Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-15/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin, mülki iddiaçının hüquqi varisinin nümayəndələri, vəkili Nümayəndə1 və Nümayəndə2 Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X16 iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, X44in taksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə saat 23 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mercedes” markalı Az **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti metronun “Koroğlu” stansiyasından H.Əliyev adına Beynəlxalq hava limanı istiqamətində, yolun “Olimpiya stadionu” ilə “Zabrat-Maştağa” yolayrıcı arasında olan hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin-sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hərəkətini davam etdirib, həmin qaydaları pozaraq avtomobilin qabaq sağ yan hissəsi ilə yolu sağdan sola keçən piyada X9 ehtiyatsızlıqdan vurub ona baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyin maddəsinin və yumşaq qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki gicgah sümüyünün kələ əsasına keçən qapalı qəlpəli sınığı, l-ll boyun fəqərələrinin, sağ bazu və sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəlidir, 6 övladı var. “B” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. “Mercedes Benz” markalı AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. X44in taksikologiya şöbəsinin müdiri vəzifəsində çalışır. 15 noyabr 2023-cü il tarixdə axşam saat 22 radələrində işdən çıxaraq, həyat yoldaşı Şahid2, böyük qızı Şahid1ı yol üstü götürmüş, Mərdəkan qəsəbəsi istiqamətində avtomobillə hərəkət etmişdir. Avtomobilini metronun Koroğlu stansiyasının qarşısından H.Əliyev prospekti Mərdəkan qəsəbəsi istiqamətində Olimpiya stadionu ilə üzbəüz sağdan sola olmaqla ən sol zolaqla, saatda 80 km/saat surətlə idarə etmişdir. Yolda nə qızı, nə yoldaşı tərəfindən ona heç bir maneə olmayıb, onun bütün fikri yolda olmuşdur. Ən sol zolaqla hərəkətdə olarkən bir anda kölgə kimi maşının sağ tərəfindən nə isə çırpılmışdır. Yoldaşı ani olaraq ondan maşını saxlamağını tələb etmişdir. O maşını saxlamış və maşından düşəndən sonra nə sağda, nə də solda heç birşey görməmişdir. Maşının arxasına keçəndə 15-20 metr arxada piyadanı asfaltın üzərində görmüşdür. Özü həkim olduğu üçün piyadanın nəbzini yoxlamış, qan dövranının olduğunu görəndə ətrafda olan taksi sürücülərindən ona kömək göstərmələrini istəmişdir. Eyni zamanda bildirmişdir ki, zərərçəkmiş şəxsdən az da olsa, spirtli içki qoxusu hiss etmişdir. Onlar piyadanı maşının arxa oturacağına yerləşdirmişlər və dərhal Sabunçu rayonu 3 saylı ŞKX-na reanimasiya şöbəsinə çatdırmışlar. Həkim müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxsin ailə üzvləri ilə indiyədək dəfələrlə barışıq əldə edilməsinə cəhd etsələr də, bir nəticə verməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qətiyyətlə heç bir yardımı qəbul etməmişdir. Onun yoldaşı və bir neçə qadın qohumları onların yas məclisinə getsə də, onlar zərərçəkmiş şəxsin hüquqi varisi və orada olan qadınlar tərəfindən qəbul edilməyərək geri göndərilmişdirlər. O, dəfələrlə zərərçəkmiş şəxsin yas xərclərini və digər maddi xərclərini öz üzərinə götürəcəyinə dair təklif göndərsə də təklifi qəbul edilməmişdir. Zərərçəkmiş şəxsin oğlu vasitəsi ilə zərərçəkmiş şəxsin yoldaşı Sevda Acalova ilə danışdıqda isə o, hər iki övladı üçün ev alınmasını və digər belə tələblər irəli sürmüşdür. Eyni zamanda bildirmişdir ki, yol nəqliyyat hadisəsi hərəkətdə olduğu ən sol zolaqda baş vermiş, hadisə zamanı idarə etdiyi “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemində, eləcə də digər qurğu və mexanizmlərində hər hansı nasazlıq olmamış, hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hadisənin baş verməsinin qarşısını almağa imkanı olmamışdır. Ona qarşı qaldırılmış mülki iddianı qəbul etmir. Buna baxmayaraq hadisə baş verən andan və ondan sonrakı dövrlərdə barışıq üçün cəhdlər edilmişdir. Hadisənin ilk anında həkim olduğu üçün ilkin yardımları etmiş, yas mərasimlərində iştirak etmişlər. Əvvəlcə mərhumun qardaşı ilə razılıq əldə edilmiş, lakin sonradan zərərçəkmiş şəxsin hüquqi varisi Sevda Acalova məsələyə qarışaraq ondan yüksək məbləğ tələb etməyə başlamışdır. İlkin olaraq və məhkəmə iclası davam edən müddətlərdə 35 000 manat nəğd şəkildə, əvvəlcə 5 000 manat, daha sonra 10 000 manat ayda 1000 olmaqla təklif etmişdir. Bununla bağlı danışıqlar uzun müddət davam etsə də, yekunda ondan yüksək məbləğ tələb edilmiş, Sevda xanım Bakı şəhərində iki otaqlı iki mənzil verilməsini xahiş etmiş, əvvəl 400 000 manat, daha sonra isə 200 000 manat tələb etmiş, maddi imkanı həmin məbləğə çatmamışdır. Hazırda 45 000 manat təklifi qüvvədə olsa da, zərərçəkmiş şəxsin hüquqi varisi qeyd edilən məbləğlə razı olmamışdır. Verilən suallara cavabında bildirmişdir ki, o piyadanı ümumiyyətlə görə bilməmişdir, maşına nə isə çırpıldığını hiss etmişdir, əyləci basmağa imkanı olmamışdır, maşına toxunmanı hiss etdikdən sonra maşını saxlamışdır, həmin yolda hərəkət sürəti həddi 90 km/saat olmuşdur. Bütün diqqəti yolda olmuşdur, görmə qabiliyyəti yaxşıdır, yolun işıqlandırması zəif olsa da olmuş, maşının işıqları normal olmuşdur. Sağında çox sıx maşınlar getmiş, qarşısındakı maşınla 5-10 metr ara məsafəsi olmuşdur, sağda isə ara məsafəsi lap az olmuşdur, piyadanın onun görünüş dairəsinə düşməsi mümkün deyil. Piyada sağdan sola keçmişdir, o, piyadanı vurana kimi piyada artıq 4(dörd) zolaq hərəkət hərəkət etmişdir, hava qaranlıq olmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəsini müstəntiq dəfələrlə dəyişdirmişdir, birinci dəfə oxumuşdur. Yekunda iş materialları ilə tanış olmamışdır. Himayəsində olan altı uşağında biri birinci qrup əlildir. 30 ildən çoxdur ki dövlət işində həkim kimi xalqa, dövlətə təmənnasız qulluq etmişdir. Onun tanınmış həkim olması maddi durumu ilə bağlı deyil, göstərdikləri xidmətlər ilə bağlıdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X30 ifadəsində göstərdi ki, vəfat etmiş piyada X17 onun həyat yoldaşıdır, onunla 1987-ci ildə ailə həyatı qurmuşlar. Onunla olan nikahdan 2, bir qız bir oğlan övladları var. 1993-cü ildən Türkiyə Respublikasında yaşayırlar. 14 noyabr 2023-cü il tarixdə günorta radələrində həyat yoldaşı A.X5 konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Həyat yoldaşının verdiyi məlumata görə Arif qardaşı Akifin evində qalacaqmış. O, videonu diqqətlə izləmişdir, Təqsirləndirilən şəxs manevr edərək piyadanı gözləmədiyi, onu vurduğu aydın görünür. Təqsirləndirilən şəxs şikayətçidir. Mülki iddianın təmin olunmasını xahiş edir. Verilmiş suallara cavabında bildirmişdir ki, barışıq üçün cəhdlər olunmamışdır, dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 15 noyabr 2023-cü il tarixdə axşam saat 21 radələrində atası, anası və o atasına məxsus və idarə etdiyi “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə metronun Koroğlu stansiyasının qarşısından H.Əliyev prospekti Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. O, avtomobildə arxa oturacaqda əyləşmişdir. Avtomobildə heç bir söhbət olunmamışdır, hətta musiqi belə açıq deyilmiş. Onlar anidən tappıltı səsi eşitmişlər və maşının güzgüsü sınmışdır. Anası qışqıraraq atasından maşını saxlamasını istəmişdir. Atası maşını saxlamış və anası da ayaq yalın şəkildə maşından düşərək ətrafa baxmışlar. Arxaya baxdıqda isə piyadanın yerdə uzandığını görmüşlər. Daha sonra ətrafdakı şəxslərin köməkliyi ilə həmin piyadanı avtomobilə mindirmiş, atası anası ilə vurduğu piyadanı xəstəxanaya aparmışdır, o isə taksi ilə onların arxasınca getmişdir. Hadisə nəticəsində avtomibildə olanlardan heç kim xəsarət almamışdır. Verilmiş suallara cavabında göstəmişdir ki, atası təxminən 80 km/saat sürətlə hərəkət etmişdir, ətrafda kimisə görmək qeyri mümkün olmuşdur, onlar güclü səs eşitmiş və elə bilmişlər ki, yanlarından keçən maşın dəyərək güzgünü qırmışdır, ibtidai istintaq dövründə verdiyi ifadəsini oxumamışdır, müstəntiq icazə verməmişdir, səs eşidildikdən 30 saniyə sonra atası maşını saxlamışdır, zərbə sağ tərəfdən dəymişdir, o heç birşey görməmişdir, siqnal səsi eşitməmişdir, sürücülük vəsiqəsi yoxdur, görünüş məsafəsinin nə qədər olduğunu bilmir, ilkin gördüyü maşının güzgüsünün sınması olmuşdur. Atası onları götürərkən yorğun olmamışdır. Maşınlar arasında sıxlıq olmuşdur. Avtomobillə ən sol zolaqla hərəkət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yoldaşıdır. 15 noyabr 2023-cü il tarixdə axşam saat 23 radələrində yoldaşı, qızı və o yoldaşına məxsus və idarə etdiyi “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə metronun Koroğlu stansiyasının qarşısından H.Əliyev prospekti Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Həmin yol ilə təxminən 4 ildir ki, hərgün gedib gəlmişlər. O, qabaqda, qızı arxada əyləşmişdir. Avtomobil hərələtdə olarkən o maşına anidən sağ tərəfdən nə isə çırpıldığını hiss etmişdir və qışqırmışdır ki, yoldaşı maşını saxlasın.Çırpılanın insan olduğunu belə anlamamışlar. Yoldaşı maşını saxladıqdan sonra onlar düşmüş və ətrafda həç nə görməmişlər. Maşının arxasına keçəndə isə zərərçəkmiş şəxsi yerdə görmüşlər. Yoldaşı və qızı özünü tez ələ almışlar. Ətrafdakı şəxlərin də köməyi ilə yoldaşı ilə onu maşına qoymuşlar. Onlar yoldaşı ilə maşına əyləşib zərərçəkmiş şəxsi Sabunçu xəstəxanasına çatdırmışlar. Qeyd etmişdir ki, baş vermiş hadisə saniyədən də daha az bir müddətdə baş vermişdir. Onlar maşında gedərkən alkoqol iyi gəlmişdir. Sonradan da məlum olmuşdur ki, zərərçəkmiş şəxs alkoqol qəbul etmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, ibtidai istintaq dövründə ifadəsini yarım affekt vəziyyətdə vermişdir, ifadəsini oxumuş razılaşmadığı hissələri qeyd etmişdir, bəzi məqamlar gözündən yayınmış ola bilər. Hadisə zamanı Təqsirləndirilən şəxs telefonla danışmamış, aralarında mübahisə olmamışdır. O, diqqətli olmasına baxmarayaq təhlükə anını görməmişdir, yoldaşı maşını idarə edərkən önə baxmışdır. Maşının qapısını açanda yan güzgünün yerdə parçalanmış vəziyyətdə olmasını görmüşlər. Hadisə zamanı sürətləri 80-90 km/saat olmuşdur. Maşınlar sıx hərəkət etmişdir, hava yağışlı olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş ekspert X10 verilmiş suallara cavab olaraq göstərmişdir ki, real məlumatlar əldə etmək üçün 2 çıxış yolu var: 1. Həmin yol şəraiti bərpa olunmaqla rəydə göstərilən təhlükə yarandığı andan qət olunan məsafə müəyyən edilməlidir. 2. Rəydə göstərilən məlumatlar təqdim edilməklə həmin görünüş diaqramında sürücünün görünüşünə nə vaxtdan düşməsini müəyyən etmək yolnəqliyyat hadisələri şöbəsinin həll etdiyi məsələdir. Müdafiə tərəfinin vəsatətində göstərilir ki, təhlükə yaranan anda həmin avtomobillər arasında məsafə 1.2 metr olmuş, həmçinin qeyd edilir ki, sürücünün hərəkəti üçün təhlükə piyada avtomobilin qarşısında çıxdıqdan sonra yaranmışdır və piyada bundan sonra 1.2 metr məsafə qət etmişdir. burada rəydə də göstərilib ki, videogörüntüdən aydın olur ki, piyada ilə avtomobil arasında müəyyən məsafə var, piyada avtomobil ilə bitişik çıxmır. Həmin məsafənin olduğu şəraitdə sürücünün avtomobili üçün təhlükənin yaranması piyadanın avtomobilin tinindən çıxdığı anda deyil, ondan əvvəl yaranır, həmin məsafənin nə qədər olduğu bilinmir, ancaq məsafə var, təhlükənin nə vaxtdan yarandığını demək olmur. Ekspertiza real məlumatlar əsasında aparılır. İfadənin yerində yoxlanılması zamanı real məsafələr göstərilib. Videogörüntüyə əsasən piyadanın avtomobildən neçə metr aralıda olması müəyyən etmək olmur, ifadənin yerində yoxlanılması zamanı sürücünün piyadanı vurması yeri nəzərə alınmaqla, avtomobilin olduğu yer nəzərə alınmaqla, piyadanın avtomobilin qarşısına çıxması yeri nəzərə alınmaqla müəyyən edilir. Düzgün məlumatlar verildiyi şəraitdə tədqiqatlar aparılır, vəsatətdə verilən şərait heç bir əsas olmadan verilmişdir. Orada 1.2 metr məsafə olması real deyil. 1.2 saniyə olan vaxt həmin vəsatətdə verilən təhlükə yaranan andan piyadanın tin hissədən çıxdığı andan yaranan vaxtdır, qeyd etmişdir ki, həmin andan verilən təhlükənin yarandığı real deyil. Ekspertizada iş materiallarında verilən bütün real məlumatlar qəbul edilir. Sürücünün hərəkəti üçün təhlükə yaranma anı istintaq, məhkəmə tərəfindən qiymətləndirilib verilir, real olmayanda rəydə qeyd olunur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş ekspert X32 verilmiş suallara cavab olaraq göstərmişdir ki, obyektin sürücünün görünüş dairəsinə nə vaxt düşüb-düşməməsi məsələsi videoların ekspertizası şöbəsinin həll etdiyi məsələ deyil, onların qarşısında sual qoyulur ki, avtomobilin qarşısında hərəkət edən naməlum avtomobilin sol hissəsindən piyadanın çıxdığı andan “Mercedes” markalı avtomobil vurduğu ana qədər keçən vaxt nədir, naməlum avtomobilin hərəkət trayektoriyasını müəyyən edib, piyadanın həmin vaxtdan biraz əvvəl keçdiyinə görə piyadanın həmin avtomobilin trayektoriyasına çatandan vurulana kimi keçən vaxtı müəyyən etmiş, müəyyən olunmuşdur ki, 1.2 saniyə vaxt keçib, avtomobil isə naməlum avtomobilin soluna keçdiyi trayektoriyaya biraz sonra çatıb, piyadanın həmin trayektoriyaya çatmasının(naməlum avtomobilin sol trayektoriyasının) xəyali xətti əvvəlcədən cızmış, piyadanın ora çatdığı andan vurulma anına qədər keçən vaxtı müəyyən etmişdir. Avtomobilin və piyadanın sürətini və arada məsafəni müəyyən etmək mümkün olmamışdır. Müəyyən edilə bilinən o olmuşdur ki, “Mercedes” markalı avtomobilin sağında naməlum avtomobilin sol tərəfindən piyadanın çıxdığı andan “Mercedes” markalı avtomobilin vurma anına kimi olan vaxtı vermişdir. 7.5 metr məsafə hansı nöqtədən götürməli olduğunu o bilmir, təhlükə müəyyən andan asılıdır. Konkret videonu analiz edib onun əsasında rəy vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektinin Bakı-Olimpiya stadionunun qarşısı Mərdəkan istiqaməti hissəsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v. 11-20); Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları əlavə 1/4695 saylı xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair Aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır(i.v 4). Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini hadisə yerində, yəni Sabunçu rayonu, H.Əliyev prospekti Mərdəkan istiqaməti, Olimpiya stadionun ilə üzbəüz yerdə göstərmişdir(i.v. 45-50). DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2- 14448/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, H.Əliyev prospekti ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş piyadadan götürülümüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərinin xx.xx.1956-cı ildə Bolnisi rayonunda andan olmuş X11 məxsus olması müəyyən edilmişdir(i.v.55). Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” X41 Sabunçu rayon şöbəsinin 16 noyabr 2023-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma. Hər iki gicgah sümüyünün kələ əsasına keçən qapalı qəlpəli sınıqları. İ-İİ boyun fəqərələrinin, sağ bazu və sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya(əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəricəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 8-10 saat əvvəl uyğun gəlir. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 1,4%o, sidikdə 1%o qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdarı qatılığı tərtib olunmçuş cədvələ əsasən canlı şəxslərdə. Yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar ediməmişdir(i.v 57-61). Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2- 171042/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1961 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs 21,02.2023-cü il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 033191 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb(i.v 62). xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq Samir Kərəmov və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin baş eksperti X18 iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Koroğlu metrosunun yaxınlığında yerləşən DİN BDYPİ-nin 20 saylı mühafizə olunan duracağında “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin qabaq sağ yan hissəsinin əzildiyi müəyyən edildi. Avtomobilin bütün təkərləri hava ilə doludur, daha sonra avtomobil hərəkətə gətirildi, sükan sağ və sol nahiyyələrə döndərildi, qabağa və arxaya sürüldü, avtmobilin tormoz mayesinin qabına baxış keçirildi, tormoz qabında maye olması aşkar edildi. Avtomobil hərəkətə gətirildi, qabağa və arxaya idarə edildi, həmin vaxt tormozdan istifadə edildi, təkərlərin tormozlanaraq avtomobilin dayanması baş verdi. Ekspert tərəfindən yenidən tormoz mayesinin qabına baxış keçirildi, ekspertin bildirdiyinə görə, tormoz mayesində azalma aşkar edilmədi(i.v. 89-90). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli 3-16-16/2-8/69-4/24 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış videoyazılara görə “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini, piyadanın hərəkət tempini və vurulma anına kimi qət etdiyi məsafəni müəyyən etmək mümkün olmadı. Təqdim olunan videoyazılara görə piyadanı vurmasına 0,160 san qalmış “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz işığı yanmış, piyadanın vurulmasına 0,08 san qalmış isə avtomobil sola manevr etmişdir. 2.Tədqiqata təqdim edilmiş “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz və sükan idarəetmə sistemləri texniki cəhətdən saz vəziyyətdədir. 3.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 4.Mövcud yol şəraitində “Mercedes Benz” markalı avtomobilin 80 km/saat hərəkət sürətində dayanma yolu 65 metrdir. 5.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən təhlükə yaranan anda “Mercedes Benz” markalı avtomobil piyadanın vurulma yerindən 136,4 metrlik məsafədə olmuşdur. 6.Mövcud metodikaya əsasən məhkəmə yol-nəqliyat hadisələri ekspertizası nəqliyyat vasitəsi hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkədə olması şəraitində nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən edir. Lakin, istintaq tərəfindən təqdim olunan məlumatlardan məlum olur ki, hadisədən əvvəl “Mercedes Benz” markalı avtomobil hərəkət sürəti 90 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə, yəni icazə veriləndən artıq olmayan sürətlə hərəkətdə olmuşdur. 7.Hadisə baş verən zaman yolun görünüş məsafəsinin təxminən 300 metr olması, yəni yolun görünüşdə məhdudiyyətin olmaması nəzərə alınmaqla qeyd edilir ki, görünüş məhdud olmayan şəraitində görünüş məsafəsinə uyğun nəqliyyat vasitəsinin hərəkət sürəti üzrə tədqiqat aparılmır. 8.Mövcud şəraitdə “Mercedes Benz” markalı avtomobilin 80 km/saat hərəkət sürətinə uyğun görünüş məsafəsi 49,5 metrdir və avtomobilin hərəkət sürəti yolun görünüş məsafəsinə uyğundur(i.v. 95-100). DİN-in Təhlükəsiz şəhər xidmətinin TŞ 9-064 nömrəli videomüşahidə qurğusunun xx.xx.2023-cü il-cü il tarixli saat 23:01-dən 23:11 -dək olan müddətədək görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: hadisə xx.xx.2023-cü il tarixdə saat 23:03:28-də baş verir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti metronun “Koroğlu” stansiyasından H.Əliyev adına Beynəlxalq hava limanı istiqamətində, yolun “Olimpiya stadionu” ilə “Zabrat-Maştağa” yolayrıcı arasında olan hissəsində yolun sağ tərəfindən sol istiqamətinə doğru 5-ci, soldan sağa 2ci hərəkət zolağında hərəkətdədir, yolu Mərdəkan qəsəbəsi istiqamətində sağ tərəfdən sol tərəfə keçən piyada X9 avtomobilin qabaq sağ yan hissəsi ilə vurur, zərbədən piyada sağ kənar zolağa atılır, sürücü Təqsirləndirilən şəxs hadisə yerini tərk etmir, zəruri ilkin tədbirləri görür, piyadanı öz avtomobilinə mindirir(i.v. 125). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.32). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v.110). “Qətimkan tədbiri seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.126). “CD diskə baxış keçirilməsi haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, xx-xx-2023-cü il saat 00:12:13-də X6 qardaşı Akif Acaloğlunun istifadəsində olan **********38 nömrədən, X6 istifadəsində olan **********30 nömrəsinə -Gec gələrsən? mətnli sms göndərilir(i.v.130). "xxxx" MMC-dən 28497/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir(i.v.133). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143-cü və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi özünün etirafedici ifadəsindən başqa, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərində, şahid ifadələri, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” və videogörüntüyə baxış, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokollar, “Həkimə qədər ölüm halını təsdiq edən” aktı, “ifadələri yerində yoxlanılması” protokolu ilə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-14448/2023 nömrəli məktubu və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmiş, DİN-in Təhlükəsiz şəhər xidmətinin 01 ədəd “DVD” diski sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışması Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, eləcə də cinayət işinin istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırılan halın müəyyən edilməməsi nəzərə alınmışdır(i.v. 134-142). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 8/237-4/134(3-16-16/2-8/237-4/134) nömrəli rəyindən görünür ki, 1.2. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış “N053- 002-2023-11-15_22h50min00s000ms” adlı videoyazının keyfiyyəti yaxşılaşdırılaraq 01 ədəd DVD-R diskə ekspertiza təyin etmiş orqana təqdim olunur. 3. Obyektin sürücünün görünüş dairəsinə düşmə anının müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından 3- cü sual üzrə tədqiqat aparılmadı. 4a.Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış “N053-002-2023-11-15_22h50min00s000ms” adlı videoyazıya görə piyada “Mercedes” markalı avtomobilin sağında bir qədər irəlidə eyni istiqamətdə hərəkətdə olan Sedan tipli avtomobilin sol ön tininin bərabərini keçdiyi andan “Mercedes” markalı avtomobil tərəfindən vurulmasına kimi t=1,2 san vaxt keçmişdir. 4b.Ekspertizaya təqdim olunmuş videoyazılara görə “Mersedes” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini və piyadanın naməlum sedan tipli avtomaşının tin hissəsindən adi yerişlə çıxaraq, yolun sağdan sola keçmək istədiyi andan vurulma anına kimi qət etdiyi məsafəni müəyyən etmək mümkün olmadı. Tədqiqi hissədə göstərilən səbəblərə görə hadisə iştirakçısı olan piyadanın və avtomobilin sürətini və hərəkətlərini xarakterini (tempini) müəyyən etmək mümkün olmadı. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X19, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2000-ci il təvəllüdlü Şahid1, xx.xx.2007-ci il təvəllüdlü X20 uşaqları vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış əlilllik haqqında arayışdan görünür ki, X8 birinci dərəcə əlilliyi vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyadan verilmiş M/V 112300 nömrəli vəsiqədən görünür ki, X23 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Təqdim edilmiş sertifikatlar, fəxri fərman, diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs tibb sahəsində göstərdiyi xidmətlərə görə təltif edilmiş, müvafiq təlimlərdə iştirak etmişdir. Təqdim edilmiş diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs tibb emləri namizədi alimlik dərəcəsi verilmişdir. Təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən X44 PHŞ-in Toksokologiya şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məlumdur ki, AR CM-nin 263.2-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. AR CM-nin 26.1-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışını verir və ehtiyatsızlığın iki növünü fərqləndirir. a)cinayətkarcasına özünəgüvənmə; b)cinayətkarcasına etinasızlıq. AR CM-nin 26.2-ci maddəsində cinayətkarcasına özünəgüvənmənin iki əlaməti nəzərdə tutulur: a) əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi; b) kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi. Əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi cinayətkarcasına özünəgüvənmənin əqli momentinin, kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi isə cinayətkarcasına özünəgüvənmənin iradəvi momentinin məzmununu təşkil edir. Cinayətkarcasına özünəgüvənmə zamanı təqsirkar hər bir halda əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür və dərk edir, lakin kifayət qədər əsas olmadan onların qarşısının alınacağı gümanında olur. Cinayətkarcasına etinasızlıq onunla xarakterizə olunur ki, a) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görmək və ya görə bilmək imkanına malik olur; b) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görmür. CM-in 263.2-ci maddəsində cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərəçəkmiş şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-in 263.2-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir(cinayətkarcasına özünə güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür(cinayətkarcasına etinasızlıq). «Yol hərəkəti haqqında» Qanunun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Həmin qaydalar «yol» termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. Yol hərəkəti haqqında qanunun 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qanunvericiliyin və məhkəmə təcrübəsi baxımından bu növ kateqoriya üzrə işlər üzrə müəyyən olunmalı hallar sırasına aid edilir: təhlükənin yaranma anı, buna dair texniki imkanın olması və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu hallar mütləq qaydada müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin məhkəmə iclası zamanı gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Bu səbəbdən də məhkəmə tərəfindən ifadələr qiymətləndirilərkən ifadələrin özü özlüyündə ziddiyyətli olub-olmamasını, həm də həmin ifadələrin cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşıb-uzlaşmadığını müəyyən etmək, bundan sonra həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilib-edilməməsi dəyərləndirilməlidir. Beləki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, avtomobilini metronun Koroğlu stansiyasının qarşısından H.Əliyev prospekti Mərdəkan qəsəbəsi istiqamətində Olimpiya stadionu ilə üzbəüz sağdan sola olmaqla ən sol zolaqla, saatda 80 km/saat surətlə idarə etmişdir. Yolda nə qızı, nə yoldaşı tərəfindən ona heç bir maneə olmayıb, onun bütün fikri yolda olmuşdur. Ən sol zolaqla hərəkətdə olarkən bir anda kölgə kimi maşının sağ tərəfindən nə isə çırpılmışdır. Yoldaşı ani olaraq ondan maşını saxlamağını tələb etmişdir. O maşını saxlamış və maşından düşəndən sonra nə sağda, nə də solda heç birşey görməmişdir. Maşının arxasına keçəndə 15-20 metr arxada piyadanı asfaltın üzərində görmüşdür. Hadisənin baş verməsinin qarşısını almağa imkanı olmamışdır. O piyadanı ümumiyyətlə görə bilməmişdir, maşına nə isə çırpıldığını hiss etmişdir, əyləci basmağa imkanı olmamışdır, maşına toxunmanı hiss etdikdən sonra maşını saxlamışdır, həmin yolda hərəkət sürəti həddi 90 km/saat olmuşdur. Bütün diqqəti yolda olmuşdur, görmə qabiliyyəti yaxşıdır, yolun işıqlandırması zəif olsa da olmuş, maşının işıqları normal olmuşdur. Sağında çox sıx maşınlar getmiş, qarşısındakı maşınla 5-10 metr ara məsafəsi olmuşdur, sağda isə ara məsafəsi lap az olmuşdur, piyadanın onun görünüş dairəsinə düşməsi mümkün deyil. Piyada sağdan sola keçmişdir, o, piyadanı vurana kimi piyada artıq 4(dörd) zolaq hərəkət hərəkət etmiş, hava qaranlıq olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə istintaqı zamanı ifadəsində ən sol zolaqla hərəkət etdiyini qeyd etmişdir. Lakin hadisəni özündə əks etdirən N053-002-2023-11-15_22h50min00s000ms və N054-001-2023-11- 15_22h50min00s000ms video görüntülər, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş sxem və iş materiallarında olan digər sənədlərdən görünür ki, hadisə yolun beşinci zolağında baş vermiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtonəqliyyat vasitəsi beşinci solaqda hərəkətdə olmuş, manevr edərək zolağı dəyişmək istəyərkən piyadını vurmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin dediyi kimi hadisə baş verərkən o, son zolaqda deyil, beşinci zolaqda hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadəsində qeyd etmişdir ki, maşına nə isə çırpıldığını hiss etmiş, əyləci basmağa imkanı olmamış, maşına toxunmanı hiss etdikdən sonra maşını saxlamışdır. Məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, ən sol zolaqla hərəkətdə olarkən təxminən 1(bir) metr məsafədən anidən sağ tərəfdən qara geyimli piyadanın sağdan sola doğru hərəkət etdiyini görmüşdür. Eyni zamanda ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi istiqamətində olarkən avtomobili 80 km/saat sürətlə idarə etdiyini, təxminən 1 metr məsafədən anidən qarşısına piyadanın çıxdığını, tünd rəngli geyimdə olduğu üçün onu öncədən görə bilmədiyini, piyadanı avtomobilinin ön buferinin sağ tərəfi ilə vurduğunu, həmin an avtomobil ilə tormoz verdiyini, zərbədən piyadanın avtomobildən sağ zolağa atıldığını qeyd etmişdir(i.v 45-50). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli 3-16-16/2-8/69-4/24 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş videoyazılara görə piyadanı vurmasına 0,160 san qalmış “Mercedes Benz” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz işığı yanmış, piyadanın vurulmasına 0,08 saniyə qalmış isə avtomobil sola manevr etmişdir. Təqsirləndirilən şəxsin ifadəsində piyadanı ümumiyyətlə görə bilməməsinə, onun hadisənin qarşısını almağa texniki imkanın olmamasına münasibətdə məhkəmə qeyd edir ki, istintaq zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı avtomobili Mərdəkan qəsəbəsi istiqamətində sağdan 5-ci zolaqla 80 km/saat sürətlə hərəkət etdirərkən yolu sağdan sola doğru keçən piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Piyadanın vurulma yeri sağdan 5-ci hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından 18 metrlik məsafədə yerləşir. X38 hərəkəti üçün təhlükə yolu sağdan sola keçən piyadanın sağdan 4-cü zolağa daxil olduğu andan yaranmış və həmin andan vurulma yerinə kimi piyada sakit yerişlə 7,5 metr məsafə qət etmişdir. Mövcud vəziyyətə hərəkət üçün təhlükə yarandığı anda, yəni yolu sağdan sola keçən piyada sağdan 4-cü zolağa daxil olduğu anda Mercedes Benz markalı avotomobilin piyadanın vurulma yerindən olduğu məsafə müəyyən olunaraq hərəkət üçün təhlükə yarandığı andan, yəni sağdan sola keçən piyada sağdan 4-cü sola daxil olduğu anda Mercedes Benz markalı avtomobil piyadanı vurma yerindən olduğu məsafə 136,4 metrə(7.5/4,4*80) uyğun olmuşdur. Bununla bağlı ekspert tərəfindən düstur tərtib edilmişdir. Aparılmış hesabatla müəyyən edilmişdir ki, mövcud yol şəraitində Mercedes Benz markalı avtomobilin dayanması 80 km/saat sürətində 65 metrə uyğundur. Aparılmış hesabata əsasən mövcud şəraitdə Mercedes Benz markalı avtomobilin 80km/saat hərəkət sürətinə uyğun görünüş məsafəsi 49,5 metr müəyyən edilmişdir(ekspert rəyi i.v.95-100). Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş sxemdən görünür ki, H.Əliyev propektinin Mərdəkan istiqamətində olan hissəsi 6(altı) zolaqdan ibarət olmaqla, hər zolağın ölçüsü 3.5 metrdən ibarətdir. Piyadanın vurulma yeri yolun sağ kənarından sola doğru 18 metr məsafədə müəyyən edilmişdir. Məhkəmə istintaq tərəfindən müəyyən edilmiş təhlükə yaranma anı ilə razılaşaraq hesab edir ki, X21 üçün təhlükənin yaranma anı piyadanın dördüncü zolağa daxil olma anından əmələ gəlmişdir. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi sağdan beşinci zolaqda hərəkətdə olmuş, onun avtomaşınının önündə naməlum sedan tipli başqa nəqliyyat vasitəsi olmuşdur. İş materiallarında olan “N054-001-2023-11-15_22h50min00s000ms” video görüntüdən müəyyən olunur ki, piyadanın sağdan dördüncü zolağa daxil olan anda dördüncü zolaqda olan naməlum tipli nəqliyyat vasitələri dayanaraq uzaqvuran işıqlardan istifadə etməklə piyadaya yol verir, həmin vaxtda Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi sağdan beşinci zolaqda, onun önündə olan naməlum sedan tipli başqa nəqliyyat vasitəsi ilə hərəkətdə olmuş, piyada beşinci zolaqda öndə olan naməlum tipli nəqliyyat vasitəsinin qarşısından keçərək beşinci zolağın qurtaracağında hərəkətini davam etdirərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin manevr etməsi nəticəsində vurulmuşdur. Ümumiyyətlə elmi ədəbiyyatlarda təhlükə dedikdə nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azatlması tələb edən yol hərəkətinin başqa halları(qəflətən yaranmış nasazlıq, yolda aşkar edilmiş maneə və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətdə olduğu beşinci zolaqda olarkən dördüncü zolaqda olan nəqliyyat vasitələrinin tam dayanması, onunla eyni zolaqda öndə olan naməlum sedan tipli nəqliyyat vasitəsinin əyləcdən istifadə edərək surətini azaldaraq dayanma həddinə endirməsi təklükədən xəbər verən element hesab edilməlidir. Yaranmış vəziyyətdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil sola manevr edərək piyadanı vurulmasına 0,160 saniyə qalanadək ümumiyyətlə əyləcdən istifadə etməmiş, yalnız piyadanın vurulmasına 0,160 saniyə qalmış avtomobilin əyləcindən istifadə edilmiş və əyləcin işığının yanması müəyyən edilmişdir. Məhkəmənin diqqətini çəkən məqamlardan biri də ondan ibarət olmuşdur ki, piyada yolun dördüncü zolağına daxil olana kimi üç zolağı keçərək gəlmiş və onun hərəkətinə uyğun olaraq keçdiyi zolaqlarda hərəkətdə olan nəqliyyat vasitələri dayanmaqla piyadaya yol vermişdir. Göründüyü kimi beçinci zolaqda hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin özündən sağda olan dördüncü zolağa daxil olan təhlükəyə qarşı görünüşünü məhdudlaşdıran hər hansı bir maneə olmamış, əksinə onun təhlükənin yaranmasını görə bilmək imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi vəsatət verərək hadisənin baş vermə mexanizmini belə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Mercedes” markalı Az **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X27 Hava Limanı istiqamətində yolun “Olimpiya Stadionu” ilə “Zabrat-Maştağa” yolayrıcı arasında olan hissəsində 80km/saat sürətlə hərəkətdə olarkən, onun sağında, eyni istiqamətdə hərəkət edən Sedan tipli naməlum avtomobillərin sağ tərəfə görünüşünü məhdudlaşdırılması səbəbindən, idarə etdiyi avtomobildən təxminən 1,2 metr aralı yan məsafəsi ilə bir qədər irəlidə hərəkət edən naməlum Sedan tipli avtomobilin qarşısından yolu sağdan sola keçən 1956-cı il təvəllüdlü piyada Arif Acaloğlunun sonuncu avtomobilin qarşı tin hissəsindən çıxdığı anadək görmək imkanı olmamış və görməmiş, piyada həmin avtomobilin tin hissəsindən çıxdığı andan sonra 1,2 metr məsafə qət etdiyi anda idarə etdiyi anda idarə etdiyi avtomobilin qarşı sağ tinə yaxın hissəsi ilə piyadanı vurmuş, nəticədə piyada ölümünə səbəb olan xəsarətlər almışdır. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyada Arif Acaloğlunun onun sağında bir qədər irəlidə hərəkət edən naməlum Sedan tipli avtomaşının qarşısından çıxaraq, onun görünüş dairəsinə düşdüyü andan yaranmışdır. Təhlükə yarandığı andan vurulduğu anadək piyada adi yerişlə 1,2 metr məsafə qət etmişdir. Ölmüş zərərçəkən Arif Acalovun adi yerişlə hərəkət surətinin orta həddi müvafiq olaraq piyadaların hərəkət surəti cədvəlindən götürülməlidir. Bununla bağlı məhkəmə tərəfindən əlavə məhkəmə-videotexniki və yol-nəqliyyat hadisəsi ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 8/237-4/134(3-16-16/2-8/237-4/134) nömrəli rəyi ilə müəyyən edilmişdir, yolu sağdan sola doğru keçən piyada naməlum sedan tipli avtomobilin qarşısından çıxdığı anda piyada ilə həmin avtomobilin qabaq hisəsi arasında çox kiçik məsafə olmamış, yəni piyada həmin avtomobilin qabağından müəyyən qədər aralı məsafədə çıxmışdır. Belə vəziyyətdə isə piyada sürücünün görünüş dairəsinə həmin avtomobilin qarşısından çıxdığı andan deyil, ondan əvvəl düşür. Ona görə də, piyadanın sürücünün görünüş dairəsinə düşdüyü andan vurulmaya kimi qət etdiyi məsafə və həmin andan vurulmaya kimi keçən vaxt piyadanın həmin avtomobilin qarşısından çıxdığı andan vurulmaya kimi qət etdiyi məsafədən və həmin andan vurulmaya kimi keçən vaxtdan böyük olacaqdır. Lakin müdafiə tərəfi heç bir əsaslandırma olmadan qeyd olunan vəziyyətdə sürücünün hərəkəti üçün təhlükənin yolu sağdan sola keçən piyadanın onun qabağında bir qədər irəlidə hərəkət edən naməlum sedan tipli avtomobilin qarşı tin hissəsindən çıxaraq onun görünüş dairəsinə düşdüyü andan yaranmasını göstərmişdir. Bundan başqa piyadanın qət etdiyi məsafə ifadələrə əsasən deyil hadisə yerinin müayinəsi və ya ifadənin yerində yoxlanılması zamanı piyadanın vurulma yeri nəzərə alınmaqla müəyyən edilir. Lakin müdafiə tərəfinin vəsatətində avtomobillərin hərəkət hissəsinin kənarlarına və yaxud zolaqları ayıran qırıq xətlərə nəzarən hərəkət koordinatları məlum olmadan, yanbayan hərəkətdə olmayan, yəni biri qabaqda digəri isə ondan arxada hərəkətdə olan avtomobillər arasında yan məsafənin 1-1.2 metr olması və həmin məlumat əsasında da piyadanın sedan tipli avtomobilin qarşısından çıxdığı andan vurulmaya kimi 1,2 metr məsafə qət etməsi göstərilmişdir. Qeyd olunanlar isə onu izah edir ki, müdafiə tərəfinin vəsatətinə əsasən qərarda göstərilənlər, yəni təhlükənin yolu sağdan sola keçən piyadanın onun qabağında bir qədər irəlidə hərəkət edən naməlum sedan tipli avtomobilin qarşı tin hissəsindən çıxaraq onun görünüş dairəsinə düşdüyü andan yaranması və həmin andan vurulana kimi piyadanın 1,2 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğu deyildir. Eyni zamanda məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş ekspert X10 verilmiş suallara cavab olaraq göstərmişdir ki, videogörüntüdən aydın olur ki, piyada ilə avtomobil arasında müəyyən məsafə var, piyada avtomobil ilə bitişik çıxmır. Həmin məsafənin olduğu şəraitdə sürücünün avtomobili üçün təhlükənin yaranması piyadanın avtomobilin tinindən çıxdığı anda deyil, ondan əvvəl yaranır, həmin məsafənin nə qədər olduğu bilinmir, ancaq məsafə var, təhlükənin nə vaxtdan yarandığını demək olmur. Ekspertiza real məlumatlar əsasında aparılır. İfadənin yerində yoxlanılması zamanı real məsafələr göstərilib. Videogörüntüyə əsasən piyadanın avtomobildən neçə metr aralıda olması müəyyən etmək olmur, ifadənin yerində yoxlanılması zamanı sürücünün piyadanı vurması yeri nəzərə alınmaqla, avtomobilin olduğu yer nəzərə alınmaqla, piyadanın avtomobilin qarşısına çıxması yeri nəzərə alınmaqla müəyyən edilir. Orada 1.2 metr məsafə olması real deyil. 1.2 saniyə olan vaxt həmin vəsatətdə verilən təhlükə yaranan andan piyadanın tin hissədən çıxdığı andan yaranan vaxtdır, həmin andan verilən təhlükənin yarandığı real deyil. Ekspertizada iş materiallarında verilən bütün real məlumatlar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, müdafiə tərəfinin təqdim etdiyi məlumatlar, gətirdiyi dəlillər öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlar biri-digərini tamamlamaqla ziddiyyət təşkil etmədiyindən, müdafiə tərəfinin təqdim etdiyi dəlillər özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Şahid1 və Şahid2 məhkəmə iclası zamanı dəyişdirilmiş ifadələrinə münasibətdə qeyd edir ki, ibtidai istintaq dövründə verdiyi ifadələrini oxumadan imzalamaları, bəzi məqamların gözündən yayınması ağlabatan hesab edilə bilməz. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza, əlavə ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CM 144- 146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2)alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3)qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə(CM-in 62-ci maddəsi) ; 4)şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-in 70-ci maddəsi); 5)təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqğının olmasını(59.1.4), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxış iclaslarında təqsirləndirilən şəxsin nəğd şəkildə 35 000(otuz beş min) manat, beş ay müddətinə hər ay 1000(min) manat olmaqla təklifinə münasibətdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələrinin razılığı ilə təklifin dəyərləndirilməsi üçün məhkəmə iclasları təxirə salınaraq kifayət qədər vaxt verilmişdir. Qeyd edilən təklif müvafiq media qrumlarında da dərc edilmişdir. Lakin müdafiə tərəfi ilə zərərçəkmiş şəxsin hüquqi varisi arasında davam edən uzun müddətli danışıqlardan sonra razılıq əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, barışığın əldə edilməməsi maddi və mənəvi ziyanın məbləği ilə bağlı olmuş, təqsirləndirilən şəxsin təklif etmiş olduğu məbləğlə zərərçəkmiş tərəf(mülki iddiaçılar) razı olmamış, zərərçəkmiş şəxsin təklif etdiyi məbləğə isə təqsirləndirilən şəxs maddi baxımdan imkanının olmaması ilə bağlı razılaşma əldə edilməmişdir. Belə ki, məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri zərərçəkən tərəfin qeyd edilən məbləğlə razı olmadığını, media və sosial şəbəkədə dərc edilən məlumatların onlara təsir etməsini bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən tələb edilən məbləğin yüksək olması, həmin məbləği ödəməyə maddi imkanının olmaması səbəbindən razılaşma əldə edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, barışığın əldə edilməməsi maddi zərərin məbləği ilə bağlı olmuş, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə baxışı dövründə mülki iddia verilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza(əsas cəza kimi) nəzərdə tutulmuşdur. Qeyd edilən əmələ münasibətdə cəzanın həddi cəzaçəkmə müəssisəinin növünün müəyyən edilməsinə təsir edir. Belə ki, cinayət qanunvericiliyində cəzanı ağırlaşdıran halların dairəsi dəqiq müəyyən olunmuş(CM 61-ci maddə), oxşar işlər üzrə hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma mövcud deyil. CM-nin 58.3-cü maddəsində cəza təyin edilərkən yalnız cəzanı yüngüllləşdirən və ağırlaşdıran halların nəzərə alınması deyil, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması məcmu halda nəzərədə tutulmuşdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət ehtiyatsızlıqdan törədilən az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin uzun müddət tibb sahəsində göstərdiyi xidmətlər, əldə etdiyi nailiyyətlər, əldə etdiyi təcrübənin cəmiyyətə verdiyi və verə biləcəyi fayda nəzərə alınmalı, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən X44 PHŞ-in Toksikologiya şöbəsində şöbə müdiri vəzifəsində işləyir(arayış), tibb elmləri namizədi alimlik dərəcəsinə malikdir(diplom). Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış əlilllik haqqında arayışdan görünür ki, X12 birinci dərəcəli müddətsiz əlillik verilmişdir(ailənin həyat şəraitinə təsiri). Məhkəmə yuxarıda göstərilənlərə əsasən maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın(əsas və əlavə) həddinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla(CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 250 və 200 manat, cəmi 450 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), DVD-R və CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. X30, X24 və X4 mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs X22 xeyrinə dəymiş mənəvi zərərə görə 100 000 manat, maddi zərərə görə 127395 manat, ödənilmiş dövlət rüsumuna görə 718 manat, X13 xeyrinə dəymiş mənəvi zərərə görə 100 000 manat, X2 xeyrinə dəymiş mənəvi zərərə görə 100 000 manat tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X30, X24 və X4 mülki iddia ərizəsinə əlavə ilə müraciət edərək mülki iddia tələbinin təmin olunmasını, yəni Təqsirləndirilən şəxs 296 572.69TL və 41.350 AZN və 29 505 funtsterlinq məbləğində vurulmuş zərərin onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Mülki iddianı onunla əsaslandırmışlar ki, mənəvi zərərə görə ayrı-ayrılıqda 100 000 manat olmaqla, ümumilikdə 300 000 manat qiymətləndirilmiş, Sevda Acalova biletlərə görə 6291 manat xərcləmiş, X17 aylıq 220 manat sosial müavinət və Mərmərə Universitetində müəllim işləməklə cəmi 1462 manat(27792.63 türk lirası) əmək haqqı almışdır. Azərbaycan Respublikasında 2023-cü ilə kişilər üçün orta yaş həddinin 73.6 olmasını nəzərə alaraq Arif Acaloğlu həyatından məhrum olmasaydı 15 840 manat müavinət, əmək haqqı kimi isə 105 264 manat alacaqdır. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, X22 adına “Yapı Kredi” Bankdan kredit şəklində götürülmüş 17 853 TL kredit, İstanbul Anadolu 7 X29 Mirasçılık Belgesi üzrə 1 458,13 TL, Arif Acaloğlunun adına “Yapı Kredi” Bankdan götürülmüş 147 492 TL kredit, “Yapı Kredi” X31 adına götürülmüş 6 061,56 TL və 90 000 TL kredit, İstanbul-Bakı reysi ilə uçuş bileti 10 177 TL, Bakı-İstanbul reysi ilə uçuş bileti 4 286 TL, mərhumun dəfn və yas üçün çəkilmiş xərcləri cəmi 41 350 manat, Arif Acaloğlunun adına kredit kartı ödənməsi birlikdə 19 245 TL, X15 Universitetində təhsil müddəti ərzində, yəni avqust 2023-sentyabr 2026-cı il yaşayış xərcləri hər ay 843 funt-sterlinq olmaqla cəmi 29 505 funt sterlinq tutulması mülki cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə hökmü haqqında 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qanunvericiliyin tələbindən də görünür ki, mülki iddia ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda verilir. Belə ki, mülki iddiada mərhum Arif Acaloğlunun 73.6 yaşınadək gəlirləri, yəni 15 840 manat müavinət və əmək haqqı kimi 105 264 manat xərci, eyni zamanda qeyd edilən aylıq gəlirlərindən əlavə banklara olan kredit borcları(həm özünün, həm də Sevda Acalovanın), Turxan Acaloğlunun təhsil haqları, İstanbul-Bakı, Bakı-İstanbul xərcləri və s. tələb edilir ki, bu xərclərin mərhum Arif Acaloğlunun aylıq gəlirləri ilə birlikdə tələb edilməsi əlavə araşdırma tələb edir. Mülki iddiadan görünür ki, mərhum Arif Acaloğlu aylıq 220 manat sosial müavinət və Mərmərə Universitetində müəllim işləməklə cəmi 1462 manat(27792.63 türk lirası) əmək haqqı almışdır. Mülki iddiada aylıq gəlirlə eyni zamanda əlavə xərclərdən təhsil müddəti ərzində yaşayış xərcləri hər ay 843 funt-sterlinq olmaqla, cəmi 29 505 funt sterlinq tutulması, kredit borclarının tələb edilməsi(X22 adına “Yapı Kredi” Bankdan kredit şəklində götürülmüş 17 853 TL kredit, Arif Acaloğlunun adına “Yapı Kredi” Bankdan götürülmüş 147 492 TL kredit, “Yapı Kredi” X31 adına götürülmüş 6 061,56 TL və 90 000 TL kredit, Arif Acaloğlunun adına kredit kartı ödənməsi birlikdə 19 245 TL) hazırki mərhələdə məhkəməyə aydın olmamışdır ki, əgər həmin xərclər aylıq gəlir hesabına qarşılanırdısa, aylıq gəlirdən əlavə bu xərclərin tələb edilməsi nə dərəcədə doğru ola bilər. Belə olan halda mərhum Arif Acaloğlunun başqa gəlirlərinin olub-olmamasının aydınlaşdırılması zərurəti yaranacaqdır ki, qeyd edilən halın dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacaqdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, mülki iddia tələblərinin ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olub-olmamasının aydınlaşdırılması, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmaların aparılması məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiada göstərilən hallar əlavə araşdırma tələb etdiyindən, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm mülki iddiaçının, həm də mülki cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut CD və DVD-R disklər iş materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 450(dörd yüz əlli)(250+200) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Mülki iddiaçılar tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Mülki iddiaçılara mülki mühakimə qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-15/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-15/2025
27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver