Məhkəmə qərarları › İş №1(008)-149/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-149/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-149/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - X7 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, İmişli rayonunda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il saat 05:00 radələrində X4 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1 ədəd su qızdırıcısını, 1 ədəd elektrik taxta kəsən mişarı və 1 ədəd radiatoru gizli olaraq talayıb zərərçəkmiş şəxs Dmitri Medvedyevə ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat ziyan vurub oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2019-cu il saat 14:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, yeni yaşayış massivində yerləşən hasarlanmış torpaq sahəsinə qanunsuz daxil olaraq saxlanc yerinin plastik pəncərəsini açmaqla, orada olan 300 metr uzunluğunda ümumi dəyəri 450 manat olan elektrik naqillərini və hər birinin dəyəri 375 manat olmaqla 2 ədəd su mühərrikini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 (bir min iki yüz) manat ziyan vurub oğurluq etmişlər. Göstərilən xüsusat məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin öz ifadəsi, zərər çəkmiş şəxslərin ifadəsi və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, X2 təxminən 3 ildir tanıyır. Məmmədrza ilə birlikdə mütəmadi olaraq müxtəlif yerlərdə metal yığmış və həmin metalları satıb qazanc əldə etmişlər. xx.xx.2019-cu il saat 05:00 radələrində Məmmədrza ilə birlikdə olarkən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayış olmayan ev tanıdığını və həmin evdən oğurluq etmək istədiyini bildirmişdir. Məmmədrza da, onun təklifi ilə razılaşmış, onlar birlikdə oğurluq etməyi qərara almışlar. O, Məmmədrza ilə birlikdə ona məxsus “Moskviç” markalı **-HP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən əvvəlcədən yerini müəyyən etdiyi fərdi yaşayış evinə getmişdir. Həmin evin yaxınlığına gəldikdə o, Məmmədrzaya həmin yerdə gözləyərək ətrafı müşahidə etməsini və təhlükə olduqda ona xəbər verməsini bildirmişdir. Məmmədrza da, onun fikri ilə razılaşmış və evin ətrafında gözləmişdir. O, evin plastik materialından olan pəncərəsini itələyib açmış və evə daxil olmuşdur. Evdən 1 ədəd su qızdırıcı, 1 ədəd elektrikli taxtakəsən mişar, 1 ədəd radiator götürmüş və evə daxil olduğu pəncərədən evi tərk etmişdir. Məmmədrza avtomobildən düşərək onunla birlikdə oğurladıqları əşyaları avtomobilə yükləmişdir. Bundan sonra o, avtomobilə əyləşmiş və avtomobili işə salaraq oradan uzaqlaşmışlar. Növbəti gün oğurladıqları elektrik naqillərini və əşyaları Məmmədrza ilə birlikdə Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” adlanan yerdə tanımadıqları şəxslərə satmış, ümumilikdə 300 manat qazanc əldə etmişlər. Əldə etdikləri pulları şəxsi məsrəflərinə xərcləmişlər. Bundan əlavə, xx.xx.2019-cu il saat 14:00 radələrində Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində dəmir yığarkən qəsəbədə olan fərdi yaşayış evlərinin birinin həyət darvazasının qapısının bağlı olub-olmamasını yoxlamışlar. Darvazanın qapısının bağlı olduğunu görüncə həmin yerdən oğurluq etmək qərarına gəlmişlər. O, Məmmədrzaya həmin yerdə gözləyərək ətrafı müşahidə etməsini və təhlükə olduqda ona xəbər verməsini bildirmişdir. Məmmədrza darvazanın yanında dayanmış, o isə evin həyət darvazasının üstündən aşaraq həyətə daxil olmuşdur. Həyətin içərisində pəncərəsi açıq olan və bir otaqdan ibarət təmiri olmayan saxlanc yeri olmuşdur. O, həmin pəncərədən saxlanc yerinə daxil olmuş və oradan çoxlu elektrik naqilləri, 2 ədəd su mühərriki götürərək oranı tərk etmişdir. Bundan sonra o, hasardan tullanmış və Məmmədrzanın avtomobildə olduğunu görmüşdür. O, Məmmədrzaya elektrik naqilləri, 2 ədəd su mühərriki götürdüyünü bildirmiş və əşyaları birlikdə avtomobilə yerləşdirərək oradan uzaqlaşmışlar. Oğurladıqları əşyaları Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” adlanan yerdə tanımadığı şəxslərə satmış və ümumilikdə 600 manat qazanc əldə etmişlər. Törətdiyi əməldən səmimi peşmançılıq keçirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində ona məxsus fərdi yaşayış evi var və halhazırda həmin fərdi yaşayış evində yaşayış yoxdur. Fərdi yaşayış evinin yaxınlığında isə bir otaqdan ibarət saxlanc yeri yerləşir və oğurluq hadisəsi də, orada baş vermişdir. xx.xx.2019-cu il tarixdə həmin evin həyətyanı sahəsində yerləşən ağacları sulamağa getdiyi zaman evin plastik materialdan olan pəncərəsinin açıq olduğunu görmüşdür. O, oğurluq hadisəsi olduğundan şübhələnərək evə baxış keçirmişdir. Evə baxış keçirərkən təxminən 300 metr uzunluğunda ümumi dəyəri 450 manat olan elektrik naqillərinin və hər birinin dəyəri 375 manat olmaqla 2 ədəd su mühərrikinin oğurlandığını aşkar etmiş, baş vermiş hadisə nəticəsində ona 1200 ( min iki yüz) manat maddi ziyan dəydiymişdir. İş materialında olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 göstərmişdir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən oğurluq hadisəsinin baş verdiyi fərdi yaşayış evi ona məxsusdur. xx.xx.2019-cu il səhər saat 07:30 radələrində anası Svetlana ona zəng vuraraq yaşadığı evdən oğurluq olduğunu bildirmişdir. O, dərhal sözügedən evə getmiş və həqiqətən də, oğurluq olduğunu əyani olaraq görmşüdür. Belə ki, oğurluq törədən şəxs və ya şəxslər evin plastik materialdan olan pəncərəsini itələyib açaraq oraya daxil olmuş və oğurluq etmişlər. Evə baxış keçirərkən 01 ədəd dəyəri 350 manat olan su qızdırıcısının, 01 ədəd dəyəri 1000 manat olan elektrikli taxtakəsən mişarın, 01 ədəd dəyəri 100 manat olan radiatorun oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsi ilə əlaqədar məlumat vermişdir. Qeyd etmişdir ki, oğurluq baş verən yer saxlanc yeri olmuş və orada yaşayış olmamışdır. Baş vermiş hadisə nəticəsində ona 1450 (min dörd yüz əlli) manat maddi ziyan dəydiyini bildirmişdir. İş materialında olan zərərçəkmiş şəxs X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il səhər 06:10 radələrində avtomobil səsi eşitdiyindən yatdığı yerdən oyanmış və səs gələn tərəfə, yəni evin qarşısına çıxmışdır. Həmin yerdə bir nəfər şəxsin markasını bilmədiyi **-HP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə minərək getdiyini görmüşdür. O, həyəcanlanaraq dərhal oğlu Dmitri Medvedyevə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Sonra isə oğlu gələnədək evə baxış keçirmiş və 01 ədəd dəyəri 350 manat olan su qızdırıcısınm, 01 ədəd dəyəri 1000 manat olan elektrikli taxtakəsən mişarın, 01 ədəd dəyəri 100 manat olan radiatorun oğurlandığını aşkar etmişdir. Bir-neçə dəqiqə sonra oğu gəlmiş və baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Cinayət işinin 34-cü vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 151-ci vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2019-cu il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 191-192-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyü və dəqiqliyinin yoxlanılması məqsədi ilə ifadəsi onun iştirakı ilə yerində yoxlanılmış, törətdiyi oğurluq hadisəsini yerində etiraf etmişdir. Cinayət işinin 200-201-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-7/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanılmaqla xx xxxxx 2020-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 176-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X6 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin ifadəsi və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri tərkibi vardır və əməli düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını istisna edən hallar, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyil və bu səbəbdən qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları məhkəmə nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılmış, bu səbəbdən də, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülmüş ittihamla bağlı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə qədər tutularaq saxlanılmış, xx xxxxxxx 2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar