Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-15/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs X1, Zərərçəkmiş şəxs X1 vəkili Müdafiəçi2 İslam qızının iştirakı ilə xx xxxx 1952-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29.832.00 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(103)7768/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 3(008)1376/2020 saylı qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 aprel 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsı ilə 25 oktyabr 2017-ci il tarixdə Bakı şəh., 53 saylı Notariat kontorunda ona məxsus ünvan 2 ünvanda yerləşən evə dair alqı-satqı müqaviləsini bağlamış, müqaviləyə əsasən həmin evin dəyəri, yəni 17.500 ABŞ dolları məbləğində pul ona ödənilmişdir. Lakin notariat kontorunda arasında alqı-satqı müqaviləsi bağlanılsa da, əslində Cənanə tərəfindən həmin məbləğdə pul faizlə ödəmək şərti ilə ona borc şəklində verilmişdir. Lakin Cənanə təxminən bir ildən sonra verdiyi 17.500 ABŞ dolları məbləğində pulun tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(103)7768/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, aralarında 25 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ondan 29.832 manat məbləğində pul vəsaiti tutularaq Ç.M.Əliquliyevaya qaytarılması və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə göstərişlər (mənzilin iddiaçının adına rəsmiləşdirilməsi və alınan məbləğin cavabdehə qaytarılması) eyni vaxta icra edilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuşdur. Tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmişdir. Lakin həmin məbləğdə pul tərəfindən qaytarılmadığından barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra vərəqəsi üzrə tələb icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hal-hazırda 1.100 manat ödəniş aparmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında 25 oktyabr 2017-ci il tarixdə Bakı şəh., 53 saylı Notariat kontorunda ona məxsus ünvan 2 ünvanda yerləşən evə dair alqı-satqı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən həmin evin dəyəri, yəni 17.500 ABŞ dolları məbləğində pul tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş və həmin ev ona 2 ay müddətində əvvəlki mülkiyyətçi tərəfindən təhvil verilməsi razılaşdırılmışdır. Lakin həmin müddət bitdikdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək evi təhvil verməkdən yayınmış, bu səbəbdən aralarında məhkəmə çəkişməsi olmuş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən aralarında 25 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Təqsirləndirilən şəxs 29.832 manat məbləğində pul vəsaitinin tutularaq ona qaytarılması və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə göstərişlər (mənzilin iddiaçının adına rəsmiləşdirilməsi və alınan məbləğin cavabdehə qaytarılması) eyni vaxta icra edilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müdət verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq qaytarılmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilib,inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs 500 manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. Halhazırda o qətnamənin icra olunmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əsasən borclu Təqsirləndirilən şəxs 29.832 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Ç.M.Əliquliyevaya qaytarılmalı, tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə göstərişlər (mənzilinin iddiaçının adına rəsmiləşdirilməsi və alınan məbləğin cavabdehə qaytarılması) eyni vaxtda icra edilməlidir. İcra sənədi əsasında 14 fevral 2020-ci il tarixində Sabunçu rayon İcra şöbəsində icraata başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmiş, icra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu şöbəyə gələrək izahatı alınmış, ödəməli olduğu 29.832 manat borcundan şöbənin depozit hesabına cəmi 6.400 manat ödənişi təmin olunmuşdr.İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin qərarına əsasən borclu 500 manat inzibati qaydada cərimə edilmişdir.Borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, borcluya icra üçün yeni müddətin təyin edilməsi barədə bildiriş təqdim olunsa da, Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə üzərinə qoyulan borc öhdəliyini icra etməmiş, icra zamanı məbləğdən cəmi 7.300 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 may 2021-cı il tarixində göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələlr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)7768/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Ç.M.Əlinuqliyeva arasında 25 oktyabr 2017-ci il tarixdə, Bakı şəh., 53 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Təqsirləndirilən şəxs 29.832 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh X2 qaytarılması, tərəflərin əvvəlki vəziyyətdə qaytarılması barədə göstərişlər (mənzilin iddiaçının adına rəsmiləşdirilməsi və alınan məbləğin cavabdehə qaytarılması) eyni vaxtda icra edilməsi qət edilmişdir (səh.,23). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)1376/2020 saylı, 14 iyul 2020-cu il tarixli qərarının surətindən görünür ki, M.İ.X8 Məcəlləsinin 528.1-ci maddə\əsi ilə təqsirli bilinib, 500 manat miqdarında cərimə edilmişdir (səh.,63). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 8(008)431/2020 saylı, 31 avqust 2020-cu il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdıp (səh.,75). Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasənqanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X6 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, məhkəmə istintaqına qədər 7.650 manat, məhkəmə istintaqı dövründə isə 1.100 manat ödəniş etməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 10 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir (səh., 126). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 133). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, məhkəmə istintaqına qədər 7.650 manat, məhkəmə istintaqı dövründə isə 1.100 manat ödəniş etməsini və işdə olan digər halları nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.4-ci maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.7-ci maddəsinə əsasən sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, məhkəmə istintaqına qədər 7.650 manat, məhkəmə istintaqı dövründə isə 1.100 manat ödəniş etməsini nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 07 (yeddi) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7768/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş borc məbləğinin təyin olunmuş sınaq müddətində ödənilməsi öhdəliyi vəzifəsi qoyulsun. Hökmün İcrası Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-15/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-15/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver