Məhkəmə qərarları › İş №1(008)-144/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-144/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-144/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkum olunmuş, Bakı şəhəri., Binəqədi rayonu, 7-ci mkr., ev 28 A, mənzil 15 ünvada qeydiyyatda olan, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 4(007)208/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 X1 saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə, saat 20:50 radələrində tamah niyyəti ilə ünvan 1 ünvanda fəaliyyət göstərən «X2»-in açıq vəziyyətdə olmuş giriş qapısından aptekə daxil olub, piştaxta arxasında olmuş əczaçı-satıcı Şahid şəxsiyyəti barədə məlumat vermədən, özünü baş idarənin əməkdaşı kimi təqdim edib, aptekdə internet xəttinin nasaz olması ilə bağlı daxil olmuş məlumat əsasında gəldiyini, nasazlığın aradan qaldırılması üçün kompyüterin olduğu köməkçi otağa keçmək lazım olduğunu deyib Şahid aldadaraq, kənar şəxslərin girişi qadağan olunan otağa keçib, başqa saxlanc yeri hesab edilən dolaba siyirtməsini açmaqla qanunsuz daxil olub, aptekdə baş nəzarətçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs məxsus 1.000 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1.000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsindən keçərkən diqqətini «X2» cəlb etmiş və oradan oğurluq etməyi qərara almışdır. Qapısı açıq olan və fəaliyyətdə olmuş aptekə daxil olub, aptekdə satıcıdan başqa kimlərin olmasına diqqət yetirmişdir. Aptekdə satıcıdan başqa işçi və müştəri olmadığını görüb, satıcıya yaxınlaşıb ona guya baş idarədən gəldiyini aptekdə internet bağlantısında nasazlıq olduğunu, internet xəttində olan nasazlığı aradan qaldırmalı olduğunu demişdir. Satıcı inanmış və aptekin daxilində olan köməkçi otaqda kompyüterin olduğunu deyib həmin otağa keçməsinə icazə vermişdir. Otağa keçib orada olan açarla bağlı olmayan siyirtməli dolabı açdıqda pulun olduğunu görmüş və həmin pulları oğurlamaq qərarına gəlmişdir. Köməkçi otaqda olarkən satıcı ilə söhbət edib guya internetdə nasazlığı aradan qaldırmağa nail olduğunu deyib, ona internet ilə bağlı bir neçə sual verib, hətta gizlin otaqdan çıxıb satıcının yerində olub-olmadığını baxıb tam əmin olduqdan sonra geri qayıdıb siyirtmədən pulu götürüb cibinə qoyduqdan sonra otaqdan çıxıb satıcıya, internetdə olan nasazlığı aradan qaldırdığını bildirmişdir. Bundan sonra apteki tərk edib oradan uzaqlaşmış və oğurladığı pulu saydıqda, həmin məbləğin 1.000 manat olduğunu müəyyən etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayında "xxxx" MMC-yə baş nəzarətçi vəzifəsinə işə qəbul olunmuş, iş yeri Bakı şəhəri Sabunçu rayonunda yerləşən «X2»-dir. İş vaxtı səhər saat 09:00-dan başlayır, saat 18:00-da başa çatır. Bazar günündən başqa həftənin digər günlərində işləyir. Aptekdə iki nəfər əczaçı-satıcı Fidan və Jalə adlı qadınlar işləyir. Onlar tərtib olunmuş növbətçilik cədvəli üzrə işləyirlər. Hadisə baş verən gün həftənin bazar günü olduğu üçün iş vaxtı olmamış evdə olmuşdur. 28 mart 2022-ci il tarixdə işə gəlib, aptekdə arxa hissədə yerləşən köməkçi otağa keçib siyirtməli dolabı açıb içəridə olan əşyalara nəzər yetirdikdə görmüşdür ki, siyirtmədə olmuş 1.000 manat pul yerində yoxdur. İşdə olmuş əczaçı-satıcı Fidandan pulların harada olması ilə maraqlandıqda Fidan ona bildirmişdir ki, bəs 27 mart 2022-ci il tarixdə, saat 20:50 radələrində əvvəllər görmədiyi, tanımadığı, heç bir münasibəti olmadığı, bir nəfər boyu təxminən 170-180 sm olan, qarabuğdayı, qısa saçları olan, əynində qara rəngli gödəkcə və qara rəngli şalvar olmuşdur. Özünü baş idarənin əməkdaşı kimi təqdim etmiş, adını bildirmədiyi şəxs aptekə gələrək, aptekdə internet xəttin nasaz olması barədə məlumat daxil olduğunu, internetin bərpasını həyata keçirmək üçün gəldiyini demişdir. Fidan da həmin şəxsə inanıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmədən kompyüterin olduğu aptekdəki köməkçi otağa keçməsinə icazə vermişdir. Həmin şəxs köməkçi otaqda olduğu müddətdə onunla internet barədə sorğu-sual edib, piştaxtanın arxasında dayanıb kompüterdə müəyyən əməliyyatlar etməyi tapşırmışdır. Az bir müddətdən sonra həmin şəxs nasazlığın aradan qaldırıldığını deyib otaqdan çıxıb apteki tərk etmişdir. Bundan sonra Fidan ilə aptekdə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış videogörüntülərə baxış keçirdikdə məlum olmuşdur ki, 27 mart 2022-ci il tarixdə internet xəttində olan nasazlığı aradan qaldırmaq adı ilə həmin otağa keçmiş şəxs pulu götürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından etibarən ünvan 1 ünvanda yerləşən «X2»-ə əczaçı-satıcı vəzifəsində işəyir. 27 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində işlədiyi aptekə gəlmiş və bütün günü tək aptekdə olmuşdur. Həmin gün saat 20:50 radələrində əvvəllər görmədiyi, tanımadığı, heç bir münasibəti olmadığı, bir nəfər boyu təxminən 170-180 sm olan, qarabuğdayı, qısa saçları olan, əynində qara rəngli gödəkcə və qara rəngli şalvar olmuş, özünü baş idarənin əməkdaşı kimi təqdim etmişdir. Adını bildirmədiyi şəxs aptekə gələrək, aptekdə internet xəttin nasaz olması barədə məlumat daxil olduğunu, internetin bərpasını həyata keçirmək üçün gəldiyini demişdir. Hətta həmin şəxs ona bildirmişdir ki, bəs bir neçə gün öncə aptekə gəlmiş, həmin vaxtı aptekdə digər satıcı olmuşdur. Həmin şəxsə inanıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmədən kompyüterin olduğu aptekdəki köməkçi otağa keçməsinə icazə vermişdir. Həmin şəxs köməkçi otaqda olduğu müddətdə onunla internet barədə sorğusual edib, piştaxtanın arxasında dayanıb kompyüterdə müəyyən əməliyyatlar etməsini tapşırmışdır. Az bir müddətdən sonra həmin şəxs nasazlığın aradan qaldırıldığını deyib otaqdan çıxıb apteki tərk etmişdir. 28 mart 2022-ci il tarixdə, saat 09:00 radələrində işdə olarkən nəzarətçi Zərərçəkmiş şəxs aptekdəki köməkçi otaqdan çıxıb otaqda siyirtməli dolabın içərisinə qoyduğu 1.000 manatın yerində olmadığını deyib, harada ola biləcəyi ilə maraqlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə aptekdə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış videogörüntülərə baxış keçirdikdə məlum olmuşdur ki, 27 mart 2022-ci il tarixdə internet xəttində olan nasazlığı aradan qaldırmaq adı ilə həmin otağa keçmiş şəxs pulu götürmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)220/2023 saylı, 07 aprel 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasınpa məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hökmlə təyin olunmuş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1 (009)21/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 03 il, 06 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, video disk və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 27 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,75). Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)208/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə 18 aprel 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əvvələr analoji cinayət törətməsini, məhkum olunmasını, lakin islah olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «18» aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)220/2023 saylı, 07 aprel 2023-cü il tarixli hökmü ilə təyin olunmuş «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «18» aprel 2022-ci il tarixdən hesablansın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)208/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar