Məhkəmə qərarları › İş №1(008)-143/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-143/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-143/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, X30 oğlunun, 26 saylı vəkil bürosunun vəkili Nurməmmədov Araz Mayıl oğlunun, Zərərçəkmiş şəxslər Əkbərov Qulu Xaqani oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslər Əkbərov Qulu Xaqani oğlunun, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə Qulu qızının iştirakı ilə xx xxxxxxx 1976-cı il tarixdə Ağcabədi rayonu, Gələbədin kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Gələbədin kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Mirzə oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1981-ci il tarixdə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Gələbədin kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi nömrəsiz evdə yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Mirzə oğlu Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeydiyyatsız və nömrəsiz fərdi yaşayış evində onunla və arvadı Təqsirləndirilən şəxs2 ilə birikdə yaşayan mərhum Əkbərova Hüsniyyə Qulu qızı ilə əvvəlki nikahdan olan azyaşlı övladları-xx xxxxx 2014-cü il təvəllədlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2015-ci il təvəllədlü Zərərçəkmiş şəxs2 Xaqani oğlu ana babaları Şahid1 Qaçay oğlu və xalaları X8 ilə birlikdə yaşamalarını istədikləri üçün bu istəklərindən çəkindirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında azyaşlılar Qulu və Hüseynin köməksiz vəziyyətlərindən istifadə etməklə xx xxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində yaşadıqları ünvanda mütəmadi olaraq əl və müxtəlif küt əşyalarla döyməklə, bədənləri üzərinə qaynar su tökməklə və siqaretlə yandırmaqla, bədən nahiyəsini qaynar suya saldıqdan sonra həmin hissəyə duz basmaqla, ayağından kəndirlə asmaqla, boğazına kəndir salıb sıxmaqla və sair zorakı hərəkətlərlə azyaşlı Zərərçəkmiş şəxs1 alın və burun nahiyələrinin İİ dərəcəli termiki yanıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyəsinin stranqullyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu, sol dirsək oynağı və sol baldır nahiyələrinin qançırları olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər, azyaşlı Zərərçəkmiş şəxs2 sol budun, sol baldırın, və sol ayağın dərialtı hematomaları, sol əlin İİİ barmağının, sağ budun və sağ baldırın İİ dərəcəli termik yanıqları olan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynaq nahiyəsinin, sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və aşıq-baldır oynağın qançırları olan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə fiziki ağrılar yetirmiş, həmçinin azyaşlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ac saxlamaqla, özləri yemək yedikləri vaxt divarın küncündə bir ayaqları üstə saxlamaqla, yemək istəyəndə ağızlarına acı istiot tozu tökməklə, evdə məişət işləri gördürüb, qorxu altında saxlayaraq psixi iztirab verərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mütəmadi olaraq döyməklə güclü fiziki ağrı və psixi iztirab verməklə əzab vermə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 qızı əri Təqsirləndirilən şəxs1 mərhum H.Zərərçəkmiş şəxs1 ilə əvvəlki nikahdan olmaqla onlarla birlikdə Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeydiyyatsız və nömrəsiz fərdi yaşayış evində yaşayan az yaşlı övladları-xx xxxxx 2014-cü il təvəllədlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2015-ci il təvəllədlü Zərərçəkmiş şəxs2 ana babaları Şahid1 və xalaları Qanuni nümayəndə ilə birlikdə yaşamalarını istədikləri üçün bu istəklərindən çəkindirmək məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında azyaşlılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətlərindən istifadə etməklə 03 aprel 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində yaşadıqları ünvanda mütəmadi olaraq əl və müxtəlif küt əşyalarla döyməklə, bədənləri üzərinə qaynar su tökməklə və siqaretlə yandırmaqla, bədən nahiyəsini qaynar suya saldıqdan sonra həmin hissəyə duz basmaqla, ayağından kəndirlə asmaqla, boğazına kəndir salıb sıxmaqla və sair zorakı hərəkətlərlə azyaşlı Zərərçəkmiş şəxs1 alın və burun nahiyələrinin İİ dərəcəli termiki yanıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyəsinin stranqullyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu, sol dirsək oynağı və sol baldır nahiyələrinin qançırları olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər, azyaşlı Zərərçəkmiş şəxs2sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sol əlin İİİ barmağının, sağ budun və sağ baldırın İİ dərəcəli termik yanıqları olan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynaq nahiyəsinin, sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və aşıq-baldır oynağın qançırları olan sağlamlığa zərər vurmayanxəsarətlər yetirməklə fiziki ağrılar yetirmiş, həmçinin azyaşlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ac saxlamaqla, özləri yemək yedikləri vaxt divarın küncündə bir ayaqları üstə saxlamaqla, yemək istəyəndə ağızlarına acı istiot tozu tökməklə, evdə məişət işləri gördürüb, qorxu altında saxlayaraq psixi iztirab verərək Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mütəmadi olaraq döyməklə güclü fiziki ağrı və psixi iztirab verməklə əzab vermə cinayətini törətmiş, eləcə də, 2019-cu ilin oktyabr ayının ortalarında yaşadıqları ünvanda H.X. Əkbərzadəni dəmir parçası ilə ayaq nahiyyəsinə zərbə endirməklə ona sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağırxəsarət yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Əkbərov Xaqani Mirzə oğlu Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1998-1999-cu ildən Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Əvvəllər Ağcabədi rayonu, Gələbədin kənd orta məktəbinə getmiş, lakin sonradan məktəbdə oxumamış, buna görə də məktəbdən çıxıb kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. 1994-cü ildə hərbi xidmətə getmış, 1998-ci ildə isə hərbi xidmətdən qayıtmışdır. 2000-ci ildə L.B.Əkbərova ilə ailə qurmuş, birgə nikahdan 2001-ci ildə oğlu Samir və 2002-ci il təvəllüdlü qızı Bəsti doğulmuşdur. Samir hazırda Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdədir. Bəsti isə xalası ilə birlikdə yaşayır. Hərdən də onlara gəlib-gedirdi. 2012-ci ildə Lətafət beynindəki xəstəliklə əlaqədar vəfat etmişdir. Bundan bir il sonra 2013-cü ildə H.Zərərçəkmiş şəxs1 ilə rəsmi nikahla ailə qurmuş, birgə nikahdan 2014-cü ildə Qulu, 2015-ci ildə Hüseyn doğulmuşdur. 2017-ci ildə Hüsniyyə xəstəliklə əlaqədar olaraq vəfat etmişdir. Həmin vaxt da uşaqları baxımsız qalmasın deyə, onları xalası, yəni Hüsniyyənin bacısı Tərgülə vermişdir. Həmin vaxtdan uşaqlar xalası Tərgüllə birlikdə Ağcabədi rayonunda yaşamağa başlamışlar. Bir neçə ay sonra xx xxxxxx 2017-ci il tarixdə Nuranə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nuranə ilə ailə qurduqdan sonra uşaqlarını Tərgüldən götürmək üçün 2018-ci ilin fevral ayında Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət etmışdir. İcra Hakimiyyətinin qərarı ilə uşaqlar ona qaytarılmışdır. Lakin uşaqların babası Qulu və xalası uşaqlarını ona qaytarmamışlar. Buna görə də o, Ağcabədi rayon məhkəməsinə müraciət etmiş və onun iddiası təmin olunmuş, uşaqların ona verilməsi barədə qərar qəbul olunmuşdur. Buna baxmayaraq onlar uşaqları ona verilməmişdir. O da apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsi Ağcabədi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamış və uşaqların ona qaytarılması barədə qərar qəbul etmişdir. Lakin onlar uşaqları yenə də vermək istəməmişdir. Buna baxmayaraq məhkəmənin qərarı icra olunmuş, 2019-cu ilin aprel ayında uşaqlar ona qaytarılmışdır. Həmin vaxtdan övladları Hüseyn və Qulu 6 ay onunla Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evində yaşamışlar. 2019-cu ilin oktyabr ayının 22-si o, arvadı Nuranə, övladların Qulu və Hüseyn evdə olduqları vaxt həyətin darvazası döyülmüşdür. O əvvəlcə qapını açmamış, daha sonra qapının arxasından uşaqların babası Qulu və xalası Tərgülün polis əməkdaşları ilə birlikdə gəlmələrini eşitmişdir. Polis əməkdaşları onlara guya uşaqları incitmələri ilə əlaqədar Qulu və Tərgülün şikayəti ilə bağlı gəldiklərini bildirmişlər. O da onlara uşaqların ona verilməsi və babalarına görüş verilməməyi ilə bağlı sənədləri göstərmişdir. Buna baxmayaraq bir nəfər polis əməkdaşı hasardan həyətə keçərək, həyətin darvazasını açmış, 15-ci PB-in Hafiz, Murad adlı, onlarla birlikdə üç nəfərdə başqa polis əməkdaşları ona və arvadı Nuranəyə zor tətbiq edib, nalayiq ifadələr işlədərək onları evdən çıxardaraq 15-ci PB-nə gətirmişlər. Polis əməkdaşları uşaqları babaları Quluya vermişlər. Orada təhqiqatçı arvadı Nuranəyə hədə qorxu gəlib əl qaldıraraq, Nuranədən guya uşaqları döyməsi məzmununda izahat almışdır. Nuranə də polis əməkdaşının istəyinə uyğun olaraq uşaqları döyməsi ilə bağlı izahat vermişdir. Azyaşlı övladları Qulu və Hüseynin 6 ay onlarla yaşamış, heç vaxt özü və arvadı Nuranə tərəfindən azyaşlıları döyməmiş, vurmamış və işgəncə verməmişlər. Oğlu Hüseynin həyətdə oynayarkən, həyətdə olan iydə ağacında göyərçin görmüş, göyərçini tutmaq üçün ağaca çıxmış, daha sonra ağacdan yerə yıxılaraq xəsarət almışdır. Lakin azyaşlıların üzərində aşkar edilmiş digər xəsarətləri özü və arvadı yetirməmiş, həmin xəsarətlərin uşaqların babaları Qulu və xalası Tərgül tərəfindən yetirildiyini fikirləşir. Azyaşlılar onlarda qaldıqları müddət ərzində babaları Qulu və xalaları Tərgüllə görüşməmiş və ünsiyyətdə olmamışlar. Onun heç bir günahı və təqsiri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 qızı Cinayət Məcəlləsinin 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabr ayında Xaqani ailə həyatı qurmuş, Xaqanidən əvvəl isə həmkəndlisi Taleh adlı şəxslə rəsmi ailəli olmuşdur. Amma dindar bir şəxs olmağını Taleh qəbul etmədiyi üçün onunla rəsmi qaydada ayrılmışdır. Boşandıqdan sonra valideyinləri ilə birlikdə yaşamağa başlamışdır. 2017-ci ilin ortalarında Xaqaninin xalası qızı vasitəsi ilə tanış olmuş, xalası qızı ona Xaqaninin arvadının vəfat etdiyini və iki azyaşlı uşağının olduğunu bildirmişdir. Bundan sonra dul qadın olduğu üçün heç bir tərəddüd etmədən təklifi qəbul etmiş, bir müddətdən sonra Xaqaninin qohum əqrəbası onlara elçi gəlmiş, ümumi söhbətdən sonra onu Xaqani ilə ailə qurmağına razılıq vermişdilər. Həmçinin Xaqani iki dəfə evli olmasını, hər iki arvadının öldüyünü və hər iki arvaddan ayrı-ayrılıqda iki övladının olmasını öyrənmişdir. Birinci nikahdan bir qızı və bir oğlu, ikinci nikahdan isə iki azyaşlı oğlu vardır. Xaqaninin birinci nikahdan olan uşaqlarının adı Samir və Bəsdidir. Samir hərbi xidmətdədir. Bəsdi isə xalası ilə birlikdə yaşayır. İkinci nikahdan olan uşaqlarının adı Hüseyn və Quludur. Qulunun 6 yaş, Hüseyin isə 4 yaşı vardır. Həmin ilin dekabr ayında Xaqani onu yaşamaq üçün ata evinin yerləşdiyi Ağcabədi rayonundakı Gələbədin kəndinə aparmışdır. Xaqani n ikahından olan azyaşlıların mərhumun qohumlarının baxdığını və həmin azyaşlıların qəyyumluğunu xalaları Tərgülə verilməsini də öyrənmişdir. Bir müddətdən onra isə Xaqani ilə birlidə yaşamaq üçün Bakı şəh., Zabrat İ qəsəbəsindəki Babək küçəsində yerləşən Xaqaniyə məxsus evə gəlmişlər. Bakıya qayıtdıqdan sonra Xaqani müxtəlif yerlərdə fəhləlik edərək ailəni dolandırmış, özü isə heç bir yerdə işləməmişdir. Ailə qurduqdan sonra Xaqani qayınatasi Quludan və baldızı Tərgüldən uşaqlarını geri istəmiş, lakin onlar uşaqları verməyərək uşaqları Ağcabədi rayonunda öz yanlarında saxlamışlar. Bundan sonra Xaqani bununla bağlı Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət edərək uşaqların qəyyumluğunu öz üzərinə götürmüş, yenə də onlar uşaqları verməmişdir. Bundan sonra Xaqani məcbur olub Ağcabədi rayon məhkəməsinə müraciət etmişdir. Ağcabədi rayon məhkəməsi hər iki uşağın qəyyumluğunu və saxlanmasını Xaqaniyə vermiş, həmin məhkəmənin qərarından sonra onlar narazı qalaraq apellyasiya şikayəti verilmişdir. X20 Məhkəməsi baxaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Buna baxmayaraq onlar uşaqları geri qaytarmamışlar. Bundan sonra Ağcabədi rayon Məhkəmə Qərarlarının icra şöbəsinə müraciət etmiş və bir neçə dəfədən sonra nəhayət xx xxxxx 2019-cu il tarixdə icra şöbəsi zorla uşaqların hər ikisini onlardan alaraq Xaqaniyə vermişlər. Bir neçə gün rayonda qalandan sonra uşaqları da götürüb Zabrat İ ünvandakı evlərinə qayıtmışlar. Həmin vaxtdan sonra uşaqlar onlarla birlikdə həmin ünvanda yaşamağa başladılar. Hər iki uşağa yaxşı baxdığından onları bağçaya qoymamışlar. Həmçinin Qulu və Tərgülün uşaqları bağçadan oğurlayıb aparacaqlarından qorxduğu üçün də qoymamışdır. Qulu və Tərgül uşaqlara onlara qulaq asmamağı, nadinclik etmələrini öyrətmişdir. Hər iki uşaqda onların öyrətmələrinin təsiri nəticəsində evdə narazılıqlar yaradaraq, onlara tabe olmamış və babasının, xalasının yanına qayıtmaq istəmişlər. Çünki onlar babasının və xalasının təsiri altında olmuşlar. Bu səbəbdən də uşaqlar evdə artıq söz-söhbət yaratmışlar. Uşaqlar xx xxxxxxx 2019-cu il tarixə kimi onlarla qeyd olunan ünvanda birlikdə yaşamış, həmin tarixdə Sabunçu RPİ-in 15-ci PB-dən əməkdaşlar həmin ünvana gəlmiş və həmin vaxt polislərin yanında Qulu və Tərgül də olmuşdur. Həmin gün Xaqanidə evdə idi. O polis əməkdaşlarına məhkəmənin qərarlarını göstərmiş, sonrada uşaqları da özü ilə götürərək birbaşa 15-ci PB-nə getmişlər. Qulu da Tərgüldə həmin bölməyə gəlmişlər. Orada Hüseyn xalası Tərgülün yanına getmişdir. Böyük uşaq Qulu isə onun yanında qalmışdır. Sonra PB-in ikinci mərtəbəsinə izahat verməsi üçün dəvət olunmüşdür. Ondan izahatı Hafiz adlı təhqiqatçı almışdır. İzahatını verib yenidən aşağı düşmüş və həmin vaxt Xaqanində ora gəldiyini görmüşdür. Bundan sonra Tərgül də izahat verməsi üçün təhqiqatçı Hafizin yanına qalxmışdır. O isə bundan sonra namaz qılmaq üçün evinə getmişdir. Sonrada qayıdıb PB-nə gəlmiş, uşaqların, Qulu və Tərgülün orada olmadığını görmüşdür. Təhqiqatçı isə ona uşaqlara yaxşı baxmadığınız üçün onlara verdiyini demişdir. Bundan sonra müxtəlif qurumlara, o cümlədən prokurorluğa şikayət etmişdir. Bir müddət sonra Qulunun müxtəlif yerlərə müsahibə verərək Xaqaninin və onun hər iki azyaşlı uşaqları döyüb işgəncə vermələrini bildirmişdir. Həmçinin uşaqlarda verlişlərdə guya onlara əzab və işgəncə verdiyini bildirirdilər. Bundan sonra o, əri Xaqani ilə televiziyaya çıxaraq, onların dediklərinin yalan olduğunu deyərək bu məsələlərə aydınlıq gətirmişlər. Həmçinin uşaqların Qulunun və Tərgülü təsiri altında olduqlarını, heç vaxt uşaqları vuraraq döyməmişdir. Hüseyinin bədəni üzərində olan xəsarət isə onun oktyabr ayının ortalarında qapıda oynayarkən yıxılaraq aldığını və qolunun şişdiyi üçün xəstəxanaya aparmışlar. Azyaşlıların onlarda qaldıqları müddət ərzində babaları Qulu və xalaları Tərgüllə görüşməmiş və ünsiyyətdə olmamışlar. Həmçinin Qulunun məqsədi bu təzyiq forması ilə qızı Tərgülü Xaqani ilə evləndirmək olmuş, lakin Xaqani onunla evlənməkdən imtina etdiyi üçün bu problemləri yaratmışdır. Onun heç bir günahı və təqsiri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 Xaqani oğlu göstərmişdir ki, hazırda babası Qulu ilə birlikdə Ağcabədi rayonu, Aşağı Qıyamadınllı kəndində yaşayır. Ondan başqa yaşca balaca bir qardaşı var. Qardaşının adı Hüseyndir. O da onlarla birlikdə yaşayır. Məktəbə hələ yaşı çatmadığından getmirlər. Bu səbəbdən də oxumağı və yazmağı bacarmır. Atası Xaqani və analığı Nuranə onu və qardaşını mütəmadi olaraq incitmişdir. Həmişə ataları Xaqani və analığı Nuranə yemək yeyəndə onları bir küncə qoyaraq əllərini və ayaqlarını yuxarı qaldırtmış, yeməyi yeyib qurtardıqdan sonra onlara əllərini aşağı salmağa icazə vermişdir. Onlara ac olduqları vaxt quru çörək və çiy kartof verərək yemələrini bildirmişlər. Onları tez-tez ac saxlamışlar. Ataları Xaqani, analıqları Nuranə onu və qardaşını ağacla vururdular. Ataları evdə olmayanda da analıqları onları daha da pis döyür və ona, qardaşına evdə bütün işlərini gördürürdü. Hətta analığı Nuranə balaca qardaşının və özünün paltarlarını vannaya qoyaraq üstünə su töküb, paraşok əlavə etdirərək həmin paltarları ona yudurdurdu. Hətta analığı Nuranə bir neçə dəfə onun boğazına kəndir bağlayaraq sıxmış və nəfəsi kəsiləndə kəndiri açırdı. Bir neçə dəfə də Nuranə əlləri ilə onun sifətini cırmaqlamışdır. Bir dəfə də Nuranədən içmək üçün çay istədikdə Nuranə isti çayı onun üzünə atmişdır. Həmin vaxt üzü yanmışdır. Atası Xaqani və analığı Nuranə onu və qardaşını ayaqqabı ilə də döymüşdür. Atası Xaqani siqaretlə də bir dəfə onun alnına da vuraraq söndürmüşdür. Həmin vaxt alnında yanmasını hiss etmişdir. Atası Xaqani onlara bıçaq göstərərək başınızı kəsib kanala atacağınıda deyərək qorxudurdu. Nuranədən yemək üçün çörək istəyəndə o acı istiotu onların ağzına tökürdü. Onların ağzı istiotdan yanırdı. Nuranə isə onlara baxaraq buna gülürdü. Hətta ataları Xaqani balaca qardaşı Hüseynin barmağını isti suya salmış və qardaşının barmağını yandırmışdır. Həmin vaxt ataları Xaqani onun barmağına düz da atmış, qardaşı Hüseyn ağlamaqdan pis olmuşdur. O da atalarının bu hərəkətlərindən bərk qorxduğundan ağlamışdır. Atası Xaqani bir neçə dəfə də qardaşı Hüseyni ayağından iplə bağlayaraq yuxarıdan başı aşağı asmış, Nuranə və Xaqanı onları çimizdirməmişlər. Nuranə və Xaqanı isti kabab şişi ilə qardaşı Hüseyni yandıraraq dağlamışlar. Hətta Nuranə bir dəfə Hüseyni qaz borusu ilə vuraraq qolunu və ayaq pəncəsini sındırmışdır. Xaqani və Nuranə ondan sonra Hüseynin ağladığından birlikdə onu həkimə aparmış və sonrada Hüseynin qolu sarıqlı vəziyyətdə evə qayıtmışlar. Nuranə spirt stəkana tökərək ona və qardaşına içməyi demiş, onlar isə həmin maddənin pis olduğundan içə bilməmişlər. Atası Xaqanı çəkdiyi siqareti qardaşı Hüseyinin kürəyində də söndürmüşdür. Nuranə şpris və iynənin ucunu onlara göstərərək onlara iynə vuracağı ilə qorxudurdu. Atası Xaqani ona və Hüseyinə məcburi siqaret çəkdirməyə də çalışmışdır. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Əkbərov Hüseyn Xaqani oğlu göstərmişdir ki, ana babası Qulu ilə birlikdə Ağcabədi rayonu, Aşağı Qıyamadınllı kəndində yaşayır. Özündən yaşca böyük Qulu adında qardaşı da vardır. Onlarla birlikdə babaları Qulu və xalaları Tərgül də yaşayır. Yaşı az olduğundan məktəbə gedə bilmir. Bu səbəbdən oxumağı və yazmağı bacarmır. Qardaşı da balacadır o da məktəbə getmir. Atası Xaqani və analığı Nuranə onu və qardaşını mütəmadi olaraq incidərək döyüblər. Həmişə atası Xaqani və analığı Nuranə yemək yeyəndə onları bir küncə qoyaraq əllərini yuxarı qaldırırdı. Onlara yemək yeyəndə baxmasınlar deyə üzləri də həmin vaxt divara tərəf çevirirdilər. Onlara yemək verməmiş, verəndə də quru çörək və su verirdi. Özləri isə yemək yeyirdilər. Onları isə tez-tez ac saxlayırdılar. Ataları Xaqani və analığı Nuranə onları tez-tez incidirdi. Hətta Nuranə qolunu və ayağını sındırmışdı. Buna görə də onu həkimə aparmışlar. Həkim də qoluna və ayağına da sarğı qoymuşdur. Sonrada birlikdə evə gəlmişlər. Atası onun kürəyinə siqaret də basıb kürəyini yandırmışdır. Bir dəfə də atası Xaqani onu ayağından asmışdır. Hətta ayağını isti şişlə yandırmışdır. Nuranə yeməyə çörək vermir və ondan yeməyə çörək istəyəndə onları döyürdü. Onu və qardaşı Qulunu anaları və ataları həmişə döymüşdür. Hətta ağacla da vuraraq onları döyürmüşlər. Daha çoxda o və qardaşı Qulu babaları Qulunu və xalaları Tərgülü görmək istədiklərini bildirəndə də ataları Xaqani və analıqları Nuranə onları döyürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xaqani vəfat etmiş qızı Hüsniyyənin əri olmuşdur. Ər-arvad kimi yaşadıqları müddət ərzində onları 2014-ci il tarixdə Qulu, 2015-ci il tarixdə isə Hüseyn adlı övladları doğulmuşdur. Xaqani əvvəldə bir dəfə evli olmuşdur. Xaqaninin birinci evlilikdən də iki uşağı var. Qızı Hüsniyyə uzun müddət seroz xəstəliyindən əziyyət çəkdiyi üçün onun uşaqlarına baxmışlar. Qəyyumluğu da qızı Tərgülə verilmişdir. Qızı xx xxxxxx 2017-ci il tarixdə qaraciyər serozundan vəfat etmişdir. 2017-ci ilin təxminən payız aylarında Xaqani Nuranə adlı qadınla evlənmişdir. Bundan sonra Xaqani uşaqları ondan tələb etmişdir. O isə Xaqaninin uşaqlarla heç vaxt maraqlanmadığı üçün ona verməkdən imtina etmişdir. Həmçinin uşaqlar da onlara öyrəşmiş, Xaqani və arvadı Nuranə ilə yaşamaq istəməmişlər. Bundan sonra Xaqani məhkəməyə müraciət edərək uşaqları onlardan almışdır. Apellyasiya məhkəməsinə müraciət etsələr də qərar dəyişməmişdir. Bir müddət sonra isə icra məmurları azyaşlılar Qulu və Hüseyni onlardan alaraq Xaqaniyə vermişdir. Xaqaninin birinci arvaddan olan oğlu Samin 2019-cu ilin oktyabr ayının təxminən 18-20 arası görüşəndə Xaqani və Nuranənin uşaqlara əzab işgəncə verdiyini, təcili olaraq uşaqların onlardan götürmələrini demişdir. Bundan sonra o və qızı Tərgül birbaşa Xaqaninin yaşadığı Bakı şəh., Zabrat qəsəbəsindəki evinə getmişlər. Qapıdan baxanda kiçik nəvəsi Hüseynin qolu və ayağı bintlə sarıqlı vəziyyətdə olduğunu görmüşdür. Onlar qapını döysə də nə Xaqani, nədəki Nuranə qapını açmamışdır. Əksinə uşaqların üstünə qışqıraraq aparıb evə salmışlar. Onlar bundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Bir az keçmiş polis əməkdaşları da ora gəlmiş, onlarda qapını döysə də onlara da qapını açmamışlar. Sonra bir neçə polis əməkdaşı da ora gəlmiş, hasardan polis əməkdaşları aşaraq həyətə düşüb darvazanı qapısını açmış, Xaqani və onun arvadı ilə söhbət etmişlər. Bundan sonra onlar evin qapısını açaraq uşaqları bayıra çıxartmışlar. Polis əməkdaşları uşaqların paltarlarını soyundurub bədəninə baxmış və həmin vaxt uşağın bədənində yara, göyərti izlərinin olmasını görmüşlər. Balacanın da qolu və ayağı sarıqlı vəziyyətdə olduğundan qızı Hüseyini qucağına alaraq polis avtomobilinə oturaraq və birlikdə 15-ci PB-nə getmişlər. Orada qızının izahatı alınmış və sonrada ekspert uşağı müayinə etmişlər. Uşaqları pis vəziyyətdə gördüyündən uşaqları da özü ilə götürərək birbaşa Ağcabədi rayonuna qayıtmış və orada da bu barədə müvafiq qurumlara gedərək onları da məlumatlandırmışdır. Qızı Tərgül də uşaqların bədəni üzərində olan xəsarətləri telefonla şəkillərini çəkmişdir. Hər iki azyaşlı nəvəsi ilə söhbət etmiş və onlar ataları Xaqani və analıqları Nuranə tərəfindən döyülərək işgəncələrə məruz qalmalarını bildirmişlər. Xaqani Qulu və Hüseyni onlardan alıb Bakı şəhərinə apardıqdan sonra nəvələrini onlara göstərməmiş, azyaşlı nəvələrini yalnız hadisə günü görmüşdür. Hazırda azyaşlılar onun himayəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Sabunçu RPİ-in 15-ci PB-də qrafik üzrə növbədə olmuşdur. Həmin gün saat günorta radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə hansısa qadın zəng edərək mərhum bacısının azyaşlı uşaqları analıqları tərəfindən döyülməsini bildirmişdir. Bundan sonra dərhal həmin vətəndaşla telefon əlaqəsi saxlanılaraq hadisə yerinə gedilmiş və hadisə yerinin Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif (Babək) küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Orada onları Qulu adlı orta yaşlı bir kişi və onun qızı Tərgül qarşılamışdır. Onlar orada şifahi məlumat verərək Xaqani adlı şəxsin evinin qapısını göstərək mərhum bacısının azyaşlı uşaqlarının bu evdə yaşadığını, Xaqani və onun arvadının onlara qapını açmayaraq uşaqları göstərmədiyini bildirmişdir. Həmçinin həmin qadın qapının kənarında olan boşluqdan evin həyətinə baxdıqda Hüseyn adlı azyaşlı bacısı oğlunun qolunun sarğılı olduğunu görmüşdür. Bundan narahat olduqlarını və Xaqanini yola gətirib qapını açdırıb uşağa birlikdə baxmaqlarını xahiş etmişlər. Xaqani və yoldaşı Nuranə adlı qadınla uzun söhbətdən sonra qapını açaraq onları evin həyətinə buraxmiş və ondan sonra uşaqları görmüşlər. Həmin uşaqlardan qolu sarıqlı olan Hüseyndən qoluna nə olmasını soruşduqda uşaq və onun qardaşı Qulu analıqları Nuranənin dəmir parçası (dəmir çubuq) ilə vurduğunu onlara demişlər. Hər iki uşaqla şifahi söhbət apararkən hər iki uşaq ataları Xaqani və analıqları Nuranənin onları incitdiyini və döydüklərini demişdir. Uşaqlarla həyətdə söhbət etdikləri vaxt uşaqların atası Xaqani xəlvəti oradan qaçaraq getmişdir. Bundan sonra vəziyyətin bu yerdə olmasını görüb orada olan şəxslərlə birlikdə 15-ci PB-nə getmişlər. PBdə olan vaxt hər iki uşaqda gözlə görünən xəsarətlərin olmasını, uşaqların özlərinin atası və analıqları tərəfindən döyülmələrini deməsindən sonra müvafiq təliqə yazaraq Sabunçu MTE-na ekspertizadan keçməsi üçün göndərmişdir. Məhkəmə tibb ekspertizası ilə də təsdiq edilmişdir ki, hər iki uşaqda çoxsaylı xəsarətlər vardır. Həmin gün də Tərgül və Nuranənin izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 və Məmmədov Rəfael Qabil oğlu X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Xaqani anası Lətifə ilə 2000-ci ildə ailə həyatı qurmuşlar. Bu nikahdan o və bacısı Bəsdi doğulmuşdur. Əvvəldən Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evlərində yaşamışlar. Anası Lətifə 2011-ci il tarixdə uzun sürən xəstəlikdən vəfa t etmişdir. Həmin vaxtdan bacısı Bəsdiyə xalası Raci baxmışdır. O da tez-tez xalasıgilə gedib onlarda qalırdı. Atası Xaqani dəmir toplayaraq satıb pul qazanmaqla məşğul olurdu. Xaqani təxminən 2013cü il tarixdə Hüsniyyə adlı qadınla evlənmiş, 2014-cü il tarixdə Qulu, 2015-ci il tarixdə isə Hüseyn adlı qardaşları doğulmuşdur. 2017-ci il tarixdə analığı Hüsniyyə xəstəlikdən vəfat etmişdir. Hüsniyyə xəstə olandan atası Xaqani Qulu və Hüseyni Hüsniyyənin atası Qulunun evinə baxmaları üçün aparıb qoymuşdur. Bir müddətdən sonra da Xaqani Hüsniyyəni də aparıb Qulunun evinə qoymuşdur. Çünki Hüsniyyənin vəziyyəti getdikcə ağırlaşmışdır. Bundan sonra Zabratdakı evlərində atası və o yaşamağa başlamışdır. Bir müddətdən sonra Hüsniyyə Qulu kişinin evində vəfat etmişdir. Bir neçə aydan sonra atası Xaqani Nuranə adlı qadınla evlənmiş və bundan sonra o da onlarla yaşamağa başlamışdır. Bir müddətdən sonra atası Qulu kişidən uşaqları istəmiş, lakin o uşaqları Xaqaniyə verməkdən imtina etmişdir. Bundan sonra atası və analığı Nuranə məhkəməyə müraciət etmiş, uzun məhkəmə proseslərindən sonra 2019-cu ilin təxminən mart və ya aprel ayında Qulunu və Hüseyini babaları Quludan almışlar. Bundan sonra azyaşlı uşaqlar Xaqani, Nuranə onunla yaşamağa başlamışlar. Nuranə təzə gələndə özünü onlara mehriban göstərmiş, sonradan isə aqressiv və kobud biri olduğu müəyyən edilmişdir. Əsəbi qadın olmuş, onlarla nə qadın, nə də ki, ana kimi rəftar etməmişdir. Ona və qardaşları Quluya və Hüseynə qarşı da soyuq olmuş, onlarla kobud davranmış, uşaqlar kiçik olduğundan babaları Qulunu və xalalarını istədikdə Nuranə buna görə uşaqların üstünə qışqırır və əli ilə vurmuşdur. Özü də buna bir neçə dəfə şahid olmuşdur. Hətta Nuranə bir dəfə uşaqların sifətini də dırnaqları ilə cırmaqlamışdır. Uşaqlar Nuranədən çox qorxurmuşlar. Uşaqların üst başı çirkab içində olmuş, onları çimizdirməmişdir. Uşaqların üstünə tez-tez qışqırırdı. Bununla bağlı Nuranə ilə bir neçə dəfə iradını bildirib sözlü mübahisə etmişdir. Amma ona əl qaldırmamışdır. Uşaqlar da Nuranənin onları incitdiyindən onu xoşlamırdılar. Həmişə qardaşları Qulunu və Hüseyni Nuranədən müdafiə etmiş, bu barədə də ataları Xaqaniyə də demiş, amma atası isə ona uşaqdırlar heç nə olmaz demişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində təxminən əsgərliyə getməmişdən bir iki gün əvvəl Ağcabədi rayonuna ata anasıgilə (nənəsigilə) getmiş, orada Qulu kişi ilə görüşmüş, ona Nuranənin qardaşları Qulu və Hüseynlə kobud rəftar etdiyini, onları incitdiyini və onları vurduğunu demişdir. Həmçinin hərbi xidmətə gedəcəyini və uşaqların yiyəsiz qalacağını, Nuranənin uşaqlara baxmadığını və gedib uşaqları oradan götürüb özü baxmağını demişdir. 2019-cu ilin 16 oktyabr ayında hərbi xidmətə getmişdir. Hazırda da xidmətdədir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1592 saylı, xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs1 bədəni üzərində alın və burun nahiyələrinin İİ dərəcəli termiki yanıqları; mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyəsinin stranqulyasiya sırımı; sol said nahiyəsinin sıyrığı; sol bazu, sol dirsək oynağı və sol baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlərin yetirilmə müddəti azyaşlı Zərərçəkmiş şəxs1 müayinəsindən (xx xxxxxxx 2019-cu il tarixə) 1,5-2 həftə əvvələ uyğun gəlir. Xəsarətlərdən alın və burun nahiyələrinin İİ dərəcəli termiki yanıqları yüksək hərarətin yerli termiki təsirindən törənmişdir, qaynar mayenin təsirindən törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyəsinin stranqulyasiya şırımı kəndirdən hazırlanmış ilgəklə boyun nahiyəsinin birtərəfli sıxılması nəticəsində törəmə bilər, sol said nahiyəsinin sıyrığı, sol bazu, sol dirsək oynağı və sol baldır nahiyələrinin qançırları isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakter və lokalizasiyasına görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1583 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı; sol budun, sol baldırın və sol ayağın dəri altı hematomaları; sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları; sol əlin İİİ barmağının, sağ budun və sağ baldırın İİ dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlərdən sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı; sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları; sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; sol əlin İİİ barmağının, sağ budun və sağ baldırın İİ dərəcəli termiki yanıq yaraları isə yüksək hərarətin yerli termiki təsirindən törənmişdir, sol əlin İİİ barmağının termiki yanıq yarası qaynar mayenin, sağ budun və sağ baldırın İİ dərəcəli termiki yanıq yaraları isə yüksək hərarətli bərk cismin yerli termiki təsirindən törənmişdir. Törənmə müddətləri isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı; sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları; sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, sağ saidin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları azyaşlı Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasından (xx xxxxxxx 2019-cu il tarixdə) 5-7 gün əvvələ; döş qəfəsinin qançırlan 9-12 gün əvvələ; sol əlin İİİ barmağının, sağ budun və sağ baldırın İİ dərəcəli termiki yanıq yaralan isə 1,5-2 həftə əvvələ uyğun gəlir. Dərəcəsinə görə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaqdaraq sümüyünün yerini dəyişən qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir;-Sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları; sol əlin İİİ barmağının, sağ budun və sağ baldırın İİ dərəcəli termiki yanıq yaraları ümumilikdə və ayn-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir,-Sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri teyin edilmir. Xəsarətlərin xarakter və lokalizasiyasına görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin T 21 2020 saylı, xx xxxxxx 2020-ci il tarixli komissiyon rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs1 Xəqani oğlunun xx xxxxxxx 2019-cu il tarixdə ilkin məhkəmə tibbi-ekspertizası zamanı alın və burun nahiyələrində yanıq yaraları, boyun nahiyəsində stranqulyasiya şırımı, sol saiddə şıyrıq, sol bazu, sol dirsək oynağı və sol baldır nahiyələrində qançırlar aşkar edildi. Həmin xəsarətlərdən alın və burun nahiyələrinin yanıqları yüksək hərarətin, o cümlədən də qaynar suyun yerli təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, boyun nahiyəsinin stranqulyasiya şırımı kəndirdən hazırlanmış ilgəklə boyun üzvlərinin sıxılması nəticəsində, digər xəsarətlər isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin törənmə müddəti azyaşlının xx xxxxxxx 2019-cu il tarixdə ilkin məhkəmə-tibbi ekspertizasından 1.5-2 həftə əvvələ uyğun gəlir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin T 21 2020 saylı, xx xxxxxx 2020-ci il tarixli komissiyon rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 xx xxxxxxx 2019-cu il tarixdə ilkin məhkəmə-tibbi ekspertizası zamanı-sağ ayağında V-daraq sümüyünün yerinidəyişən qapalı sınığı ilə müşayiət olunan ayağın dərialtı hematoması, sol budun, baldırın və ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağının, döş qəfəsinin, sağ saidin, budun, dizin və aşıq-baldır oynağının qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən, sol elin İİİ barmağının, sağ budun və baldırın yanıq yaraları isə yüksək hərarətin yerli təsirindən törənmişlər, törənmə müddətlərinə görə sağ ayaqda V daraq sümüyünün sınığı, sağ ayağın, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, sağ saidin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları azyaşlının xx xxxxxxx 2019-cu il tarixdə ilkin məhkəmə-tibbi ekspertizasından 5-7 gün əvvələ, döş qəfəsinin qançırları 9-12 gün əvvələ, sol əlin İİİ barmağının, sağ budun və baldırın yanıq yaraları isə 1,5-2 həftə əvvələ uyğun gelə bilər və dərəcəsinə görə sağ ayaqda V daraq sümüyünün yerinidəyişən qapalı sınığı ilə müşayiət olunan ayağın dərialtı hematoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol budun, baldırın və ayağın dərialtı hematomaları, sol elin İİİ barmağının, budun və sağ baldırın yanıq yaralarının istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi Kompleks Ambulator Məhkəmə Psixatrik və Məhkəmə Psixoloji Ekspertizasının 68 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqli hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onda psixopatik xasiyyət cizgiləri, eqosentrizm, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, kobudluq, aqressivlik kimi fərdipsixi xüsusiyyətlərə malik olması, həmçinin psixoloji sadizm əlamətləri (azyaşlı doğma övladlarına qarşı işgəncə hərəkətləri törətməsi, fiziki və psixoloji zorakılığa məruz qoyması və bundan zövq alması) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 azyaşlı uşaqları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı cinayət əməllərini törədən zamanı psixi emosional siferasında aqressivlik, qəddarlıq, eyni zamanda həmin işgəncələrdən həzz almaq (gülməsi, əylənməsi) hissi yaranmış, həmin halını onda müəyyən edilən psixoloji sadizim şərtləndirilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur. Əkbərov X13 hadisəsini törədərkən fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi Kompleks Ambulator Məhkəmə Psixatrik və Məhkəmə Psixoloji Ekspertizasının 10 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əqliintellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, situasiyanı öz xeyrinə yönəltməyə meyllilik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zamanfizoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 azyaşlı uşaqlara qarşı davranışı fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi Kompleks Ambulator Məhkəmə Psixatrik və Məhkəmə Psixoloji Ekspertizasının 64 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs1 həmçinin qarşı atası və analığı tərəfindən törədilən əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Şahid Zərərçəkmiş şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq və hadisə barəsində düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxındır. Adaptivdir, ünsiyyətcildir, etiraz etməyi bacarır, emosionaldır. Zərərçəkmiş şəxs1 əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq, qavramaq və gördüklərini təsvir edib danışmaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar sorğu-sual edilərkən ona verilən sualları cavablandıra bilər, lakin azyaşlı olduğundan ona qarşı edilən işgəncə hərəkətlərinin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi Kompleks Ambulator Məhkəmə Psixatrik və Məhkəmə Psixoloji Ekspertizasının 65 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 həmçinin qarşı atası və analığı tərəfindən törədilən əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Şahid Zərərçəkmiş şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq və hadisə barəsində düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi- psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi)daha yaxındır. Adaptivdir, ərköyündür, emosionaldır. Zərərçəkmiş şəxs2 əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq, qavramaq və gördüklərini təsvir edib danışmaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 hadisə ilə əlaqədar özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs2 hadisə ilə əlaqədar sorğu-sual edilərkən ona verilən sualları cavablandıra bilər, lakin azyaşlı olduğundan ona qarşı edilən işgəncə hərəkətlərinin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qızı əvvəllər məhkum olunmamışdır. Beləliklə, Əkbərov Xaqani Mirzə oğlunun Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələri ilə iki və ya daha çox şəxsə qarşı, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxslər, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi məhkəmə iclasında araşdırılmış digər sübutlarla, məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla təkzib olunur. Onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs1 Mirzə oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs1 Mirzə oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Əkbərov Xaqani Mirzə oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədəitirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilmə, iki və ya daha çox şəxsə qarşı, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxslər, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi məhkəmə iclasında araşdırılmış digər sübutlarla, məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla təkzib olunur. Onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs2 Mirzə qızının əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə əsasən xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədilmə,133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilmə, 133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı tör ədilməyə-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 10 dekabr 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddəsi ilə xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,160). Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona ittiham elan edilmişdir (cild 01, səh., 234). Cinayət işinin materiallarında olan Bakı şəh., Səbail Rayon Məhkəməsinin 4(009)692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ƏkbərovXaqani Mirzə oğlu barəsində 10 dekabr 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 254). Cinayət işinin materiallarında olan 26 fevral 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələrindən 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 02, səh., 169). Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona ittiham elan edilmişdir (cild 01, səh., 113). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Fazil qızı barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 133). Cinayət işinin materiallarında olan 26 fevral 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Əkbərova Nuranə Fazil qızının əməli Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cümaddələrindən 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 02, səh., 169). Təqsirləndirilən şəxs Əkbərov X13 Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Mirzə oğlunun cəza çəkmə müddətinin başlanğıcı, onun barəsində həbs qətimkan tədbiri seçildiyi «10» dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 qızının barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər - «ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. AZ-İV №408184 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs1, anası Əkbərova Naranə Fazil qızı olan Əkbərova Nuray Xaqani qızı xx xxxxx 2020-ci il tarixdə doğulmuşdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Əkbərov Xaqani Mirzə oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Əkbərov Xaqani Mirzə oğluna Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «10» dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2, 133.2.1, 133.2.3 və 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qızının üzərində qəti olaraq 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əkbərova Nuranə Fazil qızının himayəsində olan 28 aprel 2020-ci il tarixdə doğulmuş Əkbərova Nuray Xaqani qızının 14 yaşına çatana qədər hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar