Məhkəmə qərarları › İş №1(008)-141/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-141/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-141/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Masallı rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,179 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2024-cü il tarixdə saat 03:36 radəiərində Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində 2 Nömrəli Doğum evinin yaxınlığında özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 13-cü PŞ-də onun üzərinə şəxsi axtanş apaniarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü siqaret kağızı bükümündə xeyli miqdarda təmiz çəkisi 0,179 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Sabunçu rayonu, Bakıxanov qəsəbəsində R.QƏmbərov ünvanında yerləşən sexi icarə əsasında işlətməklə orada motor təmirçi işi ilə məşğul olur. Hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 1- 2 radələrində sexdə əynində mayka və şortik olmaqla işləyirmiş. Həmin vaxt təxminən azı beş nəfərdən çox polis əməkdaşı sexə daxil olaraq yaxınlaşmış və ona sexdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da cavabında onda hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməyə başlamışlar. Onlardan yalnız birini xatırlayır ki, rütbəsi polis mayoru olmuşdur. Ona xəsarətləri alın, bədən-çiyin və ayaq nahiyyələrindən yetirmişlər. Döyməmişdən qabaq əlinə qandal keçirmişlər ki, tərpənə bilməsin. Onu döydükdən sonra əynində olan mayka və şortiklə polis bölməsinə aparmışlar və bölmədə bədənini, maykasını qanlı gördükdən demişlər ki, aparıb səliqəyə salıb qaytarın. Bölmədə ona qarşı edilən zorakılıqdan sonra demişlər ki, narkotik vasitəni götürərək özünə məxsus olmasını bildirsin. O, da döyüldüyündən məcbur olub həmin vaxt narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. 29 sentyabr 2024-cü il tarixdə onu polis idarəsindən sərbəst buraxdıqdan sonra bədənində ağrılar olduğundan elə həmin gün “X15” PHŞ-də müayinə olunmuş və ordan bədənində, yəni alının, sol çiyinin, sol dizin əziyi və sıyrıntıları aşkar edilmiş və buna dair arayış almışdır. Ona verilən suallara cavabında göstərmişdir ki, polis əməkdaşları çox olmuş, onlar işlətdiyi sexə daxil olmuşlar və ona xəsarətləri sexdə yetirmişlər. Təxminən sexdə yarım saatdan çox qalmışlar. 29 sentyabr 2024-cü il tarixə keçən gecə saat 1-2 radələri olmuş, polislərin niyə belə hərəkət etdiklərini bilmir. Onun polislərlə heç bir intriqası olmamışdır. Ona qarşı zorakılıq polis bölməsində deyil, işlədiyi sexdə olmuşdur. Döyənlər arasında Emil olmasını xatırlamır, Kənan orda olmuş lakin ona Kənan tərəfindən xəsarət yetirilməmişdir. Əsas ona xəsarət yetirən mayor rütbəli polis əməkdaşı olmuşdur. Əvvəlcə onu bölməyə gətirmişlər, lakin üst-başı qanlı vəziyyətdə olduğundan demişlər ki, aparın səliqəyə salıb gətirin, bundan sonra əlini üzünü yuyub, paltarını səliqəyə salıb gətirmişlər. Döyülməsi ilə bağlı MSY-nə gedərkən xəbər vermiş, bundan əlavə müayinə olunarkən həkimə döyülməsini bildirmişdir. Döyülməsi ilə bağlı qorxduğundan heç bir yerə şikayət etməmiş, məhkəmədə məsələni qaldırmağını düşünmüşdür. Yalnız iki dəfə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ifadə vermiş, həmin ifadələri də döyüldüyü üçün təsir altında vermişdir. Qeyd edilən narkotik vasitələr ona məxsus olmamış, üzərində hər hansı qanunla daşınması qadağan edilən maddə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 3-4 radələrində ximətdə olarkən sonradan adının Ramil olduğu şəxsi sexin qabağında görmüşdür. Sexin onun olub-olmadığını bilməmişdir. Gecə vaxtları olduğundan və Ramilin maşını sexə salmaq istədiyini görüb şübhələnmişlər. Ramilə yaxınlaşdıqda, onlardan yayınmaq istədiyini görmüşdür. O həmin vaxt hadisə yerində sürücü qismində iştirak etmişdir. Onlar Ramil ilə söhbət edərkən ərazidən keçən başqa post patrul xidmətinin əməkdaşları onları görüb yaxınlaşmışlar. Həmin post patrul xidmətinin əməkdaşları Ramil ilə birlikdə işlətdiyi sexə daxil olmuşlar. Təxminən 5 dəqiqə sexdə polis əməkdaşları Ramil ilə birlikdə qaldıqdan sonra çıxmışlar. O Ramilə əl vurmamışdır. Ramilin sexdə döyülməyini görməmişdir. Çünki o sürücü olduğundan onlarla birlikdə sexə daxil olmamışdır. Bundan sonra Ramili birlikdə xidmətdə olduğu polis serjantı Şahid1 ilə onlara təqdim etmişlər və onlar da Ramilin bölməyə gətirilməsini təmin etmişlər. Bölmədə üzərinə baxış keçirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ramili görəndə maşını sexə salmaq istəmişdir. Həmin anda Ramildə narkotik vasitə olmasına dair şühbələnmişlər. Xidmətdə digər polis nəfəri polis kiçik serjantı Şahid1 ilə birlikdə olmuşdur. Onlar Ramili görəndə digər post patrul xidmətinin əməkdaşları olmamış, həmin post patrul maşını yalnız ərazidən keçərkən maşınlarını görüb saxlamışlar. Hadisədən uzun müddət keçdiyindən köməyə gələn post patrul xidmətində olan polis əməkdaşlarını xatırlamır. Gəlmiş polis əməkdaşları Ramil ilə birlikdə sexə daxil olmuşlar, lakin o sexə daxil olmadığından onların Ramil ilə nə barədə danışdıqlarından məlumatsızdır. Həmin vaxt Ramildən başqa heç kim olmamışdır. Kənan Eyazlı ilə birlikdə Ramili bölməyə xidmətdə olduqları post patrul maşınında gətirərkən onda xəsarət görməmişdir. Ramilin üzərinə baxış bölmədə aparılmışdır. Həmin gün orada Ramildən başqa hər hansı başqa adam olmamışdır. Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuşdur. Şahid2 hansı səbəbdən əvvəl elə ifadə verməsini xatırlamır, dövlət ittihamçısının və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə var onu deyir, digər post patrul əməkdaşları Ramilin işlətdiyi sexə daxil olmuş və söhbət edib çıxmışlar. Məhkəmədə verdiyi ifadəsini təsdiq edərək, hadisənin əsas məhkəmə iclasında dedikləri kimi baş verdiyini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə əsas şübhələndikləri adı Ceyran, kod adı Nigar olan xanım olmuşdur. Həmin gün təxminən saat 3 radələrində xidmətdə olarkən xanımı sonradan adının Ramil olduğunu bildiyi şəxslə birlikdə sexin qabağında görmüşdür. Əsas kod adı Nigar olan xanımdan şübhələnmişlər. Sex Ramilə məxsus olduğundan və əsas şübhəli xanım olduğundan, hesab etmişlər ki, Ramildə də narkotik maddə ola bilər. Bu səbəbdən də hər ikisini təmin etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, xidmətdə digər polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə olmuşdur. Ramil öz sexində olmuş, sexin qabağında maşın olmuşdur. Hesab etmişlər ki, xanımda narkotik vasitə olduğundan, Ramildə də ola bilər. Ramil öz işlədiyi sexin içərisində olmuş, sexin qapağında taksi dayanmışdı. Ramil sexdən çıxanda, sexin qabağında tutaraq Ramilin üzərinə baxış keçirmişlər. Üzərindən narkotik vasitə aşkar edilmiş və həmin maddəni özləri ilə birlikdə götürərək Ramilin bölməyə gətirilməsini təmin etmişlər. Ramil özü də bilir ki, döyülməmişdir, bölməyə gələnə kimi xəsarətləri olmamışdır. Ramilin üstünə baxış sexin qabağında keçirilmişdir və onların buna səlahiyyəti olmuşdur. Ramil tutularkən qaçmağa cəhd göstərməmişdir. Bölməyə gətirilənə kimi Ramildə xəsarətlər olmamışdır. Ramilin üzərində çıxan narkotik vasitə onlarda olmuşdur, çəkilişdən qabaq Ramilin özünə təqdim etmişlər. Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuşdur. Şahid1 yekun olaraq məhkəməyədək icraat dövründə olan ifadəsini deyil, məhkəmədə dediklərini təsdiq etmişdir. Bunun səbəbini isə hadisənin necə var, yəni məhkəmədə danışdığı kimi baş verdiyi ilə izah etmişdir. Narkotik maddə sexdə olarkən Ramilin üzərindən çıxmış, onlar da yenidən cibinə qoyaraq bölməyə aparmışlar ki, çəkilişdən qabaq Ramilə təqdim etsinlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o X9 həkim tramotoloq işləyir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müraciət etmiş və şəxsən özü Ramili müayinə etmişdir. Ramil xəsarətləri ad çəkməsə də tanıdığı şəxslər tərəfindən döyüldüyünü qeyd etmişdir. Onun işi yalnız müalicə etmək olmuşdur. Döyülmə faktının araşdırılması polisin işidir. Tibbi arayışı onun diaqnozu əsasında qeydiyyatçı tərəfindən tərtib edilir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 19:10 radələrində müraciət etmiş, arayış xx.xx.2024-cü il tarix yazılmaqla verilmişdir. Buna səbəb isə arayış vahid jurnalda qeydiyyat əsasında verildiyi üçün şəxs hansı tarixdə müraciət edirsə, həmin müraciətə uyğun nömrə verilir. Yaraların təzə olmasını müəyyən etmək ekspertlərə aid bir məsələdir, lakin həkim olduğundan bilir ki, xəsarətlər müraciət edilən andan 1-2 günə aid ola bilər. Çünki sıyrıntılar köhnə olanda qaysaq bağlayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir(i.v. 01); “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2024-cü il tarixli saat 05:30 tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 03:36 radələrindən Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində tutulmuşdur(i.v.13). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan(şəxsi axtarış saat 05:45-də başlayıb 06:00-da qurtarmış) görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 13-ci Pofis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X17 RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağızlarında "patı” və “kakos” adlanan narkotik maddələri, bir ədəd alışqanı və şalvarının sol yan cibindən 01 ədəd "Kent-4 nazik” siqareti çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün birində olan ağ rəngli kritsalşəkilli maddənin “patı” və digər bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin “kakos” adlanan narkotik maddələr olmasını, öz istifadəsi üçün bir gün əvvəl günorta saatlarında Bül-bülə qəsəbəsindən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş iki ədəd bükümdəki maddələr zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-in 160” saylı möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir(i.v. 24-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 28 sentyabr 2024-cü il tarixli, 6/4740(3-16-16/2-6/4740) saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N2 160” möhür əksi, “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər...” və s. imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,045 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,179 qram ağ rəngli, kristalşəkilü kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş narkotik vasitlər’-in siyahısında (Siyahı İ) daxildir. Metamfetamin “Azırbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına(Siyahı i) daxildir. Qeyd : Metamfetamin - 0,179 qram, tədqiqata sərf edilsi-0,05 qram, qalıq-0,129 qram. Heroinin təmiz çəkisi 0,045 qram, tədqiqata sərf edildi -0,03 qram, qalıq 0,015 qram(i.v.31-36). xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin rəisinə ünvanlanmış Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir büküm ümumi çəkisi 0,179 qarm narkotik vasitə olan metamfetamin və bir büküm ümumi çəkişi 0.045 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qoşma: material 38 vərəq, 01 ədəd zərfdə qablaşdırılmış maddi sübut, 01 ədəd CD disk, bir ədəd Leobank kartı və bir ədəd Redmi markalı mobil telefon(i.v. 40). DVD diskinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elşən QUliyev kimi təqdim edir. Bundan sonra otaqda olan polis nəfərləri özlərini Şahid1 və Şahid2, mülki geyimdə olan saxlanılan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. Baş təhqiqatçı Elşən Quliyev 13cü Polis Şöbəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi səbəbindən gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edir, sonra isə üzərində şəxsi axtarış keçiriləcəyini elan edir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağızlarında “patı” və “kakos” adlanan narkotik maddələri, bir ədəd alışqanı və şalvarının sol yan cibindən 01 ədəd “Kent-4 nazik” siqareti çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün birində olan ağ rəngli kritsalşəkilli maddənin “patı” və digər bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin “kakos” adlanan narkotik maddələr olmasını, öz istifadəsi üçün bir gün əvvəl günorta saatlarında Bül-bülə qəsəbəsindən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirir. Aşkar edilmiş iki ədəd bükümdəki maddələr zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir(i.v 51). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.69-71). “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.76-77,79). Maddi sübut kimi tanınma haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,179 qram psixotrop maddə metamfetamin və 0,045 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,129 qram hissəsi və heroinin 0,015 qram qalıq hissəsi Sabunçu RPİnin saxlancına verilmişdir(i.v.80-81); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AR CM-nin 178.1-ci maddəsi üzrə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir(i.v.112-113). "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Təqsirləndirilən şəxs istifadəsində olan +**********84 abonent nöməsinə dair “müshteri zənglərinin detallaşdırılması” və digər məlumatlar daxil olmuşdur(i.v. 103-104). Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 3535 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.100-101). “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, onun əməlində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,179 qram psixotrop maddə metamfetamin və 0,045 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,129 qram hissəsi və heroinin 0,015 qram qalıq hissəsi Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, 0,045 qram narkotik vasitə olan heroinin aşkar edilməsi həmin faktı ilə bağlı İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti və material Sabunçu RPİ-nin 13-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan diskin sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.114-119). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “X15” PHŞ-in xx.xx.2024-cü il tarixli 2548 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il 19:10 cərrahi təcili tibbi yardım şöbəsinə daxil olmuş diaqnoz olaraq alnın, sol çiyinin, sol dizin əziyi və sıyrıntıları aşkar edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Sabunçu Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli 49/2-8462/25 saylı məktub ona ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-da Sabunçu RPİ-nin MSY-ə təhvil verildikdə üzərinə və bədəninə təlimata uyğun tam baxış keçirilmişdir. Tərtib edilmiş aktın, tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyat kitabında olunan qeydlərin surətinə əsasən baxış zamanı Təqsirləndirilən şəxs sol gözünün üstündə sıyrıntı və sol çiynində sıyrıntı və sağ və sol dizində sıyrıntı aşkar olundu. Özünün deməsinə görə tutulmamışdan bir gün qabaq işdə almışdır xəsarətləri. Sabunçu RPİ-nin 13cü PŞ məsul növbətçisi polis mayoru Rauf Cəlilov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs gözlə görünən sol qaşın yuxarı hissəsində yara aşkar edilmişdir. Vətəndaşın deməsinə görə xx.xx.2024-cü il tarixdə işdə olarkən dəmir parçası dəyib. X4 olan xəsarətlərlə bağlı 06 mart 2025-ci il tarixdə məhkəmə tərəfindən prokurorluq orqanına müraciət edilmişdir. Məhkəmənin müraciətinə cavab olaraq Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli məktub ona ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış 349-C-25 nömrəli material üzrə cinayət işinin başlanması hissəvi rədd edilmiş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyatı üzrə Baş prokurorluğun X10 istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Həminə qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-in Sabunçu Rayon Şöbəsinin 25 aprel 2025-ci il tarixli 842 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, sol çiyin və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti R.Z.X12 Mərkəzinə müraciətindən(29 sentyabr 2024-cü il) az əvvəl olmaqla qeyd etdiyi 29 sentyabr 2024-cü il tarixi inkar etmir, müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli təhqiqat zamanı verilmiş izahatından görünür ki, təxminən iki ay olar ki, patı və kakos deyilən narkotik vasitələrdən çəkmək yolu ilə qəbul edir. xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Bakıxanov qəsəbəsində yerləşən 2 nömrəli doğum evinin yaxınlığında olarkən iki nəfər polis geyimində ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ondan qaranlıq küçədə niyə durduğunu və harada yaşadığını soruşmuşlar, o da Bakıxanov qəsəbəsində yaşadığını, işdən çıxıb evə getmək istədiyini bildirmiş, sonra polis əməkdaşları onu 13-cü polis şöbəsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən video görüntü vasitəsi ilə onun üzərində axtarış və götürmə aparılmışdır. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzxərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və ya maddə gəzdirirsə onları təqdim etsin, bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğu bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə olan patını və bir büküm gümüşü kağıza bükülmüş narkotik vasitə olan kakosu çıxardıb təqdim edərək həmin maddələri öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bül-Bülə qəsəbəsindən üzdəən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manata aldığını, bir hissəsini istifadə etdiyini və bir hissəsini üzərində olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddələr ekspertiza mərkəzinə göndəriləcəkdir. Bundan əlavə baxış zamanı üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir(i.v.27). Cinayət işinin materialları istintaqa göndərildikdən sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, dolanışıq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov 25 ünvanında icarə əsasında avtomobil təmir sexində motor təmirçisi- çilingər olaraq işləyir. Ailəlidir, himayəsində 15 yaşlı Nuray adlı, 18 yaşlı Murad adlı iki övladları vardır. O əvvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamış və təxminən iki ay olar ki, gecələr oyaq qalıb işləməyə gücü olması üçün “patı” və arada isə “kakos” adlanan narkotik vasitələrdən istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 40 manata iki ədəd bükümdə “patı" adlanan psixotrop maddəni və “kakos" adlanan narkotik maddə heroini əldə edib, bir hissəsini çəkməklə istifadə etdikdən sonra qalan hissəsini siqaret kağızında şalvarının cibinə qoymuş və gecə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sexinə gedərək avtomobil təmir işləri ilə məşğul olduqdan sonra həmin gün saat 03:30 radələrində sexdən çıxıb 2 saylı Doğum evinin yaxınlığından piyada keçərək yaşadığı evə gedən zaman iki nəfər formada polis nəfərləri ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan gecə vaxtı küçədə nə etdiyini, harada yaşadığını sorğu etmişlər. Bu zaman o üzərimdə narkotik maddələr olmasını xatırlamış və onların suallarından yayınıb uzaqlaşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıxanov qəsəbəsində yerləşən 13-cü polis şöbəsinə gətirilmişdir. 13-cü PŞ-də inzibati otaqların birində ona dövlət hesabına müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qismində təyin edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə axtarış keçiriləcəyi elan edildikdə o müdafiəçinin iştirakından imtina etmişdir, buna səbəb isə üzərindən narkotik maddənin aşkar edilməsinə vəkilinin şahid olmaması və gələcəkdə onu daha yaxşı müdafiə etməsi olmuşdur. Təhqiqatçı tərəfindən şəxsi axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir qanunsuz maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağızlarında “patı” və “kakos” adlanan narkotik maddələri, bir ədəd alışqanı və şalvarının sol yan cibindən 01 ədəd “Kent-4 nazik” siqareti çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik maddələr qablaşdırılmış və ekspertizaya göndəriləcəyi elan edildikdə o etirazının olmadığını bildirmişdir. Sorğu-sual zamanı bükümün birində olan ağ rəngli kritsalşəkilli maddənin “patı” və digər bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin “kakos” adlanan narkotik maddələr olmasını, öz istifadəsi üçün bir gün əvvəl günorta saatlarında Bül-bülə qəsəbəsindən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Sonra o zərfi iştirakçılarla birlikdə imza edərək təsdiqləmişdir. Daha sonra isə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən başqa heç bır predmet və ya əşya götürülməmişdir. O narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız arada özü istifadə edir. O başqa heç bir yerdə narkotik və ya psixotrop maddələr saxlamır. O saxlanılan zaman əlində tutduğu “Redmi Note 8” markalı mobil telefonu 13-cü PŞ-də növbətçi hissəyə vermişdir və həmin telefonda ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə edir, O saxlanılaraq Sabunçu RPİ-nin 13-ci PŞ-nə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bır fiziki və ya psixi təzyiqlər olunmamışdır(i.v.47-50). 29 sentyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, eyni ilə şübhəli şəxs qismində olan ifadəsi olduğu kimi əks olunmuşdur (i.v.62- 65). Göründüyü kimi Təqsirləndirilən şəxs yalnız tutulduğu vaxtdan 48 saat müddətində, yəni xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə izahat və ifadələri alınmış, cinayət işi materiallarında baş ifadəsi olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 33-cü bəndinə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Rəşad Çobanova yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini fiziki zorakılığın təsiri altında verməsi ilə izah edərək buna dair tibbi arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “X15” PHŞ-in xx.xx.2024-cü il tarixli 2548 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il 19:10 cərrahi təcili tibbi yardım şöbəsinə daxil olmuş diaqnoz olaraq alnın, sol çiyinin, sol dizin əziyi və sıyrıntıları aşkar edilmişdir. Tibbi arayışda qeyd edilən “alnın, sol çiyinin, sol dizin əziyi və sıyrıntıları xəsarətlərin olması həmçinin Sabunçu RPİ-nin MSY-dən daxil olmuş Aktdan da görünür ki, Təqsirləndirilən şəxs sol gözünün üstündə sıyrıntı və sol çiynində sıyrıntı və sağ və sol dizində sıyrıntı aşkar olundu. Özünün deməsinə görə tutulmamışdan bir gün qabaq işdə almışdır xəsarətləri. Sabunçu RPİ-nin 13-cü PŞ məsul növbətçisi polis mayoru Rauf Cəlilov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs gözlə görünən sol qaşın yuxarı hissəsində yara aşkar edilmişdir. Vətəndaşın deməsinə görə xx.xx.2024-cü il tarixdə işdə olarkən dəmir parçası dəyib. Həmçinin Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-in Sabunçu Rayon Şöbəsinin 25 aprel 2025-ci il tarixli 842 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, sol çiyin və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti R.Z.X12 Mərkəzinə müraciətindən(29 sentyabr 2024-cü il) az əvvəl olmaqla qeyd etdiyi 29 sentyabr 2024cü il tarixi inkar etmir, müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olması aşkar edilmiş və bu xəsarətlərin olması qeyd edilən sənədlərlə(tibbi arayış, Aktlar, ekspert rəyləri) uyğunluq təşkil etmişdir. Sabunçu RPİ-nin MSY-dən daxil olmuş Aktda “özünün deməsinə görə tutulmamışdan bir gün qabaq işdə almışdır xəsarətləri” və Sabunçu RPİ-nin 13-cü PŞ məsul növbətçisi polis mayoru Rauf Cəlilov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda “vətəndaşın deməsinə görə xx.xx.2024-cü il tarixdə işdə olarkən dəmir parçası dəyib” yazılmasına münasibətdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin yazılar ona oxunmamış, fiziki zorakılığın təsiri altında olduğundan və qorxduğundan ona nə sənəd təqdim etmişlərsə imzalamışdır. Həmçinin Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə onlar Ramil ilə söhbət edərkən ərazidən keçən başqa post patrul xidmətinin əməkdaşları onları görüb yaxınlaşmışlar. Həmin post patrul xidmətinin əməkdaşları Ramil ilə birlikdə işlətdiyi sexə daxil olmuşlar. Təxminən 5 dəqiqə sexdə polis əməkdaşları Ramil ilə birlikdə qaldıqdan sonra çıxmışlar. O Ramilə əl vurmamışdır. Ramilin sexdə döyülməyini görməmişdir. Çünki o sürücü olduğundan onlarla birlikdə sexə daxil olmamışdır. Bundan sonra Ramili birlikdə xidmətdə olduğu polis serjantı Şahid1 ilə onlara təqdim etmişlər və onlar da Ramilin bölməyə gətirilməsini təmin etmişlər. Onlar Ramili görəndə digər post patrul xidmətinin əməkdaşları olmamış, həmin post patrul maşını yalnız ərazidən keçərkən maşınlarını görüb saxlamışlar. Hadisədən uzun müddət keçdiyindən köməyə gələn post patrul xidmətində olan polis əməkdaşlarını xatırlamır. Gəlmiş polis əməkdaşları Ramil ilə birlikdə sexə daxil olmuşlar, lakin o sexə daxil olmadığından onların Ramil ilə nə barədə danışdıqlarından məlumatsızdır. Kənan Eyazlı ilə birlikdə Ramili bölməyə gətirərkən onda xəsarət görməmişdir. Əlavə şahid qismində dindirilimiş X9 həkim tramotoloqu X7 bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müraciət etmiş və şəxsən özü Ramili müayinə etmişdir. Ramil xəsarətləri ad çəkməsə də tanıdığı şəxslər tərəfindən döyüldüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis idarəsinə gətirilmiş, orada polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və gəzdirməsini etiraf etməsi tələb edilmiş, məcbur qalaraq etiraf edici məzmunda izahat vermiş və qanunsuz cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi ittiham tərəfinin təqdim etdiyi şahid Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 post patrul xidmətinin əməkdaşlarının Ramil ilə birlikdə işlətdiyi sexə daxil olması, təxminən 5 dəqiqə sexdə polis əməkdaşları ilə birlikdə qaldıqdan sonra çıxmasını məhkəmə iclasında dəfələrlə təsdiq etmiş, X13 həkim tramotoloqu X1 müraciət edərkən adını çəkmədiyi şəxslər tərəfindən döyüldüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının beş nəfərdən çox olması ilə bağlı hissəsində məhkəmə qeyd edir ki, ittiham tərəfinin təqdim etdiyi şahid Sabunçu RPİnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 onlara başqa post patrul xidmətinin əməkdaşlarının yaxınlaşması və Ramil ilə birlikdə sexə daxil olması barədə məlumat vermişdir. Bundan əlavə Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli məktub ona ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin PPXB komandir müavini, polis mayoru X11 izahatında göstərmişdir ki, 28 sentyabr 2024-cü il tarixdə xidmətdə olan zaman Təqsirləndirilən şəxs Oskar Əfəndiyev küçəsində şübhəli hərəkətlərini görüb yaxınlaşmış, ondan özünü təqdim etməsini tələb etmiş, həmin şəxs qaçaraq uzaqlaşmağa çalışsa da saxlanılaraq 13-cü polis şöbəsinə gətirilmiş, şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmiş, həmin şəxs heç bir işgəncəyə məruz qalmamışdır. Cinayət işi materiallarında ümumiyyətlə Sabunçu Rayon Polis İdarəsinin PPXB komandir müavini, polis mayoru X5 adı keçməmiş, heç bir istintaq hərəkətində onun adı qeyd edilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin dediyi kimi başqa polis əməkdaşlarının olması inkar edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərarın olması cinayət işinə mahiyyəti üzrə baxılarkən CPM-nin 33,125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək(o cümlədən hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirmək) vəzifəsindən məhkəməni azad etmir. Məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar əsasında Təqsirləndirilən şəxs olan xəsarətlərin yaranma müddətlərinin onun tutulduğu vaxtda yarandığı inkar edilməmiş, bu xəsarətlər o polis əməkdaşlarının təsiri altında olduğu vaxtda olmuşdur. Belə ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, onlar Ramil ilə söhbət edərkən ərazidən keçən başqa post patrul xidmətinin əməkdaşları onları görüb yaxınlaşmışlar. Həmin post patrul xidmətinin əməkdaşları Ramil ilə birlikdə işlətdiyi sexə daxil olmuşlar. Lakin o sürücü olduğundan onlarla birlikdə sexə daxil olmamışdır. Təxminən 5 dəqiqə sexdə polis əməkdaşları Ramil ilə birlikdə qaldıqdan sonra çıxmışlar. Ramili bölməyə apararkən onda hər hansı xəsarət olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmişdir ki, polis əməkdaşları təxminən beş nəfərdən çox sexə daxil olaraq yaxınlaşmış və ona sexdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da cavabında onda hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməyə başlamışlar. Onlardan yalnız birini xatırlayır ki, rütbəsi polis mayoru olmuşdur. Ona xəsarətləri alın, bədən-çiyin və ayaq nahiyyələrindən yetirmişlər. Döyməmişdən qabaq əlinə qandal keçirmişlər ki, tərpənə bilməsin. Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-in Sabunçu Rayon Şöbəsinin 25 aprel 2025-ci il tarixli 842 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, sol çiyin və sol diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti R.Z.X12 Mərkəzinə müraciətindən(29 sentyabr 2024-cü il) az əvvəl olmaqla qeyd etdiyi 29 sentyabr 2024-cü il tarixi inkar etmir, müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgərşəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsində tam və hərtərəfli araşdırma aparılmamış, onun izahatındakı xüsusatlar görməzdən gəlinməklə sadəcə polis əməkdaşlarının izahatları alınmış, ekspert rəyində xəsarətlərin olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilməklə dərəcəsi təyin edilməyən xəsarətlərin hansı şəraitdə və hadisə nəticəsində almasının təmin edilməsi məqsədi ilə material aidiyyatı üzrə göndərilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində qeyd edilən polis əməkdaşlarının sexə daxil olması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, ittiham tərəfindən təqdim edilmiş şahid Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 polis əməkdaşlarının Təqsirləndirilən şəxs ilə birlikdə sexə daxil olması və orada 5 dəqiqə qalması barədə məlumat vermişdir. Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 3 radələrində xidmətdə olarkən sonradan adının Ramil olduğu şəxsi sexin qabağında görmüş, Ramil öz işlədiyi sexin içərisində olmuş, sexin qapağında taksi dayanmış, Ramil sexdən çıxanda, sexin qabağında tutaraq Ramilin üzərinə baxış keçirmişlər. Üzərindən narkotik vasitə aşkar edilmiş və həmin maddəni özləri ilə birlikdə götürərək Ramilin bölməyə gətirilməsini təmin etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonunda olan ********** saylı mobil nömrənin “müştəri zənglərinin detallaşması”na dair məlumatlardan görünür ki, xx.xx.2024-cü il 22:56:46-dan LBBK5577O1/LBBK5577 HOTEL SABUNCHU/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v/sabunchu/(40.425xx/xx.95349) GPRS ünvanında, xx.xx.2024 23:07:21-dənxx.xx.2024 03:34:59-dək(fasiləsiz olaraq) LBBK0239O2/LBBK0239 Avtoservis 777/Bakı şəhəri, Sabunçu rayonu, Ə.Kərimov küçəsi 1A/Sabunchu/(40.419xx/xx.95492) GPRS ünvanında olmuş, xx.xx.2024 03:37:56-dan xx.xx.2024 06:35:18-dək(fasiləsiz olaraq) LBBK5577O1/LBBK5577 HOTEL SABUNCHU/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v/Sabunchu/(40.425xx/xx.95349) GPRS ünvanında olmuşdur. Məlumatlardan da göründüyü kimi Təqsirləndirilən şəxs cinayət işi materiallarında qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə saat 03:36 radələrində Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində hərəkətdə deyil, xx.xx.2024 23:07:21-dən- xx.xx.2024 03:34:59-da daxil olmaqla fasiləsiz olaraq LBBK0239O2/LBBK0239 Avtoservis 777/Bakı şəhəri, Sabunçu rayonu, Ə.Kərimov küçəsi 1A/Sabunchu/(40.419xx/xx.95492) GPRS ünvanında, xx.xx.2024 03:37:56-dan xx.xx.2024 06:35:18-dək fasiləsiz olaraq LBBK5577O1/LBBK5577 HOTEL SABUNCHU/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v/Sabunchu/(40.425xx/xx.95349) GPRS ünvanında olmuşdur. Hansı ki, Təqsirləndirilən şəxs LBBK5577O1/LBBK5577 HOTEL SABUNCHU/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v/Sabunchu/(40.425xx/xx.95349) GPRS ünvanında olduğu müddətdə Sabunçu RPİ-nin 13cü PŞ-nin inzibati binasında xx.xx.2024-cü il saat 05:30-da tutma protokolu tərtib edilmiş, 28 sentyabr 2024-cü il tarixdə, saat 05:45-dən 06:00-dək “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət və digər istintaq hərəkətləri aparılmışdır. Bundan əlavə ittiham tərəfinin təqdim etdiyi şahidlər Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 hər ikisi məhkəmə iclasında hadisələrin Təqsirləndirilən şəxs işlətdiyi sexin qabağında baş verdiyini, digər post patrul əməkdaşlarının sexə daxil olmasını qeyd etmişlər. Göründüyü kimi şəxsin saxlandığı yer onun işlədiyi sexin qarşısında olmuş və həmin sexə adları adları müəyyən edilməyən polis əməkdaşları tərəfindən daxil olma faktı müəyyən edilmişdir(Təqsirləndirilən şəxs və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadələri ilə müəyyən edilir). Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat və istintaq zamanı döyüldükdən sonra verdiyi ifadələri(28-29 sentyabr 2024-cü il tarixli) isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Məhkəmə ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadəsinə münasibətdə qeyd edir ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Sabunçu RPİ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid1 dövlət ittihamçısı və məhkəmə tərəfindən onlara verilmiş suallara təkrar-təkrar cavab olaraq məhkəmə iclasında verdiyi ifadələri təsdiq edərək hadisələrin məhkəmə iclasında danışdıqları kimi baş verdiyini, məhkəməyədək icraat dövründə ifadələri elan edildikdən sonra hansı səbəbdən əvvəl belə ifadə verdiklərini xatırlamamışlar. Məhkəmə hesab edir ki, şahidlərin Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 məhkəmə iclasında verdikləri ifadələri səmimi olduğundan(təkrar-təkrar ifadələrini təsdiq etmələri), Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə uyğunluq(hadisələrin sexin qarşısında olması, başqa polis əməkdaşlarının olması, Təqsirləndirilən şəxsla sexə başqa polis əməkdaşlarının daxil olması,,) təşkil etdiyindən və məhkəmədə tədqiq edilmiş digər sübutlarla ziddiyyət təşkil etmədiyindən əsas götürüməlidir. Belə hal iş materiallarında olan şahid ifadələrinin(məhkəməyədək icraat dövründə verdiyi) həqiqəti əks etdirməməsinin göstəricisi olmaqla şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Bu səbəbdən də məhkəmə tərfindən ifadələr qiymətləndirilərkən ifadələrin özü özlüyündə ziddiyyətli olub-olmamasını, həm də həmin ifadələrin cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşıb-uzlaşmadığını müəyyən etmək, bundan sonra həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilib-edilməməsi dəyərləndirilməlidir. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 28 sentyabr 2024-cü il tarixdə, saat 05:45-dən 06:00-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Lakin, məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində bir ədəd fayl vardır, həmin fayl xx.xx.2024-cü il tarixə, saat 4:24-da(yəni 16:24) qeydə alınmışdır. Göründüyü kimi, şəxsi axtarış və götürmə protokolunda qeyd edilən istintaq hərəkətinin başlanma saatı 05:45 kimi qeyd edilmiş, həmin istintaq hərəkətinin video görüntüsü əks edilmiş diskə baxış zamanı isə videogörüntünün saat 04:24-də (yəni 16:24) qeydə alındığı müəyyən edilmişdir. Göründüyü kimi video çəkilişlə, protokol arasında 01 saat 21 dəqiqə fərq olmuşdur. Eyni zamanda, şəxsi axtarış və götürmə aparılması haqqında 28 sentyabr 2024-cü il tarixli protokolda göstərilmişdir ki, “...Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağızlarında "patı” və “kakos” adlanan narkotik maddələri, bir ədəd alışqanı və şalvarının sol yan cibindən 01 ədəd "Kent-4 nazik” siqareti çıxarıb təqdim etmişdir...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş açar, Leobank kartı, alışqan və siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Video görüntüdən axtarışı aparan baş təhqiqatçı Elşən Quliyev “cibinizdə nə varsa çıxarıb təqdim edin, başqa nəsə var üzərinizdə sualını verdikdən sonra şəxsin üzərinə baxış keçirir, üzərindən başqa heç bir əşya aşkar edilmir. Lakin xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin rəisinə ünvanlanmış Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən PŞnə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir büküm ümumi çəkisi 0,179 qarm narkotik vasitə olan metamfetamin və bir büküm ümumi çəkişi 0.045 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qoşma: material 38 vərəq, 01 ədəd zərfdə qablaşdırılmış maddi sübut, 01 ədəd CD disk, bir ədəd Leobank kartı və bir ədəd Redmi markalı mobil telefon(i.v. 40). Həmin mobil telefon xx.xx.2024-cü il tarixdə qəbzlə Təqsirləndirilən şəxs təqdim edilir(i.v110). Raportdan da göründüyü kimi Təqsirləndirilən şəxs üzərində bir ədəd Redmi markalı mobil telefon olmuş lakin nə protokolda, nə də ki video yazıda bu əksini tapmamışdır. Protokolda Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd açar, sol yan cibindən bir ədəd alışqan, bir ədəd Leobank kartı və içərisində bir gilə siqaret olan Kent markalı siqaret qutusunda çıxardı təqdim etməsi qeyd edilsə də, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir ədəd alışqanı sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Göründüyü kimi videogörüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 28 sentyabr 2024-cü il tarixli protokola və DVD diskə baxış keçirilməsi haqqında 28 sentyabr 2024-cü il tarixli protokola uyğunsuzluq təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra, videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən "patı” və “kakos” adlanan narkotik maddələrin onun ifadəsində göstərdiyi kimi üzərinə “atılması” ehtimalına əsas verir. Bu halı məhkəmə iclasında şahid Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üstünə baxış sexin qabağında keçirilmiş və onların buna səlahiyyəti olmuşdur. Narkotik maddə sexdə olarkən Ramilin üzərindən çıxmış, onlar da yenidən cibinə qoyaraq bölməyə aparmışlar ki, çəkilişdən qabaq Ramilə təqdim etsinlər. Şahid Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 təkrar-təkrar Təqsirləndirilən şəxs üzərinə baxışın onun sexinin qabağında keçirməsini qeyd etməsi protokolla uyğunsuzluq təşkil etmiş, protokolun formal olmasına qənaətinə gəlməyə əsas verir. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 03:36-da saxlanılmış, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə 28 sentyabr 2024-cü il tarixdə, saat 05:45-dən 06:00-dək keçirilmişdir ki, bu da şəxsin saxlanıldıqdan 02 saat 09 dəqiqə sonra üzərində axtarış aparılmasına dəlalət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki halda təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 02 saat 09 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddətdə təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 29 sentyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 15 dəqiqə, yəni saat 05:45-dən 06:00-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün 29 sentyabr 2024-cü il tarixdə, saat 04:00-da qeydə alınması (sənədlərə əsasən şəxsi axtarış və götürmənin keçirildiyi vaxtdan öncə) və cəmi 06 dəqiqə 56 saniyə ərzində həyata keçirilməsi görünməkdədir. Halbuki, iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2024cü il tarixli protokolda həmin protokolun saat 05:30-da tərtib edilməsi və bundan sonra Təqsirləndirilən şəxs üzərinə saat 05:45-dən 06:00-dək şəxsi axtarış və götürmənin həyata keçirildiyi göstərilmişdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, harada saxlanılması, həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi dəvət edilməsi barədə 28 sentyabr 2024-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 03:36-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 05:30-da tərtib olunmuş protokolla o və müdafiəçisi Müdafiəçi elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, Müdafiəçi həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçi imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 28 sentyabr 2024-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsinəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından və şəxsin üzərindən axtarış və götürmə aparılması “əsl” axtarış olmadığından, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsi yolverilməzdir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2024-cü il tarixə, 6/4740(3-16-16/2-6/4740) saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 noyabr 2024-cü il tarixli, 7514 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X14 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatdan sonra qalan psixotrop maddə 0,129 qram metamfetamin və narkotik vasitə olan 0,015 qram heroin həmin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut–ekspertiza tədqiqatdan sonra qalan psixotrop maddə 0,129 qram metamfetamin və narkotik vasitə olan 0,015 qram heroin həmin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunandək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılsın. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut–şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 48 saata (35s*6m=210m, 13s*11m=143m) görə 353 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar