Məhkəmə qərarları › İş №1(008)-144/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-144/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-144/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, X2katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və 04 saylı vəkil bürosunun vəkili X3, zərərçəkmişin nümayəndəsi - Zumrud Alıevanın, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Ağdam rayonunun Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan cəmi 20058,00 ABŞ dolları kreditor borcunu qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 2(013)-2128/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək kreditor borcunu ödəməkdən qəsdən yayındığına görə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(008)- 1077/2018 saylı inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə təqdimat verilən günə, yəni xx xxxxxx 2019-cu il tarixə kimi 19640,00 ABŞ dolları kreditor borcunu ödəməyərək Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx xxxxxx 2015-ci il tarixli 08012015/214438 saylı kredit müqaviləsinə əsasən onunla “Zərərçəkmiş şəxs" ASC arasında Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlunun zaminliyi ilə illik 26 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə iri və xırda buynuzlu mal-qara almaq üçün20300.0 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamaqla kredit götürmüş, həmin müqavilə əsasında bir müddət ödənişləri aparmış, lakin sonradan baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının manata olan nisbətdə qalxması nəticəsində ödəniş edə bilməmiş, devalvasiyadan sonra aldığı mal-qaranı dəyər-dəyməzinə sataraq “Zərərçəkmiş şəxs" ASC-yəödəniş etmiş, köhnə kursla təxminən 8000,00 ABŞ dollara yaxın bir məbləği ödədikdən sonra 20058.0 ABŞ dolları borcu qalmışdır. Bundan sonra, imkanı olmadığından, ödəniş edə bilmədiyindən Zərərçəkmiş şəxs ASC məhkəmədə iddia qaldırmış, Ağdam Rayon Məhkəməsinin 2(013)-2128/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnamsəinə əsasən ondan, Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlundan birgə qaydada cəmi 20058,00 ABŞ dolları pul vəsaiti qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq Zərərçəkmiş şəxs ASC-ə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Sabunçu Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, uzun müddət keçməsinə baxmayaraq maddi imkanı kifayət qədər olmadığından qeyd edilən kredit borcunu ödəyə bilməmiş, icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona kreditin ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(008)-1077/2018 saylı inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qətnaməsinə əsasən kreditor borcunu qeyd etdiyi səbəbdən ödəməmiş, icra müddətinə 400-450 dollara yaxın pul vəsaitini Zərərçəkmiş şəxs ASC-nin Sabunçu rayon filiyalına ödəmiş, təqdimat verilən günə kimi, yəni xx xxxxxx 2019-cu il tarixinə kimi 19640,00 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Zumrud Alıeva ifadəsində göstərdi ki, xx xxxxxx 2015-ci il tarixli 08012015/214438 saylı kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ASC arasında Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlunun zaminliyi ilə ABŞ dolları ilə illik 26 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 20300,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında bir müddət ödənişlər aparsada sonradan baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının manata olan nisbətdə qalxmasını əsas gətirərək banka olan kredit borcunu ödəməmiş, Təqsirləndirilən şəxs dəfələrlə “Zərərçəkmiş şəxs" ASC-nin əməkdaşları tərəfindən krediti ödəməsi təklif edilsədə nəticəsi olmamış, bundan sonra məhkəmədə iddia qaldırılmış, Ağdam Rayon Məhkəməsinin 2(013)-2128/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlundan birgə qaydada cəmi 20058,00 ABŞ dolları pul vəsaiti qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq Zərərçəkmiş şəxs” ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabunçu Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs hazırda 19640,0ABŞ dolları məbləğində borcu qalmış, qeyd edilən kredit borcunun Təqsirləndirilən şəxs tutularaq banka ödənilməsinə, əks halda qanuna müvafiq qaydada cəzalandırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs iri və xırda buynuzlu mal-qara almaq üçün pul lazım olduğundan kredit götürmək məqsədi ilə banka müraciət etmiş, xx xxxxxx 2015-ci il tarixli 08012015/214438 saylı kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ASC arasında onun, Şahid4 və Vəliyev Möhübbət Balış oğlunun zaminliyi ilə illik 26 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında bir müddət ödənişlər aparsada, baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının manata olan nisbətdə qalxması nəticəsində ödəniş edə bilmədiyindən Zərərçəkmiş şəxs ASC Təqsirləndirilən şəxs, ona və digər zaminlər Şahid4 Rəfayıl oğluna və Vəliyev Möhübbət Balış oğluna qarşı məhkəmədə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin 2(013)-2128/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnamsəinə əsasən Təqsirləndirilən şəxs, ondan, Şahid4 və Vəliyev Möhübbət Balış oğlundan birgə qaydada cəmi 20058,00 ABŞ dolları kredit borcu qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq Zərərçəkmiş şəxs ASC-ə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ona aid hissədə icra edilməsi üçün yaşadığı yer üzrə Sabunçu Rayon icra və Probasiya şöbəsinə göndərilmiş, hal-hazırda icra tədbirləri davam elətdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs işləri ilə bağlı, yəni iri və xırda buynuzlu mal-qara almaq üçün pul lazım olduğundan xx xxxxxx 2015-ci il tarixli 08012015/214438 saylı kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ASC arasında onun, Şahid3 Rəasul oğlunun və Vəliyev Möhübbət Balış oğlunun zaminliyi ilə illik 26 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında bir müddət ödənişlər aparsada, baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının manata olan nisbətdə qalxması nəticəsində ödəniş edə bilmədiyindən Zərərçəkmiş şəxs ASC Təqsirləndirilən şəxs, ona və digər zaminlər Şahid3 Rəasul oğluna və Vəliyev Möhübbət Balış oğluna qarşı məhkəmədə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin 2(013)- 2128/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs, ondan, Şahid3 Rəasul oğlundan və Vəliyev Möhübbət Balış oğlundan birgə qaydada cəmi 20058,00 ABŞ dolları kredit borcu qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq Zərərçəkmiş şəxs ASC-ə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ona aid hissədə icra edilməsi üçün yaşadığı yer üzrə Xətai Rayon icra və Probasiya şöbəsinə göndərilmiş, halhazırda icra tədbirləri davam elətdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon icra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-2128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlundan birgə qaydada 16046,00 ABŞ dolları əsas borc, 3992,00 ABŞ dolları faiz borcu, 20,00 ABŞ dolları cərimə, cəmi 20058,00 ABŞ dolları pul vəsaiti, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq və ödənilmiş 30.0 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra məmuru Şahid2 tərəfindən tələbin könüllü icra edilməsinə dair bildiriş borclunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışı ilə əlaqədar aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər müəyyən olunmamışdır. Borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış və o, izahatında işsiz olduğu üçün borc məbləğinin ödəməyəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2018-cu il tarixli qərarına əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra, borcluya icra üçün yeni müddət təyin edilmiş, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsininə əsasən olan kredit borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilmişdir. Qeyd edilən icra sənədi daha sonra icra edilməsi üçün ona həvalə edilmiş, aparılmış icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs həmin müddət ərzində də kredit borcunu ödəməmişdir. xx xxxxxx 2019-cu il tarixli təqdimatda sadəcə Təqsirləndirilən şəxscinayət məsuliyyətinə cəlb olunması üçün toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq idarəsinə göndərilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan Ağdam Rayon Məhkəməsinin 2(013)-2128/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ASC ilə Təqsirləndirilən şəxsarasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 08012015/214438 saylıkredit müqaviləsinə və Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlu bağlanmış xx xxxxxx 2015-ci il tarixli 08012015/214438 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Vəliyev Möhübbət Balış oğlundan birgə qaydada 16046 ABŞ dolları əsas borc, 3992 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə, cəmi 20.058 ABŞ dolları pul vəsaiti, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. Cinayət işinin 11-ci vərəqəsində olan xx xxxxxx 2016-cı il tarixli icraata icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 2128/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 26-27-ci vərəqəsində olanBakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1077/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-290/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci ilə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəməyə müraciət edərək ittihamdan imtina etdiyi üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək hesab edir ki, onun Ağdam Rayon Məhkəməsinin 2(013)-2128/2016 saylı, xx xxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx xxxxxx 2019-cu il tarixə kimi 19640,00 ABŞ dolları təşkil edən kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla xeyli miqdarda ziyan vurmaqdan ibarət olan əməli hazırda Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə səbəb olmur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il tarixli Qanuunun 1.20.2-ci bəndinə əsasən bu Məcəllənin 190cı maddəsinin “Qeyd” hissəsində “iyirmi” sözü “əlli” sözü ilə, birinci, ikinci və üçüncü hallarda “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilmişdir. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinin Qeydinə əsasən bu Məcəllənin 192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 195- 2.1, 196.1, 197.1, 198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 195-2.2, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205- 2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan artıq olan məbləğ, 192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələrində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qeyd olunanları qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə əlaqədar olaraq artıq cinayət məsuliyyəti yaratmadığı üçün dövlət ittihamçısının ittihamdan imtina etməsi qanuni və əsaslı hesab olunaraq təmin olunmalıdır və onun Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında cinayət təqibinə xitam verildiyinə görə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası JPM-nin 39.1.11, 41.3, 43.1.1, 175.5, 314.2, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edisin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar