Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-146/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024cü il tarixdə saat 08:26:59-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsi istiqamətindən O.Əfəndiyev küçəsi istiqamətində orta hərəkət zolağı ilə hərəkətdə olarkən ünvan 3 ünvanında yerləşən “Bakıkhanov Mail" Ticarət Mərkəzinin qarşısında "X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələbinə əməl etməyib yolun hərəkət hissəsini soldan sağa doğru adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya sağ tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qan və havanın yığılması) müşayiət olunan sağ İİ-İV-V-Vİ qabırğalarının qapalı, yerini dəyişən sınıqları; hər iki baldır və hər iki almacıq sümüklərinin, oturaq sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş sınıqları, alın, təpə, burun, sağ dirsək oynağı nahiyələrinin sıyrıqiarı. sol kürək, sağ said və hər iki dirsək oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədənədək etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi olaraq taksi fəaliyyəti göstərmişdir. Avtomobil idarə etmək üçün də B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat təxminən 08:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilini saatda 50 km sürətlə Sabunçu rayonu, Y.Əliyev istiqamətində O.Əfəndiyev küçəsi istiqamətində orta hərəkət zolağı ilə hərəkət etdirmişdir. Həmin vaxt hava işıqlı olmuş və yolda görmə məhdudiyyəti olmamışdır. Yolun hərəkət hissəsi də quru, üfüqi, düz və asfalt örtüklü olmuşdur. Orada svetafor olmuşdur. Həmin svetafor düz istiqamətdə hərəkət edənlərə yaşıl olmuş, sola dönənlərə isə qırmızı işıq yanmışdır. Sol zolaqla hərəkət edənlər dayanmışdır. O, düzünə hərəkətini davam etdirmişdir. Bu zaman zərərçəkmiş şəxs qəfil onun qarşısına çıxmışdır. Həmin vaxt o, avtomobilini saxlaya bilməmiş, nəticədə avtomobilinin ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Zərbədən avtomobillə vurduğu kişi yerə yıxılmış, o isə bundan sonra avtomobilini saxlamışdır. Avtomobili ilə vurduğu kişini avtomobilinə əyləşdirib tibbi yardım göstərilməsindən ötrü X3 aparmış, sonra Sabunçu RPİ-nin TŞ-nə çağırılmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 3000 manat ödəniş edə bilər. Lakin zərərçəkmiş şəxs bunu qəbul etmir. Ona 10.000 manat ödənilməsini tələb edir. Həmin məbləği ödəməyə imkanı yoxdur. Özü kirayədə yaşayır, ailəlidir, himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixədək, yəni, avtomobillə vurulduğu günədək fərdi olaraq tikintilərdə nəzarətçi işləmişdir. Hazırda isə səhhəti ilə bağlı heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat 08:25 radələrində işə gedirmiş. Bu məqsədlə də sürət qatarına minmək üçün Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən sürət qatarlarının dayanacağına gedirdi. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində avtomobillərin hərəkətinin O.Əfəndiyev küçəsi istiqamətindən B.Bünyadov küçəsi istiqamətində olan hərəkət hissəsində yolu keçib yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttin üzərində dayanmışdır. Qoşa xəttə yaxın dayanmış avtomobilin ona yol verməsini görüb adi qaçışla avtomobillərin hərəkətinin B.Bünyadov küçəsi istiqamətindən O.Əfəndiyev küçəsi istiqamətində olan hərəkət hissəsini adi qaçışla keçməyə başlamışdır. Adi qaçışla təxminən 6-7 addım atmışdır ki, B.Bünyadov küçəsi istiqamətindən Əfəndiyev küçəsi istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişanı və markası sonradan oıa məlum olan **-LY-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil ön hissəsi ilə onu vurmuşdur. Daha sonra gözünü xəstəxanada açmışdır. O, yolu keçən zaman sürücülər üçün olan svetaforda sarı işıq yanmışdır. Avtomobilin biri dayanmışdır. Ona görə yolu keçməyə davam etmişdir. Digər avtomobil isə dayanmadığından onu vurmuşdur. Qabırğalarında, ayaqlarında sınıqlar olmuş və cərrahi əməliyyat həyata keçirilmişdir. Ona baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 10.000 manatdan çox maddi ziyan dəymişdir. Hadisədən sonra o, əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 13 iyul 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; xx.xx.2024-cü il tarixli, 1/6299 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 Sabunçu rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1707 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopvenmotoraksla (döş boşluğuna sərbəst qan və havanın yığılması) müşayiət olunan sağ İİ-İV-V-Vİ qabırğaların qapalı, yerini dəyişən sınıqları, əzilmiş yarası, alın, təpə, burun, sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol kürək, sağ said və hər iki dirsək oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DİN-in NHİX-dən alınmış hadisənin baş verməsinin görüntülərinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin görüntülər 13 07.2024-cü il tarixdə saat 08:26-dan 08:30-dək olan müddətə Baki şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 132 ünvanında yerləşən “Bakıxanov Mail" Ticarət Mərkəzinin qarşısında qeydə alınmış görüntülərdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Y.Əliyev küçəsi ilə B.Bünyadov küçəsi istiqamətindən O.Əfəndiyev küçəsi istiqamətində orta hərəkət zolağı ilə hərəkətdə olarkən ünvan 6 ünvanında yerləşən “Bakıxanov Mail” Ticarət Mərkəzinin qarşısında yolun hərəkət hissələrini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xətdən Zərərçəkmiş şəxs Əli oğlunun adi qaçışla yolun hərəkət hissəsini soldan sağa doğru keçərkən sonuncunu avtomobilinin ön hissəsi ilə vurması, sonra sürücünün xəsarət almış piyadanı avtomobilinə əyləşdirib harasa aparması qeyd olunmuşdur. Həmçinin həmin görüntülərdə hadisənin baş vermə tarixi xx.xx.2024-cü il, baş vermə saatı isə 08:26:59 olması müəyyən edıidı. Baxış zamanı şahid Təqsirləndirilən şəxs görüntülərdə olan hadisənin onun tərəfindən törədildiyini, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etdiyini, xəsarət alan şəxsin isə Zərərçəkmiş şəxs Əli oğlu olduğunu, sonuncunu avtomobili ilə vurduqdan sonra isə avtomobilinə əyləşdirib tibbi yardım göstərilməsi üçün X3 apardığını bildirmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2 adlı bir uşağı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 8/3208 saylı rəyindən görünür ki, Toyota Prius markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qİİ-nin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 404639 nömrəli “B1,B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 18 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin baş verməsinin görüntülərinin köçürüldüyü bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Hadisənin baş vermə anının görüntülərindən görünür ki, sol hərəkət zolağını tutan avtomobillər onlara svetaforun qırmızı işığı yandığından onlar dayanmış, digər avtomobillər isə düzünə hərəkətlərini davam etdirmişlər. Daha sonra saat 08:25:58 saniyədə svetaforun yaşıl işığı yanmış və sol istiqamətə hərəkət edən avtomobillər öz hərəkətini davam etdirmişlər. Piyada yolu keçərkən sol tərəfdə olan avtomobil dayanmış və ona yol vermişdir. Orta zolaqda hərəkət edən “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sol tərəfdəki avtomobilin dayanmasına baxmayaraq sürətlə hərəkətini davam etdirərək piyadanı vurmuşdur. Həmin şəraitə görə sol tərəfdəki avtomobilin dayanması sürücü Təqsirləndirilən şəxs üçün təhlükə anı kimi qəbul edilməli və o, hərəkət sürətini azaltmalı olduğu halda bunu etməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs sol tərəfdə olan avtomobilin ona qırmızı işıq yandığından dayanmasına, özünün isə düzünə hərəkət etdiyindən ona yaşıl işıq yandığından öz hərəkətini davam etdirməsinə, piyadanın qəfil onun qarşısına çıxmasına dair mövqeyini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.), 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hadisənin baş vermə anının görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-146/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-146/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver