Məhkəmə qərarları › İş №1(008)-150/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-150/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-150/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2005-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olan və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, işsiz, ünvan 2 ünvanda qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən sökülmə prosesində olan evinə qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq oradan 1 ədəd 200 manat dəyərində “Samsung” markalı kondisioneri və 150 manat dəyərində eyvan qapısını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 5 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada olan saxlanc yeri hesab olunan yardımçı tikilidən 200 manat dəyərində 1 ədəd istifadə olunmuş televizor, dəyəri 100 manat olan 2 ədəd istifadə olunmuş ətçəkən maşın, 100 manat dəyərindəki 10 kiloqram mis metalı, 200 manat dəyərində 100 kiloqram aliminium metalını və 1 ədəd 35 manat dəyərindəki əl arabasını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 635 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 fevral 2022-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Təqsirləndirilən şəxs2 küçəsi 106A ünvanında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ticarət köşkünün qarşısına gəldikdən sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 sığortalamaqdan ötrü gəlib-gedən şəxsləri müşahidə edib sonuncuya məlumat vermək üçün o və Təqsirləndirilən şəxs1 həmin ticarət köşkünün qarşısında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə pəncərəsini sıxıb açmaqla saxlanc yeri hesab olunan köşkün içərisinə qanunsuz daxil olaraq, oradan dəyəri 120 manat olan 30 qutu qalın göy rəngli “Sobraniya”, dəyəri 17 manat 50 qəpik olan 5 ədəd qalın “Vinston”, dəyəri 7 manat 50 qəpik olan 3 qutu “Palmalı”, dəyəri 43 manat 20 qəpik olan 12 qutu nazik “Kent 8”, dəyəri 2 manat 80 qəpik manat olan 2 qutu “West”, dəyəri 43.2 manat olan 12 ədəd “Davidoff” markalı siqaret, dəyəri 32 manat olan 16 qutu qara "Maqna”, dəyəri 2 manat 20 qəpik olan 1 qutu “Vegas”, dəyəri 16 manat olan 11 qutu “Bakı” və dəyəri 3 manat 60 qəpik olan 1 qutu Kingston” markalı siqaretləri, dəyəri 3 manat olan 5 ədəd “Popkek” və dəyəri 3 manat olan 5 ədəd “Kurasan” şirniyyatları birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Şahin Əlilliyə ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 11 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 A ünvanı ilə Fətəliyev küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi köşkün qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə köşkün qapısını açaraq saxlanc yeri olan köşkün içərisinə qanunsuz daxil olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 və onu sığortalamaqdan ötrü gəlib-gedən şəxsləri müşahidə edib sonunculara məlumat vermək üçün Təqsirləndirilən şəxs1 həmin ticarət köşkünün qarşısında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və o köşkün içərisindən dəyəri 600 manat olan 150 qutu “Sobraniya”, dəyəri 120 manat olan 40 qutu “LD Compaq”, dəyəri 210 manat olan 60 qutu “Vinston”, dəyəri 112 manat 50 qəpik olan 45 qutu “Palmal”, dəyəri 108 manat olan 30 qutu “Kent 4”, “Kent 8”, dəyəri 52 manat olan 20 qutu “Rotmans” siqaretlərini, dəyəri 70 manat olan 70 ədəd “Kriket” alışqanları, dəyəri 30 manat olan 30 ədəd “Mackofe” və 30 ədəd “Neskafe” markalı kofeləri və 250 manat məbləğində qəpik pullarını birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1552 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 fevral 2022-ci il tarixdə, saat 02 radələrində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Arzu” marketin qarşısına gəldikdən sonra özləri ilə gətirdikləri vint açanla giriş qapısına mexaniki təsir edərək açıb Nurlan Məmmədovla birlikdə saxlanc yeri olan mağazanın içərisinə qanunsuz daxil olaraq oradan dəyəri 800 manat olan 50 qutu qalın göy rəngli, 100 ədəd ağ rəngli qutuda olan nazik və 50 ədəd göy rəngli qutuda olan nazik "Sobraniya", dəyəri 210 manat olan 70 qutu "LD Compaq", dəyəri 350 manat olan 30 qutu boz nazik və 30 qutu boz rəngli qalın, 40 qutu nazik göy "Vinston", dəyəri 125 manat olan 50 qutu "Palmal" , dəyəri 1260 manat olan 200 qutu nazik "Kent-1", 80 qutu "Kent 8" və 70 qutu "Kent-4", dəyəri 130 manat olan 50 qutu "Rotmans", dəyəri 224 manat olan 80 qutu "West", dəyəri 540 manat olan 150 ədəd "Davidoff' markalı, dəyəri 80 manat olan 40 qutu "Prima" markalı, dəyəri 100 manat olan 50 qutu "Arqo" və dəyəri 100 manat olan 50 qutu qara “Manna” siqaretləri. dəyəri 60 manat olan 3 ədəd Çin Xalq Respublikası istehsah olan "PortAble" markalı səsgücləndiriciləri, dəyəri 16 manat olan 1 ədəd Çin Xalq Respublikası istehsah olan qulaqçığı birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 3995 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Təqsirləndirilən şəxs2 küçəsi 106A ünvanında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ticarət köşkünün qarşısına gəldikdən sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 sığortalamaqdan ötrü gəlib-gedən şəxsləri müşahidə edib sonuncuya məlumat vermək üçün o və Təqsirləndirilən şəxs3 həmin ticarət köşkünün qarşısında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə pəncərəsini sıxıb açmaqla saxlanc yeri hesab olunan köşkün içərisinə qanunsuz daxil olaraq, oradan dəyəri 120 manat olan 30 qutu qalın göy rəngli “Sobraniya", dəyəri 17 manat 50 qəpik olan 5 ədəd qalın “Vinston”, dəyəri 7 manat 50 qəpik olan 3 qutu “Palmalı”, dəyəri 43 manat 20 qəpik olan 12 qutu nazik “Kent 8”, dəyəri 2 manat 80 qəpik manat olan 2 qutu “West”, dəyəri 43.2 manat olan 12 ədəd “Davidoff” markalı siqaret, dəyəri 32 manat olan 16 qutu qara “Maqna”, dəyəri 2 manat 20 qəpik olan 1 qutu “Vegas”, dəyəri 16 manat olan 11 qutu “Bakı” və dəyəri 3 manat 60 qəpik olan 1 qutu Kingston” markalı siqaretləri, dəyəri 3 manat olan 5 ədəd “Popkek” və dəyəri 3 manat olan 5 ədəd “Kurasan” şirniyyatları birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Şahin Əlilliyə ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 11 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 A ünvanı ilə Fətəliyev küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi köşkün qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə köşkün qapısını açaraq saxlanc yeri olan köşkün içərisinə qanunsuz daxil olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sığortalamaqdan ötrü gəlib-gedən şəxsləri müşahidə edib sonunculara məlumat vermək üçün o, həmin ticarət köşkünün qarşısında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köşkün içərisindən dəyəri 600 manat olan 150 qutu “Sobraniya”, dəyəri 120 manat olan 40 qutu “LD Compaq”, dəyəri 210 manat olan 60 qutu “Vinston”, dəyəri 112 manat 50 qəpik olan 45 qutu “Palmal”, dəyəri 108 manat olan 30 qutu “Kent 4”, “Kent 8”, dəyəri 52 manat olan 20 qutu “Rotmans" siqaretlərini, dəvəri 70 manat olan 70 ədəd “Kriket” alışqanları, dəyəri 30 manat olan 30 ədəd “Mackofe” və 30 ədəd “Neskafe” markalı kofeləri və 250 manat məbləğində qəpik pullarını birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1552 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 fevral 2022-ci il tarixdə saat 02 radələrində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Arzu” marketin qarşısına gəldikdən sonra özləri ilə gətirdikləri vint açanla giriş qapısına mexaniki təsir edərək açıb Təqsirləndirilən şəxs3lə birlikdə saxlanc yeri olan mağazanın içərisinə qanunsuz daxil olaraq oradan dəyəri 800 manat olan 50 qutu qalın göy rəngli, 100 ədəd ağ rəngli qutuda olan nazik və 50 ədəd göy rəngli qutuda olan nazik "Sobraniya", dəyəri 210 manat olan 70 qutu "LD Compaq", dəyəri 350 manat olan 30 qutu boz nazik və 30 qutu boz rəngli qalın, 40 qutu nazik göy "Vinston", dəyəri 125 manat olan 50 qutu "Palmar, dəyəri 1260 manat olan 200 qutu nazik "Kent-1", 80 qutu "Kent 8" və 70 qutu "Kent-4", dəyəri 130 manat olan 50 qutu "Rotmans", dəyəri 224 manat olan 80 qutu "West", dəyəri 540 manat olan 150 ədəd "Davidoff' markalı, dəyəri 80 manat olan 40 qutu "Prima" markalı, dəyəri 100 manat olan 50 qutu "Arqo" və dəyəri 100 manat olan 50 qutu qara "Maqna" siqaretləri, dəyəri 60 manat olan 3 ədəd Çin Xalq Respublikası istehsah olan "Port Able" markalı səsgücləndiriciləri, dəyəri 16 manat olan 1 ədəd Çin Xalq Respublikası istehsah olan qulaqçığı birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 3995 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə anası Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 03 fevral 2022-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Təqsirləndirilən şəxs2 küçəsi 106A ünvanında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ticarət köşkünün qarşısına gəldikdən sonra əvvəlcədən aralarında olan razılığa əsasən onu sığortalamaqdan ötrü gəlib-gedən şəxsləri müşahidə edib sonuncuya məlumat vermək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin ticarət köşkünün qarşısında dayanaraq ətrafa nəzarət etmiş, o, isə pəncərəsini sıxıb açmaqla saxlanc yeri hesab olunan köşkün içərisinə qanunsuz daxil olaraq, oradan dəyəri 120 manat olan 30 qutu qalın göy rəngli “Sobraniya”, dəyəri 17 manat 50 qəpik olan 5 ədəd qalın “Vinston”, dəyəri 7 manat 50 qəpik olan 3 qutu “Palmalı”, dəyəri 43 manat 20 qəpik olan 12 qutu nazik “Kent 8”, dəyəri 2 manat 80 qəpik manat olan 2 qutu “West”, dəyəri 43.2 manat olan 12 ədəd “Davidoff” markalı siqaret, dəyəri 32 manat olan 16 qutu qara “Maqna”, dəyəri 2 manat 20 qəpik olan 1 qutu “Vegas”, dəyəri 16 manat olan 11 qutu “Bakı" və dəyəri 3 manat 60 qəpik olan 1 qutu Kingston” markalı siqaretləri, dəyəri 3 manat olan 5 ədəd “Popkek” və dəyəri 3 manat olan 5 ədəd “Kurasan” şirniyyatları birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Şahin Əlilliyə ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə anası Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 11 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 A ünvanı ilə Fətəliyev küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi köşkün qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs3 ilə birlikdə köşkün qapısını açaraq saxlanc yeri olan köşkün içərisinə qanunsuz daxil olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 və onu sığortalamaqdan ötrü gəlib-gedən şəxsləri müşahidə edib sonunculara məlumat vermək üçün Təqsirləndirilən şəxs1 həmin ticarət köşkünün qarşısında dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs3 və o köşkün içərisindən dəyəri 600 manat olan 150 qutu “Sobraniya”, dəyəri 120 manat olan 40 qutu “LD Compaq”, dəyəri 210 manat olan 60 qutu “Vinston", dəyəri 112 manat 50 qəpik olan 45 qutu “Palmal”, dəyəri 108 manat olan 30 qutu “Kent 4", “Kent 8”, dəyəri 52 manat olan 20 qutu “Rotmans” siqaretlərini, dəyəri 70 manat olan 70 ədəd “Kriket” alışqanları, dəyəri 30 manat olan 30 ədəd “Mackofe” və 30 ədəd “Neskafe" markalı kofeləri və 250 manat məbləğində qəpik pullarını birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1552 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə anası Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 fevral 2022-ci il tarixdə saat 02 radələrində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Arzu” marketin qarşısına gəldikdən sonra özləri ilə gətirdikləri vint açanla giriş qapısına mexaniki təsir edərək açıb Təqsirləndirilən şəxs3lə birlikdə saxlanc yeri olan mağazanın içərisinə qanunsuz daxil olaraq oradan dəyəri 800 manat olan 50 qutu qalın göy rəngli, 100 ədəd ağ rəngli qutuda olan nazik və 50 ədəd göy rəngli qutuda olan nazik "Sobraniya", dəyəri 210 manat olan 70 qutu "LD Compaq", dəyəri 350 manat olan 30 qutu boz nazik və 30 qutu boz rəngli qalın, 40 qutu nazik göy "Vinston", dəyəri 125 manat olan 50 qutu "Palmar, dəyəri 1260 manat olan 200 qutu nazik "Kent-1", 80 qutu "Kent 8" və 70 qutu "Kent-4", dəyəri 130 manat olan 50 qutu "Rotmans", dəyəri 224 manat olan 80 qutu "West", dəyəri 540 manat olan 150 ədəd "Davidoff' markalı, dəyəri 80 manat olan 40 qutu "Prima" markalı, dəyəri 100 manat olan 50 qutu "Arqo" və dəyəri 100 manat olan 50 qutu qara "Maqna" siqaretləri, dəyəri 60 manat olan 3 ədəd Çin Xalq Respublikası istehsah olan "Port Able" markalı səsgücləndiriciləri, dəyəri 16 manat olan 1 ədəd Çin Xalq Respublikası istehsah olan qulaqçığı birlikdə ələ keçirib gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 3995 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oğurluq hadisələrini törədən zaman narkotik vasitələrdən istifadə edirdi. Bu səbəbdən də narkotik vasitə əldə etmək üçün oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən 1 il əvvəl tanımış, bir müdət bir yerdə yaşamışlar, lakin oğurluq hadisələrindən sonra ondan ayrılmışdır.O, narkomaniyadan müalicə almış və hal-hazırda narkotik vasitələrdən istifadə etmir.04 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində narkotik vasitə əldə etmək üçün pula ehtiyacı yaranmış. O da buna görə pul əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. O, bu məqsədlə piyada Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisinə gəlmişdir. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Sity” ticarət mərkəzinin ətrafındakı binaların ətrafında gəzişərkən 3 mərtəbəli bina görmüş, həmin binanın 3 mərtəbəli olmasını və söküntü işləri aparıldığını görmüşdür. O, fikirləşmişdir ki, həmin binada yaşayış yoxdur və sahibsizdir. Buna görə də binanın həyətinə daxil olaraq ikinci mərtəbəsinə çıxmışdır.O, həmin evin otağında kondisioner olmasını görmüş və oğurlamaq qərarına gəlmişdir. O, həmin kondisioneri bir neçə saat ərzində sökmüş və təxminən 08 radələrində həmin kondisioneri yolun kənarına daşıyaraq aparmışdır.O, oğurladığı kondisioneri satmaq üçün, həmin kondisioneri yolun kənarına daşımış, tanımadığı taksi ilə Suraxanı qəsəbəsi ərazisinə getək istədiyini bildirmiş, həmin şəxs də onunla razılaşaraq,kondisioneri avtomobilinə yükləyərək Suraxanı qəsəbəsinə getmiş və taksi sürücüsünə 3 manat pul vermişdir. O, həmin kondisioneri tanımadığı şəxsə 100 manata satmış və pulunu xərcləmişdir. O, həmin hadisəni tək törətmiş, ona kimsə köməklik etməmişdir. Kondisoneri ondan alan şəxs və taksi sürücüsü həmin kondisionerin oğurluq olmasını bilməmişdir. O, tutulduqdan sonra bilmişdir ki, oğurluq etdiyi ev Zərərçəkmiş şəxs1 məxsus evdir.O, həmin evdən yalnız kondisioner oğurlamış, qapını oğurlamamışdır. Bundan başqa 06 yanvar 2022-ci il tarixdə onun pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o piyada Bakıxanov qəsəbəsinin ərazisində gəlmişdir. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə gölü” adlanan gölün ətrafında yerləşən sahibsiz evlərə baxaraq, oradan qiymətli əşya oğurlamaq istəmişdir. O, piyada evlərə baxakən bir evin işıqlarının söndürülmüş olduğunu görmüş və bir qədər həmin evi kənardan müşahidə etdikdən sonra evdə hər hansı şəxsin olmdığına əmin olduqdan sonra hasardan içəri daxil olmuşdur. O, içəri daxil olmuş, lakin evin qapısı bağlı olduğundan içəri girə bilməmişdir. Həmin vaxt evin həyətində yarım tikilinin qapısının açıq olmasından istifadə edərək ora daxil olmuşdur.O, həmin yarım tikili evdən 1 ədəd “LG” markalı istifadə edilmiş köhnə markalı televizor, 2 ədəd istifadəyə yararsız ətçəkən, aliminium profillər və mis naqil oğurlamışdır. O, həmin əşyaları evin həyətindəki arabaya yığmış və sürüb yaşadığı evin yanındakı sahibsiz yarımtikiliyə gətirib oraya yığmışdır. O, mis naqili həmin günü yaşadığı evin küçəsində tanımadığı narkotik vasitə qəbul edən şəxslərə verib əvəzində narkotik vasitə alaraq qəbul etmişdir.O, Aliminiumu kiməsə sata bilməmişdir. Eləcə də televizoru və ətçəkənləri də bir neçə nəfərə almaq üçün təklif etsə də kimsə almamış və buna görə də həmin əşyaları xatırlamadığı yerə tullamışdır. Qeyd etmişdir ki, o həmin oğurluq hadisəsini tək törətmiş, ona kimsə köməklik etməmişdir.O, tutulduqdan sonra oğurluq hadisəsini etiraf etmiş və ona məlum olmuşdur ki, oğurluq etdiyi həmin ev Zərərçəkmiş şəxs5 məxsus evdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Tehran ilə birlikdə onun Suraxanı qəsəbəsində yerləşən evində olan zaman narkotik vasitə almaq üçün pul lazım olması barədə aramızda söhbət edirdik. Çünki həmin vaxt pulumuz yox idi. Bu zaman Nurlan bizə dedi ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək oradakı mağazalardan və ya köşklərdən siqaret və digər ərzaq oğurlayaq və sataraq əldə etdiyimiz pula narkotik vasitə alıb istifadə edək. O, Tehran ilə birlikdə Nurlanın təklifi ilə əvvəlcə razı rıimamıçiar lakin Nurlan onları inandırmışdır ki, tutulmayacaqlar. Onun və Tehranın da həmin narkotik vasitəyə ehtiyacları olduğuna görə razılaşmalı olmuşlar və bundan sonra Nurlan ilə birlikdə o və Tehran Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmişlər və piyada hərəkət etdikdən sonra onlar Bakıxanov qəsəbəsi, Təqsirləndirilən şəxs2 küçəsində yerləşən siqaret köşkünün qarşısına gəlmişlər Bundan sonra həmin günü saat 04 radələrində Nurlan həmin köşkün ön pəncərəsini daşla sındırıb tək içəri daxil olmuş, o, İsə Tehran ilə birlikdə əvvəlcədən razılaşdıqları kimi ətrafda dayanıblar, gələn olsa xəbər edtsinlər. Bundan sonra Nurlan köşkün içərisində olan vitrindən təxminən 20-30 qutu “Kent”, “Keno” “Maqna”, “Prima” və digər markasını xatırlamadığı siqaretləri markasını bilmədiyi şirniyyatları orada olan torbaya yığıb pəncərədən ona vermiş və o, da kənara çəkilib Nurlanın gəlməsini gözləmişdir. Daha sonra isə Nurlan anasını çağırmış və onun yanına gedəndə Tehrana pəncərədən əlavə olaraq qutuda siqaret vermişdir. Bundan sonra onlar həmin siqaretləri də götürüb tanımadıqları taksiyə minib Suraxanı qəsəbəsinə gəlmişlər. Bundan sonra o, Tehranı və Nurlanı evlərinə yola salmış, həmin günü axşam saatlarında oğurladığı siqaretləri Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsə narkotik vasitə əldə eləmək üçün vermiş və o, da 50 manat dəyərində narkotik vasitə olan heroini ona vermişdir. O da həmin narkotik vasitəni Tehran ilə birlikdə istifadə etmişdir. Qeyd etmişdir ki, həmin vaxt əynində cins şalvar, ağ rəngli idman ayaqqabısı, qara rəngli dəri gödəkçə olmuşdur, Tehranın əynində qırmızı rəngli kurtka və cins şalvar olmuşdur, Nurlanın əynində isə qara rəngli kurtka, cins şalvar və idman ayaqqabıları olmuşdur. Qeyd etmişdir ki, oğurladıqları əşyaları satdıqları şəxs həmin əşyaların oğurluq olmasını bilməmişdir və həmin şəxsi tanımır. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə satlarında yenidən Tehran ilə birlikdə onun Suraxanı qəsəbəsində yerləşən evində olan zaman narkotik vasitə almaq üçün pul lazım olması barədə aralarında söhbət etmişlər. Çünki həmin vaxt pulları yox idi. Bu zaman Nurlan onlara deyib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək oradakı mağazalardan və ya köşklərdən siqaret və digər ərzaq oğurlayaq və sataraq əldə edəcəkləri pula narkotik vasitə alıb istifadə etsinlər. Bundan sonra onlar tanımadıqları taksi sürücüsünün avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığına gəlmişlər. Həmin vaxt saat 04 radələri olmuşdur. Bundan sonra həmin köşkün sağ tərəfindəki qapını o, özüylə gətirdiyi atfyorka ilə o və Nurlan bir neçə dəfə müdaxilə edib açmağa çalışmışdır. Sonra isə qapının açıq olmasını görmüşlər. Bundan sonra əvvəlcə Nurlan içəri daxil olmuş, sonra isə o da içəri daxil olmuşdur. O və Nurlan köşkün içərisindən müxtəlif adda siqaretləri, bir neçə ədəd kofeləri, bir neçə ədəd alışqanları 3 ədəd sellofan torbaya yığaraq oradan çıxıb getmişdir. Həmin vaxt Tehran isə çöldə dayanıb ətrafa nəzarət edirdi ki, gələn olsa onlara xəbər etsin. Həmçinin o, orada olan stəkanın içərisindən 4-5 manat dəyərində qəpik pulları da götürmüşdür. Bundan sonra isə onlar birlikdə oradan Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gəlmişdir. Bundan sonra həmin siqaretlərin bir hissəsini o özü istifadə etmiş və siqaretlərin bir hissəsini və alışqanları isə üzdən tanıdığı adını bilmədiyi şəxsə verib ondan 150 manat dəyərində narkotik vasitə olan heroin almış və qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 ilə birgə istifadə etmişdir. Pulu isə xərcləmiş, şirniyyatları isə yemişdir. O qeyd etmişdir ki, həmin vaxt əynində cins şalvar, ağ rəngli idman ayaqqabısı, qara rəngli dəri gödəkçə olmuşdur, Tehranın əynində qırmızı rəngli kurtka və cins şalvar olmuşdur, Nurlanın əynində isə qara rəngli kurtka, cins şalvar və idman ayaqqabıları olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə Tehran ilə birlikdə onun Suraxanı qəsəbəsində yerləşən evində olan zaman narkotik vasitə almaq üçün pul lazım olması barədə onlar aralarında söhbət etmişlər. Bu zaman Nurlan ona demişdir ki, onunla birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək oradakı mağazalardan və ya köşklərdən siqaret və digər ərzaq oğurlayaq və sataraq əldə etdikləri pula anası üçün və onun üçün narkotik vasitə alıb istifadə etsinlər. Həmin vaxt Tehran yorğun olduğundan Nurlan ona getməməsini demişdir. Tehran da getmək istəmədiyini bildirmişdir. Bundan sonra o və Nurlan tanımadıqları taksi sürücüsü ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” marketin yanına gəlmişlər. Həmin vaxt saat 04 radələri olmuş, o özü ilə gətirdiyi vintaçanla marketin qarşısındakı plastik qapısını açmış və Nurlanla birlikdə içəri daxil olmuşdur. O və Nurlan oradan birlikdə 3 ədəd torbalara müxtəlif adda siqaretlər, 1 ədəd səsgücləndiricini, 2 ədəd “Bella" markalı saç şampunu götürüb 3 ədəd sellofan torbalara yığmış və sonra da birlikdə həmin məhsulları götürüb mağazanı tərk etmişlər. Bundan sonra tanımadığı taksi ilə Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gəlmişdir. Sonra Təqsirləndirilən şəxs2 Mirağa oğlunu evə yola salmış, oğurladığı siqaretləri və digər əşyaları Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gedərək üzdən tanıdığı adını bilmədiyim şəxsə verərək 100 manat dəyərində narkotik vasitə olan metamfetamin və heroin götürərək evə qayıdaraq qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 ilə birgə istifadə etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. O, cinayət nəticəsində vurulmuş zərərdən bacardığı qədər ödəniş etmiş və hər bir zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 təxminən 1 ildir ki, tanıyırdı. Belə ki, o, Cavid ilə qeyri-rəsmi ailə münasibətdə yaşamış, o və Cavid narkotik vasitə aludəçisi olmuşlar. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Cavid ilə birlikdə olarkən narkotik vasitə almaq üçün pula ehtiyacları yaranmış, lakin nə onun nə də ki Cavidin pulu olmamışdır. Bu zaman oğlu Nurlan onlara, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi ərazisində mağazaların birindən oğurluq etməkləri təklif etmişdir. O, Cavid ilə birlikdə Nurlanın təklifi ilə razılaşmamışlar, lakin Nurlan israr etdikdən sonra Cavidin və onun pula ehtiyacları olduğundan Nurlanla razılaşmışlar. Bundan sonra o, Cavid və Nurlan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmişlər və piyada hərəkət etdikdən sonra həmin qəsəbədə yerləşən ticarət köşkün qarşısına gəlmişlər. Onlar köşkə çatarkən saat təxminən 04 radələri olmuş, həmin yerə çatdıqdan sonra oğlu Nurlan həmin köşkün ön pəncərəsini daşla sındıraraq tək içəri daxil olmuşdur. O, da Cavid ilə birlikdə köşkün qarşısında küçədə dayanıb ətrafa nəzarət etmişlər ki, gələn olsa xəbər etsinlər. Bundan sonra Nurlan köşkün içərisində olan vitrindən təxminən 50-60 qutu “Keno”, “Maqna”, “Prima” və digər markasını xatırlamadığı siqaretləri orada olan torbaya yığıb pəncərədən Cavidə vermiş və kənara çəkilib onun gəlməsini gözləmişdir. Həmçinin Nurlan onu çağırmış və pəncərədən də ona siqaretlərin bir hissəsini vermişdir. Bundan sonra onlar həmin siqaretləri də götürüb tanımadıqları taksiyə minib Suraxanı qəsəbəsinə gəlmişlər. Bundan sonra Cavid onu və oğlunu kirayə yaşadıqları evə gətirmiş və oğurladıqları siqaretləri də özü ilə satmaq üçün aparıb getmişdir. Həmin günü axşam saatlarında Cavid olduğu evə gəlmiş və narkotik vasitə də alıb gətirmişdir. Cavid ona siqaretləri narkotik vasitə ilə dəyişdiyini bildirmiş, siqaretlərin bir hissəsini də istifadə etmişlər. Qeyd etmişdir ki, həmin vaxt Cavid cins şalvar, ağ rəngli idman ayaqqabısı, qara rəngli dəri gödəkçə geyinmiş, özü isə qırmızı rəngli kurtka və cins şalvar geyinmişdir. Nurlan isə qara rəngli kurtka, cins şalvar və idman ayaqqabısı geyinmişdir. Qeyd etmişdir ki, oğurladıqları əşyaları Cavid satmışdır. xx.xx.2022-ci il tarixdə gecə satlarında yenidən narkotik vasitə almaq üçün pul lazım olmuş, bu dəfə də Nurlan ona və Cavidə, yenidən oğurluq etməklərini təklif etmişdir. Bundan sonra tanımadıqları taksi sürücüsünün avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığına gəlmişlər və həmin vaxt saat 04 radələri olmuşdur. Bundan sonra həmin köşkün sağ tərəfindəki qapını Cavid özü ilə gətirdiyi atfyorka ilə müdaxilə edib açmışlar, bundan sonra oğlu Nurlan içəri daxil olmuş, arxasınca isə Cavid içəri daxil olmuşdur. O, isə mağazanın çöl tərəfində dayanıb ətrafa nəzarət etmişdir ki, gələn olsa onlara dərhal xəbər etsin. Bundan sonra Nurlan və Cavid mağazanın içərisindən siqaretləri və digər əşyaları torbalara yığıb çölə çıxmışdırlar və onlar birlikdə oradan Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gəlmişlər. Həmin siqaretlərin bir hissəni istifadə etmək üçün götürmüş, qalan hissəsini də Cavid satmaq üçün aparmış və həmin əşyaları narkotik vasitəyə dəyişmişlər. Daha sonra isə həmin gün Cavid həmin siqaretləri sataraq müqabilində narkotik vasitə olan “kakos” və “şüşə” alıb gətirmiş və onlar birlikdə istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə Cavid onun yaşadığı evdə olarkən yenidən narkotik vasitə almaq üçün pula ehtiyacları olmuşdur. Həmin zaman o, yorğun olmuşdur. Nurlan da Cavidə təklif etdi ki, ikisi birlikdə gedərək oğurluq etsinlər. Mənim yuxum gəldiyi üçün yatmışdır. Lakin səhər saatlarında oyananda Cavid ona demişdir ki, yenidən Sabunçu rayou, Bakıxanov qəsəbəsində yerləşən köşklərin birinə daxil olaraq oğurluq etmişlər. Həmin vaxt Nurlan da onunla getmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası Təqsirləndirilən şəxs1 və nənəsi Xeyrat Yusifova ilə birlikə yaşayır. Təqsirləndirilən şəxs3 anası ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Anası Tehran və Cavid narkotik vasitə aludəçiləridir. xx.xx.2022-ci il tarixdə anam və Cavid evdə aralarında söhbət edərkən eşitmişdir ki, onun anasının narkotik vasitə alması üçün pulu yoxdur və pul tapa bilmirlər. O da anasının ağrılarını gördüyü üçün onlara köməklik etmək məqsədilə oğurluq etməyi təklif etmişdir. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazalardan siqaret və digər qiymətli ərzaqları oğurlayıb satıb pul əldə etməyi təklif etmişdir. Anası, Tehran və Cavid əvvəlcə onunla razılaşmamışdılar. Lakin o, anasının narkotik vasitə alması mqəsədilə pul tapması üçün onlara israr etmiş və bundan sonra anası və Cavid onunla birlikdə oğurluq etməyə razı olmuşdular. Bundan sonra anası və Cavidlə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmiş və piyada hərəkət etdikdən sonra onlar Bakıxanov qəsəbəsi, Təqsirləndirilən şəxs2 küçəsində yerləşən siqaret köşkünün qarşısına gəlmişlər. Həmin vaxt saat 04 radələri olardı. Sonra o həmin köşkün ön pəncərəsini daşla sındıraraq tək içəri daxil olmuşdur. Cavid və anam isə razılaşmışlar ki, ətrafda dayanaraq ətrafa nəzarət etsinlər ki gələn olsa ona xəbər etsinlər. Bundan sonra o, köşkün içərisində olan vitrindən təxminən 20-30 qutu “Vinston”, “Palmalı”, “Kent 8”, “West”, “Davidoff”, Maqna”, “Bakı” və digər markasını xatırlamadığı siqaretləri, eləcə də “popkake” şirniyatlarını orada olan torbaya yığaraq pəncərədən Cavidə və anasına vermişdir. Bundan sonra onlar həmin siqaretləri də götürərək tanımadıqları taksiyə minərək Suraxanı qəsəbəsinə gəlmiş və o anasıyla birlikdə evə getmişdir. Cavid də oğurladıqları siqaretləri də satmağa apardı və narkotik vasitə alaraq gətirib anasıyla istifadə etdi. O qeyd etmişdir ki, həmin vaxt Cavidin əynində cins şalvar, ağ rəngli idman ayaqqabısı, qara rəngli dəri gödəkçə olmuşdur, Tehranın əynində qırmızı rəngli kurtka və cins şalvar olmuşdur, onun əynimdə isə qara rəngli kurtka, cins şalvar və idman ayaqqabıları olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə satlarında Cavid bizdə olarkən yenidən anam narkotik vasitə əldə etmək üçün pula ehtiyacı olmasını bildirdi. O da bu dəfə anasına və Cavidə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən köşklərin birindən siqaret oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Bundan sonra tanımadığımız taksi sürücüsünün avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığına gəlmişdir. Həmin vaxt saat 04 radələri olardı. Bundan sonra həmin köşkün sağ tərəfindəki qapını özümlə gətirdiyimiz atfyorka ilə Cavid ilə birlikdə bir neçə dəfə müdaxilə edərək açmışdırlar. Sonra isə qapının açıq olmasını görmüşdürlər. Bundan sonra əvvəlcə o, sonra da Cavid içəri daxil olmuşdur. Tehran isə ətrafda dayanaraq nəzarət edirdi. O və Cavid köşkün içərisindən müxtəlif adda siqaretləri, bir neçə ədəd kofeləri, şirniyyatları, bir neçə ədəd alışqanları 3 ədəd sellofan torbaya yığmış və sonra da çölə çıxmışdırlar. O qed etmişdir ki, onlar içəridə olarkən Tehran isə çöldə dayanaraq ətrafa nəzarət edirdi ki, gələn olsa onlara xəbər etsin. Bundan sonra isə onlar birlikdə oradan Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gəlmişdir. O və anası evə getmişdir, Cavid isə oğurladıqları əşyaları satmaq üçün çıxıb getmişdir. Şirniyyatların bir hissəsini özləri istifadə etmişdir. O qeyd etmişdir ki, həmin vaxt Cavid əynində cins şalvar, ağ rəngli idman ayaqqabısı, qara rəngli dəri gödəkçə olmuşdur, Tehranın əynində qırmızı rəngli kurtka və cins şalvar olmuşdur, mənim isə əynimdə qara rəngli kurtka, cins şalvar və idman ayaqqabıları olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saatlarında kirayə yaşadıqları evdə olarkən anası yenidən narkotik vasitə almaq üçün pul lazım olmasını bildirmişdir. Buna görə də O, Cavidə deyib ki, onunla birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə gedərək oradakı mağazalardan və ya köşklərdən siqaret və digər ərzaq oğurlayaq və sataraq əldə etdiyimiz pula anam üçün və özü üçün narkotik vasitə alıb istifadə etsinlər. Həmin vaxt anası yorğun olmuş və o onlarla getməmişdir. Bundan sonra o və Cavid ilə birlikdə tanımadığı taksi ilə Sabunçu ravonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” marketin yanına gəlmişdir. Həmin vaxt saat 04 radələri olardı. Cavid özü ilə gətirdiyi vintaçanla marketin qarşısındakı plastik qapısını açdı və onlar birlikdə içəri daxil olmuşlar. O və Nurlan oradan birlikdə 3 ədəd torbalara müxtəlif adda siqaretlər, 1 ədəd səsgücləndiricini, 2 ədəd “Bella” markalı saç şampunu yığmış və sonra da birlikdə həmin oğurladıqları əşyaları da götürərək mağazanı tərk etmişlər. Bundan sonra tanımadıqları taksi ilə Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gəlmiş və o yaşadığı evə gəlmişdir. Sonra Cavid həmin əşyaları da özü ilə götürərək satmaq üçün aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, yaşadığı ev fərdi evdir, həyətdə iki fərdi evi var, birində yaşayış yoxdur, yaşayış olmayan ev bir otaqdan ibarətdir, həmin evdə yalnız məişət əşyalarını və özünə məxsus olan əşyalarını saxlayıram. 07 yanvar 2022-ci il tarixdə təxminən saat 10 radələrində həyətə düşmüş, yaşayış olmayan evinin qarşısında yığdığı taxtaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra həyətə və evin içərisinə baxmış və baxış keçirən zaman evin otağından qiyməti 200 manat olam markasını bilmədiyi bir ədəd televizorun, hər birinin qiyməti 50 manat olam, 100 manat dəyərində markasını bilmədiyi iki ədəd ət çəkən maşının, evin həyətindən qiyməti 100 manat olan 10 kq. misin, qiyməti 200 manat olan 100 kq. Aliminium metalı və qiyməti 35 manat olan əl arabasının naməlum şəxs və yə şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları evinə gəlmiş və oğurluq hadisəsi barədə ərizə və izahat yazmışdır. Qeyd edilən oğurluq hadisəsi nəticəsində ona cəmi 635 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 atası tərəfindən ödənildiyindən onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin fərdi qaydada ünvan 9 ünvanında verləsən ticarət köçkünü icarə müqaviləsi əsasında işlətmişdir. O, həmin mağazada müxtəlif növ siqaretlər, içkilər, şirniyyat, kofe, çay və digər gündəlik təlabat ərzaqları satmışdır. Həmin mağazanı o, gün ərzində saat 07 radələrindən saat 23 radələrindək işlədirəm. O, mağazanı 3 ədəd dəmir qıfıl ilə bağlayır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində mağazanı giriş qapısını qıfıllarını açarla bağlayıb yaşadığı evə gəlmiş, səhəri gün, 03 fevral 2022-ci il tarixdə saat 07 işlədiyim köşkə gələndə görmüşdür ki, köşkün ön tərəfində yerləşən plastik pəncərəsi açıq vəziyyətdədir. O içəri daxil olanda görmüşdür ki, mağazanın içərisində olan rəflərdən siqaretlər və şirniyyatlar oğurlanıbdır. Buna görə o bu barədə 13-cü PB-nə şikayət etmişdir. Daha sonra onun müraciəti əsasında polis əməkdaşları mağazaya baxış keçirmişlər. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, köşkdən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1, onun oğlu Nurlan və qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs3dir. Oğurluq hadisəsi nəticəsində Ona 300 manat məbləğində maddi ziyan dəymişdir.Ona dəymiş zərərdən 150 manat hissəsi Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmişdir. Onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin fərdi qaydada Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 ünvanındakı yaşayış binası ilə Fətəliyev küçəsi 1 ünvanında yerləşən yaşayış binasının kəsişəsində fəaliyyət göstərən köskü icarə əsasında işlətmişdir. Həmin köşkün arxa tərəfində “Dost Məkan” adlı kafe də yerləşir. O həmin köşkdə adətən müxtəlif növ siqaretlər, içkilər, şirniyyat, kofe, çay və digər gündəlik təlabat ərzaqları satmışdır. Həmin köskü o, gün ərzində saat 07 radələrindən saat 23 radələrindək işlətmişdir.O xx.xx.2022-ci il tarixdə saat 23 radələrində köşkün qapısını açarla bağlayaraq yaşadığı evə gəlmişdir. Mən 11 fevral 2022-ci il tarixdə saat 07 radələrində işə gələndə görmüşdür ki, köşkün giriş qapısı açıq vəziyyətdədir və içərisində əşyalar dağınıq vəziyyətdədir. O bundan sonra bilmişdir ki, köşkündəndən oğurluq edilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1550 manat madı' ziyan dəymişdir. Qeyd etmişdir ki, bir qutusunun qiyməti 4 manat olan 150 qutu “Sobraniya”, 1 qutusunun dəyəri 3 manat olan 40 qutu “LD Compaq”, 1 qutusu 3,5 manat olan 60 qutu “Vinston” siqareti, 1 ədədinin qiyməti 2,5 manat olan 45 qutu “Palmal” , bir ədədinin qiyməti 3,6 manat olan 30 qutu Kent 4 və Kent 8 və 20 qutu birinin qiyməti 2,6 manat olan “Rotmos” siqaretləri , 1 ədədinin qiyməti 1 manat olan 70 ədəd “Kriket” alışqanları, 1 ədədinin qiyməti 50 qəpik olan 30 ədəd “Mackofe” və 30 ədəd “Neskafe” markalı kofeləri oğurlamışlar. Eləcə də siqaretlər olan vitrinə qoyduğu içərisində təxminən 250 AZN dəyərində qəpik və nəğd pulları oğurlanmışdır. O, köşkdən oğurluq edən şəxslərin əvvəlcə kim olmasını bilməsə də sonradan bilmişdir ki, oradan 3 nəfər, iki nəfər kişi və 1 nəfər qadın oğurluq ediblər. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 tərəfindən ödənildiyindən onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş və ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanında yerləşən siqaret köşkdür. Baxış zamanı köşkün ön pəncərəsinin sınıq olması müəyyən edilmiş, hadisə yerinə gəlmiş ekspertkriminalist tərəfindən 04 ədəd əl-barmaq izi götürülmüşdür. Həmçinin, müşahidə kameralarının görüntüləri də götürülmüşdür (cild 01, i.v.05-09). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, 1A küçəsi ilə Fətullayev 1 küçələrinin kəsişməsində yerləşən köşkdür. Baxış zamanı naməlum şəxs tərəfindən köşkün plastik qapısının naməlum üsulla açaraq köşkə daxil olmuşdur. Hadisə yerində sebuti əhəmiyyətə malik ola biləcək əşya və ya dəlil aşkar edilməmişdirş Müşahidə kameralarının görüntüləri diskə köçürülərək götürülmüşdür (cild 01, i.v.26-29). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 12 ünvanında yerləşən “Arzu” marketdir. Naməlim şəxslər marketin giriş qapısının asma kilidini sındırmaq yolu ilə mağazaya daxil olaraq oğurluq etmişlər. Müşahidə kameralarının görüntüləri diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, i.v.107-111). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanıdır. Baxış zamanı eyvan hissəsinin qapısı və kondisioner üçün nəzərdə tutulan yerdə kondisioner aşkar edilməmişdir (cild 01, i.v.236- 239). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 13 ünvanında törətdiyi oğurluq hadisəsinin şəraiti və mexanizmi əyani olaraq göstərmişdir (cild 01, i.v.262-266). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 14 ünvanıdır. Həyətdə olan bir otaqlı taxta qapısı olan yerdən əlvan metalların oğurlanması bildirilmişdir (cild 02, i.v.34-37). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 14 ünvanında törətdiyi oğurluq hadisəsinin şəraiti və mexanizmi əyani olaraq göstərmişdir (cild 02, i.v.67-73). “Təqdim edilmiş diskdə olan görüntülərə baxış keçirmək barədə” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Təqsirləndirilən şəxs2 küçəsi 106A ünvanında yerləşən köşkdən, Zərərçəkmiş şəxs2 məxsus Sabunçu rayonu, ünvan 10 A ünvanı ilə Fətəliyev küçəsinin kəsişməsində yerləşən köşkdən və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 2/10 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Arzu” adlı mağazadan oğurluq edilməsinin görüntüləri köçürüldüyü 3 ədəd CD-i diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: İlk diskdə 3 ədəd fayl aşkar olundu. 1-ci fayl açılarkən görüntünün 1,15 dəqiqədən ibarət olması müəyyən edilir. Həmin görüntüdə xx.xx.2022-ci il tarixdə saat 04:43 -də bir nəfər baş nahiyəsində qara rəngli papaq olan arıq bədən quruluşlu şəxsin Zərərçəkmiş şəxs3 məxsus köşkün ön pəncərəsinin qarşısna gəlib içərisinə baxması, daha sonra əli ilə açmağa çalışdığı görünür. Cavid Göyçayayev həmin şəxsin Təqsirləndirilən şəxs2 olmasını bildirir. Həmin grüntünün 04:47:18-ci saniyəsində Təqsirləndirilən şəxs2 köşkün ön pəncərəsini açaraq içəri daxil olması görünür. Bir nəfər şəxsin ayaqğında ağ rəngli ayaqqabısı olan şəxsin isə köşkün qarşısında dayandığı görünür. Təqsirləndirilən şəxs3 həmin şəxsin özü olduğunu bildirir. 04:48:04-də isə qırmızı rəngli dəri gödəkçə geyinmiş şəxsin köşkün qarşısına gəlməsi görünür. Təqsirləndirilən şəxs3 həmin şəxsin Təqsirləndirilən şəxs1 olmasını bildirir. 2-ci fayla baxış keçiriləndə həmin faylın 24 saniyədən ibarət olması görünür. Orada 3 nəfər şəxslərin qapıdan gəldiyi görünür. Təqsirləndirilən şəxs3 həmin şəxslərin, öndə gedənin Təqsirləndirilən şəxs1, ortada gələn şəxsin özünün və arxada gələn şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını və kökskü oğurluğa getdiklərini bildirir. 3-cü fayla baxanda isə görünütünün 04:48:03-cü saniyədən başaldığını, Təqsirləndirilən şəxs1 həmin köşkün qarşısında gəzişdiyi görünür. 04:50:32də Təqsirləndirilən şəxs1 və onun özünün köşkün qarşısına gəlib gözlədikləri görünür. Sonra isə köşkün içərisindən Təqsirləndirilən şəxs2nın 04:50:46-da 1 ədəd torbada əşyaları verdiyini bildirir. Təqsirləndirilən şəxs3 həmin torbanın içərisində siqaret olmasını bildirir. 04:54;14-də isə Təqsirləndirilən şəxs1 yenidən köşkün qarşısına gəldiyini və Nurlanın əlavə olaraq ona 2 ədəd qutuları verməsi görünür. Bir neçə saniyədən sonra isə Təqsirləndirilən şəxs2 köşkün içərisindən çölə çıxması görünür. 2-ci CD diskə baxış keçirilməsi üçün həmin CD «HP» markalı kompyüterin diskovoduna daxil edildi. Diskdə 5 ədəd fayl aşkar olundu. Birinci fayla baxış keçirilərkən həmin fayda 9 dəqiqədən ibarət görüntünün olması və 2 nəfər şəxslərin piyada getməkləri görünür. Baxış zamanı Təqsirləndirilən şəxs3 həmin görüntüdə olan şəxslərin Təqsirləndirilən şəxs2 və sonuncunun anası Təqsirləndirilən şəxs1 olmasını bildirir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sabunçu rayonu, ünvan 10 A ünvanı ilə Fətəliyev küçəsinin kəsişməsində yerləşən köşkdən oğurluq etmək üçün gəldiklərini bildirir. 2-ci fayl 16 saniyədən ibarətdir, orada da Təqsirləndirilən şəxs2 əlində 2 ədəd torba ilə həmin köşkün qarşısından getməsi görünür. 3-cü fayl isə 13 saniyədən ibarətdir və orada 3 nəfər köşkün qarşısından getmələri görünür. Təqsirləndirilən şəxs3 həmin şəxslərin Nurlan, Tehran və özü olmasını bildirir. 4-cü fayla baxış keçirlərkən görünütün 18 saniyədən ibarət olması və həmin görünütədə 03:49:02-də Təqsirləndirilən şəxs2 qapını açaraq köşkün içərisinə daxil olması görünür. 5-ci görüntüyə baxış zamanı isə həmin faylın 34 saniyədən ibarət olması və Təqsirləndirilən şəxs2 köşkün qapısını açmağa çalışması və daha sonra isə oradan uzaqlaşması görünür. 3-cü CD diskə baxış keçirilməsi üçün həmin CD «HP» markalı kompyüterin diskovoduna daxil edildi. Diskdə 2 ədəd fayl aşkar olundu. Birinci fayla baxış keçirilərkən həmin faylda 2,48 dəqiqədən ibarət görüntünün olması və 2 nəfər şəxslərin kassanın ətrafından və mağazanın içərisindən siqaretləri və digər əşyaları oğurlanması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs3 həmin görüntüdə olan şəxslərin o və Təqsirləndirilən şəxs2 olması və xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 2/10 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Arzu" adlı mağazanın içərisindən oğurluq etdiklərini bildirir. Digər faylda olan görüntünün 02,52 dəqiqədən ibarət olması müəyyən edilir. Həmin görüntüdə də mağazanın qarşısında Təqsirləndirilən şəxs2 mağazanın ön tərəfində yerləşən pəncərəni açmağa çalışdığını və Təqsirləndirilən şəxs3lə gəzişdiyi görünür (cild 02, i.v.131-132). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarında olan videogörüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, iş materiallarında olan videogörüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 15 fevral 2022-ci il tarixdə, saat 21:15-də tutulmuşdur (cild 01, i.v.53-54). “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 fevral 2022-ci il tarixdə, saat 22:30-da tutulmuşdur (cild 01, i.v.75-76). 6160 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 18 sentyabr 2017-ci il təvəllüdlü (X4) uşağı var (cild 01, i.v.150). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 4(008)- 130/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (cild 01, i.v.156-159). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.160-161). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azad edilmişdir (cild 01, i.v.178-180). “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.181-182). “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.217-218). “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmışdır (cild 02, i.v.96-97). Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyandan 500 manat Təqsirləndirilən şəxs3 atası tərəfindən ona ödənilmiş və ödənilmiş hissədə onun Təqsirləndirilən şəxs3 qarşı şikayəti yoxdur (cild 02, i.v.105). Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyandan 150 manat Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmiş və onun Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbi yoxdur (cild 02, i.v.106). Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 20 mart 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyandan 500 manat Təqsirləndirilən şəxs3 atası X2 tərəfindən ödənilmiş və ödənilmiş hissədə onun Təqsirləndirilən şəxs3 qarşı şikayəti yoxdur (cild 02, i.v.107). Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 21 mart 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyandan 350 manat Təqsirləndirilən şəxs3 atası X2 tərəfindən ödənilmiş və onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 02, i.v. 108). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (cild 02, i.v.115). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 31 avqust 2012-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 02, i.v.116-118). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 24 fevral 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (cild 02, i.v.125). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(003)-7/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 02 noyabr 2019-cu il tarixdən 09 fevral 2021-ci il tarixədək həbsdə saxlandığı 01 il 03 ay 07 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən 01 günə 02 gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 02, i.v.133-160). Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(043)-48/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 28 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətə 01 günə 02 gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 02, i.v.161-167). Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 atası X2 tərəfindən ödənilmiş və onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 02, i.v. 171). Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyandan 150 manat Təqsirləndirilən şəxs3 atası X2 tərəfindən ödənilmiş və onun ödənilmiş hissədə Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti yoxdur (cild 02, i.v. 172). Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, onun evindən 350 manat dəyərində əmlak oğurlanmış və onun bununla bağlı Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 02, i.v. 173). Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il və 02 mart 2023-cü il tarixli eyni məzmunlu məktublardan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə qəti olaraq 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 04 iyul 2022-ci il tarixdə qeydiyyata alınmış və cəzasından 01 ay 18 gün hissəsini çəkmiş, 01 il 05 ay 08 gün hissəsi çəkilməmiş qalmışdır (cild 02, i.v.176). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(010)- 310/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 25 avqust 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 11 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(008)- 864/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli, xx/xx-9275 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 24 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 26 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmiş və onun Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində vurulmuş zərərdən özünə düşəni hissəni ödədiyindən onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 7(008)- 351/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(003)-7/2021 saylı hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və məhkumluq üzərindən götürülmüşdür. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli, 173322-21- 1/3-6841-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-310/2022 saylı, 06 dekabr 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuş cəzanın icrası üçün Bakı Şəhəri Probasiya İdarəsində qeydiyyatda olmamışdır. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 21-1/3- 23016 saylı məktubdan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(010)-310/2022 saylı hökmündən 08 may 2023-cü il tarixdə apellyasiya protesti verildiyindən Təqsirləndirilən şəxs2 barəsində olan şəxsi iş 19 iyun 2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 28 mart 2003-cü il təvəllüdlü (X3), xx xxxx 2005-ci il təvəllüdlü (Təqsirləndirilən şəxs2) və 05 avqust 2007-ci il təvəllüdlü (X1) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), cinayət nəticəsində vurulmuş ziyanı qismən ödəməsini (CM-nin 59.1.14), zərərçəkmiş şəxslərə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (AR CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində başqa cinayət işi üzrə barəsində hökm çıxarılaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza müddəti müəyyən edilməli (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməllərini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2), cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini (CM- 59.1.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qanunvericiliyin tələblərini, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törədiyini, cəzasını yüngülləşdirən digər halları və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməlləri Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(043)-48/2022 saylı və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(010)-310/2022 saylı hökmlərindən əvvəl törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Hazırki halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifələrindən biridir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, cinayətləri vaxtında və tezliklə açmaq cinayət təqibi orqanın üzərinə qanunla qoyulmuş əsas vəzifələrdən biridir. Hazırki halda işin hallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş hazırki iş üzrə olan epizodlarla bağlı nəzərdə tutulan cinayətlərin vaxtında açılmaması nəticəsində həmin epizodlar Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində onun AR CM-nin 177.2.3-cü madddəsi ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işlərinə baxılarkən ona verilmiş ittihamda öz əksini tapmamış və məhkəmə hökmü yalnız verilmiş ittiham daxilində olan cinayətlər nəzərə alınmaqla çıxarılmışdır. Halbuki, Təqsirləndirilən şəxs2 tərəfindən 03 fevral, 11 fevral və 14 fevral 2022-ci il tarixlərdə törədilmiş oğurluq cinayətləri vaxtında müəyyən edilmiş olsa idi, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində və ya Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində onun törətdiyi cinayət əməlləri ilə bağlı hökm çıxarılarkən onun əvvəl törətdiyi cinayət əməlləri də nəzərə alınmaqla ona AR CM-nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə vahid cəza təyin edilməli idi. Məhkəmə dövlət orqanlarının cinayətləri vaxtında və tezliklə açmaq vəzifələrinin olmasını, onların üzərinə qoyulmuş pozitiv öhdəliklərin yerinə yetirilməməsinin təqsirləndirilən şəxsin ziyanına şərh edilməsinin yolverilməz olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəzanın AR CMnin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(103)-1335/2023 saylı qərarı ilə qəti olaraq təyin edilmiş 02 il müddətə (nəzərə alınsa ki, yetkinlik yaşına çatmayan dövrdə törədilmiş cinayət əməlinə görə şəxsə 02 ildən artıq azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz) azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmasını qanuni və ədalətli hesab edir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, yetkinlik yaşına çatmayan şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin məqsədəmüvafiq olduğu halların qanunvericiliklə konkret sadalandığını və Təqsirləndirilən şəxs2 münasibətdə həmin halların mövcud olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza ona Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(103)-1335/2023 saylı qərarı ilə AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilmiş cəza ilə əhatə olunmalı, onun əvvəlki cinayət işləri üzrə, o cümlədən, hazırki cinayət işi həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmalı, o cümlədən, 1(043)-48/2022 saylı cinayət işi üzrə cəzasının çəkilmiş hissəsi hazırki hökmlə təyin edilmiş qəti cəza müddətinə hesablanmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 15 fevral 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 fevral 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş cəza ona Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(103)-1335/2023 saylı qərarı ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki-1(043)-48/2022 və 1(010)-310/2022 saylı cinayət işləri üzrə həbsdə saxlanıldığı 03 ay 13 gün müddət, hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı tutularaq 12 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 15 gün müddət, cəmi 03 ay 28 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 26 gün hazırda təyin edilmiş qəti cəzadan çıxılmaqla, o cümlədən, 1(043)-48/2022 saylı cinayət işi üzrə təyin edilmiş cəzanın çəkilmiş 01 ay 18 gün hissəsi ona təyin olunmuş qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 02 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 09:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut-03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 320 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğuna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 100 iş saatına görə 600 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 100 iş saatına görə 600 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar