Məhkəmə qərarları › İş №1(008)-145/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-145/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-145/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Südeyub oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Yeni Məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə “Rave” adlı sosial şəbəkədə 14 iyul 2007-ci ildə təvəllüdlü, on dörd yaşına çatmış, lakin, on altına yaşına çatmayan Zərərçəkmiş şəxs ilə tanış olub bir müddət danışaraq 19 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonuna gedib Zərərçəkmiş şəxs ilə əvvəlcədən təyin etdikləri yerdə görüşüb onunla birlikdə Bakı şəhərinə qayıtmış, Zərərçəkmiş şəxs tanışının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 2 Aprel küçəsində yerləşən nömrəsiz fərdi yaşyış evinə aparmış, 20 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində həmin evin qonaq otağında 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs ilə 10 yanvar 2023-cü ildə “Rave” adlı sosial şəbəkədə tanış olmuş, bir neçə gün sosial şəbəkədə danışdıqdan sonra ondan “İnstagram” sosial şəbəkəsində logininin olub-olmamasını soruşmuş, sonuncu, ona logini dedikdən sonra onunla “İnstagram” sosial şəbəkəsində mesajlaşmağa başlamış, bir-birilərinə şəkillərini göndərmişlər. 17 yanvar 2023-cü il tarixdə aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs ailəsindən sıxıldığını deyərək Cəlilabad rayonuna gəlib onu özü ilə aparmasını bildirmişdir. O, 18 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonuna gələrək Zərərçəkmiş şəxs aparacağını bildirməsinə baxmayaraq, yol pulu tapa bilməmiş, bu səbəbdən, həmin gün, Cəlilabad rayonuna gedə bilməmiş, bununla bağlı, Zərərçəkmiş şəxs məlumat vermişdir. 19 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində taksi vasitəsi ilə Cəlilabad rayonuna getmiş, saat 14:30 radələrində Zərərçəkmiş şəxs ilə görüş yeri olaraq planlaşdırdıqları Cəlilabad rayonunda yerləşən “Seyrangah” adlanan parka çataraq bununla bağlı Zərərçəkmiş şəxs məlumat vermişdir. O, Cəlilabad rayonuna getdiyi zaman taksi sürücüsündən, həmin gün, Bakı şəhərinə qayıdıb-qayıtmayacağını soruşmuş, sonuncu qayıdacağını bildirərək öz mobil nömrəsini ona vermişdir. O, parkın yanında avtomobildən düşmüş, biraz gözlədikdən sonra Zərərçəkmiş şəxs ona dediyi yerə gəldiyini, lakin, onu görmədiyi üçün geri qayıtdığını bildirmişdir. O, parkda olan gölün yanında dayandığını bildirmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs oraya gələrək onunla görüşmüşdür. Bir müddət sonra Cəlilabad rayonuna gəldiyi taksi sürücüsünə zəng edərək Bakı şəhərinə qayıtmaq istədiyini bildirmiş, təxminən 25 dəqiqə sonra taksi sürücüsü onu düşürdüyü yerə gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə gəlmiş, onlar “20 Yanvar” dairəsində taksidən enmişlər. Zərərçəkmiş şəxs ona ac olduğunu bildirmiş, o, qardaşı Ramala zəng edərək tanışı ilə birgə onun işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Pro Coffee” adlanan kafeyə gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə qardaşının ofisiant işlədiyi kafeyə getmiş, orada yemək yedikdən sonra o, qardaşı və Zərərçəkmiş şəxs birlikdə “Koroğlu” metrostansiyası yaxınlığına gəlmiş, qardaşı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmək üçün onlardan ayrılmışdır. O, ilk öncə Zərərçəkmiş şəxs haraya aparacağını bilməmiş, lakin, sonradan onu tanışları Şahid2 evinə aparmağı, bir neçə gün qaldıqdan sonra kirayə ev tutmağı planlaşdırmışdır. 19 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Şahid2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 2 Aprel kiüçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, Zərərçəkmiş şəxs tanışı olduğunu, qalmağa yeri olmadığı üçün onlara köməklik etmələrini xahiş etmişdir. Şahid2 evdə olmadığı üçün onun həyat yoldaşı Şahid1 onların gecə qalmasına ilk öncə tərəddüd etmiş, lakin, sonradan Zərərçəkmiş şəxs gecə onunla yatacağı təqdirdə razılıq vermişdir. O, qonaq otağında, Xədicə isə Aygünlə birlikdə yatmışdır. O, növbəti gün, iş yerinə gedərək maaşını alıb, ev tutmağı planlamış, lakin, “20 Yanvar” ümumxalq hüzn günü olduğundan evdən çıxmamışdır. Həmin gün, Şahid2 işdən evə qayıtmış, onların ona məxsus evdə qalmasına etiraz etməsinə baxmayaraq, həyat yoldaşı onu razı salmışdır. 20 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Şahid2 və ailə üzvlərini yatdığını güman edərək həmin evin qonaq otağında Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, cinsi aktı başa çatdırdıqdan sonra onlar paltarını geyinmişdir. Onun Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə könüllü şəkildə qeyritəbii yolla cinsi əlaqədə olması barədə Şahid2 və ailə üzvlərinin məlumatı olmamış, bununla bağlı onlara heç bir məlumat verməmişdir. Bir müddət sonra qardaşı ona mesaj yazaraq yaşadıqları evə polislərin gəldiyini, onu və Zərərçəkmiş şəxs axtardıqlarını bildirmiş, o, mobil telefonunu Zərərçəkmiş şəxs verərək ailəsinə məlumat verməsini bildirmişdir. Zərərçəkmiş şəxs ögey atasına mesaj yazaraq Bakı şəhərinə gəldiyini, onunla birlikdə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə hazırlaşıb evdən çıxaraq yaşadığı evə doğru getmək istəyərkən nənəsi ona zəng vuraraq onlara getməyini, polislərin və valideynlərinin orada olduğunu bildirmişdir. Ünvana gedərkən polislərlə birlikdə Cəlilabad RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunda nənəsi Fərzanə Fərzəliyevə ilə birlikdə yaşamış, ata və anası illər öncə ayrılmışlar. Ailə üzvləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanıldığı və sıxıldığı üçün yaşadığı evdən getmək istəmişdir. 10 yanvar 2023-cü il tarixdə “Rave” adlı sosial şəbəkədə Təqsirləndirilən şəxs tanış olmuş, bir müddət sonra danışıqlarını “İnstagram” sosial şəbəkəsində davam etdirmişlər. Təqsirləndirilən şəxs ilə danışıq zamanı ona ailə üzvlərindən sıxıldığını, yaşadığı ünvanı tərk edərək Bakı şəhərində yaşayan rəfiqəsinin yanına gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu tək qoymayacağını, Cəlilabad rayonuna gələrək onu Bakı şəhərinə aparacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşmış, 18 yanvar 2023-cü il tarixdə görüşərək Bakı şəhərinə getməyi qərarlaşdırmışlar. 18 yanvar 2023cü il tarixdə Təqsirləndirilən şəxs ona mesaj yazaraq həmin gün Cəlilabad rayonuna gələ bilməyəcəyini, növbəti gün, yəni, 19 yanvar 2023-cü il tarixdə onu aparmaq üçün gələcəyini bildirmişdir. 19 yanvar 2023-cü il tarixdə, saat 14:30 radələrində Təqsirləndirilən şəxs ona mesaj yazaraq Cəlilabad rayonunda yerləşən “Seyrəngah” adlanan parkda olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs ilə sosial şəbəkədə yalnız mesajlaşdığı üçün parkda olduğu zaman onu tanıya bilməmiş, geri qayıdaraq oxuduğu məktəbə getmiş, Təqsirləndirilən şəxs mesaj yazaraq parka gəldiyini, lakin, onu orada görə bilmədiyi üçün geri qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona parkda olan gölün yanında dayandığını bildirdikdən sonra o, yenidən parka gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb onunla görüşmüşdür. Təqsirləndirilən şəxs taksi sürücüsünə zəng edərək Bakı şəhərinə qayıtmaq istədiklərini bildirmiş, təxminən 25 dəqiqə sonra taksi sürücüsü onların olduğu yerə gəlmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinə gəlmiş, təxminən saat 18 radələrində onlar “20 Yanvar” dairəsi yaxınlığında avtomobildən enmiş, birlikdə Təqsirləndirilən şəxs qardaşının işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən kafeyə getmişlər. Orada yemək yedikdən sonra Ramal və Elvinlə birlikdə Koroğlu metrostansiyasına getmiş, Ramal oradan Zabrata, yaşadıqları evə getmiş, Elvin onu hara aparacağını bilməmiş, daha sonra tanışı Şahid2 evinə getməyi qərara almışdır. O, Təqsirləndirilən şəxs ilə birlikdə 19 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Şahid2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 2 Aprel kiüçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, qalmağa yerləri olmadığı üçün onlara köməklik etmələrini xahiş etmişdir. Şahid2 evdə olmadığı üçün onun həyat yoldaşı Şahid1 onların gecə qalmasına ilk öncə tərəddüd etmiş, lakin, sonradan onun gecə onunla yatacağı təqdirdə qalmalarına razılıq vermişdir. Təqsirləndirilən şəxs qonaq otağında, o isə Aygünlə birlikdə yatmışdır. O, Aygünə 17 yaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs növbəti gün, iş yerinə gedərək maaşını alıb, ev tutmağı planlamış, lakin, “20 Yanvar” ümumxalq hüzn günü olduğundan evdən çıxmamışdır. Həmin gün, Şahid2 işdən evə qayıtmış, onların ona məxsus evdə qalmasına etiraz etməsinə baxmayaraq, həyat yoldaşı onu razı salmışdır. 20 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Şahid2 və ailə üzvlərini yatdığını güman edərək həmin evin qonaq otağında olan divanda Təqsirləndirilən şəxs ilə öpüşməyə başlamış, Elvin cinsi əlaqədə olmaq məqsədi ilə onun şalvarının kəmərini açaraq şalvarını aşağı çəkmiş, onun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, cinsi aktı başa çatdırdıqdan sonra onlar paltarını geyinmişdir. Onun Təqsirləndirilən şəxs ilə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə Şahid2 və ailə üzvlərinin məlumatı olmamış, bununla bağlı onlara heç bir məlumat verməmişdir. Bir müddət sonra Elvinin qardaşı mesaj yazaraq yaşadıqları evə polislərin gəldiyini, onu və Elvini axtardıqlarını bildirmiş, Elvin, mobil telefonunu ona verərək ailəsinə məlumat verməsini bildirmişdir. O, ögey atasına mesaj yazaraq Bakı şəhərinə gəldiyini, Elvinlə birlikdə olduğunu bildirmişdir. O, evdən çıxaraq yaşadığı evə doğru getmək istəyərkən Elvinin nənəsi Elza ona zəng vuraraq onlara getməyini, polislərin və valideynlərinin orada olduğunu bildirmişdir. Onlar Elvinin nənəsigilə, oradan isə Cəlilabad RPŞ-yə getmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Hadisə baş verən ərəfədə, o, Yasamal rayonunda yerləşən “Procofe” adlı yerdə işləmişdir. Qardaşı Elvin 19 yanvar 2023-cü il tarixdə 16 radələrində ona zəng edərək, bir nəfərlə yanına gələcəyini demiş, təxminən bir neçə saat sonra Elvin tanımadığı, sonradan adının Xədicə olduğunu bildiyi bir xanımla onun iş yerinə gəlmişdir. Yaxınlıqda olan kafedə yemək yemişlər. Elvin ona yanındakı xanımın adının Xədicə olduğunu, onu Cəlilabaddan qaçırdığını, bir-birilərini istədiklərini bildirmişdir. İşdən biraz tez çıxmış, metro ilə Koroğlu stansiyasına qədər bir yerdə getmişlər. Daha sonra o, yaşadıqları evə getmiş, Elvinlə yanındakı xanımın isə hara getdiklərini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 2 Aprel küçəsində yerləşən nömrəsiz fərdi yaşyış evində yaşayır. 19 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində qonşuda olduğu zaman övladları onu çağırmış, o, evdən çıxdığı zaman Təqsirləndirilən şəxs əvvəllər tanımadığı qızla dayandığını görmüşdür. Təqsirləndirilən şəxs yanındakı qızın tanışı olduğunu, ailəsi ilə bağlı problem yaşadığını evdən çıxdığını, lakin, Bakı şəhərində qalmağa yeri olmadığı üçün bir gün onlarda qalmalarına icazə verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs təklifini rədd etmiş, lakin, gecələməyə yerləri olmadığı üçün qızın onunla yatacağı şərti ilə onlarda qalmalarına icazə vermişdir. Həmin gün, gecə Xədicə onunla, Elvin isə ayrı otaqda yatmışdır. Həyat yoldaşı Zakir maşinist işlədiyi üçün gecə növbədə olduğundan evdə olmamış, növbəti gün, saat 11 radələrində həyat yoldaşı Zakir işdən evə qayıtmış, Elvinlə Xədicəni görüb, sonuncunun kim olduğunu soruşmuş, o, isə vəziyyəti ona izah etmişdir. Bir yerdə yemək yemiş, bir neçə saat sonra Elvinə zəng gəldiyi üçün oradan getmişlər. Bir daha onları görməmişdir. Çalışdıqları qədər onları yalnız buraxmamış, Elvinlə Xədicənin qeyri-təbii yola əlaqədə olmalarından hazırda istintaqa dəvət edilərkən məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 32-34-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 48 nömrəli, 24 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs düz bağırsaq girəcəyi nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər və törənmə müddəti müayinə olunanın qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində düz bağırsaq girəcəyi nahiyyəsindəki qançırdan başqa hər hansı bir xəsarət aşkar olunmamış, qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Azyaşlı Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan 14 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 14 iyul 2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan 15 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan 15 iyul 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-111-ci vərəqəsində olan 01 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 117-118-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 dekabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahidlərin verdiyi ifadələr ilə, digər iş materialları ilə onun on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar