Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-147/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius (Hibrid) minik” markalı ** OS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.F.Axundov küçəsində 15-20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sola geriyə dönmə manevri etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı, piyadanın yolu keçməkdə olduğu vəziyyətdə avtomobili sola geriyə dönmə manevri etdirməməli, piyadanın avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən məsafədə aralanmasına əmin olmalı və bundan sonra sola geriyə dönmə manevri etdirməli, hərəkət üçün təhlükə yaratmamalıdır kimi tələblərinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub hərəkətini davam etdirərək ehtiyatsızlıqdan yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs vurub onun sağ qamış sümüyünün bayır kondilusunun yerini az dəyişən qapalı sınığı xəsarətləri alaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında dostu Yusif adlı şəxsə məxsus olan "Toyota Prius" markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarə haqqı 25 manat ödəməklə elektron etibarnamə götürüb idarə edərək taksi fəaliyəti ilə məşğul olmuş, o, “Bolt" şirkətinə üzv olaraq həmin şirkətin proqramındakı sifarişlər üzrə işləmişdir. Hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Stansiya istiqamətdə idarə etdiyi "Toyota Prius" markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu Rayon İcra Hakimiyyəti istiqamətində sürətini 20 km/saat sürətədək azaldıb geri dönmə əməliyyatı edərkən bu zaman yol qaranlıq olduğundan piyada orta yaşlı kişini sağdan sola doğru iti addımlarla yolun hərəkət hissəsinə çıxdıqda o, onu son anda görüb dərhal əyləci basıb avtomobili dayandırmış, həmin vaxt avtomobilin qabaq hissəsi piyadanın sol ayağından yüngülcə toxunmuş, piyada müvazinətini itirib sağ ayağının üstünə yıxılmışdır. O, dərhal TTYS-na zəng etmiş və piyadaya yaxınlaşıb özünü təqdim edərək sürücü olmağını və onu öz avtomobili ilə də xəstəxanaya apara biləcəyini dedikdə, həmin sonradan adının Hüseyn olduğunu bildiyi şəxs buna razı olmamışdır. Təcili Yardım avtomobili piyadanı 3 saylı Sabunçu ŞKX-na aparmış, o, da ardınca xəstəxanaya getmişdir ki, xəstə ilə maraqlansın, sonra isə Sabunçu RPİ-nin TŞ-nə gələrək təhqiqatçıya izahatını vermiş, sənədlərini təqdim etmiş və göndəriş əsasında sərxoşluğun müayinəsindən keçmişdir. Yol-nəqliyyat hadisəsindən əvvəl piyadanı o, geri dönərkən yolun sağ istiqamətindən gələn avtomobillərə yol vermək üçün baxdığı üçün görməmiş, son anda çevrilib düz hərəkətə başladıqda piyadaya çatmağa 1 metr qalmış piyadanı görüb, avtomobili dayandırmaq üçün əyləci basmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Onunla barışmışdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.F.Axundov küçəsində yolun sağ kənarı ilə piyada gəzirmiş, hava bir qədər çiskin və yağışlı olmuşdur. O, yolun sağ tərəfindən sola doğru yolu keçmək üçün piyada zolağının yanından adi yeriş addımları ilə yolu mərkəzi küçənin ortasındakı parka tərəf keçən zaman, səkiyə çatmağa az qalmış sol tərəfdən gələn "Toyota-Prius" markalı avtomobil geriyə dönmə əməliyyatı edərkən qabaq hissəsi ilə onu sol ayağından vurduqda o, sağ ayağı üstünə yerə yıxılmış və ayağı sınmışdır. Hadisədən sonra sonradan adının Samir olmasını bildiyi taksi fəaliyyəti ilə məşğul olan sürücü və avtomobilində olan sərnişinlər ona yaxınlaşıb yardım etmişlər. Hadisə yerinə çağırılan TTY avtomobili onu 3 saylı Sabunçu rayon xəstəxanasına aparmış və orada onun sağ ayağının qamış sümüyünün sınması müəyyən edilmiş, 3 gün sonra sağ ayağından əməliyyat olunmuş, bir həftə həmin xəstəxanada stasionar müalicə aldıqdan sonra evə buraxılmışdır. Müalicəsilə bağlı 2500 manat xərc çəkmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 may 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.F.Axundov küçəsində baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/2101 nömrəli xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs ayıqdır, alkoqol sərxoşluğu vəziyyəti yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 30 may 2022-ci il tarixli, 1030 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ qamış sümüyünün bayır kondilusunun yerini az dəyişən qapalı sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2023-cü il tarixli 8/317 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. AR DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AD 067223 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, xx.xx.2024-cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2034cü il tarixədək etibarlı olan) BB 349370 nömrəli “B1, B C1 C” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 06 il 07 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. xx.xx.2016-cı ildə sınaq müddəti başa çatmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263-cümaddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi ilə bağlı təklifinə münasibət bildirərək qeyd edir ki, lap hesab etsək ki, inzibati xəta tərkibi var, inzibati xətanın töədildiyi vaxtdan 1 ildən artıq müddət keçmişdir. Belə olan halda şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarına əsasən “Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri əsasında cinayət işinin başlanması haqqında qərar olduqda İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu cür hüquqi tənzimetmə nəticə etibarilə Konstitusiyanın 64-cü maddəsinin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsinin həlli zamanı cinayət işinin başlanması haqqında qərar qəbul edilərkən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsilə tövsif edilməsi üçün şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin hansı əsas əlamətlərinin nəzərə alınıb-alınmamasını, onlardan hər hansı birinin inzibati xəta haqqında iş üzrə icraata başlanarkən şəxsin hərəkətlərinin tövsifinin əsasında duran əlamətlərlə üst-üstə düşüb-düşməməsini müəyyən etmək lazımdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni yanaşma Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham olunan şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması zamanı da rəhbər tutulmalıdır. Burada həmçinin Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin yüngül bədən xəsarətləri ilə əlaqədar halları da əhatə edən dəymiş zərərin tamamilə ödənilməsinə dair ikinci bəndinin birinci cümləsinin tələblərinin nəzərə alınması vacibdir. Bundan əlavə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verildikdən sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi elə həmin Məcəllənin 9-cu maddəsində də nəzərdə tutulmuş ümumhüquqi prinsip olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxaracaqdır.” Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-147/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-147/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver