Məhkəmə qərarları › İş №1(008)-141/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-141/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-141/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 oğu və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 27 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Babək Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Yayçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 06 il 06 aya endirilmiş, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Yayçı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 qızına məxsus ünvan 2 ünvanında yerləşən bir mərtəbəli yaşayış sahəsinə qıfılla bağlı olmayan giriş qapısından qanunsuz daxil olub evin yataq otağından özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs2 məxsus 700 manat pulu və bir ədəd içərisində abonent nömrəsi olmayan 30 manat dəyərində bir ədəd “Samsunq” markalı, SM-G532F/DS modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 qızına cəmi 730 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən bir mərtəbəli yaşayış sahəsinin pəncərəsinin şüşəsini taxta parçası ilə sındırıb pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağından özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs3 məxsus 350 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli yaşayış sahəsinin pəncərəsinin dəmir barmaqlığını dəmir boru ilə sındırıb pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağından özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs5 məxsus rəfin içərisindən 5300 manat pulu, 1000 manat dəyərində bir cüt qızıl sırğanı, 1500 manat dəyərində üzərində bir ədəd klon olan qızıl boyunbağını, bir ədəd 700 manat dəyərində qızıl üzüyü, 350 manat dəyərində müxtəlif gümüş əşyalarını, 2 ədəd dəyəri 1000 manat olan ətirləri, evin qonaq otağından masanın üzərindən dəyəri 600 manat olan bir ədəd “HP” markalı, Pavilion G6 modelli notebook kompyuteri, dəyəri 150 manat olan bir ədəd «Samsunq» markalı planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 cəmi 10600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən bir mərtəbəli yaşayış sahəsinin pəncərəsini əlləri ilə sıxaraq açmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağında stulun üzərinə qoyulmuş çantadan özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs1 məxsus 694 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 may 2022-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən bir mərtəbəli yaşayış sahəsinin açıq olan pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub evin otağında paltar dolabının içərisinə asılmış pencəyin cibindən özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs4 məxsus 1500 manat pulu və şkafın üzərində olan markası məlum olmayan 70 manat dəyərində bir ədəd dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi 1570 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Babək Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 Naxçıvan Muxtar Respublikasında cəzaçəkmə müəssisəsində tanımışdır. O, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra iş tapa bilməmiş, bu səbəbdən, maddi vəziyyəti yaxşı olmamışdır. Təqsirləndirilən şəxs2 ilə cəzaçəkmə müəssisəsidən çıxdıqdan sonra əlaqə saxlamış, 2022-ci ildən etibarən davamlı olaraq onunla görüşmüşdür. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 ilə görüşdükləri zaman hər ikisi maddi sıxıntıları olduğu üçün oğurluq edərək pul əldə etməyi qərara almışlar. 10 aprel 2022-ci il tarixdə, saat 13 radələrində oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2yla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, məhəllələr arası piyada gəzişərkən yol kənarında yerləşən darvazası simlə bağlı olan ev diqqətlərini cəlb etmişdir. o, Təqsirləndirilən şəxs2 həmin evdən oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Onlar ilkin olaraq ətrafa nəzər yetirərək heç kimin olmadığı müəyyən etmiş, daha sonra darvazanın simini açaraq həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 ilə birlikdə evə daxil olaraq otaqları axtarmış, evdən yalnız 01 ədəd “Samsung” markalı mobil telefon və 41 manat pul tapmış, oğurladıqları “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qalmış, 41 manat pulu aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişlər. 17 aprel 2022-ci il tarixdə, günorta saatlarında oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2yla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, yol kənarında yerləşən darvazası bağlı olan ev diqqətlərini cəlb etmişdir. Onlar ilkin olaraq ətrafa nəzər yetirərək heç kimin olmadığı müəyyən etmiş, Təqsirləndirilən şəxs2 hasardan aşaraq həyətə daxil olmuş, həyətdən tapdığı taxta parçasıyla pəncərənin şüşəsini sındırıb pəncərəni açaraq pəncərədən evə daxil olmuşdur. O, gələn olacağı təqdirdə xəbər verməsi üçün küçədə dayanmışdır. Təqsirləndirilən şəxs2 evi axtarmasına baxmayaraq qızıl-ziynət əşyaları tapa bilməmişdir. 28 aprel 2022-ci il tarixdə, saat 16 radələrində oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2yla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, yol kənarında yerləşən darvazasının üzərində qıfıl olan ev diqqətlərini cəlb etmiş, ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra evdən oğurluq etməyi qərara almışlar. Onlar hasardan aşaraq həyətə daxil olmuş, həyətdən tapdığı dəmir boru ilə pəncərə üzərində olan dəmir barmaqlığı qırıb evə daxil olmuşlar. Onlar otaqları axtarmalarına baxmayaraq qızıl-ziynət əşyası tapa bilməmiş, evin qonaq otağında stolun üzərində qoyulmuş “HP” markalı notebooku, markasını xatırlamadığı iki ədəd qadın ətrini götürərək Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmişlər. “HP” markalı notebooku və iki ədəd qadın ətrini Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyası yaxınlığında tanımadıqları şəxsə sataraq əldə etdikləri pulu öz aralarında bölmüşlər. 30 aprel 2022-ci il tarixdə, axşam saatlarında oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2yla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, saat 20 radələrində işığı yanmayan ev görərək oradan oğurluq etməyi qərara almışlar. Onlar hasardan aşaraq həyətə daxil olmuş, evin sol tərəfində yerləşən plastik materialdan olan pəncərəni Təqsirləndirilən şəxs2 ilə birlikdə əlləri ilə sıxaraq açaraq evə daxil olaraq otaqları axtarmağa başlamışlar. Onlar evi axtarmalarına baxmayaraq qızıl-ziynət əşyası tapa bilməmiş, otaqların birində qapının yanında stulun üzərindəki çantanın içərisindəki pul qabından 160 manat götürərək evdən çıxmış, bir qədər uzaqlaşdıqdan sonra əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. 12 may 2022-ci il tarixdə, axşam saatlarında oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2yla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, saat 19:30 radələrində işıqları yanmayan ev görərək oradan oğurluq etməyi qərara almışlar. Onlar hasaradan aşaraq həyətə enmiş, evin açıq olan pəncərisindən içəri daxil olaraq evi axtarmağa başlamışlar. Onlar evdən qızıl-ziynət əşyası tapa bilməmiş, evdən çıxmaq istədikdə otaqda şkafın üzərindən dreli götürmüşlər. Hasardan aşıb küçə ilə oradan uzaqlaşarkən drel əllərindən düşmüş, lakin, geri qayıdaraq dreli götürməmişlər. Oğurluq edərək əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişlər. Əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərin əksəriyyətinin ziyanını ödəməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddət 06 (altı) il 06 (altı) aya endirilmişdir. Kəngərli Rayon Məhkəməsinin 7(111)-6/2018 nömrəli qərarı qərarına əsasən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 05 (beş) il müəyyən edilmiş, barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs1 Naxçıvan Muxtar Respublikasında cəzaçəkmə müəssisəsində tanımışdır. Təqsirləndirilən şəxs1 ilə cəzaçəkmə müəssisəsidən çıxdıqdan sonra əlaqə saxlamış, 2022-ci ildən etibarən davamlı olaraq onunla görüşmüşdür. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 ilə görüşdükləri zaman hər ikisi maddi sıxıntıları olduğu üçün oğurluq edərək pul əldə etməyi qərara almışlar. 10 aprel 2022-ci il tarixdə, saat 13 radələrində oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs1yla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, məhəllələr arası piyada gəzişərkən yol kənarında yerləşən darvazası məftillə bağlı olan ev diqqətlərini cəlb etmişdir. Təqsirləndirilən şəxs1 həmin evdən oğurluq etməyi təklif etmiş, o, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. Onlar ilkin olaraq ətrafa nəzər yetirərək heç kimin olmadığı müəyyən etmiş, daha sonra darvazanın simini açaraq həyətə daxil olmuş, birlikdə evə daxil olaraq otaqları axtarmış, evdən yalnız 01 ədəd “Samsung” markalı mobil telefon və 41 manat pul tapmış, oğurladıqları “Samsung” markalı mobil telefon onda qalmış, 41 manat pulu aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişlər. 17 aprel 2022-ci il tarixdə, günorta saatlarında oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs1yla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, yol kənarında yerləşən darvazası bağlı olan ev diqqətlərini cəlb etmişdir. Onlar ilkin olaraq ətrafa nəzər yetirərək heç kimin olmadığı müəyyən etmiş, hasardan aşaraq həyətə daxil olmuş, həyətdən tapdığı taxta parçasıyla pəncərənin şüşəsini sındırıb pəncərəni açaraq pəncərədən evə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 gələn olacağı təqdirdə xəbər verməsi üçün küçədə dayanmışdır. O, evi axtarmasına baxmayaraq qızıl-ziynət əşyaları tapa bilməmişdir. 28 aprel 2022-ci il tarixdə, saat 16 radələrində oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs1yla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, yol kənarında yerləşən darvazasının üzərində qıfıl olan ev diqqətlərini cəlb etmiş, ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra evdən oğurluq etməyi qərara almışlar. Onlar hasardan aşaraq həyətə daxil olmuş, həyətdən tapdığı dəmir boru ilə pəncərə üzərində olan dəmir barmaqlığı qırıb evə daxil olmuşlar. Onlar otaqları axtarmalarına baxmayaraq qızıl-ziynət əşyası tapa bilməmiş, evin qonaq otağında stolun üzərində qoyulmuş “HP” markalı notebooku, markasını xatırlamadığı iki ədəd qadın ətrini götürərək Təqsirləndirilən şəxs1 ilə birlikdə İbrahimin kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmişlər. “HP” markalı notebooku və iki ədəd qadın ətrini Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyası yaxınlığında tanımadıqları şəxsə sataraq əldə etdikləri pulu öz aralarında bölmüşlər. 30 aprel 2022-ci il tarixdə, axşam saatlarında oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs1yla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində görüşərək ev axtarmağa başlamış, saat 20 radələrində işığı yanmayan ev görərək oradan oğurluq etməyi qərara almışlar. Onlar hasardan aşaraq həyətə daxil olmuş, evin sol tərəfində yerləşən plastik materialdan olan pəncərəni Təqsirləndirilən şəxs1 ilə birlikdə əlləri ilə sıxaraq açıb evə daxil olaraq otaqları axtarmağa başlamışlar. Onlar evi axtarmalarına baxmayaraq qızıl-ziynət əşyası tapa bilməmiş, otaqların birində qapının yanında stulun üzərindəki çantanın içərisindəki pul qabından 160 manat götürərək evdən çıxmış, bir qədər uzaqlaşdıqdan sonra əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. 12 may 2022-ci il tarixdə, axşam saatlarında oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs1yla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində görüşərək ev axtramağa başlamış, saat 19:30 radələrində işıqları yanmayan ev görərək oradan oğurluq etməyi qərara almışlar. Onlar hasaradan aşaraq həyətə enmiş, evin açıq olan pəncərisindən içəri daxil olaraq evi axtarmağa başlamışlar. Onlar evdən qızıl-ziynət əşyası tapa bilməmiş, evdən çıxmaq istədikdə otaqda şkafın üzərindən dreli götürmüşlər. Lakin oradan uzaqlaşarkən direl əllərindən düşmüş, lakin, geri qayıdaraq dreli götürməmişlər. Oğurluq edərək əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərin əksəriyyətinin ziyanını ödəməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanı ona məxsusdur. 10 aprel 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı ünvan 5 ünvanından çıxaraq Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Xəyal» ticarət mərkəzinə getmiş, evdən çıxarkən yaşayış evinin taxta qapısını sadəcə olaraq örtmüş, həyətin dəmir darvazasının qapısını isə elektrik naqili ilə düyünləyərək bağlamışdır. Həmin gün, saat 17 radələrində alış-verişi bitirərək yaşadığı evə geri qayıtmış, evinin taxta qapısının açıq olduğunu görərək evdən oğurluq edildiyindən şübhələnərək otaqlara baxış keçirmiş, yataq otağından 700 manat pulun və içərisində abonent nömrəsi olmayan 30 manat dəyərində “Samsung” markalı mobil telefonun oğurlanmasını müəyyən etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı, həmin günü saat 17:06 dəqiqədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onun məlumatından sonra Sabunçu RPİ-nin 14-ci PB-nin əməkdaşları onun yaşadığı ünvanan gələrək baxış keçirmişlər. O, Sabunçu RPİ-nin 14-cü PB-yə gedərək yaşayış evindən baş vermiş oğurluq hadisəsi ilə bəğlı ərizə və izahat yazmışdır. Yaşayış evindən baş vermiş oğurluq nəticəsində ona 730 məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır. 17 aprel 2022-ci il tarixdə, saat 07:10 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evindən çıxaraq iş yerinə getmiş, həmin gün, saat 17:30 radələrində işini bitirib yaşadığı evinə qayıtdıqda yaşayış evinin həyətə baxan pəncərəsinin şüşəsinin sınıq olmasını görüb evə baxış keçirmiş, yaşayış evinin yataq otağından çarpayının döşəyinin altından ona məxsus 350 manat pulun oğurlanmasını aşkar etmişdir. O yaşayış evindən oğurluğun baş verməsi barədə həmin günü saat 18 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onun məlumatından sonra Sabunçu RPİ-nin 14-ci PB-nin əməkdaşları gələrək onun yaşadığı evə baxış keçirmişlər. O Sabunçu RPİ-nin 14-cü PB-yə gedərək yaşayış evindən baş vermiş oğurluq hadisəsi ilə bəğlı ərizə və izahat yazmışdır. Yaşayış evindən baş vermiş oğurluq nəticəsində ona 350 məbləğində maddi ziyan yetirilmişdir Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 oğu məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 12 may 2023cü il tarixdə, axşam saatlarında yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən marketə getmiş, saat 19:30 radələrində yaşadığı evə qayıtdığı zaman həyətdə toyuqlar saxlanılan hinin qapısının açıq olmasını görüb qapını bağlamış, həmin vaxt, su çəninin yanında üzünü görə bilmədiyi şəxsin əyilərək gizləndiyini görmüşdür. O, həmin şəxsdən onun həyətində nə etdiyini soruşmuş, həmin şəxs cəld şəkildə ayağını çənin üzərinə qoyaraq hasardan aşmaqla oradan uzaqlaşmışıdr. O, həmin şəxsin arxasınca getməsinə baxmayaraq onu görə bilməmişdir. Özünə məxsus yaşayış evinə girdiyi zaman otaqlardakı dolabların qapısının açıq və əşyaların dağınıq vəziyyətdə olduğunu görərək evdən oğurluq edildiyini anlamışdır. Bundan sonra pul qoyduğu dolabın içərisinə baxış keçirmiş, dolaba olan pencəyin cibindən 1500 manatın oğurlandığını müəyyən etmişdir. Həmçinin, evdən ona məxsus 01 ədəd drel oğurlanmışdır. O, yaşayış evindən oğurluğun baş verməsi barədə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gedərək məlumat vermiş, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvana baxış keçirilmişdir. Yaşayış evindən baş vermiş oğurluq nəticəsində ona 1570 məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 oğu məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 28 aprel 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Tovuz rayonuna getmiş, 02 may 2022-ci il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 11 ünvanında yerləşən evinə gəldiyi zaman evin mətbəxinin pəncərəsi üzərində olan dəmir barmaqlığın naməlum şəxs tərəfindən sındırıldığını müəyyən etmiş, evdən oğurluq edildyini düşündüyü üçün otaqlara baxış keçirmişdir. O, evin yataq otağında rəfin içərisindən 5300 manat pulun, 1000 manat dəyərində bir cüt qızıl sırğanın, 1500 manat dəyərində üzərində bir ədəd klon olan qızıl boyunbağının, bir ədəd 700 manat dəyərində qızıl üzüyün, 350 manat dəyərində müxtəlif gümüş əşyalarının-ümumilikdə 3550 manat dəyərində qızıl zinyət əşyalarının, 2 ədəd dəyəri 1000 manat olan ətirlərin, evin qonaq otağından masanın üzərindən dəyəri 600 manat olan bir ədəd «HP» markalı notbuk kompüterinin, dəyəri 150 manat olanbir ədəd «Samsung» markalı planşetin oğurlandığını aşkar etmişdir. O baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları gələrək yaşayış evinə baxış keçirmişlər. O yaşadığı evdən oğurluğun baş verməsi ilə bağlı Sabunçu RPİ-nin 12-cü PŞyə ərizə ilə müraciət etmiş və evindən baş vermiş oğurluqla bağlı izahat yazmışdır. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 10600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 30 aprel 2022-ci il tarixdə, saat 15 radələrində qonaq getmək məqsədi ilə yaşadığı ünvandan çıxmış, axşam saat 22 radələrində yaşadığı evə geri qayıtmışdır. O, yaşayış evinin həyətə baxan qapısının açıq olmasını görüb evdən oğurluq edildiyini düşünərək evin otaqlarına baxış keçirmiş, yaşayış evinin yataq otağından əl çantasının içərisindən ona məxsus 694 manat pulun oğurlandığını müəyyən etmişdir. O yaşayış evindən oğurluğun baş verməsi barədə dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və ertəsi gün Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gedərək ərizə vermişdir. Onun məlumatından sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları gələrək onun yaşadığı evə baxış keçirmişlər. Yaşayış evindən baş vermiş oğurluq nəticəsində ona 694 məbləğində maddi ziyan yetirilmişdir. Cinayət işi materiallarında olan 07 may 2022-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 aprel 2022-ci il tarixdə ünvan 12 ünvanında Zərərçəkmiş şəxs2 qızına məxsus fərdi yaşayış evindən oğurlanmış bir ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. (c.i, cild-1, vərəq 40). Cinayət işi materiallarında olan 07 may 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 41). Cinayət işi materiallarında olan 07 may 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 59). Cinayət işi materiallarında olan AZ İV seriyalı, 625786 nömrəli doğum haqqında şəhadətnamədən və AZE seriyalı, 10579939 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladı var. (c.i, cild-1, vərəq 134-135). Cinayət işi materiallarında olan 09 may 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild- 1, vərəq 139-141). Cinayət işi materiallarında olan 09 may 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 142). Cinayət işi materiallarında olan 09 may 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild- 1, vərəq 145-148). Cinayət işi materiallarında olan 09 may 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 149). Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-4360-1222 nömrəli, 18 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 11 aprel 2022-ci il tarixli, 073- 16012-1222 nömrəli məktubu vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 13 ünvanında Zərərçəkmiş şəxs2 qızına məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 14 aprel 2022-ci il tarixdə KTİ-yə daxil olmuş, həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Naxçıvan ŞPİ, Babək RPŞ, BƏSİİ və Xəzər RPİ-daxil olan) xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovucu (02 dəfə) eynilik təşkil etmişdir. (c.i, cild-1, vərəq 151). Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-4797-1222 nömrəli, 29 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 19 aprel 2022-ci il tarixli, 073- 17609-1222 nömrəli məktubu vasitəsi ilə 17 aprel 2022-ci il tarixdə ünvan 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 qızma məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri 23 aprel 2022-ci il tarixdə KTİ-yə daxil olmuş, həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-nin məlumat bankına Naxçıvan MR-dan daxil olan) xx.xx.1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucunun (02 dəfə) əksi ilə eynilik təşkil etmişdir. (c.i, cild-1, vərəq 153). Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-5537-1222 nömrəli, 19 may 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 04 may 2022-ci il tarixli, 073- 20333-1222 nömrəli məktubu vasitəsi ilə 01 may 2022-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin mayinəsi zamanı götürülmüş əl izləri 16 may 2022-ci il tarixdə KTİ-yə daxil olmuş, təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 04 ədədi (ADİS-nin məlumat bankına Sabunçu RPİ və Naxçıvan KTB-dən daxil olmuş) xx.xx.1991ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin çeçələ, sol əlinin böyük, adsız və çeçələ barmaqlarının əksləri ilə, 01 ədədi isə (ADİS-nin məlumat bankına Naxçıvan KTB-dən daxil olmuş) xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. (c.i, cild-1, vərəq 155). Cinayət işi materiallarında olan 08 may 2022-ci il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, X1 tanımadığı şəxsdən aldığı 02 ədəd ətiri və 01 ədəd notebooku tədqiqata təqdim etmişdir. (c.i, cild-1, vərəq 169). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-1, vərəq 217). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3918 nömrəli, 30 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220 manat müəyyən edilir. O cümlədən 01 ədəd “HP” markalı, Pavilion G6 modelli notebook-180,0 manat, 01 ədəd ekranı zədəli vəziyyətdə olan “Samsunq” markalı, SM-G532F/DS modelli mobil telefon-30,00 manat müəyyən edilmişdir. (c.i, cild-1, vərəq 218). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 161 (yüz altmış bir) manat 11 (on bir) qəpik müəyyən edilmişdir. (c.i, cild-1, vərəq 220). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/934 nömrəli, 26 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki ovuc izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki ovuc izləri, 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2,3,4,5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 6 saylı daktilolentin səthindəki “a”,“b” ovuc izləri, 7,8 saylı daktilolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 3 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 3 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2,3,4,5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yararsızdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 və 2 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc hissəsindən, 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin çeçələ barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin baş barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin çeçələ barmağından, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağından və 6 saylı daktilolentin səthindəki “a” ovuc izi Təqsirləndirilən şəxs1 sol əlinin ovuc hissəsindən qalmışdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki ovuc izləri, 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 5 saylı daktilolentin səthindəki əl- barmaq izi, 6 saylı daktilolentin səthindəki “b” ovuc izi, 7,8 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. (c.i, cild-1, vərəq 221-240). Cinayət işi materiallarında olan 03 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs2 qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs2 Alməməd oğlunun istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-2, vərəq 32-34). Cinayət işi materiallarında olan 18 sentyabr 2023-cü il tarixli axtraışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 sentyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. (c.i, cild-2, vərəq 102). Cinayət işi materiallarında olan 20 sentyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (c.i, cild-2, vərəq 163-166). Cinayət işi materiallarında olan 20 sentyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 167-169). Cinayət işi materiallarında olan 20 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefon və 01 ədəd “HP” markalı, Pavilion G6 model notebook cinayət işi üzrə maddi sübut kimi tanınaraq “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefon Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd “HP” markalı, Pavilion G6 model notebook Zərərçəkmiş şəxs5 qaytarılmış, baş vermiş oğurluq faktları ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus əlbarmaq izləri və baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (c.i, cild-2, vərəq 121-132). Cinayət işi materiallarında olan AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. (c.i, cild-2, vərəq 159). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Babək Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (c.i, cild-1, vərəq 182-183). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddət 06 (altı) il 06 (altı) aya endirilmişdir. (c.i, cild-1, vərəq 184-185). Cinayət işi materiallarında olan Kəngərli Rayon Məhkəməsinin 7(111)-6/2018 nömrəli qərarındn görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 05 (beş) il müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3-16-33-2/2-237/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərəçəkmiş şəxs ifadələri ilə, digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqadarda ziyan vurmaqla təkrar oğurluq etməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Babək Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək, 18 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs1 tutulduğu 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və himayəsində iki azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Məhkəmə həmçinin hesab edr ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, baş vermiş oğurluq faktları ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus əlbarmaq izləri və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefonun Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd “HP” markalı, Pavilion G6 model notebookun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefonun Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd “HP” markalı, Pavilion G6 model notebookun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut baş vermiş oğurluq faktları ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus əlbarmaq izləri və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat və məhkəmə-daktiloskopik ekspertizasının xərci 161,11 (yüz altmış bir manat 11 qəpik) manat, ümumilikdə-211,11 (iki yüz on bir manat 11 qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar