Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-148/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2004-cü ildə Kürdəmir şəhərində anadan olan, Azrbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 58-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 04 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində sərxoş halda tanışları X3, X6 və X7 ilə birlikdə ünvan 3 ünvanınında olduqları vaxt orada yaşayan ona məxsus nəqliyyat vasitəsindən oğurluq edəcəklərindən şübhələnmiş Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan mübahisə edib, sonuncunun onlara səs-küy salmamaq və gecə saatlarında yaşadığı evin qarşısında məişət narahatçılığı yaratmamaq barədə haqlı xahişinə məhəl qoymayıb X3 və X6 ilə bir qrup şəxs halında birləşərək, heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək X3 yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs qəsdən baş nahiyəsinə zərbə endirməklə ona sol təpə nahiyəsinin əzilmiş yarası, dərialtı hematoması və sıyrığı kimi, X6 üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sol bud nahiyəsindən qəsdən vuraraq sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi, özü isə üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sağ said nahiyəsindən qəsdən vuraraq sağ said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, silah qismində istifadə edilən əşyadan (əşyalardan) istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində tanışları X3 ilə X6 birlikdə spirtli içki qəbul etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində piyada gəzərkən təsadüfən X7 qarşılaşmışlar. X7 evinin yaxınlığında kafe işlədən ata və oğul tərəfindən təhqir edildiyini bildirmiş, onlar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən kafeyə getmiş, lakin, həmin vaxt kafe bağlı olmuşdur. Onlar küçədə dayandıqları zaman Zərərçəkmiş şəxs yaxınlaşaraq nalayiq ifadələr işlədərək oradan uzaqlaşmalarını tələb etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs avtomobildən taxta parçası götürərək onların üzərinə gəlmiş, X3 yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirib oradan qaçaraq uzaqlaşmağa çalışmışdır. Zərərçəkmiş şəxs oradan uzaqlaşmaq istəyən X1 arxasınca gedərək onunla əlbəyaxa olmuş, o, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmasına baxmayaraq, Zərərçəkmiş şəxs onunla uca səs tonunda danışmasını irad tutaraq onu nalayiq ifadələrlə təhqir etmiş, əlindəki taxta parçası ilə ona zərbə endirməyə çalışmışdır. O, həmin vaxt, mağazadan alaraq üzərində gəzdirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs qol nahiyəsinə xəsarət yetirmiş, oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Baş verənlərlə bağlı atasına məlumat vermiş, atası Zərərçəkmiş şəxs olduğu xəstəxanaya getmişdir. Aralarında baş vermiş mübahisə bir neçə dəqiqə davam etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. “Mercedes Atiko” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 04 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində küçədən səs-küy gəldiyini eşidərək küçəyə çıxmış, yaşadığı ünvandan təxminən 200-300 metr aralıda bir neçə nəfərin olduğunu görərək, həmçinin, avtomobilini yaşadığı ünvandan aralıda saxladığı üçün oğurluq hadisəsinin baş verə biləcəyindən həmin şəxslərə yaxınlaşmışdır. O, həmin şəxslərə irad bildirərək müzakirəni səhər davam etdirmələrini deyib oradan uzaqlaşmalarını tələb etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, o, sərxoş olduğu üçün ilk olaraq digər şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, X3 yerdən götürdüyü daş parçasıyla onun baş nahiyəsinə zərbə endirib oradan qaçaraq uzaqlaşmağa çalışmışdır. O, oradan uzaqlaşmaq istəyən X1 arxasınca gedərək onunla əlbəyaxa olmuş, Təqsirləndirilən şəxs və tanışları onların arxasınca gələrək onları sakitləşdirməyə çalışmış, lakin, sərxoş və əsəbi olduğu üçün Təqsirləndirilən şəxs üzərinə gedib onu təhqir edərək əlində olan taxta parçası ilə onu vurmağa çalışmışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə əlində olan cib bıçağı ilə onun qol nahiyəsinə xəsarət yetirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı ifadəsini oxumadan imza etdiyi üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ziddiyyət yaranmışdır. Hazırda təqsirləndirlən şəxslə barımış, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun qonşusudur. X3, X6 və X4 bir neçə müddətdir tanıyır. X7 bir neçə dəfə onun atasının işlədiyi kafeyə gələrək özbaşnalıq edib yeyinti məhsullarını götürmüşdür. 04 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində X7 yenidən onlara məxsus kafeyə gələrək icazəsiz yeyinti məhsulları götürmüş, o və atası X5 öz iradını bildirərək hərəkətlərini sonlandırmasını xahiş etmişdir. Həmin gün, gecə saat 03 radələrində X6 onların qapısını döyərək küçəyə çağırmışdır. O, kənara çəkilərək X3 ilə söhbət etmiş, həmin vaxt, küçədə səs-küy yarandığından qonşuluqda yaşayan Zərərçəkmiş şəxs orada olan Təqsirləndirilən şəxs və digər tanışlarına yaxınlaşaraq uca səslə danışmamalarını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X3 yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs qəsdən baş nahiyəsinə zərbə endirmiş, X6 və Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. O və atası mübahisə edən şəxsləri sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 105-107-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X2” X9 07 oktyabr 2022-ci il tarixli, 2348 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin əzilmiş yarası, dərilatı hemotoması və sıyrığı, sağ said, sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində qeyd olunan 04 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərin hər üçü sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 131-ci vərəqəsində olan 06 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə könüllü olaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gəlmiş, daha sonra polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 173-183-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-369/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 217-219-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza və Mərkəzi” X9 1438 saylı, 24 may 2023cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 2-ci cildinin 26 vərəqəsində olan 27 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 53-59-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-876/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-cı vərəqəsində olan 29 noyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Məhkəmə qeyd edir ki, ittiham tərəfin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan yuxarıda qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin ifadələri təqsirləndirilən şəxsin əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirləndirilən şəxsin özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan ilk növbədə o hal müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü, yəni təqsirləndirlən şəxsi təhqir etməsi ilə başlamış, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olmuş, Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamış, lakin, ibtidai istintaq orqanı bu xüsusatlara diqqət yetirmədiyi üçün təqsirləndirilən şəxsin əməlində xuliqanlıq motivinin olmamasını və ictimai qaydaya qəsd edilmədiyini nəzərindən qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, ittiham tərəfin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan yuxarıda qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri təqsirləndirilən şəxs əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, ibtidai istintaq orqanı tərəfindən əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilmişdir. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Təqsirləndirilən şəxsə elan olunan ittihamdan görünür ki, istintaq orqanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, təqsirləndirilən şəxsin əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olmuş, Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamışdır. Mübahisə zamanı məhz zərərçəkmiş şəxs ilkin olaraq təhqir edərək əlbəyaxaya keçmiş, təqsirləndirlən şəxs cavabında bıçaq çıxararaq zərərçəkmiş şəxsə yüngül dərcələi bədən xəsarəti yetirmişdir. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, təqsirləndirilən şəxsin qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onunla zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə hesab edir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində sağlamlığa zərər vurma, xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi cinayətin predmetinə münasibətdə qeyd edir ki, şəxsin ictimai təhlükəli əməli silah qismində istifadə etdiyi alətlə törətməsi, hətta zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda belə, qəsdinin obyektinə münasibətdə müəyyən olunmalıdır. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunardı. Göstərilənlər onu deməyə əsas verir ki, məhkum edilmiş təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən sonuncunun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, məhkum edilmiş şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə sonuncu tərəfindən silah qismində bıçaqdan istifadə edilməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurması onun özünün verdiyi etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs cəza təyini məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, aşağıdakılara əsasən cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, məhkəmənin gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunması imperativ göstəriş olduğundan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında zərər çəkmiş şəxs zərərçəkmiş şəxs məhkəməyə ünvanlanan ərizəsi mövcuddur ki, həmin ərizədə və məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Göründüyü kimi, cinayət qanunvericiliyinin adıçəkilən normasının qeyd hissəsində göstərilənlər imperativ xarakter daşıyır. Yəni istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı yuxarıda göstərilən hallar yaranarsa, cinayət prosesini həyata keçirən orqan cinayət təqibinə xitam verməli və şəxsi cinayət məsuliyyətindən azad etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-148/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-148/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver