Məhkəmə qərarları › İş №1(008)-142/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-142/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-142/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1991-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yardımlı rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN-in PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə edilən əşya tətbiq etməklə təkrarən xuliqanlıq etmiş və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə, saat 13.05 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in DYNPİ-nin Sabunçu st.XPŞ-nin yanındakı avtomobil dayanacağında Zərərçəkmiş şəxs1 16 may 2022-ci il tarixdə ona nisyə olaraq mobil telefonu üçün danışıq dəqiqəsi yükləməməsi kimi əsassız səbəb gətirərək sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib qəsdən əli ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vuraraq sonuncuya sağ göz almasının ağlı qişasına qansızma ilə müşaiyət olan sağ gözyuvasıaltı nahiyənin dərialtı hematoması, burun və sol gözyuvası altı nahiyələrin qançırları, sol yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirərək qəzərli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edərək əynində olan şalvarının kəmərinin arxa hissəsinə keçirilmiş vəziyyətdə gəzdirmiş, 17 may 2022-ci il tarixdə saat 13.05 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in DYNPİ-nin Sabunçu st.XPŞ- nin yanındakı avtomobil dayanacağında Zərərçəkmiş şəxs1 qarşı yol verdiyi xuliqanlıq hərəkətləri ilə bağlı saxlanılaraq Sabunçu st.XPŞ-nin inzibati binasına gətirilərək növbətçi hissədə üzərinə baxış keçirilərkən həmin soyuq silah hesab edilən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 06 iyun 2022-ci il tarixdə, saat 11 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi M.İbrahimov küçəsində yerləşən “Ləlvər” kafesinin yaxınlığında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi əldə düzəlmə üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə X1 qolundan qəsdən vurub, ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sol said nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə təkrar xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün ifadələri, zərərçəkmiş şəxslər və şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, müvafiq ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə İntiqamın 070 ***-**-** mobil operator nömrəli telefonuna zəng edib xahiş etmişdir ki, ona nisyə telefon versin,həmin telefonun pulunu sonra ödəyəcək, İntiqam isə ona bunun mümkün olmadığını və ona nisyə telefon verə bilməyəcəyini bildirmişdir. Ertəsi gün, yəni 17 may 2022-ci il tarixdə, saat 13 radələrində İntiqamın mağazasını qarşısından keçərkən İntiqamın mağazadan çıxıb maşınına tərəf getdiyini gördükdə arxasınca gedərək yaxınlaşmış və İntiqama demişdir ki, nə üçün dünən ona telefonu verməmişdir, halbuki həmin telefonun pulunu ödəyəcəkdi, İntiqam isə ona telefonun onun olduğunu və nisyə vermək istmədiyindən telefonu ona vermədiyini demiş, bu zaman İntiqamın verdiyi cavab onun acığına gəlmiş və aralarında mübahisə yaranmışdır. Bu zaman o, yumruqla İntiqamın sağ gözünün altından bir dəfə vurmuş, intiqam yerə yıxılandan sonra isə onu bir dəfə də təpiklə vurmuşdur. Bu zaman kənardan polis əməkdaşları gəlib onu saxlayaraq yaxınlıqda yerləşən Sabunçu st X13 aparmışlar. Orada növbətçi hissədə onun üzərinə hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən üzərində olan bir ədəd bıçaq aşkar edilib götürülmüşdür. O, həmin bıçağı «8-ci km» bazarından almış və həmişə yaşadığı evdə yemək hazırlayanda istifadə etmiş, həmin gün isə necə olmuşdursa küçəyə çıxanda bu bıçağı əlinmdə götürmüş, sonra isə arxadan şalvarının kəmərinə keçirib ki, evə gedəndə yerinə qoysun. Bundan başqa 06 may 2022-ci il tarixdə, təxminən saat 11 radələrində kafenin yaxınlığında olarkən Bəxtiyarın onun barəsində nalayiq söyüş ifadələri işlətdiyini eşitmiş, buna görə Bəxtiyarı yanına çağırıb onu nə üçün təhqir etdiyini soruşarkən aralarında mübahisə yaranmışdır. Bu zaman o, böyründə olan bıçağı çıxarıb Bəxtiyarın sol qol nahiyəsinə xəsarət yetirmiş, Bəxtiyar dərhal qaçaraq kafeyə getdikdən sonra o özü də oradan uzaqlaşmışdır. Törətdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabunçu dəmir yolu stansiyasını və Sabunçu bazarının yaxınlığında yerləşən mağazanı icarəyə götürərək mobil telefon satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə Rəsul ona zəng edərək ondan mobil telefon aparatı istəmiş, o imtina edərkən sonuncu onun mağazasını yandıracağı ilə hədələmişdir. 17 may 2022-ci il tarixdə, saat 13:05 radələrində mağazadan çıxıb qarşısında saxladığı avtomobilə tərəf gedərkən Rəsulun arxasınca gəldiyini görmüş, Rəsul onu arxadan çağırarkən dayanmışdır. Rəsul ona yaxınlaşıb bir qədər kənara çəkilib söhbət etməyi təklif etmiş və ikisi birlikdə Sabunçu dəmir yolu vağzalına mübahisə etmiş və onu təhqir edərək yumruqla gözünün altından vurub yerə yıxmış, sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurmağa davam etmişdir. Bu zaman polis əməkdaşları gələrək onları ayırıb Sabunçu st. XPŞ-nə aparmışlar. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 iştirak etmədiyindən onun iş materiallarına olan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs telefon vasitəsi ilə məhkəmə ilə əlaqə yaradaraq Gürcüstan Respublikasında olduğunu, təqsirləndirilən şəxslə barışdığını və bu barədə yazılı ərizəsini təqsirləndirilən şəxsin qohumlarına təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabunçu dəmir yolu stansiyasını və Sabunçu bazarının yaxınlığında yerləşən mağazanı icarəyə götürərək mobil telefon satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə Rəsul ona zəng edərək ondan mobil telefon aparatı istəmiş, o imtina edərkən sonuncu onun mağazasını yandıracağı ilə hədələmişdir. 17 may 2022-ci il tarixdə, saat 13:05 radələrində mağazadan çıxıb qarşısında saxladığı avtomobilə tərəf gedərkən Rəsulun arxasınca gəldiyini görmüş, Rəsul onu arxadan çağırarkən dayanmışdır. Rəsul ona yaxınlaşıb bir qədər kənara çəkilib söhbət etməyi təklif etmiş və ikisi birlikdə Sabunçu dəmir yolu vağzalına mübahisə etmiş və onu təhqir edərək yumruqla gözünün altından vurub yerə yıxmış, sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurmağa davam etmişdir. Bu zaman polis əməkdaşları gələrək onları ayırıb Sabunçu st. XPŞ-nə aparmışlar. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 may 2022-ci il tarixdə, saat 13:05 radələrində Sabunçu dəmir yolu vağzalının ərazisində post patrul xidməti aparan zaman, orada yerləşən avtomobil dayanacağında bir nəfər 30- 35 yaşlarında olan şəxsin yumruqla başqa bir şəxsi başına və bədəninə vuraraq döydüyünü görüb onlara yaxınlaşmış və oraya toplaşan digər şəxslərin köməkliyi ilə həmin şəxsləri ayırıb onları Sabunçu st. XPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Orada müəyyən olunmuşdur ki, döyən şəxs Təqsirləndirilən şəxs, döyülən şəxs sə Zərərçəkmiş şəxs1dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 may 2022-ci il tarixdə, saat 13 radələrində Sabunçu st.XPŞ-d məsuliyət növbətçi xidməti aparan zaman növbətçi hissəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində onun tərəfindən iki nəfər hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman bir ədəd bıçaq aşkar edilmiş, onun tərəfindən baxış barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olnmuşdur. Şahidlər X8 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların iş materiallarında olan ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 münasibətdə baş vermiş hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Dəmir yol vağzalının yan tərəfindəki səkinin üstüdür (i.v.17-18). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli, 938 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 sağ göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıaltı nahiyənin dərialtı hematoması, burun və sol gözyuvasıaltı nahiyələrin qançırları, sol yanaq nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 17 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilimkdə sağlamlığın qısa müddətə polzulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin öz tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli, 3/680 saylı rəydən görünür ki, təqdiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (i.v. 27-30). “İfadənin yerində yoxlanması haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 hadisə yerinə gələrək 17 may 2022-ci il tarixdə, saat 13:05 radələrində Təqsirləndirilən şəxs həmin yerdə ona qarşı zor tətbiq edərək döyməsini bildirmişdir (i.v.49- 51). “Hadisə yerinə baxış keçirilməsi barədə” 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X5 münasibətdə baş vermiş hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı ilə üzbəüz yerləşən “Ləlvər” kafesinin yaxınlığıdır. Baxış zamanı tədqiqat üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut tapılmamışdır (i.v.114-116). “Baxış keçirilməsi və götürmə haqqında” 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 12 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində X3 müraciətinə əsasən Sabunçu RPİnin 12-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs bir ədəd tutacağı taxta materialdan olan və ortası izolyasiya yapışqanı ilə bağlanmış bir ədəd bıçağı təqdim etmiş və hadisəni həmin bıçaqla törətdiyini etiraf etmişdir. Həmin bıçağa baxış keçirilərək fotoşəkli çəkilmiş və qablaşdırılmış, 159 saylı möhürlə möhürlənmişdir (i.v.114-115). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli, 1129 saylı rəydən görünür ki, X2 said nahiyyəsinin kəsilmiş yara xəsarəti müəyyən edilmişdir. Həmin xəsarət kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i.v.116-117). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, 3/908 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq əldədüzəlmə üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir (i.v.184-186). Ambulator-məhkəmə psixatrik ekspertizasının 01 avqust 2022-ci il tarixli, 2022 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar edilmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (i.v. 204-206). “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.3 və 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona yenidən həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi, 17 may 2022-ci il tarixdə Sabunçu st XPŞ-nin növbətçi hissəsində onun üzərindən aşkar edilərək götürülmüş və soyuq silah hesab edilən bıçaq, həmçinin, 06 iyun 2022-ci il tarixdə Bəxtiyar Nəcəbova qarşı törətdiyi xuliqanlıq cinayətində silah qismində istifadə etdiyi və özü tərəfindən təqdim edilib götürülmüş bir ədəd soyuq silah hesab edilməyən bıçaq iş üzrə maddi sübut tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmişdir (i.v.207- 214). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)- 847/2022 saylı qərarından görünür ki, cinayət işi üzrə komisyon məhkəmə-stasionar psixiatrik ekspertizası təyin edilmişdir (i.v.309-312). Komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 140 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi müəyyən edilir, lakin onda müəyyən edilən şəxsiyyət dəyişikliyi az ifadəli olduğundan cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, bu səbəbdən də o, anlaqlı hesab olunur və AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən psixi patologiya az ifadəli olduğundan onu hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir və onun hal-hazırki hərəkətləri AR CM-nin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin qərarın 10-cu bəndində göstərilmişdir ki, xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silahtətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsinəməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228cimaddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 16 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2012-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə cinayət işinə xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.37-39) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 4(008)-494/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.62- 64). “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il, saat 18:00-dan tutulmuş hesab edilmişdir (i.v.131). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli, 4(008)- 757/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 oktyabr 2022-ci il tarixədək uzadılmışdır (i.v.199-202). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin təkrar törədilməsi (CM-61.1.1) cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (AR CM-nin 221.3-cü maddəsinə münasibətdə), habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi AR CM-nin 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməklə AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və 01 ədəd əldədüzəlmə üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu-12 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə verilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və 01 ədəd əldədüzəlmə üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri – 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar