Məhkəmə qərarları › İş №1(008)-145/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-145/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-145/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri X2, Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Vasif küçəsi ev 12-da qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilməsinə dair xx xxxx 1976-cı il tarixdə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyul 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi kimi tanınan ərazidə yerləşən 57 nömrəli evin həyətinə qanunsuz olaraq daş hasarı aşaraq keçmiş, həyətdə adam olmadığını görüb evin birinci mərtəbəsində olan pəncərəni dəmir parçası ilə açaraq yaşayış sahəsinə içəri mətbəxə daxil olub oradan da yataq otağına keçib qırmızı rəngli dolabda siyirməyə qoyulmuş qızıl-zinət əşyaları 583 əyarlı 3 qram çəkidə 150 manat dəyərində qadın üzüyü, 583 əyarlı 5 qram çəkidə 230 manat dəyərində qadın üzüyü, 100 manat məbləğində nağd pulu, sonra isə mətbəxdə olan soyuducudan 12 manat dəyərində 1 kq. mal ətini və 8 manat dəyərində Final qarğıdalı yağını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs C.Ş. Məmmədovaya 500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2022-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X6 yerləşən evin həyətinə qanunsuz olaraq daş hasarı aşaraq keçmiş, həyətdə adam olmadığını görüb evin birinci mərtəbəsində olan pəncərəni vintaçan ilə açaraq yaşayış sahəsinə içəri yataq otağına daxil olub dolabda qoyulmuş çamadandan qızıl-zinət əşyalarını 583 əyarlı 5 qram çəkidə 300 manat dəyərində qolbağı, 583 əyarlı 7 qram çəkidə 350 manat dəyərində klounu, 583 əyarlı 6 qram çəkidə 320 manat dəyərində sırğanı, 583 əyarlı 4 qram çəkidə 200 manat dəyərində üzüyü, 583 əyarlı 8 qram çəkidə 400 manat dəyərində qızıl sırğanı, 583 əyarlı 8 qram çəkidə 400 manat dəyərində qızıl üzüyü gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 1.970 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində onun idarə etdiyi «Toyota Prius» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Məmmədli kəndi X8 fərdi yaşayış evinin yaxınlığına gələrək Təqsirləndirilən şəxs2 həmin avtomobili kənarda saxladıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün avtomobildə gözləmiş, o həmin avtombildən enərək qeyd edilən ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə yaxınlaşıb hasarın üzərindən aşmaqla qanunsuz olaraq həyətə daxil olduqdan sonra evin birinci mərtəbəsindəki plastik pəncərəsinin yarım açıq olmasını görüb tam açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabdan 01 ədəd 583 əyarlı 35 qram 2.000 manat dəyərində «Zoya» qadın saatını, 01 ədəd 750 əyarlı 9 qram çəkidə 2.000 manat dəyərində brilyant qaşlı kişi üzüyünü, 01 ədəd 585 əyarlı 4 qram çəkidə 300 manat dəyərində «Pandera» qadın üzüyünü, 01 ədəd 585 əyarlı 1 qram çəkidə 100 manat dəyərində uşaq s ırğasını, 01 ədəd 585 əyarlı 4 qram çəkidə 250 manat dəyərində «Pandera» Klonu, 01 ədəd 750 əyarlı 8 qram çəkidə 1.000 manat dəyərində qadın bilərziyini, 01 ədəd 585 əyarlı 15 qram çəkidə 1.500 manat dəyərində qolbaq «Pandera»nı, 01 ədəd 585 əyarlı 10 qram çəkidə 1.000 manat dəyərində klounu, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində üzərində Züleyxa yazısı olan bilərziyi, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində sırğanı, 01 ədəd 583 əyarlı 35 qram çəkidə 3.0 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 583 əyarlı 10 qram çəkidə 1.000 manat dəyərində kloun döyməni, 04 cüt 08 ədəd 585 əyarlı ümumilikdə 20 qram çəkidə 1.800 manat dəyərində qadın sırğalarını, 06 ədəd ayrı-ayrılıqda 585 əyarlı 32 qram çəkidə 3.000 manat dəyərində boyunbağı və klounu, 1.200 manat nəğd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 18.550 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi «Toyota Prius» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Məmmədli kəndi X8 fərdi yaşayış evinin yaxınlığına gələrək həmin avtomobili kənarda saxladıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 həmin avtombioldən enərək qeyd edilən ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə yaxınlaşıb hasarın üzərindən aşmaqla qanunsuz olaraq həyətə daxil olduqdan sonra evin birinci mərtəbəsindəki plastik pəncərəsinin yarım açıq olmasını görüb tam açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabdan qızıl zinət əşyalarını 01 ədəd 583 əyarlı 35 qram 2.000 manat dəyərində «Zoya» qadın saatını, 01 ədəd 750 əyarlı 9 qram çəkidə 2.000 manat dəyərində brilyant qaşlı kişi üzüyünü, 01 ədəd 585 əyarlı 4 qram çəkidə 300 manat dəyərində «Pandera» qadın üzüyünü, 01 ədəd 585 əyarlı 1 qram çəkidə 100 manat dəyərində uşaq sırğasını, 01 ədəd 585 əyarlı 4 qram çəkidə 250 manat dəyərində «Pandera» Klounu, 01 ədəd 750 əyarlı 8 qram çəkidə 1.000 manat dəyərində qadın bilərziyini, 01 ədəd 585 əyarlı 15 qram çəkidə 1.500 manat dəyərində qolbaq «Pandera»nı, 01 ədəd 585 əyarlı 10 qram çəkidə 1.000 manat dəyərində klounu, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində üzərində Züleyxa yazısı olan bilərziyi, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində sırğanı, 01 ədəd 583 əyarlı 35 qram çəkidə 3.0 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 583 əyarlı 10 qram çəkidə 1.000 manat dəyərində klon döyməni, 04 cüt 08 ədəd 585 əyarlı ümumilikdə 20 qram çəkidə 1.800 manat dəyərində qadın sırğalarını, 06 ədəd ayrıayrılıqda 585 əyarlı 32 qram çəkidə 3.000 manat dəyərində boyunbağı və klonu, 1.200 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 18.550 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində Azər ona istifadəsində olan «051 304 25 66» saylı telefon nömrəsindən «055 527 27 43» saylı telefon nömrəsinə zəng etmiş və işlətdiyi marketlə üzbəüz olan iki mərtəbəli evin boş olmasını bildirmiş və «dur gəl evi apar», yəni oradan oğurluq et demişdir. Həmin vaxt Azərə Kürdəxanı qəsəbəsində yerləşən «Okean» çay evində olduğunu bildirmiş və gəlib onu aparmasını xahiş etmişdir. Sonra Azər istifadəsində olan «Toyota Prius» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib onu götürmüş və onunla bir yerdə həmin evə tərəf getmiş, Azər onu qeyd edilən evin yaxınlığında düşürtmüş, sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Azər isə evə gedib-gələnə baxmaq üçün məhləyə tərəf keçmiş, əvvəlcədən aralarında olan danışığa görə gələn olarsa Azər ona bildirlməli olmuşdur. Evə birinci mərtəbəsində olan pəncərənin yarı açıq vəziyyətdə olan pəncərəsini özünə tərəf dartıb itələmiş və açaraq ikinci mərtəbəyə qalxmış, sonra yataq otaqlarından birinə daxil olaraq həmin otaqda olan dolabdakı sandıqçanı görüb içərisinə baxmış və orada olan 01 ədəd «Zoya» qadın saatını, 01 ədəd brilyant qaşlı kişi üzüyünü, 01 ədəd «Pandera» qadın üzüyünü, 01 ədəd uşaq sırğasını, 01 ədəd «Pandera» klonu, 01 ədəd qadın bilərziyini, 01 ədəd «Pandera» qolbağı, 01 ədəd klonu, 01 ədəd üzərində Züleyxa yazısı olan bilərziyi, 01 ədəd sırğanı, 01 ədəd boyunbağını, 01 ədəd döymə klonu, 04 cüt 08 ədəd qadın sırğalarını, 06 ədəd ayrıayrılıqda boyunbağı və klonu, eləəcə də 1.200 manat nağd pulu götürərək sakitcə girdiyi kimi evdən çıxmış və Azərə zəng etmiş, onu gəlib aparmasını bildirmiş, az sonra Azər gələrək onu idarə etdiyi avtomobillə götürüb getmiş, həmin vaxt oğurladığı qızıl-zinət əşyalarının hamısını Azərə vermiş və «səndə qalsın, bir yerdə gedib satarıq» demiş, Azər ondan qızlları götürüb getmiş və səhəri günü saat 10:00 radələrində onunla Kürdəxanı kəndində yerləşən marketin qarşsında görüşmüş və birlikdə Sumqayıt şəhərinə getmiş, orada Ziyafət adlı şəxsin işlətdiyi qızıl-zinət əşyalarının qəbulu məntəqəsinə getmiş və Azərin avtomobilində əyləşib onu gözləmiş, Azər isə oğurladığı qızlları aparıb həmin mağazaya 2.900 manata satmış, əldə edilən puldan 1.200 manatını götürərək qalan pulu Azərə vermişdir. 07 iyul 2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi kimi tanınan ərazidə yerləşən 57 nömrəli evin həyətinə daş hasarı aşaraq keçmiş və həyətdə adam olmadığını görərək evin birinci mərtəbəsində olan pəncərəni dəmir parçası ilə açaraq içəri daxil olmuş, mətbəxdən digər otaqlara keçmək imkanından istifadə etməklə evin digər otağında, yəni yataq otağında axtarışa başlamış, qırmızı rəngli dolabın siyirməsindən 02 ədəd qadın üzüyü, 100 manat pul götürərək mətbəxə keçmiş və soyuducudan 1 kq ət, 01 litirlik duru yağı götürərək getmiş, həmin 02 ədəd qadın üzüyünü Sumqayıt şəhərində olan Ziyafət adlı şəxsin işlətdiyi qızıl zinət əşyalarının qəbulu məntəqəsinə sataraq 300 manat pul əldə etmiş, həmin pulu şəxsi ehtiyyaclarına xərcləmişdir. Oğurladığı əti və duru yağı isə yol kənarında dayanmış tanımadığı ehtiyacı olan adama oxşayan yaşlı bir kişiyə vermişdir. 09 iyul 2022ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X6 yerləşən bir mərtəbəli yaşayış evinin həyətinə daş hasarı aşaraq keçib evin birinci mərtəbəsində yerləşən plastik pəncərəni vintaçanla açaraq içəri daxil olmuş və yataq otağında dolabda olan çamadanın içərisindən qızıl-zinət əşyalarını, yəni qadın qolbağı, klonu, sırğanı, üzüyü, sırğanı və üzüyü götürüb pəncərədən çıxmış, həmin qızıl zinət əşyalarını da Sumqayıt şəhərində olan Ziyafət adlı şəxsin işlətdiyi qızıl-zinət əşyalarının qəbulu məntəqəsinə apararaq 1.000 manata satmış, əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində işlətdiyi mağaza ilə üzbəüz yerləşən evin sahibi olan Vidadinin ailə üzvləri ilə evdən çıxıb getdiyini və evdə adam olmadığını görmüş, tez istifadəsində olan «*** *** ** **» saylı telefon nömrəsindən Raufun istifadəsində olan «*** *** ** **» saylı telefon nömrəyə zəng edərək işlətdiyi marketlə üzbəüz olan iki mərtəbəli evin boş olmasını bildirmiş və ona «gəl evdə nə bahalı əşya varsa apar» demişdir. Həmin vaxt Rauf Kürdəxanı qəsəbəsində yerləşən «Okean» çay evində olduğunu bildirmiş və gəlib onu aparmasını xahiş etmişdir. Sonra istifadəsində olan etibarnamə ilə idarə etdiyi gündəlik 25 manata icarəyə götürdüyü «Toyota Prius» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobillə gedib Raufu olduğu yerdən götürüb Vidadinin evinə tərəf gəlmişdir. Hasarın yanında Raufu düşürtmüş və evin qarşı tərəfinə keçmiş, gələn olsa ona məlumat verəcəyini bildirmiş, bir neçə dəqiqə sonra Rauf ona zəng edərək artıq işi bitirdiyini və evdən qızıl-zinət əşyası götürdüyünü demiş və məhlənin aşağı tərəfinə, yəni Kürdəxanı kəndinə gedən yola gəlməsini demiş, sonra idarə etdiyi avtomobillə getmiş və Raufu götürmüşdür. Səhəri günü isə Vidadinin evindən oğurladıqları qızl-zinət əşyalarını aparıb Sumqayıt şəhərində olan Ziyafət adlı şəxsin işlətdiyi qızıl-zinət əşyalarının qəbulu məntəqəsinə gedib 1 qramı 60 manatdan olmaqla sataraq əldə qetdiyi 2.900 manat puldan 1.600 manatını götürüb 1.300 manatını Raufa vermiş, həmin vaxt Rauf avtomobildə əyləşib onu gözləmişdir. Bundan sonra birlikdə Kürdəxanı kəndinə gəlmiş və Raufu kənddə düşürərək getmişdir. Daha sonra o, göstərmişdir ki, baş vermiş oğurluq hadisəsini Raufdan və ondan başqa heç kim bilməmiş, həmin hadisəni törədən zaman onları görən olmamışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində arvadı, bacısı, oğlu Bəxtiyar və gəlini Sevda Füzuli rayonunda yaşayan xalası oğlu Sərvanın evinə qonaq getmiş, özü isə anasını, oğlu Şəhriyarı və gəlini Tamillanı idarə etdiyi «Nissan X Treyl» m arkalı, «az ** DJ ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə aparıb anasını Məmmədli dairəsində yerləşən Bakı Yaşayış kompleksində yaşayan bacısı Zöhrənin evinə qoymuş, oğlu Şəhriyarı və gəlini Tamillanı isə Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan qudasının evinə aparıb qoymuş, sonra isə çıxıb işə getmişdir. Həmin gün saat 18:00 radələrində anasını, oğlu Şəhriyarı və gəlini Tamillanı götürüb evə gətirmiş, həyətə daxil olduqdan sonra evə tərə getdikdə birinci mərtəbədə olan mətbəxin pencərəsinin açıq olmasını görmüş, gedərkən gəlini Tamillanın yadından çıxararaq pəncərəni bağlamadığını fikirləşmişdir. 24 iyul 2022-ci il tarixdə arvadı Gülər və gəlini Sevda evə qayıdandan sonra ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarının dolabda olmadığını, yəni oğurlanmasını aşkar etmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Mənzilindən baş vermiş oğurluq zamanı ikinci mərtəbədə yerlşən yataq otağında qoyulmuş dolabın içərisindəki sandıqçadan 01 ədəd 583 əyarlı 35 qram 2.0 manat dəyərində «Zoya» qadın saatı, 01 ədəd 750 əyarlı 9 qram çəkidə 2.000 manat dəyərində brilyant qaşlı kişi üzüyü, 01 ədəd 585 əyarlı 4 qram çəkidə 300 manat dəyərində «Pandera» qadın üzüyü, 01 ədəd 585 əyarlı 1 qram çəkidə 100 manat dəyərində uşaq sırğası, 01 ədəd 585 əyarlı 4 qram çəkidə 250 manat dəyərində Kloun «Pandera», 01 ədəd 750 əyarlı 8 qram çəkidə 1.000 manat dəyərində qadın bilərziyi, 01 ədəd 585 əyarlı 15 qram çəkidə 1.500 manat dəyərində qolbaq «Pandera», 01 ədəd 585 əyarlı 10 qram çəkiclə 1.000 manat dəyərində kloun, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində üzərində Züleyxa yazısı olan bilərzik, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində sırğa, 01 ədəd 583 əyarlı 35 qram çəkidə 3.000 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 10 qram çəkidə 1.000 manat dəyərində kloun döymə, 04 cüt 08 ədəd 585 əyarlı ümumilikdə 20 qram çəkidə 1.800 manat dəyərində qadın sırğaları, 01 ədəd 583 əyarlı 3 qram çəkidə 200 manat dəyərində üzərində züleyxa yazısı olan bilərzik, 06 ədəd ayrı-ayrılıqda 585 əyarlı 32 qram çəkidə 3.000 manat dəyərində boyunbağı və klon 1.200 manat nağd pulu oğurlanaraq ona 18.550 manat məbləğində maddi ziyanın dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində ailə üzvləri ilə bir yerdə bacısı Səhər, bacısının qızı Səma, əri Aqillə birlikdə Saatlı rayonunun Gomuşçu kəndinə atasının il mərasiminə getmiş və bir ay rayonda qalmışdır. 07 avqust 2022-ci il tarixdə evinə qayıdıb gələn zaman birinci mərtəbənin yataq otağına açılan plastik pəncərəsini açıq olmasını görmüşdür. Sonra mənzilə daxil olduqda yataq otağında olan dolabdakı çamadanın içərisində saxladığı 583 əyarlı 5 qram çəkidə 300 manat dəyərində qolbağının, 583 əyarlı 7 qram çəkidə 350 manat dəyərində qızıl klonun, 583 əyarlı 6 qram çəkidə 320 manat dəyərində qızıl sırğanın, 583 əyarlı 4 qram çəkidə 200 manat dəyərində üzüyünün, 583 əyarlı 8 qram çəkidə 400 manat dəyərində sırğasının, 583 əyarlı 8 qram çəkidə 400 manat dəyərində üzüyünün yerində olmadığını, yəni oğurlanmasını aşkar etmiş, sonra bu barədə polisə məlumat vermişdir. Hadisə zamanı evindən başqa hər hansı bir qiymətli əşya oğurlanmamış, baş vermiş oğurluq nəticəsində ona 1.970 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı kəndində Meyvə Tingliyi küçəsində yerləşən 57 nömrəli bir mərtəbəli 4 otaqlı evdə 2002-ci il tarixdən tək yaşayır. 07 iyul 2022-ci il tarixdə, saat 16:00 radələrində iş yerinə, yəni X10 İnstitutuna gecə növbəsinə getmiş, səhəri günü isə saat 10:00 radələrində evinə qayıdıb gəlmişdir. Həmin vaxt evin birinci mərtəbəsində olan plastik pəncərənin açıq vəziyyətdə olmasını görmüş və mənzilə daxil olduqda yataq otağında qırmızı rəngli dolabın siyirməsinə qoyduğu 583 əyarlı 3 qram çəkidə 150 manat dəyərində qızıl üzüyünün, 583 əyarlı 5 qram çəkidə 230 manat dəyərində qızıl üzüyünün, 100 manat nəğd pulunun yerində olmadığını, sonra mətbəxə keçdikdə soyuducuda olan 12 manat dəyərində 01 kq. mal ətinin və 8 manat dəyərində Final qarğıdalı yağının yerində olmadığını, yəni oğurlanmasını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurarq baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə sonradan adı və anket məlumatları ona məlum olan Təqsirləndirilən şəxs2 adlı şəxs gəlmiş və ev tikdirdiyini, pula ehtiyacı olduğundan qızıllarını satmaq istədiyini bildirmiş, sonra Azər adlı şəxs özündə olan qızıl-zinət əşyalarını vermiş, həmin qızllları tərəziyə qoyaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə şəklini çəkmiş, həmin qızıllara görə Azərə 2.900 manat pul verib yola salmışdır. Eləcə də o, göstərmişdir ki, Azər bundan başqa bir dəfə də yanına gələrək 4.02 qram qızlzinət əşyası satmış, bir dəfə isə Rüfət Nəcəfov adlı şəxs yanına xatırlamadığı tarixdə bir qadınla gəlmiş və ona 5.7 qram qızl satmışdır. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 gətirdiyi qızılların konkret olaraq adını və ayrı ayrılıqda qramını bilməsə də içərisində qadın saatı, sırğası, boyunbağı və kişi üzüyü olmuş, Azərdən və Rüfətdən aldığı qızılları lom qiymətinə, yəni ya 57 manata, ya da 60 manata almış, elə həmin günü də aldığı qızıl əşyalarını tanımadığı şəxsə satmışdır. Cinayət işinin materiallarında olan 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 24 fevral 2016-cı ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 may 2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 06 ilədək artırılmış, 07 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Ali Məhkəmənin qərarı ilə cəza 05 il, 09 aya endirilmişdir. 29 mart 2018-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək cəza müddəti 04 (dörd) il, 09 (doqquz)a ya endirilmiş və 08 fevral 2020-ci il tarixdə cəzanın sonu ilə azad adilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan 23 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 25 dekabr 2012-ci ildə Bakı Ağır Cinayət Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 11(on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19 dekabr 2013-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 iyun 2016-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 06 may 2017-ci il tarixli 230-VQD saylı qanunun tətbiqi ilə Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 181.2.4-ci maddəsinə tövsif edilərək cəza müddəti dəyişdirilmədən saxlanılmış, 19 fevral 2018-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 09 (doqquz) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 04 mart 2021-ci il tarixdə cəzanın sonu ilə azad adilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi onların etirafedici ifadələri ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 08 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,40). Cinayət işinin materiallarında olan 10 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 88). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən seçilmiş 4(008)648/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 08 avqust 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay, 28 (iyirmi səkkiz) müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (səh., 136). Cinayət işinin materiallarında olan 08 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,63). Cinayət işinin materiallarında olan 10 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 103). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən seçilmiş 4(008)650/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 08 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (səh., 131). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən seçilmiş 4(008)684/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «08» avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Cinayət Məcəlləsinin hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 16 avqust 2022-ci il tarixdən 07 aprel 2023-cü il tarixə kimi «ev dustaqdığında» olan müddət nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 163.2-ci maddəsinə əsasən ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdr. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirak etdikləri 60 saata görə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «08» avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «08» avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirak etdikləri 60 saata görə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar