına gəlmişdir. 11 dekabr 2021-ci il tarixdə, saat 01:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gəlmiş, yolda olduğu zaman Zabrat-Kürdəxanı yolunun üzərində yerləşən “AS" avtoservisin yanında market olduğunu görmüşdür. O, bir müddət kənarda dayanaraq mühafizəçinin, eyni zamanda, kiminsə olub-olmadığını yoxlamış, ərafda və marketdə mühafizəçinin olmadığına əmin olduqdan sonra üzünə qara rəngli tibbi maska, başına isə papaq taxaraq marketin qapısına yaxınlaşmışdır. Daha sonra özü ilə gətirdiyi iri ölçülü dəmir kəsən qayçı ilə marketin qapısının qıfılını sındıraraq içəri daxil olmuş, içəriyə daxil olduqdan sonra ilk öncə kassaya baxış keçirərək kassanın alt hissəsində yerləşən siyirtmədə olan nağd pulu götürmüşdür. Bundan sonra kassa aparatını çölə çıxararaq yenidən marketə qayıtmış, marketin içərisindən qara rəngli sellofan torba götürərək müxtəlif markalı siqaretləri və telefon aksessuarlarını torbaya yığmışdır. Siqaretləri və telefon aksessuarlarını götürdükdən sonra yenidən marketdə axtarış aparmış, əlavə heçnə tapmadığı üçün oğurladığı əmlakları götürərək marketdən uzaqlaşmışdır. O, marketdən bir qədər aralaşdıqdan sonra götürdüyü pulları saymış, kassada 720 manat nağd pul olduğunu müəyyən edərək kassanı yolda tullamışdır. Növbəti gün oğurladığı siqaret və telefon aksessuarlarını Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus" bazarı adlanan bazarda müxtəlif şəxslərə ümumilikdə 320 manat müqabilində satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 2021-ci ilin dekabr ayının ortalarında, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz ərazisində olduğu zaman kənd qəbiristanlığı ilə torpaq sahəsinin arasında dəmir borular basdırılaraq tor çəkildiyini görərək həmin dəmir boruları və torları sökərək oğurlamaq, onları satıb pul əldə etməyi qərara almışdır. Bir neçə gün həmin əraziyə gedərək əraziyə nəzarət edən şəxsin olub-olmamasını yoxlamış, lakin, heç kimin əraziyə nəzarət etmədiyini dəqiqləşdirdikdən sonra torları kəsərək toplamış, dəmir dirəkləri çıxararaq torların yanına yığmışdır. Torları və dəmir boruları topladıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin mərkəzinə gəlmiş, orada əvvəllər tanımadığı “Qazel" markalı yük avtomobilinin sürücüsü ilə danışaraq özünə məxsus dəmir torları və dirəkləri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. avtomobilin sürücüsü xidmət haqqı olaraq ondan 30 manat istəmiş, o isə, 20 manat verə biləciyini bildirmiş, sürücü onun təklifi ilə razılaşdıqdan sonra birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz ərazisində yerləşən qəbiristanlığın yanına getmişlər. Orada əvvəlcədən sökərək kənara yığdığı dəmir tor və boruları “Qazel” markalı avtomobilə yığaraq yaşadığı evin yaxınlığına gətirmişdir. Növbəti gün, o, oğurladığı dəmir tor və boruları səyyar şəkildə “Qaz 24” markalı avtomobillə metal qəbul edən şəxslərə 300 manata satmış, əldə etdiyi qazancı isə öz ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 18 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivinə gəlmiş, orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman evlərdən birinin işıqlarının sönülü vəziyyətdə olduğunu görərək kənarda dayanmış, evdə və ətrafda kiminsə olub-olmadığını yoxlamışdır. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuş, özü ilə gətirdiyi dəmir parçası ilə fərdi evin taxta pəncərəsinin şüşəsini sındırıb içəri daxil olmuş, evdə axtarış aparmışdır. O, evin mətbəxindən qab-qacaq dəstlərini götürüb özü ilə gətirdiyi torbaya yığaraq çölə çıxartmışdır. Daha sonra fərdi evin zirzəmisinin kilidini sındırmış və içəri daxil olmuşdur. Burada avtomobil ehtiyat hissələrinə oxşayan ehtiyat hissələri və təmir-tikinti alətləri olduğunu görərək onları da, götürmək qərarına gəlmişdir. Evin zirzəmisində olan iki ədəd, sonradan avtomobilə məxsus motor başlığı olduğunu bildiyi əşyanı, avtomobilə məxsus qabaq asqılar olduğunu bildiyi əşyanı, motorun digər ehtiyat hissələrini və təmir tikinti alətlərini götürmüşdür. Onları hissə-hissə həyətə çıxartmış, oradan isə hasardan çıxardaraq çölə yığmışdır. Fərdi evin yaxınlığında həmin ehtiyat hissələrini, eyni zamanda qab-qacaqları gizlətmiş, özü isə yük maşını gətirməyə getmişdir. Yolun kənarında dayanaraq yük maşınının keçməsini gözləmişdir. Oradan keçən, dövlət nömrə nişanını xatırlamadığı “Qazel” markalı yük maşını saxlatmış və sürücüyə ehtiyat hissələrinin satışı işə məşğul olduğunu, yaxınlıqda yerləşən bağ evindən ehtiyat hissələrini götürərək Müsavat küçəsinə aparmaq lazım olduğunu demişdir. Sürücü heç bir problemin olmadığını bildirmiş və yol xərci olaraq 10 manat istəmişdir. O, sürücü ilə razılaşmış və həmin yük avtomobili ilə oğurladığı əşyaları gizlətdiyi yerə gəlmişdir. Orada yükləri “Qazel" markalı yük avtomobilinə yükləmiş və yaşadığı evə gəlmişdir. Yükləri yaşadığı evə boşaltmışdır. Hadisənin səhəri günü oğurladığı əşyaları Balaxanı qəsəbəsində səyyar qaydada metal qəbul edən tanımadığı şəxslərə 270 manata satmışdır. Qab-qacaqları isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda tanımadığı şəxsə 80 manat satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 21 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsinə gəlmiş, orada yerləşən yaşayış binasının arxasında dəmir köşk olduğunu görüb, həmin köşkün qapısını sındıraraq oradan oğurluq etmək qərarına gəlmişdir. Qapının qıfılını özü ilə gətirdiyi dəmir linglə qıraraq içəri baxmış, içəridə qaynaq aparatları, laqondalar və bir ədəd təyinatını bilmədiyi aparat olduğunu görmüşdür. Həmin əmlakları tək götürə bilməcəyi üçün yoldan taksi gətirərək onları götürməyi qərarlaşdırmış, bu səbəbdən qapını örtərək yolun kənarına getmişdir. Oradan əvvəllər tanımadığı, dövlət nömrə nişanını xatırlamadığı furqon olan “Opel" markalı taksi saxlatmış, taksi sürücüsünə usta işlədiyini, alətlərinin Nəriman Nərimanov küçəsində olan dəmir köşkdə saxladığını bildirərək onları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Taksi sürücüsü yol xərci olaraq 10 manat pul istəmiş, o, sürücü ilə razılaşmışdır. Taksi sürücüsü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binasının arxasında olan köşkün yaxınlığına gələrək taksi sürücüsündən alətləri götürməyi xahiş etmiş, sürücü ona alətləri avtomobilə daşımağa kömək etmişdir. O, iki ədəd qaynaq aparatını, iki ədəd laqondanı və bir ədəd təyinatını bilmədiyi aləti taksiyə yükləyərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gətirmiş, yaşadığı evin qarşısında alətləri taksidən düşürdərək evə yığmışdır. Oğurladığı alətləri evə yığdıqdan sonra taksi sürücüsünə 10 manat vermişdir. Növbəti gün, oğurladığı əmlakları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda 370 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 28 dekabr 2021-ci il tarixində, saat 01:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açmış və içəri daxil olmuşdur. Fərdi evə baxış keçirmiş və həmin evdən sayı yadında qalmayan miqdarda saxsı boşqablar, alüminium qazanlar, su vedrəsi, qazan dəsti, alüminium aşsüzənlər, masaüstü qaz sobası, içərisində geyimlər olan çemodanlar, yataq dəstlərini, yorğan üzlüklərini, qab-qacaq dəstlərini, hamam dəsmallarını, elektrik kabellərini, eyni zamanda içərisində 50 qəpiklik pullar olan 01 litrlik saxsı qabı götürərək çölə yığmışdır. Daha sonra həmin əşyaları hissə-hissə evin həyətyanı sahəsindən çıxararaq yol kənarına gətirmiş, yoldan keçən nömrə nişanını və markasını xatırlamadığı taksi saxladaraq taksi sürücüsünə kirayə qaldığı evdən çıxarıldığını bildirərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmasını xahiş etmişdir. Taksi sürücüsü etiraz etməmiş və yol xərci olaraq 10 manat pul istəmişdir. O, sürücü ilə razılaşmış və götürdüyü əşyaları taksi avtomobilinin yük yerinə yığmışdır. Bundan sonra sürücü onu yaşadığı ünvana gətirmiş və orada avtomobildən düşərək evinə getmişdir. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda əmlakları müxtəlif şəxslərə ümumilikdə 270 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 31 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmış, evlərdən birində işıqların yanmadığını görüb evdə heç kimin olmadığını düşünmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını yoxlamışdır. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi alətlə evin qapısını açaraq içəri daxil olmuşdur. İçəridən bir ədəd kombi aparatı, otuz ədəd istilik radiatoru, bir ədəd aspirator, bir ədəd qaz sobası, bir ədəd su qızdırıcısı və bir ədəd qazan və krant olduğunu görmüşdür. Onları tək apara bilməyəcəyini düşünmüş və yolun kənarına çıxaraq dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi saxlatmışdır. Taksi sürücüsünə evində olan əşyaları yeni aldığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmalı olduğunu bildirərək neçəyə aparacağını soruşmuşdur. Sürücü isə yükləri 20 manata aparacağını bildirmiş və o, sürücü ilə razılaşaraq taksi ilə oğurluq etmək istədiyi evin qarşısına gəlmişdir. Orada taksidən düşərək evə keçmiş və əşyaları oradan götürərək taksiyə yığmışdır. Əşyaları taksiyə yüklədikdən sonra yaşadığı evə gəlmiş və oğurladığı əşyaları evinin həyətinə yığmışdır. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda tanımadığı müxtəlif şəxslərə satmış və ümumilikdə 250 manat qazanc əldə etmişdir. Əldə etdiyi qazancı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 10 yanvar 2022-ci il tarixdə, saat 21:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olubolmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin pəncərəsi hündür olduğu üçün həyətdən taxta nərdivanı gətirərək pəncərənin qarşısına qoymuşdur. Daha sonra nərdivanla pəncərənin qarşısına qalxmış və dəmir barmaqlığı özü ilə gətirdiyi dəmir linglə sındırmış, plastik pəncərəni sıxaraq açıb içəri keçmişdir. Fərdi evdə axtarış aparmış və mətbəxdə olan dolabdan pul tapmışdır. Pulu saydığı zaman 650 manat olduğunu görmüşdür. Həmin pulu cibinə qoymuş və yenidən evdə axtarış aparmışdır. Ancaq başqa kiçik ölçülü əşya tapmadığı üçün yataq otağından bir ədəd, zal otağından bir ədəd, digər yataq otağından isə döşək üzü dəstini götürmüşdür. Daha sonra onları bir-bir daxil olduğu pəncərədən çıxardaraq həyətə yığmışdır. Əşyaları həyətə yığdıqdan sonra bir-bir hasardan çölə qoymuş və özü də həyətdən çıxmışdır. Oğurladığı televizorları və döşək üzlərini hissə-hissə yolun kənarına gətirmiş və yoldan dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi saxlatmışdır. Əşyaları taksiyə qoyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən evinə gətirmişdir. Hadisənin səhəri günü oğurladığı televizor və döşək üzlərini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda ayrı-ayrı şəxslərə 320 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o,15 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birinin işıqlarının yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Evin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açıb içəri daxil olmuş, evdə axtarış aparmış və bu zaman uşaq çarpayısının alt hissəsindən nağd pul tapmışdır. Tapdığı pulu cibinə qoymuş və dərhal daxil olduğu pəncərədən çölə çıxmış, hasardan aşaraq həyətdən çıxaraq yaşadığı evə doğru getmişdir. Evə çatdıqdan sonra pulları saymış və təqribən 8000 manata yaxın pul olduğunu görmüşdür. Həmin pulu isə öz ehtiyacları, həmçinin əyləncələri üçün xərcləmişdir. Bundan başqa, o, 28 yanvar 2022-ci il tarixində, saat 00:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Neftçilər küçəsinə gəlmişdir. Orada piyada gəzərək oğurluq etmək yaşayış olmayan ev axtarmışdır. Bu zaman orada yerləşən evlərdən birinin yanında saxlanılmış vəziyyətdə olan “Mercedes” markalı avtomobili görmüşdür. Kənarda dayanaraq maşının yaxınlığında və küçədə kiminsə olub-olmadığını yoxlamışdır. Heç kimin olmadığına əmin olduqdan sonra maşına yaxınlaşmışdır. Özü ilə gətirdiyi dəmir parçası ilə avtomobilin sağ yan arxa şüşəsini sındırmış və avtomobilin qapısını açaraq salonuna daxil olmuşdur. Arxa saxlanc yerində olan siqaret qutularını özü ilə gətirdiyi torbaya yığmışdır. Avtomobilin ön saxlanc yerini açıb orada olan bir ədəd pul kisəsini götürmüşdür. Daha sonra götürdükləri ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Yolda olduğu zaman pul kisəsinin içərisinə baxış keçirmiş və bu zaman orada 4200 manat və şəxsiyyət vəsiqələri olduğunu görmüşdür. Pulu götürərək cibinə qoymuş, pul kisəsini isə içərisindəki şəxsiyyət vəsiqələri ilə birlikdə yolun kənarına tullamışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş, avtomobildən götürdüyü siqaretləri isə özü istifadə etmişdir. Bundan başqa, o, 01 fevral 2022-ci il tarixdə, saat 21:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 42-ci dalana gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin həyətyanı sahəsində plastik çən olduğunu görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Lakin fərdi evədə daxil olaraq baxış keçirməyi planlaşdırmışdır. Bundan sonra fərdi evin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açmış və içəri daxil olmuşdur. Fərdi evə baxış keçirmiş və bu zaman fərdi evdə iki ədəd plastik pəncərə, eyni zamanda döşəməyə vurmaq üçün lazım olan taxtaların olduğunu görmüşdür. Bundan sonra həmin taxta parçalarını və iki ədəd plastik pəncərələri evə daxil olduğu pəncərədən çıxardaraq həyətə yığmışdır. Daha sonra onları hissə- hissə həyətdən çıxardaraq fərdi evin yaxınlığına toplamışdır. Bundan sonra yolun kənarına çıxaraq üzərində baqajı olan, dövlət nömrə nişanını xatırlamadığı “2106” markalı taksi saxlatmışdır. Sürücüyə bağ sahəsindən müəyyən əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu demişdir. Sürücü heç bir problemin olmadığını bildirmiş və bunun üçün yol xərci olaraq ondan 15 manat istəmişdir. O, sürücü ilə razılaşmış və avtomobilə əyləşərək oğurluq etdiyi bağ evinin qarşısına gəlmişdir. Qapının önünə yığdığı bir ədəd plastik çəni, həmçinin döşəmə taxtalarını və iki ədəd plastik pəncərəni taksinin üzərində olan baqaja qoymuşdur. Oradan yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişdir. Fərdi evlərinin qarşısında yükləri boşaltmış və taksi sürücüsünə 15 manat pulu ödəmişdir. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda müxtəlif şəxslərə ümumilikdə 210 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 03 fevral 2022-ci il tarixində, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Həyətyanı sahəyə baxış keçirdiyi zaman yardımçı otaq olduğunu görmüşdür. Özü ilə gətirdiyi dəmirlə dəmir qapının kilidini sındıraraq içəri keçmişdir. İçəri baxış keçirdiyi zaman kombi aparatı, su isidici soba və mikrodalğalı soba olduğunu görmüş, ilk öncə su isidici soba ilə ilə mikrodalğalı sobanı götürərək çölə çıxartmışdır. Bundan sonra kombi aparatını da sökərək çölə çıxartmışdır. Götürdüyü əşyaları fərdi evin hasarından çölə çıxartmış və orada gizlətmişdir. Bundan sonra yolun kənarına gedərək dövlət nömrə nişanını, eyni zamanda markasını xatırlamadığı taksi saxlatmışdır. Taksiyə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparılmalı yük olduğunu demişdir. Sürücü heç bir problemin olmadığını bildirərək yol xərci olaraq 10 manat pul istəmişdir. O, sürücü ilə razılaşmış və bundan sonra taksi ilə oğurluq etdiyi evin yaxınlığına gəlmişdir. Orada oğurlayaraq kənara yığdığı əşyaları taksiyə yükləmiş və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişdir. Yaşadığı evin qarşısında əşyalarını boşaldaraq fərdi evin həyətinə yığmışdır. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda müxtəlif şəxslərə ümumilikdə 240 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 13 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Badamlıq yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmış və bu zaman fərdi evlərdən birində tikinti işləri getdiyini görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olubolmadığını yoxlamışdır. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Özü ilə gətirdiyi dəmir parçası ilə fərdi evin plastik pəncərəsinin açmış və içəri keçmişdir. Evdə gəzərək axtarış aparmış və bu zaman hamam otağında tikinti alətləri olduğunu görmüşdür. Özü ilə gətirdiyi torbaya evin hamam otağında olan bir ədəd laqondanı, bir ədəd böyük perefaratoru, iki ədəd drelləri, bir ədəd santexnik ütüsünü və uzun olan elektrik naqillərini yığmışdır. Daha sonra daxil olduğu pəncərədən çölə çıxmış və hasardan aşaraq yaşadığı evə getmişdir. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda tanımadığı müxtəlif şəxslərə satmış və ümumilikdə 310 manat qazanc əldə etmişdir. Əldə etdiyi qazancı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 14 fevral 2022-ci il tarixində, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, R.Rza küçəsinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığı və evdə təmir işləri getdiyini görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin həyətyanı sahəsində götürmək üçün heç bir əşya olmadığını görmüş və fərdi evin içərisinə daxil olmuşdur. İlk əvvəl təmir-tikinti alətləri axtarmış, ancaq tapa bilməmişdir. Bundan sonra divarlarda quraşdırılmış elektrik kabellərini çıxardaraq götürməyi qərarlaşdırmış və divarlara quraşdırılmış elektrik naqillərini dartaraq çıxardıb onları toplamışdır. Topladığı elektrik kabellərini özü ilə gətirdiyi parça torbalara yığmışdır. Daha sonra onları hissə-hissə yolun kənarına gətirmiş və yoldan keçən, əvvəllər tanımadığı, “Opel” markalı, dövlət nömrə nişanını xatırlamadığı taksi saxlatmışdır. Taksi sürücüsünə torbaları göstərərək onları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Taksi sürücüsü torbalarda nə olduğunu soruşmuş və o, sürücüyə torbalarda tullantı olduğunu bildirmişdir. Sürücü etiraz etməmiş və yol xərci olaraq 10 manat pul istəmişdir. O, sürücü ilə razılaşmış və torbaları taksinin yük yerinə yığaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişdir. Yaşadığı evin qarşısında avtomobildən düşərək yükü evinin qarşısına boşaltmışdır. Yükləri boşaltdıqdan sonra sürücüyə 10 manat vermiş və o, pulu götürərək getmişdir. Sürücü getdikdən sonra torbaları yaşadığı evin həyətyanı sahəsinə yığmışdır. Daha sonra onları hissə-hissə fərdi evlərinin yaxınlığında yerləşən boşluq sahəyə apararaq yandırmış və mis halına gətirmişdir. Əldə etdiyi misləri isə yenidən torbaya yığaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazara gətirmişdir. Orada tanımadığı şəxsə misləri 250 manata satmışdır. Əldə etdiyi qazancları isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 19 fevral 2022-ci il tarixində, saat 19:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 30-cu dalana gəlmişdir. Orada piyada gəzərək fərdi evlərdən birinin iki tərəfdən hasarının olmadığını görmüşdür. Fərdi evin həyətyanı sahəsinə daxil olmuş və həyətyanı sahədə yerləşən fərdi evdə heç kimin olmadığını, həyətyanı sahədə isə təqribən 3 metr uzunluğunda dəmir şvellerlərin olduğunu görmüşdür. Onları oradan götürmək qərarına gəlmiş və bu məqsədlə yenidən yolun kənarına çıxmışdır. Yoldan dövlət nömrə nişanını xatırlamadığı “Qaz 24” markalı, üzərində yük yeri olan taksi saxlatmışdır. Sürücüyə özünə məxsus olan bağ evində dəmir şvellerlər olduğunu, onları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Sürücü heç bir problemin olmadığın bildirmiş və yol xərci olaraq 15 manat pul istəmişdir. O, etiraz etməmiş və taksiyə əyləşərək dəmir şvellerləri götürmək istədiyi bağ evinə gəlmişdir. Orada dəmir şvellerləri, həmçinin iki ədəd dəmir çarpayını taksiyə yükləmiş və oradan çıxaraq yaşadığı Balaxanı qəsəbəsinə gəlmişdir. Yaşadığı fərdi evin qarşısında şvellerləri və iki ədəd dəmir çarpayını fərdi evinə yığmışdır. Hadisənin səhəri günü dəmir şvellerləri və iki ədəd dəmir çarpayını Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Qaz 24” markalı avtomobillə səyyar şəkildə metal qəbul edən şəxslərə 400 manata satmışdır. Bundan başqa, o, 20 fevral 2022-ci il tarixində, saat 21:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsulzadə küçəsinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Həyətyanı sahəyə baxış keçirdiyi zaman evin arxa hissəsində tikili olduğunu görmüşdür. Həmin tikilinin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir linglə açaraq içəri keçmişdir. Bu zaman içəridə kombi aparatlarının və onların avadanlıqlarının olduğunu görmüşdür. Bundan sonra kombi aparatının iki ədəd nasosunu, iki ədəd işıq tənzimləyicisini, iki ədəd qaz tənzimləyicini, əlavə iki ədəd nasosu götürərək özü ilə gətirdiyi torbaya yığmışdır. Onları daxil olduğu pəncərədən çölə çıxartmışdır. Daha sonra götürdüyü avadanlıqları hasardan aşaraq çölə çıxartmış və yolun kənarına gələrək dövlət nömrə nişanını və markasını xatırlamadığı taksiyə əyləşərək yaşadığı evə getmişdir. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda müxtəlif şəxslərə ümumilikdə 400 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 04 mart 2022-ci il tarixində, saat 22 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarına gəlmişdir. Orada gəzərək yaşayış olmayan ev axtarmış və bu zaman bağ evlərdən birində işıqların yanmadığını görmüşdür. Bir müddət kənarda dayanaraq ətrafda və evdə kiminsə olubolmadığını bir daha dəqiqləşdirmişdir. Ətrafda və evdə heç kimin olmadığına tam əmin olduqdan sonra hasardan tullanaraq həyətə daxil olmuşdur. Həyətyanı sahəyə baxış keçirdiyi zaman həyətdə taxta şalbanların olduğunu, üzərinin isə sellofanla örtülü olduğunu görmüşdür. Bundan sonra taxta şalbanları oğurlamağı planlaşdırmışdır. Lakin onları oradan götürdükdən sonra hansı yolla aparacağını düşünmüşdür. Həmin taxta şalbanları tək aparmağının mümkün olmadığını görmüş və onları həyətdən çıxardaraq darvazanın önünə yığmağı, daha sonra yük avtomobili taparaq onları oradan götürməyi qərarlaşdırmışdır. Bu məqsədlə həmin taxta şalbanları bir-bir həyətyanı sahənin hasarından çölə tullamışdır. Daha sonra şübhə yaratmamaq üçün onları darvazanın qarşısında səliqəli yığmışdır. Şalbanları darvazanın önünə yığdıqdan sonra yolun kənarına getmişdir. Yoldan keçən sürücüsünü tanımadığı, dövlət nömrə nişanını xatırlamadığı “Qazel” markalı yük maşını saxlatmışdır. Sürücüyə taxta şalbanların olduğunu və onları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Sürücü heç bir problemin olmadığını bildirərək yol xərci olaraq 20 manat pul verməli olduğunu demişdir. O, sürücü ilə razılaşmış və birlikdə taxta şalbanları yığdığı bağ evinin darvazasının önünə getmişdir. Orada taxta şalbanları “Qazel” markalı yük maşınına yığmış və oradan çıxmışdır. Yolda olduğu zaman sürücü taxta şalbanların kimə məxsus olduğunu soruşmuşdur. O, sürücüyə taxta şalbanları götürdüyü bağ evinin ailəsinə məxsus olduğunu, bağ evində təmir işləri görmək üçün aldıqlarını, sonradan pula ehtiyacı yarandığı üçün satmaq məqsədi ilə yaşadığı ünvana apardığını bildirmişdir. Bu zaman sürücü taxta şalbanları neçəyə satdığını soruşmuşdur. O, taxta şalbanları 250-300 manata satmağı planlaşdırdığını demişdir. Sürücü isə taxta şalbanları 200 manata satdığı halda ala biləcəyini bildirmişdir. O, heç bir problemin olmadığını bildirmiş və bundan sonra sürücü ona 200 manat pul vermişdir. O, pulu götürdükdən sonra yolda “Qazel” markalı yük avtomobilindən düşərək getmişdir. Bundan başqa, o, 15 mart 2022-ci il tarixində, saat 04:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 43- cü dalana gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olubolmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir linglə sındırmış, plastik pəncərəni isə sıxaraq açmışdır. Daha sonra fərdi evə daxil olmuş və evə baxış keçirmişdir. Baxış keçirdiyi zaman müxtəlif ev əşyalarının olduğunu görmüş və bir ədəd televizoru, bir ədəd samovarı, bir ədəd su nasosunu, bir ədəd ev telefonunu, bir ədəd dreli, bir ədəd yataq dəstini və qab-qacaqları götürərək hissə-hissə evdən çıxartmışdır. Onların bir hissəsini özü ilə gətirdiyi torbalara yığmış və hasardan çölə qoymuşdur. Bundan sonra yolun kənarına çıxaraq dövlət nömrə nişanını, eyni zamanda markasını xatırlamadığı taksi saxlatmış və sürücüyə kirayə yaşadığı evdən çıxarıldığını bildirərək ev əşyalarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu demişdir. Sürücü onunla razılaşmış və yol xərci olaraq 10 manat pul istəmişdir. O, sürücü ilə razılaşmış və bundan sonra taksi ilə oğurluq etdiyi evin yaxınlığına gəlmişdir. Orada oğurlayaraq kənara yığdığı əşyaları taksiyə yükləmiş və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişdir. Yaşadığı evin qarşısında əşyalarını boşaldaraq fərdi evin həyətinə yığmışdır. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda müxtəlif şəxslərə ümumilikdə 400 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 16 mart 2022-ci il tarixində, saat 23:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivinə gəlmişdir. Orada piyada gəzə-gəzə yaşayış olmayan ev axtarmışdır. Bu zaman evlərdən birində işıqların yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə kiminsə olubolmadığını yoxlamışdır. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasaradan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin pəncərəsinin dəmir barmaqlığını çıxartmış, pəncərəni isə sındıraraq içəri keçmişdir. Oradan bir ədəd televizoru, iki ədəd su mühərriklərini, bir ədəd elektrik sobanı götürərək pəncərədən çıxardaraq çölə qoymuşdur. Bundan sonra orada olan 01 ədəd ot biçən cihazın mühərrikini, bir ədəd soyuducunu və bir ədəd kondisioneri sökərək ehtiyat hissələrini sökərək götürmüşdür. Onlarıda torbaya yığaraq pəncərədən çıxardaraq evin qarşısına qoymuşdur. Əşyaları tək apara bilməyəcəyini görüb səhər açıldıqdan sonra onları götürməyi planlaşdırmış və həyətdən çıxaraq getmişdir. 17 mart 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evdən çıxaraq oğurladığı əşyaları götürmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivinə getmişdir. Yolda olduğu zaman yaşadığı məhlədən tanıdığı Ruslanı görmüşdür. Onunla salamlaşdıqdan sonra Ruslan hara getdiyini soruşmuşdur. O, Ruslana Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinə getdiyini demişdir. Ruslan həmin yerə nə üçün getdiyini soruşduğu zaman ona Pirşağı qəsəbəsində qohumuna məxsus bağ evinin olduğunu, qohumunun bağında olan müəyyən əşyaları götürərək yaşadığı evə gətirməyi xahiş etdiyini, bu səbəbdən həmin bağa getdiyini demişdir. Bu zaman Ruslan kömək lazım olub-olmadığını soruşmuşdur. O, Ruslana kömək lazım olduğunu bildirərək birlikdə getməyi xahiş etmişdir. Ruslan etiraz etməmiş və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ massivinə gəlmişdir. Oğurluq etdiyi bağın qarşısına çatdığı zaman Ruslana bağ evinin açarının onda olmadığını bildirərək hasardan keçərək əşyaları çıxartmağı xahiş etmişdir. Ruslan etiraz etməmiş və onlar birlikdə hasardan aşaraq bağ evinin həyətinə daxil olmuşdur. Daxil olduqdan sonra fərdi evin qarşısına yığdığı əşyaları götürərək çıxarmağı Ruslandan xahiş etmişdir. Ruslan etiraz etməmiş və onlar birlikdə hasardan aşaraq bağ evinin həyətinə daxil olmuşdur. Daxil olduqdan sonra fərdi yaşayış evinin qarşısına yığdığı əşyaları götürərək çıxarmağı Ruslandan xahiş etmişdir. Ruslan fərdi yaşayış evin pəncərəsinin dəmir barmaqlığının sındırılmış vəziyyətdə olmasını görüb bağ evinin kimə məxsus olduğunu, nə üçün dəmir barmaqlığın və əşyaların sındırılmış vəziyyətdə olduğunu soruşmuşdur. O, Ruslana bağ evinin qohumuna məxsus olduğunu bildirsə də, Ruslan ona inanmamış və əşyaları götürməyə kömək edə bilməcəyini bildirərək getməyə başlamışdır. Bu zaman qonşuluqda yaşayan bir nəfər şəxs onları görmüş və bağ evində nə etdiyini soruşmuşdur. Həmin şəxsin onları görməsinə görə oradan qaçaraq hasardan aşmışdır. Ruslanın gəlmədiyini görüb təcili bağdan çıxmasını bildirsə də, Ruslan getməyərək dayanmışdır. Sonradan isə Ruslanın bağ evində dayanaraq getmədiyini, qonşuluqda yaşayan şəxslə birlikdə polis çağırmasını, polis əməkdaşlarının Ruslanı bölməyə aparmasını və Ruslanın orada baş verənləri danışmasını eşitmişdir. Bundan başqa, o, 19 mart 2022-ci il tarixində, saat 20:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Nəriman Nərimanov küçəsinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində işıqların yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açmış və içəri daxil olmuşdur. Fərdi evə baxış keçirmiş və bu zaman yataq otaqlarından birinin dolabından pul qabı tapmışdır. Pul qabının içərisinə baxdığı zaman pul olduğunu görmüşdür. Həmin pul götürmüş və fərdi evə daxil olduğu pəncərədən çölə çıxmış, hasardan aşaraq evdən çıxmışdır. Yolda oğurladığı pulu saymış və 1000 manat olduğunu görmüşdür. Əldə etdiyi qazancı öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 21 mart 2022-ci il tarixdə, saat 22:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.Səfəroğlu küçəsinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində işıq yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Özü ilə gətirdiyi çəkiclə fərdi evin pəncərəsinin dəmir barmaqlığını sındırmışdır. Daha sonra evin pəncərəsini sıxaraq açmış və içəri keçmişdir. İlk əvvəl evə baxış keçirmiş və evdə heç bir qiymətlə əşya və ya pul tapa bilməmişdir. Bundan sonra fərdi evin yataq otağında olan dolabda iki cüt ayaqqabı görmüş və onları götürərək yenidən pəncərədən çölə çıxmışdır. Fərdi evin həyətyanı sahəsinin hasarından aşaraq çölə çıxmış və yaşadığı evə getmişdir. Oğurladığı ayaqqabıları yaşadığı fərdi evin həyətyanı sahəsində gizlətmişdir. Səhər açıldıqdan sonra oğurladığı ayaqqabıları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus" bazarı kimi tanınan bazara aparmış və orada tanımadığı şəxsə ümumilikdə 150 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 28 mart 2022-ci il tarixində, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən Məhəmmədi qəbiristanlığının yanına gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq çıxartmışdır. Daha sonra plastik pəncərəni sıxaraq açmış və içəri daxil olmuşdur. Fərdi evdən 01 ədəd kondisioneri, 01 ədəd elektrik tənzimləyicisi və paylayıcısını, 01 ədəd masaüstü qaz sobasını daxil olduğu pəncərədən çölə çıxartmışdır. Bundan sonra yenidən fərdi evə daxil olmuş və fərdi evdə olan soyuducunun mis borularını və kombi aparatının içərisini sökərək çıxartmışdır. Onları özü ilə gətirdiyi torbalara yığaraq çölə çıxartmışdır. Bundan sonra həyətdən 01 ədəd su nasosunu və elektrik naqillərini kəsərək götürmüşdür. Götürdüyü əşyaları hissə-hissə fərdi evin həyətyanı sahəsindən çıxardaraq yola yaxın yerə gətirmiş və yoldan keçən, əvvəllər tanımadığı, dövlət nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı taksi saxlatmışdır. Taksi sürücüsünə kirayə qaldığı evdən çıxarıldığını bildirərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmasını xahiş etmişdir. Taksi sürücüsü etiraz etməyərək yol xərci olaraq 6 manat pul istəmişdir. O, sürücü ilə razılaşmış və götürdüyü əşyaları taksi avtomobilinin yük yerinə yığmışdır. Bundan sonra sürücü onu yaşadığı ünvana gətirmiş və orada avtomobildən düşərək evinə getmişdir. Hadisənin səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda 150 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 30 mart 2022-ci il tarixində, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığı və evdə təmir işləri getdiyini görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olubolmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. İlk əvvəl həyətyanı sahədə olan kiçik ölçülü tikiliyə daxil olmuşdur. Oradan 01 ədəd su termosunu, 01 ədəd elektrik qızdırıcısını, 01 ədəd su qızdırıcısını götürmüşdür. Daha sonra tikilməkdə olan fərdi evə daxil olmuş və oradan 01 ədəd mismar çıxardan aləti, boru birləşmələri və plastik fitinqləri, eyni elektrik naqillərini toplayaraq götürmüşdür. Götürdüyü əşyaları özü ilə gətirdiyi parça torbalara yığmış və həyətdən çıxaraq yaşadığı evə getmişdir. Hadisənin səhəri günü elektrik naqillərini yaşadığı evin yaxınlığında yandıraraq mis halına gətirmişdir. Bundan sonra oğurladığı bütün əşyaları, o cümlədən əridərək əldə etdiyi misi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda 150 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 31 mart 2022-ci il tarixində, saat 23:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Abşeron rayonu, Məhəmmədi kəndinə gəlmişdir. Orada piyada gəzdiyi zaman yolun kənarında “Mercedes” markalı, dövlət nömrə nişanını xatırlamadığı yük avtomobilinin dayandığını görmüşdür. Yük avtomobilinə yaxınlaşaraq içərisinə baxış keçirmiş və bu zaman içərisində heç kimin olmadığını görmüşdür. Ətrafda dayanaraq bir müddət kənarda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Heç kimin olmadığına əmin olduqdan sonra yük avtomobilinin akumlyator yerləşdirilən hissəsində olan iki ədəd akumlyatoru sökərək çıxartmışdır. Daha sonra həmin akkumlyatorları bir-bir oradan götürərək yük avtomobilindən uzağa aparmışdır. Akumlyatorları yük avtomobilindən uzaqlaşdırdıqdan sonra yoldan keçən, əvvəllər tanımadığı, dövlət nömrə nişanını xatırlamadığı “Prius” markalı taksini saxlatmışdır. Ondan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinə neçəyə aparacağını soruşmuşdur. Sürücü Pirşağı qəsəbəsinə 5 manata aparacağını bildirmiş və o, sürücü ilə razılaşmışdır. Bundan sonra iki ədəd akkumulyatorları “Prius” markalı taksinin yük yerinə qoymuş və oradan yaşadığı evə gəlmişdir. Oğurladığı akkumlyatorları yaşadığı fərdi evin həyətyanı sahəsinə qoymuşdur. Səhər açıldıqdan sonra onları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində səyyar qaydada “Qaz 24” markalı, dövlət nömrə nişanını xatırlamadığı metal qəbulu ilə məşğul olan şəxslərə 150 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 01 aprel 2022-ci il tarixində, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birinin işıqlarının yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Daha sonra fərdi evin taxta pəncərəsinin şüşəsini özü ilə gətirdiyi alətlər vasitəsi ilə çıxardaraq içəri daxil olmuşdur. İçəri baxış keçirdiyi zaman bir ədəd manqal, şişlər, qaz balonu və su motoru olduğunu görmüşdür. Bundan sonra həmin əşyaları götürərək özü ilə gətirdiyim torbalara yığmış və oradan çıxaraq yaşadığı evə getmişdir. Hadisənin səhəri günü oğurladığı əşyalardan bir ədəd manqalı və bir ədəd qaz balonunu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda 60 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı bir ədəd su motorunu, şişləri yaşadığı evdə saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, o, 02 aprel 2022-ci il tarixdə, saat 01:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 20 Yanvar küçəsi, Yeni yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin plastik pəncərəsinin torunu yerindən çıxardaraq kənara qoymuşdur. Daha sonra özü ilə gətirdiyi dəmir parçası ilə pəncərəni açmış və içəri daxil olmuşdur. Fərdi evə baxış keçirdiyi zaman divanın üzərində 01 ədəd televizor olduğunu görmüşdür. Həmin televizoru oradan götürərək fərdi evə daxil olduğu pəncərədən çölə çıxartmışdır. Daha sonra televizoru hasardan çölə qoymuş və özü də oradan çıxmışdır. Televizoru özü ilə yolun kənarına gətirmiş və yoldan keçən, əvvəllər tanımadığı, dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi saxlatmışdır. Taksi sürücüsünə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmasının mümkün olub-olmamasını soruşmuşdur. Taksi sürücüsü heç bir problemin olmadığını bildirmiş və yol xərci olaraq 6 manat pul istəmişdir. O, sürücü ilə razılaşmış və götürdüyü televizoru taksi avtomobilinə qoymuşdur. Bundan sonra sürücü onu yaşadığı ünvana gətirmiş və orada avtomobildən düşərək evinə getmişdir. Hadisənin səhəri günü oğurladığı televizoru Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus" bazarı adlanan bazarda 100 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 02 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində işıq yanmadığını görmüş. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra fərdi evə yaxınlaşmışdır. Fərdi evin giriş qapısının sol tərəfində olan plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq içəri daxil olmuşdur. Ətrafa nəzər yetirdiyi zaman ət çəkən maşın və hamam aksessuarları olduğunu görmüşdür. Onları evdən çıxardaraq çölə yığmış və yenidən fərdi evin içərisinə keçmişdir. Fərdi evin içərisindən elektrik naqillərini götürmüş və onları özü ilə gətirdiyi torbalara yığaraq yenidən evdən çıxmışdır. Götürdüyü ət çəkən maşınla, hamam aksessuarlarını da başqa bir torbaya yığaraq oradan getmişdir. Yoldan dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi saxladaraq yaşadığı evə getmişdir. Hadisənin səhəri günü elektrik naqillərini yaşadığı fərdi evin yanında yandıraraq mis halına gətirmişdir. Daha sonra oğurladığı əmlakları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı kimi tanınan bazara aparmış və orada tanımadığı şəxslərə ümumilikdə 105 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 10 aprel 2022-ci il tarixdə, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, istixana kombinatına gəlmişdir. Orada olduğu zaman haradan oğurluq etməyi düşünmüşdür. Bu zaman İstixana kombinatında yerləşən 39 saylı binanın damına baxış keçirməyi planlaşdırmışdır. Bu səbəbdən yuxarı qalxmış və damda daşdan tikilmiş, giriş qapısı dəmirdən olan göyərçin hininin olduğunu görmüşdür. Hinin qapısını özü ilə gətirdiyi çəkiclə sındırmış və içəridə olan 45 ədəd göyərçini özü ilə gətirdiyi torbalara yığmışdır. Oradan çıxmaq istədiyi zaman hində iki ədəd laqonda və bir ədəd perefarator olduğunu görmüşdür. Onlarıda götürərək başqa bir torbaya yığmış və binanın damından düşərək getmişdir. Yoldan əvvəllər tanımadığı, “Vaz 2107" markalı, dövlət nömrə nişanını xatırlamadığı taksi saxladaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Taksi sürücüsünə zəhmət haqqı olaraq 7 manat pul ödəmiş və taksidən düşmüşdür. Oğurladığı göyərçinlərin uçmasının qarşısını almaq üçün ayağını iplə bağlayaraq yaşadığı fərdi evin həyətinə buraxmışdır. İki ədəd laqonda və bir ədəd perefaratoru isə həyətdə gizlətmişdir. Səhər açıldıqdan sonra quşları, həmçinin iki ədəd laqondanı və bir ədəd perefaratoru Bakı səhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda ümumilikdə 350 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 10 aprel 2022-ci il tarixində, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı yaşayış massivinə gəlmişdir. Orada yerləşən 39 saylı binanın damında yerləşən hindən 45 ədəd göyərçin, 02 ədəd laqonda və 02 ədəd perefaratoru oğurlamışdır. Daha sonra onları gətirərək yaşadığı evə qoymuş və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisinə gəlmişdir. 11 aprel 2022-ci il tarixində, saat 01 radələrində həmin əraziyə çatmış və orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birində yaşayış olmadığını görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açmış və içəri daxil olmuşdur. Fərdi evə baxış keçirmiş və bu zaman oradan bir ədəd qadın üzüyü tapmışdır. Evdə qiymətli əşya və ya pul tapa bilmədiyi üçün həmin qızıl üzüyü özü ilə götürərək evdən çıxmış və yaşadığı evə getmişdir. Hadisənin səhəri günü oğurladığı bir ədəd qızıl üzüyü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazarda 150 manata satmışdır. Əldə etdiyi qazancı isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 11 aprel 2022-ci il tarixində, saat 22:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivinə gəlmişdir. Orada piyada gəzə-gəzə yaşayış olmayan ev axtarmışdır. Bu zaman evlərdən birində işıqların yanmadığını görmüşdür. Kənarda dayanaraq evdə kiminsə olub-olmadığını yoxlamışdır. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin həyətyanı sahəsinə baxış keçirdiyi zaman həyətdə olan quyuda iki ədəd su motoru olduğunu görmüşdür. Onları özü ilə gətirərək alətlərlə borulardan ayıraraq götürmüşdür. Fərdi evin həyətyanı sahəsindən çıxmaq istədiyi zaman hasarın dibində su sayğacı olduğunu görmüşdür. Su sayğacını da kəsərək götürmüş və hasardan aşaraq həyətdən çıxmışdır. Götürdüyü bir ədəd su sayğacını və iki ədəd su mühərrəkini yaşadığı fərdi evə gətirərək həyətdə gizlətmişdir. Su sayğacını və su mühərrikinin bir ədədini hadisənin səhəri günü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə apararaq orada tanımadığı şəxsə ümumilikdə 30 manata satmışdır. Qalan bir ədəd su mütəhərrikini isə sata bilmədiyi üçün yenidən yaşadığı evə gətirərək gizlətmişdir. Bundan başqa, o, 13 aprel 2022-ci il tarixində, saat 22:30 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ləhic bağları yaşayış massivinə gəlmişdir. Orada piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman fərdi evlərdən birinin giriş qapısından evdə yaşayış olmadığı və evdə təmir işləri getdiyini görmüşdür. Kənarda dayanaraq evdə və ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmişdir. Evdə və kənarda heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq fərdi evin həyətyanı sahəsinə daxil olmuşdur. Fərdi evin həyətyanı sahəsində götürmək üçün heç bir əşya olmadığını görmüş və fərdi evin içərisinə daxil olmuşdur. İlk əvvəl təmir-tikinti alətləri axtarmış, ancaq tapa bilməmişdir. Bundan sonra divarlarda quraşdırılmış elektrik kabellərini çıxardaraq götürməyi qərarlaşdırmış və divarlara quraşdırılmış elektrik naqillərini dartaraq çıxartmışdır. 14 aprel 2022-ci il tarixində, saat 04 radələrinədək evin divarlarına quraşdırılmış elektrik kabellərini çıxardaraq onları toplamışdır. Topladığı elektrik kabellərini özü ilə gətirdiyi parça torbalara yığmışdır. Daha sonra onları hissə-hissə yolun kənarına gətirmiş və yoldan keçən, əvvəllər tanımadığı, “Vaz 2107” markalı, dövlət nömrə nişanını xatırlamadığı taksi saxlatmışdır. Taksi sürücüsünə torbaları göstərərək onları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Taksi sürücüsü torbalarda olanların nə olduğunu soruşmuşdur. O, torbada olanların elektrik naqilləri olduğunu, tanışının verdiyini bildirmişdir. Ancaq taksi sürücüsü elektrik naqillərinin oğurluq olmasından ehtiyat etdiyini bildirərək onları apara bilməyəcəyini deyərək oradan getmişdir. Bundan sonra yoldan keçən, əvvəllər tanımadığı, “Ford” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilini saxladaraq sürücüyə torbaları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən zibillik sahəyə aparmaq lazım olduğunu bildirmişdir. Sürücü torbalarda nə olduğunu soruşmuş və o, sürücüyə torbalarda tullantı olduğunu bildirmişdir. Sürücü etiraz etməmiş və yol xərci olaraq 20 manat pul istəmişdir. O, sürücüylə razılaşmış və torbalan yük avtomobilinə yığaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişdir. Orada sürücünün şübhələnməməsi üçün yaşadığı evdən sənəd götürməli olduğunu bildirmiş və maşını evinə doğru idarə etməsini xahiş etmişdir. Sürücü etiraz etməmiş və avtomobili yaşadığı evin qarşısına doğru idarə etmişdir. Yaşadığı evin qarşısında avtomobildən düşərək evə keçmiş və bir neçə dəqiqə sonra geri qayıdaraq yükləri zibillik sahəyə aparmaq lazım olmadığını demişdir. Sürücü onun üçün heç bir fərqinin olmadığını deyərək 20 manatını istəmişdir. O, da etiraz etməmiş və sürücüyə 20 manat ödəyərək yükü evinin qarşısına boşaltmışdır. Sürücü getdikdən sonra torbaları yaşadığı evin həyətyanı sahəsinə yığmışdır. Daha sonra onları hissə-hissə fərdi evinin yaxınlığında yerləşən boşluq sahəyə apararaq yandırmış və mis halına gətirmişdir. Əldə etdiyi misləri isə yenidən torbaya yığaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarı adlanan bazara gətirmişdir. Orada tanımadığı şəxsə misləri 420 manata satmışdır. Əldə etdiyi qazancları isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 18 aprel 2022-ci il tarixində, saat 07:30-da şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazsində olduğu zaman yolun kənarında olan zibil qablarının yanında ağ rəngli sellofan büküm olduğunu görmüşdür. O, sellofan bükümü açıb içərisinə baxdığı zaman bükümdə narkotik vasitə olduğunu müəyyən etmiş, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində daşımışdır. Orada işlərini tamamladıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinə gəlmiş, Zabrat dairəsində dayandığı zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onlarla birlikdə 15-ci PB-nə getməyi təklif etmişlər. O, ilk əvvəl nə üçün bölməyə getməli olduğunu soruşmuş, polis əməkdaşları ona narkotik vasitəni qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə razılaşaraq 15-ci PB-nə gəlmişdir. Polis bölməsində barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib olunmuş, tutulması ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Daha sonra o, dövlət hesabına vəkillə təmin edilərək ümumi hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla o, tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və həm bununla, həm də vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olubolmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əlində olan ağ rəngli sellofan bükümdə olan narkotik vasitə marixuanaları təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sellofan torbaya baxış keçirilmiş və baxış zamanı narkotik vasitə marixuana aşkar edilmişdir. Polis əməkdaşları ağ rəngli sellofanda olan ot kütləsinin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi ağ rəngli sellofanda olan ot kütləsinin narkotik vasitə marixuana olduğunu, onu 18 aprel 2022-ci il tarixində, saat 07:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən, yolun kənarından yerləşən zibil qablarının yanından tapdığını, özü istifadə etmək üçün götürərək saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuana qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir, həmin protokol da onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsində özünə yeni ev tikir. Torpaq sahəsində tikinti işləri getdiyi üçün mütəmadi olaraq ora gedir və ustalara lazım olan təmir-tikinti materiallarını alaraq onlara verir. 30 mart 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsinə getmişdir. Orada bir müddət oturduqdan sonra çıxaraq yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyev küçəsi 247, mənzil 4-ə getmişdir. 01 aprel 2022- ci il tarixində, saat 08 radələrində yenidən nəzarət etmək üçün tikinti işləri gedən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsinə gəlmişdir. Ətrafa nəzər saldığı zaman tikilməkdə olan fərdi evdə olan 01 ədəd, ümumi dəyəri 18 manat olan su termosunun, 01 ədəd, ümumi dəyəri 15 manat olan elektrik qızdırıcısının, 01 ədəd, ümumi dəyəri 15 manat olan su qızdırıcısının, 01 ədəd, ümumi dəyəri 20 manat olan mismar çıxardan alətin, ümumi dəyəri 50 manat olan boru birləşmələri və plastik fitinqlərin, 100 metr uzunluğunda, 4 mm ölçüdə, ümumi dəyəri 65 manat olan elektrik kabelinin, 100 metr uzunluğunda, 6 mm ölçüdə, ümumi dəyəri 120 manat olan elektrik kabelinin, 40 metr uzunluğunda, 4 mm ölçüdə, ümumi dəyəri 30 manat olan elektrik kabelinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra fərdi evindən oğurluq olduğunu başa düşmüş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları torpaq sahəsinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 333 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirlən şəxslə barışmış, ona qarşı şikayət tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evi özünə məxsusdur. Mütəmadi orada yaşamasa da tez-tez bağ evinə gedərək nəzarət etmişdir. Sonuncu dəfə 10 mart 2022-ci il tarixində, günorta saatlarında bağ evinə getmişdir. Bir neçə saat bağ evində qalaraq nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. 17 mart 2022-ci il tarixində, saat 13 radələrində yenidən bağ evinə nəzarət etmək üçün ora getmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman fərdi evin həyətə baxan plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığın sındırılmış vəziyyətdə olduğunu, pəncərənin isə açıq olduğunu görmüşdür. Dərhal oğurluq hadisəsi baş verdiyini anlamış və evə keçərək baxış keçirmişdir. Bu zaman fərdi evdə olan bir ədəd 200 manat dəyərində, markasını bilmədiyi ot biçən maşının, bir ədəd 100 manat dəyərində, markasını bilmədiyi soyuducu mühərrikinin, bir ədəd 100 manat dəyərində, markasını bilmədiyi kondisioner mühərrikinin, 50 manat dəyərində markasını bilmədiyi elektrik sobasının yerində olmadığını görmüşdür. Daha sonra fərdi evin həyətyanı sahəsinə çıxaraq baxış keçirmiş və bu zaman həyətdə olan iki ədəd, 200 manat dəyərində su mühərriklərinin də yerində olmadığını aşkar etmişdir. Bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nə yaxınlaşaraq hadisə barədə məlumat vermiş, ərizə və izahat yazmış, bölmənin əməkdaşları ilə birlikdə bağ evinə baxış keçirilmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 650 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən yarımtikili fərdi ev ona məxsusdur. Həmin evdə yaşayış olmadığı üçün ara-sıra həmin evə gedərək nəzarət etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında özünə məxsus olan Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən yarımtikili fərdi evdə təmir-tikinti işləri görmək istəmişdir. Bu məqsədlə tanışı Şahid3 zəng etmiş və fərdi evdə təmir-tikinti işləri görməsini xahiş etmişdir. İlqar heç bir problemin olmadığını bildirmiş və bir nəfər şəxsdə götürərək orada işləyə biləcəyini bildirmişdir. 25 yanvar 2022ci il tarixində Şahid3 ilə görüşmüş və o, lazım olan təmir-tikinti materiallarının siyahısını ona vermişdir. O, İlqar dediyi təmir-tikinti materiallarını, o cümlədən 1300 metr uzunluğunda, 13 top elektrik kabelini alaraq Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən yarımtikili fərdi evə qoymuşdur. 13 fevral 2022-ci il tarixində nəzarət etmək üçün Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən yarımtikili fərdi evə nəzarət etmişdir. Həmin zaman fərdi evdə hər şeyin qaydasında olduğunu görmüşdür. 16 fevral 2022-ci il tarixində fərdi evində usta işləyən Şahid3 onun mobil telefonuna zəng edərək naməlum şəxs və ya şəxslərin fərdi evə daxil olduğunu, divarlara quraşdırılmış elektrik kabellərini divardan çıxardıb kəsərək oğurladıqlarını bildirmişdir. Bundan sonra o, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən yarımtikili fərdi evinə gəlmişdir. Evə gəldikdən sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları torpaq sahəsinə gəlmişlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 X3 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X2 X6 Yardımçı X3 aparıcı mütəxəssisi vəzifəsində işləyir. 09 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxozda yerləşən kənd qəbiristanlığının arasında quraşdırılmış dəmir torların və dəmir dirəklərin yerində olmadığını aşkar etmişlər. Dərhal bununla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutuna məlumat verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutundan isə Sabunçu rayon Polis İdarəsinə məktubla müraciət edilmişdir. 22 fevral 2022-ci il tarixində isə Sabunçu RPİ-nin 15-ci PB-nə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 X3 baş direktoru Asif Əzimov ərizə ilə müraciət etmiş və hadisə ilə bağlı izahat vermişdir. Ərizə və izahat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən hadisə baş verən əraziyə baxış keçirilmişdir. Bölmədə araşdırma getdiyi dövrdə dəymiş ziyanla bağlı araşdırma aparmış və bu zaman Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 X4 1500 manat maddi ziyan dəydiyi müəyyən edilmiş və bununla bağlı müvafiq akt tərtib edilərək bölməyə təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində özünə məxsus bağ sahəsi vardır. Həmin bağ evində əsasən yay aylarında olmuş, digər aylarda isə mütəmadi olaraq bağ evinə gedərək nəzarət etmişdir. 05 aprel 2022-ci il tarixində, səhər saatlarında nəzarət etmək üçün bağ evinə getmişdir. Bir neçə saat bağ evində qalmış və daha sonra oradan çıxaraq yaşadığı evə getmişdir. 13 aprel 2022-ci il tarixində, saat 10:30 radələrində yenidən nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evinə getmişdir. Bağ evinə daxil olduğu zaman naməlum şəxs və ya şəxslərin bağa daxil olduğunu hiss etmişdir. Ətrafa baxış keçirdiyi zaman bir ədəd 103 manat dəyərində, markasını bilmədiyi su nasosunun, bir ədəd 98 manat dəyərində, markasını bilmədiyi su nasosunun və bir ədəd, 450 manat dəyərində markasını bilmədiyi su sayğacının yerində olmadığını aşkar etmişdir. Bundan sonra oğurluq olduğunu başa düşmüş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları torpaq sahəsinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, o, təxminən bir il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən 64/65 nömrəli bağ evini almışdır. Bağ sahəsini aldıqdan sonra orada özünə ev tikməyə başlamışdır. Ev tam hazır olmadığı üçün orada yaşayış olmamışdır. 14 aprel 2022-ci il tarixində, saat 09 radələrində tikintidə işləyən ustalar onun mobil telefonuna zəng etmişlər. Telefona cavab verdiyi zaman ustalar bağ evinə naməlum şəxs və ya şəxslərin daxil olduqlarını, bağda divara quraşdırılmış elektrik kabellərinin hamısının kəsərək çıxardıb oğurladıqlarını bildirmişlər. Bundan sonra dərhal bağ evinə gəlmiş və baxış keçirmişdir. Baxış zamanı həqiqətəndə divarlarla çəkilmiş 2050 metr uzunluğunda elektrik naqillərinin divarlardan çıxarılaraq kəsilib oğurlandığını görmüşdür. Bundan sonra ərazi üzrə Sabunçu RPİ-nin 15-ci PB-nə yaxınlaşaraq ərizə təqdim etmişdir. Ərizə verdikdən sonra bölmənin əməkdaşları onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən 64/65 nömrəli bağ evinə gəlmişlər. Polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra hadisə ilə bağlı izahat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, göyərçin həvəskarı olduğundan 2017-ci il tarixində yaşadığı binanın damında göyərçin saxlamaq üçün hin tikmişdir. Eyni zamanda 45 ədəd göyərçin alaraq həmin hində saxlamışdır. Mütəmadi olaraq işdən gəldikdən sonra göyərçinlərə nəzarət etmişdir. Göyərçinlər üçün tikdiyi hinin sahəsi nisbətə böyük olduğundan özünə məxsus olan iki ədəd laqonda və bir ədəd perefaratoru da orada saxlamışdır. 10 aprel 2022-ci il tarixində, saat 08:30 radələrində dama qalxaraq göyərçinlərə yem vermiş və daha sonra çıxaraq işə getmişdir. 11 aprel 2022-ci il tarixdə, saat 09:15 radələrində yenidən göyərçinlərə yem vermək üçün dama qalxmış, bu zaman göyərçin hininin qapısının açıq olduğunu görmüşdür. İçəri baxdığı zaman göyrəçinlərinin, eyni zamanda iki ədəd laqondanın və bir ədəd perafaratorun yerində olmadığını görmüşdür. Oğurluq olduğunu başa düşmüş və hadisə barədə Azərbaycan Respublikası DİN- nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PBnin əməkdaşları yaşadığı evə gəlmişlər. Onlar oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Göyərçinlərin ümumi dəyəri 230 manat, iki ədəd laqondanın dəyəri 100 manat, bir ədəd perefaratorun dəyərinin isə 150 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 480 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, xx.xx.2022-cii İ tarixində, saat 12 radələrində ailəmlə birlikdə rayona getmişdir. 4 gün rayonda qaldıqdan sonra 24 mart 2022-ci il tarixində, saat 13 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.Səfəroğlu küçəsi, nömrəsiz evə gəlmişdir. Fərdi evin həyətyanı sahəsinə daxil olduğu zaman qonaq otağının pəncərəsinin açıq olduğunu, üzərində olan dəmir barmaqlığın isə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Evə naməlum şəxs və ya şəxsin daxil olmasından şübhələnmiş və dərhal evə keçərək baxış keçirmişdir. Bu zaman fərdi evin dağınıq vəziyyətdə olduğunu, yataq otağında olan çarpayının arxa tərəfində olan parçanın cırıldığını görmüşdür. Bundan sonra oğurluq olduğunu başa düşmüş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları evə gəldikdən sonra evə bir daha ətraflı nəzər yetirmişdir. Bu zaman yataq otağındakı dolabda olan 01 ədəd 280 manat dəyərində “Ogge” markalı, 01 ədəd 190 manat dəyərində, markasını bilmədiyi ayaqqabıların oğurlandığını müəyyən etmişdir. Bundan sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 510 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mercedes Actros" markalı, ** VE *** dövlət nömrə nişanlı yük avtomobili ilə yük daşınması ilə məşğul olur. 30 mart 2022-ci il tarixində idarə etdiyi “Mercedes Actros” markalı, ** VE *** dövlət nömrə nişanlı yük avtomobili ilə Abşeron rayonu, Məhəmmədi qəsəbəsinə yük gətirmişdir. Gətirdiyi yükü boşatldıqdan sonra yük avtomobilini qardaşı Yaşarın yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsindəki evin yaxınlığında, yolun kənarında saxlayaraq taksi ilə yaşadığı evə getmişdir. 01 aprel 2022-ci il tarixində, günorta saatlarında özünə məxsus olan “Mercedes Actros” markalı, ** VE *** dövlət nömrə nişanlı yük avtomobilini götürmək üçün saxladığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsinə gəlmişdir. Yük avtomobilini işə salmaq istədiyi zaman işə düşmədiyini görüb yük avtomobilinə baxış keçirmişdir. Bu zaman özünə məxsus olan “Mercedes Actros" markalı, ** VE *** dövlət nömrə nişanlı yük avtomobilinin üzərində olan, təqribən bir ay əvvəl aldığı, markasını xatırlamadığı iki ədəd akkumulyatorun yerində olmadığını görmüşdür. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Onlar yük avtomobilinə baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi ev ona məxsusdur. Lakin fərdi evin həyətyanı sahəsi su olduğundan, eyni zamanda fərdi evdə təmir işləri tam başa çatmadığından orada yaşayış yoxdur. Buna baxmayaraq mütəmadi olaraq həmin evə gedərək nəzarət etmişdir. 2022-ci ilin təqribən mart ayının sonlarında nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Bu zaman fərdi evdə hər şeyin qaydasında olduğunu görmüş və oradan çıxaraq hazırda yaşadığı evə qayıtmışdır. 03 aprel 2022-ci il tarixində, saat 12 radələrində yenidən nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Bu zaman fərdi evin giriş qapısının sol tərəfində yerləşən plastik pəncərənin açıq olduğunu görmüşdür. Dərhal evə keçərək baxış keçirmiş və bu zaman evdə olan bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 50 manat olan ətçəkən mişarın, ümumi dəyəri 60 manat olan hamam aksessuarlarının və 30 metr uzunluğunda, ölçüsünü bilmədiyi, ümumi dəyəri 110 manat olan elektrik naqillərinin oğurlandığını müəyyən etmişdir. Bundan sonra oğurluq olduğunu başa düşmüş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları evinə gəlmişlər. Polis əməkdaşları evə gəldikdən sonra baxış keçirmişlər, o, ərizə ilə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivi, 43-cü dalanda yerləşən bağ evi özünə məxsusdur. Əsasən yay aylarında ailə üzvləri ilə birlikdə həmin bağ evinə gələrək orada qalmışdır. Digər aylarda isə orada yaşamasa da, mütəmadi olaraq nəzarət etmək üçün bağ evinə getmişdir. Sonuncu dəfə 2022-ci ilin təqribən 20 mart tarixində bağ evinə gedərək nəzarət etmişdir. Həmin zaman hər şeyin qaydasında olduğunu görüb oradan çıxaraq yaşadığı evə getmişdir. 02 aprel 2022-ci il tarixində nəzarət etmək üçün yenidən Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivi, 43-cü dalanda yerləşən bağ evinə getmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman fərdi evin eyvanının taxta pəncərəsinin şüşəsinin yerində çıxarıldığını görmüşdür. Dərhal içəri keçərək baxış keçirmiş və bu zaman evdə olan 01 ədəd, markasını bilmədiyi su nasosunun, 01 ədəd manqalın, 12 ədəd şişin və yanacaq balonunun yerində olmadığını görmüşdür. Oğurluq olduğunu başa düşmüş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Onlar fərdi evə baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxam yolunun üzərində yerləşən “AS” avtomobil servis mərkəzinin yanında yerləşən market ona məxsusdur. Hər gün səhər saatlarında marketi açır və axşam saatlarında oranı bağlayaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mədən 1-də yerləşən nömrəsiz fərdi evə getmişdir. Marketdə müxtəlif markalı siqaretlərin, eyni zamanda mobil telefon aksessuarlarının satışını həyata keçirir. 09 dekabr 2021-ci il tarixində, saat 20 radələrində marketdən çıxaraq yaşadığı evə getmişdir. O, işdən çıxdığı zaman marketdə satıcı işləyən X14 orada olmuşdur. O, getdikdən bir müddət sonra Vüsal marketi bağlayaraq yaşadığı evə getmişdir. 10 dekabr 2021-ci il tarixində, saat 08:20 radələrində özünə məxsus olan marketi açmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxam yolunun üzərində yerləşən “AS” avtomobil servis mərkəzinə gəlmişdir. Orada marketə yaxınlaşaraq qapısını açmaq istəmişdir. Bu zaman marketin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri keçərək baxış keçirdiyi vaxt ətrafın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bunu gördükdən sonra naməlum şəxs və ya şəxslərin marketə daxil olaraq oğurluq etdiklərini başa düşmüşdür. Marketdə olduğu zaman satıcı Vüsalda marketə gəlmiş və ona oğurluq olduğunu bildirmişdir. Bundan sonra marketin videomüşahidə kameralarına baxış keçirmişlər və bu zaman bir nəfər tanımadıqları şəxsin üzündə maska və başında papaqla marketə yaxınlaşıb əlindəki ağac kəsmək üçün nəzərdə tutulan böyük qayçı ilə qapıya müdaxilə edib içəri keçdiyini, içəridən marketin kassa aparatını, kassada olan 720 manat nağd pulu, satışda olan müxtəlif siqaretləri və mobil telefonlar üçün nəzərdə tutulmuş aksessuarları qara rəngli selefona yığaraq marketdən çıxdığını görmüşlər. Bundan sonra hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə təqdim etmişdir. Ərizə təqdim etdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra hadisə ilə bağlı izahat vermiş, eyni zamanda video müşahidə kamerasının görüntülərini təqdim etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Pir Hüseyn küçəsində yerləşən 97 saylı evi 2000-ci il tarixində almış və aldığı gündən ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. 2021-ci ilin may ayında həyat yoldaşı dünyasını dəyişdiyi üçün ailə üzvləri ilə birlikdə Şəmkir rayonuna getmiş və orada yaşamağa başlamışdır. Həmin gündən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Pir Hüseyn küçəsi ev 97-də yaşayış olmamışdır. Buna baxmayaraq Bakı şəhərində yaşayan qardaşı mütəmadi olaraq evinə gedərək nəzarət etmişdir. 20 dekabr 2021-ci il tarixində, saat 16 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Yaşadığı evin həyətyanı sahəsinə daxil olduq fərdi evin mətbəxinin taxta pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal fərdi evə baxış keçirmiş və bu zaman evin mətbəxində olan bir sıra qab-qacaqların yerində olmadığını görmüşdür. Oğurluq olduğunu başa düşmüş və evə baxış keçirmişdir. Baxış keçirdiyi zaman fərdi evinin zirzəmisinin kilidinin də sındırıldığını görmüşdür. Bundan sonra tam olaraq oğurluq olduğunu anlamış və oğurlanmış əmlakları araşdırmışdır. Bu zaman fərdi evin zirzəmisindən 01 ədəd, ümumi dəyəri 160 manat olan “Qazel” markalı avtomobilin motorunun başlığının, 01 ədəd, ümumi dəyəri 1450 manat olan “Nissan Xtrail” markalı avtomobilin motorunun başlığının, 02 ədəd, ümumi dəyəri 260 manat olan “Nissan Xtrail” markalı avtomobilin çaşkalarının, ümumi dəyəri 800 manat olan, “Nissan Xtrail" markalı avtomobilin 04 ədəd şatununun və 04 ədəd porşenin, 01 ədəd ümumi dəyəri 150 manat olan Nissan Xtrail” markalı avtomobilin motor katerinin, 0.80 smlik ümumi dəyəri 12 manat olan borunun, 2 metr uzunluğunda 0,6 sm-lik, ümumi dəyəri 18 manat olan şvellerin, 15 metr uzunluğunda, 0,5 sm-lik, ümumi dəyəri 90 manat olan dəmir borunun, 01 ədəd, ümumi dəyəri 35 manat olan plastik vannanın, 01 ədəd, ümumi dəyəri 20 manat olan alüminium vannanın, ümumi dəyəri 30 manat olan 01 ədəd alüminium qazan və qab-qacaq dəstlərinin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları yaşadıqları ünvana gəlmişlər. Onlar baxış keçirdikdən sonra ərizə ilə müraciət etmiş, eyni zamanda hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3025 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, X17 ilə ailə həyatı qurmuş və hazırda Ağstafa rayonunun Köçəsgər kəndində yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, B.ünvan 2 qaynı Anar Novruzovla baldızı Ülviyyə Novruzovaya məxsusdur. Həmin mənzil taxta qapı vasitəsi ilə qaynı Anarla baldızı Ülviyyə arasında iki hissəyə bölünmüşdür və mənzillərin giriş qapısı ayrıdır. Lakin nə qaynı, nə də baldızı həmin mənzillərdə yaşamır. Binanın ikinci mərtəbəsində isə qaynanası Anna Novruzova yaşayır. Sonradan qaynanası həmin mənzili həyat yoldaşı Laləyə bağışladığından orada təmir işləri aparmışdır. 2021-ci ilin mart ayında bir ədəd “Ariston” markalı kombi aparatını, otuz ədəd istilik radiatoru, bir ədəd aspirator, bir ədəd qaz sobası, bir ədəd su qızdıran və bir ədəd əl yuyan qazan və kran alaraq birinci mərtəbədə olan və baldızı Ülviyyəyə məxsus mənzilə yığmışdır. Sonradan maddi imkanı zəif olduğu üçün orada təmir işlərini müvəqqəti dayandırmışdır. 21 dekabr 2021-ci il tarixində qaynanası Anna Novruzova yaşadığı Ağstafa rayonu, Köçəsgər kəndinə qonaq gəlmişdir. O, bir neçə gün onlarda qaldıqdan sonra 02 yanvar 2022-ci il tarixində qaynanası ilə birlikdə Bakı şəhərinə gəlmişlər. 03 yanvar 2022-ci il tarixində mənzilə baş çəkmək üçün Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsi ev 29-a getmişdir. Bu zaman Ülviyyəyə məxsus mənzilin qapısının açıq olduğunu görmüşdür. İçəri keçərək baxış keçirdiyi zaman ora qoyduğu bir ədəd, ümumi dəyəri 2000 manat olan “Ariston” markalı kombi aparatının, otuz ədəd, markasını bilmədiyi, ümumi dəyəri 500 manat olan istilik radiatorlarının, bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 280 manat olan aspiratorun, bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 320 manat olan qaz sobasının, bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 270 manat olan su qızdırıcısının və bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 370 manat olan əl yuyan qazan və kranın yerində olmadığını görmüşdür. Bundan sonra hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişlər. Məlumatı əsasında Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları baxış keçirdikdən sonra ərizə ilə müraciət etmiş, eyni zamanda baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3740 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, qaynaqçı işləyir və qaynaq işi ilə əlaqədar lazım olan avadanlıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 23 saylı yaşayış binasının arxa tərəfində olan köşkün içərisinə yığıb saxlayır. 21 dekabr 2021-ci ildə saat 15 radələrində özünə məxsus 01 ədəd qaynaq aparatını, 01 ədəd elektriklə işləyən laqondanı və bir ədəd bucaq kəsmək üçün aləti Bakı şəhəri, Sabunçu rayonu, Xətai rayonu ərazisindən gətirərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 23 saylı yaşayış binasının arxa tərəfində olan köşkün içərisinə qoymuşdur. Həmin vaxt köşkdən əlavə olaraq özünə məxsus 01 ədəd qaynaq aparatı, 01 ədəd elektriklə işləyən laqonda, 01 ədəd mühərrikli ağac kəsən alət olmuşdur. 23 dekabr 2021-ci ildə saat 00:30 radələrində köşkə getmiş və bu zaman köşkün qapısında olan qıfılın sındırıldığını, qapısının açıq olduğunu görmüşdür. Köşkə baxan zaman isə içəridə olan hər biri 200 manat, ümumilikdə 400 manat dəyərində olan 02 ədəd qaynaq aparatının, 100 manat dəyərində 01 ədəd mühərrikli ağac kəsən aparatın, 200 manat dəyərində 01 ədəd elektriklə işləyən laqondanın və 200 manat dəyərində 01 ədəd bucaq kəsən aparatın yerində olmadığını aşkar etmişdir. Gecə olduğu üçün bu barədə heç kimə söz deməmişdir. Səhər açıldıqdan sonra, saat 08:30-da hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15 PB-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər, bundan sonra ərizə ilə bölməyə müraciət etmiş, eyni zamanda izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixində Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivindən 3 sot torpaq sahəsi alaraq orada bir mətbəxdən və bir otaqdan ibarət ev tikərək anası ilə birlikdə orada yaşamağa başlamışdır. Təxminən 2 il əvvəl anası Şahid4 ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getmişlər. xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində Azərbaycan Respublikasına geri qayıdaraq evlərinə gəlmişdir. Evə daxil olduqdan sonra elektrik enerjisinin kəsildiyini, evdə olan əşyaların dağınıq hala salındığını, həmçinin otağın plastik materialdan hazırlamış yan pəncərəsinin açıq olduğunu aşkar etmişlər. Evin bu vəziyyətdə olduğunu görəndə dərhal oğurluq faktının olduğunu başa düşmüş və baxış keçirmişdir. Bu zaman evin mətbəxinin dolabında olan 04 ədəd saxsı yemək dəsti olan boşqabların, 04 ədəd alüminium qazanın, 02 ədəd 10 litrlik su vedrəsinin, 01 ədəd qazan dəstinin, 01 ədəd alüminium aşsüzənin, 02 ədəd teştin, 01 ədəd stolüstü qaz sobasının, 1 ədəd soyuducunun motorunun, 5, 8, 10 metrlik elektrik kabellərinin, yataq otağından içərisində sayını bilmədiyim əl, qab-qacaq, hamam dəsmalları və qadın geyimləri olan 03 ədəd çamadanın, 03 ədəd yataq dəsti olan çamadanın, 02 ədəd böyük ölçülü yataq örtüyünün, 02 ədəd yorğanın, 08 ədəd döşək və yorğan üzlüklərinin, içərisində 50 qəpik dəmir pullar olan 1 litrik saxsı balonun oğurlandığını müəyyən etmişlər. Bundan sonra hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, təxminən 5 il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evi tikdirmişdir. Lakin maddi imkanının olmaması səbəbindən fərdi evin tikintisi tam başa çatdıra bilməmişdir. Fərdi evinin təmirini tam başa çatdırmaq məqsədi ilə oğurluq hadisəsi olmamışdan təxminən bir ay əvvəl "xxxx" ASC-dən 3000 manat kreditə pul götürmüşdür. Həmin pulu işləyərək topladığı 5000 manat pulun üzərinə qoymuş və həmin pulu uşağın yatdığı çarpayının üzərindəki döşəyinin alt hissəsində gizlətmişdir. 14 yanvar 2022-ci il tarixində qardaşı Elnur Yusifovun nişan mərasimində iştirak etmək üçün ailəsi ilə birlikdə Gədəbəy rayonu, Şınıx kəndinə getmişdir. Ailəsi ilə birlikdə rayona getdiyi zaman onunla birlikdə eyni evdə yaşayan babası X11 evdə qalmışdır. 15 yanvar 2022-ci il tarixində, axşam saatlarında babası Qəməndər onun mobil telefonuna zəng etmişdir. Telefona cavab verdiyi zaman babası yaxınlıqda yaşayan bacısı Səlminazın hüzr mərasimində iştirak etmək üçün onlara getdiyini, təqribən iki saat onlarda oturduqdan sonra evə qayıtdığını, fərdi evin həyətyanı sahəsinə daxil olduğu zaman evin təmirsiz olan pəncərəsinin açıq olduğunu gördüyünü, evə baxdıqda isə evin yataq və zal otağının dağınıq vəziyyətdə olduğunu aşkar etdiyini bildirmişdir. O, babası Qəməndərdən uşaq çarpayısının alt hissəsinə qoyduğu pulun yerində olubolmamasını yoxlamağı xahiş etmişdir. Babası çarpayının alt hissəsinə baxış keçirdikdən sonra orada pul olmadığını bildirmişdir. Bundan sonra oğurluq olduğunu başa düşmüş və hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları yaşadığı evə gedərək oradan onunla əlaqə saxlamışlar. O, polis əməkdaşlarına hazırda Gədəbəy rayonunda olduğunu bildirərək Bakı şəhərinə gəldikdən sonra bölməyə gələcəyini demişdir. 17 yanvar 2022-ci il tarixində Bakı şəhərində gəldikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 8000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Yahya oğlu ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivindən özünə fərdi yaşayış evi almışdır. Həmin fərdi yaşayış evində mütəmadi olaraq yaşamasa da tez- tez gəlib həmin mənzilə baş çəkmişdir. Sonuncu dəfə həmin mənzildə 2021-ci ilin təxminən dekabr ayında olmuş və orada olan zaman hər şey öz qaydasında olmuş və elə gəldiyi gün axşamda Binəqədi rayonunda olan evinə geri dönmüşdür. Təxminən 1 aya yaxın müddət olardı ki, sözü gedən evə gəlmədiyi üçün xx.xx.2022-ci il tarixində mənzilə baş çəkmək qərarına gəlmişdir. O, ailəsi ilə birgə özünə məxsus fərdi yaşayış evinə gəlmişdir. Fərdi evin həyətyanı sahəsinə daxil olduğu zaman evin yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığın sındırılmış vəziyyətdə, pəncərənin isə açıq olduğunu görmüşdür. Dərhal oğurluq olduğunu başa düşmüş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumatı əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları ona məxsus fərdi evə gəlmişlər. Polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirmişdir. Bu zaman fərdi evin dağınıq vəziyyətdə olduğunu, evdən 01 ədəd 82 diaqonallı dəyəri 450 manat olan “Samsung” markalı televizorun, 01 ədəd 107 düyümlü dəyəri 850 manat olan “Shvaki” markalı televizorun, mətbəx dolabından 650 manat pulun və 200 manat dəyərində olan döşək üzlərinin oğurlandığını müəyyən etmişlər. Bundan sonra ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmiş və baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qsəbəsi, Ləhic bağları, 42-ci dalanda yerləşən 6 sot torpaq sahəsini təqribən 25 il bundan əvvəl almışdır. Sonradan isə orada bir mərtəbəli, kürsülü ev tikdirsə də mütəmadi orada qalmamışdır. Buna baxmayaraq ara-sıra həmin evə gedərək nəzarət etmişdir. Sonuncu dəfə 2021-ci ilin dekabr ayının ortalarında bağ evinə gedərək nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görmüşdür. 03 fevral 2022-ci il tarixində yenidən nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qsəbəsi, Ləhic bağları, 42-ci dalanda yerləşən bağ evinə getmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman həyətdə olan bir ədəd, 3 ton tutuma malik plastmas su çəninin yerində olmadığını görmüş və naməlum şəxs və ya şəxslərin həyətdən oğurluq etdiklərini anlamışdır. Bundan sonra fərdi evə baxış keçirmiş və bu zaman fərdi evdə olan 10 ədəd, hər birinin uzunluğu 2,5 metr, dəyəri 25 manat olan taxtaların, iki ədəd, ümumi dəyəri 200 manat olan plastik pəncərələrin yerində olmadığını görmüşdür. Bundan sonra oğurluq olduğundan tam əmin olmuş və hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, Neftçilər küçəsində yerləşən 21 saylı evə 2022-ci ilin yanvar ayının əvvəllərində köçmüşdür. 27 yanvar 2022-ci il tarixində, saat 22:40 radələrində özünə məxsus olan “Mercedes Benz B klass” markalı, ** CL *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı evə gəlmişdir. Avtomobili yaşadığı evin sağ tərəfində yerləşən boşluq sahədə saxlamış və evə keçmişdir. Evdə usta işlədiyi üçün təqribən 01 saat sonra yaşadığı evdən çıxaraq avtomobilə baxmış və hər şeyin qaydasında olduğunu görmüşdür. Daha sonra yenidən evinə keçmiş və yatmışdır. 28 yanvar 2022-ci il tarixində, saat 07:45 radələrində yaşadığı evdən çıxmış və avtomobilə əyləşmişdir. Bu zaman avtomobilin şitində olan saxlanc yerinin qapağının açıq olduğunu görmüşdür. Dərhal baxış keçirmiş və bu zaman həmin saxlanc yerində olan, içərisində 4200 manat nəğd pul, özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələri olan pul qabının yerində olmadığını görmüşdür. Dərhal avtomobildən düşərək baxış keçirmiş və bu zaman naməlum şəxs və ya şəxslərin avtomobilin arxa sağ tərəfdən şüşəsini sındırdığını, arxa saxlanc yerindən 09 blok və 03 ədəd “Kent’’ markalı siqaretləri, qabaq şitdə olan pul qabını oğurladıqlarını müəyyən etmişdir. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları hadisə baş verən ünvana gəlmişlər. Onlar baxış keçirdikdən sonra ərizə ilə müraciət etmiş, eyni zamanda hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4520 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evi 30 ildir onun ailəsinə məxsusdur. Həmin bağ evi atasından ona miras qalmış, yay aylarında ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Digər aylarda isə mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evinə gedərək ora nəzarət etmişdir. 03 fevral 2022-ci il tarixində, saat 20 radələrində nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evinə getmişdir. Bağ evinə getdiyi zaman hər şeyin qaydasında olduğunu görmüşdür. 04 fevral 2022-ci il tarixində, saat 20 radələrində yenidən nəzarət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evinə getmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman hər şeyin qaydasında olduğunu düşünmüşdür. Bu səbəbdən fərdi evə keçmiş və evə keçdiyi zaman soyuq olduğunu hiss etmişdir. Bu zaman kombi aparatının söndüyünü düşünərək yenidən işə salmaq üçün həyətdə olan yardımçı otağa getmişdir. Yardımçı otağın qarşısına çatdığı zaman dəmir qapısının kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal içəri keçərək baxış keçirmiş və bu zaman yardımçı otaqda olan bir ədəd, ümumi dəyəri 550 manat olan “Hidro Therm’’ markalı kombi aparatının, bir ədəd, markasını xatırlamadığı, ümumi dəyəri 270 manat olan su isidici sobanın və bir ədəd, markasını xatırlamadığı, ümumi dəyəri 200 manat olan mikrodalğalı sobanın yerində olmadığını görmüşdür. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları bağ evinə gəlmişlər və baxış keçirmişlər. Bundan sonra ərizə ilə bölməyə müraciət etmiş, eyni zamanda hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1020 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 30-cu dalanda yerləşən 1341 saylı bağ evi təqribən 15 ildir ki özünə məxsusdur və əsasən orada yaşayır. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində də özünə məxsus başqa bir evi vardır. Ara-sıra ailə üzvləri ilə birlikdə Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evinə gedərək orada da qalır. 19 fevral 2022-ci il tarixində, saat 17:30 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 30-cu dalanda yerləşən 1341 saylı bağ evindən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evinə getmişdir. Həmin günü orada qalmış və 20 fevral 2022-ci il tarixində, saat 08 radələrində yenidən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları yaşayış massivi, 30-cu dalanda yerləşən 1341 saylı bağ evinə gəlmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman bir neçə ay əvvəl alaraq həyətə yığdığı, hər birinin uzunluğu təqribən 2-3 metr olan dəmir şvellerlərin, eyni zamanda iki ədəd köhnə dəmir çarpayının yerində olmadığını görmüşdür. Bundan sonra oğurluq hadisəsinin baş verdiyini anlamış və hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları yaşadığı evə gələrək hadisə yerinə baxış keçirmişlər. Baxış keçirildikdən sonra o, ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları yaşayış massivi, 43-cü dalanda yerləşən bağ evi ona məxsusdur. Ev iki mərtəbədən və dörd otaqdan ibarətdir. Evdə təmir işləri getdiyindən orada vasavış yoxdur. Bununla belə ara-sıra bağ evinə gedərək nəzarət etmişdir. 17 mart 2022-ci il tarixdə, saat 11 radələrində nəzarət etmək üçün Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağlan yaşayış massivi, 43-cü dalanda yerləşən bağ evinə getmişdir. Bağ evinin həyətyanı sahəsinə daxil olduğu zaman fərdi evin yataq otağının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını, pəncərənin isə açıq olduğunu görmüşdür. Dərhal evə daxil olaraq baxış keçirmiş və bu zaman evdə olan bir ədəd, ümumi dəyəri 1200 manat olan “LG” markalı televizorun, bir ədəd, ümumi dəyəri 250 manat olan samovarın, bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 200 manat olan su nasosunun, bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 60 manat olan ev telefonunun, bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 70 manat olan drelin, bir dəst, markasını bilmədiyi, ümumi dəyəri 120 manat olan yataq dəstinin və ümumi dəyəri 100 manat olan qab-qacaqların yerində olmadığını aşkar etmişdir. Bundan sonra oğurluq olduğunu başa düşmüş və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər və baxış keçirmişlər. Daha sonra o, ərizə ilə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsulzadə küçəsində yerləşən fərdi ev təqribən iki olarki ona məxsusdur. Həmin evdə əsasən yay aylarında yaşasalarda, digər aylarda fərdi evə gedərək nəzarət etmişdir. 24 fevral 2022-ci il tarixində, saat 16 radələrində nəzarət etmək üçün Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsulzadə küçəsində yerləşən fərdi evinə getmişdir. Fərdi evin həyətinə nəzər yetirdiyi zaman fərdi evin arxa hissəsində olan qazanxananın pəncərəsinin açıq olduğunu görmüşdür. İçəri keçərək baxdığı zaman qazanxanada quraşdırılmış iki ədəd kombi aparatının nasoslarının, iki ədəd kombi aparatının işıq tənzimləyicilərinin, bir ədəd boylerin nasosunun, iki ədəd qaz tənzimləyicinin və bir ədəd su nasosunun yerində olmadığını görmüşdür. Bundan sonra naməlum şəxs və ya şəxslərin fərdi evin arxasında olan qazanxanaya daxil olaraq oradan sadaladığı əşyaları oğurladığını anlamışdır. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1900 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 10 aprel 2022-ci il tarixində, saat 22 radələrində rəfiqəsinin ad günündə iştirak etmək üçün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic Zavod ərazisi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdən çıxmışdır. 11 aprel 2022-ci il tarixə, saat 02 radələrinədək məclisdə iştirak etmiş və məclis bitdikdən sonra oradan çıxaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic Zavod ərazisi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə gəlmişdir. Fərdi evinə çatdığı zaman evin işıqlarının yanmadığını görüb çöldə olan işıq sayğacına baxış keçirmişdir. Bu zaman işığın sayğacdan kəsildiyini görmüş və işıqları qoşaraq yaşadığı evə keçmişdir. Fərdi evə daxil olaraq yataq otağına keçdiyi zaman pəncərənin açıq vəziyyətdə olduğunu, yataq otağının isə dağınıq olduğunu görmüşdür. Dərhal oğurluq olduğunu başa düşmüş və hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 20 Yanvar küçəsində özünə yeni ev tikdirmişdir. Lakin evdə təmir işləri tam yekunlaşmadığından orada yaşayış olmamışdır. Buna baxmayaraq mütəmadi olaraq həmin evə gedərək nəzarət etmişdir. xx.xx.2022-ci il tarixində saat 16 radələrində özünə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində işləməyə getmişdir. Bu zaman fərdi evin pəncərəsinin bir az aralı olduğunu, eləcə də pəncərə torunun çıxarıldığını görmüşdür. Dərhal evdə oğurluq olmasından şübhələnmiş və evin qapısını açaraq içəri daxil olmuşdur. Evə baxış keçirdiyi zaman yataq otağında olan divanın üzərinə qoyulmuş “Regal” markalı plazma televizorun yerində olmadığını aşkar etmişdir. Fərdi evindən oğurluq olduğunu başa düşmüş və hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi kənd qəbiristanlığının yaxınlığında özünə məxsus fərdi evi var. Həmin evdə yaşamadığı üçün oranı kirayə vermişdir. Lakin sonrada həmin evdə yaşamaq qərarına gəlmiş və bu səbəbdən kirayə qalan şəxslərlə danışaraq onlardan evi boşaltmalarını xahiş etmişdir. Kirayə qalan şəxslər evdən çıxdıqdan sonra orada təmizlik işləri aparmışdır. Lakin səhhətində yaranmış problemlərlə əlaqədar həmin evə köçə bilməmişdir. Təqribən 10 gün xəstəxanada stasionar müalicə aldığı üçün Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi kənd qəbiristanlığının yaxınlığında yerləşən fərdi evinə nəzarət edə bilməmişdir. Xəstəxanada müalicəsini başa vuraraq çıxdıqdan sonra, yəni 30 mart 2022-ci il tarixində Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi kənd qəbiristanlığının yaxınlığında yerləşən fərdi evinə getmişdir. Bu zaman evin zal otağının pəncərəsinin dəmir barmaqlığının yerində çıxarıldığını görmüşdür. Dərhal oğurluq olmasını baş düşmüş və bu zaman fərdi evdə olan 01 ədəd kondisionerin, 01 ədəd elektrik tənzimləyici və paylayıcının, 01 ədəd masaüstü qaz sobasının, evdə olan soyuducunun mis borularının, kombi aparatının iç detallarının, evin elektrik naqillərinin, həmçinin fərdi evin həyətyanı sahəsində olan 01 ədəd su nasosunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixində təxminən 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bəxtiyar Vahabzadə küçəsində yaşayan oğlu Ramilin evinə getmişlər. Saat 21 radələrində oğlu Ramilin evindən çıxaraq öz yaşadığı evə gəlmişdir. Fərdi evin həyətyanı sahəsinə daxil olduğu zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda yataq otağında olan dolabların qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Oğurluq olduğunu başa düşmüş və digər oğlu Məhəmmədin yatdığı otağada baxış keçirmişdir. Bu zaman Məhəmmədin çarpayısının yanında yerləşən dolabın qapısının açıq olduğunu görmüşdür. Dolaba baxış keçirdiyi zaman orada saxladığı, oğlu Məhəmmədə məxsus pul qabının içərisində saxladığı 1000 manat nəğd pulun yerində olmadığını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixində tanışım X13 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Badamlıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə usta işləməyə başlamışdır. Usta işlərini görmək üçün özünə məxsus olan bir ədəd laqondanı, bir ədəd böyük perefaratoru, iki ədəd drelləri, bir ədəd santexnika ütüsünü və 150 metr uzunluğunda elektik naqilini həmin evə gətirmişdir. 13 fevral 2022-ci il tarixədək həmin evdə mütəmadi olaraq işləmişdir. 13 fevral 2022-ci il tarixində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Badamlıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evə gəlmişdir. Lakin havanın pis olması səbəbindən işləyə bilməmiş və bu səbəbdən oradan çıxaraq yaşadığı evə getmişdir. 14 fevral 2022-ci il tarixində, səhər saatlarında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Badamlıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evə gəlmişdir. Fərdi evin həyətyanı sahəsinə daxil olduğu zaman fərdi evin yataq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Pəncərəyə baxdığı zaman zədə izləri görmüş və evə naməlum şəxs və ya şəxslərin daxil olduğunu hiss etmişdir. Dərhal fərdi evin içərisinə keçərək baxış keçirmiş və bu zaman hamam otağında olmaqla ona məxsus olan bir ədəd, markasını xatırlamadığı 70 manat dəyərində laqondanın, bir ədəd, markasını xatırlamadığı 120 manat dəyərində böyük perefaratorun, iki ədəd, markalarını xatırlamadığı 100 manat dəyərində drellərin, bir ədəd, markasını xatırlamadığı 40 manat dəyərində santexnik ütüsünün və 150 metr uzunluğunda, 170 manat dəyərində elektrik naqillərinin yerində olmadığını görmüşdür. Bundan sonra oğurluq hadisəsinin baş verdiyini anlamış və hadisə ilə bağlı Azərbaycan Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir. Müraciət etdikdən sonra bölmənin əməkdaşları hadisə baş verən ünvana gəlmişlər və baxış keçirmişlər. Baxış keçirildikdən sonra hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 650 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında yerləşən 1353 nömrəli bağ evi özünə məxsusdur. Əsasən yay aylarında həmin bağ evində yaşayır. Digər aylarda isə mütəmadi olaraq bağ evinə gedərək nəzarət etmişdir. Təqribən bir il bundan əvvəl ümumi ölçüsü 3x4 kvadrat metr olan 25 ədəd taxta şalbanları alaraq bağ evinə gətirmişdir. Onları bağ evinə yığmış və yağışdan qorumaq üçün üzərinə sellofan çəkmişdir. 02 mart 2022-ci il tarixində, gündüz saatlarında bağ evinə nəzarət etmək üçün getmişdir. Həmin zaman bağ evində hər şeyin qaydasında olduğunu görmüş və bir müddət orada qaldıqdan sonra çıxaraq yaşadığı evə qayıtmışdır. 07 mart 2022-ci il tarixində bağ evinə nəzarət etmək üçün getdiyi zaman bağ evinin həyətyanı sahəsinə yığaraq üzərinə sellofan çəkdiyi 25 ədəd taxta şalbanın yerində olmadığını görmüşdür. Bundan sonra taxta şalbanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Məlumatı əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları bağ evinə gəlmişlər. Onlar bağ evinə baxış keçirdikdən və müvafiq fotoşəkillər çəkdikdən sonra ərizə ilə bölməyə müraciət etmiş, eyni zamanda müvafiq izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. 18 aprel 2022-ci il tarixində etibarlı və qərəzsiz mənbədən xx.xx.1998-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Rəvan oğlunun iştirakı ilə əməliyyat qrupu təşkil etmişlər. 28 fevral 2022-ci il tarixində, saat 09:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında olması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvü, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Rəvan oğlu ilə birlikdə qeyd edilən ünvana getmişlər. Saat 09:14 radələrində qeyd edilən ünvana çatmışlar və bu zaman Təqsirləndirilən şəxs orada dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs ilk əvvəl bölməyə dəvət edilməsinin səbəbini soruşmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı X12 həvalə edilmişdir. Fərmail İmanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğu soruşulduğu zaman o, maddənin narkotik vasitə marixuana olduğunu, onu 17 aprel 2022-ci il tarixində, saat 07:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən, yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Rəvan oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, usta işləyir. Bakı şəhərində iş olduğu zaman gələrək işləyir. 2022-ci ilin yanvar ayının ortalarında Saatlı rayonundan tanıdığı Sabir Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən fərdi evində təmir işləri aparmaq lazım olduğunu bildirmişdir. O, etiraz etməmiş və təmir işləri apara biləcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının 25-də qardaşı oğlu Fərididə götürərək Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsinə gəlmişdir. Orada Zərərçəkmiş şəxs14 ilə görüşmüş və evə baxış keçirmişdir. Baxış keçirdikdən sonra Sabirə təmir üçün lazım olan materialları siyahı şəklində yazaraq ona vermişdir. Zərərçəkmiş şəxs14 lazım olan təmir-tikinti materiallarını alaraq fərdi evə gətirmişdir. Orada işlərini görmüşlər və 15 fevral 2022-ci il tarixində elektrik kabellərini fərdi evin divarlarına çəkmişlər. Aldıqları kabellərdən 200 metr artıq qalmış və onları yığaraq fərdi evdə saxlamışdır. 16 fevral 2022-ci il tarixində, səhər saatlarında fərdi evə gəldiyi zaman naməlum şəxs və ya şəxslərin fərdi evə daxil olaraq divarlarda çəkilmiş elektrik kabellərini kəsib çıxardaraq, eyni zamanda artıq qaldığı üçün yığaraq evdə saxladığı 200 metr elektrik kabellərini oğurladıqlarını görmüşdür. Dərhal Zərərçəkmiş şəxs14 bu barədə məlumat vermişdir. Sabir bir müddət sonra Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən fərdi evə gəlmişdir. O, evə gəldikdən sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Mərkəzi Zəng sisteminə məlumat vermişlər. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları torpaq sahəsinə gəlmişlər. Baxış keçirildikdən sonra Sabir ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermiş, eyni zamanda o Sabunçu RPİ- nin 15-ci PB-də izahat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixində Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Yeni yaşayış massivindən 3 sot torpaq sahəsi alaraq orada bir mətbəxdən və bir otaqdan ibarət ev tikərək oğlu X20 ilə birlikdə orada yaşamağa başlamışdır. Təxminən 2 il əvvəl oğlu X20 ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getmişlər. xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində Azərbaycan Respublikasına geri qayıdaraq evlərinə gəlmişlər. Evə daxil olduqdan sonra elektrik enerjisinin kəsildiyini, evdə olan əşyaların dağınıq hala salındığını, həmçinin otağın plastik materialdan hazırlamış yan pəncərəsinin açıq olduğunu aşkar etmişlər. Evin bu vəziyyətdə olduğunu görəndə dərhal oğurluq faktının olduğunu başa düşmüşlər və baxış keçirmişlər. Bu zaman evin mətbəxinin dolabında olan 04 ədəd saxsı yemək dəsti olan boşqabların, 04 ədəd alüminium qazanın, 02 ədəd 10 litrlik su vedrəsinin, 01 ədəd qazan dəstinin, 01 ədəd alüminium aşsüzənin, 02 ədəd teştin, 01 ədəd stolüstü qaz sobasının, 01 ədəd soyuducunun motorunun, 5, 8, 10 metrlik elektrik kabellərinin, yataq otağından içərisində sayını bilmədiyim əl, qab-qacaq, hamam dəsmalları və qadın geyimləri olan 03 ədəd çamadanın, 03 ədəd yataq dəsti olan çamadanın, 02 ədəd böyük ölçülü yataq örtüyünün, 02 ədəd yorğanın, 08 ədəd döşək və yorğan üzlüklərinin, içərisində 50 qəpik dəmir pullar olan 1 litrik saxsı balonun oğurlandığını müəyyən etmişlər. Bundan sonra oğlu Emin hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Baxış keçirildikdən sonra oğlu X20 ərizə ilə bölməyə müraciət edərək hadisə ilə bağlı izahat vermişdir. Cinayət işinin 1-ci cildinin 87-ci vərəqəsində olan 18 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 107-108-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 Rəvan oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əlində olan ağ rəngli sellofanda spesifik iyə malik olan narkotik tərkibli bitki olan marixuanaya bənzər qurudulmuş ot kütləsi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 114-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022-ci il tarixli 7/374 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut” yazılar və imzalar olan polietilen bağlamada təmiz çəkisi - 345,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş mariuxanadır. Tədqiqata sərf ediildikdən sonra marixuananın qalıq çəkisi 344.98 qramdır. Cinayət işinin 1-ci cildinin 152-154-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-321/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 159-cu vərəqəsində olan 19 aprel 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 344.98 qram narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 164-165-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 20 aprel 2022-ci il tarixli, 1952 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 264-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 265-266-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli 9/2123 saylı ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 67,00 manat, təqdim edilməyən 1 adda malın orta istismar müddəti və orta istismar göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 80,00 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 239-261-ci vərəqəsində olan 13 may 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 6-cı cildinin 9-40-cı vərəqəsində olan 03 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 7-ci cildinin 204-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 7-ci cildinin 204-205-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2022-ci il tarixli 9/5651 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilə olan orta bazar qiymətilə ümumi dəyəri 1456,00 manat müəyyən edilir. Cinayət işinin 8-ci cildinin 48-95-ci vərəqəsində olan 20 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İntersko” markalı drel; 01 ədəd “Bors” markalı drel; 01 ədəd üzərində markası olmayan drel; 01 ədəd “İnter” markalı laqonda; 01 ədəd “Colt” markalı drel; 01 ədəd “İntersko” markalı laqonda; 01 ədəd “Bavaria” markalı drel; 01 ədəd “Haobang” markalı drel; 01 ədəd “Siemens” markalı iri laqonda; 01 ədəd, “Galaksi” markalı vakum təmizləyici; 01 ədəd “LG” markalı kondisionerin pultu; 25 metr uzunluğunda “Surtel” markalı, üzərində “5 mm2 , 300/500v” sözləri yazılan kabel; 12 ədəd manqal üçün şiş; 03 ədəd, üzərində markası olmayan, göy rəngli su mühərriki; 01 ədəd, üzərində markası silinmiş, üzərində “1-220-240V”, “50/60Hz-10 A Max”, “10 Bar Max-İP54”, “Sevie: 490403” sözləri yazılmış su mühərriki; 01 ədəd, Lider markalı, üzərində “220-240B-”, “50/60Hz-10A Makc”, “10 ap Makc-İP54” sözləri yazılmış su mühərriki; 01 ədəd qutuda, markası olmayan, qutusunun üzərində “588-5", “Black”, “44” sözləri yazılmış plastik ütü və qayçısı; 10 metr uzunluğunda, üzərində markası və modeli yazılmayan televizor kabeli; 20 metr uzunluğunda, üzərində markası və modeli yazılmayan sarı, yaşıl rəngli kabel; 01 ədəd, “Leo” markalı su mühərriki; 01 ədəd, dəmir materialından suvenir təyyarə; 03 ədəd, üzərində markası və modeli olmayan qapı üçün tutacaq; 03 ədəd sarı, 02 ədəd metal rəngli vintellər; 10 metr uzunluğunda “Surtel” markalı, üzərində “5 mm2 , 300/500v” sözləri yazılan kabel; 10 metr uzunluğunda, üzərində markası və modeli olmayan sarı, yaşıl rəngli kabel; 01 ədəd, 5 litr həcmində od samovarı; 01 ədəd, 10 litr həcmində od samovarı; 01 ədəd, 10 litr həcmində latun materialından od samovarı; 10 metr uzunluğunda, “DK” markalı, üzərində “3x4 mm2,450/750v” sözləri yazılmış kabel; 01 ədəd, “Feichiang” markalı saç kəsən maşın; 01 ədəd, “Braun” markalı saç düzləşdirən ütü və 01 ədəd, markası olmayan qadın üçün pul qabı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, yekun məhkəmə qərarı qəbul edilənədək məsul saxlanış üçün Sabunçu RPİ-nin 15-ci PB-nin saxlanc anbarında təhvil verilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 məxsus fərdi evdən oğurlamağa cəhd etdiyi 01 ədəd “Loşad” markalı ot biçən aparatı, 01 ədəd soyuducunun içərisində olan buz kamerası, “Gree” markalı kondisionerin içərisində olan ehtiyyat hissəsi, 01 ədəd elektrik sobası, 01 ədəd “Akai” markalı televizor və iki ədəd su mühərriki Zərərçəkmiş şəxs10 qaytarılmış, Zərərçəkmiş şəxs5 məxsus marketdən baş vermiş oğurluq hadisəsinin videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 230-231-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 aprel 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X5 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu Rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 344.98 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 məxsus fərdi evdən oğurlamağa cəhd etdiyi 01 ədəd “Loşad” markalı ot biçən aparatının, 01 ədəd soyuducunun içərisində olan buz kamerası, “Gree” markalı kondisionerin içərisində olan ehtiyyat hissəsi, 01 ədəd elektrik sobası, 01 ədəd “Akai” markalı televizor və iki ədəd su mühərrikinin Zərərçəkmiş şəxs10 qaytarılması nəzərə alınmalı, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İntersko” markalı drel; 01 ədəd “Bors” markalı drel; 01 ədəd üzərində markası olmayan drel; 01 ədəd “İnter” markalı laqonda; 01 ədəd “Colt” markalı drel; 01 ədəd “İntersko” markalı laqonda; 01 ədəd “Bavaria” markalı drel; 01 ədəd “Haobang” markalı drel; 01 ədəd “Siemens” markalı iri laqonda; 01 ədəd, “Galaksi” markalı vakum təmizləyici; 01 ədəd “LG” markalı kondisionerin pultu; 25 metr uzunluğunda “Surtel” markalı, üzərində “5 mm2 , 300/500v” sözləri yazılan kabel; 12 ədəd manqal üçün şiş; 03 ədəd, üzərində markası olmayan, göy rəngli su mühərriki; 01 ədəd, üzərində markası silinmiş, üzərində “1-220- 240V”, “50/60Hz-10 A Max”, “10 Bar Max-İP54”, “Sevie: 490403” sözləri yazılmış su mühərriki; 01 ədəd, Lider markalı, üzərində “220-240B-”, “50/60Hz-10A Makc”, “10 ap Makc-İP54” sözləri yazılmış su mühərriki; 01 ədəd qutuda, markası olmayan, qutusunun üzərində “588-5", “Black”, “44” sözləri yazılmış plastik ütü və qayçısı; 10 metr uzunluğunda, üzərində markası və modeli yazılmayan televizor kabeli; 20 metr uzunluğunda, üzərində markası və modeli yazılmayan sarı, yaşıl rəngli kabel; 01 ədəd, “Leo” markalı su mühərriki; 01 ədəd, dəmir materialından suvenir təyyarə; 03 ədəd, üzərində markası və modeli olmayan qapı üçün tutacaq; 03 ədəd sarı, 02 ədəd metal rəngli vintellər; 10 metr uzunluğunda “Surtel” markalı, üzərində “5 mm2 , 300/500v” sözləri yazılan kabel; 10 metr uzunluğunda, üzərində markası və modeli olmayan sarı, yaşıl rəngli kabel; 01 ədəd, 5 litr həcmində od samovarı; 01 ədəd, 10 litr həcmində od samovarı; 01 ədəd, 10 litr həcmində latun materialından od samovarı; 10 metr uzunluğunda, “DK” markalı, üzərində “3x4 mm2,450/750v” sözləri yazılmış kabel; 01 ədəd, “Feichiang” markalı saç kəsən maşın; 01 ədəd, “Braun” markalı saç düzləşdirən ütü və 01 ədəd, markası olmayan qadın üçün pul qabı sahiblərinə geri qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 172 (yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 məxsus fərdi evdən oğurlamağa cəhd etdiyi 01 ədəd “Loşad” markalı ot biçən aparatının, 01 ədəd soyuducunun içərisində olan buz kamerası, “Gree” markalı kondisionerin içərisində olan ehtiyat hissəsi, 01 ədəd elektrik sobası, 01 ədəd “Akai” markalı televizor və iki ədəd su mühərrikinin Zərərçəkmiş şəxs10 qaytarılması nəzərə alınsın. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İntersko” markalı drel; 01 ədəd “Bors” markalı drel; 01 ədəd üzərində markası olmayan drel; 01 ədəd “İnter” markalı laqonda; 01 ədəd “Colt” markalı drel; 01 ədəd “İntersko” markalı laqonda; 01 ədəd “Bavaria” markalı drel; 01 ədəd “Haobang” markalı drel; 01 ədəd “Siemens” markalı iri laqonda; 01 ədəd, “Galaksi” markalı vakum təmizləyici; 01 ədəd “LG” markalı kondisionerin pultu; 25 metr uzunluğunda “Surtel” markalı, üzərində “5 mm2 , 300/500v” sözləri yazılan kabel; 12 ədəd manqal üçün şiş; 03 ədəd, üzərində markası olmayan, göy rəngli su mühərriki; 01 ədəd, üzərində markası silinmiş, üzərində “1-220-240V”, “50/60Hz-10 A Max”, “10 Bar Max-İP54”, “Sevie: 490403” sözləri yazılmış su mühərriki; 01 ədəd, Lider markalı, üzərində “220-240B-”, “50/60Hz-10A Makc”, “10 ap Makc-İP54” sözləri yazılmış su mühərriki; 01 ədəd qutuda, markası olmayan, qutusun üzərində “588-5", “Black”, “44” sözləri yazılmış plastik ütü və qayçısı; 10 metr uzunluğunda, üzərində markası və modeli yazılmayan televizor kabeli; 20 metr uzunluğunda, üzərində markası və modeli yazılmayan sarı, yaşıl rəngli kabel; 01 ədəd, “Leo” markalı su mühərriki; 01 ədəd, dəmir materialından suvenir təyyarə; 03 ədəd, üzərində markası və modeli olmayan qapı üçün tutacaq; 03 ədəd sarı, 02 ədəd metal rəngli vintellər; 10 metr uzunluğunda “Surtel” markalı, üzərində “5 mm2 , 300/500v” sözləri yazılan kabel; 10 metr uzunluğunda, üzərində markası və modeli olmayan sarı, yaşıl rəngli kabel; 01 ədəd, 5 litr həcmində od samovarı; 01 ədəd, 10 litr həcmində od samovarı; 01 ədəd, 10 litr həcmində latun materialından od samovarı; 10 metr uzunluğunda, “DK” markalı, üzərində “3x4 mm2,450/750v” sözləri yazılmış kabel; 01 ədəd, “Feichiang” markalı saç kəsən maşın; 01 ədəd, “Braun” markalı saç düzləşdirən ütü və 01 ədəd, markası olmayan qadın üçün pul qabı sahiblərinə geri qaytarılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 344,98 qram çəkidə marixuana və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 172 (yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar