Məhkəmə qərarları › İş №1(008)-146/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-146/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-146/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,140 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi ərazisində yerləşən “FF” marketin yaxınlığına qədər daşımış, 11 sentyabr 2023-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi ərazisində yerləşən “FF” marketin qarşısında olan zaman onun narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara-boz rəngli cins şalvarının sağ yan cibində satış məqsədilə əldə edib saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,140 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotyik vasitələrdən istifadəyə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 11 sentyabr 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında olduğu zaman Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ-nin 15-ci PBnə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15-ci PBnə getmişdir. Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldyü üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. 11 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılması məqsədi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, qrup rəhbəri, Şahid2 qrup üzvü təyin edilmişdir. 11 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, həmin gün, yəni, 11 sentyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi ərazisində yerləşən “FF” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar olaraq Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilməsinə dair raport tərtib edilərək təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutulma barədə qərar qəbul edilərək ona hüquq və vəzifələri izah olunaraq video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz olmadığını bildirdikdən sonra, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 11 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində «Səməd» adlı şəxsdən 20 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, 11 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda baxış iştirakçılarının imzası ilə təsdiq edilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 11 sentyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqəsində olan 11 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə, şalvarının sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 40-41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2/2-6/4828 nömrəli, 12 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... Saxlanılan şəxs : (imza) Təqsirləndirilən şəxs..” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1.040 qramdır. Cinayət işinin 78-84-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-702/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanılmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 103-109-cu vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli hökmündən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 110-111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 7583 nömrəli, 20 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabionidlərin birgə qəbulu nəticəsində yaranan «asılılıq sindromu» narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 120-ci vərəqəsində olan 05 dekabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərə, smslərə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 17:23:44 -də “Dunen yas adi cekildi indi yalanan behane edirsen ki yasdayam ama mal gotune dusursen nese cekirsen nece yasdasan yaxsi? Utanmirsan sen ol vursan yalana” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 19:46:38-də “S...m senin oturub durdugunvun agzini gor indi sene mal verecek narkaman zor s....ler agzivi puluvu yeyiler yaııindakilar senin menim pulumla kisi kisi gey” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 17:31:18-də “Bele fıkret de 5kol5das elesin alfonun basin bagliyaq nese ele Nicat cixim men ina agriyram direnmisem” məzmununda,xx-xx-2023 -cü il tarixdə saat 22:19:08-də “Qagas salam 5manat yalOınanat varsa aynoyun alicagsa alma dobru saxla men deyende at kartma 30ya35deqeye zabratdan kecende senide goturum” mtənli sms göndərildiyi müəyyən olunmuşdur. Cinayət işinin 146-151-ci vərəqəsində olan 05 dekabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy S8» markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy S8» markalı mobil telefonda olan ***-***-**-** mobil nömrə ilə «Whatsapp» sosial şəbəkəsində adını «Fuad Uzun» olaraq qeyd etdiyi ***-***-**-** saylı mobil nömrədən «Qramyarım patı, yarım qramda kola», «?», «15 manat daş» mətnli, cavabında Təqsirləndirilən şəxs həmin ***-***-**-** saylı mobil nömrəyə «15 mantix», «He », «Yari kola », «Heri» mətnli; adını mobil telefonunda “Resat Meh T” olaraq qeyd etdiyi 070 ***-**-** saylı mobil nömrəyə “Qaqa an si vuranmadim hec ne de”, “10 manat ucdu”, “Resad tapa bilmirem pul olurem agridan”, “Gelim mene bir saatdix 5 diy ver cixim vezyetden”, “Ay qadawim bidene cavab ver qardawiva”, “Tirxat tutub olurem”, “ Pulum var”, “Gonderipler ki duzelem olurem brat qardavv cani”, “Anamin cani”, “Vezyetim”, “Oisdi”, “Olurem", “Tirixat tutub titredirem”, “15 manatdix daw 5 diyde daw”, “Qardawimnan gonderim”, “15 manatdix kola”, “5 manatdix daw” mətnli cavabında isə həmin ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə “bayaq ikisini de das yazmisan” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Yox qardawim”, “Neyniyirem o boyda dawi”, “Ozom grle bilmirem qardasimi gonderecem” cavabında ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “qaqaş qardasin bilmiyecel Fuada deyim gelmeliydi onnan gonderim”, “pul neqede var" mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “18 manat”, “Pul kartdadi yarsi yarisida nalicka” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “sevdim e seni", “fuadi gonderim" mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “BeyX dedin hormet eliyecem bir balaca udileniya eliyecem”, “Onida atarsanda qardawim usdune", “Yanima qiz gelir”, “Qonagim”, “Yox e ay brat qardawimi gonderecem”, “Qardawim dawi 10 ug elede”, “Kolanida narmalni ele qeqeydise 20 manat verim 03 ver", “Qonagimda gelirde bratqa”, “Yeqin bawa duwersen de”, “30 manat vere bilerem sene” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “sen saydiqlarin kimi olmagi cetin ee brat”, “das 5 diy ola olmuya" mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Ay bile”, “Hec olmaya”, “Kolani dediyim kimi eliyezen qardawivin qonagi gelirde” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “kolada ki cetdi nu lezetti cetti” , “qaqas senin basiva donum Nicatin Resadin canna brat men de elw daxuya mal olmur”, “Bele de pula ehtiyac hava su kimi”, “qaqas qardasvi gondermede Deyirem”, “bidene qalan abirimizdi” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “verde mene”, “Ne qeder” mətnli; ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “usagi gonder fuadnan gelsin dediyim odu”, “ne deyirsen ay Nicat” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Gonderim qardasim” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “Trixatdan kecdiy emelli meclise” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsindən “Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Kartivin kodun yaz”, “Can qardawim men demirem ki baronux eliyirsen 10 qram ne qardaw kimi yaziıam detirem vezyetim beledi birdeki” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “bildim de qadasi mende o menada demedim yəni bitike dasim var 3-4 cetde kolam”, “bele” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə yazdığı “gonderim qardasim” məzmunlu mesajına cavab olaraq 070 ***-**- ** saylı mobil nömrədən “gonder fuadin yanna” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə yazdığı “Birde ne qeder elitir onu yaz” mətnli; cavab olaraq ***-***-**-** saylı mobil nömrədən “men bilmiremki”, “bfat” mətnli” Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə 070 ***-**-** saylı mobil nömrəyə “Neyi bilmirsen”, “Qardawim nece dene cetdi”, “Ne qeder eliyir", “Onu de” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “ay can”, “qaqas ikimizin cani das yoxdu” mətnli” cavabında Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “Ay bile ele elemede” mətnli; cavabında ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “ele billem qalib anamin cani yoxdu”, “falqada olandi” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Qardawimsan", “Meni piz bezyetde”, “Qiza pul atdirmiwam”, “Gonder falqadakin”, “Kartin kodun da atda”, “Bidene tez bazqra”, “Getmeliyem”, “Titredirem e ay brat” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “Qaqa memim öldüyüm Oduki Fuada verim Fuad verer qardasiva”, “brat qardasin gelmesin de qaqasimsan” mətnli; cavabında Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Gelsin fuatnan" mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**- ** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “men ona rewotkadan sey verwnem”, “ o bizim meeleye zada gelir olmur da brat”, “meni usaga niye bele tanidirsiz ee” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Fuada verersen deyecem dursun buyanda”, “Bu birsi dort yolda” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “dursun Fuad gil twewfde ya qamisdiqda” mətnli; daha sonra isə “ay sagbol”, men nagarim imdi”, “4 dene gonderim 30 m ver”, “ya 3 dene 20 m”, “ne bilim neter eliyim”, “ama tez” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “Kapital Bank”a məxsus 5239 1517 5598 4526 saylı kart hesabı atmış, bundan sonra həmin şəxs 070-243- 65-45 saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “biyax dedim pox yedim”, “daa ne deyim dedin dagitmisam men de ele dedim”, “ Yaxsi da vererem”, “neqede pııl virursan ceki at men biilem ne gonderecem ureyince olacaq narahat olma”, “tez bazar ele", “dedm birde dursa”, “blyaaaa” mətnli; Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsindən “Whatsapp" mobil şəbəkəsi vasitəsilə 070 ***-**-** saylı mobil nömrəyə “Ne qeder atim”, “Tez de” mətnli; ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “brat ne atirsan at ona uyğun gonderim” mətnli mesajla aparılmış, bundan sonra “Whatsapp” mobil şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs ona pul göndərməsi barədə şəkil atmışdır. Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***- ***-**-** saylı mobil nömrəyə “Neyin var qardawim”, “03 kola”, “Birde falqadaki daw”, “Da”, “Bir qiymet dd atim da qardawim", “Catacax”, “Taksidedi” məzmunlu mesajlar göndərmiş, cavabında isə ***-***-**-** saylı mobil nömrədən “qaqaw atda” məzmunlu mesaj gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp" mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “25 atram”, “Ele eleki ureyimce olsund olzr”, “Dawda inaniramki yaxsi”, “Olar falqada” məzmunlu mesajlar göndərmiş, cavabında ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “das yoxsu", “yoxsu", “yoxdu" məzmunlu mesajlar gəlmişdir. Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə 070 ***-**-** saylı mobil nömrəyə “Dedin falqadadida qaq”, “A”, “Soz vermiwem qardawim” “Qardawim yalanci cixmiyikda” məzmunlu mesajlar göndərmiş, cavabında 070 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsinə ‘'Whatsapp" mobil şəbəkəsi vasitəsilə “ozumundu qaqam cekirem seynen danisa danjsa vurdum dasdi de", “Ay blyaa" məzmunlu mesajlar gəlmişdir. Təqsirləndirilən şəxs “Whatsapp” mobil şəbəkəsi vasitəsilə həmin şəxsin göndərdiyi kart hesabına 25 manat məbləğində pul atması barədə şəkil göndərmişdir. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “bratka pox yedime salirsan ee adami and ola Allaha”, “brat varyoxun s....m olani deyirem sene netwr eliyim”, “ok” məzmunlu mesajlar gəlmiş, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Ee qardawim”, “Rlemedw”, “Belede”, “Meni yalanci cixardirsan e anam in cani” məzmunlu mesajlar göndərmişdir. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “Nici o ne olan seydi qiymiyim sene”, “qaqas getdi”, “Fuad gelir”, “sponka eliyirem”, “verem” məzmunlu mesajlar gəlmiş, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “He ele”, “Qardawim”, “Pis vezyetde qalaçamda var yoxun s....m”, “And icmiwemki arxeyin ol gotururen”, “M”, “Vot votdu harda olsa gelecey”, “Qaqaw ele etki pis vezyerde qalmiyim” məzmunlu mesajlar göndərmişdir. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “ne var idi verdim sene”, “4dene”, “yəni nece idi neter idi usaqlarin cani elecede verdim” məzmunlu mesajlar gəlmişdir. Təqsirləndirilən şəxs özünə məxsus 070-886-28- 28 saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəyə “Dawi ver din brat” məzmunlu mesaj göndərmiş, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus 070-886-28- 28 saylı mobil nömrəsinə “Whatsapp” mobil şəbəkəsi vasitəsilə “ne varki ne verim” məzmunlu mesaj gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsindən “Whatsapp” mobil şəbəkəsi vasitəsilə 070 243-65- 45 saylı mobil nömrəyə “Andicmiwem de poxa duwmuyum de”, “Anamin cani deyirem and icmiwem”, “Sen ol pis vezyetde qalacam da”, “Vermemisen brat”, “Qardawim gonderim falqadakin ver” məzmunlu mesajlar göndərmişdir. 070 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs özünə məxsus 070 ***-**-** saylı mobil nömrəsinə “Whatsapp" mobil şəbəkəsi vasitəsilə “qardasim on defe yazdim eee sene ssnnen danjsa danjsa vurdum s....di oxumirsan”, “brat kisi duracaq yene”, “saba insAllah bitike pas ataram goturende” məzmunlu mesajlar və 5239 1517 5598 4526 saylı “Kapital Bank”a məxsus kart hesabı gəlmişdir, bundan sonra isə Təqsirləndirilən şəxs “Whatsapp” mobil şəbəkəsi vasitəsilə həmin şəxsə 30 AZN məbləğində pul göndərməsi barədə çekin şəkilini çəkərək göndərmişdir. Cinayət işinin 197-209-cu vərəqəsində olan 15 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.040 qram olan heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları əks etdirən "xxxx"MMC-dən götürülmüş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 232-ci vərəqəsində olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 100-101-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 70914-21-1/3-8286-9 nömrəli, 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2023 nömrəli, 15 fevral 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə qeydiyyata alınmış, 11 sentyar 2023-cü il tarixə (barəsində «həbs» qətimkan tədbiri seçildiyindən) barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 07 (yeddi) gün hissəsini çəkmiş, cəzanın 01 (bir) il 21 (iyirmi bir) gün hissəsi çəkilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldyü üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır........” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə daxil olan sms-lərin, whatsapp yazışmalarının məzmunu, şahid ifadələri, narkotik vasitəni həm də digər şəxslər üçün (qonağı) əldə etməsi və digər hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 sentyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 102/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 21 (iyirmi bir) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi çəkisi 1,040 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-102/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 21 (iyirmi bir) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 06 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1,040 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılsın və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar