Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-143/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1983-cü il tarixdə Tər-Tər rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Tər-Tər rayonu, Mamırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxx 1970-ci il tarixdə Ağdam rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Güllücə ərazi darəsi, Suma kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ərazisində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq, yalnız metal hissəsi qalmış bir ədəd avtobusu idarə etdiyi evakuatora yükləyib gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq, yalnız metal hissəsi qalmış bir ədəd avtobusu Təqsirləndirilən şəxs1 idarə etdiyi evakuatora yükləyib gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs ona Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Kürdəxanı qəsəbəsində avtomobillərin cərimə meydanında evakuator sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs2 metal alış-verişi ilə məşğul olan şəxs kimi tanımışdır. Əvvəllər bir neçə dəfə İsa onun evakuatoru ilə bir neçə metal məntəqəsinə metal aparmış və ona sürücü kimi xidmət haqqına görə pul vermişdir. 07 aprel 2022-ci il tarixdə İsa gündüz radələrində ona zəng vurub bildirmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci savxoz ərazisində təkərləri və s. olmayan, yalnız dəmir hissəsi qalmış avtobus vardır, həmin avtobusu almışdır. Avtobusu evakuatorla apara biləcəyini soruşduqda ona apara biləcəyini bildirmişdir. Həmin günü axşam saat təxminən 19:00 radələrində İsa ona zəng vurub gəlməyini bildirmişdir. Həmin zaman onlara köməklik etməsi üçün onunla birlikdə işləyən, evakuator sürücüsü İmran adlı tanışı ilə birlikdə gedib İsanı yaşadığı evin yaxınlığında dayanacaqdan götürmüşdür. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci sovxoz ərazisində bir hissəsinin yanları daş hasarla bağlı, bir hissəsi isə açıq boş torpaq sahəsinə getmişlər. İsa həmin sahəliyin darvazasını açmış sonra özü evakuatoru sahəliyə salmış və bir ədəd yararsız vəziyyətdə olan avtobusu evakuatora yükləmişlər. Sonra Məhəmmədi dariəsinin yaxınlığında yolun sol hissəsində tərəzidə avtobusun çəkisi çəkilmiş, eyni zamanda tanımadığı metal qəbulu ilə məşğul olan və İsa ilə əvvəlcədən danışıb razılaşmış, avtobusu alacaq şəxs də orada olmuşdur. Bundan sonra həmin avtobusu Zabrat dairəsinin yaxınlığında «Panda» marketin yanında düşürmüş, avtobusu metal kimi alan tanımadığı şəxs ona 70 manat xidməti haqqı kimi pul vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci savxoz ərazisində üç tərəfinin yanları daş hasarla bağlı, bir hissəsi isə göl ilə bağlı olan torpaq sahəsində avtobus olduğunu görmüşdür. Həmin yerin köhnə dəmir darvazası olasa da, darvazanın orta hissəsində olan qapı yeri yox idi. Eyni zamanda qapının aşağı hissəsinə daşlar düzülmüşdü. Avtobusun isə təkərləri, motor hissəsi, ümumiyyətlə boş dəmir hissəsindən başqa hər hansı bir hissəsi yox idi və yararsız vəziyyətdə idi. Bundan sonra həmin yerin sahibini tanımadığı üçün tanışı evakuator sürücüsü Elçinə bildirmişdir ki, həmin yerdə bir ədəd yararsız vəziyyətdə avtobus görmüşdür. Həmin yerin sahibini tapıb onunla söhbət edib almaq istəyir, sonra avtobusu metal qəbulu məntəqəsinə satacaqdır və bu işdə nə qazansa böləcəklər. Elçin də onunla razılaşmışdır. 07 aprel 2022-ci il tarixdə səhər radələrində Elçin ona zəng vurub bildirmişdir ki, həmin yeri ona göstərsin və sahibini axtarsın. Həmin günü səhər radələrində Elçinlə görüşmüş və onu həmin torpaq sahəsinə aparıb ona yeri göstərmişdir. Elçin də maraqlanıb deyəcəyini bildirmiş, həmin günü axşam radələrində Elçin ona zəng vurub yola çıxmağını bildirmiş, küçəyə çıxdıqda Elçinin idarə etdiyi qeydiyyat nişanını bilmədiyi evakuatorla gəldiyini, yanında isə əvvəlcədən tanımadığı, sonradan adını bildiyi evakuator sürücüsü işləyən İmran adlı şəxsin olduğunu görmüşdür. Elçin ona evakuatora əyləşməyini bildirmiş, eyni zamanda bildirmişdir ki, avtobusun idarədən icazəsini alıbdır, həmin yerdən avtobusu götürəcəklər. Elçindən hansı idarədən icazə aldığını soruşduqda Elçin ona bildirmişdir ki, öz idarələrindən icazə alıbdır, həmçinin ona bildirmişdir ki, «sənlik deyil, polislik iş olsa mən həll edəcəm». Bundan sonra həmin yerə getmişlər, evakuatordan düşüb torpaq sahəsinin giriş qapısının aşağısında olan daşları götürüb kənara qoymüş, sonra əlilə darvazanı açmışdır. Elçin evakuatoru torpaq sahəsinə sürmüşdür. Bundan sonra Elçin, özü və İmran köməkləşib evakuatoru avtobusa yükləmişlər. Yol gedəndə bir neçə nəfər metal alan şəxslərə zəng vurmuşlar, lakin gec olduğu üçün heç kəs avtobusu almırdı. Kürdəxanı qəsəbəsində İsa ondan metal qəbul edən tanışının olub-olmamasını soruşduqa ona əvvəllər metal satdığı Nəvai adlı şəxsi tanıdığını demiş və Nəvaiyə zəng vurmuşdur. Elçin mobil telefonu ondan götürüb Nəvai ilə özü danışıb bildirmişdir ki, metal kimi avtobus var, satmaq istəyir. Həmin günü gecə radələrində Kürdəxanı qəsəbəsində Nəvai ilə görüşmüşlər, sonuncu avtobusa baxıb qapanda avtobus çəkilmiş, sonra 770 manat həmin avtobus üçün Nəvai Elçinə pul vermişdir. Elçin də həmin puldan ona 200 manat pul vermiş və həmin pulu xərcləmişdir. Törətdiyi əməldən peşmandır Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 2 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üç tərəfi daş hasarla bağlıdır, bir tərəfi isə göldür. Göl olan hissədən də torpaq sahəsinə girmək mümkün deyildir. Torpaq sahəsinə giriş üçün dəmir darvaza vardır, həmin dəmir darvaza asma qıfılla bağlanır. Torpaq sahəsində üç ədəd anbar kimi istifadə olunması üçün tikili vardır, həmin tikililərin də plastik qapıları daima açarla bağlı olur. Lakin torpaq sahəsində hər hansı bir yaşayış yoxdur. 07 aprel 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində yuxarıda qeyd etdiyi torpaq sahəsinə getmişdir. Həmin vaxt torpaq sahəsinin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra torpaq sahəsinə girib baxdıqda görmüşdür ki, orta hissədə olan avtobus, həmin avtobusun yaxınlığına yığılmış təxminən 50 metr bir neçə ədəd dəmir şifer, 3 metr uzunluğunda beton tökmək üçün hazırlanmış armatur, dəqiq sayını və metrəsini bilmədiyi şiveller oğurlanmışdır. Torpaq sahəsindən ona məxsus bir ədəd 800 manat dəyərində avtobus, belə ki, həmin avtobus yalnız dəmirdən ibarət idi, hər hansı bir bir mator, şüşə, təkər və s. yox idi, metal kimi idi. Hər metri 15 manat olan, ümumilikdə 750 manat dəyərində cəmi 50 metr şifer, 50 manat dəyərində 3 metr uzunluğunda beton tökmək üçün hazırlanmış armatur və cəmi 1.000 manat dəyərində dəqiq sayını və metrəsini bilmədiyi şiveller oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2.600 manat dəyərində maddi ziyan vurulmuşdur. Onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 12 ildir ki, metal qəbulu və satışı ilə məşğul olur. Bunun üçün Zabrat qəsəbəsində 2-ci Zabrat dairəsində keçmiş «Panda» marketin, hazırda isə «Bolmart»ın yaxınığmda metal qəbulu məntəqəsi vardır. Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, İsa əvvəllər bir neçə dəfə ona tullantı metal gətirmişdir. Dəqiq tarix yadında deyil, 2022-ci ilin aprel ayının əvvəllərində axşam saat təxminən 20:00 radələrində İsanın istifadəsində olan mobil nömrəsindən ona zəng gəlmiş və İsa bildirmişdir ki, tullantı metal kimi avtobus kuzası var, metal kimi satmaq istəyirlər. Həmin vaxt ona avtobus kuzasının dəmirinin nazik olmasını və nazik dəmir almadığını bildirmişdir. Bundan sonra İsa telefonu yanında olan evakuator sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Dərnəgül qəsəbəsində bir nəfər şəxslə danışmışdır, metalın bir tonunu 300 manata danışıb razılaşmışdır, istəyirsə baxsın. Elçindən avtobusun harada olmasını soruşduqda sonuncu avtobusun evakuatorunda olduğunu, Dərnəgül qəsəbəsinə aparmaq istədiklərini, istəyirsə Zabrat dairəsinə baxmaq üçün gətirə biləcəyini bildirmişdir. Həmin vaxt etiraz etməmiş, Zabrat-2 dairəsinin yaxınlığına gəlmiş, Elçin də avtobusu evakuatorunda həmin yerə gətirmişdir. Avtobus boş dəmirdən ibarət olmuş, həmin vaxt Elçinin yanında İsa və əvvəlcədən tanımadığı, sonradan adını bildiyi İmran adlı şəxs olmuşdur. Həmin zaman Elçindən və İsadan avtobusun kimə məxsus olmasını soruşduqda onlar bildirmişlər ki, avtobusu sahibindən satmaq üçün almışlar. Bundan sonra onlara inanmış, sonra avtobusu Zabrat qəsəbəsində tərəzidə çəkmiş, Elçinə 770 manat pul vermişdir. Elçin onun yanında dəqiq bilmədiyi məbləğdə İsaya pul vermiş və sonra onlar çıxıb getmişlər. Həmin vaxt ona İsa sənəd kimi öz şəxsiyyət vəsiqəsini vermişdir. Buna görə də, onlara inanmışdır. Qeyd olunan avtobusu səhəri günü Dərnəgüldə yerləşən «X3» şirkətinə satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 9 saylı dayanacaq məntəqəsində evakuator sürücüsü işləyir. Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Elçin də onun kimi əvvəllər həmin dayanacaqda evakuator sürücüsü işləmişdir. Lazım olanda, biri-birilərinə köməklik edirlər. 07 aprel 2022-ci il tarixdə axşam saat təxminən 19:00 radələrində Elçin ona zəng vurub bildirmişdir ki, «remenləri götür yolun kənarına çıx, gəlib səni götürəcəm mənə köməklik lazımdır». Həmin zaman yük üçün remenləri götürüb 9 saylı dayanacaq məntəqəsinin yaxınlığında yanacaq doldurma məntəqəsinin yanına çıxmışdır. Elçin idarə etdiyi evakuatorla gəlib onu götürmüşdür. Elçin ona bildirmişdir ki, avtobus kuzası var gedib onu və avtobusun sahibini götürəcəklər. Kürdəxanı qəsəbəsinə gedib əvvəlcədən tanımadığı, sonradan adını bildiyi İsa adlı şəxsi götürüb Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci savxoz ərazisində bir dəmir darvazanın qarşısında dayanmışlar. Həmin yerin yanları daş hasar idi. İsa avtomobildən düşüb darvazanın alt hissəsinə qoyulmuş daşı götürüb darvazanı əlləri ilə açmış, evakuatorun içərisində Elçindən həmin torpaq sahəsinin və avtobusun kimə məxsus olmasını soruşduqda sonuncu bildirmişdir ki, İsa həmin torpaq sahəsində işləyir, avtobus da İsaya məxsusdur. Bundan sonra Elçin evakuatoru torpaq sahəsinə sürmüş, remenlərlə bağlayıb avtobusu birlikdə köməkləşib evakuatora yükləmişlər. Sonra yolda Elçindən avtobusun oğurluq olub-olmamasını soruşduqda Elçin bildirmişdir ki, avtobus oğurluq deyil, İsanındır. Həmin vaxt İsa da yanlarında olmuş və heç bir söz deməmişdir. Yolda Elçin və İsa bir neçə nəfər şəxslərə zəng vurub avtobusu metal kimi satmaq istəmiş, eyni zamanda onlar danışdıqları şəxsə avtobusun bu gecə satılmalı olduğunu bildirmişlər. Sonda Elçin bir nəfər şəxslə danışmış, onlar Zabrat-2 dairəsinin yaxınlığında avtobusu alan metal alış verişi ilə məşğul olan tanımadığı şəxslə görüşmüşdür. Həmin şəxs avtobusa baxmış, avtobusu tərəzidə çəkdikdən sonra metal kimi alan şəxs Elçinə 770 manat pul vermiş, həmin puldan Elçin İsaya da pul vermiş, lakin İsaya nə qədər pul verdiyini bilməmişdir. Ona isə hər hansı bir məbləğdə pul verilməmişdir. Sonradan bilmişdir ki, həmin avtobus oğurluq olubdur. Lakin əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. Elçin və İsa ona həmin avtobusun oğurluq olmadığını, həmçinin sonuncu avtobusun özünə məxsus olmasını demişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işinin icraatına 21 avqust 2019-cu il CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 10 sentyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 15 sentyabr 1992-ci ildə Moskva şəhəri, Ş.Pervomay rayon məhkəməsi 11 mart 1992-ci il tarixli hökmünə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasından əsasız olaraq DQMV-yə göndərilməklə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri iləoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri iləoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, əvvllər məhkum olunmamasını, şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, əvvllər məhkum olunmamasını, şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrinə əsasən-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 01 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 80). Cinayət işinin materiallarında olan 01 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 100). Cinayət işinin materiallarında olan 03 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 126). Cinayət işinin materiallarında olan 03 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 115). Cinayət işinin materiallarında olan 03 avqust 2021-ci il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh.,146). Cinayət işinin materiallarında olan 03 avqust 2021-ci il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh.,141). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, alternativ cəza ilə islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, alternativ cəza ilə islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxdlandığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 60 saata görə hər birinə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «01» (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «01» (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 60 saata görə hər birinə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-143/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-143/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver